Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-67/2023 23.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1976-cı ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yaşayan, 16 oktyabr 2023-cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə, saat 23:30 radələrində Beyləqan rayonu, Əlinəzərli kəndində yerləşən “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 31 iyul 2018-ci il tarixli, 16 nömrəli müqaviləyə əsasən Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən 7h saylı Dövlət Fondu qış otlaq sahəsindən 15 il müddətə X2 icarəyə verilmiş və sonuncu tərəfindən verilmiş 31 avqust 2018-ci il tarixli, AR-İ № 629847 nömrəli etibarnamə əsasında Zərərçəkmiş şəxs istifadə etdiyi torpaq sahəsində Zərərçəkmiş şəxs həmin torpaq sahəsindən keçməsini ona irad bildirməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan predmetlə Zərərçəkmiş şəxs sol qulaq nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya sol qulaq seyvanı nahiyəsində əzilmiş yara xarakterli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, onun Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 09 may 2023-cü il tarixdə o, özünə məxsus “Niva” markalı avtomobil ilə Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisində olan çöl torpaq yolu ilə özünə məxsus fermaya gedən vaxt ona tərəf bir “Belarus” markalı traktor gəlmiş, traktor ona çatan zaman traktorun sürücüsü Zərərçəkmiş şəxs traktoru onun qarşısında saxlamış və aşağı düşmüşdür. O da avtomobilini saxlayıb aşağı düşmüş və Rəşada tərəf getmişdir. Rəşad ona yaxınlaşanda bu yoldan istifadə etməməsini ona bildirmiş və nə səbəbə yenə də həmin yoldan keçdiyini soruşmuşdur. O, Rəşada yolun ona aid olmadığını və özünə məxsus fermasına getdiyini bildirmişdir. Rəşad bir də həmin yoldan keçsə ondan inciməməsini ona bildirmiş və o, çıxıb getmişdir. 10 may 2023-cü il tarixdə, saat 19:30 radələrində o, Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisi ilə öz fermasına gedən vaxt avtomobilinin təkəri oradan axan su kanalına düşmüş və avtomobil batıb qalmışdır. O, nə qədər çalışsa da avtomobili çıxara bilməmişdir. Buna görə də o, avtomobili orada qoyub piyada yoluna davam etmiş, onun yolu Zərərçəkmiş şəxs fermasının yanından keçdiyi üçün Rəşadı çağırmışdır. Həmin vaxt saat 23 radələri olmuşdur. Rəşad çölə çıxmış və o, Rəşada avtomobilinin batdığını bildirib traktoru ilə avtomobilini çıxarmağa kömək etməsini xahiş etmişdir. Rəşad bu ərazidən keçməməsini ona bildirdiyini deyib yenə nə səbəbə oradan keçməyini soruşmuş, o, Rəşada bu yoldan hamının istifadə etdiyini bildirmişdir. Rəşad oradan kim getsə də onun getməsinə imkan verməyəcəyini bildirmişdir. Onların arasında sözlə mübahisə yaranmışdır. Rəşad onun ünvanına nalayiq söyüşlər söyə-söyə çiynindəki tək lülə tüfəngini çıxarıb onun ayağının altına bir dəfə atəş açmış və dərhal onu hədələyə-hədələyə qayıdıb yaşadığı vaqona qaçmışdır. O, bir qədər Rəşadı gözləmiş, lakin Rəşad gəlməmişdir. O, vaqona yaxınlaşıb içərisinə baxan zaman Rəşadın yenidən patron qoyması üçün tüfəngi açmağa çalışdığını görmüşdür. Rəşad tüfəngə patron qoymuş və vaqonun pəncərəsindən çıxarıb onun üzərinə tutmuşdur. Həmin vaxt o, tüfəngin lüləsindən yapışıb yana çevirmiş və Rəşad yenə də bir dəfə tüfəngdən atəş açmışdır. O, Rəşada “əgər onu vurmaq istəyirsə vaqonun çölündən çıxıb vurmasını” bildirmişdir. Zərərçəkmiş şəxs çölə çıxmış və nalayiq söyüşlər söyə-söyə ona tərəf gəlmişdir. Bu zaman fermanın yanına tanımadığı bir avtomobil gəlmişdir. Rəşad avtomobili görən kimi əlinə yerdən ağac parçası götürmüş və ona yaxınlaşıb bədəninin müxtəlif yerlərinə bir neçə zərbə vurmuşdur. O, Rəşadın onu vurduğunu gördüyü üçün o da bir dəfə yumruqla Rəşadın sifətinin sol tərəfindən vurmuşdur. Bu vaxt Rəşad yerə yıxılmışdır. Bundan sonra oradan keçən qonşuluqda yaşayan Şahid1 və oğlu Şahid2 onlara yaxınlaşmışdır. Bundan sonra o, aralaşıb çıxıb getmişdir. Mübahisə zamanı orada Rəşadla ondan başqa heç kim olmamışdır. Onlar birbirini vurduqdan sonra qonşu fermada yaşayan Adil və Bürhan adlı şəxslər oraya yaxınlaşmış və o, çıxıb getmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə vaxtı Şahid3 orada olmamışdır. Hadisə vaxtı onun əlində tüfəng olmamış və o, tüfəngin qundağı ilə Zərərçəkmiş şəxs qulağından vurmamışdır. Zərərçəkmiş şəxs əlində olan tüfəng təklüləli ov tüfəngi olmuşdur. Hadisədən sonra o, çıxıb getmiş və Rəşadın əlində olan silahın harada olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs əlində olan ağac parçası adi bir ağac budağı olmuşdur. O, Rəşadın əlində olan ağac parçasının hal-hazırda harada olduğunu bilmir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisində istifadəsində 35 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi milli qəhraman X1 oğlu X2 məxsusdur. Xaliq Fərzəliyev həmin 35 hektar torpaq sahəsini istifadə etmək üçün notarial qaydada etibarnamə əsasında ona vermişdir. O, həmin 35 hektar torpaq sahəsində özünə məxsus xırdabuynuzlu heyvanları saxlayır. 09 may 2023-cü il tarixdə, saat 20 radələrində Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisində özünə məxsus traktorla torpaq sahəsinə gedən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobil ilə qarşılaşmış, Təqsirləndirilən şəxs saxladaraq avtomobili ilə ona məxsus torpaq sahəsindən, fermanın içərisindən keçməməsini bildirmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən keçərək gedəcəyini ona demişdir. Bundan sonra o, traktorla çıxıb getmişdir. 10 may 2023-cü il tarixdə, saat 23:20 radələrində fermada vaqonda yatan zaman vaqonun qapısının döyüldüyünü eşidərək yuxudan oyanmışdır. O, vaqonun qapısını açanda Təqsirləndirilən şəxs və Nail adlı şəxsi görmüşdür. Həmin vaxt Nailin əlində bıçaq, Təqsirləndirilən şəxs əlində isə ov tüfəngi olmuşdur. Təqsirləndirilən şəxs nəyə görə onu buradan keçməyə qoymadığını soruşduqda o, Dünyamiyə həmin torpaq sahəsinin ona məxsus olduğunu, avtomobili ilə keçməsini istəmədiyini bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. O, vaqonun pilləkəni ilə aşağı düşən zaman Nail pilləkəndə əlini sağ əlinin üstünə qoymuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əlini Nailin sinəsinə qoyub kənara çəkmiş və qəfildən əlində olan tüfəngin qundağı ilə onun sol qulaq nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o, huşunu itirərək yerə yıxılmış, bir neçə saniyə sonra özünə gələndə onunla qonşu fermada yaşayan Adilin və Burhanın ondan bir qədər kənarda Təqsirləndirilən şəxs aralayaraq apardığını və Nailin artıq orada olmadığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs ilə arasında baş vermiş dava 10 may 2023-cü il tarixdə, saat 23:30 radələrində Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisində istifadəsində olan çöl torpaq sahəsində baş vermişdir. Təqsirləndirilən şəxs onu vuran zaman orada yalnız Şahid3 olmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs əlində olan tüfəngin qundağı ilə sol qulaq nahiyəsindən vuraraq onu döymüşdür. Hadisə vaxtı Nail onu vurmamış və ona xəsarət yetirməmişdir. Dünyami ifadəsində yalan göstərmiş, hadisə vaxtı o, tüfənglə Təqsirləndirilən şəxs ayağının altına güllə atmamış, onun əlində tüfəng olmamış, Təqsirləndirilən şəxs ağacla vuraraq döyməmişdir. Təqsirləndirilən şəxs əlində olan tüfəng qoşalüləli ov tüfəngi olmuşdur. Hadisədən sonra Dünyami silahı özü ilə aparmış və o tüfəngin hal-hazırda harada olduğunu bilmir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışmışdır, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işinin xitam edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onunla barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirdi, ona görə də məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımış, həmin şəxslərlə arasında heç bir ədavət və düşmənçilik yoxdur. O, Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisində Zərərçəkmiş şəxs fermasının qonşuluğunda olan fermada yaşayır. 10 may 2023-cü il tarixdə, saat 23 radələrində oğlu Şahid2 ilə birlikdə onlara məxsus yonca sahələrini suvarmaqdan qayıdarkən yolları Zərərçəkmiş şəxs yaşadığı fermanın yanından keçdiyi üçün Zərərçəkmiş şəxs fermasında olan vaqonun yanından keçib öz yaşadıqları fermaya gedən zaman o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı vaqonun yanında olduğunu və Zərərçəkmiş şəxs yerdən qalxmasını söyləməsini eşitmiş, dərhal oğlu Bürhanla birlikdə oraya yaxınlaşmışdır. Onlar yaxınlaşan zaman Zərərçəkmiş şəxs yerə yıxılmış vəziyyətdə olduğunu və sol qulağından qan axdığını görmüşdür. O, Təqsirləndirilən şəxs Rəşadla dalaşmamasını, fermadan çıxıb getməsini demiş, bundan sonra Dünyami fermadan aralaşıb çıxıb getmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan dava 10 may 2023-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisində çöl torpaq sahəsində Rəşadın istifadəsində olan fermada baş vermişdir. Mübahisə zamanı orada Rəşad, Dünyami, Bürhan və o, olmuşdur. Onlar çatan zaman mübahisə artıq başa çatmışdır. O, Rəşadla Dünyamiin bir-birini vurduqlarını görməmişdir. O, Təqsirləndirilən şəxs sifət nahiyəsində gözlə görünə biləcək xəsarət görməmiş, lakin başqa nahiyələrindən xəsarət alıb-almamasını bilməmişdir. Hadisə vaxtı Şahid3 orada olmamışdır. Hadisə baş vermiş Zərərçəkmiş şəxs məxsus ferma ilə onun yaşadığı fermanın arasında təxminən 300 metr məsafə vardır. Hadisə vaxtı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əlində tüfəng olmamışdır. Hadisədən əvvəl və oraya yaxınlaşan zaman heç bir güllə səsi eşitməmişlər. İş üzrə Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki,o, ibtiadi istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. “Hadisə yerinə baxışının aparılması haqqında” 10 may 2023-cü il tarixli protokola əsasən hadisə yeri Beyləqan rayonu, Əlinəzərli kəndində yerləşən Zərərçəkmiş şəxs istifadəsində olan torpaq sahəsidir. Məhkəmə-tibbi ekspertizasının 11 may 2023-cü il tarixli 300/23 nömrəli ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs sol qulaq seyvanı nahiyəsində əzilmiş yara olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 13 may 2023-cü il tarixli 306/23 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs döş qəfəsi və ətraflarında qançırlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materillarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 oktyabr 2023-cü il tarixli qərara əsasən müəyyənn edilir ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əməlində CM-niin 221-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir.Bundan başqa, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hərəkətlərində CM-niin 228-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs hərəkətlərində CM-niin 29, 120.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla Zərərçəkmiş şəxs ifadəsində hadsisə zamanı Təqsirləndirilən şəxs əlində ov tüfəngi olduğunu və tüfəngin qundağı ilə onun sol qulağına vuraraq ona xəsarət yetirdiyini bildirdiyi hissələri mötəbər sübut hesab edilməmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı Zərərçəkmiş şəxs əlində ov tüfəngi olduğunun və tüfənglə ona atəş açdığını bildirdiyi hissələri mötəbər sübüt hesab edilməmişdir. Həmin qərarla Zərərçəkmiş şəxs ifadəsində Şahid3 hadisə zamanı Təqsirləndirilən şəxslə birlikdə hadisə yerinə gəldiyini, əlində bıçağının olduğunu, o vaqondan aşağı düşən zaman Şahid3 onun əlindən tutduğunu, Təqsirləndirilən şəxs Naili kənara edib əlində olan tüfəngin qundağı ilə onu vurduğunu bildirdiyi hissələri mötəbət sübut hesab edilməmişdir. Həmin qərarla Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 128, 221 və 228-ci maddələri ilə cinayət işinin başanması rədd edilmişdir. Bunbdan başqa, həmin qərarla Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin (döymə) tərkibi olduğundan barəsində inzibati xətaya dair iş üzrə icraat başlanması üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə Beyləqan rayon X6 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır. Həmçinin məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxs ondan şikayətçi deyildir və Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs üzr istəməklə onunla barışdığını göstərmiş, ona görə də cinayət məsuliyyətindən azad olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində 16 oktyabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilsin. Təqsirləndirilən şəxs barəsində 16 oktyabr 2023-cü il tarixdə seçilmişbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №1(020)-67/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-67/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver