Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-68/2023 21.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1962-ci ildə Beyləqan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, "xxxx" MMC-in Beyləqan flialında sahə aqronomu vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, hazırda Beyləqan rayonunun İ Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə, saat 11:30 radələrində Beyləqar rayonu, Birinci Şahsevən kəndində yerləşən özünə məxsus evdə gəlini Abdullayevə Zəhra Abba1 qızı ilə onun arvadı Şahid5 Qəhrəman qızı arasında həmin gün saat 10 radələrind yaşadıqları evin həyətində baş vermiş mübahisə səbəbindən Şahid1 artıq onlarl birlikdə yaşamaq istəməyərək öz azyaşlı övladı ilə birlikdə onun evini tərk etmək istəməsi ilə bağ aralarında yaranmış mübahisə zamanı yumruq zərbələri ilə X2 atası Zərərçəkmiş şəxs sağ qaş və sinə nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sağ qaş nahiyəsində əzilmiş yara, döş qəfəsində isə qançır xarakter sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, X3 onun oğlu Şahid6 arvadı olmuş, ailə daxili yaranan mübahisələr nəticəsində 27 sentyabr 2023-cü il tarixdə Sərvan və Zəhra rəsmi olaraq boşanmışlar. O, 06 iyul 2023-cü il tarixdə, saat 12:30 radələrində işdən evə qayıdarkən Zəhranın atası Abbasın, anası İlhamənin, dayısı Sabirin və Sabirin arvadı Mədinənin onun evində ayaq üstə dayanıb onun arvadı Gültəkinlə mübahisə etdiklərini görmüşdür. O, Abbasdan nə baş verdiyini, nə üçün mübahisə etdiklərini soruşduqda Abbas onun oğlu Sərvini nalayiq sözlərlə söymüşdür. Bu zaman o da Abbası söymüşdür. Bundan sonra Abbas qızı Zəhranı azyaşlı övladı ilə birlikdə öz evinə aparacağını bildirmişdir. O, Abbasın bu hərəkətinə əsəbiləşərək Abbasa evdə söyüş söyməsinin düzgün olmadığını, çölə çıxmasını, qızını da götürüb getməsini demiş və əli ilə Abbası itələyərək evindən cölə çıxartmışdır. Həmin vaxt evdə olan qaynı Namiq onu tutub Abbasdan kənarlaşdırmışdır. Bundan sonra Abbas, İlhamə, Sabir, Mədinə, Zəhra və Zəhranın azyaşlı uşağı avtomobilə oturub çıxıb getmişdilər. O, öz evində Zərərçəkmiş şəxs yumruqla vurmamış və Abbasa heç bir xəsarət yetirməmişdir. Abbas qızı Zəhranın çağırışı ilə Zəhranı götürüb aparmaq üçün onun evinə gəlmiş və həmin vaxt onu və oğlu Sərvini söydüyünə görə o, Abbasın qolundan tutub itələyərək evdən cölə çıxartmışdır. Sərvin İlhamənin qolundan tutmamış və sillə ilə ağzına vurmamışdır. O, Abbasın qolundan tutub itələyərək evindən cölə çıxardan zaman İlhamənin də qolundan tutub itələyərək evindən çölə çıxartmışdır. O və oğlu Sərvin İlhaməni vurmamışlar, heç bir xəsarət yetirməmişlər. O, əli ilə Abbasın azğından itələyən zaman dırnağının Abbasın qaşına dəyərək xəsarət yetirməsi məzmununda təhqiqatda izahat verdiyini xatırlamır. Zəhra həmin gün Sərvinlə sözlə mübahisə etdiyinə görə valideynlərini çağırmış, Zəhranın valideyinləri onun evinə gələrək arvadı Gültəkinlə və onunla mübahisə etmişlər. Evində baş vermiş mübahisə zamanı onu, Gültəkini və Sərvini heç kim vurmamış və heç bir xəsarət yetirməmişdir. Hadisə onun yaşadığı evin içərisində baş vermiş və təxminən 10 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt onun arvadı Gültəkin əli ilə Abbasın sifət nahiyəsinə vurmuşdur. Onun heç bir təqsiri olmamışdır. Ona görə də barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun qızı Şahid1 2022ci ildə Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayan Şahid6 ilə ailə qurmuş, həmin nikahdan bir qız övladı dünyaya gəlmişdir. Zəhra ilə Sərvin ailə qurduqdan sonra Beyləqan rayonu Birinci Şahsevən kəndindəki Sərvinin atası evində mehriban yaşamışlar. Zəhra ilə Sərvinin övladı olandan sonra aralarında tez-tez söz-söhbət olmuş, mübahisələr baş vermişdir. Zəhra ilə bir evdə yaşayan qayınanası Gültəkin əsasən Zəhra ilə tez-tez mübahisə etmiş və sözlə Zəhranı təhqir etmişdir. 06 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Zəhra ona zəng edərək qayınanası Gültəkinlə evdə mübahisələri olduğunu, Gültəkinin onu təhqir etdiyini bildirmiş və gəlib onu aparmasını istəmişdir. Bundan sonra o, nə baş verdiyini bilmək üçün arvadı İlhamə, qaynı Sabir və Sabirin arvadı Mədinə ilə birlikdə Beyləqan rayonu Birinci Şahsevən kəndinə, qızının yaşadığı qaynatasına məxsus evinə getmişdir. O, kəndə çatanda yolüstü Gültəkinin qardaşı Namiqi də söhbət etmək üçün ağsaqqal kimi özü ilə götürmüşdür. Sərvinin evinə çatan zaman evdə Zəhra və Gültəkin olmuş, bir qədər sonra Sərvin və atası Hüseyn evə gəlmişlər. İlhamə Gültəkindən qəzlarının hansı səhv hərəkətinin olmasını soruşmuş, Gültəkin heç bir cavab verməmişdir. Hüseyn isə onunla sözlə mübahisə etməyə başlamışdır. Bu zaman qızı Zəhra ona və Hüseynə artıq burada yaşaya bilmədiyini və boşanmaq istədiyini demişdir. Zəhra azyaşlı övladını götürüb evdən çıxmaq istədikdə Sərvin, Hüseyn və Gültəkin buna imkan vermək istəməmiş və Zəhranın qabağını kəsib evdən çıxmağa qoymamışlar. Buna baxmayaraq Zəhra uşağı götürüb həyətə çıxmışdır. Həmin vaxt o, Hüseyngil Zəhranın getməsinə mane olmasınlar deyə qabağa keçmiş, Hüseyn ona yaxınlaşaraq əl qol atmış və qəfildən yumruqla onun sağ qaş nahiyəsinə və sinəsinə ardıcıl zərbələr vurmuşdur. Bu zaman İlhamə və Sabir araya girərək Hüseyni ondan kənarlaşdırmışlar. Həmin vaxt Sərvin iki əli ilə İlhamənin qolundan tutub bərk-bərk sıxaraq dartıb evdən həyətə çıxartmış, Sabir araya girərək Sərvini və Hüseyni onlardan kənarlaşdırmışdır. Bundan sonra o, İlhamə, Zəhra, Sabir və Mədinə Sabirin maşınına əyləşib oradan evlərinə qayıtmışlar. Hüseynin yumruqla onu vurması nəticəsində o, xəsarət almışdır. Sərvin isə iki əli ilə onun arvadı İlhamənin qolundan tutub bərk bərk sıxaraq xəsarət yetirmişdir. Bu hadisədən sonra Zəhra onun evində qalıb yaşamış və boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Mübahisə 06 iyul 2023-cü il tarixdə, saat 11:30 radələrində Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən Təqsirləndirilən şəxs evində baş vermiş və təxminən 3-4 dəqiqə davam etmişdir. Hədisə vaxtı orada onun arvadı İlhamə, qızı Zəhra, qaynı Sabir, Sabirin arvadı Mədinə, Gültəkin, Hüseyn, Sərvin və Namiq olmuş, başqa heç kəs olmamışdır. O, Şahid5 nalayiq ifadələrlə təhqir etməmişdir. Şahid5 onu yumruqla vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Hüseyn öz yaşadığı evin içərisində yumruqla onun sinəsinə və qaş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Baş vermiş hadisə zamanı sifət nahiyyəsindən xəsarət almaqla bütün qohum-əqrəba arasında biabır olmuş, qohumları ona keçmiş qudası tərəfindən döyülməsi barədə söz-söhbət yayılmasını bildirmiş, almış olduğu xəsarətlə bağlı xəstəxanada həkimlərin da yanında biabır olmuşdur. Bu yaşlı vaxtında mübahisə nəticəsində döyülməyi onun yaşına yaraşan bir hal deyildir. Həmin xəsarətlər bir müddət onun üz nahiyyəsində qalmaqla, insanlar onu görmüş və bu hallar da ona çox pis təsir göstərmişdir. Bu xəsarətlərlə əlaqədar müalicəsi və qulluq xərci ilə bağlı maddi ziyana düşmüş, habelə, həmin hal onu mənəvi stressə salmışdır. Ona görə, Təqsirləndirilən şəxs onun döyməsi ilə bağlı ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat, ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini, təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yaşayan Şahid6 ilə o, 2022-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan bir qızları vardır. Onlar ailə qurandan sonra Beyləqan rayonu 1ci Şahsevən kəndində Sərvinin atası evində mehriban yaşamışlar. Uşaqları olandan sonra ailə münasibətlərində tez-tez mübahisələri yaranmışdır. Əsasan onlarla bir evdə yaşayan qaynanası Gültəkin onunla mübahisə etmiş, sözlə onu təhqir etmişdir. 06 iyul 2023-cü il tarixdə səhər tezdən Sərvin və qaynatası evdən çıxıb işə getdikdən sonra təxminən saat 09 radələrində qaynanası Gültəkin həyətdə bulağın yanında evin xalçalarını yuyarkən o, da həmin vaxtı ayaqqabılarını yumaq üçün onun yanına gəlmişdir. Söhbət zamanı Gültəkinlə bazara gedəcəyini bildirmiş, o da evdə paraşok qutardığını və mağazadan paraşok almasını bildirmişdir. Gültəkin ona bacısının toyu zamanı dükandan aldığı xalçanın pulundan 200 manat borclu qaldığını və borcu vermədiyinə görə həmin dükana getməyə utandığını bildirmişdir. O, qaynanasına yaxın vaxtlarda borcunu qaytaracağını bildirsə də, bu barədə aralarında mübahisə yaranmışdır. Həmin vaxtı Gültəkin sözlə onu təhqir etmişdir. O, evdəki mübahisələrdən və onu təhqir etmələrindən bezdiyindən evə keçib atasına zəng etmişdir ki, yaranmış vəziyyəti ona izah edib gəlib onu aparmasını istəmişdir. Bundan bir qədər keçəndən sonra atası Abbas, anası İlhamə, dayısı Sabir və dayısı arvadı Mədinə onun yaşadığı evə gəlmişlər. Həmin vaxt evdə qaynanası ilə özü olmuşdur. Valideyinləri gələndən sonra Gültəkin qaynatasına və Sərvinə zəng edib onları evə çağırmışdır. Bir qədər keçəndən sonra Hüseyn və Sərvin evə gəlmişlər. Həmin vaxtı anası İlhamə qaynanası Gültəkinə «qızımın nə səf hərəkəti və sözü olub deyin bilək” deyə soruşmuşdur. Gültəkin isə heç bir cavab verməmiş, lakin qaynatası Hüseyn atası ilə mübahisə etməyə başlamışdır. O, atasına boşanmaq istədiyini bildirmişdir. O, uşağını götürüb evdən çıxmaq istədikdə Sərvin, Hüseyn və Gültəkin uşağını aparmağa imkan verməmişlər. Buna baxmayaraq o, uşağını götürüb həyətə çıxanda Hüseyn atasına yaxınlaşdı və əl qol atdı daha sonra yumruqla atası Abbasın sifətindən sağ qaş nahiyəsindən və sinəsindən vurmuşdur. Sərvin isə anasının qolundan tutub bərk sıxaraq ona xəsarət yetirmişdir. Həmin vaxtı orada olan dayısı Sabir araya girib Hüseyini və Sərvini onlardan kənarlaşdırmışdır. Bundan sonra o, azyaşlı uşağını götürüb dayısı Sabirin maşını ilə atası evinə getmişdir. Həmin vaxtı Hüseyn yumruqla atası Abbası vurub ona xəsarət yetirmişdir. Sərvin isə iki əli ilə anasının qolundan tutub bərk bərk sıxaraq ona xəsarət yetirmişdir. Hazırda o, atasının evində qalıb yaşayır . İş üzrə şahidlər Şahid2 və Şahid4 Gəray qızı məhkəmədə X3 ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, onun oğlu Şahid6 2022-ci ilin iyun ayında X3 ilə ailə qurmuş və ailə qurduqları vaxtdan onun evdə birlikdə yaşamışlar. Sərvin ilə Zəhranın birgə nikahından bir qız övladı dünyaya gəlmişdir. Zəhran Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən 2 nömrəli tam orta məktəbdə müəllimə işləmişdir. Onun Zəhra ilə arasında əvvəllər heç bir mübahisə olmamışdır. 2022-ci ilin noyabr ayında Zəhranın bacısı Bənövşənin toyu olmuşdur. Həmin ərəfədə Zəhra toy münasibətilə bacısına 1 ədəd xalça hədiyyə almaq istəmiş, lakin xalçanı almağa pulu olmadığını ona bildirmişdir. O, Beyləqan şəhərində yerləşən mağazada işləyən tanışı olduğunu və həmin mağazadan pulu bir neçə ay müddətində sonradan vermək şərti ilə xalça ala biləcəyini Zəhraya bildirmişdir. Zəhra həmin mağazadan xalça almağı ondan xahiş etmişdir. Bundan sonra o, Zəhra ilə birlikdə Beyləqan şəhərinə gedib tanışının işlədiyi mağazadan 400 manat dəyərində 1 ədəd xalçanı ayda 50 manat ödəmək şərti ilə almışdır. Daha sonra Zəhra həmin xalçanın pulundan 200 manat mağazaya ödəmiş, 200 manat isə borclu qalmışdır. 06 iyul 2023-cü il tarixdə, saat 09 radələrində oğlu Sərvin və əri Hüseyn evdən çıxıb işə getmişdir. O, bir qədər keçdikdən sonra evin xalçalarını həyətdə yuyarkən Zəhra gələrək onunla söhbət etmişdir. O, söhbət zamanı Beyləqan şəhərinə gedəcəyini Zəhraya bildirmişdir. Zəhra evdə yuyucu tozu olmadığını ona bildirmiş və bacısı üçün xalça aldığı mağazadan yuyucu tozu almasını ondan xahiş etmişdir. O, xalçanın pulunun qalan 200 manatını həmin mağazaya vermədiyi üçün utandığından həmin mağazaya gedə bilmədiyini Zəhraya demişdir. Bundan sonra xalçanın qalan 200 manatını mağazaya kimin ödəyəcəyi barədə onların aralarında sözlə mübahisə yaranmış, Zəhra valideynlərinə zəng edərək ondan gileylənmiş və valideynlərini çağırmışdır. Saat 11:30 radələrində Zəhranın atası Abbas, anası İlhamə, dayısı Sabir və dayısı arvadı Mədinə onun evinə gəlmişlər. Həmin şəxslər evə daxil olduqdan sonra İlhamə qızı Zəhranı nə üçün yola vermədiyini ondan soruşaraq onunla mübahisə etmişdir. Daha sonra Abbas müdaxilə etmiş və onunla mübahisə etmişdir. Abbas qızı Zəhraya səslənərək hazırlaşmasını, birlikdə gedəcəklərini demişdir. Həmin vaxt onun qardaşı Namiq, daha sonra isə əri Hüseyn evə gəlmişdir. Hüseyn Abbasgilin nə üçün gəldiklərini ondan soruşmuş, o, həmin şəxslərin Zəhranı aparmaq üçün gəldiklərini Hüseynə demişdir. Bu zaman Hüseyin ona “aparmaq istəyirsə, qoy aparsın” deyə bildirmiş, Abbasın və arvadı İlhamənin qolundan tutub itələyərək evdən çıxartmışdır. O, həmin şəxslərin arxasınca gedəndə Abbas həyət darvazasının yanında onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman o, Abbasa irad tutmuş və danışığına fikir verməsini tapşırmışdır. Lakin Abbas yenidən onun ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də o, Abbasa yaxınlaşmış və yumruqla sinəsindən vurmuş və Abbasın başı darvazaya dəymişdir. Bundan sonra o, aralanıb evinə getmiş, Abbas, İlhamə, Zəhra, Mədinə və Sabir isə gəldikləri avtomobilə əyləşib çıxıb getmişlər. Münaqişə zamanı o, yumruqla Abbasın sinəsindən və qaş nahiyəsindən vurmuş, İlhaməni isə heç kəs vurmamışdır. Evin içərisində münaqişə olub qutardıqdan sonra onun oğlu Sərvin həyətə gəlmiş, həmin vaxt İlhamə qardaşı Sabirin avtomobilində oturmuş və çıxıb getmişdir. Sərvin İlhaməni yumruqla vurmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında Şahid5 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid7 Qəhraman oğlu məhkəmə iclasında iştirak etməmiş məhkəməyə teleqrama göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəməyə gələ bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdini göstərmişdir. Şahid7 Qəhraman oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu Birinci Şahsevən kəndində yaşayan Şahid6 onun bacısı Gültəkinin oğludur. Sərvin 2022-ci ildə X3 ailə qurmuş və həmin nikahdan bir qız övladı dünyaya gəlmişdir. Sərvin və Zəhra ailə qurduqdan sonra Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən Sərvinin atası evində mehriban yaşamış, əvvəllər aralarında hər hansı bir münaqişə və ya dava-dalaş olduğunu eşitməmişdir. 06 iyul 2023-cü il tarixdə, saat 11:30 radələrində Zəhranın atası Abbas ona zəng etmiş və görüşmək istədiyini bildirərək onun Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən dükanına gəldiyini bildirmişdir. Abbas onun dükanına gəldiyini ona deyəndən sonra o, dükana getmiş və Abbasır dükanın qarşısında dayandığını görmüşdür. Abbas həmin vaxt arvadı İlhamə, qaynı Sabir ve Sabirin arvadı Mədinə ilə birlikdə Sabirin idarə etdiyi avtomobillə gəlmişdir. Abbas yeznəs Sərvinin evinə gedib qızı Zəhranı götürüb öz evinə aparacağını ona bildirmişdir. O, Abbasdan m baş verdiyini soruşduqda Abbas ona Zəhra ilə ailə üzvləri arasında münaqişə baş verdiyir demişdir. O, Abbasa məsələni aydınlaşdırmaq üçün bir qədər gözləməsini demiş, lakin Abba1 ona gedəcəyini bir daha bildirərək onunla getməyi təklif etmişdir. Abbasın getmək istədiyində israrlı olduğunu görüb artıq heç bir söz deməmişdir. Abbas qaynı Sabirin avtomobilinə əyləşib getmiş, onlar getdikdən sonra o, kəndin ərazisində yerləşən çayxanaya getmiş, orada oturub bir stəkan çay içmişdir. O, əvvəlcə Hüseynin evinə getmək istəməmiş, lakin sonradan fikrini dəyişmiş və öz avtomobili ilə qaynı Hüseynin evinə getmişdir. Hüseynin evinin həyətinə daxil olanda Abbas, İlhamə və Zəhranın sözlə Hüseyn, Sərvin və Gültəkinlə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Zəhra uşağını qucağına götürüb dayısı Sabirin avtomobilinə əyləşmişdir. Daha sonra Abbas, İlhamə və Mədinə avtomobilə əyləşmiş və Sabir avtomobilini idarə edərək oradan çıxıb getmişdir. Abbasgil getdikdən sonra o, orada dayanmamış və çıxıb öz şəxsi işlərinin ardınca getmişdir. O, Hüseynin evinə gedib çatanda dava-dalaşın qurtardığını, Abbasın ailə üzvləri ilə birlikdə çıxıb getmək ərəfəsində olduğunu, evin həyətində sözlə mübahisə etdiklərini görmüşdür. O, Hüseynin yumruqla Abbasın sifət nahiyəsinə və sinəsinə vurduğunu, eləcə də Sərvinin İlhaməyə zor tətbiq edərək qolundan tutub dartıb evdən həyətə çıxartdığını görməmişdir. Həmçinin o, Gültəkinin evin həyət darvazasının yanında Abbasın sinəsinə vurduğunu və Abbasın başının darvazaya dəyməsini görməmiş, həmin vaxt belə bir hal baş verməmişdir. O, Abbasın hansı şəraitdə xəsarət aldığını görməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs 06 iyul 2023-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən evində onu döyərək xəsarət yetirməsi və həmin vaxtı Şahid6 onun arvadı X1 döyərək xəsarət yetirməsi barədə Beyləqan rayon polis şöbəsinə yazdığı 06 iyul 2023-cü il tarixli ərizə əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurulması cinayəti Təqsirləndirilən şəxs məxsus olan Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin daxilində və həmin evin həyətində baş vermişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 07 iyul 2023-cü il tarixli, 9/461 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs sağ qaş nahiyəsində əzilmiş yara, döş qəfəsində qançır aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 06 iyul 2023-cü il tarixdə yumruq zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə, saat 11:30 radələrində Beyləqar rayonu, Birinci Şahsevən kəndində yerləşən özünə məxsus evdə gəlini Abdullayevə Zəhra Abba1 qızı ilə onun arvadı Şahid5 Qəhrəman qızı arasında həmin gün saat 10 radələrind yaşadıqları evin həyətində baş vermiş mübahisə səbəbindən Şahid1 artıq onlarl birlikdə yaşamaq istəməyərək öz azyaşlı övladı ilə birlikdə onun evini tərk etmək istəməsi ilə bağ aralarında yaranmış mübahisə zamanı yumruq zərbələri ilə X2 atası Zərərçəkmiş şəxs sağ qaş və sinə nahiyəsinə qəsdən bir neçə də- vuraraq sonuncuya sağ qaş nahiyəsində əzilmiş yara, döş qəfəsində isə qançır xarakter sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərər vurması kifayət qədər sübuta yetdi. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs və Şahid6 əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından onların barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Şahid6 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü qərarın surəti Beyləqan RPŞ-nin İTB-nə göndərilmiş, Şahid5 Qəhrəman qızının barəsində CM-nin 128-ci madddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi rədd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi vardır, ibtidai istintaq orqanı tərəfindən onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir, buna görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs hərəkətlərində cəzasını CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hal 62 yaşı olmasıdr, cəzasını ağırlaşıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə edilməsini, nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində islah işləri növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, baş vermiş hadisə zamanı sifət nahiyyəsindən xəsarət almaqla bütün qohum-əqrəba arasında biabır olmuş, qohumları ona keçmiş qudası tərəfindən döyülməsi barədə söz-söhbət yayılmasını bildirmiş, almış olduğu xəsarətlə bağlı xəstəxanada həkimlərin da yanında biabır olmuşdur. Bu yaşlı vaxtında mübahisə nəticəsində döyülməyi onun yaşına yaraşan bir hal deyildir. Bu hallarla əlaqədar müalicəsi və qulluq xərci ilə bağlı maddi ziyana düşmüş, habelə, həmin hallar onu mənəvi stressə salmışdır. Ona görə, Təqsirləndirilən şəxs onun döyməsi ilə bağlı ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat, ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.2.4-ci maddəsinə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə həm də, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası CPM-nin 181.4-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən, mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.Həmin Məcəllənin 187.2-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, mənəvi zərər görə 500 manat, habelə ödənilmiş 50 manat dövlət rüsumu təqsirləndirilən şəxsdən alınıb zərərçəkmiş şəxsə verilməlidir. İşdə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin başlanğıcı aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Mülki iddia qismən təmin edilsin. Mənəvi ziyana görə 500 (beş yüz) manat, habelə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs verilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-68/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-68/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver