Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-1/2022 01.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ 01 aprel 2022-ci il Bakı şəhəri Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bərdə şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bərdə rayon Məhkəməsinin 04 yanvar 2005-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 221.2.1 66-cı maddələri təqsirli bilinərək 03 il 03 ay azadlıqdan məhrum edilmiş, Bərdə rayon Məhəkəməsinin 21 avqust 2013-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin 18 fevral 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərı̇ ndə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən və müddətdə, şəxsi istehlak miqdarından artıq miqdarda, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, ümumi təmiz çəkisi 0.198 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək yaşadığı Bərdə şəhəri, Füzuli küçəsi, ev 87 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 08 may 2020-ci il tarixdə, saat 18 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 (bir) ədəd kibrit qutusunun içərisində 1 (bir) ədəd bənövşəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,171 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2 (iki) ədəd 3 ml-lik birdəfəlik şprislərin hər birində 0,4 ml həcmində olan məhlul və həmin məhlulun (ümumi həcmi 0,8 ml) tərkibində quru maddəsinin ümumi təmiz çəkisi 0,027 qram heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası Əliyeva Hicran Cümşüd qızı ilə birlikdə Bərdə şəhəri, Füzuli küçəsi ev 87-də yaşayır. Subaydır, heç bir yerdə işləmir. Əvvəllər ailəli olmuş və uşağıda vardır. Sonradan həyat yoldaşı uşağıda götürüb getmişdir. Uzun muddətdir ki, narkotik vasitələrdən şəxsi istifadəsi üçün qəbul edirdi. 2013-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətində azadlıqdan mərhum edilmişdir. 08 may 2020-ci il tarixdə, saat 18 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 (bir) ədəd kibrit qutusunun içərisində 1 (bir) ədəd bənövşəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,171 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2 (iki) ədəd 3 ml-lik birdəfəlik şprislərin hər birində 0,4 ml həcmində olan məhlul və həmin məhlulun (ümumi həcmi 0,8 ml) tərkibində quru maddəsinin ümumi təmiz çəkisi 0,027 qram heroin aşkar edilərək götürülmüşdür. Narkotik vasitədən istifadə nəticəsində sol ayağının damarı işləməmiş nəticədə ayağını kəsməli olmuşlar. Sonradan pisxoloji durumu gərgin olduğundan öz təşəbbüsü ilə məhkəməyə məlumat vermədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”ndə müainə olmuşdur. Əməlindən peşman olmasını, bir daha narkotik vasitədən istifadə etməyəcəyini bildirərək ona aşağ həddə cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva Hicran Cümşüd qızı ifadəsində göstərdi ki, o, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Bərdə şəhəri, Füzuli küçəsi, ev 87-də yaşayır. Oğlu Təqsirləndirilən şəxs xəstə olduğu üçün uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Oğlu Təqsirləndirilən şəxs 2013-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətində azadlıqdan mərhum edilmişdir. 08 may 2020-ci il tarixdə, saat 18 radələrində o, oğlu Təqsirləndirilən şəxslə birlikdə yaşadıqları evdə olan zaman Bərdə rayon polis əməkdaşları yaşadığı evə gələrək oğlu Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri yaşadığı evdə saxlaması şübhəsi olduğundan tərtib edilmiş qərar əsasında evinə baxış keçirəcəklərini bildirmişdirlər. Həmin vaxt o, və oğlu Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra fərdi yaşayış evinə keçirilən baxış zamanı qonaq otağında yerləşən çarpayının üzərində narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin vaxt qeyd olunan vasitələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin X7 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 may 2020-ci il tarixdə Bərdə şəhəri, Füzuli küçəsi, ev 87-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində və fərdi yaşayış evində saxlaması barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, Bərdə RPŞ-nin X8 əməliyyat müvəkilli, X21 ilə birlikdə 08 may 2020-ci il tarixdə, saat 17 radələrində Bərdə şəhəri ərazisində bir nəfər hal şahidi, X9 yaxınlaşaraq Bərdə şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində və Bərdə şəhəri, Füzuli küçəsi, ev 87də yerləşən fərdi yaşayış evində qanunsuz saxlamasını, həmin evə baxış keçirəcəklərini və həmin baxışda hal şahidi qismində iştirak edəcəyini bildirmişdir. Həmin şəxs etiraz etmədiyi üçün digər hal şahidi sonradan adını bildiyi X3 da, hal şahidi qismində iştirak etməsini bildirmişdir. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı Füzuli küçəsinə getmişdir. Bərdə RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Babək Nəsirov tərəfindən hər iki hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt 2 nəfər hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı həyətə daxil olmuşdur. Bundan sonra Bərdə RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 Əliyevə narkotik vasitələrin qanunsuz olaraq fərdi yaşayış evində saxlaması şübhəsi olduğundan tərtib olunmuş qərar əsasında fərdi yaşayış evinə baxış keçiriləcəyini izah etmişdir. Təqsirləndirilən şəxs bu barədə heç bir etiraz etməmişdir. Bundan sonra hal şahidlərindən Təqsirləndirilən şəxslə hər hansı bir tanışlıqlarının və qohumluq əlaqələrinin olubolmaması soruşulmuşdur. Hal şahidləri Sənan Qənbərov və X17 Əliyevlə heç bir qohumluqlarının və tanışlıqlarının olmadıqlarını bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra tərəflərindən onun yaşadığı evin içərisinə daxil olub baxış keçirilmişdir. Qonaq otağına baxış zamanı otaqda bir ədəd stolun, bir ədəd televizorun, bir ədəd qaz sobasının və bir ədəd çarpayının olduğunu görmüşdür. Həmin çarpayının üzərindən şəffaf sellofan torba aşkar edilmişdir. Həmin sellofanın içərisinə baxış zamanı 03 ədəd kibrit qutusu, 02 ədəd 2 ml qram olmaqla içərisində hər biri 0,3 ml qram məhlul olan sprislər, üzərinə lumu duzu yazılmış paket, biri yarıdan sınmış, digəri bütöv vəziyyətdə olan şüşə qablar müəyyən edilmişdir. Həmin kibrit qutularına baxış zamanı içərilərində kiçik bükümlərdə kütlələr aşkar edilmişdir. Tərəflərindən həmin kütlələr götürülərək baxışda iştirak edən iştirakçılara narkotik vasitə olan heroinə bənzədiyini bildirmişdir. Bundan sonra qeyd edilən kibrit qutuları içərisində olan bükümlərlə birlikdə elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda təmiz çəkisi 2,87 qram, təmiz çəkisi 3,03 qram və təmiz çəkisi 3,43 qram olması müəyyən edilmişdir. Həmin vaxt qeyd olunan əşyalar DİN-nin 94 saylı möhürü ilə möhürlənib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs fərdi yaşayış evindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qeyd olunan vasitələri haradan əldə etməsini, alqı-satqısı ilə məşğul olub-olmamasını soruşulmuş, Təqsirləndirilən şəxs isə uzun müddət narkotik maddə olan heroindən istifadə etdiyini, lakin alqı-satqısı ilə məşğul olmadığını, 2020-ci ilin aprel ayının axırlarında Bərdə şəhəri ərazisində olan zaman xatırlamadığı ərazidə yolun kənarında 01 ədəd bükülü vəziyyətdə ağ rəngli sellofan torba görüb həmin torbanı yerdən götürüb içərisinə baxdıqda bükülü vəziyyətdə gümüşü rəngli siqaret kağızının arasından narkotik vasitə olan heroin olduğunu, narkotik vasitə olan heroindən istifadə etdiyi üçün həmin vasitəni fərdi yaşayış evinin içərisində otaqda kibrit qutularında gizlətdiyini, bu barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Bundan sonra Bərdə RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı Babək Nəsirov tərəfindən protokol tərtib edilərək həmin baxışda iştirak edən iştirakçılara ucadan oxunduqdan sonra protokolun düzgünlüyünü baxışda iştirak edən iştirkaçılarla birlikdə həmin protokola imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxslə birlikdə Bərdə RPŞ-nin inzibati binasına gəldikdən sonra tərəflərindən Təqsirləndirilən şəxs dövlət hesabına cədvəl üzrə seçdiyi Bərdə rayon vəkil bürosunun vəkili X18 dəvət edib Təqsirləndirilən şəxs müdafiəçisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərində şəxsi axtarış keçirilməsi barədə narazılığının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə heç bir etirazı olmadığını bildirdikdən sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşya və predmetlərin olub-olmamasını, vardırsa könüllü təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə üzərində hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Bərdə RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı Babək Nəsirov tərəfindən protokol tərtib edilərək həmin baxışda iştirak edən iştirakçılara ucadan oxunduqdan sonra protokolun düzgünlüyünü baxışda iştirak edən iştirkaçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Bərdə şəhəri, Babək küçəsi, 7-də ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 08 may 2020-ci il tarixdə, saat 17 radələrində Bərdə şəhəri, İ.Qayıbov küçəsi ilə yaşadığı evə gedən zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq Bərdə şəhəri, Füzuli küçəsi, ev 87də yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunsuz narkotik vasitələrin saxlamasına görə yaşadığı evə baxış keçirilməsi üçün hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Həmin vaxt o, etiraz etməyib könüllü olaraq hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. O, polis əməkdaşları ilə birlikdə qeyd olunan evin yerləşdiyi küçəyə getmişdir. Bir qədər sonra polis əməkdaşı, tanımadığı, lakin həmin vaxt adı ona məlum olan X10 gətirib hal şahidi qismində iştirak edəcəyini bildirmişdir. Həmin vaxt polis əməkdaşı tərəfindən ona və həmin hal şahidinə hüquq və vəzifələri izah edildikdən sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı həyətə daxil olmuşdur. Həmin vaxt polis əməkdaşı Təqsirləndirilən şəxs qəbul olunmuş qərar əsasında fərdi yaşayış evində baxış aparılacağını izah etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün polis əməkdaşları tərəfindən yaşadığı evin içərisinə daxil olub baxış keçirməyə başlanılmışdır. Həmin vaxt qonaq otağına baxış zamanı otaqda bir ədəd stolun, bir ədəd televizorun, bir ədəd qaz sobasının və bir ədəd çarpayının olduğunu görmüşdür. Həmin vaxt çarpayının üzərindən şəffaf sellofan torba aşkar edilmişdir. Həmin sellofanın içərisinə baxış zamanı 03 ədəd kibrit qutusu, 02 ədəd 2 ml qram olmaqla içərisində hər biri 0,3 ml qram məhlul olan sprislər, üzərinə lumu duzu yazılmış paket, biri yarıdan sınmış, digəri bütöv vəziyyətdə olan şüşə qablar müəyyən edilmişdir. Həmin kibrit qutularına baxış zamanı içərilərində kiçik bükümlərdə kütlələr aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin kütlələr götürülərək narkotik vasitə olan heroinə bənzər kütlələr olduğunu bildirmişdir. Bundan sonra qeyd edilən kibrit qutuları içərisində olan bükümlərlə birlikdə elektron tərəzidə çəkilərək ayrıayrılıqda təmiz çəkisi 2,87 qram, təmiz çəkisi 3,03 qram və təmiz çəkisi 3,43 qram olması müəyyən edilmişdir. Həmin vaxt qeyd olunan əşyalar DİN-nin 94 saylı möhürü ilə möhürlənib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs fərdi yaşayış evindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən protokol tərtib edilərək həmin baxışda iştirak edən iştirakçılara ucadan oxunduqdan sonra protokolun düzgünlüyünü baxışda iştirak edən iştirkaçılarla birlikdə həmin protokola imza etmişdir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs qeyd olunan vasitələri haradan əldə etdiyini, alqı-satqısı ilə məşğul olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs uzun müddət narkotik maddə olan heroindən istifadə etdiyini, alqısatqısı ilə məşğul olmadığını, 2020-ci ilin aprel ayının axırlarında Bərdə şəhəri ərazisində olan zaman xatırlamadığı ərazidə yolun kənarında 01 ədəd bükülü vəziyyətdə ağ rəngli sellofan torba görüb həmin torbanı yerdən götürüb içərisinə baxdıqda bükülü vəziyyətdə gümüşü rəngli siqaret kağızının arasından narkotik vasitə olan heroin olduğunu görüb götürdüyünü, narkotik vasitə olan heroindən istifadə etdiyi üçün həmin vasitəni fərdi yaşayış evinin içərisində otaqda kibrit qutularında gizlətdiyini, bu barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Bundan sonra qeyd olunan baxışda iştirak edən şəxslərlə birlikdə polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsində olan zaman polis əməkdaşı Təqsirləndirilən şəxs dövlət hesabına cədvəl üzrə seçdiyi Bərdə rayon vəkil bürosunun vəkili X18 dəvət edib Təqsirləndirilən şəxs müdafiəçisi olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərində şəxsi axtarış keçirilməsi barədə narazılığının olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirdikdən sonra polis əməkdaşı üzərində olan əşya və predmetlərin olub-olmamasını, vardırsa könüllü təqdim etməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmin vaxt polis əməkdaşı tərəfindən protokol tərtib edilərək həmin baxışda iştirak edən iştirakçılara ucadan oxunduqdan sonra protokolun düzgünlüyünü baxışda iştirak edən iştirkaçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində dindirilmiş X13 eyni məzmunlu ifadə verərək hal şahid qismində dindirilmiş X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid Sadıqov Nahid Qədir oğlu teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir və onun hazırda Zaqatala rayon Polis Şöbəsində işlədiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Sadıqov Nahid Qədir oğlu eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş X14 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 08 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 08 may 2020-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 60-61-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2020ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 72--73-cü vərəqələrində olan 09 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişir. Cinayət işinin 48-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 bölməsinin məhkəmə-bioloji ekspertizasının 09 may 2020-ci il tarixli 16/329 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, üzərində üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş kütlələr.’’ sözləri və imzalar kağız paketdəki; -1 (bir) ədəd kibrit qutusunun içərisində olan, 1 (bir) ədəd bənövşəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,171 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 (bir) ədəd kibrit qutusunun içərisində olan, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,102 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. - 2 (iki) ədəd 3 ml-lik birdəfəlik şprislərin hər birində 0,4 ml həcmində olan məhlul heroin məhluludur və həmin məhlulun (ümumi həcmi 0,8ml) tərkibində heroinin quru maddəsinin ümumi təmiz çəkisi-0,027qramdır. - 1 (bir) ədəd, baş hissəsi sınıq şüşə ampulanın içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. - 1 (bir) ədəd üzərində “Limonnaə kislota” əmtəə yazısı olan paketdə təmiz çəkisi- 9,938 qram ağ rəngli kristallik maddə qida məhsulu olan limon duzudur. Llimon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısına daxil deyildir. - 1 (bir) ədəd içərisi boş olan şüşə flakonun, 1 (bir) ədəd, üzərində “Naftizin” sözləri olan içərisi boş olan kauçuk flakonun içərisində və 1 (bir) ədəd kibrit qutusunda olan 10 (on) ədəd içərisi boş müxtəlif rəngli kağız bükümlərin üzərində narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Qeyd: heroinin təmiz çəkisi-0.171 qram, tədqiqat sərf edildi-0.02 qram, qalıq 0.151 qram, metamfetamin təmiz çəkisi-0.102 qram, tədqiqat sərf edildi-0.02 qram, qalıq 0.082 qram, heroin məhlulunun həcmi-0.4 ml, tədqiqat sərf edildi-0.2 ml, qalıq 0.3 ml, limon duzu çəkisi -9.938 qr, tədqiqat sərf edildi-0.1 qram, qalıq-9.838 (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 20.06.2020-ci il tarixli 512 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicəyə tətbiq edilə bilməz. Cinayət işinin 113-116-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 21.08.2013-cü il tarixli 1(021)109/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Bərdə rayon Məhkəməsinin 04 yanvar 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 221.2.1 66-cı maddələri təqsirli bilinərək 03 il 03 ay azadlıqdan məhrum edilmiş, Bərdə rayon Məhəkəməsinin 21 avqust 2013-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 18 fevral 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs narkotikaya meyilli kimi xarakteriza olunmuşdur. Cinayət işinin 117-125-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 25 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş 0,02 qramı ekspertiza tədqiqatına təqdim edilmiş 0,171 qramdan qalmış 0,151 qram heroin və 0,02 ml-ı ekspertiza tədqiqatına təqdim edilmiş 0,8 ml-dan qalmış cəmi 0,6 ml heroin məhlulu maddi sübut kimi tanınmış VƏ saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan Bərdə şəhər X5 şəxsi tərəfindən verilmiş 422 saylı, 09.06.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb kabinetində 29 iyul 2011-ci ildən dispanser qeydiyyatındadır. Cinayət işinin 98-ci vərəqəsində olan Bərdə şəhər X5 şəxsi tərəfindən verilmiş 440 saylı, 09.06.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində 11 sentyabr 2013-cü ildən dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə psixiatrik ekspertizasının 15.03.2022-ci il tarixli 32 saylı rəyinin nəticə hissəsindən görünür ki; İ. Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hazırda «İNTELLEKTUAL-MNESTİK POZUNTULARLA MÜŞAYİƏT OLUNAN EPİLEPSİYA MƏNŞƏLİ ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 07.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (Bərdə Şəhər Poliklinikasının Ruhi-əsəb kabinetində «Epilepsiya nəticəsində əmələ gələn ağıl zəifliyi, İİ qrup əlil» diaqnozu ilə dispanser qeydiyyatında olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X24də 20.10.2001- 23.10.2001-ci il, 20.05.2008-ci il, 25.06.2008-13.09.2008-ci il, 27.03.2009-09.07.2009-cu il, 04.02.2010-cu il, 31.05.2010-28.12.2010-cu il, 27.07.2012-01.10.2012-ci il, 02.11.2012- 08.01.2013-cü il, 24.07.2015-10.12.2015-ci il, 11.12.2017-05.04.2018-ci il, 24.01.2020- 12.03.2020-ci il tarixlərində stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X24də 20.10.2001-23.10.2001-ci il tarixlərdə «Mərkəzi sinir sisteminin üzvi xəstəliyi, Psixopatabənzər davranış» diaqnozu ilə, 12.04.2008-20.05.2008-ci il tarixlərdə «Epilepsiya, cəngolma tutmaları və şəxsiyyət dəyişiklikləri ilə» diaqnozu ilə, 25.06.2008- 13.09.2008-ci il tarixlərdə «Epilepsiya tez-tez qıcolma tutmaları, şəxsiyyət dəyişikliyi ilə» diaqnozu ilə, 27.03.2009-09.07.2009-cu il tahxlərdə «Mərkəzi sinir sisteminin mənşəyi məlum olmayan üzvi xəstəliyi, epileptiform tutmalar anamnezində» diaqnozu ilə, 21.07.2009-04.02.2010-cu il tarixlərdə «Mərkəzi sinir sisteminin mənşəyi məlum olmayan üzvi xəstəliyi, epileptiform tutmalar anamnezində» diaqnozu ilə, 31.05.2010-28.12.2010-cu il tahxlərdə «Mərkəzi sinir sisteminin naməlum mənşəli üzvi xəstəliyi nəticəsində davranış pozuntuları, anamnezində epileptik tutmalar» diaqnozu ilə, 27.07.2012-01.10.2012-ci il tahxlərdə «Epilepsiya nəticəsində əmələ gələn ağıl zəifliyi, vaxtaşırı qıcolma tutmaları ilə» diaqnozu ilə, 02.11.2012-08.01.2013-cü il tarixlərdə «Epilepsiya nəticəsində əmələ gələn ağıl zəifliyi» diaqnozu ilə, 24.072015- 10.12.2015-ci il tarixlərdə «Epilepsiya nəticəsində əmələ gələn ağıl zəifliyi» diaqnozu ilə müalicədə olması) və hal- hazırkı psixiatrik müayinənin nəticələri {yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində əhvali-ruhiyyəsinin dəyişkən olması, bəzən özözünə deyinməsi, səbəbsiz gülməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində simasında qeyri-adekvat təbəssüm ifadəsi müşahidə edilməsi, söhbətin gedişi zamanı əsəbiləşərək səs tonunu bir qədər yüksəltməsi, verilən suallara qəzəbli şəkildə cavablar verməsi, təfəkkürünün ləng tempdə olmaqla torpid xarakter daşıması, özü üçün aktual olan mövzulara dönə-dönə qayıdaraq, eyni ifadələri təkrarlayaraq xırdaçılıq etməsi, yaddaşının bir qədər zəif, diqqətinin dağınıq olması, müayinə zamanı ona verilən riyazi hesablamaları etməkdə çətinlik çəkməsi, mürəkkəb misalları həm qavramaqda, həm də yadda saxlayıb həll etməkdə əziyyət çəkməsi, intellektual səviyyəsinin müəyyən qədər qədər enməsi, sorğu-sual gedişatında əsəbi olması, affektiv qeyri-sabitliyinin özünü büruzə verməsi, söhbət zamanı bəzən disforiyaya meylli, bəzən isə səbəbsiz şən əhval ruhiyyədə olması, müşahidə edilməsi, tez yorulduğunun nəzərə çarpması, maraq dairəsinin daralması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidinin formal olması və s.) sübut edir. Bununla yanaşı yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ənzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, yuxusunun norma daxilində olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanılması, produktiv verbal kontakt qurmağın mümkün olması, söz ünsiyyəti zamanı söhbətə həvəslə və fəal şəkildə qoşulması, suallara məzmunlu cavab verməsi, aparılan sorğu-sual gedişatında kəskin produktiv psixopatoloji simptomatika (qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri) müəyyən edilməməsi, ümumən götürüldükdə özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb etməməsi onun əziyyət çəkdiyi psixi pozuntunun gedişində halhazırda kompensasiya vəziyyəti olduğunu göstərir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifıkatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Başqa yerdə təsnif edilən pozuntularla və ya xəstəliklərlə əlaqəli ikincili psixi və davranış sindromları» rubrikasında 6E68 kodu altında «İkincili şəxsiyyət dəyişikliyi» olaraq qeyd edilir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman və ondan sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və hərəkərsizliyinin) faktiki xarakterini və icimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdurmu? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı «İntellektual-mnestik pozuntularla müşayiət olunan epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiyaya xas əlamətlər müəyyən edilir. Cinayət işi materiallarında olan tibbi sənədlərdən Təqsirləndirilən şəxs 2001-öi ildən mütəmadi olaraq psixiatrik profilli tibb müəssisəsində ambulator və stasionar qaydada müalicələr qəbul etdiyi aydın olur (stasionar müalicələr zamanı qoyulan diaqnozlar yuxarıda motivləşdirici hissədə qeyd olunmuşdur). Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməmişdən əvvəl və cinayəti törədərkən intellektual-mnestik pozuntularla müşayiət olunan epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman onda aşkarlanan üzvi şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1 -ci maddəsinin təsiri altına düşür. Sual 2. Cinayəti ifşa edildikdən sonra keçən müddət ərzində Təqsirləndirilən şəxs psixi vəziyyətində hər hansı dəyişiklik yaranmışdırmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyəti aparılan stasionar müalicələr nəticəsində yaxşılaşmış, xəstəliyin gedişində kompensasiya vəziyyəti yaranmışdır. Sual 3. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlıdırmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda anlaqlı olub-olmaması ilə bağlı sualı tam cavablandırmaq mümkün deyildir. Çünki «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün və düzgün deyildir. Yeganə olaraq onu qeyd etmək olar ki, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sual 4. Təqsirləndirilən şəxs hal-hazırda Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşürmü? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi intellektual-mnestik pozuntularla müşayiət olunan epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində hazırda kompensasiya vəziyyətinin davam etdiyi müəyyənləşdiyindən onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşmür. Sual 5. Təqsirləndirilən şəxs barədə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət varmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti ilə əlaqədar onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs «İntellektual-mnestik pozuntularla müşayiət olunan epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkməsi və belə bir patologiyanın gedişində kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçə bilməsi nəzərə alınaraq onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Cinayət işinin materiallarında müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını, bir ayağının kəsilməsini, Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşməsini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 may 2020-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 09 may 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 09 may 2020-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlil olduğundan ona narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq olunmasına zərurət yoxdur. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 0,151 qram heroin və 0,6 ml heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun 08 may 2020-ci il tarixindən 09 may 2020-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 0,151 qram heroin və 0,6 ml heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-1/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-1/2022
01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver