Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-72/2023 14.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs Yusif oğlunun və onun müdafiəçisi Beyləqan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci ildə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, məhkum olunmamış, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 33-də qeydiyyatda olmaqla, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yaşayan, 04 noyabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə, saat 23 radələrində 05 iyul 2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi 28 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Şirvan Rayonlararası Qeydiyyat-İmtahan və X7 tərəfindən verilmiş AD seriyalı 021050 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan Mersedes Benz 190 minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Dünyamalılar-Əhmədli-Şahsevən avtomobil yolunun Beyləqan rayonu İ Şahsevən kəndi ərazisindən keçən 38- ci kilometrliyində Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən "X6" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin edə bilməməsi, idarəetməni itirməsi səbəbindən avtomobilin öz hərəkət istiqamətində götürdükdə yolun sağ tərəf ehtiyat hissəsinə çıxaraq əks istiqamətdə piyada hərəkət edən Zərərçəkmiş şəxs vurmuş, nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs alın nahiyəsində əzilmiş yara, burun sümük-qığırdağının fraqmentləri yerindəyişmiş qapalı sınığı, alın, sağ said və sağ bud nahiyələrində sıyrıqları xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almış, hadisədən sonra "X6" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq zərər çəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçmışdır. Həmin hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddələri ilə məhkəmə məsuliyyətinə verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə olan işin icraatına zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməklə xitam verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yaşayır. Daimi iş yeri yoxdur, fərdi əməklə məşğul olur. Mersedes Benz 190 markalı, **- KE-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq ona məxsusdur, ancaq həmin avtomobili etibarnamə əsasında idarə edir və nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. İdarə etdiyi Mersedes Benz 190 markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zəngilan rayonunda işləyən fəhlələri daşımaqla məşğul olur. 18 may 2023-cü il tarixdə saat 05 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi həmin avtomobillə Zəngilan rayonuna fəhlələr aparmış, həmin günü saat 19 radələrində Zəngilan rayonundan çıxıb evə qayıdarkən saat 22:30 radələrində idarə etdiyi Mersedes Benz 190 minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Dünyamalılar-Əhmədli- Şahsevən avtomobil yolunun Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisindən Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirmişdir. Bu vaxt avtomobili öz hərəkət istiqaməti ilə yolun sağ tərəf ehtiyat hissəsinə çıxarmışdır. O, bilmədən həmin yolda piyada hərəkətdə olan azyaşlı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs vurmuşdur. O, hadisədən qorxub evə qaçmışdır. 25 may 2023-cü ildə polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində törətdiyi əməlini etiraf etməmişdir. Sonradan ona məlum olmuşdur ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almışdır. İbtidai istintaq zamanı əməlini etiraf etməsə də, hazırda əməlini etiraf edir, etdiyi əməldən peşimandır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Bunları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yaşayır. 18 may 2023-cü il tarixdə saat 23 radələrində qardaşı Şahid1 və dostu Şahid2 ilə birlikdə yaşadıqları 1-ci Şahsevən kəndində yerləşən idman zalından çıxıb evlərinə qayıdan zaman 1-ci Şahsevən kəndində yerləşən “Rəvan” marketin yanından piyada keçib bir neçə metr gedəndən sonra əks istiqamətdə hərəkətdə olan avomobil yoldan çıxıb yolun kənarında onu vurmuş və yolun kənarında olan su arxına düşmüşdür. Həmin avtomobil isə dayanmamış və hadisə yerindən qaçıb getmişdir. Həmin vaxtı onunla birlikdə olan qardaş Şahid1 və dostu Şahid2 onu sudan çıxartmış, atası Qanuni nümayəndə1 zəng edərək hadisə barədə məlumat vermişlər. Atası Xəyyam dərhal oraya gəlmiş və onu Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışlar. Avtomobilin onu vurması nəticəsində burun nahiyyəsindən sınıq, alın, sağ qol və sağ bud nahiyyələrindən isə sıyrıq xəsarətləri almışdır. 19 may 2023-cü il tarixdə hadisə barədə Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılan zaman məlum olmuşdur ki, onu Beyləqan rayonu Yeni Mil qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz 190 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Hadisə zamanı avtomobil əks istiqamətdə gəldiyi və gecə olduğu üçün avtomobilin işıqları gözünə düşmüş, buna görə həmin avtomobilin markasını və dövlət qeydiyyat nişanını görməmiş, ancaq həmin avtomobilin qırmızı rəngli olduğunu görmüşdür. Hadisə vaxtı onun yanında olan qardaşı Şahid1 və dostu Şahid2 isə həmin avtomobilin qırmızı rəngli Mersedes Benz 190 markalı olduğunu görmüşlər. Avtomobil onu vurandan sonra hadisə yerindən qaçdığı üçün avtomobilin sürücüsü Təqsirləndirilən şəxs görməmişdir. Hadisə zamanı onlar 1-ci Şahsevən kəndi istiqamətində yolun sol tərəfi ilə piyada getmiş, onu vuran avtomobil isə əks istiqamətdə, yəni “4 yol” istiqamətində hərəkətdə olmuşdur. Avtomobil onu piyada getdikləri yol kənarında vurmuşdur. Sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla şəxsi münasibəti və ya ədavəti olmamışdır. Hadisə vaxtı yolda qırmızı rəngli Mersedes Benz 190 markalı başqa avtomobil hərəkətdə olmadığı üçün onu vuran avtomobilin Mersedes Benz 190 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğuna tam əmindir. Hadisə zamanı qardaşı Şahid1 və dostu Şahid2 başqa orada heç kim olmamış, eləcə də hərəkət edən başqa avtomobil görməmişdir. Hazırda Təqsirləndirilən şəxs Yusif oğlu barışmış, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə yetkinlik yaşına çatmamış şahid qismində məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 18 may 2023-cü il tarixdə saat 20 radələrində qardaşı Zərərçəkmiş şəxs və dostu Şahid2la birlikdə məşq etmək üçün yaşadıqalrı 1-ci Şahsevən kəndində yerləşən idman zalına getmişlər. Saat təxminən 23 radələrində idman zalından çıxıb evə gedən zaman 1-ci Şahsevən kəndində yerləşən “Rəvan” marketin yanından piyada keçib bir neçə metr gedəndən sonra əks istiqamətdə gələn avomobil yoldan çıxaraq onların üzərinə gəlmiş və yolun kənarında qardaşı Zərərçəkmiş şəxs vurmuşdur. Ömər yolun kənarında olan suya düşmüş, həmin avtomobil isə dayanmamış və hadisə yerindən qaçıb getmişdir. Elvinlə birlikdə Öməri sudan çıxartmış və atası Qanuni nümayəndə1 zəng edərək hadisə barədə məlumat vermşdir. Atası Xəyyam dərhal oraya gəlmiş və Öməri xəstəxanaya aparmışlar. Ondan sonra onun və atası Qanuni nümayəndə1 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilən zaman yerdən qırmızı rəngli krasqa qırıntısı, şüşə qırıntıları və avtomobilin sağ yan güzgüsü aşkar edilib götürülmüşdür. Polis şöbəsində araşdırma aparılan zaman məlum olmuşdur ki, Zərərçəkmiş şəxs vuran Mersedes Benz 190 markalı, 99- KE-809 dövlət qeydiyyat nişanlı avtomobili Beyləqan rayonu Yeni Mil qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs idarə etmişdir. Avtomobil Öməri onların yanında vurmuş, həmin avtomobil qırmızı rəngli Mersedes Benz 190 markalı olmuş, ancaq avtomobilin dövlət qeydiyyat nişanını və sürücünü görməmişdir. Hadisə zamanı onlar 1-ci Şahsevən kəndi istiqamətində yolun sol tərəfi ilə piyada getmiş, Öməri vuran avtomobil isə əks istiqamətdə gəlmişdir. Avtomobil Öməri piyada hərəkət etdikləri yol kənarında vurmuşdur. Hadisə zamanı o, qardaşı Zərərçəkmiş şəxs və dostu Şahid2 başqa orada heç kim olmamış, eləcədə yolda hərəkət edən başqa avtomobil görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yaşayır, Zərərçəkmiş şəxs onun oğludur. 18 may 2023-cü il tarixdə saat 20 radələrində oğlu Zərərçəkmiş şəxs, digər oğlu Şahid1 və qonşuları Şahid2la birlikdə yaşadıqları 1-ci Şahsevən kəndində yerləşən, Ülvi adlı şəxsin idman zalına getmşlər. Saat 23:10 radələrində oğlu Şahid1 ona zəng edərək Öməri avtomobil vurduğunu və avtomobilin hadisə yerindən qaçıb getdiyini demişdir. Tez hadisə yerinə getmiş və oğlu Ömərin halının pis olduğunu görüb onu Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışdır. Orada polis şöbəsinə məlumat verilmiş və polis əməmkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə baxış keçirilən zaman yerdən qırmızı rəngli krasqa qırıntısı, şüşə qırıntıları və avtomobilin sağ yan güzgüsü aşkar edilib götürülmüşdür. Hadisə yerində tapılan qırmızı rəngli krasqa qırıntısından məlum olmuşdur ki, oğlu Öməri vuran avtomobil qırmızı rəngli olmuşdur. Beyləqan rayon polis şöbəsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, oğu X8 190 markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuş və həmin avtomobili Beyləqan rayonu Yeni Mil qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs idarə etmişdir. Oğlu Zərərçəkmiş şəxs hadisə zamanı onu vura avtomobilin işıqları gözünə düşdüyü üçün avtomobilin markasını və dövlət qeydiyyat nişanını görmədiyini, ancaq avtomobilin qırmızı rəngli olduğunu görmüşdür. Hadisə vaxtı Ömərlə birlikdə olan oğlu Şahid1 və həmkədliləri Şahid2 həmin avtomobilin dövlət qeydiyyat nişanını görməsələr də avtomobilin qırmızı rəngli Mersedes Benz 190 markalı olduğunu görmüşlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla şəxsi münasibəti və ya ədavəti olmamışdır. Hazırda Təqsirləndirilən şəxs Yusif oğlu barışmış, təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir. Ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngülcəza verilməsini xahiş atdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yaşayan Zərərçəkmiş şəxs 18 may 2023-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayonu, Şahsevən kəndində yerləşən “Rəvan” adlı marketin yaxınlığında markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin onu vurub hadisə yerindən qaçması barədə 19 may 2023-cü il tarixdə Beyləqan rayon Polis şöbəsinə etdiyi müraciət əsasında Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Beyləqan rayon şöbəsinin verilmiş 19 may 2023-cü il tarixli 344/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsində əzilmiş yara, burun sümük-qığırdağının fraqmentləri yerdəyişmiş qapalı sınığı, alın, sağ said və sağ bud nahiyələrində sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ glə bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 8/2310 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mersedes-Benz 190 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "X6” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində "X6” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-trasoloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 8/1672-3/922-6/3235 nömrəli rəyindən görünür ki, Mersedes-Benz 190 markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfində (qabaq bamperi sağ hissəsi, qabaq sağ faranın alt hissəsi, qabaq sağ qanad, kapotun üzərində və s.) batıq, qopuqlar, sürtünmə izləri, avtomobilin alın şüşəsinin sağ tərəfində olan çat zədələri rəyin tədqiqi hissəsində göstərilmiş və həmin zədələr hər hansı bir sərtliyi bərk olmayan predmetlə təmasda olması, o cümlədən piyadanı vurması nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş Mersedes-Benz 190 markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən götürülmüş nümunələrin və üzərində əl yazısı ilə “hadisə yerindən götürülmüş krasqa” izahedici mətni icra olunmuş kağız zərfin içərisində olan lak-boya nümunələrindən iki ədədi ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Təqdim edilmiş nəqliyyat vasitəsinə məxsus qırıntılar təqdim edilmiş Mersedes- Benz 190 markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəllər uyğun detallarının hissələri olması istisna edilmir. Cinayət işinin materiallarından görünür ki, sürücü Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsindən sonra, Zərərçəkmiş şəxs üzr isəmiş, onunla barışmış, ona dəyən maddi ziyanı tamamilə ödəmiişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 23 radələrində 05 iyul 2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi 28 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Şirvan Rayonlararası Qeydiyyat- İmtahan və X7 tərəfindən verilmiş AD seriyalı 021050 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan Mersedes Benz 190 minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Dünyamalılar-Əhmədli- Şahsevən avtomobil yolunun Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisindən keçən 38ci kilometrliyində Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən "X6" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin edə bilməməsi, idarəetməni itirməsi səbəbindən avtomobilin öz hərəkət istiqamətində götürdükdə yolun sağ tərəf ehtiyat hissəsinə çıxaraq əks istiqamətdə piyada hərəkət edən Zərərçəkmiş şəxs vurması, nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs alın nahiyəsində əzilmiş yara, burun sümük-qığırdağının fraqmentləri yerindəyişmiş qapalı sınığı, alın, sağ said və sağ bud nahiyələrində sıyrıqları xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almış, hadisədən sonra "X6" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq zərər çəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçması kifayət qədər sübuta yetdi. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X6” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X6” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “X6” Azərbaycan Respublikasın Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “X6” Azərbaycan Respublikasın Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə görə 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddənin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Yeni Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 noyabr 2023-cü il tarixli, 491 nömrəli arayışdan görünür ki, Məmmədov X3 rayonu, Yeni Mil qəsəbəsində yaşayır və himayəsində 2007-ci il təvəllüdlü qızı Alidə Məmmədova vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Yeni Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xaraterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yunus oğlunun barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzür istəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını və ondan şikayətinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazan gətirəni olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan Beyləqan RPŞ-nin saxlanma otağında saxlanılan avtomobilin üzərindən götürülmüş lak-boya nümunələri, hadisə yerindən götürülmüş avtomobilə aid 01 ədəd yan güzgü, şüşə və boya qırıntıları Təqsirləndirilən şəxs qaytarılmalı, Mersedes Benz 190 minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 385 (üç yüz səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını iş günləri saat 06:00-dan saat 22:00-dək Füzuli rayonunun ərazisində olduğu müddət nəzərə alınmaqla tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan Beyləqan RPŞ-nin saxlanma otağında saxlanılan avtomobilin üzərindən götürülmüş lak-boya nümunələri, hadisə yerindən götürülmüş avtomobilə aid 01 ədəd yan güzgü, şüşə və boya qırıntıları Təqsirləndirilən şəxs qaytarılsın, Mersedes Benz 190 minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 385 (üç yüz səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 15 saat üçün 90 (doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-72/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-72/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver