Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-7/2025 03.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Beyləqan rayon məhkəməsinin 13 oktyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi ilə ilə (köhnə redaksiyada) təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 21 fevral 2002-ci il tarixdə cəzasının çəkilməmiş bir il iyirmi dörd gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Beyləqan Rayon Məhkəməsinin 25 iyul 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 iyun 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş. Beyləqan rayon məhkəməsinin 12 oktyabr 2006-cı ıl tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 may 2007-ci ildə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli qərarının 1.1-ci bəndində əsasən cəzasının çəkilməmiş beş ay iki gün hissəsindən azad edilmiş, Beyləqan rayon məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən üzərində qəti olaraq iki il on ay iyirmi altı gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq həmin cəza şərti olaraq tətbiq edilmiş və iki il sınaq müddəti müəyyən edilmiş, Beyləqan rayon məhkəməsinin 30 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən üzərində qəti olaraq beş ay iyirmi səkkiz gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış iki il on ay iyirmi altı gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 25 oktyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Beyləqan şəhəri, Ramiz Abbasov küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.2, 127.2.3, 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən keçmiş SSRİ-də Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş 118236 nömrəli, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov tüfəngini qanunsuz olaraq əldə etdikdən sonra onu üzərində rahat gəzdirmək və lazım olduqda istifadə etmək məqsədilə həmin silahın lüləsini və qundağını kustar üsulu ilə kəsərək ilkin təyinatını qəsdən dəyişdirib, lüləsinin uzunluğu 167 mm, ümumi uzunluğu 317 mm olan 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı odlu yivsiz ov tüfənginin kəsiyini qəsdən hazırlayaraq istintaqa məlum olmayan yerdə və üzərində qəsdən saxlayaraq daşımaqla gəzdirmiş, 18 iyul 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı ictimai yer olan Beyləqan şəhəri, Bəhruz Kəngərli küçəsində yerləşən evinin qarşısına gələrək əvvəllər aralarında baş vermiş mübahisəyə görə Zərərçəkmiş şəxs ondan üzr istəməsini tələb etmiş, Zərərçəkmiş şəxs ondan üzr istəməyəcəyini bildirdiyi üçün əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə sonuncuya qəsdən xəsarət yetirmək qərarına gəlib, özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı sərxoş vəziyyətdə qəsdən kobud surətdə pozaraq Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, sonuncunun yaxın qohumları-arvadı Şahid1, qızı Şahid2, azyaşlı oğlu Şahid4, azyaşlı qızı Şahid3 gözləri qarşısında ər- arvad və ata-övlad kimi onların birbirlərinə əziz və dəyərli olmalarını, hərəkətləri ilə onların hər birinə xüsusi əzab və işgəncə verəcəyini dərk edib, bunları arzu edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, zor tətbiq edərək qəsdən hazırlayaraq saxlayıb daşımaqla üzərində gəzdirdiyi lüləsinin uzunluğu 167 mm, ümumi uzunluğu 317 mm olan 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı odlu yivsiz ov tüfənginin kəsiyindən istifadə edərək Zərərçəkmiş şəxs sağ ayağından nişan alıb qəsdən bir dəfə atəş açaraq Zərərçəkmiş şəxs sağ baldır nahiyəsində, onun funksiyasının orta dərəcədə-müvazinətin əhəmiyyətli dərəcədə pozulması, ödem, diz və aşıq-baldır oynağında hərəkətlərin bir qədər pozulması ilə müşayiət olunan odlu silah-qırma yaraları, sağ said nahiyəsinin çoxsaylı səthi qırma yaraları, sağ qamış sümüyünün proksimal şöbəsinin sınığı xarakterli Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sonuncunun sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş və ümumi əmək qabiliyyətinin üçdə-birindən az hissəsinin (25%) əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən sağlamlığına xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.2.2, 127.2.3, 221.3, 228.1 və 229.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək istintaq zamanı vermiş ifadəsinə təsdiq edərək, bildirmişdir ki, o, 18 iyul 2024-cü il tarixdə gecə saatlarında Şakir adlı dostunun evinə onunla birlikdə yeyib-içmək məqsədilə gedən zaman Yusifin yaşadığı evin yanından keçərkən yolda Yusiflə rastlaşmış, Yusif ondan hara getdiyini soruşmuş, Yusif onun evinin yanından keçdiyinə görə onunla əsəbi şəkildə danışmış, onu təhqir etmişdir. O da sərxoş olduğundan Yusifə qarşı söyüşlər söymüş və aralarında mübahisə başlamışdır. Həmin vaxt Yusiflə aralarında olan mübahisə qızışmış, bu zaman o əsəbiləşmiş və özü ilə götürdüyü silahla sağ əlində tutub Yusifin ayağına bir dəfə atəş açmışdır. Atəş açdıqdan sonra o silahla birlikdə həmin yerdən uzaqlaşmış, silahı 50-70 metr kənarda Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Mebel istehsalı” adlı mağazanın arxasına keçib kolluğa atmış, həmin vaxt həmin yerdə heç kim olmamış, bundan sonra markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksiyə minərək evinə getmiş, üstündə pulunun olmaması səbəbi ilə taksi sürücüsünə pul verməmiş, evə gəldikdən sonra əl-üzünü yuyub, üst-başını dəyişdikdən sonra polis əmədaşları yaşadığı evə gəlmiş və o, polis əməkdaşları ilə birlikdə Beyləqan rayon polis şöbəsinə gəlmişdir. Müstəntiq ona cinayət törətməkdə şübhəli olduğunu bildirmiş, o da müstəntiqə ağır dərəcədə sərxoş olduğunu demişdir. O, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi silahı 2021-ci ildə Beyləqan rayonunda yaşadığı evin kənarında adını bilmədiyi bır hərbiçidən 150 manat pul qarşılığında almış, silahı alarkən silah məhz indiki vəziyyətdə olmuş, silahın üzərində heç bir dəyişiklik etməmişdir. Həmin silahı Beyləqan şəhərində yerləşən evində saxlamışdır. O, silahı özünə məxsus qoyunlarını otaran zaman çaqqal və başqa yırtıcı heyvanları vurmaq üçün almışdır. O, Yusifi öldürmək niyyətində olmadığını, əgər öldürmək niyyəti olsa, digər patronla ikinci atəşi aça biləcəyini, atəş açan zaman Yusifin başını nişan ala biləcəyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sonda əməlindən peşman olduğunu, şəhid qardaşı olduğunu, himayəsində yektinlik yaşına çatmayan uşaqlarının olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.2.2, 127.2.3, 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, təxminən iki il bundan öncə rayon sakinlərindən qardaşı Şahid6 Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs ilə aralarında mübahisə olduğunu eşitmiş, o, Əbdüldən mübahisənin səbəbini soruşduqda Əbdül ona o, rayon ərazisində ailəsi ilə birlikdə gəzən zaman Samirin təhülkəli şəkildə avtomobil idarə etdiyini bildirmiş, bundan sonra o, Samirlə görüşüb Samirdən nə üçün təhlükəli halda qardaşı Əbdülün üzərinə maşın sürməsini soruşmuş, həmin vaxt Samirlə arasında mübahisə yaranmış, bu söhbətin üzərindən iki il keçməsinə baxmayaraq 18 iyul 2024-cü il tarixdə saat 01 radələrində evinin qarşısında küçədə olarkən Samirin əlində silahla üzərinə gəldiyini görmüş, Samir sərxoş halda ondan iki il əvvəl aralarında olan mübahisəyə görə ondan üzr istəməsini istəmiş, həmin vaxt o oğlu Məhəmmədəlinin çıxdığını görmüş, o Samirə övladının gözünün qarşısında ondan üzr istəməyəcəyini bildirmiş, bundan sonra Samir əlində olan silahla bir dəfə ona atəş açaraq onun ayağından vurmuşdur. Samir onu vurduqdan sonra çıxıb getmiş, hadisə yerinə toplaşmış şəxslər onu Beyləqan rayon mərkəzi xəstəxnasına aparmışlar. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 istintaq zamanı vermiş ifadəsinə təsdiq edərək, bildirmişdir ki, o, 18 iyul 2024-cü il tarixdə saat 01 radələrində o övladları Fatimə, Zəhra və Məhəmmədəli ilə birlikdə evdə olan zaman Məhəmmədəli həyətə çıxıb bir neçə dəqiqə sonra evə qayıdıb əri Yusifin küçədə bir nəfər şəxslə dava etdiyini demiş, bunu eşitdikdən sonra o, küçəyə çıxmış və Samirin əri Yusifi təhqir etdiyini və nalayiq ifadələr işlətdiyini görmüş, Yusif Samirə demişdir ki, mübahisəni uzatmasın, sabah səhər açıldıqdan sonra onunla görüşəcəkdir. Samir Yusifin sözlərinə əhəmiyyət verməyərək söyüşlər söyməyə davam etmiş, bundan sonra Samir yaxın məsafədən əlində olan silahla Yusifə atəş açıb Yusifi ayaq nahiyəsindən yaralamış, atəş açdıqdan sonra Samir oradan çıxıb getmiş, atəş səslərinə hadisə yerinə çox sayda insanlar toplaşmış, orada olan şəxslər Yusifi Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 iyul 2024cü il tarixdə saat 01 radələrində anası Leyla, bacısı Zəhra və qardaşı Məhəmmədəli ilə birlikdə evdə olmuş, evdə tort bişirən zaman qardaşı Məhəmmədəli evdən çölə çıxıb bir neçə dəqiqə sonra geri qayıdaraq atası Yusifin bir nəfər şəxslə dalaşdığını bildirmiş, o evdən həyətə çıxmış və atası Yusifin səslərini eşitmiş, atası Yusif mübahisə etdiyi kişiyə “eləmə qapının ağzındayıq” sözlərini demiş, onlar qapıdan çölə çıxmaq istəyən atası onlara geri qayıtmalarını bildirmiş, daha sonra o dayısı Samirə zəng edərək atası “Kosa” ləqəbli Samirin atası Yusiflə mübahisə etdiyi xəbər vermiş, daha sonra yenidən atası tərəfə yaxınlaşan zaman Samirin əlində silah olduğunu görmüş, həmin vaxt Samir silahı atasına tərəf tuşlamışdır. Atası Yusif yenidən Samirə “uşaqlar burdadır, burda eləmə” sözlərini demiş, Samir isə atasına “səni uşaqlarına görə keçirəm” sözlərini deyərək yenidən atasını təhqir etmiş, o, atasını gətirmək üçün getmək istəyən zaman Samir əlində olan silahla atəş açmış və atasını ayağından vurmuşdur. O, qışqırmağa başlamış, Samir silahla birlikdə çıxıb gemiş, anası da gəlib qışqırmağa başlamış, qonşular hadisə olduğu yerə yığışmış və onu Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 iyul 2024-cü il tarixdə saat 01 radələrində anası Leyla, bacısı Fatimə və qardaşı Məhəmmədəli ilə birlikdə evdə olmuş, evdə tort bişirən zaman qardaşı Məhəmmədəli evdən çölə çıxıb bir neçə dəqiqə sonra geri qayıdaraq atası Yusifin bir nəfər şəxslə dalaşdığını bildirmiş, o evdən həyətə çıxmış və atası Yusifin səslərini eşitmiş, atası tərəfə yaxınlaşan zaman Samirin əlində silah olduğunu görmüş, həmin vaxt Samir silahı atasına tərəf tuşlamışdır. Atası Yusif onlara həyətə girməsini bildirmiş və onlar həyətə girdikdən sonra Samir əlində olan silahla atəş açmış və atasını ayağından vurmuş və çıxıb getmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 iyul 2024-cü il tarixdə saat 01 radələrində anası Leyla, bacıları Zəhra və Fatimə ilə birlikdə evdə olmuşdur. O, həyətə çıxan zaman atasının kimsə ilə yüksək səslı danışdığını eşidib, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmışdır. Bu zaman atasının rayon sakini Samir adlı şəxslə söhbət edərək mübahisə etdiyini görmüşdür. O, dərhal evə qaçaraq anası və bacılarına olan barədə xəbər etmişdir. Anası və bacıları ilə bərabər küçəyə çıxmışdılar. Bu zaman Samirin əlində silah olduğunu görmüşlər. Samir yaxın məsafədən əlində olan silahla atası Yusifə atəş açaraq onun ayaq nahiyəsindən yaralamış, atəş açdıqdan sonra Samir oradan çıxıb getmiş, atəş səslərinə hadisə yerinə çox sayda insanlar toplaşmış, orada olan şəxslər atası Yusifi Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, Təqsirləndirilən şəxs isə rayon sakini kimi tanıyır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. 18 iyul 2024-cü il tarixdə 01 radələrində qardaşı Yusifin qızı Zəhra ona zəng edərək rayon sakini Təqsirləndirilən şəxs əlində silahla atası Yusiflə qapının qarşısında söhbət etdiyini bildirmişdir. O, tez Yusifin evinə gəlib, görmüşdür ki, qardaşı Yusif yerdə yıxılı vəziyyətdədir və ayağından qan axır. O, tez Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra ordan keçən bir avtomobil ilə, Yusifi Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Yusif, onu Təqsirləndirilən şəxs tərəfindən silahla vurulduğun bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, Təqsirləndirilən şəxs isə rayon sakini kimi tanıyır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Təxminən iki əvvəl o, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşamışdır. O, həmin küçədə olan zaman Təqsirləndirilən şəxs bir avtomobillə yüksək sürətlə sərxoş halda onun yanından keçmiş və qəza şəraiti yaratmışdır. O, bir neçə saat sonra Samirin yanına gedib ona nə üçün avtomobili sürətlə sürdüyünü, qəza şəraiti yaratdığını soruşmuş və Samirə həmin vaxt övladlarının yanında olduğunu, onları avtomobillə vuracağından qorxduğu üçün əsəbiləşdiyini bildirərək Samirə irad tutmuşdur. Samir ona kimisə vurmadığını, buna görə əcəb edib avtomobili yüksək sürətlə sürdüyünü bildirmişdir. Onların aralarında mübahisə baş vermiş və Samir onun yaxasından yapışmışdır. Bu zaman Yusif kənardan gəlib Samirin onun yaxasından tutduğunu görmüşdür. Yusif Samirə onunla işi olmamasını bildirmişdir. Samir qorxub çıxıb getmişdir. 19 iyul 2024-cü il tarixdə Bakı şəhərində olan zaman tanışları ona Yusifin 18 iyul 2024-cü il tarixdə, saat 01 radələrində Samir tərəfindən güllələndiyini bildirmişlər. O, Beyləqan şəhərinə gəlib Beyləqan rayon mərkəzi xəstəxanasında Yusiflə görüşüb söhbət etmiş, Yusif Samirin onunla təxminən iki il əvvəl aralarında olan mübahisə səbəbindən onu silahla vurduğunu bildirmişdir. O, hadisə baş verən gün Bakı şəhərində olmuş, hadisənin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Baxış aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Beyləqan şəhəri, Bəhruz Kəngərli küçəsində yerləşən evin həyət darvazasından 25 metr məsafədə yerləşir. Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinin ətrafı mişar daşı ilə əhatələnmişdir. Həyətin girişində dəmir materialdan hazırlanmış qırmızı rəngli darvaza vardır. Hadisənin baş verdiyi yerdə qum üzərində qana bənzər ləkələr vardır. Həmin qana bənzər ləkələr qumla qarışdığından ekspert-kriminalist tərəfindən nümunə götürülməsi mümkün olmamışdır. İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən xx.xx.2024-cü il tarixli, 744 nömrəli tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə aparılmış tibbi müayinə zamanı Təqsirləndirilən şəxs ağır dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 18 iyul 2024-cü il tarixdə saat 03:00-da məhdudlaşdırılaraq həmin tarixdə saat 09:00-da şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Axundov X1 şəhəri, Bəhruz Kəngərli küçəsində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında hadisə yerini təqdim edərək Zərərçəkmiş şəxs orada silahla vurduğunu, vurduqdan sonra oradan uzaqlaşaraq Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Mebel istehsalı" adlı mağazanın arxasına gedərək silahı orada yerləşən kolluğa atdığını bildirmişdir. Daha sonra qeyd edilən yerdə silah aşkar edilərək götürülmüş, həmin silah ekspert-kriminalist tərəfindən yoxlanılaraq içərisində iki ədəd patron olması müəyyən edilmişdir. Həmin patronlardan biri silahın patron yuvasından çıxarılmış, digəri isə sıxışıb qaldığı üçün həmin patronu yuvadan çıxarmaq mümkün olmamışdır. Silahın üzəri ekspertkriminalist tərəfindən yoxlanılmış, lakin silah üzərində yararlı əl-barmaq izlərinin olmaması müəyyən edilmişdir. Sonra aşkar edilmiş silah və iki ədəd patron qablaşdırılaraq götürlümüşdür. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(020)-33/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 18 iyul 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1274 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 118236 nömrəli silah ilkin variantda keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi olub. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 167 mm, ümumi uzunluğu 317 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli TOZ-B modelli çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdır. Həmin patron hal-hazırda təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsuli ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsidiratılmış gilizidir. Həmin giliz tədqiqata təqdim edilmiş 01 ədəd 118236 nömrəli TOZ-B modelli qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyinin sağ lüləsindən atılmışdır. Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atəş açaraq xəsarət yetirdiyi 01 ədəd 16 kalibrli TOZ-B modelli çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyi, 01 ədəd zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibrli ov patronu və 01 ədəd atılmış giliz iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Beyləqan rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Axundov X1 rayon Xalq məhkəməsinin 13 oktyabr 1999-cu il tarixli hökmünə əsasən Beyləqan rayon məhkəməsinin 13 oktyabr 1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 109cu maddəsinin 1-ci hissəsi ilə (köhnə redaksiyada) təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 fevral 2002-ci il tarixdə Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş bir il iyirmi dörd gün hissəsindən vaxtından əvvəl azad edilmiş, Beyləqan rayon məhkəməsinin 25 iyul 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 iyun 2006-cı ildə cəzasının sonu ilə azad olunmuş, Beyləqan rayon məhkəməsinin 12 oktyabr 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 may 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli Amnistiya qərarının 1.1-ci bəndində əsasən cəzasının çəkilməmiş beş ay iki gün hissəsindən azad edilmiş, Beyləqan rayon məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq iki il şərti sınaq müddəti müəyyən edilməklə iki il on ay iyirmi altı gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza müddəti başa çatdığından icra şöbəsinin qeydiyyatından çıxarılmış, Beyləqan rayon məhkəməsinin 30 aprel 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 oktyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət iş üzrə cinayət əməllərini törədən zaman ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmamışdır. xx.xx.2024-cü il tarixli, 2249 nömrəli Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Publik hüquqi şəxsin Beyləqan rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 551/24 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs sağ baldır nahiyəsində, onun funksiyasının orta dərəcədə-müvazinətinin əhəmiyyətli dərəcədə pozulması, ödem, diz və aşıq-baldır oynağında hərəkətlərin bir qədər pozulması ilə müşayiət olunan odlu silah-qırma yaraları, sağ said nahiyəsinin çoxsaylı səthi qırma yaraları, sağ qamış sümüyünün proksimal şöbəsinin sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər odlu silah-qırma yaraları olmaqla, patronu mərmi (qırma) ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının və mərmilərin (qırmaların) təsir etdiyi məsafədən açılmış bir atəş nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və ümumi əmək qabiliyyətinin üçdə-birindən az hissəsinin (25%) əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək o, CM-in 127.2.2, 127.2.3, 228.1, 229.1 və 221.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(020)-62/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 02 noyabr 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli, 2249 nömrəli Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları var. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və bununla bağlı gələcəkdə heç bir iddiası və tələbi olmayacaqdır. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyi, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.2, 127.2.3, 221.3, 228.1 və 229.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.2, 127.2.3, 221.3, 228.1 və 229.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayətinin olmaması və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmasını və təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.2, 127.2.3, 221.3, 228.1 və 229.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə, iş materiallarından müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(020)-33/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 18 iyul 2024-cü il tarixdən hesablanmış, bundan sonra Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(020)-62/2024 nömrəli qərarı ilə sonuncunun həbsdə saxlanılma müddəti 15 gün, yəni 02 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 18 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanununun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə, CPM-in 132 və CM-99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd 16 kalibrli TOZ-B modelli çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyi, 1 (bir) ədəd zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibrli ov patronu xüsusi müsadirə edilməli, 1 (bir) ədəd atılmış giliz isə məhv edilməlidir. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3, 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3-cü maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 18 iyul 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd 16 kalibrli TOZ-B modelli çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyi, 1 (bir) ədəd zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibrli ov patronu xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd giliz məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-7/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-7/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver