Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-71/2023 14.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum edilməmiş, Beyləqan rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə, saat 20:30 radələrində 11 mart 2017-ci il tarixdə İmişli rayon X4 Müfəttişliyi tərəfindən verilmiş AB seriyalı, 012670 nömrəli T, TT, HT kateqoriyalı-traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi və 24 aprel 2023-cü il tarixli, 065048 nömrəli yük avtonəqliyyatı üçün yol vərəqi əsasında idarə etdiyi 07 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş X4 Xidməti Beyləqan Regional Bölməsi tərəfindən verilmiş AZ seriyalı, 003885 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “MTZ 1221” markalı, 11-K-607 dövlət qeydiyyat nişanlı traktorla Beyləqan-Kəbirli-Ağcabədi avtomobil yolunun Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisindən keçən 2-ci kilometrliyində Beyləqan rayonu, Kəbirli kəndi istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib yaranmış təhlükə qarşısında vaxtında tədbir görməklə idarə etdiyi “MTZ 1221” markalı traktoru toqquşma yerinə çatmadan, yəni toqquşma yerinə 25,9-29,7-27,5-31,4 metr qalmış dayandırmaması səbəbindən həmin vaxt əks hərəkət zolağında Ağcabədi-Kəbirli-Beyləqan avtomobil yolunun Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisindən keçən 31-ci kilometrliyində Beyləqan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E320 CDİ minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi onun idarə etdiyi “MTZ 1221" markalı, 1l-K-607 dövlət qeydiyyat nişanlı traktorun arxasına qoşulmuş mala ilə toqquşmuş, onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs sol körpücük sümüyünün açıq yerdəyişmiş, sol bazu sümüyünün diafızinin yuxarı üçdə birinin qapalı yerdəyişməmiş sınığı, hər iki ağciyərin aşağı payının kontuziyası, sol İİİ, İV qabırğaların yerdəyişməyən sınıqları, əsas sümüyünün, sol əng cibinin ön və arxa divarlarının yerdəyişən, sağ temporal sümüyün xətti sınıqları, burun sümüyünün yerdəyişməyən sınığı, açıq kəllə-beyin travması, baş beyinin yüngül dərəcədə əzilməsi, hər iki alın nahiyəsinin subdural hematoması, postravmatik soltərəfli bazu pleksopatiyası, sol dirsək sümüyünün diafızinin aşağı üçdə birinin qapalı, yerdəyişən sınığı xarakterli, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən ehtiyatsızlığından yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində traktor sürücüsü işləyir və həmin şirkətə məxsus “MTZ 1221” markalı, ll-K-607 dövlət qeydiyyat nişanlı traktoru idarə edir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 24 aprel 2023-cü il tarixdə, saat 19 radələrində o, idarə etdiyi “MTZ 1221” markalı, 1 l- K-607 dövlət qeydiyyat nişanlı traktorla Füzuli rayonu, Qayıdış qəsəbəsindən çıxıb yaşadığı Beyləqan rayonu, Təzəkənd kəndinə yola düşmüşdür. Bu zaman o, mala çəkməkdən gəldiyi üçün traktorun arxasına mala qoşulmuşdur. O, malanın yolda olan avtomobillərin sürücüləri tərəfindən görülə bilməsi üçün traktorun arxa işıq cihazlarını əyərək malanın üzərinə işıq salmış, saat 20:30 radələrində Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisinə çatmışdır. O, traktorun arxasına qoşulmuş malanın digər avtomobillərin hərəkətinə maneçilik törətməməsi üçün avtomobili öz hərəkət hissəsində tamamilə yolun sağ tərəfi ilə hərəkət etdirmişdir. O, Beyləqan-Kəbirli-Ağcabədi avtomobil yolunun Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisindən keçən hissəsində Kəbirli kəndi istiqamətində hərəkətdə olan zaman qarşıdan bir avtomobilin ona tərəf gəldiyini görmüşdür. O, uzaq və yaxın işıq cihazlarından istifadə etməklə həmin avtomobilə onun yolunu boşaltmasına işarə etmişdir. Bu zaman həmin avtomobillə onun arasında təxminən 300 metr məsafə olmuşdur. O, həmin avtomobilin onun yolunu boşaltmadığını gördüyü üçün avtomobilin gəlib ona çırpılmaması üçün traktoru tamamilə yolun sağ tərəfmə çəkmiş və traktorun sağ təkərini torpaq yola salmışdır. Bu vaxt traktorun arxasına qoşulmuş malanın təxminən 1,5 metr hissəsi yolun hərəkət hissəsində qalmışdır. Lakin buna baxmayaraq həmin avtomobil sürətlə onun hərəkət zolağı ilə hərəkətinə davam etmiş və onun idarə etdiyi traktorun malasına çırpılmışdır. Zərbənin təsirindən traktorun arxasına qoşulmuş mala qırılıb yolun sağ tərəf ehtiyat hissəsinə düşmüşdür. O, təxminən 20-25 metr hərəkət edib traktoru yolun sağ tərəfində saxlayıb aşağı düşmüş, aşağı düşdükdən sonra toqquşduğu avtomobilin yoldan çıxaraq yolun Beyləqan şəhəri istiqamətində götürdükdə sağ tərəfində yerləşən torpaq sahəsinə düşdüyünü görmüş və dərhal həmin avtomobilə tərəf qaçmışdır. O, avtomobilə çatan zaman həmin avtomobilin ‘'Mercedes Benz’' markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşdür. Avtomobilin qabaq və arxa sərnişin oturacağında oturmuş sərnişinlər avtomobildən düşmüşlər. O, avtomobilə baxdıqda sürücünün sükan arxasında huşsuz vəziyyətdə sıxışıb qaldığını görmüşdür. O və avtomobildə olan sərnişinlər dərhal qapını açmış və sürücünü avtomobilin içərisindən çıxarmağa çalışmışlar. Bu zaman ətrafdan tanımadığı xeyli adam oraya toplaşmış və köməkləşib sürücünü avtomobildən çıxarıb kənara uzandırmışlar. Bu zaman o, həmin sürücünün baş və bədən nahiyələrindən qan axdığını və huşunun özündə olmadığını görmüşdür. Hadisə onun yolunda baş vermişdir. Ekspert düzgün rəy verməmişdir. Mersüdesin sürücüsü Zərərçəkmiş şəxs avtomobili sürətli idarə etmişdir. Avtomobil ona yaxınlaşanda demək olar ki, traktor dayanmışdır. Avtomobil onun traktorunu arxasındakı qoşquya dəymişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və sürücünü Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışdır. “MTZ 122L” markalı, 1 1-K- 607 dövlət qeydiyyat nişanlı traktor "xxxx" Məhdud Məsuliyyəli Cəmiyyətinə məxsusdur. O, həmin traktoru yol vərəqəsi əsasında idarə etmişdir. Traktoru idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Traktoru idarə edən zaman içkili olmamışdır. Hadisə zamanı o, traktorda tək olmuş, lakin toqquşduğu avtomobildə iki nəfər sərnişin olmuş və hadisənin şahidi olmuşlar. O, ətrafdan kiminsə hadisəni görüb-görmədiyini bilmir. Hadisə zamanı o və toqquşduğu avtomobildə olan sərnişinlər heç bir xəsarət almamışlar. Lakin toqquşduğu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisə zamanı baş və bədən nahiyələrindən xəsarətlər almışdır. O, hadisə zamanı təxminən saatda 15-16 kilometr surətlə hərəkətdə olmuşdur. O, malanı qalxa biləcəyi maksimum hündürlüyə qaldırmış və təxminən 70-80 santimetr hündürlükdə olmuşdur. Zərərçəkmiş şəxslə barışmağa cəhd göstərmişdir. Lakin Zərərçəkmiş şəxs onunla barışmamışdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Onun özünə məxsus “Mercedes Benz E320 CDT markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 24 aprel 2023-cü il tarixdə Beyləqan şəhər sakinləri Şahid2 və X1 onun yaşadığı evdə usta işləmişlər. Həmin gün saat 18 radələrində o, işdən evə gəlmiş və Rafiqlə Cahangirin hələ də işlədiklərini görmüşdür. O, ac olduğu üçün axşam yeməyi yemək istəmiş və ustalara axşam yeməyini birlikdə yeməyi təklif etmişdir. Rafiqlə Cahangir işlərini yekunlaşdırmış və birlikdə yemək stoluna oturmuşlar. Bu zaman o, evdə olan çəkilmə meyvə arağından içmək istəmiş və bir ədəd yarım litrlik qabda çəkilmə meyvə arağı gətirib stola qoymuşdur. O, Cahangirlə Rafiqə araq içməyi təklif etmiş, onlar da razılaşmışlar. Onlar yemək yeyə-yeyə birlikdə həmin yarım litrlik arağı içmişlər. Onlar yeməyi yeyib qurtardıqdan sonra o, Beyləqan rayonu, Bolsulu qəsəbəsi ərazisinə gedib orada dayısı Anardan pul götürüb qayıtmaq üçün Cahangirlə Rafiqə onunla birlikdə Bolsulu qəsəbəsinə gedib-gəlməyi təklif etmişdir. Onlar razılaşmış və üçü birlikdə ona məxsus “Mercedes Benz E320 CDİ” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yola düşmüşlər. Bu zaman Cahangir qabaq sərnişin oturacağında, Rafiq isə onun arxa tərəfində arxa sərnişin oturacağında əyləşmişdir. Onlar birlikdə Beyləqan rayonu, Bolsulu qəsəbəsi ərazisində Xaçın körpüsü deyilən yerə getmiş, o, geri dönüb avtomobili saxlayıb aşağı düşmüşdür. O, həmin yerdə bir neçə dəqiqə Anan gözləmiş, lakin Anar zəng edərək gələ bilmədiyini və sabah onunla görüşəcəyini bildirmişdir. Bundan sonra o, yenidən avtomobilə əyləşmiş və Cahangirə pulu sabah alacağını bildirmiş, yenidən avtomobili işə salıb Beyləqan şəhərinə yola düşmüşdür. Onlar Ağcabədi-Kəbirli-Beyləqan avtomobil yolu ilə Beyləqan şəhəri istiqamətində təxminən saatda 90- 100 kilometr sürətlə hərəkətdə olmuşdur. Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisinə çatmağa az qalmış qarşıdan bir traktor gəldiyini görmüşdür. Həmin traktor onlara tərəf gələn zaman işıqları onun gözünü qamaşdırmış və o, yolu tam aydın görə bilməmişdir. Onlar həmin traktorun qarşısından keçən zaman qəfildən avtomobil nəyəsə çırpılmışdır. Avtomobil traktora çırpılan kimi zərbənin təsirindən o, huşunu itirmişdir. Onun huşu özünə gəldikdə isə Bakı şəhərində xəstəxanada olduğunu bilmişdir. O, nəqliyyat vasitəsini idarə edən zaman içkili olmuşdur. O, traktorun qarşıdan gəldiyini görmüş, lakin arxasına qoşulmuş malanı görməmiş, buna görə də gəldiyi sürətlə həmin traktorun arxasında olan malaya çırpılmış və qəza baş vermişdir. Traktor öz hərəkət zolağında olmuşdur. Qaranlıq olduğu üçün o traktorun arxasına qoşulmuş malanı görmədiyindən malanın hansı vəziyyətdə olduğunu bilmir. O traktorun öz işığını görmüş, lakin arxa işıq cihazlarının işlək vəziyyətdə olub-olmamasını görməmişdir. Təqsirləndirilən şəxs ona heç bir yardım göstərməmişdir. Hadisə nəticəsində aldığı xəsarətlərin müalicəsi üçün xərclədiyi pulun ödənilməsini və bundan sonrakı müalicəsi üçün təqsirləndirilən şəxsin ona maddi köməklik göstərilməsini tələb edir.Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, ailəsini dolandırmaq üçün evlərdə kafel-metlak ustası işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımış, həmin şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. O, Beyləqan şəhər sakini Şahid2 ilə birlikdə 24 aprel 2023-cü il tarixdə onun qonşusu Zərərçəkmiş şəxs evində usta işləmişdir. Həmin gün saat 18 radələrində Rəlayıl evə gəlmiş və onlara axşam yeməyi yeməyi təklif etmişdir. Onlar işi yekunlaşdırıb vemək stoluna oturmuşlar. Bu zaman Rafayıl bir ədəd yarım litrlik qabda çəkilmə meyvə arağı gətirib stola qoymuş və birlikdə içməyi təklif etmişdir. Onlar razılaşmış və yemək yeyə-yeyə üçü birlikdə həmin yarım litrlik arağı içmişlər. Onlar yeməyi yeyib qurtardıqdan sonra Rafayıl Beyləqan rayonu, Bolsulu qəsəbəsi ərazisinə gedib orada bir nəfərdən pul götürüb qayıtmağı bildirmişdir. Onlar razılaşmış və Rafayıla məxsus “Mercedes Benz E320 CDİ” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yola düşmüşlər. Bu zaman o, qabaq sərnişin oturacağında oturmuş, Rafiq isə onun arxa tərəfində arxa sərnişin oturacağında əyləşmişdir. Onlar birlikdə Beyləqan rayonu, Bolsulu qəsəbəsi ərazisində Xaçın körpüsü deyilən yerə getmiş və Rafayıl orada geri dönüb avtomobili saxlayıb aşağı düşmüşdür. Onlar bir neçə dəqiqə orada Rəfayıla pul verməli olan adamı gözləsələr də həmin adam gəlməmişdir. Rafayıl yenidən gəlib avtomobilə əyləşmiş və pulu sabah alacağını bildirmişdir. Rafayıl yenidən avtomobili işə salıb Beyləqan şəhərinə yola düşmüşdür. Onlar Ağcabədi-Kəbirli-Beyləqan avtomobil yolu ilə Beyləqan şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Bu zaman o, yenə də qabaq sərnişin oturacağında oturmuş, Ralıq isə onun arxasında arxa sərnişin oturacağında əyləşmişdir. Bu zaman Rafayıl avtomobili təxminən saatda 90-100 kilometr sürətlə sürmüşdür. Onlar Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisinə çatmağa az qalmış qarşıdan bir traktor gəldiyini görmüşdür. Onlar həmin traktorun qarşısından keçən zaman qəfildən avtomobil nəyəsə çırpılmış və sürətlə fırlanmağa başlamışdır. Zərbənin təsirindən o, oluracağın ayaq altı hissəsinə yıxılmış və avtomobil yoldan çıxaraq torpaq yola düşüb fırlana-fırlana həmin torpaq sahəsində bir neçə metr gedib dayanmışdır. Avtomobil dayanan kimi o və Rafiq dərhal avtomobildən aşağı düşmüşdür. Onlar aşağı düşdükdən sonra avtomobilin qabaq tərəfdən əzildiyini və Rafayıl sıxışıb avtomobilin içərisində qaldığını görmüşlər. Onlar dərhal yaxınlaşıb qapını açmış və Rafavılı avtomobilin içərisindən çıxarmağa çalışmışlar. Bu zaman ətrafdan tanımadığı xeyli adamlar oraya toplaşmış və köməkləşib Ralayılı avtomobildən çıxarıb kənara uzandırmışlar. Bu zaman o, Rafayıl m baş və bədən nahiyələrindən qan axdığını və huşunun özündə olmadığını görmüşdür. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və Rafayılı Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan sonra o, hadisə baş verən yerə getmiş və onların Belarus markalı traktorun arxasına qoşulmuş malaya dəyib qəzaya düşdüklərini, traktorun arxasında olan malanın isə qırılıb traktordan kənara düşdüyünü öyrənmişdir. Rafayıl nəqliyyat vasitəsini idarə edən zaman içkili olmuşdur. Hadisə zamanı o və Rafiq avtomobildə olmuşdur. O, ətrafdan kiminsə hadisəni görüb-görmədiyini bilməmişdir. Hadisə zamanı o, Şahid2 və Təqsirləndirilən şəxs heç bir xəsarət almamışdır. Lakin Rafayıl hadisə zamanı baş və bədən nahiyələrindən xəsarətlər almışdır. O, traktorun qarşıdan gəldiyini görmüş, lakin arxasına qoşulmuş malanı görməmişdir. Buna görə də Rafayıl gəldiyi sürətlə həmin traktorun arxasında olan malaya çırpılmış və qəza baş vermişdir. Traktor öz hərəkət zolağında olmuş və onların hərəkət zolağına çıxmamışdır. Qaranlıq olduğu üçün o, traktorun arxasına qoşulmuş malanı görməmiş, buna görə də traktorun arxasına qoşulmuş malanın hansı vəziyyətdə olduğunu bilməmişdir. O. traktorun öz işığını görmüş, lakin arxa işıq cihazlarının işlək vəziyyətdə olub-olmamasını görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında şahid X1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas 24 aprel 2023-cü il tarixdə "Beyləqan rayon Mərkəzi Xəstəxanası” X2 Beyləqan şəhəri, 5-ci məhəllədə yaşayan Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, körpücük sümüyünün sınığı, qapalı, kəllə-beyin travması, sol qolun bazu sümüyünün qapalı yerdəyişən sınığı xəsarətləri ilə xəstəxanaya daxil olması barədə Beyləqan rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur . İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü il tarixli 272/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol körpücük sümüyünün açıq yerdəyişmiş, sol bazu sümüyünün diafizinin yuxarı üçdə birinin qapalı yerdəyişmiş sınığı, hər iki ağciyərin aşağı payının kontuziyası, sol İİİ, İV qabırğaların yerdəyişməyən sınıqları, əsas sümüyünün, sol əng cibinin ön və arxa divarlarının yerdəyişən, sağ temporal sümüyün xətti sınıqları, burun sümüyünün yerdəyişməyən sınığı, açıq kəllə-beyin travması, baş beyinin yüngül dərəcədə əzilməsi, hər iki alın nahiyəsinin subdural hematoması, postravmatik soltərəfli bazu pleksopatiyası, sol dirsək sümüyünün diafızin aşağı üçdə birinin qapalı, yerdəyişən sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 21 iyul 2023-cü il tarixli, 8/1829 nömrəli rəyindən görünür ki, Mercedes Benz E 320 markalı, 99-EİX-233 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.İ.X3 E 320 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü R.İ.X3 1/320 markalı avtomobili sərxoş vəziyyətdə idarə etməsi şəraitində onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən MTZ 1221 markalı, 1 l-K-607 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, hadisə zamanı onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi olduğundan barəsində qanuni tədbir görülməsi üçün qərarın surəti Beyləqan rayon polis şöbəsinin DYPB-nə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə, saat 20:30 radələrində 11 mart 2017-ci il tarixdə İmişli rayon X4 Müfəttişliyi tərəfindən verilmiş AB seriyalı, 012670 nömrəli T, TT, HT kateqoriyalıtraktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi və 24 aprel 2023-cü il tarixli, 065048 nömrəli yük avtonəqliyyatı üçün yol vərəqi əsasında idarə etdiyi 07 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş X4 Xidməti Beyləqan Regional Bölməsi tərəfindən verilmiş AZ seriyalı, 003885 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “MTZ 1221” markalı, 11- K-607 dövlət qeydiyyat nişanlı traktorla Beyləqan-Kəbirli-Ağcabədi avtomobil yolunun Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisindən keçən 2-ci kilometrliyində Beyləqan rayonu, Kəbirli kəndi istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib yaranmış təhlükə qarşısında vaxtında tədbir görməklə idarə etdiyi “MTZ 1221” markalı traktoru toqquşma yerinə çatmadan, yəni toqquşma yerinə 25,9-29,7-27,5-31,4 metr qalmış dayandırmaması səbəbindən həmin vaxt əks hərəkət zolağında Ağcabədi-Kəbirli-Beyləqan avtomobil yolunun Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisindən keçən 31-ci kilometrliyində Beyləqan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E320 CDİ minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi onun idarə etdiyi “MTZ 1221" markalı, 1l-K-607 dövlət qeydiyyat nişanlı traktorun arxasına qoşulmuş mala ilə toqquşması, onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs sol körpücük sümüyünün açıq yerdəyişmiş, sol bazu sümüyünün diafızinin yuxarı üçdə birinin qapalı yerdəyişməmiş sınığı, hər iki ağciyərin aşağı payının kontuziyası, sol İİİ, İV qabırğaların yerdəyişməyən sınıqları, əsas sümüyünün, sol əng cibinin ön və arxa divarlarının yerdəyişən, sağ temporal sümüyün xətti sınıqları, burun sümüyünün yerdəyişməyən sınığı, açıq kəllə-beyin travması, baş beyinin yüngül dərəcədə əzilməsi, hər iki alın nahiyəsinin subdural hematoması, postravmatik soltərəfli bazu pleksopatiyası, sol dirsək sümüyünün diafızinin aşağı üçdə birinin qapalı, yerdəyişən sınığı xarakterli, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən ehtiyatsızlığından yol-nəqliyyat hadisəsi törətməsi kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materillarına və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazan gətirəni olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallarını nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsində nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmiş "Mercedes Benz E320 GDİ minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs, “MTZ 1221” markalı, 1 l-K-607 dövlət qeydiyyat nişanlı traktor Təqsirləndirilən şəxs İnqilab oğluna qaytarılmalıdır. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxs iş üzrə ona dəymiş maddi ziyanla bağlı mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmiş "Mercedes Benz E320 GDİ minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs, “MTZ 1221” markalı, 1 l-K-607 dövlət qeydiyyat nişanlı traktor Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs iş üzrə ona dəymiş maddi ziyanla bağlı mülki iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat üçün 90 (doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-71/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-71/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver