Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-1/2024 31.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X21, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X14 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1974-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli və himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, hazırda X19 və Şəhərsalma Baş İdarəsində Hüquqi kadrlar və maliyyə məsələləri şöbəsinin Kadrlar sektorunda böyük məsləhətçi işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPM-nin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 16 mart 2015-ci il tarixli, 09/11-128 saylı əmrlə Bərdə rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 30 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin şəxsiyyətləri istintaqa məlum olmayan rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bərdə rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 23 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən Bərdə rayon Məşğulluq mərkəzinə dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında ayrılmış 47.905 (qırx yeddi min doqquz yüz beş) manat, xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında ayrılmış 36.101 (otuz altı min bir yüz bir) manat, xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında ayrılmış ayrılmış 28.187 (iyirmi səkkiz min bir yüz səksən yeddi) manat, cəmi 112.193 (bir yüz on iki min bir yüz doxsan üç) manat məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin istintaqla şəxsiyyəti araşdırılan vəzifəli şəxsləri tərəfindən 2017-ci ilin fevral ayında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 47.905 (qırx yeddi min doqquz yüz beş) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 28.187 (iyirmi səkkiz min bir yüz səksən yeddi) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 36.101 (otuz altı min bir yüz bir) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bərdə rayon Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi müqavilələri, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədləri şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli, 27 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri Şahid18, Şahid19 və X7 tərəfindən Bərdə şəhəri, Heydər Əliyev prospekti 90 ünvanında yerləşən Bərdə rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin həmin kotirovka sorğularının qalibi olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, yuxarıda adı qeyd edilən hüquqi şəxslərin faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ26AMRA******************** nömrəli hesabına 47.905 (qırx yeddi min doqquz yüz beş) manat, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ29AMRA******************** nömrəli hesabına 28.187 (iyirmi səkkiz min bir yüz səksən yeddi) manat, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ10AMRA******************** nömrəli hesabına 36.101 (otuz altı min bir yüz bir) manat olmaqla ümumilikdə üç hüquqi şəxsin hesabına cəmi 112.193 (bir yüz on iki min bir yüz doxsan üç) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən 9 nəfər şəxsə 46.062 manat məbləğində maddi aktivlərin tam verilməsini təmin etməsinə baxmayaraq, 14 nəfərə nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxsin adından heç bir səlahiyyəti olmadığı halda Şahid17, Şahid16 və Şahid15 2017-ci ilin mart ayı ərzində Bərdə şəhəri ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan aldıqları mal-qaranı, Bərdə şəhərində yerləşən elektronik avadanlıqların satıldığı mağazadan dərzi fəaliyyəti ilə məşğul olmaq üçün zəruri olan avadanlıq və ləvazimatları, Bakı şəhərində “Sədərək Ticarət Mərkəzi”ndən heyvanların bəzədilməsi üçün ləvazimatları Bərdə rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid1 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid2 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid3 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid4 1.700 manat dəyərində maddi aktivlər verildiyi halda guya 2.409 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 3.800 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.824 manat dəyərində maddi aktivlər verilməsi, Şahid6 4.760 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.862 manat dəyərində maddi aktivlər verilməsi, Şahid7 4.750 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid8 3.800 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid9 4.800 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid10 4.600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid11 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid12 4.300 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid13 4.800 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid14 3.800 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Bərdə rayon Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 06 aprel 2018-ci il tarixli aktların öz imzası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən X8 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 14 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 66.431 (altmış altı min dörd yüz otuz bir) manat məbləğində vəsaitdən faktiki olaraq 56.710 (əlli altı min yeddi yüz on) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 9.721 (doqquz min yeddi yüz iyirmi bir) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə X11 direktoru təyin olunmuş, 2020-ci ilə kimi həmin vəzifədə işləmişdir. 2016-cı ilin ortalarından etibarən Baş İdarənin əmrinə əsasən X15 qeydiyyatda olan işsiz vətəndaşları özünəməşğulluq proqramına cəlb etmək üçün onlarla təlim kursları keçirilməyə başlanmışdır. Təlim kursları 2 ay davam etmiş, kursları keçən şəxlər biznes planlarını təqdim etmişlər və Bakı şəhərində keçirilən imtahanı müvəffəqiyyətlə vermiş 23 nəfər şəxsə biznes planlarının inkişaf etdirilməsi üçün maddi aktivlərin verilməsi qərara alınmışdır. Proses isə belə olmuşdur ki, 2017-ci ildə həmin iş axtaran şəxslərə aktivlərin alınması üçün kotirovka sorğusu keçirilməsi barədə satınalan təşkilatın rəhbəri kimi elan vermiş, bundan sonra elana uyğun olaraq təşkilatlar tərəfindən təkliflər göndərilmiş və həmin il xatırlamadığı aylarda kotirovka sorğuları keçirilərək qalib gələn təşkilatların hesablarına pul vəsaitləri onun tərəfindən köçürülmüşdür. Daha sonra qalib təşkilatların direktorları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin inzibati binasında müqavilələr imzalamış və müqavilələrə əsasən aktivlər qalib gələn şirkətlərin nümayəndələri tərəfindən paylanılmışdır. Aktivləri qalib gələn şirkətlərin nümayəndələri payladıqdan bir il sonra həmin aktivlərin mülkiyyətə verilməsində iştirak etmişdir. 2017-ci ildə Bərdə rayon Məşğulluq Mərkəzi üzrə iş axtaran şəxslərə aktivlərin alınması məqsədilə neçə kotirovka sorğusu keçirilməsi və həmin kotirovka sorğularında hansı şirkətlərin iştirak etməsi yadında deyil. Bundan başqa həmin kotirovka sorğularının keçirilməsi qaydaları, Bərdə şəhər Məşğulluq Mərkəzi tərəfindən kotirovka sorğusunun hansı qaydada keçirilməsinı xatırlamır, lakin bildirir ki, Məşğulluq Mərkəzinə daxil olmuş zərflər komissiya üzvlərinin iştirakı ilə açılmış, yalnız bir nəfər, Şahlar adlı şəxs hazırda xatırlamadığı şirkətlərin birinin adından kotirovkada iştirak etmiş, lakin Şahların hər hansı sənəd təqdim edib-etmədiyini xatırlamır. Şirkətlərin nümayəndələri kotirovka sorğularında iştirak etmədiklərinə görə "xxxx", "xxxx" və "xxxx" adlı şirkətlərin faktiki olaraq Şahid15 tərəfindən idarə olunmasını müəyyən edə bilməmiş, eyni zamanda mal göndərənlərin ixtisas göstəricilərini yoxlamamışdır. Müqavilələri hansı şəraitdə və kimlərlə imzaladığını xatırlamır. Qaimə-fakturalarla malları qəbul etsə də faktiki olaraq malları saxlamaq üçün anbar olmadığı üçün aktivlər digər şəxslər tərəfindən birbaşa iş axtaran şəxslərə paylanılmışdır. Aktivləri paylayan şəxslərin aktivləri paylamağa səlahiyyətlərinin olub-olmadığını yoxlayıb-yoxlamadığını xatırlamır. Kotirovka sorğularının nəticələrinə dair protokolları imzalayan X16 həmin dövrdəki əməkdaşları Şahid19 və Şahid18 protokolları onun tapşırığı əsasında imzaladıqlarını, faktiki kotirovka sorğularının keçirilmədiyini göstərmələri ilə əlaqədar bildirir ki, Şahid19 və Şahid18 bu məzmunda göstəriş verməmiş, kotirovka sorğuları faktiki olaraq keçirilmiş, onların hansı səbəbdən bu məzmunda ifadə verdiklərini bilmir. Kotirovka sorğularını özü hazırlamış, əməkdaşların bu barədə bilgisi olmadıqları üçün təklifləri əməkdaşlarla birgə müzakirə edib qalibləri elan etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmişdir. Növbəti gün Bərdə bazarına gedərək həmin şəxslə görüşmüş, həmin şəxs yanında bir nəfər gənc yaşda olan şəxslə gəlmiş, həmin şəxslərin tapşırığı ilə ona verilməli olan 4 baş ətlik dana tapmış və həmin şəxslər 4 baş danaya görə 4600 manat pul verərək satıcıdan alıb ona vermişlər. Aktivlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslərdən biri ilə onun arasında imzalanmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığımı yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmiş, lakin o, şəxsi işləri ilə əlaqədar bazara gedə bilməmişdir. Növbəti gün həmin şəxs onun evinin həyətinə ona verilməli olan aktivləri, yəni 22 baş qoyunu və 2 baş qoçu gətirib təhvil vermişdir. Qiymətini soruşduqda həmin şəxs aktivlərin alınmasına cəmi 4760 manat pul xərcləndiyini bildirmişdir. Aktivlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslərdən biri ilə onun arasında imzalanmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığımı yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. Məhkəmədə dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmiş, növbəti gün Bərdə bazarına gedərək həmin şəxslə görüşmüş, həmin şəxs yanında bir nəfər gənc yaşda olan şəxslə gəlmişdir. Həmin şəxslər ona verilməli olan 1 baş yanı balalı inək,1 baş boğaz inək və 1 baş düyəni bazardan tapmışlar, lakin onların tapdıqları heyvanın cəmi dəyəri 3600 manat olmuşdur. O, həmin şəxslərə etiraz edərək ona verilməli olan heyvanların dəyərinin 4900 manat təşkil etməli olduğunu, ona daha yaxşı heyvanlar verilməli olduğunu, ona təqdim edilən heyvanların çəlimsiz və xeyir gətirə biləcək heyvanlar olmadığını dedikdə həmin şəxslər ona ancaq özlərinin seçdikləri və maksimum 3600 manat məbləğində heyvanları verə biləcəklərini, imtina etdiyi təqdirdə ona ümumiyyətlə aktiv verilməyəcəyini bildirmişlər. O da məcbur olub razılaşmış, lakin heç olmasa ona verilməli olan 1 baş boğaz inəyin eyni qiymətə 1 baş yanı balalı inəklə dəyişdirilməsini xahiş etmiş və həmin şəxslər qiymətin eyni olacağı təqdirdə icazə verəcəklərini bildirmişlər. Beləliklə həmin şəxslər hər bir başı 1500 manata olmaqla 2 baş yanı balalı inəyi 3000 manata, 1 baş düyəni isə 600 manata alaraq ona təhvil vermişlər. Ümumilikdə heyvanların alınmasına 3600 manat xərc çəkilmişdir. Aktivlərin hamısı verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslərdən biri ilə onun arasında imzalanmışdır. Ona verilmiş heyvanlar çəlimsiz və xəstə olduqlarına görə bir neçə ay sonra hamısı tələf olmuşdur. Monitorinqə gələn Bərdə şəhər Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs heyvanların olmadığını gördükdə Təqsirləndirilən şəxs heyvanların tələf olduğunu bildirsə də sonuncu təcili olaraq həmin heyvanların əvəzinə eyni cinsli və eyni sayda heyvanları alıb saxlamalı olduğunu, buna görə məsuliyyət daşıdığını bildirmiş, o da məcbur olub borca girib yenidən öz hesabına 2 baş yanı balalı inək və 1 baş düyəni alaraq həyətə qoymuşdur. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığını yoxladıqdan sonra əslində özünün aldığı heyvanların mülkiyyətə verilməsi barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş və onu növbəti gün aktivlərin alınması üçün Bakı şəhərinə, “Sədərək” TM-nə dəvət etmişdir. O da növbəti gün Sədərək Ticarət Mərkəzinə getmiş, həmin şəxslə görüşmüş, birlikdə mağazaya gedərək orada özünə verilməli olan aktivləri tapmış və həmin şəxsə alınası aktivləri göstərmiş, həmin şəxs 1 ədəd “Juki” markalı tikiş maşınını 2200 manata, 1 ədəd markasını xatırlamadığı kompressoru 200 manata alıb ona təhvil vermişdir. Digər aktivləri “Sədərək” TM-də tapmadıqlarına görə aktlarda göstərilən digər aktivləri özünün almağı üçün həmin şəxs ona 1300 manat və aktivlərin daşınma xərci üçün 100 manat pul vermişdir. O da aktda göstərilən digər dəri, döşəmə və qaltağın alınmasına 1300 manat pul xərcləmiş, 100 manatı isə aktivlərin Bərdə rayonuna daşınmasına xərcləmişdir. Beləliklə ona aktivlərin alınması və daşınması üçün cəmi 3800 manat xərc çəkilmişdir. Aktivlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslə onun arasında imzalanmışdır. Onu da qeyd edir ki, aktivləri paylayan şəxs ona adını bildirməmişdir. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları aktivləri istifadə edib-etmədiyini yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. Məhkəmə istintaqında dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmişdir. Növbəti gün o, Bərdə bazarına gedərək həmin şəxslə görüşmüş, həmin şəxs yanında bir nəfər gənc yaşda olan şəxslə gəlmişdir. Həmin şəxslərin tapşırığı ilə ona verilməli olan 1 baş yanı balalı inək,1 baş boğaz inək və 1 baş düyəni özü tapmış, həmin şəxslər 1 baş yanı balalı inəyi 2150 manata, 1 baş boğaz inəyi 1800 manata və 1 baş düyəni 800 manata satıcıdan alaraq ona təhvil vermişlər. Heyvanların çəkisi çox olmuş və öz xüsusiyyətlərinə görə bahalı heyvanlar olmuşlar. Beləliklə ona təhvil verilən heyvanların cəmi dəyəri 4750 manat təşkil etmişdir. Aktivlərin hamısı verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslə onun arasında imzalanmışdır. Ona daşınma və ya digər məqsədlər üçün hər hansı məbləğdə pul verilməmiş, heyvanları özü öz hesabına yaşadığı evə aparmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığını yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid13 öz ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmişdir. Növbəti gün o, Bərdə bazarına gedərək həmin şəxslə görüşmüş, həmin şəxs yanında bir nəfər gənc yaşda olan şəxslə gəlmişdir. Həmin şəxslərin tapşırığı ilə ona verilməli olan 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyəni özü tapmış, həmin şəxslər 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyəni satıcıdan alaraq ona təhvil vermişlər. Həmin şəxslərin həmin heyvanlara nə qədər pul xərclədiklərini bilməmiş, çünki görməmiş, lakin heyvanları özü tapdığı üçün bilir ki, heyvanların cəm dəyəri 4800 manat təşkil etmişdir. Aktivlərin hamısı verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslə onun arasında imzalanmışdır. Ona daşınma və ya digər məqsədlər üçün hər hansı məbləğdə pul verilməmiş, heyvanları özü öz hesabına yaşadığı evə aparmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığını yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. Məhkəmədə ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmişdir. Növbəti gün o, Bərdə bazarına gedərək həmin şəxslə görüşmüş, həmin şəxs yanında bir nəfər gənc yaşda olan şəxslə gəlmişdir. Həmin şəxslərin tapşırığı ilə ona verilməli olan 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyəni özü tapmış, həmin şəxslər 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyəni satıcıdan cəmi 4000 manat verib alaraq ona təhvil vermişlər, ayrılıqda heyvanlara nə qədər xərcləndiyini bilməmişdir. Aktivlərin hamısı verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslə onun arasında imzalanmışdır. Ona daşınma və ya digər məqsədlər üçün hər hansı məbləğdə pul verilməmiş, heyvanları özü öz hesabına yaşadığı evə aparmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığını yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi alınan Şahid18 ifadəsində göstərmişdir ki, 1992-ci ilin fevral ayından bir neçə dəfə struktur dəyişikliyinə məruz qalmış Bərdə şəhər Məşğulluq Mərkəzində məsləhətçi işləmiş, sonuncu vəzifəsi həmin Mərkəzdə aparıcı məsləhətçi olmuşdur. 2017-ci ildə Bərdə şəhər Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs, mühasibi Şahid20 olmuşdur. Təxminən 2017-ci ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bərdə şəhər Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs ona özünəməşğulluğun təmin edilməsi ilə bağlı aktivlərin alınması haqqında Bərdə şəhər Məşğulluq Mərkəzi tərəfindən guya kotirovka sorğuları keçirilməsinə dair protokolları təqdim edərək imzalamağını tapşırmış, o da həmin protokolları imzalamışdır. Protokollarda Bərdə şəhər Məşğulluq Mərkəzində işaxtaran şəxslərə paylanması üçün aktivlərin alınması ilə bağlı guya kotirovka sorğularının keçirilməsi və həmin kotirovka sorğularında "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin qalib gəlməsi qeyd olunmuşdu. O, təqdim olunan protokolları imzalasa da faktiki olaraq adı protokolda iştirak edən və qalib kimi göstərilən heç bir müəssisəni tanımamış, yəni Bərdə şəhər Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirilməmişdir. Sadəcə Təqsirləndirilən şəxs direktor olduğuna görə onun tapşırığı əsasında protokolları imzalamışdır. Fikirləşmişdir ki, əgər həmin protokolları imzalasa arzuolunmayan işçi hesab edilərək vəzifəsindən azad oluna bilər. Bərdə şəhər Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin qalib elan olunduğu kotirovka komissiyasının yekun protokolları, aktivlərin istifadəyə verilməsinə dair aktlarda adının qarsısında olan imzalar özünə məxsusdur. O, faktiki aktivlərin paylanmasında iştirak etməsə də aktivlər paylandıqdan 2-3 gün sonra iş axtaran şəxslərin evlərinə gedib onlara həqiqətən də aktivlərin paylanmasına şahid olduqdan sonra Bərdə şəhər Məşğulluq Mərkəzində aktları imzalamışdır. Həmin vaxt o, iş axtaranlardan aktivlərin hansı qiymətə alınmasını maraqlanmamış, aktivlərin hansı qiymətə alınmasından xəbəri olmamış, həmin aktlarda qiymət yazılmamışdır. Protokolların hər üçündə komissiya sədri qrafasının altındakı imzalar özünündür. Şahid19 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ilin ortalarından 2017-ci ilin sonlarına kimi Bərdə şəhər Məşğulluq Mərkəzində məsləhətçi işləmişdir. Hazırda DSMF PHŞ-in Qarabağ Regional filialında mütəxəssis işləyir. 2017-ci ildə Bərdə şəhər Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs, mühasibi Şahid20 olmuşdur. Təxminən 2017-ci ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bərdə şəhər Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs ona özünəməşğulluğun təmin edilməsi ilə bağlı aktivlərin alınması haqqında Bərdə şəhər Məşğulluq Mərkəzi tərəfindən guya kotirovka sorğuları keçirilməsinə dair protokolları təqdim edərək komissiya üzvü kimi protokolları imzalamağını tapşırmış, o da həmin protokolları imzalamışdır. Protokollarda Bərdə şəhər Məşğulluq Mərkəzində işaxtaran şəxslərə paylanması üçün aktivlərin alınması ilə bağlı guya kotirovka sorğularının keçirilməsi, onun həmin komissiyaların üzvü olmağı və həmin kotirovka sorğularında "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin qalib gəlməsi qeyd olunmuşdur. O, təqdim olunan protokolları imzalasa da faktiki olaraq adı protokolda iştirak edən və qalib kimi göstərilən heç bir müəssisəni tanımamış, yəni Bərdə şəhər Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirilməmişdir. Fikirləşmişdir ki, əgər həmin protokolları imzalamasa arzuolunmayan işçi hesab edilər və vəzifəsindən azad oluna bilər. Bərdə şəhər Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alıması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin qalib elan olunduğu kotirovka komissiyasının yekun protokolların hər üçündə komissiya üzvü qrafasının altındakı 1-ci, yuxarıdan saydıqda isə 2-ci imzalar özünündür. Məhkəmə iclasında dindirilən Şahid17 ifadəsində göstərmişdir ki, 2016-2017-ci illərdə mal-qara alışı ilə məşğul olmuş, qardaşı ilə birlikdə Dövlət Məşğulluq Xidmətinin kotirovka və tenderlərində iştirak edib özünü məşğulluq proqramı çərçivəsində seçilmiş şəxslərə aktivləri paylamışlar. Respublika ərazisində Məşğulluq Mərkəzləri üzrə vətəndaşlara verilməsi üçün mal-qara almaqla bağlı keçirilən kotirovka sorğularında və tenderlərdə hansı şirkətlərin iştirak etməsi ilə bağlı məlumatı yoxdur. O, qardaşı Şahid15lə birlikdə Respublika ərazisində yerləşən mal-qara satışı aparılan bazarlara getmiş, ora dəvət edilmiş şəxslərlə birlikdə onların öz istəklərinə uyğun olaraq bazardan seçilən heyvanları alıb qulaqlarına birka vurduqdan sonra özünə məşğulluq proqramı çərçivəsində seçilmiş şəxslərə təhvil vermiş, müxtəlif rayonlar üzrə vətəndaşlardan bəzilərinə mal-qaradan ibarət olmayan aktivlərin paylanmasında iştirak etmiş, həmin aktivləri də ya rayon və şəhərin özündə yerləşən mağazalardan, ya da “Sədərək” TM-dən almışdır. Həmin proseslər zamanı foto və video çəkiliş aparılmış, maddi qiymətlilərin təhvil verilməsinə dair müvafiq aktlar tərtib edilmişdir. Aktlarda öz ad və soyadının qarşısında imza etmişdir. Aktivlərin paylanmasına qardaşı Şahid15 rəhbərlik etmiş, ondan başqa Samir Hüseynov, Əhəd İslamov iştirak etmişlər. Bəzən bir yerdə aktivləri alıb paylamışlar, bəzən də ayrılıqda. Maddi qiymətliləri alıb payladıqları rayonların içərisində Abşeron, Ağdaş, İmişli, Lənkəran, Mingəçevir, Zərdab, Zaqatala, Qubadlı, Sumqayıt, Oğuz, Qax, Ucar, Kürdəmir, Yevlax, Ağdam, habelə Bakı şəhərinin Binəqədi, Nərimanov, Sabunçu, Suraxanı, Xətai və digər Respublika ərazisində şəhər və rayonlar olmuşdur. Eyni zamanda bildirir ki, o, ancaq qardaşı Şahid15 kömək etmiş və bu köməyinə görə ona hər hansı məbləğdə pul verilməmişdir. Kotirovka sorğularında və tenderlərdə qalib gələn şirkətlərlə heç bir müqaviləsi olmamış, sadəcə qardaşı Şahlar Mizəyevə kömək etmişdir. Aldıqları mal-qara və digər avadanlıqların qiymətinin hansı intervalda olmasını, neçəyə alınması ilə qardaşı Şahid15 məşğul olmuşdur. Onun işi alınmış heyvanların qulaqlarına birka vurulması, qeydiyyatının aparılması, təhvil verilən maddi qiymətlilərin şəkillərinin çəkilməsindən ibarət olmuşdur. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” aktların məzmununu təsdiq edir, imza etdiyi və adı yazılan aktların məzmunu düzdür, imzalar özünündür, həmin vətəndaşlara aktivləri özü alıb vermişdir. Məhkəmə iclasında nümayəndəsi (vəkili) Könül Məmmədovanın iştirakı ilə dindirilən Şahid15 öz ifadəsində göstərmişdir ki, 2007-2009-cu illərdə mal-qara alqısatqısı ilə məşğul olmuş, müxtəlif rayonlardan mal-qara alıb satmışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə daxil olmuş və 2013-cü ildə həmin fakültəni bitirmişdir. Bundan sonra hazırkı dövrə kimi mal-qara alqı satqısı ilə məşğul olur. 2017-ci ilin may-iyul aylarında qəzetdə və İnternet saytında görmüşdür ki, Lənkəran, İmişli, Şəki, Balakən, Ağdaş, Mingəçevir, Sumqayıt, Qax, Oğuz, Zərdab, Kürdəmir, Zaqatala, Yevlax, Bərdə, Ağdam, Biləsuvar, Füzuli, Xocavənd, Neftçala, Cəbrayıl, Şirvan, Ucar, Abşeron, Binəqədi, Suraxanı, Nərimanov, Sabunçu, Xətai və respublikanın digər rayon və şəhər Məşğulluq Mərkəzi üzrə işaxtaran şəxslərə aktivlərin alışı ilə bağlı tender və kotirovka sorğusu keçirilir. Elandan başa düşmüşdür ki, həmin Məşğulluq mərkəzləri vətəndaşlara verilməsi üçün mal qara və digər ləvazimatlar, avadanlıqlar almaq istəyir və buna görə də tender və kotirovka keçirir. Bundan sonra həmin tenderlərdə və kotirovkalarda iştirak etmək qərarına gəlmiş, lakin tender və kotirovkada iştirak etmək üçün müəyyən tələblər olduğuna görə tender və kotirovkada iştirak etmək üçün Rəşad adlı dostu vasitəsilə tanış olduğu, fiziki şəxs kimi vergi ödəyicisi olan, habelə "xxxx" adlı şirkətin direktoru olmaqla Saatlı rayonunda mal-qara ferması olan Seyidrəsul Abbasova təklif etmişdir ki, qeyd etdiyi rayonlar üzrə Məşğulluq mərkəzi tərəfindən keçirilən kotirovka sorğularında və tenderlərdə fiziki şəxs kimi onun adından və Seyidrəsulun direktoru olduğu "xxxx" MMCnin adından iştirak etsinlər, əldə olunan qazancı yarı bölsünlər. Seyidrəsul təklifi ilə razılaşmışdır. Eyni qaydada müxtəlif şəxslər vasitəsilə tanış olduğu X18, X24, X10 və X5 direktorları olduğu hüquqi şəxslər olan müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “Sabit” kəndli fermer təsərrüfatının, habelə hazırda direktorlarını xatırlamadığı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC şirkətlərinin adından tender və kotirovkada iştirak etmək qərarına gəlmiş, Seyidrəsulun və həmin şirkətlərin direktorlarının adından kotirovkada və tenderdə iştirak etmək üçün ərizələr almış, bank rekvizitlərini almış, təklif olunan qiymətlərini paketə qoyub həmin sənədləri Məşğulluq mərkəzlərinə təqdim etmişdir. Eyni zamanda direktorların və Seyidrəsulun adından etibarnamələr alaraq tender və kotirovkalar keçirilən Məşğulluq mərkəzlərinə təqdim etmişdir. Təklifləri verdikdən sonra həmin Mərkəzlərdə kotirovka sorğuları və tenderlər keçirilmiş, lakin kotirovkanın və tenderlərin Məşğulluq Mərkəzlərinin hansı otaqlarında keçirilməsini xatırlamır. Hər tender və kotirovkada onun təmsil etdiyi şirkətlərdən başqa digər iki şirkət də iştirak etmiş, lakin konkret kimlərin iştirak etməsini xatırlamır, konkret olaraq Məşğulluq mərkəzinin hansı əməkdaşlarının komissiyada iştirak etmələrini xatırlamır. O, bir çox rayonda qeyd etdiyi şirkətlərin adından iştirak etdiyi tender və kotirovka sorğularının qalibi olmuşdur. Şirkətlərə və Seyidrəsul Abasovun hesabına köçürülmüş pulu direktorlar özləri yaxud direktorların etibarnamə verdikləri şəxslər bankdan çıxarıb, vergilər və sair xərclər çıxmaqla qalanını aktivləri almaq üçün ona vermişlər. Əldə etdiyi gəlirdən şirkət rəhbərlərinə hər hansı məbləğdə pul verməmişdir. Onu da qeyd edir ki, şirkət rəhbərləri və Seyidrəsul ümumiyyətlə tender və kotirovka sorğusu prosesi ilə maraqlanmamışlar, onlar ancaq bununla bağlı onun tərtib etdiyi sənədləri imzalamışlar, həmin şirkətləri faktiki olaraq o, özü təmsil etmişdir. Tender və kotirovkalarda qalib gəlib şirkətlərlə müqavilələr bağlandıqdan sonra o, müqaviləyə uyğun olaraq vətəndaşları hər aktiv paylanmalı olan rayonun özündə yaxud həmin rayonda iri mal bazarı olmadıqda qonşu rayonda yerləşən mal bazarına aparıb orada istədikləri heyvanı alıb vermiş, habelə heyvandarlıqla əlaqədar olmayan aktivləri Bakı şəhərində müxtəlif mağazalardan, habelə “Sədərək” Ticarət Mərkəzindən alıb paylamış, hər aktivi verəndə bununla bağlı akt tərtib etmiş, aktları bəzən özü, bəzən də onunla bərabər aktivlərin paylanmasında və daşınmasında iştirak edən qardaşı Şahid17, tanışları Şahid16 və Samir Hüseynov imzalamışlar, aktivləri alarkən isə pulunu özü vermişdir. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Dövlət Məşğulluq Xidmətinin yerli strukturları tərəfindən elan edilmiş tender və kotirovkalarda iştirak etmək üçün sadalanan şirkətlərin rəhbərlərindən etibarnamələr aldığını bildirsə də, həmin etibarnamələri notariat kontorlarında qeydə aldıra bilməmiş, hazırda həmin etibarnamələrin yerini bilmədiyi üçün təqdim edə bilmir. Dövlət Məşğulluq Xidmətinin hər hansı bir əməkdaşını tanımır, onun həmin əməliyyatlarda iştirak etməsi üçün heç kim heç kimdən heç nə xahiş etməmişdir. Bundan əlavə əldə etdiyi qazancından heç kimə pul verməmişdir. İşaxtaran şəxslərə vermək üçün aldığı aktivlərin qiyməti tender və kotirovka sorğularında təqdim etdiyi qiymətlərdən aşağı olmuşdur. Aldığı aktivlərin real bazar qiymətləri ilə faktiki olaraq alınmış qiymətləri arasında fərqləri onunla izah edir ki, o, faktiki olaraq bazar qiymətlərini müəyyən edib bu qiymətləri təklif etmişdir. Həmin qiymətlərin içərisində tender və kotirovkada iştirak edən hüquqi və fiziki şəxslərin qazancı, vergiləri və sair xərcləri hesablanmışdır. 2017-ci ildə Zaqatala, Yevlax, Bərdə, Ağdam, Biləsuvar, Füzuli, Xocavənd, Neftçala, Cəbrayıl, Şirvan, Ucar, Abşeron, Binəqədi, Suraxanı, Nərimanov, Sabunçu, Xətai rayonları üzrə özünü məşğulluq proqramı çərçivəsində vətəndaşlara aktivlərin verilməsi bağlı aktlar aktivləri paylayan və aktı imzalayan şəxslər tərəfindən tərtib edilmiş, həmin aktlarda adının qarşısında olan imzaların hamısı özü tərəfindən icra edilmiş və imzası olan aktlar onun tərəfindən tərtib edilmiş, aktivlərin vətəndaşların mülkiyyətinə verilməsi barədə aktlar isə onlar tərəfindən tərtib edilməmiş, həmin proseslərdə iştirak etməmişdir. Yaranmış fərqi də belə izah etmişdir ki, bu işdə onun qazancı olmalıydı, lakin tender keçirilərkən vergilər, yol xərcləri və onun mənfəəti nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən Şahid16 ifadəsində göstərmişdir ki, təqribən 2012ci ildən iri və xırda buynuzlu heyvan satışı ilə məşğul olur. Şahid15 2017-ci ildən tanıyır, İmişli mal bazarında tanış olmuşlar. Ondan bir neçə dəfə iri və xırda buynuzlu heyvan almış, sonra tanış olmuşlar, ona təklif etmişdir ki, mal-heyvan alınıb əhaliyə paylanmasında kömək etsin. O da Şahlarla razılaşıb müxtəlif rayonlarda yaşayan şəxslər üçün mal-heyvan alınıb paylanması və birkalanmasında köməklik etmiş, yəni tender və kotirovka sorğuları ilə bağlı əhaliyə verilən mal-qaranın alınıb paylanmasına Şahlar Mizəyev tərəfindən cəlb edilmişdir. Onlar Şahid15 tərəfindən verilmiş siyahıda olan şəxsləri mal bazarına çağırmışlar, istəklərinə uyğun olaraq bazarda iri buynuzlu yaxud xırda buynuzlu heyvan alıb vermişlər. Həmin heyvanlar bazarda birkalanmış, bundan sonra aktın arxa tərəfinə birkaları qeyd etmişlər, şəxslərə imzaladıb foto və video şəklini çəkməklə təhvil vermişlər. Tərtib etdikləri aktlarda heyvanların və ya verilən digər maddi aktivlərin qiymətləri yazılmamışdır. Maddi aktivləri qəbul etmiş şəxslərin hər biri aktı özü imzalamaqla maddi aktivi təhvil almışlar. Bazarda kimin üçün hansı sayda hansı növ və təqribən hansı qiymətə heyvan almağı Şahid15 demişdir. Onun üçün kimə hansı sayda və neçəyə alınması önəmli olmamış, əsas ona fikir vermişdir ki, kimə heyvan alınıb verilsə narazı qalmasın. Şahlar bilmişdir ki, o, mal-heyvanı və qiymətini yaxşı bilir, ona görə şəxslərin gedib bəyənib seçdiyi heyvanların qiymətini danışıb almağı da ona tapşırmışdır. Əsasən ətlik, südlük iri və xırda buynuzlu heyvanlar almışlar. Məsələn yanı balalı bir qoyunun qiyməti 180-220 manat arası dəyişmiş, bir quzunun qiyməti 110-130 manat, bir yanı balalı inəyin qiyməti 1.200-1.400 manat olmuşdur. Qiymətlərin hamısını hazırda tam xatırlaya bilmir. Sonradan həmin heyvanların qiymətinin neçəyə rəsmiləşdirildiyini bilmir. Hər bir şəxsə heyvanla yanaşı ot ya da yem alıb vermişlər. Onun kömək etmək səbəbi odur ki, əvvəllər ondan da mal-heyvan almışlar, çünki o, özü də bazarda alver etmiş, bundan başqa bəzi hallarda 50-100 manat da pul vermişlər. Eyni zamanda bildirir ki, malheyvandan başqa digər sahələrdə biznes qurmaq istəyən şəxslərə maddi aktivlərin alınmasında da iştirak etmiş, həmin aktivləri Bakı şəhərində müxtəlif mağazalarda, habelə əsasən “Sədərək” Ticarət Mərkəzindən almışdır. Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında aktlar Şahlar tərəfindən doldurulmuş, bəzilərini o, bəzilərini isə Şahid15 imzalamış, aktda maddi məsuliyyətə qəbul edən qrafasında mütləq qaydada aktivləri verdikləri şəxslər imza etmiş, həmçinin Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları da akta imza etmişlər. Qeyd edir ki, aktivlərin pulunu hər bir halda Şahid15 vermiş, onun işi aktivləri uyğun qiymətə tapmaq, vətəndaşa təhvil vermək yaxud daşınmaqla çatdırılmasını təmin etmək, bəzən aktları tərtib etmək olmuşdur. İbtidai istintaq zamanı ifadə vermiş bir sıra şahidləri məhkəmə iclasında dindirmək mümkün olmamışdır. Belə ki, dəfələrlə məhkəmə tərəfindən bildirişlərin və SMS-lərin göndərilməsinə və barələrində məcburi gətirmə haqqında qərar qəbul edilərək icra edilməsi üçün Bərdə rayon Polis Şöbəsinə göndərilməsinə baxmayaraq həmin şahidlərin məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə tərəflərin fikirlərini nəzərə alaraq məhkəmə baxışının həddən artıq uzanmasının qarşısını almaq üçün yerində müşavirə etdikdən sonra CPM-in 317-ci maddəsinə əsaslanaraq aşağıda adları çəkilən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan edilməsi yolu ilə tədqiqini mümkün hesab etmişdir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı dərzi fəaliyyəti ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə şəhərində yerləşən “Optimal” mağazasına dəvət etmiş, həmin mağazadan 1 ədəd “Zinger” markalı tikiş maşınını 1200 manata, 1 ədəd “Bosh” markalı ütü aparatını 450 manata və 1 ədəd dərziliklə məşğul olmaq üçün dərzi alətlərindən ibarət çantanı 50 manata alınaraq ona təhvil vermişdir. Cəmi aktivlərin alınmasına 1700 manat xərc çəkilmişdir. Aktivlərin daşınması üçün ona əlavə olaraq pul verilməmişdir. O, biznes plana əsasən ona averlok maşını da verilməli olduğunu desə də həmin şəxs ona averlok verilməsinin nəzərdə tutulmadığını, həmin aktivin siyahıdan çıxarıldığını demişdir. Onu da qeyd edir ki, ona aktivlərin istifadəyə verilməsi haqqında akta imza etdirdikdən sonra aktivləri vermişlər, ona görə də orada averlok maşının verildiyi qeyd edilmişdir, həmin aktı imzalasa da əslində ona averlok maşını verilməmişdir. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları aktivləri istifadə edib-etmədiyini yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, eyni zamanda bildirir ki, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır, aktdakı averlok maşını ona verilməmiş, ona verilən aktivlərin alınmasına cəmi 2409 manat yox 1700 manat pul xərclənmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmişdir. Növbəti gün o, Bərdə bazarına gedərək həmin şəxslə görüşmüş, həmin şəxs yanında bir nəfər gənc yaşda olan şəxslə gəlmişdir. Həmin şəxslərin tapşırığı ilə ona verilməli olan 1 baş yanı balalı inək,1 baş boğaz inək və 1 baş düyəni özü tapmışdır. Həmin şəxslər 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyəni cəmi 4000 manat pul verib satıcıdan alaraq ona təhvil vermişlər, ayrılıqda heyvanlara nə qədər xərcləndiyini bilməmişdir. Aktivlərin hamısı verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslə onun arasında imzalanmışdır. Ona daşınma və ya digər məqsədlər üçün hər hansı məbləğdə pul verilməmiş, heyvanları özü öz hesabına yaşadığı evə aparmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığını yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. İbtidai istintaqda dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmişdir. Növbəti gün o, Bərdə bazarına gedərək həmin şəxslə görüşmüş, həmin şəxs yanında bir nəfər gənc yaşda olan şəxslə gəlmişdir. Həmin şəxslərin tapşırığı ilə ona verilməli olan 1 baş yanı balalı inək,1 baş boğaz inək və 1 baş düyəni özü tapmışdır. Həmin şəxslər 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyəni cəmi 4000 manat pul verib satıcıdan alaraq ona təhvil vermişlər, ayrılıqda heyvanlara nə qədər xərcləndiyini bilməmişdir. Aktivlərin hamısı verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslə onun arasında imzalanmışdır. Ona daşınma və ya digər məqsədlər üçün hər hansı məbləğdə pul verilməmiş, heyvanları özü öz hesabına yaşadığı evə aparmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığını yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. Şahid8 öz ifadəsində qeyd etmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmişdir. Növbəti gün o, Bərdə bazarına gedərək həmin şəxslə görüşmüş, həmin şəxs yanında bir nəfər gənc yaşda olan şəxslə gəlmişdir. Həmin şəxslərin tapşırığı ilə ona verilməli olan 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyəni özü tapmış, həmin şəxslər 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyəni satıcıdan alaraq ona təhvil vermişlər. Həmin şəxslərin həmin heyvanlara nə qədər pul xərclədiklərini bilməmiş, çünki görməmişdir. Aktivlərin hamısı verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslə onun arasında imzalanmışdır. Ona daşınma və ya digər məqsədlər üçün hər hansı məbləğdə pul verilməmiş, heyvanları özü öz hesabına yaşadığı evə aparmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığını yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. Müstəntiqə ifadə verərkən Şahid12 öz ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmiş, lakin o, bazara gedə bilməmişdir. Növbəti gün həmin şəxs onun evinin həyətinə 3 baş yanı balalı inəyi gətirib təhvil vermişdir. O, qiymətini soruşduqda həmin şəxs yanı balalı inəyin hər birinə ayrılıqda 1600, 1400 və 1300 manat olmaqla aktivlərin alınmasına cəmi 4300 manat xərcləndiyini bildirmişdir. Aktivlərin hamısı verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslə onun arasında imzalanmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığını yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. İbtidai istintaqı zamanı dindirilən Şahid9 öz ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmiş, növbəti gün Bərdə bazarına gedərək həmin şəxslə görüşmüş, həmin şəxs yanında bir nəfər gənc yaşda olan şəxslə gəlmişdir. Həmin şəxslərin tapşırığı ilə ona verilməli olan 1 baş yanı balalı inəyi, 1 baş boğaz inəyi və 1 baş düyəni axtardıqdan sonra 2 yanı balalı inək və 1 düyə almaq qərarına gəlmiş və həmin şəxslərə bu barədə dedikdən sonra buna icazə verə biləcəklərini, lakin tapacağı heyvanların cəm dəyərinin 4800 manatdan artıq olmamasını tapşırmışlar. O da 2 baş yanı balalı inək və 1 baş düyəni onlara göstərdikdən sonra həmin heyvanların cəminə 4800 manat pul ödənilərək alınıb ona təhvil verilmişdir. Aktivlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslərdən biri ilə onun arasında imzalanmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığını yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. İbtidai istintaqı zamanı dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Bərdə rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb olunmuş, təxminən 2 ay ərzində onlara Bərdə rayonu, 7 saylı orta məktəbin inzibati binasında kurs keçilmiş, kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı heyvandarlıq ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, onu Bərdə bazarına dəvət etmiş, lakin o, bazara gedə bilməmişdir. Növbəti gün həmin şəxs onun evinin həyətinə 1 baş yanı balalı inəyi, 1 baş boğaz inəyi və 1 baş düyəni gətirib təhvil vermişdir. O, aktivlərin hansı qiymətə alınmasını bilməmişdir. Aktivlərin hamısı verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və təhvil verən şəxslə onun arasında imzalanmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Bərdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək heyvandarlıqla məşğul olub-olmadığını yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, o, həmin aktları imzalayarkən orada aktivlərin siyahısı yazılsa da qiymətləri yazılmamışdır. Şahid20 ibtidai istintaqı zamanı öz ifadəsində göstərmişdir ki, 2016-cı ilin sentyabr ayının 29-dan 2020-ci ilin avqust ayına kimi Dövlət Məşğulluq Xidmətinin X15 mühasib işləmişdir. 2017-ci ildə Bərdə şəhər Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs olmuşdur. Təxminən 2017-ci ilin fevral-mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bərdə şəhər Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs tərəfindən ona özünəməşğulluğun təmin edilməsi ilə bağlı aktivlərin alınması haqqında Bərdə şəhər Məşğulluq Mərkəzi tərəfindən kotirovka sorğuları keçirilməsinə dair protokollar və qalib şirkətlərlə bağlanmış müqavilələr təqdim edilmiş və həmin sənədlər əsasında, Təqsirləndirilən şəxs imzası ilə imzalanmaqla və mərkəzin möhürü vurulmaqla "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin hesablarına pul vəsaitlərinin köçürülməsini təmin etmişdir. Bərdə şəhər Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı faktiki olaraq kotirovka sorğusu keçirilibkeçirilməməsi barədə məlumatı olmamış, o, ancaq hazır sənədlər əsasında şirkətlərin hesablarına pul köçürülməsini təmin etmişdir. Şahid22 ifadəsində göstərmişdir ki, xx.xx.2016-cı ildə qeydiyyatdan keçmiş hüquqi ünvanı Kürdəmir rayonu, Yenikənd kəndi olan, ********** VÖEN-li "xxxx" MMC və hüquqi ünvanı Kürdəmir rayonu, Yenikənd kəndi olan, ********** VÖEN-li "xxxx" MMC adlı şirkətləri təsis etməklə həmin şirkətin qanuni təmsilçisi olması, eyni zamanda həmin şirkətlərlə 2017-ci ildə Azərbaycan Respublikası ərazisində əhalinin özünə məşğulluğunun təmin edilməsi məqsədilə iş axtaran şəxslərin müxtəlif profillər üzrə təmin edilmələri nəzərdə tutulmuş aktivlərin alınması ilə əlaqədar bir sıra rayonlarda keçirilmiş kotirovka sorğularında iştirak etməklə bağlı təkliflər verməsi, kotirovka sorğularında iştirak etməsi, "xxxx" MMC ilə Bərdə rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 28.187 manat, Füzuli rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 42.530 manat, "xxxx" MMC ilə Neftçala rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 38.785 manat, Saatlı rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 38.555 manat, Sabirabad rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 23.507 manat təkliflə qalib gələrək adları çəkilən Məşğulluq Mərkəzlərinin direktorları ilə müqavilələr bağlaması, habelə qaimə-fakturalarla malları mərkəzlərin direktorlarına təhvil verməsinin görünməsi ilə əlaqədar bildirir ki, bibisinin kürəkəni Vasif adlı şəxs 2016-cı ildə ona müraciət edərək dostu Şahid17 sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün onun adına şirkət açmağını xahiş etmişdir. Şahid17 Vasifin dostu kimi tanımış, münasibəti olmamış, eşitmişdir ki, Şamxalın qardaşı Şahlar da sahibkardır. Beləliklə Şahlar və Şamxal bibisinin kürəkəni, hazırda ********** nömrəsini işlədən Vasifin vasitəsilə onun adına "xxxx" və "xxxx" adlı şirkətlər açmışdırlar. Bu şirkətlərin təsis edilməsi və fəaliyyəti ilə əlaqədar bir neçə dəfə müxtəlif yerlərə gedərək müxtəlif sənədləri imzalamış, lakin hazırda hansı sənədləri və həmin sənədləri harada imzalamağını xatırlamır. Özü faktiki olaraq "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin heç bir fəaliyyətinə qarışmamış, özü heç bir rayona sənəd göndərməmiş, Bərdə, Füzuli, Sabirabad, Neftçala, Saatlı rayonlarına heç vaxt getməmiş, heç bir kotirovka sorğusu və ya tenderdə iştirak etməmişdir. "xxxx" MMC və "xxxx" MMC-ə köçürülmüş pul vəsaitlərini özü çıxarmamış, ola bilsin ki, kiməsə etibarnamə vermiş və həmin şəxslər pul vəsaitlərini nağdlaşdırmışdır. Şahlar və Şamxal ona şirkətlərin açılması müqabilində və ya şirkətin fəaliyyətindən əldə edilən gəlirdən hər hansı məbləğdə pul verməmişlər. Şahid23 ibtidai istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2016-cı ildə qeydiyyatdan keçmiş hüquqi ünvanı Kürdəmir rayonu, Atakişili kəndi olan, ********** VÖEN-li "xxxx" MMC və xx.xx.2016-cı ildə qeydiyyatdan keçmiş hüquqi ünvanı Kürdəmir rayonu, Atakişili kəndi olan, ********** VÖEN-li "xxxx" MMC adlı şirkətləri təsis etməklə həmin şirkətin qanuni təmsilçisi olması, eyni zamanda həmin şirkətlərlə 2017-ci ildə Azərbaycan Respublikası ərazisində əhalinin özünə məşğulluğunun təmin edilməsi məqsədilə iş axtaran şəxslərin müxtəlif profillər üzrə təmin edilmələri nəzərdə tutulmuş aktivlərin alınması ilə əlaqədar bir sıra rayonlarda keçirilmiş kotirovka sorğularında iştirak etməklə bağlı təkliflər verməsi, kotirovka sorğularında iştirak etməsi, "xxxx" MMC ilə Ağdam rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 47.905 manat, Bərdə rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 47.905 manat, Füzuli rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 49.440 manat, "xxxx" MMC ilə Ağdam rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 47.170 manat, Bərdə rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 36.101 manat, Ucar rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 5.540 manat təkliflə qalib gələrək adları çəkilən Məşğulluq Mərkəzlərinin direktorları ilə müqavilələr bağlaması, habelə qaimə-fakturalarla malları mərkəzlərin direktorlarına təhvil verməsinin görünməsi ilə əlaqədar bildirir ki, Bakı şəhərinə köçdükdən sonra iş axtaran dövrdə həmyerlisi, Balakən rayonundan olan Şahid21 adlı şəxslə birlikdə kirayədə yaşamış, Nazilənin Vasif adlı tanışı olmuş, həmin vaxt Nazilə ona bildirmişdir ki, Vasif Şahlar adlı tanışının sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün onun adına şirkət açmağını xahiş etmiş, həmin təklifi də qəbul etmişdir. Həmin ərəfədə Vasiflə ünsiyyətdə olduqda Vasif ona da öz adına şirkət açmağını təklif etmiş, gələcəkdə həmin şirkətdən əmək haqqı ala biləcəyini bildirmişdir. O da Nazilənin də öz adına şirkət açdığını görüb, eyni zamanda Vasifin polis əməkdaşı olması ilə əlaqədar hər hansı qanunsuzluğa yol verəcəyinə inanmadığından Vasifin təklifini qəbul etmişdir. Beləliklə Vasif vasitəsilə onun adına "xxxx" və "xxxx" adlı şirkətlər açılmışdır. Bu şirkətlərin təsis edilməsi və fəaliyyəti ilə əlaqədar bir neçə dəfə müxtəlif yerlərə gedərək müxtəlif sənədləri imzalamış, lakin hazırda hansı sənədləri və həmin sənədləri harada imzalamağını xatırlamır. Özü faktiki olaraq "xxxx" və "xxxx" adlı şirkətlərin heç bir fəaliyyətinə qarışmamış, özü heç bir rayona sənəd, təklif, məktub göndərməmiş, Bərdə, Füzuli, Ağdam, Ucar rayonlarına heç vaxt getməmiş, heç bir kotirovka sorğusu və ya tenderdə iştirak etməmiş, hər hansı şəxslə, o cümlədən Məşğulluq Mərkəzlərinin direktorları ilə müqavilələr bağlamamış, bütün sənədlərə ona əvvəlcədən imza etdirilmişdir. "xxxx" MMC ilə Ağdam rayon Məşğulluq Mərkəzi arasında bağlanmış 47.905 manat, Bərdə rayon Məşğulluq Mərkəzi arasında bağlanmış 47.905 manat, Füzuli rayon Məşğulluq Mərkəzi arasında bağlanmış 49.440 manat, "xxxx" MMC ilə Ağdam rayon Məşğulluq Mərkəzi arasında bağlanmış 47.170 manat, Bərdə rayon Məşğulluq Mərkəzi arasında bağlanmış 36.101 manat, Ucar rayon Məşğulluq Mərkəzi arasında bağlanmış 5.540 manat məbləğlərində satınalma müqavilələrində, kotirovka təkliflərində və digər sənədlərdəki imzalar özünündür. "xxxx" MMC və "xxxx" MMC-ə köçürülmüş pul vəsaitlərini özü çıxarmamış, ola bilsin ki, kiməsə etibarnamə vermiş və həmin şəxslər pul vəsaitlərini nağdlaşdırmışlar. Şahlar və ya Vasif ona şirkətlərin açılması müqabilində və ya şirkətin fəaliyyətindən əldə edilən gəlirdən hər hansı məbləğdə pul verməmişlər. "xxxx" və "xxxx" adlı şirkətlər faktiki olaraq Şahid15 istifadəsində olmuşdur. Şahid21 ifadəsində göstərmişdir ki, 1999-cu ildə Balakən rayonunda yerləşən Qaysa kənd orta məktəbi bitirmiş, saç və vizaj ustasıdır, Bakı şəhəri və Balakən rayonunda müxtəlif salonlarda vaxtaşırı xidmət göstərməklə gəlir əldə edir. Cinayət işinin materiallarından xx.xx.2016-cı ildə 9 saylı Ərazi Vergilər İdarəsində hüquqi ünvanı Kürdəmir rayonu, Söyüdlər kəndi olan, ********** VÖEN-li "xxxx" MMC adlı şirkəti təsis etməklə həmin şirkətin qanuni təmsilçisi olması, eyni zamanda həmin şirkətlə 2017-ci ildə Azərbaycan Respublikası ərazisində əhalinin özünə məşğulluğunun təmin edilməsi məqsədilə iş axtaran şəxslərin müxtəlif profillər üzrə təmin edilmələri nəzərdə tutulmuş aktivlərin alınması ilə əlaqədar bir sıra rayonlarda keçirilmiş kotirovka sorğularında iştirak etməklə bağlı təkliflər verməsi, kotirovka sorğularında iştirak etməsi, Şirvan şəhər Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 44733 manat, Cəbrayıl rayon Məşğulluq Mərkəzi üzrə keçirilmiş kotirovka sorğusunda 29834 manat və Biləsuvar rayonu üzrə keçirilmiş kotirovka sorğusunda 25357 manat təkliflə qalib gələrək adları çəkilən Məşğulluq Mərkəzlərinin direktorları ilə müqavilələr bağlaması, qaimə-fakturalarla iş axtaran şəxslərə verilməsi nəzərdə tutulan aktivləri Mərkəzlərin direktorlarına təhvil verməsinin görünməsi ilə əlaqədar bildirir ki, həqiqətən də "xxxx" MMC şirkətinin formal olaraq direktorudur, həmin şirkəti tanışı Şahid15 xahişi əsasında açmış, lakin özü həmin şirkətlə heç bir fəaliyyətlə məşğul olmamış, heç vaxt gəlir əldə etməmişdir. Belə ki, Şahlar 2016-cı ildə ona müraciət edərək öz adına şirkət açmaqla həmin şirkətlərlə müxtəlif tender və kotirovka sorğularında iştirak etmək istədiyini, əldə edəcəyi gəlirdən ona da pul vəsaitlərini verəcəyini vəd etmişdir. O, Şahlara inandığı üçün razılaşmış və "xxxx" MMC adlı hüquqi şəxsi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçirmiş və hüquqi şəxsə ********** saylı VÖEN verilmişdir. Qeyd edir ki, onun şirkətin qeydiyyata alınmasına dair sənədləşmə işlərindən anlayışı yoxdur və bütün sənədləşmə işlərini Şahid15 etmiş, "xxxx" MMC adlı şirkətin möhürü də Şahid15 də olmuş, heç zaman özündə olmamışdır. Daha sonra Şahid15 tərtib edib ona təqdim etdiyi müxtəlif rayonlarda keçirilən kotirovka sorğuları ilə bağlı sənədləri imzalamışdır. Özü heç bir rayona sənəd göndərməmiş, heç bir kotirovka sorğusu və ya tenderdə iştirak etməmişdir. "xxxx" MMC-ə köçürülmüş pul vəsaitlərini isə ya özü ya da etibarnaməyə əsasən hazırda xatırlamadığı şəxs 2017-ci ildə bir yaxud bir neçə dəfə hazırda xatırlamadığı bankdan çıxarmış, həmin pul vəsaitlərinin hamısı Şahid15 çatmışdır. Aralarındakı razılığa görə həmin pul hesabına Şahid15 özünü məşğulluq proqramı çərçivəsində müxtəlif şəxslər üçün aktivlərin paylanmasını təşkil edəndən sonra qalan qazancın bir hissəsini ona verməli idi, lakin Şahid15 sonradan müxtəlif bəhanələrlə ona pul verməkdən imtina etmişdir. O da tanış olduqlarına görə bu barədə Şahlara heç nə deməmişdir. Möhürü Şahid15 versə də onun adından tərtib edilmiş bütün sənədləri şəxsən özünə imzalatdırmışdır. Konkret olaraq hansı rayonlara tender və kotirovka sorğuları ilə bağlı müraciətlər göndərilməsini, müqavilələr bağlanmasını hazırda xatırlaya bilmir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin 09 dekabr 2022-ci il tarixli mülki iddiası məhkəməyə təqdim edilmişdir. Mülki iddiada Təqsirləndirilən şəxs 9721,00 manat məbləğində maddi zərərin zərərçəkmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X26 publik hüquqi şəxsinin hesabına tutulması xahiş edilmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zəruri sübutların əldə olunması üçün sorğuların verilməsi və məhkəmənin öz təşəbbüsü ilə özünəməşğulluq proqramına yazılmış vətəndaşlara biznes planlar əsasında verilən maddi aktivlərin qiymətləndirilməsi və ittiham aktında qeyd edilmiş 9721.00 manat məbləğin həqiqiliyinin və çəkilmiş xərclərin yoxlanılması üçün məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə komisyon əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq dövlət orqanlarından zəruri sübutlar tələb edilmiş, müvafiq sənədlər aidiyyatı müşayiət məktubları ilə məhkəməyə təqdim edilmiş, lakin ekspertin vəsatətinə əsasən mallar və tədqiqat obyektləri ekspertə təqdim edilmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın keçirilməsindən imtina edilərək toplanmış cinayət işinin materialları məhkəməyə geri qaytarılmışdır. İş materialları ekspertizada olarkən Təqsirləndirilən şəxs tərəfindən 15 noyabr 2016-cı il tarixdən növbəti əmək məzuniyyətinə buraxılmasına dair Bərdə rayon Məşğulluq Mərkəzinin xx.xx.2016-cı il tarixli 28 nömrəli əmr və onun verilməsinə əsas olmuş Nazirliyin 08 noyabr 2016-cı il tarixli əmrinin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə X9 sorğu edilməsinə dair xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş yazılı vəsatətinə məhkəmə iclasında baxılmışdır. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra həmin əmrin iş üçün mühüm əhəmiyyət kəsb etməyəcəyini və məhkəmə baxışının əsassız olaraq uzadılmasına səbəb olacağı qənaətinə gələrək, habelə vəsatətə əlavə edilmiş sənədlərin surətinin məhkəmə istintaqı üçün kifayət edəcəyini nəzərə alaraq yerində müşavirə etdikdən sonra vəsatəti təmin etməmiş, lakin vəsatət və ona əlavə edilmiş sənədlər iş materiallarına əlavə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında yaşayış yerindən arayış, iş və yaşayış yeridən xasiyyətnamə də iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra həmin sənədlərin Təqsirləndirilən şəxs şəxsiyyətini xarakerizə edən məlumatlar və sənədlər olmasını nəzərə alaraq yerində müşavirə etməklə onların iş materiallarına əlavə edilməsini qərara almışdır. Məhkəmə çıxışları zamanı dövlət ittihamçısı plenum qərarına istinad edərək CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətlərinin CM-nin 179.2.3cü maddəsində nəzərdə tutulmuş əməllə tam əhatə edilməsini nəzərə alaraq həmin hissədə, yəni Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın CM-nin 308.1-ci maddəsi ilə bağlı olan hissəsində ittihamdan (ittihamı müdafiə etməkdən) imtina etdi. Məhkəmə tərəflərin fikirlərini dinləyərək və müdafiə tərəfinin məhkəmə iclasında yazılı razılığını alaraq CPM-in 41.3 və 43.1.1-ci maddələrinə əsasən irəli sürülmüş ittihamın CM-nin 308.1-ci maddəsi ilə bağlı hissəsində 31 yanvar 2024-cü il tarixli qərarla ittihamdan imtinanı qəbul edərək həmin hissədə iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam vermişdir. İbtidai araşdırma orqanı tərəfindən əldə edilməklə iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan 07 sentyabr 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə ifadələr arasında yaranmış əhəmiyyətli ziddiyətlərlə əlaqədar Şahid18 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və Şahid18 üzləşdirmə zamanı 2017-ci ildə X27 üzrə kotirovka sorğularının keçirilmədiyini, Təqsirləndirilən şəxs tərəfindən ona protokolların imzalanmasını tapşırıldığını, lakin bununla bağlı hər hansı təzyiq və hədə-qorxu gəlinmədiyini bildirmişdir. İşdə olan 07 sentyabr 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə ifadələr arasında yaranmış əhəmiyyətli ziddiyətlərlə əlaqədar Şahid19 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və Şahid19 üzləşdirmə zamanı 2017-ci ildə X27 üzrə kotirovka sorğularının keçirilmədiyini, Təqsirləndirilən şəxs tərəfindən ona protokolların imzalanmasının tapşırıldığını, lakin bununla bağlı Təqsirləndirilən şəxs tərəfindən ona təzyiq və hədə-qorxu gəlinmədiyini və protokolları könüllü imzaladığını qeyd etmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi Toğrul Hüseynov tərəfindən tərtib edilmiş 16 sentyabr 2022-ci il tarixli rəydən görünür ki, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlarda Bərdə rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 23 nəfərin adına 2017-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 112.193,0 manat dəyərində maddi aktivlərin verilməsi rəsmiləşdirilmişdir. İstintaq tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Şahid1 verilmiş maddi aktivlər üzrə 952,0 manat, Şahid2 verilmiş maddi aktivlər üzrə 952,0 manat, Şahid3 verilmiş maddi aktivlər üzrə 952,0 manat, Şahid4 verilmiş maddi aktivlər üzrə 709,0 manat, Şahid5 verilmiş maddi aktivlər üzrə 1024,0 manat, Şahid6 verilmiş maddi aktivlər üzrə 102,0 manat, Şahid7 verilmiş maddi aktivlər üzrə 202,0 manat, Şahid8 verilmiş maddi aktivlər üzrə 1152,0 manat, Şahid9 verilmiş maddi aktivlər üzrə 152,0 manat, Şahid10 verilmiş maddi aktivlər üzrə 216,0 manat, Şahid11 verilmiş maddi aktivlər üzrə 1352,0 manat, Şahid13 verilmiş maddi aktivlər üzrə 152,0 manat, Şahid12 verilmiş maddi aktivlər üzrə 652,0 manat, Şahid14 verilmiş maddi aktivlər üzrə 1352,0 manat olmaqla, cəmi 9721,0 manat fərq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin surətlərinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 16 mart 2015-ci il tarixli, 09/11-128 saylı əmrlə Bərdə rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 30 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləmişdir. “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılmışdır. Bərdə rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 23 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən Bərdə rayon Məşğulluq mərkəzinə dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında 47.905 (qırx yeddi min doqquz yüz beş) manat, xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında 36.101 (otuz altı min bir yüz bir) manat, xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında 28.187 (iyirmi səkkiz min bir yüz səksən yeddi) manat, cəmi 112.193 (bir yüz on iki min bir yüz doxsan üç) manat məbləğində pul vəsaiti ayrılmışdır. Maddi aktivlərin istifadəyə verilməsi ilə bağlı 2017-ci ildə tərtib edilmiş aktlara əsasən "xxxx" MMC, "xxxx" və "xxxx" MMC tərəfindən tədarük olunmalı olan mallar Şahid17, Şahid16 və Şahid15 tərəfindən 2017-ci ilin mart ayı ərzində Bərdə şəhəri ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, Bərdə şəhərində yerləşən elektronik avadanlıqların satıldığı mağazadan, Bakı şəhərində “Sədərək Ticarət Mərkəzi”ndən alınmış maddi aktivlər 23 nəfər iş axtaranın istifadəsinə verilmişdir. Həmin aktivlərin şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı 2018-ci ildə tərtib edilmiş aktlara əsasən müəyyən edilir ki, 2017-ci ildə alınmış maddi aktivlər heç bir əsaslandırması və izahı olmadan faktiki dəyərindən daha yuxarı qiymətlərlə rəsmiləşdirilməklə 2017-ci ildə istifadəsinə verilmiş 14 nəfər şəxsin mülkiyyətinə verilmişdir. İbtidai araşdırma orqanı tərəfindən cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəlləri, 47.905 (qırx yeddi min doqquz yüz beş) manat məbləğində maddi aktivlərin alınması üzrə xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun nəticələrinə dair protokol, 28.187 (iyirmi səkkiz min bir yüz səksən yeddi) manat məbləğində maddi aktivlərin alınması üzrə xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun nəticələrinə dair protokol, 36.101 (otuz altı min bir yüz bir) manat məbləğində maddi aktivlərin alınması üzrə xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun nəticələrinə dair protokol, "xxxx" MMC-nin hesabına 47.905 (qırx yeddi min doqquz yüz beş) manat məbləğində pul vəsaitinin köçürülməsinə dair xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, "xxxx" MMC-nin hesabına 28.187 (iyirmi səkkiz min bir yüz səksən yeddi) manat məbləğində pul vəsaitinin köçürülməsinə dair xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, "xxxx" MMC-nin hesabına 36.101 (otuz altı min bir yüz bir) manat məbləğində pul vəsaitinin köçürülməsinə dair xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, aktivlərin 14 nəfər iş axtaran şəxsin istifadəsinə və mülkiyyətinə verilməsinə dair 28 akt 20 sentyabr 2022-ci il tarixli qərarımla maddi sübut kimi tanınmış, qeyd edilən sənədlərin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. 15 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X17 Publik hüquqi şəxsi tərəfimdən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 19 sentyabr 2022-ci il tarixdə X12 Məşğulluq filialının İşsizlərlə iş şöbəsinin böyük mütəxəssisi Zərərçəkmiş şəxs ona etibar edilən səlahiyyətləri nəzərə alınmaqla tərəfimdən hüquqi şəxsin nümayəndəsi kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı dövründə məhkəmə tərəfindən əldə edilərək iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X17 publik hüquqi şəxsi tərəfindən 03 fevral 2023-cü il tarixli 3-17-2/2- 8025/2023 saylı məktubundan görünür ki, məhkəmənin sorğusuna cavab olaraq müxtəlif sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər sırasına daxil olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X28 16 mart 2015-ci il tarixli 02/11-128 saylı Şahid18 əsas vəzifəsinə qaytarılması və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bərdə rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsi barədə əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bərdə rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinin icrası müvəqqəti həvalə olunmuş Şahid18 16 mart 2015-ci il tarixdən əsas-Mərkəzin aparıcı məsləhətçisi vəzifəsinə qaytarılması, Təqsirləndirilən şəxs 17 mart 2015-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bərdə rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ilə müddətsiz olaraq Bərdə rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti rayon (şəhər) məşğulluq mərkəzlərinin direktorunun qulluq funksiyalarına Mərkəzin qarşısında duran vəzifələrin yerinə yetirilməsini, Dövlət Məşğulluq Xidmətinin rəhbərliyinin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını, Mərkəz işçilərinin əməyinin səmərəli və düzgün təşkil olunmasını təmin edir; Mərkəzin işini təşkil edir, qarşılıqlı əvəzolunma əsasında iş bölgüsü aparır, işçilərin fəaliyyətinə nəzarət edir; Mərkəzdə əmək intizamına ciddi riayət olunmasını təmin edir, işçilərin mükafatlandırılması, həvəsləndirilməsi, eləcə də əmək və icra intizamını pozmuş işçilərin inzibati qaydada cəzalandırılması haqqında Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi qarşısında məsələ qaldırır; Mərkəzə məxsus inventar və avadanlıqların qorunub saxlanmasına, səmərəli istifadə olunmasına məsuliyyət daşıyır və s.; vətəndaşların ərizə və müraciətlərinə baxılmasına nəzarət edir; vətəndaşları qəbul edir, onların ərizə, şikayət və təkliflərinə baxır və həll edilməsi üçün müvafiq tədbirlər görür. Mərkəzin direktor əvəzi F.S.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli əmrinin surətindən görünür ki, Satınalma Komissiyasının yaradılması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 oktyabr 2016-cı il tarixli 11/7-306 nömrəli əmri ilə yaradılmış komissiyalar tərəfindən özünəməşğulluq proqramında iştirak etmək üçün müraciət etmiş vətəndaşların müsbət qiymətləndirilmiş biznes planlarının həyata keçirilməsi məqsədilə zəruri malların (işlərin, xidmətlərin) satın alınması üçün aşağıdakı tərkibdə komissiyanın yaradılması əmr edilmişdir: Komissiyanın sədri Şahid18-aparıcı məsləhətçi Komissiyanın üzvü-Şahid19 Komissiyanın üzvü-X7-məsləhətçi. Kassa xərclərinin 01 nömrəli sifarişindən görünür ki, 47905 manat məbləğində sifariş cədvəli Büdcə təşkilatının rəhbəri Təqsirləndirilən şəxs və Baş mühasib Şahid20 tərəfindən imzalanmış və möhürlənmişdir. Kotirovka sorğusu prosedurunun nəticələri haqqında kotirovka komissiyasının xx.xx.2017-ci il tarixli yekun protokolunda Dövlət Məşğulluq Xidmətinin Bərdə rayon Məşğulluq Mərkəzinin ehtimal olunan 47987 manat qiymət əsasında kotirovka sorğusu satınalma metodu əsasında birbaşa məktubla müraciət formasında Satınalma Komissiyası tərəfindən siyahısı göstərilən malgöndərənlərin təqdim etdikləri qiymət kotirovkaları əsasında kotirovka sorğusunun qalibi olaraq malgöndərən qismində "xxxx" MMC müəyyən edilmişdir. Satınalma müqaviləsinin yerinə yetirilmə təminatının məbləği 47905 manat müəyyən edilmişdir. 03 mart 2017-ci il tarixli Ödəniş tapşırığının surətindən görünür ki, 47905,00 manat Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsi üzrə aktivlərin alınması üçün "xxxx" MMC-yə köçürülmə yolu ilə ödənilmişdir. Kassa xərclərinin 02 nömrəli sifarişindən görünür ki, 28187,00 manat məbləğində sifariş cədvəli Büdcə təşkilatının rəhbəri Təqsirləndirilən şəxs və Baş mühasib Şahid20 tərəfindən imzalanmış və möhürlənmişdir. Kotirovka sorğusu prosedurunun nəticələri haqqında kotirovka komissiyasının xx.xx.2017-ci il tarixli yekun protokolunda Dövlət Məşğulluq Xidmətinin Bərdə rayon Məşğulluq Mərkəzinin ehtimal olunan 28887 manat qiymət əsasında kotirovka sorğusu satınalma metodu əsasında birbaşa məktubla müraciət formasında Satınalma Komissiyası tərəfindən siyahısı göstərilən malgöndərənlərin təqdim etdikləri qiymət kotirovkaları əsasında kotirovka sorğusunun qalibi olaraq malgöndərən qismində "xxxx" MMC müəyyən edilmişdir. 06 mart 2017-ci il tarixli Ödəniş tapşırığının surətindən görünür ki, 28187,00 manat Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsi üzrə aktivlərin alınması üçün "xxxx" MMC-yə köçürülmə yolu ilə ödənilmişdir. Kassa xərclərinin 03 nömrəli sifarişindən görünür ki, 36101,00 manat məbləğində sifariş cədvəli Büdcə təşkilatının rəhbəri Təqsirləndirilən şəxs və Baş mühasib Şahid20 tərəfindən imzalanmış və möhürlənmişdir. Kotirovka sorğusu prosedurunun nəticələri haqqında kotirovka komissiyasının xx.xx.2017-ci il tarixli yekun protokolunda Dövlət Məşğulluq Xidmətinin Bərdə rayon Məşğulluq Mərkəzinin ehtimal olunan 36306 manat qiymət əsasında kotirovka sorğusu satınalma metodu əsasında birbaşa məktubla müraciət formasında Satınalma Komissiyası tərəfindən siyahısı göstərilən malgöndərənlərin təqdim etdikləri qiymət kotirovkaları əsasında kotirovka sorğusunun qalibi olaraq malgöndərən qismində "xxxx" MMC müəyyən edilmişdir. Satınalma müqaviləsinin yerinə yetirilmə təminatının məbləği 36101 manat təşkil etmişdir. 09 mart 2017-ci il tarixli Ödəniş tapşırığının surətindən görünür ki, 36101,00 manat Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsi üzrə aktivlərin alınması üçün "xxxx" MMC-yə köçürülmə yolu ilə ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bərdə rayon Məşğulluq Mərkəzinə ünvanlanmış xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli məktublardan görünür ki, keçirilmiş kotirovka sorğularının yekun protokolları Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən dövlət xidmətinə təqdim edilmiş və qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 26 yanvar 2023cü il tarixli 3-21-1/2-1119/2023 nömrəli məktubdan görünür ki, Milli Arxiv İdarəsinin 2016cı il 12 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş göstərişi rəhbər tutularaq Dövlət Xidmətinin arxivində saxlanılan Satınalmalar üzrə Dövlət Agentliyinin 2016-cı ilə aid saxlanmalı olmayan sənədləri aktlaşdırılaraq X23 Yoxlama Komissiyasının 07 saylı xx.xx.2022-ci il tarixli iclas protokolu ilə təsdiqləndikdən sonra məhv edilmişdir. 2017-ci il üzrə Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilən kotirovka sorğusunun nəticələri və qaliblərin elan edilməsinə dair protokollar məhkəməyə təqdim edilmişdir ki, həmin protokollar barədə yuxarıda bəhs edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məlumatların təqdim edilməsi barədə sorğusuna cavab olaraq Bərdə rayon Məhkəməsinə ünvanlanmış 09 yanvar 2023-cü il tarixli 3-23/2-34/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə məktubda qeyd edilən sənədlər digər aidiyyatı qurumlarda olduğundan onlara müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X17 publik hüquqi şəxsinin Məhkəmə Ekspertiza Mərkəzi və Bərdə rayon Məhkəməsinə ünvanladığı 04 aprel 2023-cü il tarixli 3-17-2/2-24201/2023 saylı məktubundan görünür ki, Bərdə rayon Məhkəməsindən X9 ünvanlanan “tədqiqat obyekti olan heyvanların miqdarı, yaşı, çəkisi və sair barədə, həmçinin digər malların markası, modeli texniki göstəriciləri və sairə barədə” məlumatların tədqim olunmasına dair məktubda sorğu edilən məlumatlar Agentlikdə aşkar edilməmişdir. FHN-in Əməliyyat-İstintaq İdarəsinin müstəntiqi, kapitan Ramal Allahverdiyev tərəfindən qəbul edilmiş 21 fevral 2017-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, 24 noyabr 2016-cı il tarixdə saat 04 radələrində Bərdə şəhəri, Nüşabə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və yanğın söndürüldükdən sonra hadisə yerindən X2 meyitinin aşkar edilməsi faktına görə X2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixli 28 nömrəli əmrin surətindən görünür ki, Bərdə rayon Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs xx.xx.2015-xx.xx.2016-cı iş ili üçün 30 təqvim günü əsas, əmək stajına görə 6 təqvim günü müddətinə əlavə məzuniyyət təqdim edilmiş və işə çıxma vaxtı 21 dekabr 2016-cı il müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu müddətdə direktor vəzifəsinin icrası əmək haqqı fərqi ödənilməklə Mərkəzin baş məsləhətçisi X4 həvalə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin arayışının surətindən görünür ki, həqiqətən xx.xx.2016-cı il tarixdə ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi içərisindəki əşyalarla və ev sakinlərinin sənədləri ilə birlikdə yanaraq məhv olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, 1(021)-190/2022 nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq, məhkəmə-mühasibat ekspertizalarının keçirilməsi heyvanlar və mallar barədə məlumatların təqdim edilməsi barədə ekspert vəsatətinin təmin edilməməsi səbəbindən mümkün olmamış və ekspertizanın aparılmasından imtina edilərək iş materialları icrasız məhkəməyə geri qaytarılmışdır. Şahid21 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, adıçəkilən şəxs səhhəti ilə əlaqədar Bərdə rayon məhkəməsində Təqsirləndirilən şəxs ilə bağlı cinayət işi üzrə şahid qismində iştirak edə bilməyəcək. İlkin araşdırma zamanı verdiyi izahatı təsdiq edir. Nəzərə alınmasını xahiş edir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2267 nömrəli arayışdan, yaşayış yerindən 15 may 2023-cü il tarixli və iş yerindən verilmiş 30 may 2023-cü il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Nüşabə küçəsi, 8 nömrəli evdə yaşamaqla ailəlidir, 2 uşaq atasıdır, iş və yaşayış yerləri üzrə müsbət xarakterizə olunur. Beləliklə, cinayət işinin materialları ilə müəyyən olunur ki, 47.905 (qırx yeddi min doqquz yüz beş) manat məbləğində maddi aktivlərin alınması üzrə Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 28.187 (iyirmi səkkiz min bir yüz səksən yeddi) manat məbləğində maddi aktivlərin alınması üzrə Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 36.101 (otuz altı min bir yüz bir) manat məbləğində maddi aktivlərin alınması üzrə Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. Və tender prosesinin davam etdirilməsi məqsədilə Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ26AMRA******************** nömrəli hesabına 47.905 (qırx yeddi min doqquz yüz beş) manat, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ29AMRA******************** nömrəli hesabına 28.187 (iyirmi səkkiz min bir yüz səksən yeddi) manat, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ10AMRA******************** nömrəli hesabına 36.101 (otuz altı min bir yüz bir) manat olmaqla ümumilikdə üç hüquqi şəxsin hesabına cəmi 112.193 (bir yüz on iki min bir yüz doxsan üç) manat məbləğində pul vəsaitinin köçürülməsi təmin edilmişdir. Maddi aktivlərin istifadəyə verilməsi ilə bağlı 2017-ci ildə tərtib edilmiş aktlara əsasən "xxxx" MMC, "xxxx" və "xxxx" MMC tərəfindən tədarük olunmalı olan mallar Şahid17, Şahid16 və Şahid15 tərəfindən 2017-ci ilin mart ayı ərzində Bərdə şəhəri ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, Bərdə şəhərində yerləşən elektronik avadanlıqların satıldığı mağazadan, Bakı şəhərində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndən alınmış maddi aktivlər 23 nəfər iş axtaranın istifadəsinə verilmişdir. Həmin aktivlərin şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı 2018-ci ildə tərtib edilmiş aktlara əsasən müəyyən edilir ki, 2017-ci ildə alınmış maddi aktivlər 2017-ci ildə istifadəsinə verilmiş 14 nəfər şəxsin mülkiyyətinə verilmişdir. İbtidai araşdırma orqanı bu qənaətə gəlmişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd edilən saxtakarlıq hallarına yol verilmiş, mal və avadanlıqların qiymətinin müəyyən edilməsi, ən sərfəli təklifin seçilməsi ilə əlaqədar Qanunun 36-cı maddəsinin tələbləri pozulmuş, həmin Qanunun 38-ci maddəsinə əsasən tender və təkliflər sorğusunda iştirak edən müəssisələr barədə məlumatlar, 6-cı maddəsinin tələblərinə əsasən malgöndərənlərin ixtisas göstəriciləri təhlil edilməmiş, onlar formal olaraq satınalmaya cəlb edilmiş, təkliflər araşdırılmamış, Qanunun 36.5-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən qeyd edilən hallarda təklif kənarlaşdırılmalı olduğu halda, hərəkətsizlik edilərək heç bir tədbir görülməmişdir. Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında aktlara və istintaq materiallarına əsasən müəyyən edilmişdir ki, Şahid1 verilmiş maddi aktivlər üzrə 952,0 manat, Şahid2 verilmiş maddi aktivlər üzrə 952,0 manat, Şahid3 verilmiş maddi aktivlər üzrə 952,0 manat, Şahid4 verilmiş maddi aktivlər üzrə 709,0 manat, Şahid5 verilmiş maddi aktivlər üzrə 1024,0 manat, Şahid6 verilmiş maddi aktivlər üzrə 102,0 manat, Şahid7 verilmiş maddi aktivlər üzrə 202,0 manat, Şahid8 verilmiş maddi aktivlər üzrə 1152,0 manat, Şahid9 verilmiş maddi aktivlər üzrə 152,0 manat, Şahid10 verilmiş maddi aktivlər üzrə 216,0 manat, Şahid11 verilmiş maddi aktivlər üzrə 1352,0 manat, Şahid13 verilmiş maddi aktivlər üzrə 152,0 manat, Şahid12 verilmiş maddi aktivlər üzrə 652,0 manat, Şahid14 verilmiş maddi aktivlər üzrə 1352,0 manat olmaqla, cəmi 9721,0 manat fərq müəyyən edilmişdir. İbtidai araşdırma orqanı cinayət işində dövlət satınalmalar haqqında qanunvericiliyin tələblərinin satınalan təşkilat tərəfindən pozulması qənaətinə gələrək qeyd etmişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən malgöndərənlərin (podratçıların) ixtisasına dair tələbləri satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün tətbiq olunur. Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması. Qanunun müddəalarına əsasən satınalan təşkilat malgöndərənlərin (podratçıların) əqli mülkiyyətlərini və ya kommersiya sirlərini qorumaq hüququnu nəzərə almaqla, onlardan yuxarıda qeyd olunan meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatları tələb edə bilər. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirir. Satınalan təşkilat hər hansı bir anda malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin malgöndərəni (podratçını) tenderdən kənarlaşdırır. Satınalan təşkilat tender təkliflərinin və ya ofertaların təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarını keçirə bilər. Satınalan təşkilat ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurları keçirirsə, müraciət etmiş və iştirak haqqını ödəmiş (əgər nəzərdə tutulubsa) malgöndərənə (podratçıya) bu prosedurlara dair sənədlər toplusunu verir və ya göndərir. Qanunun 22-ci maddəsində göstərilmişdir ki, satınalmaların təşkil olunması üçün satınalan təşkilat tender komissiyasını formalaşdırır, tenderin əsas şərtlər toplusunu hazırlayır, tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir və ya malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərir. Satınalan təşkilatın dövlət satınalmaları sahəsində təcrübəsi olmadıqda tenderin təşkili üçün yerli və xarici mütəxəssisləri və ya məsləhətçi şirkətləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada cəlb edə bilər. Həmçinin qanunun 36.7-ci maddəsinə əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.9-cu maddəsinə uyğun tətbiq edilən hər hansı güzəştli düzəliş nəzərə alınmaqla ən aşağı qiyməti olan tender təklifi və tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi qalib gəlmiş sayılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işində cinayət hadisəsi olmadığına görə ona həmin maddələrlə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Əvvəla, məhkəmə qeyd edir ki, ibitdai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə satınalmanı icra etməklə və tender prosesində iştirak etməklə kotirovka sorğusu həyata keçirən satınalan təşkilatın rəhbəri olmuş Təqsirləndirilən şəxs “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərinin pozulmasını və satınalan təşkilatın rəhbərinin satınalmaya nəzarət etməklə tenderdə qalib gələn təşkilatın müvafiq tələblərə uyğunluğunu yoxlamadan satınalmanı həyata keçirməklə Təqsirləndirilən şəxs CM-nin 179.2.1mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 179.2.3-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və 179.2.4.-xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət əməlini törətməkdə təqsirləndirmişdir. İbtidai istintaq orqanı ittiham irəli sürərkən CM-nin 308.1-ci maddəsi ilə də təqsirləndirilən şəxsə ittiham irəli sürmüşdü. Lakin, dövlət ittihamçısı məhkəmə baxışında CM-nin 308.1-ci maddəsi ilə bağlı hissədə ittihamdan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən məhkəmə hökmdə həmin maddə ilə bağlı olan hissəyə münasibət bildirməyə zərurət görmür. İlk öncə, məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi CM-nin 179.2.3-cü maddəsi, yəni şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israfetmə cinayət əməlini törətməsi ilə bağlı bildirir ki, həmin əməl iş materiallarından məlum olmur və istintaq orqanı tərəfindən sübut edilmir. Belə ki, təqdim edilmiş materiallardan və sorğuya cavablardan Təqsirləndirilən şəxs satınalma prosedurlarını və kotirovkanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun şəkildə həyata keçirdiyi, yəni satınalma komissiyasının yaradılmasını (əmr mövcuddur), tender təkliflərinin verilməsi (təkliflər var), tender komissiyasının tender təkliflərini qiymətləndirməsi və qalibi elan etməsi, bununla bağlı sənədlərin nəzarət qaydasında o zamankı nəzarət orqanı olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinə göndərilməsini, həmin qurumun cavab məktublarını, qalib gəlmiş podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması və vəsaitin satınalan təşkilat tərəfindən podratçının bank hesabına köçürülməsini, özünüməşğulluq proqramına yazılmış iştirakçıların mərkəzdə kursa göndərilməsi və sertifikatla təmin edilməsi, podratçı təşkilat tərəfindən özünüməşğulluq proqramına cəlb edilmiş iştirakçılara proqram üzrə malların istifadəyə və mülkiyyətə verilməsi aktlar, habelə təqsirləndirilən şəxsin və şahidlərin izahatları ilə öz təsdiqini tapmışdır. Belə olan halda Təqsirləndirilən şəxs hansı halda öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israfetmə cinayət əməlini törətməsi öz təsdiqini tapmır və məhkəməyə məlum olmur. İş materiallarından görünür ki, satınalma üzrə tender qanunun tələblərinə riayət etməklə keçirmişdir. Bu zaman təkliflər satınalma (tender) komissiyası tərəfindən qiymətləndirilmişdir ki, həmin komissiyanın sədri və ya üzvü Təqsirləndirilən şəxs deyil, Bərdə rayon Məşğulluq Mərkəzinin digər işçiləridir ki, onlardan Şahid18 komissiyanın sədri, Şahid19 və X7 isə üzvləri olmuşdur. Belə olan halda əgər cinayət hadisəsi və ya tenderlə bağlı cinayət əməli baş verirsə məhkəmə hesab edir ki, adıçəkilən şəxslərin cinayətdən xəbərsiz olması inandırıcı hesab edilmir. Bundan başqa əgər Təqsirləndirilən şəxs əməlində qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayət tərkibinin əlamətləri var idisə, bu halda satınalan təşkilatın rəhbəri olaraq Təqsirləndirilən şəxs komissiyanın sədrinə və üzvlərinə qulluq mənafeyindən istifadə edilməklə və qulluq mənafeyinə zidd olaraq fiziki və ya psixoloji təzyiq göstərməsi, qanunsuz əmr və göstəriş verməsi və ya onlara hədə-qorxu gəlməsi, vəzifədən və ya işdən azad etmə ilə hədələməsi halı mövcud olmalı idi. Lakin, adıçəkilən komissiyanın sədr və üzvləri məhkəmə iclasında və ibtidai istintaq zaman verdikləri ifadələrində Təqsirləndirilən şəxs protokolları yalnız imzalamağı tapşırdığını, digər hallara müdaxilə etmədiyini və ya Təqsirləndirilən şəxs tərəfindən hədə qorxuya və ya təzyiqə məruz qalmadıqlarını, satınalma ilə bağlı protokolları könüllü imzaladıqlarını bəyan etmişlər. Məhkəmə buradan belə qənaətə gəlir ki, satınalma (tender) protokollarını imzalayıb-imzalamamaq səlahiyyəti satınalma komissiyasının sədr və üzvlərində olmuş və təkliflər onlar tərəfindən qiymətləndirilmişdir. Bu halda Təqsirləndirilən şəxs onlara hər hansı tapşırıq verməsinin əhəmiyyəti olmur və ya belə tapşırıq Təqsirləndirilən şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə mənimsəmə cinayət əməli ilə nəticələnə bilməz. Əlavə olaraq məhkəmə onu da vurğulayır ki, kotirovka sorğularının keçirilməsi, sorğular üzrə təkliflərin müzakirə olunması və satınalma üzrə kotirovka sorğularının (tenderin) qaliblərinin müəyyən olunması satınalma komissiyasının səlahiyyətlərinə daxildir ki, əgər Təqsirləndirilən şəxs satnalma prosesini özü həyata keçirirdisə hansı zərurətdən satınalma komissiyası yaradılmalı və təkliflər onlar tərəfindən müzakirə edilməli idi. Əgər komissiya satınalma prosesində kotirovka sorğularını keçirib daxil olan təklifləri müzakirə edib qiymətləndirdikdən sonra qalibləri elan edirdisə bu halda məhkəmə hesab edir ki, qulluq mövqeyindən və ya səlahiyyətlərindən istifadə etməklə və digər formalarda dövlət tərəfindən ayrılmış vəsaitləri talama ilə bağlı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş CMnin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə ittiham ibtidai araşdırma orqanı tərəfindən satınalma komissiyasının üzvlərinə də irəli sürülməli idi. Çünki, satınalma komissiyasının sədri və üzvləri də satınalma prosesi üzrə sorğuların keçirilməsi və qaliblərin seçilməsi, bununla bağlı protokolları imzalamağa görə məsuliyyət daşıyırlar. Kotirovka sorğularının araşdırılması, qiymətləndirilməsi və sorğunun nəticələri üzrə qalibin müəyyən və elan edilməsi birbaşa olaraq komissiya sədri və üzvlərinin səlahiyyətidir. Lakin, ittiham irəli sürən ibtidai araşdırma orqanı heç bir səbəb olmadan onları cinayətdən xəbərsiz olan satınalma komissiyasının üzvləri kimi təqdim etmiş və həmin şəxslərə qarşı hər hansı ittiham irəli sürməmişdir ki, ibtidai araşdırma orqanının hansı səbəbdən belə qənaətə gəlməsi məhkəməyə məlum deyil və heç bir dəlil və ya sübutla əsaslandırılmamışdır. İbtidai araşdırma orqanı tərəfindən ittiham aktında satınalma prosesinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 12, 22, 36 və 38-ci maddələrinin tələblərinin pozulması ilə aparılması qeyd edilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1. Bu maddə satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün tətbiq olunur. 6.2. Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: 6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması; 6.2.2. satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması; 6.2.3. öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; 6.2.4. müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; 6.2.5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması; 6.2.6. satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; 6.2.7. müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması. 6.3. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) əqli mülkiyyətlərini və ya kommersiya sirlərini qorumaq hüququnu nəzərə almaqla, onlardan bu Qanunun 6.2-ci maddəsində göstərilmiş meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatlar tələb edə bilər. 6.4. Bu maddəyə uyğun tələblər ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində (əgər ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirilirsə) və ya tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh olunur və bütün malgöndərənlərə (podratçılara) eyni dərəcədə şamil edilir. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri barədə bu maddədə nəzərdə tutulmayan hər hansı digər meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirə bilməz. 6.5. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirir 6.6. Bu Qanunun 8.1, 36.9, 44.2-ci maddələri nəzərə alınmaqla, satınalan təşkilat malgöndərənlər (podratçılar) arasında ayrıseçkilik salan meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirmir. 6.7. Satınalan təşkilat hər hansı bir anda malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin malgöndərəni (podratçını) tenderdən kənarlaşdırır. 6.8. Malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri barədə mahiyyətcə əhəmiyyətsiz dərəcədə qeyri-dəqiq və natamam verdiyi məlumat satınalan təşkilatın tələbi ilə bu Qanunda nəzərdə tutulmuş qaydada dərhal aradan qaldırıldıqda həmin malgöndərən (podratçı) tenderdən kənarlaşdırıla bilməz. 6.9. Satınalan təşkilat satınalma prosedurları zamanı iddiaçının ixtisas göstəricilərini əks etdirən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsdiq olunmasını və rəsmiləşdirilməsini tələb edə bilər.
12. Satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin (podratçının) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdə: həmin malgöndərənin (podratçının) təqdim etdiyi tender təkliflərini, ofertaları və kotirovkaları rədd edir; malgöndərənin (podratçının) gələcək satınalma prosedurlarında iştirakını qeyrimüəyyən müddətə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi müddətə qadağan edir; saxtakarlıq hallarının araşdırılması üçün məlumatları müvafiq səlahiyyətli orqanlara təqdim edir; tender təklifinin, ofertanın və ya kotirovkanın rədd edilməsini və bunun səbəblərini satınalma prosedurları haqqında hesabatda göstərir və dərhal malgöndərənə (podratçıya) bildirir. 36.7. Aşağıda göstərilən tender təklifi qalib gəlmiş sayılır: 36.7.1. bu Qanunun 36.9-cu maddəsinə uyğun tətbiq edilən hər hansı güzəştli düzəliş nəzərə alınmaqla ən aşağı qiyməti olan tender təklifi; 36.7.2. tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi; 36.9. Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir. Güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir. 38.1. Tender komissiyasının sədri və üzvləri bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış edirlər. 38.2. Tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər. 38.3. Tender komissiyası sədrinin və ya üzvünün (üzvlərinin) qanunsuz hərəkəti nəticəsində iddiaçıya (iddiaçılara) maddi zərər dəymişsə və bu, məhkəmə tərəfindən təsdiq edilmişsə, zərəri satınalan təşkilat ödəyir və bu barədə tender elanının dərc olunduğu mətbuat orqanında məlumat verir. Təqsirli bilinən tender komissiyası sədrinin və ya üzvünün (üzvlərinin) maddi məsuliyyəti və zərərin ödənilməsi məsələləri qanunvericiliyə uyğun həll edilir. Göründüyü kimi qanunun 38-ci maddəsi tender komissiyasının sədr və üzvlərinin tender prosesində məsuliyyət daşıdığını qeyd edir. Lakin, ibtidai araşdırma orqanı tərəfindən təklifləri seçən və qiymətləndirən, qalibləri elan edən komissiyanın sədr və üzvləri cinayətdən xəbərsiz qrup üzvləri kimi təqdim edilmiş, yalnız satınalmanı həyata keçirən təşkilatın rəhbəri olmuş Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür. Məhkəmə onu da vurğulayır ki, təqdim edilmiş sənədlərdən kotirovkanın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun şəkildə aparılması əks edilmişdir. Belə ki, təkliflər qiymətləndirilmiş, ən aşağı qiymət təklif edən iştirakçı qalib elan edilmiş, onunla müqavilə bağlanılmış və protokolda göstərilən məbləğ bank vasitəsilə köçürmə yolu ilə kotirovka sorğusunun qalibləri olan "xxxx" MMC, "xxxx" və "xxxx" MMC-yə ödənilmişdir. Bundan sonra adıçəkilən malgöndərənlər tərəfindən mallar alınaraq özünəməşğulluq proqramına yazılmış vətəndaşların istifadəsinə, daha sonra isə məşğulluq mərkəzinin rəhbəri və digər iştirakçıların iştirakı ilə aktla onların mülkiyyətlərinə verilmişdir ki, bu sənədlərin surətləri də hazırki cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə kotirovka ilə bağlı təqdim edilmiş sənədlərdən saxtakarlıq halını da müəyyən etməmişdir. Çünki, qalib elan edilmiş hüquqi şəxslər sahibkarlıq subyekti qismində dövlət reyesrində qeydiyyatda olmaqla hüquqi şəxs formasında sahibkarlıqla məşğul olmaq hüququna malik idilər. Bundan başqa özünüməşğulluq proqramına cəlb edilmiş iş üzrə məhkəmə iclaslarında iştirak edən özünüməşğulluq proqramının iştirakçıları olan şahidlər ittiham aktında qeyd edilənlərin əksinə olaraq Təqsirləndirilən şəxs maddi aktivlərin təhvil verilməsi prosesini vaxtında həyata keçirməsindən və prosesə nəzarət etməsindən, malların yerində olmasından və buna görə də Təqsirləndirilən şəxs razı olduqlarını bildirərərək ona öz minnətdarlıqlarını bildirmişlər. Müvafiq qurumlardan təqdim edilmiş sənədlərdən də görünür ki, Bərdə rayon Məşğulluq Mərkəzinin direktoru olmuş Təqsirləndirilən şəxs tərəfindən 2017-ci il üzrə keçirilmiş kotirovka sorğusunun nəticələrinə dair yekun protokollar vaxtlı-vaxtında qanuvericiliyin tələbinə uyğun olaraq İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq kotirovka sorğusunun nəticələrinə dair yekun protokollar, ödəniş tapşırıqları, kassa sifariş cədvəlləri müvafiq müşayiət məktubu ilə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və X3 Xidmətinə göndərilmiş və həmin qurum tərəfindən qeydə alınmamış və bununla bağlı hər hansı irad və qanun pozuntusunun olması barədə Bərdə rayon Məşğulluq Mərkəzinə bildirilməmişdir. Belə olan təqdirdə əgər həmin sənədlərin qanun pozuntusu ilə təqdim edilməsi və ya kotirovka sorğularının keçirilməsi və nəticələrinin elan edilməsi və qaliblərin müəyyən edilməsi prosesində qanun pozuntularına yol verilsəydi həmin protokolları qeydə alan orqan bu haqda aidiyyatı hüquq mühafizə orqanlarına müraciət etməli idi və ya edə bilərdi, yaxud da həmin orqanın əməkdaşları da cinayət əməlində təqsirli şəxs hesab edilərək məsuliyyətə cəlb edilməli idi. Lakin, ibtidai araşdırma orqanı tərəfindən həmin hal ümumiyyətlə araşdırılmamış və məsuliyyətin yalnız Təqsirləndirilən şəxs olması qənaətinə gəlinmişdir ki, bu da məhkəmə tərəfindən yolverilməz hesab edilir. Belə ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən: 4.1. Dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanı dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirir və bu məqsədlə: 4.1.1. Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak edir. Dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlayır və təsdiq edilmək üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir; 4.1.2. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını 7 bank gününədək dayandırır və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır; 4.1.3. dövlət satınalma prosedurlarında mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulduğu hallarda bu Qanunun müddəalarına uyğun tədbirlər görür; 4.1.4. dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir, mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar yaradır, seminarlar və konfranslar keçirir, müvafiq tədris-metodiki materialları hazırlayır; 4.1.5. dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir; 4.1.6. dövlət satınalmaları üzrə illik hesabatları hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. 4.1.7. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını (bundan sonra — rəsmi internet saytı) yaradır; 4.1.8. satınalan təşkilatların, malgöndərənlərin (podratçıların) dövlət satınalmalarının vahid internet portalından istifadə etmələri üçün onlara metodiki köməklik göstərir, məsləhətlər verir; 4.1.9. dövlət satınalmalarının vahid internet portalında mövcud olan informasiya resurslarının təhlükəsizliyinin qorunması üçün tədbirlər görür. 4.2. Dövlət satınalmaları üzrə icra hakimiyyəti orqanının vəzifəli şəxsləri və digər məsul işçiləri öz xidməti vəzifələrini yerinə yetirmədikdə müvafiq qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli 668 nömrəli fərmanında “Dövlət satınalmaları haqqında” qanunun 4.1.1-ci və 4.1.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarından başqa həmin Qanunun 4.1-ci və 4.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həmin dövrdə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və X3 Xidməti vasitəsilə həyata keçirirdi. Qanunun tələbindən də göründüyü kimi əgər həmin dövrdə tender və satınalma pozuntu ilə həyata keçirilmişdirsə bu zaman həmin qurumun vəzifəli şəxsləri və bu sahəyə məsul işçiləri də müvafiq nəzarət funksiyasına malik olmaqla məsuliyyət daşımalı və ibtidai araşdırmaya cəlb edilməli idilər. Çünki, keçirilmiş kotirovkaların yekun sənədləri həmin quruma təqdim edilmişdir. Lakin, iş materiallarında bununla bağlı hər hansı araşdırma aparılmasına və sübuta rast gəlinmədi. Həmçinin, məhkəmə onu da qeyd edir ki, hazırki işin materiallarında Təqsirləndirilən şəxs satınalan təşkilatın rəhbəri olaraq vəzifəli şəxs qismində Bərdə rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işlədiyi 16 mart 2015-ci il tarixdən 30 iyul 2020-ci il tarixədək olan dövr ərzində qulluq səlahiyyətlərindən və mövqeyindən istifadə etməklə dövlət tərəfindən ona etibar edilmiş əmlak və ya vəsaitləri mənimsəmə və ya israfetmə (talama) faktına rast gəlmir. Belə ki, yalnız satnalma müqaviləsi üzrə podratçı təşkilat satınalma müqaviləsi bağladıqdan və malların dəyəri ona ödənildikdən sonra özünüməşğulluq proqramına yazılmış və maddi aktivlərin alınması üçün müraciət etmiş vətəndaşlara malları alaraq onlara birbaşa təhvil vermişdir. İş materiallarından vətəndaşların malların əksik və ya natamam verilməsi ilə bağlı Bərdə rayon Məşğulluq Mərkəzinə yazılı müraciətləri və şikayət ərizələri də yoxdur. Bunu öz ifadəsində Təqsirləndirilən şəxs və işdə ifadə verən digər şahidlər də təsdiq etmişdir. Eyni zamanda malların istifadəyə və mülkiyyətə verilməsi haqqında aktları da vətəndaşlar imzalamış və malın əksik və ya natamam verilməsi ilə bağlı yazılı olaraq öz iradlarını bildirməmiş və qeydlərini etməmişlər. Buna görə də hazırki halda Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayət əməli törətməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki halda satınalma üzrə podratçı vəzifəsini faktiki yerinə yetirən Şahid15 satınalma müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməyərək ona ödənilən məbləğin dəyərini əks etdirən malları tam şəkildə deyil, natamam şəkildə və ya dəyərindən ucuz qiymətə vətəndaşlara təhvil verə bilərdiki, bu da sonda qiymət fərqinin yaranması ilə nəticələnə bilərdi. Lakin, bu haqda maddi aktivlər istifadəsinə təhvil verilən vətəndaşlar Təqsirləndirilən şəxs hər hansı etiraz və irad bildirmədiyindən fərqin və çatışmazlığın olmasını həmin vaxt müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ittihamda qeyd edilən, qiymət fərqi şəklində yaranmış və mənimsənilməsi göstərilən 9721,00 manat məbləğində vəsaitin yaranma mənbəyi ilə bağlı onu bildirir ki, həmin qiymət fərqi və çatışmazlıq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi Toğrul Hüseynov tərəfindən tərtib edilmiş 16 sentyabr 2022-ci il tarixli rəylə müəyyən edilmişdir. Məhkəmə həmin rəyin ittiham verən orqan tərəfindən verilməsini, həmin rəyin müstəqil qiymətləndiricinin və ya qiymətləndirmə ekspertizasının rəyini əks etdirməməsini və rəydəki qiymət fərqinin vətəndaşların izahatlarına əsasən müəyyən edilməsini nəzərə alaraq həmin rəyi mötəbər sübut qismində qəbul etmir. Bundan başqa cinayət işinin məhkəmə baxışı zamanı vətəndaşlara təqdim edilməyərək mənimsənilməsi qeyd edilən 9721,00 manat məbləğində malın dəyərindən ucuz göstərilməsi və ya vətəndaşlara verilməyərək mənimsənilməsi faktının yenidən araşdırılması və qiymətləndirilməsi ilə bağlı komisyon məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən qiymətləndirilmək üçün malların və tədqiqat obyektlərinin təqdim edilməsi ilə bağlı verilmiş vəsatət üzrə məhkəmənin verdiyi sorğusuna zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X17 Publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktubunda sorğuda qeyd edilən mal və əmlakların aşkar edilmədiyi qeyd edilir. Göstərilən səbəbdən məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmiş, ekspertizanın keçirilməsi mümkün olmamış və iş materialları məhkəməyə geri qaytarılmışdır. Qiymətləndirilməsi zəruri olan əmlakların aşkar edilməməsi səbəbindən məhkəmə hesab edir ki, aşkar edilməyən əmlak və mallara dair, həmçinin malların özünüməşğulluq proqramına cəlb edilmiş vətəndaşların (hazırki iş üzrə şahidlərin) istifadəsinə və mülkiyyətinə verilməsindən uzun illər sonra vətəndaşların izahatlarına əsaslanaraq fərq və çatışmazlıq müəyyən edilməsi və ona görə ittiham irəli sürülməsi real və ağlabatan olmamaqla ittihamda qeyd edilən məbləğin həqiqiliyinə şübhə yaradır ki, həmin məbləğ də heç bir digər yanaşı sübutlarla, (şahid ifadələri və müstəqil qiymətləndiricinin rəyləri, auditor aktı və rəyləri ilə) təsdiq edilmir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, mallar istifadəyə verildikdən sonra təbii olaraq istifadə nəticəsində köhnəlməyə,aşınmaya və dolayısı ilə amortizasiyaya məruz qalır, nəticədə zaman keçdikcə malların dəyəri aşağı düşür ki, bu da təbii haldır. Bundan başqa heyvan və malqara da zaman keçdikcə qocala və xəstələnə, tələf ola bilər. Bütün bunları nəzərə almadan ibtidai araşdırma orqanı tərəfindən keçmiş tarixə malların təhvil verilməməsi və ya dəyərindən ucuz mallar təhvil verilməsi faktı üzrə 9721 manat fərq müəyyən edilərək Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, bunu da məhkəmə qəbuledilməz hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, yaranmış fərq üzrə əgər podratçı tərəfindən mallar tam şəkildə verilməmişdirsə bu zaman həmin məbləğ podratçıdan tələb edilməli idi. Lakin, iş üzrə aparılmış ibtidai araşdırma və məhkəmə baxışı zamanı şahidlərin ifadələrindən və iş materiallarından məlum olur ki, qanunvericiliyin tələbinə əsasən malların istifadəyə və mülkiyyətə verilməsinə dair keçirilmiş yoxlamalar və monitorinqlər zamanı bu haqda Təqsirləndirilən şəxs hər hansı yazılı və ya şifahi bir irad bildirilməmiş və malların təhvil verilməsi zamanı yaranmış fərq və çatışmazlıq, ucuz malların verilməsi haqqında Bərdə rayon Məşğulluq Mərkəzinə vətəndaşların müraciət etməsi ilə bağlı sənədlər iş materiallarında aşkar edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, özünüməşğulluq proqramının iştirakçıları olan iş üzrə dindirilmiş şahidlər maddi aktivlərin onların mülkiyyət və istifadələrinə verilməsinə dair aktları könüllü imzalamışlar. Onlara heç kim aktlara imza atmağa təhrik etməmiş və ya aktları məcburi qaydada imzalamaqlarına dair, həmçinin imza ilə bağlı hər hansı təzyiq və zorakılıq, hədə-qorxu gəlinməsinə dair iş materiallarında faktlar və ya dəlillər mövcud deyil. Həmçinin, aktlarda onların etirazına və qeydlərə də rast gəlinmir. İş materiallarında olan və verilən sorğulara alınmış cavablardan Təqsirləndirilən şəxs “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmadığı və qanunvericiliyin tələbinə riayət etdiyi aydın olur. Əgər qanunvericilik pozulmaqla tender keçirilsəydi bu halda ittiham orqanı tərəfindən CM-nin 308-2, yəni satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə maddəsi ilə ittiham irəli sürülərdi ki, həmin maddədəki əməllər xeyli miqdarda, yəni əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğdə ziyan vurulduğu halda yaranır. Göstərilən əməllər xeyli miqdardan az, yəni əlli min manatdan aşağı olduğu halda isə cinayət tərkibi yaratmır və İXM-in 445-1-ci maddəsi, yəni Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması maddəsində göstərilən inzibati xəta sayılmaqla inzibati məsuliyyətə səbəb olur. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülərkən onun vəzifə səlahiyyətləri və vəzifə təlimatının nədən ibarət olduğu araşdırılmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs tərəfindən hansı qulluq səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israfetmə cinayət əməlini törətməsi məhkəmədə sual doğurur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq vaxtı ilə Bərdə rayon Məşğulluq Mərkəzinin direktoru qismində işlədiyi zaman qulluq səlahiyyətlərinə dair vəzifə təlimatının nədən ibarət olması ilə bağlı verilmiş sorğuya alınmış cavab məktubunda tender və kotirovka sorğusunun aparılması, satınalmanın həyata keçirilməsinə nəzarət edilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Vəzifə təlimatında yalnız inzibati idarəçiliklə bağlı səlahiyyətlər göstərilmişdir, lakin bu vəzifə təlimatı ilə Təqsirləndirilən şəxs tanış edilməsinə dair sənəd də iş materiallarında və sorğuya alınmış cavabda aşkar edilmir. Buradan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətləri və qulluq funksiyaları konkret olaraq vəzifə təlimatında əks edilməli və bu vəzifə təlimatı ilə Təqsirləndirilən şəxs tanış edilməli idi. Lakin, iş materiallarında belə sənəd də mövcud deyil. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə onu bildirir ki, təqsirləndirilən şəxsin ittiham edildiyi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə dair onu da bildirir ki, hazırki cinayət işinin materiallarında mənimsəmə faktının olması aşkar edilmir. Çünki, satınalma üzrə ayrılan vəsait məşğulluq mərkəzi tərəfindən podratçının bank hesabına köçürülmüşdür və mallar podratçı tərəfindən alınaraq vətəndaşların istifadəsinə verilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs tərəfindən hansı üsuldan istifadə edilməklə və hansı yolla mənimsəmə edilməsi sual doğurur. Xüsusən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs və podratçı Şahid15 bir-birlərini tanımadıqlarını və əvvəldən də heç bir tanışlıq və münasibətlərinin olmamasını, satınalma prosesində görüşmədiklərini məhkəmədə ifadə verərkən bildirmişlər. Bundan başqa Şahid15 öz ifadəsində malların satın alıb vətəndaşlara verərkən onun da xeyrinin olmalı olduğunu, lakin satınalma zamanı onun gəliri və vergilərinin, yol və digər xərclərinin nəzərə alınmadığını qeyd etmiş, bu isə həmin vəsaitin Şahid15 tərəfindən əldə edilməsinə dəlalət edir ki, ibtidai araşdırma orqanı tərəfindən işin həmin halı araşdırılmamış və ona obyektiv hüquqi qiymət verilməmişdir. Həmçinin, məhkəmə onu da bildirir ki, tender üzrə podratçı qismində çıxış edən Şahid15 fəaliyyətinə baxılsa onun yaratdığı, qanuni təmsilçi və ya təsisçisi olduğu şirkətlərin nəinki Bərdə rayonunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X17 tərəfindən keçirilən tender üzrə ölkənin əksər rayonlarının məşğulluq mərkəzləri tərəfindən keçirilən tender (satınalma) prosesində iştirak edərək özünüməşğulluq proqramının iştirakçılarına paylandığını qeyd etmişdir. Bunu o özü də məhkəmə iclasında etiraf etmişdir. Bu isə proseslərin vahid mərkəzdən idarə olunduğuna dəlalət edir. Həmçinin, əgər Təqsirləndirilən şəxs tərəfindən mənimsəmə və ya israf etmə cinayətinə yol verilməsi müəyyən edilsəydi onun adına daşınmaz və daşınar əmlaklar, bank hesabları və şübhəli əməliyyatlar, əmlak alqı-satqısı və digər əməliyyatlar həyata keçirilərdi ki, bu da istintaq orqanı tərəfindən sübut edilməli idi. Lakin, bu haqda iş materiallarında şahid ifadələrinə, ekspertiza rəylərinə, Təqsirləndirilən şəxs tərəfindən şübhəli əmlak əldə edilməsi və qanunsuz maliyyə-bank əməliyyatlarının aparılması faktına, bununla bağlı mötəbər və təkzibolunmaz sübutlara və dəlillərə rast gəlinmir. Belə olan halda Təqsirləndirilən şəxs yaranmış fərq olan 9721 manatı harada və hansı üsulla mənimsəməsi məhkəmə qarşısında sual doğurur. Xüsusilə, Təqsirləndirilən şəxs ittiham aktında qeyd edilən cinayətdən xəbərsiz qrup üzvləri və ya kimliyi bilinməyən qeyri şəxslər dairəsi ilə qabaqcadan əlbir olub mənimsəmə və israfetmə cinayətini törətməsi faktı cinayətin törədilməsi anlayışı ilə bir araya sığmır və qeyri-müəyyən ittihamın irəli sürülməsi ilə nəticələnmişdir. Əgər cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilirsə həmin şəxslərin kimliyi və qabaqcadan necə və hansı qaydada, hansı üsullarla əlbir olması və cinayəti necə planlaşdıraraq həyata keçirmələri ittiham irəli sürən ibtidai araşdırma orqanı tərəfindən sübut edilməli və bununla bağlı mötəbər və təkzibedilməz sübutlar toplanaraq iş materiallarına əlavə edilməli və irəli sürülmüş ittihamla öz təsdiqini tapmalı idi. Məhkəmə ittiham aktında aktivlərin özünüməşğulluq proqramında iştirak edən vətəndaşların mülkiyyətinə verilməsi barədə 06 aprel 2018-ci il tarixli aktlara Bərdə rayon Məşğulluq Mərkəzinin inzibati binasında bilə-bilə yalan (saxta) məlumatların daxil edilməsi ilə bağlı onu da diqqətə çatdırır ki, vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə vəzifə saxtakarlığı, yəni CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibini yaradır ki, bununla bağlı X6 göstərilən maddə ilə ittiham irəli sürülmədiyindən məhkəmə hesab edir ki, göstərilənlərlə bağlı qeydlər ittiham aktına daxil edilə və Təqsirləndirilən şəxs rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməkdə ittiham edilə bilməz. Eyni zamanda ittiham aktında qeyd edilmiş Təqsirləndirilən şəxs satınalma prosesinin həyata keçirilməsinə dair keçirilmiş tenderlə bağlı bilə-bilə yalan məlumatlar daxil edilmiş saxta sənədlərin imzalanmasını təşkil etməsi isə CM-nin 320.1, yəni hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayətinin tərkibini yaradır ki, həmin maddə ilə də Təqsirləndirilən şəxs hər hansı ittiham irəli sürülməmişdir. Belə olduğu halda müstəntiq tərəfindən hansı səbəbdən ittiham aktına belə ifadələrin daxil edilməsi məhkəməyə məlum olmur. Bundan başqa ittiham aktında maddi aktivlərin özünüməşğulluq proqramının iştirakçılarının mülkiyyətinə verilməsinə dair aktların Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən X8 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 14 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış vəsaitdən faktiki olaraq az məbləğdə maddi aktivlərin verilib qiymətlərin şişirdilməsi yolu ilə 9721 manat məbləğində vəsaiti talaması göstərilsə də iş materiallarında və ittiham aktında adıçəkilən Fuad Mehdizadə ilə Təqsirləndirilən şəxs əlaqəsinin nədən ibarət olması və birinin digəri ilə əlaqə saxlamasına, Bilman X1suz göstəriş və ya əmr almasına dair sübutlar (dindirmə və üzləşdirmə istintaq hərəkətlərinin aparılması və ifadələrin alınması, telefon danışıqlarının, sosial şəbəkələr vasitəsilə və ya sms yazışmaların aparılması və s.) istintaq orqanı tərəfindən əldə edilərək iş materiallarına əlavə edilməmiş və ya sübut edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadədən və tədqiq olunmuş dəlillərdən də göründüyü kimi, o satınalma zamanı qanunvericiliyin tələbinə riayət etmiş, vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə dövlət vəsaitinin mənimsənilməsinə yol verməmişdir. Bunun əksini göstərən və təkzib edən hər hansı digər sübutlar da ibtidai araşdırma orqanı tərəfindən təqdim edilməmiş və toplanmış cinayət işinin materiallarında mövcud deyil. Belə olduğu halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələr üzrə cinayət hadisəsi olmadığından ona bəraət verilməlidir. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2.1-ci maddəsinə əsasən bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda çıxarılır. CM-in: 3-cü maddəsinə əsasən yalnız CM-lə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən CM-lə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CPM-in: 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 55.2-ci maddəsinəəsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin törətməkdə təqsirləndirildiyi cinayət işi üzrə cinayət hadisəsi olmadıqda, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə cinayət hadisəsinin olması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış sübutlar mənbələrinin mötəbərliyi üzrə şübhəli olmaqla Təqsirləndirilən şəxs cinayət əməli üzrə təqsirini istisna etdiyindən, ona həmin maddələr ilə cinayət hadisəsinin olmaması əsası ilə bəraət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarına əsasən CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. CPM-in 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi bəraət hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə bəraət verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. CPM-in 348.3-cü maddəsinə əsasən bəraət hökmü çıxararkən məhkəmə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsinə dair qərar qəbul edir. CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 353.5.4-cü maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) bəraət hökmünün nəticəvi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü” haqqında qərarına əsasən təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Məhkəmə hesab edir ki, hazırki cinayət işində cinayət hadisəsinin olmaması səbəbindən Təqsirləndirilən şəxs bəraət verildiyinə görə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X17 Publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş ittihamda qeyd edilən 9.721 (doqquz min yeddi yüz iyirmi bir) manat məbləğində maddi zərərin Təqsirləndirilən şəxs tutulmasına dair mülki iddia rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və CPM-in 348, 349 və 350-ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsinin olmamasına görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs onun qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X17 Publik hüquqi şəxsi tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia rədd edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti vermək olar.
Hаkim: Fuad Babaşov