Məhkəmə qərarları › İş №1(020)-8/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-8/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-8/2024 10.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Beyləqan rayonu, Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Birinci Aşıqlı kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 qəsəbəsi, fərdi evdə kirayədə yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,0 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Mahmudova (Əliyeva) Elminaz Cəmil qızına ödənilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 16.11 2020-ci il tarixli, 2(020)-1347/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 3(020)-429/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6860,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Mahmudova (Əliyeva) Elminaz Cəmil qızna ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Mahmudova (Əliyeva) Elminaz Cəmil qızı ilə el adəti ilə toy edərək ailə həyatı qurmuş, nikahları xx.xx.2010-cu il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2011ci il tarixdə Yağmur, xx.xx.2013-cü il tarixdə Nüşrəvan və xx.xx.2016-cı il tarixdə Damla adlı 3 (üç) övladları dünyaya gəlmişdir. Elminazla evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Elminaz (Əliyeva) Mahmudova nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, ondan xx.xx.2011 -ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 25,00 manat olmaqla, cəmi 75,00 manat sabit pul məbləğində alimentin tutularaq Mahmudova (Əliyeva) Elminaz Cəmil qızına verilməsi qət edilmişdir. Sonradan Elminaz aliment məbləğinin artırılması məqsədi ilə yenidən məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla yuxarıda adları qeyd olunan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Elminaz (Əliyeva) Mahmudovaya verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli qətnaməsini tam icra etmiş və həmin qətnamə üzrə onun heç bir aliment borcu qalmamışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Elminaz (Əliyeva) Mahmudovaya ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021 -c il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlara baxmayaraq, o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməmiş və icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 6860,00 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Əlavə olaraq o, Mahmudova (Əliyeva) Elminaz Cəmil qızı ilə evli olduğu müddət ərzində hərbiçi kimi müddətdən artıq xidmət edərək aylıq 1000,00 manat əmək haqqı almışdır. Sonradan isə faktiki olaraq yaşadığı Bakı şəhəri ərazizində yeni tikilən bina və fərdi evlərdə fəhlə kimi işləyərək gündəlik 25,00 manat olmaqla, aylıq orta hesabla 750,00 manat qazanc əldə etmişdir. Həmin məbləğ onun özünün dolanışığına ancaq çatmışdır. Fərdi işlərdə məşğul olduğu üçün işsizliklə bağlı Məşğulluq mərkəzinə müraciət etməmişdir. Ailəsi ilə barşmaq fikri vardır. Hazırda maddi imkanı olmadığından ödəyə alimenti və eləcə də aliment borclarını ödəyə bilməmişdir. Göstərilənləri nəzərə alıb qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs Mahmudova (Əliyeva) Elminaz Cəmil qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə el adəti ilə toy edərək ailə, nikahları xx.xx.2010-cu il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2011 -ci il tarixdə Yağmur, xx.xx.2013-cü il tarixdə Nüşrəvan və xx.xx.2016-cı il tarixdə Damla adlı 3 (üç) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkidlə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, nikahlarının pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuş, Təqsirləndirilən şəxs xx.xx.2011 -ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 25,00 manat olmaqla, cəmi 75,0 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sonradan uşaqların tələbatları artdığı üçün aliment məbləğinin artırılması məqsədi ilə o, yenidən məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla yuxarıda adları qeyd olunan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Əliyev X6 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini tam icra etmiş və həmin qətnamə üzrə Təqsirləndirilən şəxs ona heç bir aliment borcu qalmamışdır. Beyləqan Rayon Məhkəməsinin 16.11 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 6860,00 manat aliment borcunu ödəməmişdir. Birgə yaşaıqları müddətdə Təqsirləndirilən şəxs hərbiçi kimi müddətdən artıq xidmət edərək aylıq 1000,00 manat əmək haqqı almışdır. 2018-ci ildən etibarən Təqsirləndirilən şəxs öz ərizəsi ilə işdən azad olunaraq həmin vaxtdan etibarən Bakı şəhəri ərazisinin müxtəlif yerlərində usta kimi ev təmiri ilə məşğul olaraq kifayət qədər qazanc əldə etmişdir. Onun aliment ödəmək üçün kifayət qədər maddi imkanı olmuşdur. Buna baxmayaraq o, aliment ödəməkdən qəsdən boyun qaçırmışdır. Hazırda Təqsirləndirilən şəxs ona aliment borcunu ödəməyə söz vermişdir. Uşaqların atası olduğuna və uşaqları onu çox istədiklərinə görə onun tutulmasını istəmir. Lakin aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini tələb edir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Şahid1 ifadəsində göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1347/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər bir uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq 06.11.201-ci ildə anadan olmuş Yağmur, xx.xx.2013-cü ildə anadan olmuş Nüşrəvan və xx.xx.2016-cı ildə anadan olmuş Damla adlı uşaqlarının saxlanılması üçün X5 verilməsi qət edilmişdir. Göstərilən icra vərəqəsi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmişdir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmənin qətnaməsi üzrə tələbi icra etmədiyinə görə borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Beyləqan Rayon Məhkəməsinin 3(020)-429/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyni lazımi qaydada yerinə yetirməmişdir. İcra sənədi üzrə olan borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1347/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş və əməlində qərəzlilik müşahidə olunmuşdur. İcra zamanı Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, onunla profilaktiki söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Tələbkar Əliyeva (Mahmudova) X7 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən aliment borcunun ödənilmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs icra sənədi üzrə təqdimat verilən günə ümumilikdə 6860,00 manat aliment borcu yaranmışdır. İş üzrə şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs tərəfindən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-1347/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi faktı ilə bağlı Beyləqan rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli təqdimatı, əsas isə həmin fakta görə toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 2(020)-1347/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər bir uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq 06.11.201 -ci ildə anadan olmuş Yağmur, xx.xx.2013-cü ildə anadan olmuş Nüşrəvan və xx.xx.2016-cı ildə anadan olmuş Damla adlı uşaqlarının saxlanılması üçün X5 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 8(020)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 16.11,2020-ci il tarixli, 2(020)-1347/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Beyləqan rayon icra və probasiya şöbəsinin təqdimatı əsasında Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş X1 X3 Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz (və ya işaxtaran) şəxs kimi qeydiyyatı aşkar olunmamış və Filial tərəfindən işsizlikdən sığorta ödənişi almamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, 14.11 2022-ci il və xx.xx.2022- ci il tarixli xəbərdarlıq məktublarından, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 3(020)-429/2021 saylı qərarından və digər sənədlərdən görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin 16.11 2020-ci il tarixli, 2(020)-1347/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi kifayət qədər sübuya yetdi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 12/2-116543 nömrəli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 03 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs axtarışda olan şəxs qismində tutulmuş, 04 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. İşdə mülki iddia, xüsusi müsadirə edilməli əmlak, maddi sübut və məhkəmə xəcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək saxlanıldığı bir gün müddət iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 19 (on doqquz) saat üçün 114 (yüz on dörd) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərci yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar