Məhkəmə qərarları › İş №1(020)-7/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-7/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-7/2024 28.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun Təqsirləndirilən şəxsin müdafiəçisi: Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 məcburi köçkünlər üçün nəzərdə tutulmuş yeni bina) ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 21 fevral 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-962/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(020)- 193/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 10600,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə el adəti ilə toy edərək ailə həyatı qurmuş, nikahları xx.xx.2012-ci il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2011-ci il tarixdə Sevinc adlı və xx.xx.2012-ci il tarixdə Elgün adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilərək, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli qərarları ilə ayrı-ayrılıqda 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra da işləmədiyinə görə aliment borcunu ödəməmiş, bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni, xx.xx.2023-cü il tarixədək yaranmış olan 10600,00 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Əlavə olaraq o, Zərərçəkmiş şəxs ilə evli olduğu müddət ərzində Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr ərazisində yerləşən “Avtomobil” satış bazarında 2-ci əl avtomobillərin avto-detallarının satışı ilə məşğul olmuş, orta hesabla 3000,00- 4000,00 manat qazanc əldə etmişdir. Həbs edilməzdən əvvəl də Sumqayıt şəhərində yerləşən maşın bazarında usta kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs olan borcundan son zamanlar 700 manat ödəmişdir. Zərərçəkmiş şəxs ilə birgə nikahda olduğu müddətdə birlikdə Bakı şəhərində, Zabrat qəsəbəsində ev tikmiş, həmin evi də Leyla və uşaqlarına vermişdir. Hazırda işləyir, qazancı yaxşı olmaqla aliment borclarını da hissəhissə ödəməyə söz verir. Ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə el adəti ilə toy edərək ailə həyatı qurmuş, nikahları xx.xx.2012-ci il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2011-ci il tarixdə Sevinc adlı və xx.xx.2012-ci il tarixdə Elgün adlı 2 (iki) övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyrimümkün olmuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs ilə arasında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)- 962/2018 saylı qətnaməsi ilə onların nikahına xitam verilərək, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli qərarları ilə ayrı-ayrılıqda 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 10600,00 manat aliment borcunu ödəməmişdir. Halbu ki, onlar evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr ərazisində yerləşən “Avtomobil” satış bazarında 2-ci əl avtomobillərin avtodetallarının satışı ilə məşğul olaraq, aylıq orta hesabla 3000,00-4000,00 manat arası qazanc əldə etmiş, həbs edilməzdən əvvəl də Sumqayıt şəhəri ərazisində Təqsirləndirilən şəxs həmin işlə məşğul olaraq kifayət qədər qazanc əldə etmişdir. Son zamanlar işinin məhkəməyə verilməsini görüb ona bir dəfə 500 manat, sonra hissəhissə 200 manat, cəmi 700 manat göndərmişdir. Zabrat qəsəbəsində yerləşən evi birgə nikah dövründə inşa etsələr də, evin çox hissəsinin pulunu valideynləri ödəmişlər. Hazırda Təqsirləndirilən şəxs onun aliment borclarını ödəmədiyinə görə ona ağır cəza verilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən Şahid1 ifadəsində göstərmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-962/2018 saylı icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs hər ay 2 (iki) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ümumilikdə 300,00 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxsə ödənilməsinə dair icra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş və icraata başlanaraq tələbkara məlumat verilməklə borcluya bildiriş göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası təmin etməmişdir. Məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmişdir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-446/2018 saylı, 1412.2018-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmənin qətnaməsi üzrə tələbi icra etmədiyinə görə borclu Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyni lazımi qaydada yerinə yetirməmiş, icra sənədi üzrə olan borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-962/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini Təqsirləndirilən şəxs inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunur. Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs cəmi 6500,00 manat məbləğində aliment pulu ödəmiş, 10600,00 manat məbləğində aliment borcu yaranmış və icra sənədinin icrasını qərəzli olaraq təmin etməyərək aliment pulunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan başqa icra sənədi üzrə tələbkar Beyləqan rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ödənilməmiş 10600,00 manat aliment borcunun qalmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət işi başlamaq üçün təqdimat verdikdən sonra da o, həm aliment borcunu həm də aaylıq aliment pullarını ödəməmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə Zərərçəkmiş şəxs arasında olan nikah pozulmuş, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, X6 oğlu ayrı-ayrılıqda 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, icra məmurunun təqdimatına əsasən X6 oğlunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-962/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Beyləqan rayon icra və probasiya şöbəsi təqdimat ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Beyləqan Rayon Məhkəməsinin 8(020)-446/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş, istintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 12/2-72781 nömrəli tələbnamədən və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(020)-10/2017 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Beyləqan Rayon Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 7(020)-09/2017 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci və 177.2.4-cü maddəsi ilə təyin edilmiş 4000 (dörd min) manat məbləğində cərimə cəzası 400 (dörd yüz) saat ictimai işlər cəzası ilə əvəz edilmiş, ona təyin edilən cəzanı çəkib qurtardıqdan sonra xx.xx.2018-ci il tarixdə Beyləqan rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış və məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş X1 17 X4 Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz (və ya işaxtaran) şəxs kimi qeydiyyatı aşkar olunmamış və Filial tərəfindən işsizlikdən sığorta ödənişi almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, istintaq zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olaraq, qazancı orta hesabla aylıq 500,00 manat müqabilində təşkil etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnaməni icra etmədiyi üçün ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş və cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu 10600,00 manat məbləğində ziyandan ödəniş etməmişdir. Cinayət işində olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarınndan, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(020)-193/2021 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-962/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində müdafiəsi üçün əsaslı dəlil gətirməmişdir. Onun tələbkarla birlikdə birgə nikah dövründə Zabrat qəsəbəsində ev tikib tələbkara və uşaqlarına verməsi onu aliment ödəmək öhdəliklərindən azad etmir. Beləliklə, Təqsirləndirilən şəxs özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi kifayət qədər sübuta yetmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmaması ilə yanaşı, hazırda da borcunu ödəməməsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından daha yetərli olar. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmış, lakin sonuncu istintaq orqanından gizləndiyi üçün haqqında axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhərində Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən tutularaq Yasamal RPŞ-nin MSY-nə yerləşdirildiyindən işi üzrə icraat xx.xx.2023-cü il tarixdə təzələnmiş və həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, məhkəmə baxışı dövründə, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə axtarış verilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz ediilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərində həbs edilmiş, Beyləqan RPŞ-nə gətirilib aidiyyəti üzrə X3 təhvil verilmişdir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi tutulduğu bir gün müddət azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesablansın, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə muddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 11 (on bir) saat üçün 66 (altmış altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. İşdə maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar