Məhkəmə qərarları › İş №1(020)-9/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-9/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-9/2024 11.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu Milabad qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2011 -ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin və Rəsul Cabbarovun 3 yaşına çatanədək saxlanılması üçün hər ay 50,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-4642/2013 saylı qətnaməsini, habelə alimentin məbləği artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmaqla Rəsul Cabbarovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-7625/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra itmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(020)-394/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 15039,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2012-ci il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2011 -ci il tarixdə Rəsul adlı 1 (bir) oğlan övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, Zərərçəkmiş şəxs ilə aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, övladı Rəsulun Zərərçəkmiş şəxs yanında qalmaqla, ondan xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək sabit pul məbləğində 150,00 manat, Rəsulun 3 yaşı tamam olanadək hər ay 100,00 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sonradan o, məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, onun şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-4642/2013 saylı qətnaməsi ilə ondan xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment habelə Rəsul Cabbarovun 3 yaşına çatanədək saxlanılması üçün hər ay 50,00 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs ərizəsi ilə alimentin məbləği Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 7625/2018 saylı qətnaməsi ilə artırılaraq ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmaqla Rəsulun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs veriməsi qət edilmişdir. Yuxarıda qeyd olunan hər iki qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlara baxmayaraq, o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəyə bilməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 15039,00 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq o, Zərərçəkmiş şəxs ilə evli olduğu müddət ərzində Bakı şəhəri ərazisində evlərin dam örtüklərini düzəltməklə aylıq orta hesabla 200,00-300,00 manat qazanc əldə etmişdir. Hal hazırda isə ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və soyadını bilmədiyi Daşqın adlı şəxsin nəzarət elədiyi cücə fermasında fəhləlik edərək 360,0 manat əmək haqqı alır. 2010-cu ildə başqa qadınla ailə qurmuş və həmin nikahdan iki uşağı vardır. Onu elektrik cərəyanı vurduğuna görə son zamanlar işləyə bilmir, arvadının aldığı əmək haqqı ilə dolanırlar. Bir neçə dəfə arvadının qazancından aliment ödəmişdir. Hazırda səhhətində olan problemlə əlaqədar aliment borcunu ödəyə bilməmişdir və ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2012-ci il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2011-ci il tarixdə Rəsul adlı 1 (bir) oğlan övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Aralarında yaranmış narazılıqla əlaqədar Təqsirləndirilən şəxs nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş, övladı Rəsulun onun yanında qalmaqla Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 3 yaşı tamam olanadək onun xeyrinə 150,00 manat, 3 yaşı tamam olduqdan sonra Rəsulun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmiş, sonradan Təqsirləndirilən şəxs apelyasiyya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-4642/2013 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment habelə Rəsul Cabbarovun 3 yaşına çatanədək saxlanılması üçün hər ay 50,00 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmiş və onun ərizəsi ilə alimentin məbləği Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-7625/2018 saylı qətnaməsi ilə artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmaqla Rəsulun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin ona veriməsi qət edilmişdir. Yuxarıda qeyd olunan hər iki qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etmədiyi üçün Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 15039,00 manat aliment borcunu ödəməmişdir. Onlar evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə, yəni usta kimi dam örtüklərini düzəltməklə məşğul olaraq kifayət qədər qazanc əldə etmişdir. Hazırda da onun aliment ödəməyə imkanı vardır. Aliment borclarını tələb edir. Ödəmədiyi təqdirdə Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4642/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2011 -ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2011 -ci il təvəllüdlü X9 3 (üç) yaşına çatanadək hər ay 50,00 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2014-cü il tarixdə şöbənin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8ci maddəsi rəhbər tutularaq xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Bundan əlavə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7652/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs xx.xx.2011 -ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmişdir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-1130/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmə qətnamələri üzrə tələbi icra etmədiyinə görə borclu Cabbarov X7 Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-ü il tarixdə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyni lazımi qaydada yerinə yetirməmiş, icra sənədi üzrə olan borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4642/2013 saylı, xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7652/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamələrini borcluya inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4642/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə tələbkara 1439,00 manat ödənilmiş, 6261,00 manat borc qalmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7652/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə isə tələbkara aliment pulu ödənilməmiş 8778,00 manat borcu vardır, ümumilikdə hər iki icra sənədi üzrə 15039,00 manat aliment borcu vardır ki, bu günə kimi ödəməmişdir. İcraat zaman Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, profilaktiki söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icrasını təmin etməmişdir. Tələbkar X1 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən 15039,00 manat aliment borcunun ödənilmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən Şahid2 məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-4642/2013 saylı və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-7625/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələri Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Beyləqan rayon icra və probasiya şöbəsi tərəfindən təqdimat ilə məhkəməyə müraciət edilərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Beyləqan Rayon Məhkəməsinin 8(020)-1130/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş X3 X4 Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində xx.xx.2021-ci il tarixdən işaxtaran şəxs kimi qeydiyyati aşkarlanmış və Filial tərəfindən işsizlikdən sığorta ödənişi almamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(020)-394/2023 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-4642/2013 saylı və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-7625/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Ona görə də Beyləqan rayon İcra və Probasiya şöbəsinin tərtib etdiyi inzibati xəta haqqında protokola əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi və cinayət işinin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 12/2-148567 saylı tələbnamədən və iş matriallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmaması ilə yanaşı, hazırda da aliment ödəməkdən qərəzli boyun qaçırmasını, aliment borcunu ödəməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiqdir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə muddətinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbir ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat üçün 72 (yetmiş iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. İşdə maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar