Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-70/2023 14.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi-Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu ildə Nefçala şəhərində anadan olmuş, işsiz, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Nefçala rayonunu Aşağı Surra kəndində qeydiyyatda olan, Qazax hərbi Məhkəməsinin 27 avqust 2009-cıı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 341.1, 331.2, 128, 333.1, 333.2-ci maddələri ilə təqsirli bilinərək 01 müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 03 dekabr 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 185.2.1, 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Neftçala rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanıb, həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 350,0 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 28 avqust 2023-cü il tarixdə, saat 20:20-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan şəhəri, Magistral küçəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 21:35-də üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla sağ əlində olan 01 ədəd göy rəngli sellafon torbanın içərisində olan sarı rəngli sellafon bağlamanın içərisində daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 350,0 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, uzun illərdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir, həmin narkotik vasitələri ara-sıra tapdıqda istifadə etmişdir. Təxminən 2023cü ilin avqust ayının ortalarında yaşadığı kənd ərazisində gəzərkən su arxının kənarında sarı rəngli bir sellofan bağlama görmüş bağlamanın içərisində yaşıl rəngli bitki olmuşdur. O, bağlamanı götürüb içərisindəki yaşıl rəngli bitkinin nə olduğunu yoxlamaq üçün bağlamanın ağzını açdıqda bitkinin qoxusundan qurudulmuş marixuana olduğunu tanımışdır. O, həmin bağlamadakı marixuananı istifadə etmək məqsədilə yaşadığı evə aparıb saxlamış və az-az istifadə etməyə başlamışdır. O, Neftçala rayonunda özünə iş tapa bilməmişdir. Qarabağ zonasında yeni aşılmış iş yerlərinin olduğunu bildiyinə görə orada işləmək qərarına gəlmişdir. Bu məqsədlə 28 avqust 2023-cü il tarixdə səhər saatlarında Qarabağ zonasına getmək üçün evdən yola düşmüş, yolüstü Beyləqan rayonuna dönmüşdür. O, paltarlarını göy rəngli sellofan torbaya yığmış və su arxının kənarından tapdığı, içərisində qurudulmuş marixuana olan sarı rəngli bağlamanı başqa görünməyən sellofan bağlamanın içərisinə qoyub, göy bağlamada paltarların yanma qoyaraq istifadə etmək məqsədilə özü ilə Beyləqan rayonuna gətirmişdir. 28 avqust 2023cü il tarixdə, saat 20:20-də o, Beyləqan şəhəri. Magistral küçəsində olan zaman mülki formada olan üç nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Həmin şəxslər onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda daşımaqda şübhəli olduğunu bildirmiş, üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığından onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməsini demişlər. O, etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa aparmışlar. Polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılması barədə Rəşad Novruzov məlumat vermişdir. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O, sağ əlində saxladığı göy rəngli sellofan paketi açıb içərisindən başqa rəngli sellofan çıxarıb təqdim etmişdir. Həmin sellofanın da içərisində sarı rəngli sellofan olmuşdur. Həmin sarı rəngli sellofan onun Neftçala rayonundan tapdığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan olmuşdur. X6 həmin sellofanın içərisində nə olduğunu soruşduqda o, bağlamanın içərisində marixuana olduğunu, həmin bağlamanı Neftçala rayonu ərazisindən tapdığını, şəxsi istifadəsi üçün saxladığını və Beyləqan rayonuna daşıdığını bildirmişdir. Həmin kütlə sellofan bağlama ilə birlikdə elektron tərəzidə çəkilərək ümumi kütləsinin 361,23 qram olması məlum olmuşdur. Sonra şəxsi axtarış davam etdirilmişdir. Əlindəki sellofanda geyim əşyaları olmuşdur. Polis əməkdaşları həmin paltarlara baxış keçirmişlər. Daha sonra müstəntiq üzərindəki geyimləri yoxlamaq istəyərkən o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd “West” markalı siqaret qutusu, bir ədəd alışqan, şalvarın sol arxa cibindən iki ədəd beş manatlıq və dörd ədəd bir manatlıq olmaqla on dörd manat nağd pul çıxarıb təqdim etmişdir. Müstəntiq özü də üzərindəki geyim əşyalarını yoxlamış, lakin üzərindən başqa əşya, kütlə və ya predmet aşkar edilməmişdir. Sonra müstəntiq tərəfindən marixuana olan sellofan bağlama ağ rəngli zərfə qoyularaq möhürlənmiş, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı ştamp əksi ilə möhürlənmiş, tərəfindən üzərinə imzalar edilmişdir. Müstəntiq tərəfindən onun üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq edilməmişlər. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, lakin marixuana istifadəsi ilə məşğul olmuşdur. Həmin marixuanaları ara-sıra tapdıqda istifadə etmişdir. Əynində olan paltarlar, əlində olan göy rəngli bağlama, həmin bağlamanın içərisində qurudulmuş marixuana və digər geyim əşyaları hamısı onundur.Hazırda əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Beyləqan rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə arasında ədavət və ya düşmənçiliki olmamışdır. 28 avqust 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Cəfərov X4 rayonu, Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək bu barədə Beyləqan rayon polis şöbəsinin rəisinə raport ilə məruzə etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün Şahid3 göstəriş vermişdir. Şahid3, Beyləqan rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə əvvəlcədən qurduqları plan əsasında Təqsirləndirilən şəxs yerini dəqiqləşdirmiş və Beyləqan şəhəri, Magistral küçəsi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılmalı olduğu bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığından onu dəvət edib Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş, tutulması barədə qərar qəbul olunmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Sonra Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rəşad Novruzovun xidməti otağında Müdafiəçi iştirakı ilə X1 şəxsi axtarış aparılımağa başlanılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet varsa onu təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli sellofan paketi açıb içərisindən üzərində qadın şəkli olan sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın da içərisində sarı rəngli sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs həmin sarı rəngli torbanı göstərərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı Neftçala rayonu ərazisindəki su arxının kənarından tapdığını, özü marixuana istifadəçisi olduğu üçün üzərində saxlayıb Beyləqan rayonuna daşıdığını bildirmişdir. Həmin bağlamanın içərisindəki kütləyə baxış keçirilmiş və tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə sellofan bağlama ilə birlikdə elektron tərəzidə çəkilərək ümumi kütləsinin 361,23 qram olması məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərək əlindəki göy rəngli sellofan torbanın içərisi və üzərindəki geyimləri yoxlanılmışdır. Sellofan torbanın içərisində geyim əşyaları olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “West” markalı siqaret qutusu, bir ədəd alışqan, şalvarın sol arxa cibindən iki ədəd beş manatlıq və dörd ədəd bir manatlıq olmaqla on dörd manat nağd pul çıxarıb təqdim etmişdir. Sonra X6un özü tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindən aşkar edilmiş tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənərək üzərinə imzalar edilmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxsla yanaşı o da həmin protokolu imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis leytenantı Şahid3 Neftçala rayonu, Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə 28 avqust 2023-cü il tarixli raportu əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizasının 29 avqust 2023-cü il tarixli, 18/856 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbada təmiz çəkisi 350,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir . (tədqiqata sərf olundu 0,05 qram, qalıq 349.95qram) İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023cü il tarixli, 5928 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 350,0 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 28 avqust 2023-cü il tarixdə, saat 20:20-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan şəhəri, Magistral küçəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 21:35-də üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla sağ əlində olan 01 ədəd göy rəngli sellafon torbanın içərisində olan sarı rəngli sellafon bağlamanın içərisində daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 350,0 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə narkotik vasitələtin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə meyilli olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha yetərlidir və qanuna uyğundur. İş üzrə maddi sübut - Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan 349.95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X2, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan 349.95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin . İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X2, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 10 (on) saat üçün 60(altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-70/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-70/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver