Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-64/2025 06.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Xocavənd rayonu, Axullu kəndində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli-himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Xocavənd rayonu, Axullu kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbədə 50 nömrəli evdə yaşayan, barəsində Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Beyləqan Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 iyul 2025-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs işlədiyi Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən avtomobil təmiri sexinə gələrək Zərərçəkmiş şəxs yanında işləyən, onunla eyni qəsəbədə yaşayan Şahid2 irad tutmasını bəhanə edərək əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirmək qərarına gəlib Zərərçəkmiş şəxs üzərinə hücum edib sağ əlinin barmaqlarına keçirdiyi istintaqa məlum olmayan predmetlə çənəsinin altından bir dəfə qəsdən vurub Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonuncunun burnuna qəsdən bir təpik zərbəsi vurub Zərərçəkmiş şəxs “Alt çənə sümüyünün ön kəsici dişlərarası səviyyədə boylama-çəp istiqamətli və sol çənə oynağında tac çıxıntısının sınıqları, alt dodağın selikli qişasının cırılmış yarası, çənə və çənaltı nahiyələrinin qançırlı fonda əzilmiş yaraları, burun sümüklərinin yerdəyişmiş sınıqları, burun çəpərinin sola doğru deviasiyası, burun nahiyəsinin əzilmiş yarası” xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Xocavənd rayonu, Axullu kəndində qeydiyyatda olmaqla Xocavənd rayonu 500 ailəlik qəsəbədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. 06 iyul 2025-ci il tarixdə, saat 17 radələrində o, çay içmək üçün Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən “NZS pub” adlı kafeyə getmişdir. O, ikinci mərtəbəyə qalxıb pəncərəyə yaxın stolda oturmuş və çay sifariş etmişdir. O, bir neçə dəqiqə sonra kafenin aşağısından ağlamaq səsi eşitmişdir. Pəncərədən baxdıqda bir uşağın arxada tək ağladığını görmüşdür. O, nə baş verdiyini bilmək üçün kafedən çölə çıxmışdır. O, çölə çıxdıqdan sonra avtomobil təmiri sexinin qabaq qapısından sexə daxil olmuş və sexin içindən keçib arxa qapıdan çölə çıxmışdır. O, uşağa yaxınlaşmış və həmin uşağın onun yaşadığı qəsəbədə yaşayan Şahid2 olduğunu görmüşdür. O, Kənandan nə səbəbə ağladığını soruşmuş, Kənan cavabında avtomobil təmiri sexində ustanın yanında iş öyrəndiyini və ustasının onu vurduğunu ona demişdir. O, Kənandan ustanın nə səbəbə onu vurmasını soruşmuş, Kənan ona heç bir problem olmadığını bildirmişdir. O, Kənanla danışan zaman sexdə usta işləyən Zərərçəkmiş şəxs ona yaxınlaşmış və sexin ərazisini tərk etməsini ona bildirmişdir. Rəfail onun üstünə gəldiyi üçün o, əli ilə Rəfailin sinəsindən itələmiş, yumruqla ağız nahiyəsindən vurmuş və dayandığı yerin onun sexinin ərazisi olmadığını demişdir. Rəfail həmin vaxt yerə yıxılmışdır. Rəfail onun ünvanına nalayiq söyüşlər söyə-söyə gedib sexin içinə girmişdir. O, da Rəfailin arxasınca arxa qapıdan sexə daxil olmuşdur. Rəfail sexin içindən dəmir parçaları götürüb ona tərəf atmağa başlamışdır. Bu vaxt tanışı Şahid3 onun arxasınca sexə gəlmiş və Rəfaili sakitləşdirməyə çalışmışdır. Həmin vaxt sexdə adlarını qeyd etdiyi şəxslərdən başqa sexdə usta işləyən Röyal da olmuşdur. Sexin qapısı bağlı olmuş və onlar sexin içində mübahisə etmşlər. Orada olan şəxslər də Rəfailə sakitləşməsini bildırirmişlər. Lakin Rəfail sakitləşməmiş və yenə də sexin içindən müxtəlif dəmir əşyaları götürüb ona tərəf atmağa davam etmişdir. Həmin vaxt onun Rəfaillə aralarında təxminən 2-3 metr məsafə olmuşdur. Rəfailin atdığı dəmirlərdən biri onun sifəti istiqamətində gəlmiş və o, həmin dəmirin sifətinə dəyməməsi üçün sağ qolunu dəmirin qarşısına tutmuşdur. Bu vaxt həmin dəmir parçası onun sağ qoluna dəyib yerə düşmüşdür. Röyal da Rəfailə sakitləşməsini bildirmişdir. Bu vaxt Royalla Bəhruz onu tutub sexin arxasına tərəf aparmışlar. Bundan sonra o da sexdən çıxıb avtomobilinə oturub oradan uzaqlaşmışdır. Əməlindən peşimandır. Ailəlidir, himayəsində iki uşağı vardır və ailəsinin yeganə qazanc gətirənidir. Zərərçəkmiş şəxslə barışmış və zərərçəkmişin ondan tələb və şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, avtomobil təmiri sexində usta işləyir. Şahid1 onun yanında köməkçi işləyir. Royalın Vasif adlı tanışı vardır. Vasif oğlu Kənana onların yanında avtomobil təmiri işini öyrətməsini Royaldan xahiş etmiş, Röyal da ona bu barədə demişdir. O, Röyala etiraz etmədiyini bildirmişdir. Bundan sonra Kənan onların yanında işi öyrənməyə başlamışdır. Kənan 3-cü gün imiş ki, onların yanında işləməyə başlamışdır. 06 iyul 2025-ci il tarixdə, saat 17 radələrində onlar sexdə olan zaman Kənanın işləmədiyini, oturduğunu görmüşdür. O, Kənana irad tutub işləməsini bildirmiş və atasının onu onların yanına sənət öyrənməsi üçün qoyduğunu demişdir. Kənan onun sözündən inciyib ağlamışdır. Bir neçə dəqiqə sonra sonradan tanıdığı Təqsirləndirilən şəxs Bəhruz adlı şəxslə birlikdə sexə gəlib ondan nə üçün Kənana irad tutduğunu soruşmuşdur. O da Kənanın atası Vasifin onu iş öyrənməsi üçün onların yanına qoyduğunu demişdir. Azər ona “sən kimsən ki, qəsəbə uşağının üstünə qışqırırsan?! O, Xocavənd qəsəbəsinin uşağı, sən isə Beyləqan uşağısan, sən qəsəbə uşağının üstünə qışqıra bilməzsən” demişdir. Azər ona beşatılan tüfəngi olduğunu və həmin tüfənglə onu öldürəcəyini demişdir. O, Azərə ona heç nə edə bilməyəcəyini demişdir. Azər onunla mübahisə edib nalayiq söyüşlər söyməyə başlamışdır. O, Azərə sərxoş olduğunu deyib sexi tək etməsini bildirmişdir. Lakin Azər yenə əli cibində ona yaxınlaşaraq nəlayiq ifadələrlə onu təhqir etmiş və əlini cibindən çıxarıb sağ əlinə keçirdiyi beşbarmaqla onun çənəsinin altından bir dəfə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. O, yıxıldıqdan sonra Azər yerdə onun burnuna təpiklə vurmuş və o, huşunu itirmişdir. O, gözünü açdıqda Azərlə Bəhruzun orada olmadığını, Royalın üzünə su vuraraq onu ayıltdığını görmüşdür. O, çənəsini tərpədə bilməmişdir. Röyal onu Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışdır. Polis əməkdaşları hadisə yerinə gedib ona zəng etmiş, Röyal zəngi açıb xəstəxanada olduqlarını bildirmişlər. Onlar avtomobil boyanması ilə məşğul olduqları üçün hadisə zamanı sexin qapısını bağlı saxlamışlar. Çünki avtomobilin boyasının keyfiyyətli quruması və işin keyfiyyətinin yaxşı olması üçün boyadan əvvəl avtomobilin banına çəkilmiş qurunt və digər materiallar qızmar günəşdən qorunmalıdır. Hadisə baş verən zaman da onlar sexdə avtomobil quruntlamışlar. Buna görə də sexin qapısı bağlı olmuşdur. Baş vermiş hadisəni sexdən kənar heç kim görməmişdir. O, sexin qapısı açıq olsa da həmin vaxt orada kiminsə ola biləcəyinə inanmadığını bildirmişdir. Sex Beyləqan şəhəri, RTS qəsəbəsinin sonunda yerləşir. Həmin ərazidə sexdən başqa NZS- Pub adlı kafe və bir-iki maşın təmiri obyektləri vardır. Lakin hadisənin baş verdiyi vaxt ilin yay fəslini və günün isti vaxtına düşdüyü üçün çöldə adam olmamışdır. Hadisə zamanı da Kənan kövrəlib ağlayaraq sexdən çölə çıxmışdır. Kənan çölə çıxmasaydı Azərgil onları görməyəcəkdilər. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığın göstərmiş və təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs rayon sakini kimi tanıyır və Rəfail onun ustasıdır. O, iki ilə yaxındır ki, Rəfailin yanında köməkçi kimi işləyir, Təqsirləndirilən şəxs da rayon sakini kimi tanıyır, onlarla da aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Rəfailin Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən avtomobil təmiri sexi vardır. Rəfail avtomobil təmiri ilə məşğul olur və avtomobil malyarı işləyir. O, da, Rəfailin yanında köməkçi kimi işləyir. O, 06 iyul 2025-ci il tarixdə, saat 17 radələrində ustası Rəfaillə sexdə maşın təmir etmişlər. Həmin vaxt sexdə onlardan başqa Kənan adlı uşaq olmuşdur. Kənan üç gün əvvəl sexə iş öyrənmək üçün gəlmişdir. Kənanın atası Vasif ona bir neçə gün əvvəl Kənanın pis uşaqlara qoşulmaması üçün iş öyərnməsini istədiyini bildirmiş və ondan Kənanın onların yanına gəlib malyar işini onlardan öyrənməsini xahiş etmişdir. O, da ustası Rəfaillə məsləhətləşmiş və Rəfail Kənanın gəlib öyrənməsinə razılığını bildirmişdir. Kənan üç gün onların yanına gəlmişdir. Həmin gün saat 17 radələrində Kənan işləmədiyi üçün Rəfail Kənana irad bildirib sexə işləməyə gəldiyini demiş və işləmək istəmirdisə nə üçün sexə gəldiyini soruşmuşdur. Bu söz Kənanın xətrinə dəymiş və Kənan ağlamağa başlamışdır. Bir neçə dəqiqə sonra Azər adlı şəxs sexin düz yanında yerləşən “NZS-PUB” adlı kafenin pilləkənlərindən düşüb sexə daxil olmuşdur. Azər Kənandan kim olduğunu soruşmuş, Kənan Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yaşadığını və adının Kənan olduğunu və Vasif Əhmədovun oğlu olduğunu bildirmişdir. Azər Kənana “sən nə üçün Bolsulu qəsəbəsinin uşağının sənə söz deməsinə icazə verirsən? O, kimdir ki, sənə söz deyir?!” demişdir. Kənan Rəfailin onun ustası olduğunu, atasının Kənanı onun yanına iş öyrənməsi üçün qoyduğunu bildirmişdir. Rəfail onu tanımadığını, atası Vasifin Kənanı onun yanına iş öyrənməsi üçün qoyduğunu Azərə demişdir. Azər Rəfailə “sən kimsən ki, qəsəbə uşağının üstünə səsini qaldırırsan? Sizin topanızı öldürərəm burda” demiş, Rəfail isə Azərə heç kimin onları öldürə bilməyəcəyini, Kənana pis heç nə demədiyini, sadəcə işi öyrənməsini bildirdiyini demişdir. Həmin vaxt Azərin yanında bir nəfər də tanımadığı şəxs olmuş, o, həmin şəxsə yaxınlaşıb qan-qaraçılıq yaratmaq lazım olmadığını demişdir. Həmin şəxs onluq heç nə olmadığını deyib Azəri sakitləşdirməyə çalışmışdır. Azər əlləri cibində dayanaraq Rəfaillə mübahisə etmiş, Rəfailə tərəf gedib əlini cibindən çıxarıb yumruqla Azərin sifətindən bir dəfə vurmuşdur. Azər Rəfaili vurarkən əlinə beşbarmaq keçirmiş, Rəfail zərbənin təsirindən yerə yıxılmış və ağzından qan gəlməyə başlamışdır. Rəfailin ayağa qalxmaq istəmiş, lakin başı hərlənmişdir. Rəfail özünü müdafiə eləmək üçün kənara keçib dəmir parçası götürərək Azərə tərəf atmışdır. Lakin Rəfailin huşu tam üstündə olmadığını görə dəmir parçası kənara düşmüşdür. Azər sexdən çölə çıxmış, o da Rəfailin yanına gedib üzünə su vurmuşdur. Rəfail özünə gəldikdən sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Azər də sexdən çıxıb özünə məxsus “Niva” markalı, **-CY-*** dövlət-qeydiyyat nişanlı avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Hadisə zamanı sexin qapıları bağlı olmuş, ətrafdan heç kim hadisəni görməmişdir. O da Rəfailin halı pis olduğuna görə atası Zülfiqara məlumat vermiş və Rəfaili özünə məxsus avtomobillə Beyləqan rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qısa müddətdir tanıyır, Təqsirləndirilən şəxs isə onun həmkədlisidir, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, hadisədən bir neçə gün əvvəl Rəfailin yanına malyar işini öyrənmək üçün getmişdir. 06 iyul 2025-ci il tarixdə, saat 17 radələrində o, sexdə olan zaman Rəfaillə söhbət etmiş, söhbət zamanı Rəfail onu yanlış anlamış və ona əsəbiləşərək söyüş söymüşdür. O, da əsəbiləşib Rəfailə söyüş söymüşdür. Rəfail onun üzərinə gəlib onu vurmaq istəyən zaman həmin vaxt yanlarında olan Şahid1 Rəfaili tutub saxlamışdır. O, sexin qarşısına çıxıb ağlamağa başlamışdır. Bu zaman Azər və Bəhruz birlikdə sexə gəlmişlər. Azər ona yaxınlaşıb nə üçün ağladığını soruşmuşlar. O, heç bir narahatçılıq olmadığını bildirmişdir. Azərgil də narahatçılıq olduğunu deyib bir daha ağlamasının səbəbini soruşmuşlar. Bu zaman Rəfail oraya gəlmiş, Azər Rəfailə atasının onu onların yanına iş öyrənmək üçün qoyduqlarını bildirmişdir. Rəfail onlara “sizin nə borcunuza qalıb” deyərək onlara sexdən çıxmalarını bildirmiş və onların aralarında mübahisə yaranmışdır. Rəfail sexə daxil olub əlinə dəmir parçası götürüb Azərə tərəf atmışdır. Dəmir parçası gəlib Azərin sağ qoluna dəymişdir. Həmin vaxt o və Röyal araya girib onları sakitləşdirməyə çalışmışlar. O, Rəfail Azərə tərəf dəmir atmasın deyə Azərin qarşısına keçmişdir. Bundan sonra o, qorxub sexdə olan avtomobilin digər tərəfinə keçmişdir. Sonra səs gəlmiş, o, üzünü çevirən zaman Rəfailin yerə yıxıldığını, ağzından qan axdığını görmüşdür. Onlar Azəri sakitləşdirib çölə çıxarmış, Azər Bəhruzla birlikdə özünə məxsus avtomobilə əyləşmişdir. Azər avtomobili idarə edərək oradan uzaqlaşmış, Röyal da Rəfaili Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışdır. Hadisə zamanı orada başqa heç kim olmamış, hadisədən sonra oraya Rasim və Əli Nurulu adlı şəxslər gəlmişdir. Hadisə zamanı sexin qapısı bağlı olmuş, kənardan heç kim hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanımır, onunla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır, onunla da aralarında qohumluq münasibəti hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 06 iyul 2025-ci il tarixdə, saat 17 radələrində Xocavənd qəsəbəsinin girişinin yaxınlığında “NZS-PUB” adlı kafedə tanışı Təqsirləndirilən şəxslə birlikdə çay içən zaman kafenin yanında olan avtomobil təmiri sexinin arxa tərəfində bir uşağın ağladığını görmüşlər. Onlar kafedən çıxmış və uşağa nə üçün ağladığını soruşmuşlar. Uşaq onlara ustaların onu döydüyü üçün ağladığını bildirmişdir. Buna görə də Azərlə birlikdə avtomobil sexinə daxil olmuşlar. Azər orada olan ustalardan Kənanı nə üçün döydüklərini soruşmuşdur. Ustalardan Rəfail “yaxşı eliyirəm, atası deyib iş öyrət” demişdir. Azər isə ona “atası deyə bilməz ki, uşağı döyə-döyə öyrət” demişdir. Bundan sonra, Azərlə həmin usta aralarında sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı həmin usta onlara söyüş söyüb sexdən çıxmalarını demişdir. Bundan sonra Azərlə həmin ustalardan biri bir-birinə yaxınlaşıb dalaşmaq istəyən zaman o, onların arasına girib həmin ustanın qolundan tutub kənara çəkərək dalaşmaq üçün bura gəlmədiklərini demişdir. O, digər ustanı onların yanından təxminən 2-3 metr kənara çəkən zaman uşağın qışqırıq səsini eşidib geri dönmüş və Rəfailin yerə uzandığını görmüşdür. Bundan sonra, o, təcili Azəri qucaqlayıb avtomobil sexindən bayıra çıxarmaq istəmişdir. Həmin zaman yerə uzanıqlı usta ayağa qalxmış və əlinə çəkic alıb vurmaq üçün Azərə tərəf gəlmişdir. Lakin O, Rəfailin Azərə tərəf gəlməsinə icazə verməmiş və qarşısına keçirib sakitləşdirməyə çalışmışdır. O, həmin ustaları saitləşdırmək üçün sexin arxa tərəfinə aparmış və sexin arxasında onları sakitləşdirmişdir. Sonra sexə qayıdaraq Azəri bayıra çıxarmış və Azərin avtomobilinə əyləşdib oradan uzaqlaşmışlar. Döyülən usta ilə digər usta birlikdə piyada Beyləqan şəhəri tərəfə gəlməyə başlamışlar İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanması üçün səbəb və əsas cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, Bolsulu kənd sakini Zərərçəkmiş şəxs 06 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102 xidməti - zəng mərkəzi”nə və Beyləqan rayon polis şöbəsinə ünvanladığı müraciətləri və Zərərçəkmiş şəxs döyülmə nəticəsində “Kəllə-beyin travması” xəsarəti alması barədə Beyləqan rayon mərkəzi xəstəxanasından, “Sağ çənə sümüyünün qeyri-tam sınığı” xəsarəti alması barədə isə Füzuli rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatlar əsasında Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış aparılması haqqında” 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən avtomobil təmiri sexinin içərisidir. Sexin giriş qapısı qırmızı-narıncı rənglidir. Qapıdan sexə daxil olduqda yeri beton örtüklüdür, qarşı divarda arxaya açılan qapı vardır. Arxa qapıdan çıxdıqda sexin arxa tərəfi boş torpaq sahələridir. Sexin eni 5 metr, uzunluğu 10 metrdir. Sexin mərkəzində 1 metr enində, 5 metr uzunluğunda texniki baxış çuxuru (yama) vardır. Baxışda iştirak edən Şahid1 hadisə zamanı texniki baxış çuxurunun üzərində avtomobil olduğunu, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs mübahisə edən zaman sonuncu əlində olan beşbarmaq adlı alətlə Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra sexdən çıxıb avtomobilə əyləşərək qaçdığını bildirmişdir. Sexin sol tərəfində fəaliyyət göstərməyən obyekt vardır, sağ tərəfində isə “NZS-Pub” adlı kafe vardır. İş materiallarına əlavə edilmiş məhkəmə-tbbi ekspertizasının 25 iyul 2025-ci il tarixli, 371/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində alt çənə sümüyünün ön kəsici dişlərarası səviyyədə boylama-çəp istiqamətli və sol çənə oynağında tac çıxıntısının sınıqları, alt dodağın selikli qişasının cırılmış yarası, çənə və çənaltı nahiyələrinin qançırlı fonda əzilmiş yaraları, burun sümüklərinin yerdəyişmiş sınıqları, burun çəpərinin sola doğru deviasiyası, burun nahiyəsinin əzilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənə bilərdilər; dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən alt çənə sümüyünün ön kəsici dişlərarası səviyyədə boylama-çəp istiqamətli və sol çənə oynağında tac çıxıntısının sınıqları, alt dodağın selikli qişasının cırılmış yarası, çənə və çənaltı nahiyələrinin qançırlı fonda əzilmiş yaraları qərarın təsviri hissəsində qeyd olunan və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni “beşbarmaq” adlanan alətlə yetirilmiş zərbənin təsirindən; burun sümüklərinin yerdəyişmiş sınıqları, burun çəpərinin sola doğru deviasiyası, burun nahiyəsinin əzilmiş yarası insan bədəninin hissələri (baş, əl, diz, ayaq və s.) və ya digər küt predmet (alət) ilə yetirilmiş zərbənin təsirindən törənə bilərdilər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri və ya öz boyu hündürlüyündən yıxılaraq yerin bərk örtüyünə dəyməsi nəticəsində yaranmaları inandırıcı deyil Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 06 iyul 2025-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs işlədiyi Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən avtomobil təmiri sexinə gələrək Zərərçəkmiş şəxs yanında işləyən, onunla eyni qəsəbədə yaşayan Şahid2 irad tutmasını bəhanə edərək əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirmək qərarına gəlib Zərərçəkmiş şəxs üzərinə hücum edib sağ əlinin barmaqlarına keçirdiyi istintaqa məlum olmayan predmetlə çənəsinin altından bir dəfə qəsdən vurub Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonuncunun burnuna qəsdən bir təpik zərbəsi vurub Zərərçəkmiş şəxs “Alt çənə sümüyünün ön kəsici dişlərarası səviyyədə boylama-çəp istiqamətli və sol çənə oynağında tac çıxıntısının sınıqları, alt dodağın selikli qişasının cırılmış yarası, çənə və çənaltı nahiyələrinin qançırlı fonda əzilmiş yaraları, burun sümüklərinin yerdəyişmiş sınıqları, burun çəpərinin sola doğru deviasiyası, burun nahiyəsinin əzilmiş yarası” xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması kifayət qədər sübuta yetmişdir. Sübutların qiymətləndirilməsi haqqında 28 sentyabr 2025-ci il tarixli qərara əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətində Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xocavənd rayon məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq bir il altı ay şərti sınaq müddəti müəyyən edilmiş, 16 yanvar 2025-ci il tarixdə sınaq müddəti başa çatmışdır İş materiallarına əlavə edilmiş Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Axullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır. İş materiallarına əlavə edilmiş Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Axullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 sentyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, iş üzrə törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyəti, ailə vəziyyəti, nəzərə alınmaqla ona Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddələsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədəmüvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli qərarı ilə barəsində 2 ay 27 gün müdddətə həbs qətimkan tədbiri seçilmiş, Beyləqan Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdən 06 noyabr 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 6 (altı) gün müddətin hər bir günü iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan və Xocavənd rayonları ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmk haqqında iltizam qətimkan tədbiri seçilsin, barəsində seçilmiş başqa yerə getməmk haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 16 (on altı) saat üçün 176 (yüz yetmiş altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz nurullayev
Məhkəmə qərarları › İş №1(020)-64/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-64/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver