Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-1/2025 27.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1981-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib 05 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bərdə şəhəri H.Əliyev prospekti ev 11, mənzil 34-də qeydiyyatda olan və Bərdə rayonu Gərənə kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,601 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 21 fevral 2023-cü il tarixdə saat 1900 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə rayonu Cəyirli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada saat 1950 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd qara rəngli pul qabındakı 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə saxladığı təmiz çəkisi 0,601 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, uzun illərdir onkoloji xəstədir və mütəmadi olaraq narkotik tərkibli agrıkəsici dərmanlardan istifadə edir. Kəskin ağrıları olur. Narkotik tərkibli “tramadol” adlı dərmandan istifadə etməyəndə ağrıları artır və dözülməz hallar keçirir. Narkotik tərkibli “tramadol” preparatını resept təqdim etməklə Bərdə RMX-dan alır. Son vaxtlar “tramadol” dərman preparatı olmadığından Bərdə RMXdan “tramadol” dərman preparatı istəmiş, lakin olmamışdır. Bir müddət “tramadol” preparatı olmadığından ağrılardan əzab çəkmişdir. Bu səbəbdən məcbur qalıb heroin istifadə etmişdir ki, ağrıları azalsın. “Tramadol” adlı preparatı dövlətdən, Bərdə RMX-nın vasitəsi ilə almışdır. “Tramadol” preparatının həbini atmışdır. Həmin dərman preparatın iynəsi olsa da, iynə vurduqda anaflaktik şok keçirdiyindən, yəni boğulma, göyərmə, nəfəs çatışmamazlığı, təzyiq düşməsi kimi hallar baş verdiyindən iynədən istifadə etməmişdir. Qırx gün “tramadol” preparatı olmadığından əzab çəkmiş və sonra heroindən istifadə edərək ağrılarını azaltmağa çalışmışdır. Heroini onkoloji xəstəxananın yanında tanımadığı şəxsdən almışdır. Bakı şəhərində onkoloji xəstəxanada olarkən xəstəxananın həyətində tanımadığı şəxslə söhbət edərkən həmin şəxs özü də onkoloji xəstə olduğunu və heroindən istifadə edərək ağrılarını azaltdığını bildirmişdir. Əvvəllər narkotik istifadəçisi olmamışdır. Dərman preparatı qəbul etməyəndə ağrılar dözülməz olur. Səhvini başa düşür, əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin NMQnun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələrin gəzdirilməsi, saxlanılması və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saat 19 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu Cəyirli kəndində saxladaraq Bərdə RPŞ-nə gətirmişlər. Ona müdafiəçi (vəkil) olaraq Müdafiəçi1 təqdim edilmişdir. Müdafiəçinin (vəkilin) iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsi bildirdikdə, sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, narkotik vasitənin olub-olmaması soruşulmuş və varsa könüllü çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol icəri yan cibindən pul qabı çıxarıb, pul qabının içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümünü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində olan kütlənin heroin olduğunu bildirmişdir. Narkotik vasitə olan büküm tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilmiş və imzlanmışdır. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri Şahid2 və Bərdə Rayon Polis Şöbəsinin KTQ-nin baş inspektor-kriminalisti Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 22 fevral 2023-cü il tarixli, 16/250 saylı Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşbir sellofan bükümdə heroinə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf polietlen kəsiyi bükümündə təmiz çəkisi 0,601 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in biirinci siyahısının İ bəndinə daxildir. -Heroinin təmiz çəkisi 0,601 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,551 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 04 may 2023-cü il tarixli, 787 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı işdə olan təkzibolunmaz dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli AZ-İİ 460461 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə öldüyündən onun Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 39.1.5-ci maddəsinə görə, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-1-ci maddəsinə görə, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 106-1.3. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 106-1.4. Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Təqsirləndirilən şəxs ölməsi səbəbindən xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhə yaranan şəxsin tutulması haqqında” 21 fevral 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair 22 fevral 2023-cü il tarixli 16/250 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən iş üzrə 32,40 manat məbləğində ekspertiza xərci dövlət büdcəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,551 qram çəkidə narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə öldüyündən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci dövlət büdcəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,551 qram çəkidə narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-1/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-1/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver