Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-67/2025 19.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Fizuli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, 16 aprel 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 31 iyul 2025-ci il tarixdə saat 20:37-də Beyləqan şəhəri, Rahil Məmmədli küçəsində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan tünd-göy rəngli şalvarının (ətəyi kəsik) sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,24 qram xeyli miqdarda bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri, Rahil Məmmədli küçəsində yerləşən evdə yaşayır. 12 ildir ki, Rabitə və Texnologiya Nazirliyinin Beyləqan şəhəri üzrə poçt filialının poçtalyonu vəzifəsində işləyir. O, təxminən 15-16 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Marixuanadan başqa heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. İstifadə etdiyi narkotik vasitəni ara-sıra tapdıqda istifadə edir. xx.xx.2025-ci il tarixdə Beyləqan rayonunda yerləşən “Xan qızı” adlı kanalın yanından keçib evə gedən zaman həmin kanalın yaxınlığında bir ədəd kibrit qutusu görüb içərisində nəsə olubolmadığı ilə maraqlanmışdır. Kibrit qutusunu açmış və içərisində narkotik vasitə olan marixuana görmüşdür. Uzun müddət narkotik vasitə marixuanadan istifadə etdiyi üçün onu tanımış və götürüb istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitə cibində evə gedərkən yanında avtomobil dayanmışdır. Avtomobildən 2 nəfər mülki geyimli şəxs düşüb ona yaxınlaşarkən onların polis əməkdaşı olduğunu bilmiş və qaçmağa başlamışdır. Lakin həmin şəxslər onu tutmuşdur. Bundan sonra bir nəfər şəxs videoçəkilişlə onu çəkə-çəkə ona yaxınlaşmış və mülki geyimdə olan digər bir nəfər şəxs yaxınlaşaraq özünü təqdim etməsini bildirmişdir. Həmin şəxsə özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşı da özünü təqdim edərək əməliyyat müvəkkili Şahid1 olduğunu və onun qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib satış məqsədi olmadan üzərində daşımaqda şübhəli olduğunu və bununla bağlı saxlanıldığını bildirmişdir. Bundan sonra əməliyyat tədbirində iştirak edən digər polis əməkdaşları da özlərini təqdim etmişlər. Ona hüquq və vəzifələrini izah edilmişdir. Daha sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş, o əynində olan şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşı həmin kibrit qutusunu açıb baxaraq nə olduğunu soruşmuş və o, “marixuana” olduğunu bildirmişdir. Polis əməkdaşı həmin kibrit qutusunu açıb içərinsində olan kütləyə baxış keçirmişlər. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 9.34 qram olması məlum olmuşdur. Ondan həmin kütləni haradan əldə etməyi soruşulmuş və həmin kütləni kanalın kənarından tapdığını demişdir. Ondan həmin narkotik vasitəyə bənzər kütlənin satışı ilə məşğul olub-olmadığı soruşulmuş və o, marixuana istifadəçisi olduğunu və satışı ilə məşğul olmadığını demişdir. Sonra həmin narkotik vasitəyə bənzər kütlə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra ondan üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya olub-olmaması soruşulmuş və o, olmadığını bildirmişdir. Daha sonra isə onun üzərinə baxış davam etdirilmiş və əynində olan şalvarın sağ cibindən özünə məxsus olan “Honor X7C” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Onun üzərindən başqa hər hansısa bir əşya, kütlə aşkar edilməmişdir. Ondan üzərindən aşkar olunaraq götürülmüş maddəni kimi tanıdığı və haradan əldə etdiyi soruşulmuş və bu zaman o, həmin kütləni tapdığını, istifadəçisi olduğunu və satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra onu Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Şöbədə olan zaman protokol tərtib edilmiş və o da iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. Sonra isə onu başqa otağa aparmışlar. Polis geyimində olan bir nəfər şəxs ona özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Zaman Əhmədli kimi təqdim etmişdir. Müstəntiq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını və daha sonra polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmişdir. O, ərizə ilə müraciət edərək maddi imkanının olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilmiş ona məxsus narkotik vasitənin qablaşdırıldığı zərfə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə ona hüquq və vəzifələri elan edilmişdir. Bundan sonra müstəntiq istintaq hərəkətində iştirak edən şəxslərlə bağlı məlumat vermiş və istintaq hərəkətinin videoçəkilişlə həyata keçirildiyini bildirib ondan və müdafiəçidən istintaq hərəkətinin videoçəkilişlə həyata keçirilməsinə etirazlarının olub-olmadığını soruşmuşdur. O və müdafiəçisi Müdafiəçi heç bir etirazın olmadığını bildirmişlər. Bundan sonra müstəntiq iştirakçılardan kiminsə etirazının və ya vəsatətinin olmadığını soruşmuş, etiraz və vəsatət daxil olmamışdır. Bundan sonra zərfə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisindən bir ədəd kibrit qutusu çıxarılmış, həmin kibrit qutusunun içərisində olan narkotik vasitəyə bənzər kütləyə baxış keçirilmiş və içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Həmin narkotik vasitə marixuanaya bənzər kütlənin olduğu kibrit qutusu elektron tərəzidə çəkilmiş və çəkisinin kibrit qutusu ilə birlikdə 9,32 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş kütlənin ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi ona bildirilmişdir. Həmin kütlə qutusu ilə birlikdə yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra isə əməliyyat tədbiri zamanı onun üzərindən aşkar olunaraq götürülmüş özünə məxsus olan “Honor X7C” markalı mobil telefona müstəntiq baxış keçirilmiş və həmin telefonun kimə məxsus olubolmadığını soruşulmuş və o, 050-452- 74-52 saylı mobil nömrədən istifadə etdiyini demişdir. bu barədə protokol tərtib edilmiş və o, iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. Törətdiyi əməli etiraf edir. Əməlindən peşimandır. Bir daha cinayət törətməyəcəkdir. Himayəsində azyaşlı uşaqları vardır və İİİ qrup əlildir. Ailəsinin yeganə qazanc gətirənidir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayon polis şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Beyləqan şəhəri, Rahil Məmmədli küçəsi, ev 1-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 31 iyul 2025-ci il tarixdə ona Beyləqan şəhəri, Rahil Məmmədli küçəsi, ev 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də o, bu barədə Beyləqan rayon polis şöbəsinin rəhbərliyinə raport ilə məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməyini xahiş etmişdir. Bundan sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verilmiş, o, Beyləqan rayon polis cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2, Beyləqan rayon polis cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Beyləqan RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əvvəlcədən qurulmuş plan əsasında Təqsirləndirilən şəxs yerini dəqiqləşdirmiş və Beyləqan şəhəri, Rahil Məmmədli küçəsində piyada hərəkət edən zaman onu saxlamışlar. Tədbir zamanı videoçəkilişdən istifadə olunmuş və videoçəkiliş əməliyyat müvəkkili Şahid4 tərəfindən həyata keçirilmişdir.Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra əməliyyat tədbirində iştirak edən polis əməkdaşları özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu və bununla bağlı saxlanıldığını bildirildikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs bu zaman əynində olan ətəyi kəsik olan şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kibrit qutusunun içərisində olan kütləyə baxış keçirilən zaman kibrit qutusunun içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olması məlum olmuşdur. Bundan sonra həmin kütlənin nə olduğu Təqsirləndirilən şəxs soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs həmin kütləni marixuana kimi tanıdığını bildirmişdir. Daha sonra kibrit qutusu ilə birlikdə Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə elektron tərəzi sıfırlandıqdan sonra elektron tərəzidə ölçülmüş və çəkisinin kibrit qutusu ilə birlikdə 9.34 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etməsi nə məqsədlə üzərində saxlayıb daşıması soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs həmin kütləni kanalın kənarından tapdığını, marixuananın istifadəçisi olduğunu, üzərində saxlamaqda məqsədinin istifadə etmək olduğunu, satışı ilə məşğul olmadığını demişdir. Ardınca isə həmin narkotik vasitə marixuanaya bənzər kütlə kibrit qutusu ilə birlikdə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya olub-olmaması soruşulmuş və o olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə davam etdirilmiş və onun əynində olan şalvarın sağ yan cibindən 01 ədəd Təqsirləndirilən şəxs özünə məxsus olan “Honor’; markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq aşkar olunaraq götürülmüşdür. Sonra isə bir daha Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddənin nə olduğu soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin marixuana olduğunu, marixuananın istifadəçisi olduğunu lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra isə əməliyyat tədbiri başa çatmışdır. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirmiş, polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirinin keçirilməsi ilə bağlı şöbədə protokol tərrtib edilmiş və o da iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 xidməti otağına aparılmış, X5 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını və daha sonra polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ona məxsus narkotik vasitə marixuanın qablaşdırıldığı zərfə və ağ rəngli kisəyə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə iştirakçılara hüquq və vəzifələri elan edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın qablaşdırıldığı ağ rəngli zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin zərfin içərisindən bir ədəd kibrit qutusu çıxarılmışdır. Kibrit qutusu açılan zaman onun içərisində marixuanaya bənzər kütlənin olduğu məlum olmuşdur. Sonra həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9.32 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər kütləni nə məqsədlə götürdüyü və üzərində daşıdığı soruşulmuş və o özünün istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını, heç kimə satmadığını bildirmişdir. Sonra aşkar olunmuş kütlə kibrit qutusu ilə birlikdə yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Sonra aşkar edilmiş kütlənin ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra baxış davam etdirilmiş və əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Honor” markalı mobil telefona baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin telefonun özünə məxsus olduğunu, başqa kiminsə istifadə etmədiyini, həmin mobil telefonda ***- ***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. X5 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilən zaman ona qarşı zorakılıq edilibedilmədiyi soruşmuş və bu zaman Təqsirləndirilən şəxs zorakılıq edilmədiyini bildirmişdir. Daha sonra videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirilmiş daha sonra bu barədə protokol tərtib edilmiş və o, iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verdilər . İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Füzuli şəhəri, Sovet küçəsi ev 17-də qeydiyyatda olmaqla Beyləqan şəhəri, Rahil Məmmədli küçəsi, ev 1A-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə Beyləqan rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis kapitanı Şahid1 31 iyul 2025-ci il tarixli raportu əsasında Beyləqan rayon polis şöbəsinin Cinayət-axtarış və İstintaq bölmələrində toplanmış materiallar olmuşdur İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizanın 01 avqust 2025-ci il tarixli 18/558 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6.24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 sentyabr 2025-ci il tarixli, 5656 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəztəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F12x1) diaqnozu ilə profilaktik qeydiyatdadır İş materiallarına əlavə edilmiş 31 iyul 2025-cü il tarixli «əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» protokoldan görünür ki, Rasim Firdovsi oğlunun üzərinə baxış zamanı onun əynində olan tünd-göy rəngli şalvarının (ətəyi kəsik) sol yan cibindən olan tünd-göy rəngli şalvarının (ətəyi kəsik) sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər kütlə tərəfimdən elektron tərəzidə ölçülmüş və çəkisinin 9,32 qram olması məlum olmuşdur. Baxış keçirilməsi prosesi videokamera ilə qeydə alınmış, qeydə alınmış həmin videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı şahidlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda narkotik vasitə 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,24 qram miqdarda bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 avqust 2025-ci il tarixli, 1128 nömrəli arayışdan görünür ki, Məmmədov X2 şəhəri, Rahil Məmmədli küçəsi ev 1A-da yaşayır, himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xaraterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 27 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, yə əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron infirmasiya sistemindən sosial müavinət və təqaüs haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, İİİ qrup əlil olmasını, əməlindən şəmimi peşiman olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onun əməlini səmimi etiraf etməsini, əlil olmasını və yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təqsirləndiyi maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2025-ci il tarixdə, saat 22:15 dəqiqədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 01 avqust 2025ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0.622 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçiriməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384-1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 iyul 2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin hər bir günü 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 1(bir) il 11 ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0.622 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 13 (on üç) saat üçün 143 (yüz qırx üç) manat onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-67/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-67/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver