Məhkəmə qərarları › İş №1(020)-9/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-9/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-9/2025 14.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və oların müdafiəçiləri Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Beyləqan rayonu, Birinci Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Birinci Aşıqlı kəndində qeydiyyatda olmaqla Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 104, ev 6- da yaşayan, 05 avqust 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 23 avqust 1993-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, təqaüdçü, X2isi, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 05 avqust 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxx 1998-ci il tarixdə Beyləqan rayonu, Birinci Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Birinci Aşıqlı kəndində qeydiyyatda olmaqla Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan, 05 avqust 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 23 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Beyləqan şəhəri, Fərman Kərimzadə küçəsində yerləşən “Kaktus” adlı kafenin qarşısında X3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs həmin kafedə ofisiant kimi işləyən Şahid3 narahat etməsini bildirib ona etiraz edərək heç bir əsaslı səbəb olmadan mübahisə edib özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib onu nalayiq ifadələrlə təhqir edərək zor tətbiq edib qəsdən yumruqla bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq fikizi ağrılar yetirib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 23 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində Beyləqan şəhəri, Fərman Kərimzadə küçəsində yerləşən "Kaktus” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs həmin kafedə ofisiant kimi işləyən Şahid3 narahat etməsini bildirib ona etiraz edərək heç bir əsaslı səbəb olmadan mübahisə edib özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib onu nalayiq ifadələrlə təhqir edərək zor tətbiq edib qəsdən yumruqla bir neçə dəfə başının gicgah nahiyəsinə, təpiklə sinəsinə, yumruq və təpiklə bir neçə dəfə bədənənin müxtəlif mahiyələrinə zərbələr vuraraq ona sağ təpə-gicgah nahiyəsində yumşaq toxumaların əzilməsi xarakterli sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət və fikizi ağrılar yetirib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 23 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Beyləqan şəhəri, Fərman Kərimzadə küçəsində yerləşən “Kaktus” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs1 və X3 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs həmin kafedə ofisiant kimi işləyən Şahid3 narahat etməsini bildirib ona etiraz edərək heç bir əsaslı səbəb olmadan mübahisə edib özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib onu nalayiq ifadələrlə təhqir edərək qəsdən xuliqanlıq niyyətilə zor tətbiq edib qəsdən təpiklə bir dəfə burun nahiyəsinə, yumruqla və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi fonunda əzilmiş yara, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün fraqmentləri yerinidəyişmiş qapalı sınığı xarakterli sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər və bədəninin müxtəlif nahiyələrinə fikizi ağrılar yetirib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmədi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış aralarında ədavət və düşmənçilik olmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə tanımış, onlarla dosluq əlaqəlari olnuşdur. 23 yanvar 2024-cü il tarixdə, axşam saat 22 radələrində o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Bəhruz adlı tanışının işlətdiyi Beyləqan şəhəri, Fərman Kərimzadə küçəsində yerləşən “Kaktus” adlı kafeyə getmişlər. Digər dostları Təqsirləndirilən şəxs3 həmin kafeyə onlardan öncə getmiş və kafedə onları gözləmişdir. Onlar kafeyə çatarkən kafenin qarşısında Zaurla Kamranın mübahisə etdiklərini görüb onlara yaxınlaşmışlar. Bu zaman kafeni işlədən Bəhruz da onların yanında olmuşdur. Zaurla Kamran kafedə ofisiant işləyən Şirin adlı qadına görə mübahisə etmişlər. Belə ki, X14 narahat etməməsini bildirmiş, Zaur isə Kamrana söyüş söymüşdür. Buna görə Kamranla Zaurun arasında mübahisə yaranmışdır. Kamran Zaurla üzbəüz dayanan zaman Zaurun sinəsinə bir dəfə ayaqla təpik zərbəsi vurmuşdur. O, Rahib və X11 aralamışlar. Bundan sonra o, Kamran və Rahiblə kafeyə daxil olmuşlar. Mübariz isə Zauru götürüb evinə aparmış və münaqişə başa çatmışdır. Lakin məhkəmə iclasındakı son sözündə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, zərərçəkmiş şəxslə mübahisə etdiyinə və dalaşdığına görə özünü günahkar hesab etmiş, bildirmişdir ki, hazırda zərərçəkmiş şəxsdən üzr istəmiş, onunla barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Cavid və Kamran isə onun dostlarıdır. Onun adı Rahib olsa da, rayon ərazisində Mosu ləqəbi ilə də tanınır. O, 23 yanvar 2024-cü il tarixdə axşam saat 22 radələrində Cavid adlı dostu ilə birlikdə Bəhruz adlı tanışının işlətdiyi Beyləqan şəhəri, Fərman Kərimzadə küçəsində yerləşən “Kaktus” adlı kafeyə getmişlər. Həmin vaxt digər dostu Kamran kafeyə onlardan öncə getmiş və kafedə onları gözləmişdir. Kafeyə çatarkən kafenin qarşısında Zaurla Kamranın mübahisə etdiklərini görüb onlara yaxınlaşmışlar. Bu zaman kafeni işlədən Bəhruz və rayon sakini Mübariz də onların yanında olmuşdur. Zaurla Kamran kafedə ofisiant işləyən Şirin adlı qadına görə mübahisə etmişlər. X14 narahat etməməsini bildirmişdir. Bu səbəbdən Zaur da Kamrana söyüş söymüş və Kamran təpiklə Zauru bir dəfə vurmuş və Zaur yerə yıxılmışdır. Bundan sonra o, Cavid, Mübariz və X12 aralamağa başlamışlar. Mübahisə qurtardıqdan sonra o, Kamran və Cavidlə kafeyə daxil olmuşdur. Mübariz isə Zauru götürüb evinə aparmışdır. Lakin məhkəmə iclasındakı son sözündə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, zərərçəkmiş şəxslə mübahisə etdiyinə və dalaşdığına görə özünü günahkar hesab etmiş, bildirmişdir ki, hazırda zərərçəkmiş şəxsdən üzr istəmiş və onlar barışmışlar. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir.Ona görə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs rayon sakini kimi tanımış, onunla aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə onun dostlarıdır, 23 yanvar 2024-cü il tarixdə, axşam saat 22 radələrində o, Bəhruz adlı tanışının işlətdiyi “Kaktus” adlı kafeyə dostları Rahib və Cavidlə çay içmək üçün getmişlər. Kafeyə çatanda Mübarizin Zaurla birlikdə kabinetdə oturub pivə içdiklərini görmüşdür. Bəhruzun kafesində Şirin kimi tanıdığı qadın ofisiant kimi işləmişdir. O, masalardan birində əyləşib çay sifariş etmiş, Cavid və Rahib hələ kafeyə gəlmədikləri üçün onları gözləməyə başlamışdır. Bu zaman Şirin ona yaxınlaşaraq Zaurun onu narahat etməsini bildirmişdir. Kafenin şüşə qapısından çöldə Zaurla Bəhruzun kafenin qarşısında söhbət etdiklərini görmüşdür. Kafedən çıxıb Zaura yaxınlaşmış və Zaurdan Şirini narahat etməsinin səbəbini soruşmuşdur. Zaur bunun ona aidiyyətinin olmadığını bildirərək ona qarşı nalayiq sözlər demiş və ona yumruq atmışdır. Yumruq onun sol üz nahiyəsinə dəymişdir. Yanlarında olan Rahib, Cavid və digər şəxslər onları aralamışlar. Bu zaman o, ayaqla təpik zərbəsi atmış və zərbəsi Zaurun qarın nahiyəsinə dəymişdir. Zaurun ayağı sürüşüb yerə yıxılmış, sonra ətrafa yığılan şəxslər onları aralamış və dava-dalaş başa çatmışdır. Zərərçəkmiş şəxslə mübahisə etdiyinə və onu vurduğuna görə özünü günahkar hesab edib zərərçəkmiş şəxsdən üzr istəmiş, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişlər. Qarabağ müharibəsi iştirakçısıdır, himayəsində iki azyaşlı uşaqları vardır. Ona görə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 və Mosu ləqəbli Təqsirləndirilən şəxs2 rayon sakini kimi tanımış, Təqsirləndirilən şəxs1 isə tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 23 yanvar 2024-cü il tarixdə axşam saat 22 radələrində tanışı Şahid4la pivə içmək üçün Bəhruz adlı şəxsin işlətdiyi “Kaktus” adlanan kafeyə getmişlər. Kafedə kabinetdə əyləşib pivə içmişlər. Bəhruzun kafesində əvvəlcədən tanıdığı ofisiant kimi işləyən Şirin adlı qadının onun telefonunda mobil nömrəsi olmuşdur. O, Şirinə zəng edib başqa masalarda əyləşməməsini bildirmişdir. Biraz sonra Bəhruz yanına gəlib onu kafedən çölə çağırmışdır. Bəhruzla kafenin qarşısına çıxmış və kafenin qarşısında ona nə üçün Şirinə zəng edib narahat etdiyini soruşmuşdur. O, da bir də Şirini narahat etməyəcəyinə dair Bəhruza söz vermişdir. Bu zaman Təqsirləndirilən şəxs3 və dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kafedən bayıra çıxaraq ona yaxınlaşmışlar. Kamran ondan Şirini nə üçün narahat etdiyini soruşmuşdur. O, Kamrana Şirini narahat etmədiyini, əvvəldən tanışlığı olduğu üçün zəng etdiyini və bu məsələnin ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Bu zaman Kamran ona aiddiyyəti olmadığını bildirməsinə dair sözlərinə etiraz edərək üzərinə hücum edib onu nalayiq ifadələrlə təhqir edib yumruqla başına və gicgahına bir neçə dəfə zərbə vurmuşdur. Bu zaman Kamranın dostları Cavidlə Rahib də üzərinə hücum etmiş, onlar da nalayiq ifadələrlə onu təhqir edərək yumruqla və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışlar. O, başını aşağı əyib əli ilə sifətini örtərək sifətini qorumağa çalışmışdır. Bu zaman Rahib təpiklə burnuna bir dəfə möhkəm zərbə vurmuş və burnunda şiddətli ağrı hiss etmişdir. Rahibgil yenə də onu döyməyə davam edərək onun sifətinə və bədəninin digər nahiyələrinə yumruq zərbələri endirməyə davam etmişlər. Bu zaman Mübariz də kafedən çölə çıxmış və Bəhruzla birlikdə onları aralamışlar. Daha sonra Mübariz onu avtomobilə əyləşdirmiş və evə aparmışdır. Bununla da dava başa çatmışdır. Təqsirləndirilən şəxslər onda üzr istəmiş, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur, onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. 2023- cü ilin oktyabr ayından 2024-cü ilin fevral ayının əvvəllərinə qədər Beyləqan şəhəri, Fərman Kərimzadə küçəsində yerləşən “Kaktus” adlı kafeni icarə əsasında işlətmişdir. Belə ki, o, kafedə müştərilərə çay və spirtli içkilər servis etmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərindən onun işlətdiyi kafedə Şirin adlı qadın ofisiant kimi işləmişdir. 23 yanvar 2024-cü il tarixdə, axşam saat 22 radələrində o, kafedə olarkən rayon sakinləri kimi tanıdığı Zaur adlı şəxs Mübariz adlı şəxslə birlikdə kafeyə gələrək kabinetdə əyləşib pivə içməyə başlamışlar. Biraz sonra Təqsirləndirilən şəxs3 də kafeyə gəlmiş və başqa masada əyləşib çay içmişdir. Daha sonra Şirin ona yaxınlaşaraq Zaurun onu narahat etdiyini bildirmişdir. O da buna görə Zaurun kabinetinə gedərək onu çölə çağırmışdır. Zaur onun arxasınca kafedən çölə çıxmışdır. Kafenin qarşısında o, Zaura nə üçün Şirini narahat etdiyini soruşmuş, Zaur ona Şirini əvvəldən tanığını, bir daha Şirini narahat etməyəcəyini demişdir. O, bundan sonra mağazaya içki almağa getmişdir. Mağaza ilə kafenin arası təxminən 200 metrdir. O mağazadan geri qayıdarkən Təqsirləndirilən şəxs3lə Zərərçəkmiş şəxs kafenin qarşısında olduqlarını görmüşdür.O aldığı içkiləri kefayə qoyub sonra çölə çıxmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də kafenin qarşısına çatmışlar. Zaurun tanışı Mübariz də orada olmuşdur. Zaurla Kamran dava etməyə başlamışlar. O onların yanına gedərək onları aralaşdırmağa başlamışdır. Həmin vaxt Cavidlə Rahib də Kamranla birlikdə Zauru yumruq və təpiklə vurmağa başlamışlar. Bu vaxt o və Mübariz Zauru tutub onlardan aralamağa çalışan zaman Kamran yenidən ayaqla Zaura təpik zərbəsi vurmuşdur. Zərbənin Zaurun hansı nahiyəsinə dəyməsini xatırlamamışdır. Bundan sonra onları aralamışlar və münaqişə başa çatmışdır.O, Cavidin, Rahibin və Kamranın Zauru yumruq və təpiklə vurduqlarını görsə dəkonkret olaraq onların Zaurun hansı nahiyəsindən vurduqlarını görməmişdir. Hadisə yerinə çox adam toplaşmışdır. Buna görə də hər şeyi nəzarətdə saxlaya bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. Onun adı Fəsilə olsa da, sakinlər onu Şirin kimi tanıyırlar. 2023-cü ilin dekabr ayının əvvəllərindən 2024-cü ilin fevral ayının əvvəllərinə kimi Beyləqan şəhəri, Fərman Kərimzadə küçəsində yerləşən “Kaktus” adlı kafedə ofisiant işləmişdir. Zərərçəkmiş şəxsla onun şəxsi tanışlığı olmuş, Zaur onun nömrəsini bilmişdir. 23 yanvar 2024-cü il tarixdə, axşam saat 22 radələrində o, kafedə müştərilərə servis edən zaman Zaur bir nəfər adını bilmədiyi şəxslə kafedə oturub spirtli içki pivə qəbul etmişdir. Bu zaman Zaur onun nömrəsinə zəng edərək onu narahat etməyə başlamışdır. O da həmin vaxt müdiri Bəhruz kafedə olmadığı üçün kafedəki müştərilərdən biri olan Təqsirləndirilən şəxs3 yaxınlaşıb Zərərçəkmiş şəxs tanıyıb- tanımadığını soruşmuş və Zaurun onu narahat etdiyini bildirmişdir. Kamran da Zauru rayon sakini kimi tanığını bildirmiş, bundan sonra Kamran Zauru çölə çağırmışdır. Onlar kafenin qarşısına çıxdıqda onların arxasınca çıxmışdır. Kamran kafenin qarşısına çıxdıqdan sonra Zaura onu narahat etməməsini bildirmişdir. Zaur da ona heç bir aidiyyəti olmadığını Kamrana bildirmişdir. Onların arasında mübahisə yaranmışdır. Zaur Kamrana qarşı söyüş işlətmişdir. Onların arasında mübahisə qızışdıqdan sonra oraya Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gəlmişlər. Onlar da Kamrangilə yaxınlaşmışlar. O, kənarda dayanmışdır. Zaurun pivə içdiyi adam da çölə çıxmışdır. Bəhruz da həmin vaxt mağazadan geri qayıtmışdır. Zauru Kamrandan uzaqlaşdırmağa çalışan zaman Kamran bir dəfə ayaqla Zaura təpik zərbəsi vurmuşdur. Zərbənin Zaurun hansi nahiyəsinə dəydiyini bilməmişdir. Zərbənin təsirindən Zaur yerə yıxılmışdır. Sonra o, qayıdıb kafeyə girmiş, bundan sonra baş verənləri görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə rayon sakini kimi tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. 23 yanvar 2024-cü il tarixdə, axşam saat 22 radələrində o, Zaurla pivə içmək üçün Bəhruz adlı şəxsin işlətdiyi “Kaktus” adlı kafeyə getmişdir. Kafedə kabinetlərin birində əyləşib Zaurla pivə şifariş etmişdir. Kafedə işləyən Şirin adlı qadın sifarişlərini gətirdikdən sonra onlar pivə içməyə başlamışlar. Bu zaman Zaur Şirinlə söhbət etmişdir. Biraz sonra Bəhruz Zauru çölə çağırmış, Zaur Bəhruzun arxasınca gedərək kafedən çölə çıxmışdır. O da biraz sonra kafedən çölə çıxmış və Zaurun Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyüldüyünü görmüşdür. Kamran, Cavid və Rahib Zaura yumruq və təpik zərbələri vurmuşlar. O, Zauru aralamağa çalışan zaman Kamran ayaqla Zaurun sifətinə təpik zərbəsi vurmuş və Zaur yerə yıxılmışdır. Kamran, Cavid və Rahib hər üçü Zauru döymüş, lakin onların konkret hansı xəsarətləri yetirməsini görməmişdir. O, Zaurgili aralamış və dava-dalaş başa çatmışdır. O, Zauru götürüb evinə aparmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3 rayon sakini kimi tanıyır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə tanımır, onlarla aralarında ədavət və düşmənçilik yoxdur. O, Beyləqan şəhəri, F.Kərimzadə küçəsində yerləşən “Ata- bala" adlı kafesi vardır. “Kaktus” adlı kafe ilə onun kafesinin arasında təxminən 20 metr məsafə vardır. 23 yanvar 2024-cü il tarixdə, axşam saat 22 radələrində o, kafedə olarkən çöldə səs-küy eşidib nə baş verdiyini öyrənmək üçün kafedən çölə çıxmışdır. O, çölə çıxan zaman “Kaktus” adlı kafenin qarşısında Zərərçəkmiş şəxs, "Kaktus” adlı kafenin sahibi Şahid1 və xeyli sayda adamın dayandığını görmüşdür. O, sonra kafeyə geri qayıtmışdır. O, qayıtdıqdan sonra hazırda adını xatırlamadığı müştəri ona Zərərçəkmiş şəxs kiminləsə dava etdiyini bildirmişdir. O, kafedə olarkən yüksək səslə söyüşlər söyülmüş, o, səs-küyü eşidib çölə çıxmış, lakin bu zaman artıq dava yekunlaşmışdır. Başqa heç nə yadında qalmamışdır. O, Zərərçəkmiş şəxs kiminlə dava etməsini görməmişdir. O, kafenin qarşısına çıxan zaman isə artıq dava yekunlaşmış və ətrafdakı şəxslər oradan uzaqlaşmışdır. Mən hadisə zamanı orada kimlərin olmasını unutmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Zərərçəkmiş şəxs 23 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Kamran, Mosu ləqəbli şəxs və adını bilmədiyi bir nəfər şəxslə aralarında yaranmış mübahisə zamanı onu döymələri barədə Beyləqan rayon Polis şöbəsinə yazdığı ərizə əsasında Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 28 yanvar 2024-cü il tarixli protokola əsasən hadisə yeri Beyləqan şəhəri, Fərman Kərimzadə küçəsində yerləşən, "Kaktus” adlı kafenin qarşısından keçən asfalt örtüklü yoldur. Kafenin qarşısında “X10 Kompleksi” yerləşir. “Kaktus” adlı kafenin giriş qapısı plastik materialdandır, divarları qırmızı rəngə boyanmışdır. Kafenin ətrafında avtomobil yuma sexi və yaşayış binası yerləşir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 72/24 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi fonunda əzilmiş yara, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün fraqmentləri yerinidəyişmiş qapalı sınığı və sağ təpə-gicgah nahiyəsində isə yumşaq toxumaların əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 23 yanvar 2024-cü il tarixdə yumruq və təpik zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə burun nahiyəsində olan xəsarət sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, digər xəsarət isə sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarına əlavə edilmiş “Kompleks ambulator məhkəmə-psixiatriya və məhkəməpsixoloji” ekspertizasının 22 aprel 2024-cü il tarixli, 1099 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən əməli törədərkən fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişkənliyi müəyyən edilir. Təqsirləndirilən şəxs3 hadisə zamanı öz əməlinin fakitiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 müəyyən edilən şəxsiyyət dəyişikliyi o dərəcədə ifadə olunmayıb ki, o, cinayəti törədərkən öz əməlinin fakitiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs3 cinayəti törədərkən öz əməlinin fakitiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 emosional halından aslılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətyinə malik olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən psixi-emosional halında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs3 qeyd edilən hadisə zamanı həmin hadisədən bilavasitə əvvəl və hadisədən sonra psixoloji vəziyyətində hər hansı normadan kənara çıxma halları olmamışdır. Təqsirləndirilən şəxs1 müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyə vəsatət təqdim etdiyi vəsatətdə göstərmişdir ki, iş üzrə zərərəçəkmiş şəxs olan Zərərçəkmiş şəxs 23 yanvar 2024-cü il tarixində saat 22 radələrində Beyləqan şəhəri, Fərman Kərimzadə küçəsində yerləşən “Kaktus” adlı kafenin qarşısında nə onun tərəfindən, nə də ki, digər təqsirləndirilən şəxslər olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən döyülməmiş, ona qarşı hər hansı bir zor tətbiq olunmamış, nə də ki, ona xəsarət yetirilməmişlər.Əksinə olaraq bildirmişdir ki, iş üzrə zərərçəkmiş kimi özünü tanıtdırmış Zərərçəkmiş şəxs Məhkəmə tibbi ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 72/24 saylı rəyinin verilməsindən bir il əvvəl olaraq qonşuluğunda yaşayan hərbçi ailəsi ilə bağlı etdiyi hərəkətlərinə görə döyülmüş və həmin döyülmə vaxtı da burnundan xəsarət almışdır.Bundan başqa iş üzrə özünü zərərçəkmiş kimi təqdim edən Zərərçəkmiş şəxs Məhkəmə- tibbi ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 72/24 saylı rəyinin verilməsindən bir xeyli vaxt əvvəl Könül adlı qadınla bağlı olaraq etmiş olduğu hərəkətlərinə görə rayon daxilində qəssab Nəsir kimi tanınmış şəxs tərəfindən də döyülərək başından və sifətindən xəsarətlər almışdır.İşin materiallarından da göründüyü kimi, iş üzrə özünü zərərçəkmiş kimi tanıtdırmış Zərərçəkmiş şəxs 23 yanvar 2024-cü il tarixində də qısqançılıq zəmində kafedə işləyərək balasını dolandırmaq istəyən Şahid3 yəni, hamının Şirin kimi tanıdığı qadının mobil telefonuna zəng edərək onu bərk narahat etdiyini Təqsirləndirilən şəxs3 bildirərək ona köməklik edilməsini xahiş etdiyi vaxtı yalnız sözlü mübahisə olduğunu, lakin həmin vaxtı ona hər hansı bir xəsarət yetirilmədini bildirmişdir.Buna baxmayaraq, Zərərçəkmiş şəxs tanışı və dostu Şahid4 vasitəsi ilə özünün xəsarət almasına dair ekspert rəyinin əldə edilməsinə nail olmuşdur.Yuxarıda qeyd olunanlar isə Zərərçəkmiş şəxs 23 yanvar 2024-cü il tarixində göstərilən şəraitdə xəsarət almasına dair verilmiş Məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 72/24 saylı rəyini şübhə altına düşür. İş üzrə zərərçəkmiş şəxsi kimi tanınmış Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin 23 yanvar 2024-cü il tarixində göstərilən şəraitdə, yoxsa ondan əvvəlki dava-dalaş zamanı yetirilməsinin müəyyən olunması üçün iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasınn təyin edilməsini xahiş etmişdir. Müdafiəçinin vəsatəti əsasında Beyləqn rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ-in 02 iyul 2025-ci il tarixli, T462\2025 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerinidəyişmiş qapalı sınığı və burun nahiyəsinin əzilmiş yarası, sağ təpəgicgah nahiyəsinin yumşaq toxumaların əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdilər, dərəcəsinə görə burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerinidəyişmiş qapalı sınığı və burun nahiyəsinin əzilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya, digər xəsarət dərəcəsi təyin edilmir. Beləliklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 23 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Beyləqan şəhəri, Fərman Kərimzadə küçəsində yerləşən “Kaktus” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs1 və X3 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs həmin kafedə ofisiant kimi işləyən Şahid3 narahat etməsini bildirib ona etiraz edərək heç bir əsaslı səbəb olmadan mübahisə edib özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib onu nalayiq ifadələrlə təhqir edərək qəsdən xuliqanlıq niyyətilə zor tətbiq edib qəsdən təpiklə bir dəfə burun nahiyəsinə, yumruqla və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi fonunda əzilmiş yara, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün fraqmentləri yerinidəyişmiş qapalı sınığı xarakterli sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər və bədəninin müxtəlif nahiyələrinə fikizi ağrılar yetirib qərəzli xuliqanlıq etmələri və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs üzərinə hücum edib onu nalayiq ifadələrlə təhqir edərək zor tətbiq edib qəsdən yumruqla bir neçə dəfə başının gicgah nahiyəsinə, təpiklə sinəsinə, yumruq və təpiklə bir neçə dəfə bədənənin müxtəlif mahiyələrinə zərbələr vuraraq ona sağ təpə-gicgah nahiyəsində yumşaq toxumaların əzilməsi xarakterli sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət və fikizi ağrılar yetirib qərəzli xuliqanlıq etmələrii kifayər qədər sübuta yetmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs döymədikləri barədə təqsirləndirilən şəxslərin verdikləri ifadələri özümüdafiə xarakter daşıyır və iş materialları ilə təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin, Təqsirləndirilən şəxs2 həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 127-ci maddələrinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 may 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Beyləqan rayonu, Birinci Aşıqlı kəndində qeydiyyatda olmaqla Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 cəmiyyət arasında müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 27 mart 2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 may 2024-cü il tarixli arayışa əsasən Əlizadə X8 rayonu, Birinci Aşıqlı kəndində qeydiyyatda olmaqla Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 104, ev 6-da yaşayır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 cəmiyyət arasında müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 27 mart 2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, dəymiş maddi ziyanın ödənilməsi CM-nin 59.1.13-cü mddəsinə əsasən, məhkəmə iclasındakı sön sözlərində hərəkətlərini etiraf edib səmimi peşimançılıq çəkmələrini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 may 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı övladı vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 cəmiyyət arasında müsbət xarakterizə edilmişdir, X7 iştirakçısı və qazisidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 27 mart 2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2716 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs3 “Şuşanın azad olunmasına görə" medalla təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs3 “Qubadlının azad olunmasına görə" medalla təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs3 “Fizulinin azad olunmasına görə" medalla təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2724 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs3 “Cəsur döyüşçü " medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250S nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs3 “Vətən Müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin onda heç bir şikayət və tələbinin olmamasını, barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, dəymiş maddi ziyanın ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə, Vətən müharibəsi iştirakçısı olmasını və əməlindən peşimançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə təqsirləndirilən şəxslərin barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onların əməlini etiraf etmələri və yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla onlara təqsirləndikləri maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları şəhərin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinlər. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin ilə 221.2.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin ilə 221.2.1-ci maddəsi ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 2 il müddətə, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili X4 315 manat dövlət büdcəsi hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 270 manat dövlət büdcəsi hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 270 manat dövlət büdcəsi hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar