Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-77/2025 24.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Beyləqan rayonu, Yuxarı Aran kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qəsdən qanunsuz olaraq odlu silah hesab edilən 01 ədəd, 37399 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1935- ci ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 7,62 mm kalibrli tapançanı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapançapulemyotların ştat patronu hesab edilən, döyüş sursatı, təyinatı üzrə istifadə və atəş üçün yararlı 06 ədəd patronu, zavod üsulu ilə istehsal olunmuş, 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən, təyinatı üzrə istifadə üçün yararlı 02 ədəd darağı əldə edib yaşadığı Beyləqan rayonu Tatalılar kəndində yerləşən evinə daşıyaraq yataq çarpayısının altında saxlamış, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 07 oktyabr 2025-ci il tarixdə, saat 22:47-də Beyləqan rayonu, T atalılar kəndi ərazisində saxlanmış və yaşadığı evə baxış zamanı ona məxsus yataq çarpayısının altında saxladığı odlu silah hesab edilən 01 ədəd, 37399 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1935-ci ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə- mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 7,62 mm kalibrli tapançanı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronu olmaqla döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı 06 ədəd patronu, zavod üsulu ilə istehsal olunmuş, 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən, təyinatı üzrə istifadə üçün yararlı 02 ədəd daraq aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olmaqla yaşayır. 2022-ci ilin iyun ayında Bakı şəhərində olan zaman Xırdalan şəhərində dəqiq yerini xatrılamadığı dükandan 35 manat məbləğində pula bir ədəd dəmir materialından olan qara rəngli oyuncaq, yəni şarik atan tapança almış, həmin tapançanı maraq üçün almış və aldıqdan sonra yaşadığı Beyləqan rayonu Tatalı lar kəndində olan evinə gətirmişdir. Yaşadığı evdə onun öz yataq çarpayısının altında həmin tapançanı gizlətmişdir. Həmin vaxtdan sonra həmin oyuncaq tapança yataq çarpayının altında qalmışdır. Bundan sonra, 2024-cü ilin avqust ayının ortalarında Xankəndi şəhərinə gəzməyə getmişdir. Həmin zaman boş evlərin birinə daxil olaraq maraq üçün baxan zaman evlərin birində qab- qacaq dolabının üstündə dəstək hissəsi şir başlı olan bıçaq olduğunu görmüş, həmin bıçaq diqqətini çəkdiyi üçün onu götürmək istəyən zaman bıçağın dəstəyinin yanında əlinə silah darağı dəymişdir. O, həmin silah darağını götürmüş və daraqda patronlar olduğunu görmüşdür. Sonra həmin yerə baxan zaman silah qabında bir ədəd odlu silah olduğunu görüb götürmüşdür. Silahqabında bir ədəd odlu silah olan tapança və tapançada da boş daraq olduğunu gördükdən sonra isə həmin odlu silahı silahqabına qoyub götürmüş və patronlar olan darağı, həmçinin dəstək hissəsi şir başlı , olan bir ədəd bıçağı, eyni zamanda həmin yerdən bir ədəd dəri materialından olan silahqabını götürmüşdür. O, evdən çıxaraq həmin əşyaları əvvəllər ona məxsus olan və hazırda satdığı Mercedes Benz markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə daşımışdır. Həmin əşyaların hamısını özü əyləşdiyi, yəni sürücü tərəfdə olan oturacağın altında gizlətmişdir. Həmin gün də Xankəndi şəhərindən yaşadığı Beyləqan rayonuna qayıdarkən polis postunda avtomobili yoxlamalarına baxmayaraq avtomobilindən həmin əşyaları tapmamışlar. Yaşadığı evə gəlib tapdığı bir ədəd içində patronlar olan darağı, odlu silahı silahqabı ilə birlikdə və içi boş olan dəri materialından silahqabını yataq çarpayısının altında gizlətmişdir. Lakin həmin vaxtdan sonra bıçağı 2-3 dəfə istifadə etdikdən sonra həmin bıçaq sınaraq yararsız hala düşdüyü üçün tullamışdır. Həmin vaxtdan sonra yataq çarpayısının altında gizlətdiyi odlu silah, döyüş sursatı və oyuncaq tapançanı həmin yerdə saxlamış və heç bir zaman istifadə etməmişdir. 07 oktyabr 2025-ci il tarixdə saat 22:45 radələrində yaşadığı evin qarşısında dayanıb siqaret çəkmişdir. Bu zaman bir avtomobil ona yaxınlaşmış və yanında saxlayan zaman avtomobildən bir neçə nəfər mülki paltarda olan şəxs düşərək onun qollarından tutub həmin yerdə saxlamışlar. Həmin vaxt bir nəfər videoçəkiliş etmiş və həmin şəxslər ona özlərini təqdim edib Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını demişlər. Sonra iki nəfər polis formasında olan polis əməkdaşı ona yaxınlaşmışdır. Polis əməkdaşları ona odlu silah və onun komplekt hissəsini əldə edib yaşadığı evdə saxlamaqda şübhəli olduğunu demişlər. Onda odlu silah olması barədə onlara məlumat daxil olduğu üçün onun barəsində əməliyyat-axtarış tədbirləri keçirdikləri üçün üstünü yoxlayacaqlarını bildirmişlər. Polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmiş və müdafiəçi istəyib-istəməməsini soruşmuşlar. O isə müdafiəçiyə ehtiyacının olmadığını demişdir. Polis əməkdaşları istintaq hərəkətləri həyata keçirilən zaman müdafiəçi ilə təmin olunacağını bir daha izah etmişlər. Bundan sonra tanımadığı polis əməkdaşı üstündə odlu silah və ya qanunla qadağan olunmuş digər predmet olub-olmadığını soruşmuşdur. O isə üstündə odlu silah və ya qanunla qadağan olunmuş heç bir əşya, olmadığını demişdir. Sonra polis əməkdaşı onun üstünü yoxlamağa başlamış və əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd alışqan aşkar edib özünə qaytarmışdır. Sonra şalvarının sağ yan cibindən iki ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq, üç ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq olmaqla ümumilikdə 260 manat pul aşkar etmiş və pulu sayıb özünə qaytarmışlar. Sonra əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən iki ədəd siqaret aşkar etmiş və özünə qaytarılmışdır. Bundan sonra, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən ona məxsus bir ədəd "Samsung Galaxy A16:’ markalı mobil telefon aşkar edilmiş və mobil telefon götürülmüşdür. Ondan polis əməkdaşı yaşadığı evdə odlu silah saxlayıb- saxlamadığını soruşmuş, o da yaşadığı evdə odlu silah və onun hissəslərini saxladığını bildirmişdir. Bundan sonra isə ona evinə baxış keçirilməsini və həmin silahı təqdim etməsini bildirmişlər. O da evdə saxladığı odlu silahı təqdim edəcəyini və yaşadığı evə getməyi demişdir. Sonra polis əməkdaları ilə birlikdə yaxınlıqda olan yaşadığı evə getmişlər. Yaşadığı evdə yataq çarpayısının altında gizlətdiyi bir ədəd dəmir materialdan olan oyuncaq tapançanı və bir ədəd dəri materialdan olan silah qabını götürüb təqdim etmişdir. Daha sonra həmin yerdən bir ədəd parça materialdan olan silahqabında olan tapançanı təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bir ədəd dəmir materialdan olan oyuncaq tapançaya baxış keçirmiş, o, həmin tapançanı maraq üçün 2022-ci ilin iyun ayında Bakı şəhərində olan zaman Xırdalan şəhərində dəqiq yerini xatırlamadığı dükandan 35 manat pula aldığını və şarik atan tapança olduğunu demişdir. O, həmin tapançanı maraq üçün aldığını və odlu silah olmadığını demişdir. Sonra parça materialdan olan silahqabına baxış keçirilmiş, həmin silah qabında bir ədəd odlu silah və bir ədəd daraq aşkar edilmişdir. Həmin odlu silahın 1935-ci il istehsalı olduğunu və 37399 nömrəli olduğu müəyyən olmuşdur. O, həmin odlu silahı Xankəndi şəhərində tapdığını və maraq üçün götürdüyünü demişdir. O, odlu silah olan tapançanı silahqabının içində tapdığını və silahın üstündə daraq olduğunu demişdir. Silahqabında əlavə bir ədəd də daraq olduğunu və həmin daraqda 6 ədəd patron olduğunu demişdir. Xankəndi şəhərindən gətirdiyim vəziyyətdə də yaşadığı evdə yataq çarpayısının altında gizlətdiyini və istifadə etmədiyini demişdir. Polis əməkdaşı silahqabından əlavə bir ədəd daraq aşkat etmiş və həmin darağın üstündə 6 ədəd patron olduğunu müəyyən etmişdir. O, polis əməkdaşlarına həmin silahı Xankəndi şəhərindən tapdığını və maraq üçün özü ilə gətirib yaşadığı evdə yataq çarpayısının altında saxladığını, heç vaxt istifadə etmədiyini və silahda dəyişiklik etmədiyini odlu silahın onda olmasını heç kimin bilmədiyini demişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evdə yataq çarpayının altından aşkar edilmiş odlu silah , döyüş sursatı olan güllələri və digər predmetləri qablaşdırmaya başlamışlar. İlk olaraq ona məxsus olan dəmir materiladan olan odlu silaha bənzər oyuncaq tapançanı, ona aid darağı və iki ədəd silahqabını bir ədəd zərfdə qablaşdırılmışdır. Həmin zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, polis əməkdaşları Xankəndi şəhərindən tapdığı bir ədəd odlu.silahı, iki ədəd darağı və 6 ədəd patronu birlikdə bir ədəd zərfdə qablaşdırmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, videoçəkilişi yekunlaşmış və o, protokol tərtib edilməsi üçün polis əməkdaşaları ilə birlikdə Beyləqan rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Şahid1 protokol tərtib etmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra toplanmış materialın müstəntiq, polis kapitanı İlkin Quliyevə həvalə olduğunu bildirilmiş və onu X5in otağına aparmışlar. X2 müdafiəçi istəyibistəmədiyimi soruşmuş, o da maddi imkanının olmadığı üçün dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş etmiş və bu barədə ərizə yazmışdır. Sonra müdafiəçi dəvət olunmuş və Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi polis şöbəsinə gəlmişdir. Müdafiəçi ona təqdim olunmuş və etirazının olubolmadığı ondan soruşulmuşdur. O isə hüquqularını müdafiə etməsi üçün Müdafiəçi etiraz etməmişdir. Müdafiəçi iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, yaşadığı evdən aşkar edilmiş odlu silah, döyüş sursatı və digər predmetlər olan iki ədəd zərfdə qablaşdırlmış əşyalara baxış keçirilməsi üçün videoçəkilişə başlanılmışdır. Videoçəkilişə etiraz olub-olmadığı soruşulmuş, etirazı olmamışdır. X5 əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən iki ədəd kağız zərfdə olan əşyalara baxış keçirilmişdir. Əməliyyatçılara dediklərini bir daha müstəntiqə təkrar etmişdir. Sonra onun yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli dəmir materialdan olan odlu silaha bənzər əşya, bir ədəd qara rəngli dəmir materialdan olan daraq, bir ədəd qara rəngli parça materialından və bir ədəd qara rəngli dəri materialından olan silahqabı əvvəl qablaşdırıldığı kağız zərflə birlikdə başqa bir yeni zərfdə müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri DİN-in 86 nömrəli ştamp əksi ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq hərəkəti yekunlaşdırılmazdan əvvəl kiminsə etirazı, vəsatəti və ya qeydi olub-olmadığı soruşulmuş, heç bir əlavələrinin olmadığını bildirmişlər. Bundan sonra videoçəkiliş yekunlaşdırılmışdır. Hazırda əməlindən səmimi peşimandır. Himayəsində ancaq anası Şahid7 var və anasından başqa heç kimi yoxdur. Özü və anası xəstədir, əməliyyat keçirmişdir. Göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Beyləqan rayon polis şöbəsinin cinayət- axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə xx.xx.2025-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi məqsədi ilə o, raportla rəhbərliyə məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə verilməsini xahiş etmişdir. Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verildikdən sonra həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən qeyd olunan tarixdə Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən müvafiq əmrlə onun rəhbərliyi altında Beyləqan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Beyləqan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Beyləqan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Beyləqan Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid5 və Beyləqan Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid6 Rafael oğlu olan tərkibdə əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat 22:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiriləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Beyləqan rayonu Tatalalılar kəndi ərazisində yerləşən fərdi yaşayış evinin qarşısında dayanıb siqaret çəkən zaman biz ona yaxınlaşıb saxlanılmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs odlu silah və onun komplekt hissəsini əldə edib yaşadığı evdə saxlamaqda şübhəli olduğunu demişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və müdafiəçi istəyib-istəmədiyi soruşulmuşdur. O isə müdafiəçiyə ehtiyacı olmadığını demişdir. Təqsirləndirilən şəxs istintaq hərəkətləri həyata keçirilən zaman müdafiəçi ilə təmin olunacağıı bir daha izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündə odlu silah və ya qanunla qadağan olunmuş digər predmet olub-olmadığı soruşulmuş,Təqsirləndirilən şəxs isə üstündə odlu silah və ya qanunla qadağan olunmuş heç bir əşya olmadığını demişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmağa başlanılmış və əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd alışqan aşkar olunmuş və özünə qaytarılmışdır. Sonra şalvarının sağ yan cibindən iki ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq, üç ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq olmaqla ümumilikdə 260 manat pul aşkar olunmuş və pul sayıldıqdan sonra özünə qaytarılmışdır. Sonra əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən iki ədəd siqaret aşkar olunmuş və özünə qaytarılmışdır. Bundan sonra, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən ona məxsus bir ədəd “Samsung Galaxy A16” markalı mobil telefonu aşkar olunmuşdur. İstintaq zərurəti ilə bağlı mobil telefon götürülmüş, daha sonra, üstü yoxlanmış və heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə odlu silah saxlayıb- saxlamadığı soruşulmuşdur. O, yaşadığı evdə odlu silah və onun hissəslərini saxladığını demişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsini və həmin silahı təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs, yaşadığı evdə saxladığı odlu silahı təqdim edəcəyini və yaşadığı evə getməli olduğunu demişdir. Sonra yaxınlıqda olan onun yaşadığı evə gedilmiş, o, yaşadığı evdə yataq çarpayısının altında gizlətdiyi bir ədəd dəmir materialdan olan oyuncaq tapançanı və bir ədəd dəri materialdan olan silah qabını götürüb təqdim etmişdir. Daha sonra o, həmin yerdən bir ədəd parça materialdan olan silahqabında tapançanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd dəmir materialdan olan oyuncaq tapançaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin tapançanı maraq üçün 2022-ci ilin iyun ayında Bakı şəhərində olan zaman Xırdalan şəhərində dəqiq yerini xatırlamadığı dükandan 35 manat pula aldığını və oyunca tapança olduğunu demişdir. O, həmin tapançanı maraq üçün aldığını və odlu silah olmadığını bildirmişdir. Sonra parça materialdan olan silahqabına baxış keçirilmiş, həmin silah qabında bir ədəd odlu silah və bir ədəd daraq aşkar edilmişdir. Həmin odlu silahın 1935-ci il istehsalı olduğunu və 37399 nömrəli olduğu müəyyən olunmuşdur. O, həmin odlu silahı Xankəndi şəhərində tapdığını və maraq üçün götürdüyünü demişdir. Odlu silah olan tapançanı silahqabının içində tapdığını və silahın üstündə daraq olduğunu bildirmişdir. Silahqabında əlavə bir ədəd də daraq olduğu və həmin daraqda 6 ədəd patron olduğu müəyyən olunmuşdur. O, Xankəndi şəhərindən gətirdiyi vəziyyətdə də yaşadığı evdə yataq çarpayısının altında gizlətdiyini və istifadə etmədiyini demişdir. Bundan sonra silahqabından əlavə bir ədəd daraq aşkar olunmuş və həmin darağın üstündə 6 ədəd patron olduğunu müəyyən olunmuşdur. O, həmin silahı Xankəndi şəhərindən tapdığını və maraq üçün özü ilə gətirib yaşadığı evdə yataq çarpayısının altında saxladığını, heç vaxt istifadə etmədiyini və silahda dəyişiklik etmədiyini, eləcə də odlu silahın onda olmasını heç kimin bilmədiyini bildirmişdir. Bundan sonra yaşadığı evdə yataq çarpayısının altından aşkar edilmiş odlu silah, döyüş sursatı olan güllələri və digər predmetləri qablaşdırılmaya başlanılmış, ilk olaraq ona məxsus olan dəmir materiladan olan odlu silaha bənzər oyuncaq tapança, ona aid daraq və iki ədəd silahqabı bir ədəd zərfdə qablaşdırılmışdır. Həmin zərfin üzəri möhürlənmiş, onunla birlikdə digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Xankəndi şəhərindən tapdığını bildirdiyi bir ədəd odlu silah, iki ədəd darağı və 6 ədəd patronu birlikdə bir ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, onunla birlikdə digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, videoçəkilişi yekunlaşdırıb protokol tərtib edilməsi üçün birlikdə Beyləqan rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Şahid1 protokol tərtib etmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Şahid1 toplanmış material barədə qərar qəbul edilməsi üçün raportla rəhbərliyə məruzə olunmuşdur. Həmin raportun icrası İstintaq bölməsinin müstəntiqi, polis kapitanı İlkin Quliyevə həvalə olunmuşdur. X5 Təqsirləndirilən şəxs müdafiəçi istəyib-istəmədiyini soruşmuş, o, maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş etmiş və bu barədə ərizə yazmışdır. Sonra müdafiəçi dəvət olunmuş və Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi polis şöbəsinə gəlmişdir. Müdafiəçi ona təqdim olunmuş və etirazının olubolmadığı soruşulmuşdur. O, isə hüquqularını müdafiə etməsi üçün Müdafiəçi etiraz etmədiyini bildirmişdir. Sonra Müdafiəçi iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, yaşadığı evdən aşkar edilmiş odlu silah, döyüş sursatı və digər predmetlər olan iki ədəd zərfdə qablaşdırılmış əşyalara baxış keçirilməsi üçün videoçəkilişə başlanılmışdır. Videoçəkilişə etirazının olub-olmadığını soruşulmuş, etirazının olmadığını demişdir. Sonra X5 əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən iki ədəd kağız zərfdə olan əşyalara baxış keçirilməsi üçün “üzərində vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd odlu silaha bənzər, 01 ədəd sandığa bənzər və 02 ədəd silah qabına bənzər əşyalar” sözləri yazılmış zərf açılmışdır. Həmin zərfdə olan əşyalara baxış zamanı bir ədəd qara rəngli dəmir materialdan olan odlu silaha bənzər əşya, bir ədəd qara rəngli dəmir materialdan olan daraq, bir ədəd qara rəngli parça materialından olan silahqabı və bir ədəd qara rəngli dəri materialdan olan silahqabı aşkar edilmişdir. Ondan həmin silaha bənzər əşyanı haradan əldə etdiyi soruşulmuş, o, həmin silaha bənzər əşyanın oyuncaq tapança olduğunu və plastik diyircəklər (şariklər) atdığını bildirmişdir. Həmin silaha bənzər oyuncaq tapançanı maraq üçün Bakı şəhərində mağazadan aldığını və yaşadığı evdə yataq çarpayısının altında saxladığını demişdir. Həmin aşkar edilmiş dəmir materialdan olan darağın oyuncaq silaha aid olduğunu həmin darağa diyircəklər (şariklər) qoyub silahda atmaq mümkün olduğunu bildirmişdir. Sonra yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli dəmir materialdan olan odlu silaha bənzər əşya, bir ədəd qara rəngli dəmir materialdan olan daraq, bir ədəd qara rəngli parça materialından və bir ədəd qara rəngli dəri materialından olan silahqabı əvvəl qablaşdırıldığı kağız zərflə birlikdə başqa bir yeni zərfdə müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri DİNin 86 nömrəli ştamp əksi ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalamışdır. Bundan sonra, yaşadığı evdən aşkar edilərək qablaşdırılmış və “üzərində vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd odlu silaha bənzər, 02 ədəd sandığa bənzər və 06 ədəd döyüş sursatına bənzər güllə” sözləri yazılmış zərf açılmışdır. Həmin zərfdə olan əşyalara baxış zamanı bir ədəd qara rəngli dəmir materialdan olan 1935-ci ildə istehsal edilmiş 37399 nömrəli odlu silaha bənzər əşya, iki ədəd qara rəngli dəmir materialdan olan daraq, altı ədəd döyüş sursatna bənzər güllə aşkar edilmişdir. X1 odlu silaha bənzər əşyanı haradan əldə etdiyini soruşmuş, o, həmin odlu silah olan tapançanı təxminən 2025- ci ilin avqust ayının ortalarında Xankəndi şəhərində boş evləri gəzən zaman evlərdən tapdığını bildirmişdir. Həmin odlu silah olan tapançanı parça materialından olan silahqabında tapdığını demişdir. Silahqabında həmin vaxt bir ədəd odlu silah tapança, silahın üstündə taxılı vəziyyətdə boş daraq, silahqabının daraq yerində üstündə 6 ədəd güllə olan bir ədəd daraq olduğunu və maraq üçün həmin odlu silahı silahqabına qoyub digər əşyalarla birlikdə götürdüyünü demişdir. Xankəndi şəhərindən tapdığı odlu silahı və digər əşyaları idarə etdiyi Mercedes-Benz markalı 99 FN-324 dövlət qeydiyyat nişanlı avtomobildə öz oturacağının, yəni sürücü oturacağının altında gizlədərək polis postundan keçirdiyini və yaşadığı Beyləqan rayonu Tatalılar kəndində yerləşən evə daşıyaraq yataq çarpayısının altında saxladığını demişdir. O, bundan başqa həmin silahı maraq üçün götürdüyünü və heç bir zaman istifadə etmədiyini, eləcədə də odlu silah əlcfə etməyindən, saxlamağından və daşımağından heç kimin məlumatı olmadığını bildirmişdir. Eyni zamanda o, odlu silahı tapan zaman darağın üstündə 6 ədəd patron olmuş və həmin patronlardan istifadə etmədən yataq çarpayısının altında saxladığını, həmin silahın üzərində dəyişiklik etmədiyini və heç bir zaman istifadə etmədiyini bildirmişdir. Sonra yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli dəmir materialdan olan 1935-ci ildə istehsal edilmiş 37399 nömrəli odlu silaha bənzər əşya, iki ədəd qara rəngli dəmir materialdan olan daraq, altı ədəd döyüş sursatına bənzər güllə əvvəl qablaşdırıldığı kağız zərflə birlikdə başqa bir yeni zərfdə müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri DİN-in 86 nömrəli ştamp əksi ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra ondan polis əməkdaşları saxlayıb üstünü yoxlayarkən, yaşadığı evə baxış keçirərkən, polis şöbəsinə gətirən zaman və polis şöbəsində istintaqa təhvil verilməmişdən əvvəl ona qarşı hər hansı bir fiziki güc tətbiq edilərək döyülüb-döyülməməyi soruşulmuş, o isə polis əməkdaşları tərəfindən saxlanan zaman və polis şöbəsinə gətirilən, eləcədə istintaqa təhvil verilən zaman onu heç kim döymədiyini və ona qarşı heç bir fiziki güc tətbiq etmədiyini bildirmişdir. Sonra yaşadığı evdən aşkar edilmiş odlu silaha bənzər əşyalar, döyüş sursatı olan güllələr və digər predmetlərlə bağlı məhkəmə-ballistik ekspertizası təyin edilərək rəy alınacağı bildirilmiş, istintaq hərəkətini yekunlaşdırılmazdan əvvəl kiminsə etirazı, vəsatəti və ya qeydi olub-olmadığı soruşulmuşdur. İştirakçılar heç bir əlavələrinin olmadığını bildirmişlər. Bundan sonra videoçəkiliş yekunlaşmış və bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5 məhəkəmdə Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq odlu silah olan bir TT markalı tapançanı, həmin silahın komplekt hissəsi olan iki ədəd darağı və döyüş sursatı hesab edilən altı ədəd güllənin aşkar edilərək götürülməsi barədə Beyləqan rayon polis şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 xx.xx.2025-ci il tarixli raportu əsasında Beyləqan rayon polis şöbəsinin Cinayət axtarış və İstintaq bölmələrində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə-ballistik ekspertizasının 09 oktyabr 2025-ci il tarixli, 25/1518 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 37399 nömrəli silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1935-ci ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş 06 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronudur, döyüş sursatlarıdır, təyinatı üzrə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir, daraqlarıdır və təyinatı üzrə istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş tapança formasında olan uşaq oyuncağıdır və odlu silah hesab edilmir. Həmin tapança formasında olan əşya 5.9 mm diametrli plastik qırmalarla yaxın məsafəyə atmaq çün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 5.9 mm diametrli plastik qırmalar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli uşaq oyuncağı tapançasının komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadəyə yararlıdır və döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş 02 ədəd əşya silah daşımaq üçün silah qabıdır(qobur) və istifadə üçün yararlıdırlar. (tədqiqata 3 ədəd patron istifadə edilmişdir.) İş materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, yaşayış sahəsində baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 08 oktyabr 2025-ci il tarixli protokoldam görünür ki, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə baxış aparılan zaman 02 ədəd odlu silaha bənzər predmet, 03 ədəd daraq, 06 ədəd güllə və 02 ədəd silah qabı aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, əsasən “TOKAREV (TT)“ markalı, 7.62 kalibrli, 1935-ci il istehsallı, 37399 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qəsdən qanunsuz olaraq odlu silah hesab edilən 01 ədəd, 37399 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1935- ci ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 7,62 mm kalibrli tapançanı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronu hesab edilən, döyüş sursatı, təyinatı üzrə istifadə və atəş üçün yararlı 06 ədəd patronu, zavod üsulu ilə istehsal olunmuş, 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən, təyinatı üzrə istifadə üçün yararlı 02 ədəd darağı əldə edib yaşadığı Beyləqan rayonu Tatalılar kəndində yerləşən evinə daşıyaraq yataq çarpayısının altında saxlaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyətinin başçısının Beyləqan rayonu, Tatalılar kəndi inzibati ərazi daiəsi üzrə nümayəndəliyindən verilmiş 17 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyətinin başçısının Beyləqan rayonu, Tatalılar kəndi inzibati ərazi daiəsi üzrə nümayəndəliyindən verilmiş 17 oktyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə edilir. İş materiallarında olan “HTC CLİNİVA HOSPİTAL” dan alınmış ******* nömrəli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə “Xolesistektomiya” əməliyyatı keçirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmini etiraf etməsini, himayəsində ancaq bir anasının olmasını, cəmiyyətdə mübət xarakterizə edilməsini, xx.xx.2025-ci il tarixdə “Xolesistektomiya” əməliyyatı keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha yetərlidir və qanuna uyğundur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 07 oktyabr 2025-ci il tarixdən saat 22:47-dən məhdudlaşdırılmaqla 08 oktyabr 2025-ci il tarixdə, saat 00:50 dəqiqədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəci ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Beyləqan Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut - Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 01 ədəd keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1935-ci ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, 03 ədəd patron, 02 ədəd daraq, 02 ədəd qobur müsadirə edilib Azərbaycan Respublikası DİN-nin Təhcizat idarəsinə təhvil verilməli, 02 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 07 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Beyləqan rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 01 ədəd keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1935-ci ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, 03 ədəd patron, 02 ədəd daraq, 02 ədəd qobur Azərbaycan Respublikası DİN-nin Təhcizat idarəsinə təhvil verilsin, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 10 (on) saat üçün 110(yüz on) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-77/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-77/2025
24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver