Məhkəmə qərarları › İş №1(021)-10/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-10/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-10/2021 03.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X6 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı,_______________________ Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 X20 Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 Müdafiəçi1 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4 X7 Zərərçəkmiş şəxs6 iştirakı ilə xx xxxx 1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ev 79-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1 və 234.1-ci maddələri, xx xxxx 1995-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olub, Bərdə rayonu Güloğlular kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 ona görə ittiham elan edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə zavod üsulu ilə hazırlanmış 16 kalibirli “İJK” modelli, İ 67734 nömrəli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, tək hamarlüləli, (yivsiz) ov silahını qanunsuz əldə edib saxlayaraq, lüləsini və dəstəyini kustar üsulla kəsərək təyinatını dəyişdirib qanunsuz olaraq odlu silah hazırlayıb həmin odlu silahı qanunsuz saxlayaraq üzərində gəzdirmindir. 27.02.2020-ci il tarixdə saat 21-30 radələrində Bərdə rayonunun Xanərəb kəndinindən 1,0 km aralı məsafədə yerləşən X3 iri və xırdabuynuzlu heyvanlarını saxladığı fermasının yaxınlığında heç bir səbəb olmadan, qəsdən həmin silahdan ümümi təhlükəli üsulla və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 atəş açaraq, sonuncuya sağ oturaq sinirinin neyropatiyası (sağ aşağı ətrafın hipezteziyası və ağır sindromu ilə) sağ diz oynağının açıcı konturakturası ilə sağ bud nahiyəsinin aşağı 1/3-nin bayır səthinin 8 ədəd və sağ dizaltı çuxur nahiyəsinin 8 ədəd oval formalı çapıq toxumalarının yaranması ilə müşayət olunan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş, bununla da odlu silahdan Zərərçəkmiş şəxs1 açmış olduğu atəş ümumi təhlükəli üsulla, yəni qırmalardan birinin həmin yerdə olmuş Zərərçəkmiş şəxs2 oğlunun sol baldır nahiyəsinin orta 1/3-dən dəyərək, sonuncuya dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqda ifadə olunan hərəkətlər etməklə, xuliqanlıq niyyəti ilə və ümumi təhlükəli üsulla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma və qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa o, 24 mart 2020-ci il tarixdə saat 2059 dəqiqədə Zərərçəkmiş şəxs3 idarə etdiyi “KİA RİO-minik” markalı 99PC-295 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edib Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.Rəcəbli küçələrinin kəsişmələrində quraşdırılmış işıqforun qırmızı işığında avtomobilini dayandırıb, işıqforun yaşıl işığının yanmasını, bundan sonra hərəkətə başlamasını gözləyərkən, Təqsirləndirilən şəxs2 oğlunun idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobildə arxa sağ oturacaqda əyləşmiş vəziyyətdə sonuncu avtomobilini Zərərçəkmiş şəxs3 avtomobilinin sol tərəfində olan zolaqda dayandırıb işıqforun yaşıl işığının yanmasını gözləyərəkən, sonuncu ona tərəf baxdığından həmin halı bəhanə edərək, həmin yerdə küçədə insanların olmasına əhəmiyyət verməyib heç bir əsaslı səbəb olmadan sadəcə olaraq Zərərçəkmiş şəxs3 zərif cinsin nümayəndəsi olaraq avtomobil idarə etməsi və onlara tərəf baxması halı onda əxlaqa və mənəviyyəta sığmayan ikrah hissələri yaratdığından qərəzli halda emosional hisslərə qapılaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən Zərərçəkmiş şəxs3 və ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olmasını göstərmək məqsədi ilə ətrafdakı şəxslər və özü üçün açıq vəziyətdə ictimai qaydadaya əhəmiyyətli dərəcədə laqeyidlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs3 Çingiz qızına nalayiq söyüşlər edib üzərində zavod üsulu ilə hazırlanmış 16 kalibirli “İJK” modelli, İ 67734 nömrəli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, tək hamarlüləli, lüləsi və dəstəyini kustar üsulla kəsərək təyinatını dəyişdirmiş olduğu qanunsuz əldə edib saxladığı (yivsiz) odlu silahdan istifadə etməklə sonuncunun avtomobilinin sükanı arxasında oturduğu vəziyətdə başı üzərindən havaya bir dəfə atəş açaraq, Zərərçəkmiş şəxs3 üzərində odlu silahdan istifadə etməklə zor tətbiq edəcəyi hədəsi ilə xarkterizə olunan hərəklər etməklə onun həyəcanına, təşvişinə və bununlada mənəvi ziyan vurulması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 25 mart 2020-ci il tarixdə saat 1130 radələrində Təqsirləndirilən şəxs2 oğlu və X2 ilə bir qrup şəxs halında birləşib küçədə olan insanlara əhəmiyyət verməyib ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Təqsirləndirilən şəxs2 idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib Bərdə şəhəri, Şahid3 prospektində hərəkətdə olan zaman Zərərçəkmiş şəxs4 idarə etdiyi Mersedes Benz 220 markalı 10 VH- 695 dövlət qeydiyyat nişanlı avtomobili vurub avtomobilə 400 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomaşınla normal hərəkətdə olmalarını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xulqanlıq etmişdir. Bundan başqa o, həmin gün təkrarən Təqsirləndirilən şəxs2 oğlu və mərhum X9 ilə bir qrup şəxs halında birləşib ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına müqavimət göstərərək, hadisə yerindən qaçıb uzaqlaşaraq saat 11-40 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomaşını silah qismində istifadə edib Bərdə şəhəri, Həzi Aslanov küçəsində Zərərçəkmiş şəxs6 idarə etdiyi VAZ-21061 markalı 55 BK-114 dövlət qeydiyyat nişanlı avtomobili vurub avtomaşına 1082 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomobillərin normal hərəkətdə olmalarını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xulqanlıq etmişdir. Bundan başqa o, həmin gün təkrarən Təqsirləndirilən şəxs2 oğlu və mərhum X10 ilə bir qrup şəxs halında birləşib ictimai qaydanın pozulmasının qarşısını alan polis əmkdaşlaşlarına müqavimət göstərərək, hadisə yerindən qaçıb uzaqlaşaraq saat 1145 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib Bərdə şəhəri, H.Aslanov küçəsində Zərərçəkmiş şəxs5 idarə etdiyi VAZ-21103 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomaşını vurub avtomobilə 250 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomaşınla normal hərəkətdə olmasını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xuliqanlq etmiş, həmin xuliqanlıq hərəkətlərinin qarşısı polis əməkdaşları tərəfindən alınaraq Əli Əsədovun idarə etdiyi “Lada Prirora” markalı avtomobil Bərdə rayonunun Güloğlular kənd sakini Şahid8 həytində saxlanılması təmin olunduqdan sonra saat 12 radələrində avtomaşına baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağının ayaq altından qanunsuz olaraq əldə edib saxladığı zavod üsulu ilə hazırlanmış 16 kalibirli “İJK modelli İ -67734“ nömrəli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı tək hamarlüləli, lüləsini və dəstəyini kustar üsulla kəsərək təyinatı dəyişdirilmiş (yivsiz) odlu silah aşkar edilərək götürülmüş, həmin gün o, Bərdə rayon Polis şöbəsinə gətirilib saat 1525 radələrində üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçəsinin sol cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində saxladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1 siyahısına əsasən 2 ədəd iç- içə qoyulmuş politilen kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 3,114 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və əynində olan gödəkçəsinin qabaq sağ cibindən üzərində qanunsuz olaraq saxladığı 1 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik olan (beşbarmaq) tipində soyuq silah aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 oğluna ona görə ittiham elan edilmişdir ki, o, 25 mart 2020- ci il tarixdə saat 1130 radələrində Təqsirləndirilən şəxs1 və X2 ilə bir qrup şəxs halında birləşib, küçədə olan insanlara əhəmiyyət verməyib ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib Bərdə şəhəri, Şahid3 prospektində hərəkətdə olarkən Zərərçəkmiş şəxs4 idarə etdiyi Mersedes Benz 220 markalı 10 VH-695 dövlət qeydiyyat nişanlıl avtomobili vurub avtomobilə 400 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomaşınla normal hərəkətdə olmasını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xulqanlıq etmişdir. Bundan başqa o, həmin gün təkrarən Təqsirləndirilən şəxs1 və mərhum X9 ilə bir qrup şəxs halında birləşib ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçıb uzaqlaşaraq saat 1140 radələrində idarə etdiyi “Lada Prirora” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomaşını silah qismində istifadə edib Bərdə şəhəri, Həzi Aslanov küçəsində Zərərçəkmiş şəxs6 idarə etdiyi VAZ- 21061 markalı 55 BK-114 dövlət qeydiyyat nişanlı avtomobili vurub avtomaşına 1082 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomobilləri ilə normal hərəkətdə olmalarını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xulqanlıq etmişdir. Bundan başqa o, həmin gün təkrarən Təqsirləndirilən şəxs1 və mərhum X10 ilə bir qrup şəxs halında birləşib ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlaşlarına müqavimət göstərərək, hadisə yerindən qaçıb uzaqlaşaraq saat 1145 radələrində idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib Bərdə şəhəri, H.Aslanov küçəsində Zərərçəkmiş şəxs5 idarə etdiyi VAZ-21103 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomaşını vurub avtomobilə 250 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomaşınla normal hərəkətdə olmasını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xuliqanlq etmiş, həmin xuliqanlıq hərəkətlərinin qarşısı polis əməkdaşları tərəfindən alınaraq idarə etdiyi “Lada Prirora” markalı avtomobil Bərdə rayonunun Güloğlular kənd sakini Şahid8 həytində saxlanılması təmin olunub, saat 12 radələrində avtomaşına baxış keçirən zaman avtomobilin qabaq sağ oturacağının altında satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5 ədəd kibrit qutusunda və 1 ədəd polietilen torba kəsiyində ayrı-ayrılıqda təmiz çəkiləri 4, 602 qram, 3, 872 qram, 4,036 qram, 2,845 qram, 3, 697 qram, 36,025 qram ümumi təmiz çəkisi 55,077 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, ondan aşkar olunmuş ov silahı ona rəhmətlik babası Aslandan qalmışdır. Həmin silah heç bir yerdə qeydiyyatrda olmasa da həmin silahdan ancaq ov etmək üçün istifadə etmək məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Silahın lüləsi və dəstək hissəsi kəsilmiş vəziyyətdə olmuş, lakin onun tərəfindən kəsilməmiş, silah ona həmin vəziyyətdə gəlib çıxmışdır. Ov etmək məqsədilə 27.02.2020- ci il tarixdə mərhum dostu X4 Bərdə rayonunun Xanərəb kəndində yerləşən fermasına getmişdir. Həmin ferma çöllük olan bir sahədə hardasa Xanərəb kəndindən 1,0 km aralıda yerləşdiyindən Asiflə birlikdə həmin gün saat 20-00 radələrində həmin fermaya getmişlər ki, vaxtlarını keçirsinlər və quş, dovşan ovlasınlar. 27.02.2020-ci il tarixdə Asiflə fermada oturub söhbət edərkən, saat 2130 radələrində fermanın yaxınlığında çöldə fit səsi gəldiyini və atəş açıldığını eşidib çölə çıxmışlar. Oraya çoxlu adam yığışdığından onlar həmin yerə getməmişlər.Ülfətə atəş açmamışdır. Sonradan eşitmişdir ki, Ülfətə kimsə atəş açarkən qırmalardan biri onun, digər qırma isə onun yanında olmuş Emin adlı oğlana və həmin yerdə olan Ülfətin VAZ-21099 markalı maşına dəymişdir.24 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Elxan oğlunun “Prirora” markalı maşını ilə Bakıdan Bərdəyə evlərinə qayıdarkən təxminən saat 21-00 radələrində Bakı şəhəri, Nərimanov rayonunda olarkən KİA markalı maşının sol tərəfində Təqsirləndirilən şəxs2 maşınını saxlamışdır ki, işıqforun qırmızı işığı sönsün, yaşıl işığı yansın onlar hərəkət edib getsinlər.Həmin vaxt sonradan adını bildiyi Leyla adlı qız da KİA markalı maşınını saxlayıb işıqforun yaşıl işığının yanmasını gözləyərkən, onlara tərəf baxmış və hiss etmişdir ki, oların maşınında olan İlahəyə nə isə demiş və İlahə də pis olmuşdur. İşıqforun yaşıl işığı yanmış və onlar yollarına davam etmişlər. Həmin vaxt o, tyfəngdən atəş açamamışdır. 25.03.2020-ci il tarixdə Bərdə şəhərinə çatanda artıq saat 06-07 radələri olmuşdur.Əliyə onu Asifgilin Bərdə rayonunu Xanərəb kəndində yerləşən fermasına düşürməsini bildirmiş, Əli də onu aparıb həmin yerə düşürüb, İlahə ilə birlikdə Bərdə şəhərinə qayıtmışdır.Asif ona evə, onun atasının yanına getmələrini, ona sözü olduğunu bildirmişdir. Əliyə zəng vurmuş, sonuncu maşını ilə həmin yerə gəlmişdir. Həmin vaxt İlahə də maşında olmuşdur.Onlar birlikdə Bərdə şəhərinə gələrkən yolda Bərdə şəhərində polis maşını onları görüb arxalarınca düşmüşdür. Fikirləşmişdir ki, yəqin onu polislər axtarırlar. Ona görə də Əliyə maşını saxlamamasını bildirmişdir. Əli maşını sürmüş, yolda 2-3 maşınla toqquşdurmuşdur. Buna baxmayaraq onlar hərəkət edib Bərdə rayonunun Güloğlular kəndində bir həyət darvazası açıq olan həyətə daxil olmuşlar. Polislər də onların arxasınca gəlib onları saxlamışlar. Maşına baxış keçirib oradan onun qundağı və dəstəyi kəsilmiş ov silahını və Əlinin də maşında saxladığı narkotiki aşkar edib götürmüşlər. Sonra polislər onu və Asifi polis şöbəsinə gətirib onların üstünü axtaranda onun üstündən Xanərəb kəndində yolun kənarında olan ağacın dibindən tapdığı heroini və beşbarmağı aşkar edib götürmüşlər. Üzərindən aşkar olunmuş heroini Xanərəb kəndinə gedəndən hadisədən bir-neçə gün əvvəl ağacın dibindən tapmış və üzərində saxlamışdır. Heroinin 3 qramdan bir az artıq olmasını polislər elektron tərəzidə çəkərkən görüb bilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 oğlu məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, təxminən 4-5 il olar ki, narkotik vasitədən istifadə edir. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs1 Əfqan oğlunu uzun müddətdir ki, tanıyır. Mərhum Süleymanov Asif Şəmsəddin oğlu ilə hadisədən əvvəl təzə tanış olmuşdur. X29 yanında gördüyündən tanışlıq münasibəti yaranmışdır.Hadisə zamanı idarə etdiyi “Lada Prirora“ markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı minik avtomobilini 2018-ci ilin sentyabr ayında kreditə götürmüşdür. 24 mart 2020-ci il tarixdə axşam tərəfi saat 2050 radələrində Bakı şəhərindən gələrkən avtomobildə qabaq sağ oturacaqda tanışı X11 və arxa oturacaqda Təqsirləndirilən şəxs1 əyləşmişlər. İşıqforun qırmızı işığında maşınını saxlayıb işıqforun yaşıl işığının yandığını gözləyərkən, yanında tanımadığı xanım KİA markalı avtomobili saxlayıb, yaşıl işığın yanmasını gözləmiş və yaşıl işıq yandıqdan sonra hərəkət edib Bərdə rayonuna gəlmək üçün yola düşmüşlər. Saat 05 radələrində Bərdə şəhərinə gəlib çıxmışlar. Avtomobili sürüb Təqsirləndirilən şəxs1 aparıb Bərdə rayonunun Xanərəb kəndində fermada düşürmüşdür. Təqsirləndirilən şəxs1 fermada X9 ilə qalmışdır. Özü isə Zeynalova İlahə Əmiraslan qızı ilə ünvan 1 ünvanının qarşısına gəlmişdir. Yaşadığı binanın qarşısında maşını saxlamışdır. Avtomobilin içərisində İlahə Zeynalova ilə yataraq istirahət etmişdir. 25 mart 2020-ci il tarixdə təxminən saat 10-00 radələrində İlahə Zeynalova ilə Bərdə rayonunun Xanərəb kəndinə Təqsirləndirilən şəxs1 Əfqan oğlunu düşürdüyü fermaya getmişdir. Fərid Aslanov ondan xahiş etmişdir ki, onu Bərdə şəhərində yaşadığı ünvanına düşürsün.Həmin vaxt Fəridin dostu Süleymanov Asif Şəmsəddin oğlu da maşınına əyləşmişdir. Maşında qabaq sağ oturacaqda Asif, arxa sol oturacaqda İlahə Zeynalova və arxa sağ oturacaqda isə Təqsirləndirilən şəxs1 əyləşmişdir. Bərdə şəhəri, Təbriz küçəsi ilə hərəkət edərkən onları polisin idarə etdiyi avtomobili ilə izlədiyini görmüş və avtomobildə olan şəxslərə onları polis əməkdaşı Raminin izlədiyini bildirmişdir. Fərid ona avtomobili saxlamamasını, sürməsini demişdir. Avtomobilini “Qarabağstroy“ tərəfə idarə etmişdir. Fəridin dediyi yerə çatıb, həmin yerlə hərəkətdə olarkən, polisin onu izlədiyini görmüşdür. Bərdə şəhəri, Şahid3 prospekti ilə hərəkətdə olarkən “Əlişin kuruqu” deyilən yerdə ondan öndə tünd rəngli Mersedes Benz 220 markalı 10VH-695 dövlət nömrə nişanlı avtomobillə avtomobili toqquşmuşdur. Dairədən sol tərəfə dönüb 3 nömrəli məktəb istiqamətinə tərəf getmək istəmiş, həmin avtomobil sürücüsü qəflətən əyləci basdığından maşın dayanmış, buna görə də avtomobilinin buferi ilə həmin avtomobilin buferindən vurmalı olmuşdur. Avtomobilini saxlamamış, hərəkətinə davam etmişdir. 3 nömrəli məktəbin yanından Bərdə şəhəri, H.Aslanov küçəsi ilə “İlqar“ marketin qarşısından keçən yolla Bərdə şəhər mərkəzinə doğru hərəkətdə olarkən, dövlət nömrə nişanlarına fikir vermədiyi VAZ-2106 markalı və VAZ-2110 markalı avtomobillərlərin dayanmış olduqlarını görmüşdür. Polis əməkdaşları ona avtomobili saxla desələr də Fəridin ona avtomobili saxlamamasını sürməsini deməsinə görə dayanmayaraq qarşında olan VAZ-2106 markalı və VAZ-21010 markalı avtomobilləri öz maşını ilə vuraraq sağ istiqamətə “qaraçılar“ yaşayan məhləyə tərəf yoluna davam etmişdir ki, onları tuta bilməsinlər. Məqsədi xuliqanlıq hərəkət etmək yox, polis əməkdaşlarından yayınmaq olmuşdur. Hərəkət edib “Gülüstan“ şadlıq sarayının qarşısına çıxıb Bərdə rayonunun Güloğlular kənd istiqamətinə doğru sürətlə hərəkətini davam etdirib getməyə başlamışdır.Bərdə rayonu Güloğlular kəndinə daxil olub bir az hərəkət etdikdən sonra orada əvvəllərdən tanımadığı açıq həyət darvazasından həyətə daxil olmuşdür. Həmin vaxt Polis əməkdaşları gələrək onları tutmuşlar. Polis əməkdaşları onun iştirakı ilə idarə etdiyi “Lada Prirora“ markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobilə onun və hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər.Avtomobilinin qabaq sağ oturacağının altından 5 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan quru halda saxladığı marixuananı polislər aşkar edib götürmüşlər. Bundan başqa polis əməkdaşları oradan onun göy rəngli sellofan torbada saxladığı marixuananı və Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silahı aşkar edib götürmüşlər. Odlu silahın içərisində bir ədəd də patron olmuşdur.Həmin yerdən ona aidiyyəti olmayan qara rəngli dəri kabronun içərisindən 1 ədəd bıçaq bir ədəd də ağ rəngli “Samsung“ markalı mobil telefon, onun özünün şəxsiyyət vəsiqəsi, ümumvətəndaşlıq pasportu, hərbi bileti və avtomobilə aid sənədi aşkar edib götürülmüşdür. Maşını ilə 3 avtomobili vurub əzməkdə məqsədi polis tərəfindən tutulmamağa nail olmaq və bununla da vəziyətdən çıxmaq istəmişdir. Maşınından qabaq sağ oturacağın altından aşkar olunmuş 5 ədəd kibirit qutusunda və bir ədəd göy rəngli sellefon torbaya bükülmüş marixuanalar onun özünündür və həmin marixuanaları özü istifadə etməsi üçün saxlamışdır. Marixuanaları hadisədən 2 ay əvvəl Bərdə rayonunda dəmiryol vağzalının yanından yoldan tapmışdır. Üzərində narkotik vasitə gəzdirdiyinə görə əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 27 fevral 2020-ci il tarixdə maşınının benzin nasosu yaxşı işləmədiyindən, təxminən saat 19-00 radələrində Eminin Bərdə şəhəri, M.Cəfərov küçəsində yerləşən maşın düzəltmə sexinə getmişdir.Emin maşının benzin nasosunun yaxşı işləmədiyini bildirib maşınınının benzin nasosunu düzəltmişdir. Bundan sonra Xanərəb kəndinə Orxanla bazara heyvan almaq üçün söhbət etmək üçün getmək istəyərkən, Emin ona demişdir ki, onu da yolüstü evlərinə düşürsün. Emin maşında qabaq sağ oturacaqda əyləşmişdir. Maşında Eminə demişdir ki, gedəsi yeri var, onunla yoldaşlı gedib gəlsin. Emin də etiraz etməmiş, onunla gedib-gələ biləcəyini bildirmişdir. Eminlə birlikdə Bərdə rayonu Xanərəb kəndi ərazisinə sahəyə gəlib çıxmışlar. Həmin yerə gəlməkdə məqsədi Xanərəb kəndinə gedib tanışı Orxanla görüşüb onunla birlikdə mal bazarına çıxıb heyvan almaq olmuşdur. Orxanla telefonla danışmış, sonuncu Xanərəb kəndi ərazisində yerləşən Asif adlı şəxsin fermasının yanına gəlməsini bildirmişdir. Həmin yerə getmək üçün yoluna davam etmiş, yolda Orxana zəng vurmuş, ancaq sonuncu telefonu açmamışdır. Orxanın telefonu açmadığını görüb, Xanərəb kənd sakini tanışı Vilayətə zəng vurmuş və sonuncudan Xanərəb kəndi ərazisində yerləşən Asifin fermasına gedən yolu soruşmuşdur. Vilayət ona ətrafa baxmasını və işıq gələn istiqamətə getməsini bildirmişdir. Sahədə yolu tapa bilmədiyindən maşını saxlamış, yerə düşüb fit vermişdir ki, görsün kimsə səsi eşidib çıxsa həmin şəxsdən Asifin fermasına gedən yolu soruşub həmin yerə gedib çıxsın. Fit verərkən artıq saat 2130radələri olduğundan hava qaranlıq olmuşdur. Kiminsə irəlidən qaranlıqdan nalayiq söyüş edə-edə ona tərəf gəldiyini görmüşdür. Həmin şəxsə qarşı heç bir söyüş etməmiş, demişdir ki, “Ə allah qonağıdır niyə söyürsən”. İki nəfərin ona tərəf gəldiyini görmüşdür. Onlardan biri, yəni tanıdığı Asifin ikinci oğlandan qabaq ona tərəf gəldiyini görmüşdür. Asif onu görcək tanıdığından məsafələri 2-3 metr qalmış onunla salamlaşmışdır.Asifdən söyüş söyən kim olduğunu, nəyə görə söydüyünü soruşmuşdur. Asif isə ona bir söz deməmişdir.Həmin vaxt Asifin arxasınca gələn və onunla ara məsafəsi 4-5 metr olan həmin oğlan söyüş söyəninözü olduğunu bildirmişdir. Asif həmin şəxsin kimliyini ona demədiyindən maraqlanıb bilmək istəmişdir ki, görsün söyüş söyən oğlan kimdir. Həmin oğlana yaxınlaşan zaman oğlan arxaya çəkilib, 4-5 metr məsafədən əlindəki tüfənglə onun sağ qılça nahiyəsinə bir dəfə atəş açmışdır.Atəş nəticəsində sağ qılça nahiyəsindən xəsarət almış, artıq yerində dura bilməyib sağ tərəfi üstə yerə yıxılmışdır. Emin və Asif onu maşınına qoyub Bərdə mərkəzi rayon xəstəxanasına gətirmişlər. Həkimlər ona ilkin tibbi yardımlar edib onu Gəncə şəhəridə yerləşən xəstəxanaya göndərmişlər. Polis əməkdaşlarının araşdırması nəticəsində ona məlum olmuşdur ki, onu tüfənglə vuran şəxs Təqsirləndirilən şəxs1dur. Sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 27 fevral 2020-ci il tarixdə saat 19-20 radələrində Zərərçəkmiş şəxs1VAZ-21099 markalı 05 BD-701 dövlət qeydiyyat nişanlı avtomobili ilə onun Bərdə şəhəri, M.Cəfərov küçəsində yerləşən elektrik sexinə gəlmişdir. Ülfət maşınının yaxşı işləmədiyini, ona baxmasını bildirmişdir. Maşına baxarkən benzin nasosun yaxşı işləmədiyini görmüş, maşının benzin nasosunu düzəltdirmişdir. Ülfət maşını işə salıb getmək istəyərkən yoluüstü onu da evə düşürməsini xahiş etmiş, Ülfət də buna etiraz etməmişdir. Maşında əyləşəndən sonra Ülfət bildirmişdir ki, tələsimirsə onunla yoldaşlı bir yer var gedib oraya gəlsinlər. Tələsmədiyindən razılıq vermiş, Ülfət maşını Bərdə rayonu Xanərəb kəndinə, çöllük sahəyə sürüb saxlamışdır. Ülfət maşından düşüb ayaq yoluna getmiş, özü də maşından düşüb digər istiqamətə ayaqyoluna getmişdir. Ayaqyoluna gedə-gedə siqaret yandırmış, həmin vaxt sahəlik tərəfindən kiminsə söyüş edə-edə onlar olan yerə tərəf gəldiklərini görmüşdür. Qaranlıq olduğundan adamı görməsə də səsindən onlara tərəf gəldiyini hiss etmişdir.Həmin şəxslər onlara çatmış, ara məsafələri 3-4 metr olmuşdur. Ülfət söyüş söyən şəxsdən nə səbəbə söyüş söydüyünü soruşmuş, sonradan adını bildiyi Fərid 4-5 metr arxaya çəkilib Ülfətin sağ qılçasına əlindəki ov tüfəngi ilə bir dəfə atəş açmışdır.Tüfəngdən açılmış atəş Ülfətin sağ qılça nahiyəsindən dəyib xəsarətləndirmişdir.Həmin vaxt tüfəngdən açılmış atəş nəticəsində qırmalardan biri də onun sol qılçasına dəyib onu yaralamışdır. Qırma Ülfətin maşının arxa sol yük yerinin qapısına da dəyərək həmin yeri də zədələmişdir. Asif Ülfəti öz maşınına qoymuş, özü maşını sürüb Ülfəti Bərdə mərkəzi rayon xəstəxanasına gətirmişdir.Ülfəti həmin yerdən maşına qoyub gətirərkən həmin yerdən bir az uzaqlaşandan sonra maşını saxlamışdır. Ülfətin əynində olan gödəkçəsini çıxarıb ayağını sarımışdır ki, xəstxanaya çatdırana qədər ona bir şey olmasın. Maşını Bərdə mərkəzi rayon xəstəxananın həyətində saxlayıb orada olan mühafizəçilərlə birlikdə Ülfəti xəstəxanada palataya aparıb həkimlərin dediyi otaqda yerləşdirmişdir. Sonra Ülfətin VAZ- 21099 markalı 05 BD-701 dövlət qeydiyyat nişanlı avtomobilini sürüb onların Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən evlərinin qarşısında küçədə saxlamışdır.Oradan isə başqa bir taksi maşınına minib xəstəxanaya gəlmişdir. Ülfətə atəş açan adamın Fərid olduğunu polis bu işi araşdırıb üzə çıxarandan sonra bilmişdir. Sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Mersedes Benz markalı 10 VH-695 dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobili etibarnamə əsasında idarə edir. 25 mart 2020-ci il tarixdə Bərdə şəhəri, Şahid3 prospekti “Əlişin dairəsi“ adlandırılan yerdə hərəkətdə olarkən arxadan gələn qara rəngli “Lada Prirora“ markalı avtomobilin sürücüsü onun maşını ilə maşınını toqquşdurub, hadisə yerində dayanmadan qaçıb getmişdir. Bərdə rayon Polis şöbəsinin əməkdaşları həmin avtomobili saxlamaq üçün nə qədər çalışsalar da “Lada Prirora“ markalı avtomobilin sürücüsü hadisə yerindən avtomobilini idarə edib qaçıb getmişdir Ona dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 göstərmişdir ki, özünə məxsus VAZ-21103 markalı 19BG-337 dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərir. Özünə məxsus VAZ-21103 markalı 19BG-337 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir.25 mart 2020-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “İlqar” marketin qarşısında dayanıb müştəri gözləyə-gözləyə avtomobildən düşüb “İlqar” marketin qarşısında siqaret çəkməyə başlamışdır. Təxminən 7- 8 dəqiqə sonra H.Aslanov küçəsi ilə Sabir küçələrinin kəsişməsi ilə hərəkət edən qara rəngli “Lada Prirora“ markalı avtomobil yüksək sürətlə və ziq-zaqvari hərəkətlər edərək avtomobilini digər avtomobillərə qəza şəraiti yara-yarada onun avtomobilinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt Bərdə rayon Polis şöbəsinin əməkdaşları həmin qara rəngli “Lada Prirora” markalı avtomobilin saxlamasını bildirsələr də sürücü polis əməkdaşlarının saxla əmirinə tabe olmadan avtomobili idarə edərək ona məxsus VAZ- 021103 markalı avtomobilin sol hissəsindən vuraraq əzib qaçıb çıxıb getmişdir.Bərdə rayon Polis şöbəsinin əməkdaşları həmin avtomobili saxlamaq üçün nə qədər çalışsalar da “Lada Prirora” markalı avtomobilin sürücüsü hadisə yerindən avtomobilini idarə edərək qaçıb getmişdir. Həmin vaxt onun avtomobili ilə yanaşı dayanmış taksi sürücüsü işləyən adını bilmədiyi digər sürücüyə məxsus VAZ-2106 markalı 55 BK-114 dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsini də vurub əzmişdir. Bərdə rayon Polis şöbəsinin əməkdaşları evakuator vasitəsilə avtomobillərini müvəqqəti duracağa aparmışlar.Ona dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 göstərmişdir ki, özünə məxsus VAZ-2106 markalı 55BK-114 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. 25 mart 2020-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “İlqar“ marketin qarşısında dayanıb müştəri gözləyə-gözləyə avtomobilindən düşüb “İlqar” marketin qarşısındasiqaret çəkməyə başlamışdır.Təxminən 7-8 dəqiqə sonra H.Aslanov küçəsi ilə Sabir küçələrinin kəsişdiyi yerdən hərəkət edən qara rəngli “Lada Prirora” markalı avtomobil yüksək sürətlə və avtomobilini necə gəldi idarə edərək digər avtomobillər də qəza şəraiti yaradaraq onun avtomobilinə doğru hərəkət etməyə başlamışdır.Həmin vaxt Bərdə rayon Polis şöbəsinin əməkdaşları həmin qara rəngli “LadaPrirora“ markalı avtomobilin saxlanması üçün səsgücləndiricidən istifadə etsələr də, sürücü polis əməkdaşlarının saxla komandasına tabe olmadan avtomobili idarə edərək ona məxsus VAZ-2106 markalı avtomobilin sağ hissəsindən vuraraq avtomobilinin qabaq hissəsi, sağ və sol hissələrini əzərək, hadisə yerindən qaçıb getmişdir.Bərdə rayon Polis şöbəsinin əməkdaşları həmin avtomobilin saxlanması üçün nə qədər çalışsalar da “Lada Prirora” markalı avtomobilin sürücüsü hadisə yerindən avtomobilini idarə edərək onun avtomobili ilə yanaşı dayanmış taksi sürücüsü işləyən, adını bilmədiyi digər sürücüyə məxsus VAZ-21103 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsini vurub əzmişdir. Bundan sonra polis əməkdaşları evakuator gətirib avtomobillərini müvvəqəti dayanacağa aparmışlar. Ona dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını qeyd edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, hadisə baş verərəkən və hazırda da Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsi ev 53, mənzil 28 də ailə üzvülri ilə birlikdə yaşayır. 24 mart 2020-ci il tarixdə saat 2059 radələrində idarə etdiyi “KİA RİOminik” markalı 99PC-295 dövlət qeydiyyat nişanlı özünə məxsus avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.Rəsəbli küçələrinin kəsişmələrində quraşdırılmış işıqforun qırmızı işığında avtomobilini dayandırıb yaşıl işığın yanmasını gözləyərkən “Prirora minik” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobilin ondan sol zolaqda dayanmışdır. Həmin avtomobilin ön oturacağında oturmuş 18-20 yaşında tanımadığı qız ona təhqiredici söz demişdir. Həmin qızdan fərqli olaraq avtomobilin arxa tərəfində oturmuş sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 Əfqan oğlunun heç bir səbəb olmadan onu hədələyib əlindəki lüləsi və qundağı kəsilmiş ov tüfəngini maşının pəncərəsindən çölə çıxarıb, havaya atəş açmışdır.Həmin hadisədən bərk qorxub həyəcanlanmış, şok vəziətinə düşərək özünü pis hiss etmişdir.Ona qarşı bu hərəkətləri etmiş həmin şəxsin barəsində qanuni tədbir görülməsi barədə 25.03.2020-ci il tarixli şikayət ərizəsini Bakı şəhəri Nərimanov rayon Polis idarəsinə yazmışdır. Hadisədən sonra avtomobilini həmin avtomobilin arxasınca sürüb Şahid3 prospektində Şahid3 mərkəzinin yanında həmin avtomobilə çatıb mobil telefonu ilə videogörüntü çəkərək həmin avtomobilin dövlət qeydiyyat nişanını özündə qeyd etmişdir.Yəni həmin avtomobilin “Prirora“ markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobil olduğu qeydini götürmüşdür.Həmin vaxt sonradan adını bildiyi Fəridadlı şəxs əli ilə ona işarə edib hədələmiş və nə isə söz demişdir. Ancaq nə dediyini eşidə bilməmişdir. Ancaq ağızını açıb-yumasından, mimikasından nə isə onun ünvanına danışdığını görmüşdür. Həmin vəziyətdən sonra qorxduğundan daha onların ardınca getməmişdir. Həmin gün bərk qorxduğundan polisə gedib bu barədə şikayət edə bilməmişdir.Ancaq həmin günün səhəri, yəni 25 mart 2020- ci il tarixdə polisə gedib bu barədə şikayət ərizəsi yazıb Nərimanov rayon Polis idarəsinə vermişdir. Hadisə hardasa 4-5 dəqiqə ərzində baş verib qurtarmışdır. Hadisəni görənlər Bakı şəhərində ictimai yerdə belə bir hərəkətin silahdan havaya atəş açılmasını pisləyib həmin başqa sürücülər də nə isə olar deyə sürüb oradan uzaqlaşmışlar. Həmin vaxt bərk həyəcanlı olduğundan və hadisə yerində olmuş avtomobillərin marka və dövlət qeydiyyat nişanına fikir vermədiyindən bu barədə bir söz deyə bilmir. Hadisə baş verərkən avtomobilində tək olmuş və hadisə onun ifadəsində göstərdiyi kimi baş vermişdir. İlahənin dedikləri yalandır.Artıq hadisədən sonra adını bilib öyrəndiyi Fərid heç bir əsaslı səbəb olmadan, heç nədən sanki “bu dünyada məndən üstün başqa kimsə yoxdur” amalı ilə hərəkət edib həmin silahdan atəş açaraq onun həyacana, şoka düşməyinə səbəbkar olmuşdur.“Lada Prirora“ markalı avtomobilin sürücüsü ona qarşı heç bir xoşagəlməz hərəkət və söz işlətməmişdir. Həmin hadisə ərəfəsində İlahə ona təhqiredici söz desə də o, onlarınya içkili, ya da narkotikin təsiri altında olduqlarını düşünüb heç İlahə Zeynalovaya heç bir söz, nə təhqiramiz və nə də ki, cavab olsun belə bir söz deməmişdir. İlahə də qızdır, ola bilər ki, o, ona nə isə deyər, o da ona cavab qaytarar. Ancaq bu o demək deyildir ki, ictimai yerdə silahdan havaya atəş açıb onu və həmin yerdə olan digərlərinin həyəcanına səbəb olan hərəkətlər edəsən.Fəridin bu hərəkəti etməsini o elə bilir ki, İlahə də Fəridələ razılaşmaz.Fərid bu hərəkəti gözlənilmədən özü təkbaşına özünü ətrafda olan şəxslərə göstərmək üçün, bir sözlə özünü başqalarından üstün və toxunulmaz bir adam kimi tutub etmişdir. O ki, qaldı hadisə ərəfəsində orada onların maşının yanında digər bir maşının dayanması və həmin şəxslərin sonradan əl işarəsi olaraq Fəridə işarə etmələri və bu səbəbdən Fəridin əsəbləşib həmin hərəkətlərə yol verməsi barədə İlahənin ifadəsində göstərdiklərinə, bütün bunlar tam yalandır. Sadəcə olaraq Fəridin müdafiəsinə yönəlmiş sözlərdən başqa bir söz deyildir.Fərid həmin hərəkətlərini heç bir səbəb olmadan bilavasitə ona qarşı etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs1 əlində olmuş və atəş açmış həmin silahın lüləsi dəstək hissəsi kəsilmişdir. Silahın lüləsi adi tapançaların lüləsindən bir az uzun vəziyyətdə olmuşdur. Hadisə təxminən saat 2059 radələrində baş verdiyindən həmin hadisəni ancaq işıqforun qırmızı işığında dayanıb işıqforun yaşıl işığının yanmasını və bundan sonra hərəkət etməli olan avtomobil sürücüləri və onların avtomobilində olmuş və onun tanımadığı həmin şəxslər görmüşlər. Hadisə nəticəsində nə ona və nə də ki, hadisə baş verərkən ətrafda olmuş şəxslərə heç bir maddi ziyan dəyməmişdir. Ancaq həmin hadisə ona mənəvi ziyan vurmuşdur. Belə ki, gözləmədiyi halda silahın istiqamətini ona tərəf tutulub və başının üstü tərəfdən yuxarı atılması ani vəziyəti onu bərk qorxuzub həyacanlandırmış və o, ani vəziyətdə şok keçirmişdir.Bir də ki, ictimai yerdə belə bir hərəkətin edilməsi istər-istəməz həmin şəxslərin də təşvişinə, həyəcanına və qorxmalarına səbəb olmuş və həm də Bakı kimi bir şəhərdə silahdan atəş açılması eşidənlərdə başqa pis əhval-ruhiyənin yaranmasına və kiminsə xuliqalıq hərəkətləri etməsi kimi qiymətləndirilib pislənilir. Ona görə də bütün bunları nəzərə alsaq həmin hadisənin mənəvi ziyanı heç də maddi ziyanından geridə qalmır. Onun həmin hadisə anında silahın təsirindən qorxmağından ibarət çəkdiyi mənəvi əziyyətini heç nə ilə müqayisə edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 27.02.2020-ci il tarixdə Ülfətin güllə yarası alması barədə baş vermiş hadisədən hardasa 15 gün əvvəl Ülfətlə Bərdə mal bazarında rastlaşmışdır. Ülfət ondan mobil nömrəsini istəmiş, özü də mobil nömrəsini ona bildirmişdir. 27.02.2020-ci il tarixdə saat 21-19 dəqiqədə Ülfət ona zəng vurub Asifgilin fermasına gedən yolu soruşmuşdur. Özü də Ülfətə sola dönüb getməsini bildirmişdir. Bu zəngdən sonra Ülfət ona heç bir zəng etməmişdir. 28.02.2020-ci il tarixdə kəndlərində camaatın danışığından eşitmişdir ki, 27.02.2020-ci il tarixdə kimsə ov tüfəngi ilə Ülfətin sağ qalçasına atəş açıb onu yaralamış, sonuncu Gəncə şəhər xəstəxanasında müalicə olunur.Sonradan bu işi polisin araşdırması nəticəsində eşitmişdir ki, 27.02.2020-ci il tarixdə axşam saat 2130 radələrində Asifgilin fermasına hardasa 1,0 km məsafə qalmış, Bərdə şəhər sakini Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi lüləsi kəsilmiş ov tüfəngi ilə sağ qılçasına atəş açıb yaralamışdır. Hadisəni görməmiş, ancaq polis bu işə qarışıb araşdırandan sonra hadisəni Fərid adlı şəxsin törətdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun kiçik qardaşıdır. 27.02.2020-ci il tarixdə ona tanmadığı bir şəxs zəng vurub bildirmişdir ki, qardaşı Ülfət sağ bud nahiyəsindən güllə yarası xəsarəti alaraq, Bərdə mərkəzi rayon xəstəxanasına daxil olmuşdur. Dərhal Bərdə mərkəzi rayon xəstəxanasına getmiş, xəstəxanada qardaşı Ülfətə həkimlər tərəfindən yardım edildiyini görmüşdür. Ülfət əməliyyat olunduqdan sonra ondan bu barədə soruşduqda Ülfət ona bildirmişdir ki, 27 fevral 2020- ci il tarixdə təxminən saat 2130 radələrində Aslanov Fərid Əfqan oğlunun Bərdə rayonu Xanərəb kəndi ərazisində qəflətən əlindəki lüləsi kəsik ov tüfəngi ilə onun sağ bud nahiyəsindən bir dəfə atəş açdığını, ona xəsarət yetirdiyini, Eminin avtomobili idarə edərək onu Bərdə mərkəzi rayon xəstxanasına gətirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsində NMQ-da baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 mart 2020-ci il tarixdə Bərdə rayon Polis şöbəsinin YPX-nin inspektoru Şahid10 Bərdə rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək, 25.03.2020-ci il tarixdə saat 1130 radələrində xidmətdə olarkən 99 NH-778 dövlət qeydiyyat nişanlı “Prirora“ markalı avtomobilin sürücüsünün və həmin avtomobildə olmuş şəxslərin maşınla xuliqalıq etdiklərini və bu hərəkətləri nəticəsində 10VH-695 dövlət qeydiyyat nişanlı Mersedes- Benz markalı avtomobili vurub əzib qaçıb getməsi və həmin avtomobili saxlamaq istəyərkən həmin avtomobilin sürücüsünün onların qanuni tələblərinə məhəl qoymayaraq avtomobillə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, Bərdə şəhəri, H.Aslanov küçəsində VAZ-21010 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomobili, VAZ-2106 markalı 55BK-114 dövlət nömrə nişanlı avtomobilləri vurub əzərək hadisə yerindən qaçıb getməsini,həmin avtomobilin Bərdə rayonu Güloğlular kənd ərzisində saxlanıldığını, avtomobilin Bərdə şəhər sakini Təqsirləndirilən şəxs2 Elxan oğlunun olduğunu bildirərək, bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Məlumatdan və həmin avtomobildə olmuş şəxslərin özlərini şübhəli aparmaları avtomobilə və onların üzərinə şəxsi axtarış aparılmasını şərtləndirirmişdir. Buunla bağlı Təqsirləndirilən şəxs2 Elxan oğlunun idarə etdiyi “Prirora“ markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi zərurəti yarandığından həmin avtomobilə şahidlərin iştirakları ilə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “Lada Prirora“ markalı avtomobil Bərdə rayonunun Güloğlular kəndi ərazisində Şahid9 həyətində saxlanılımışdır. Avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ oturacağının ayaq altı hissəsindən 1 ədəd tüfəng aşkar edilmişdir. Tüfəngə baxış keçirərkən lüləsi və qundağının kəsilmiş olduğu “İJK” 16 markalı İ-167734 nömrəli 16 kalibirli olması müəyyən olunmuşdur.Tüfəngin lüləsinə baxış keçirilən zaman lülənin içərisində 1 ədəd 16 kalibirli patronun olduğu müəyyən olunmuşdur. Bundan sonra avtomobilin salonuna baxış keçirilərkən avtomobilin qabaq sağ oturacağının altından 5 ədəd kibrit qutusunda və 1 ədəd göy salafanda yaşıl rəngli kəskin qoxulu quru halda narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra avtomobilin qabaq sol oturacağının üstündən 1 ədəd qara rəngli koburada qara rəngli bıçaq aşkar edilərək götürülmüşdür.Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunmuş 1 ədəd bıçağı 5 ədəd kbrit qutusunda və 1 ədəd selefon torbada olan narkotik vasitəyə bənzər kütlənin ona məxsus olduğunu lakin avtomaşından aşkar olunan tüfəngin və tüfəngin lüləsində olan patronun ona məxsus olmadığını, hadisə zamanı avtomobilində sərnişin qismində olmuş Təqsirləndirilən şəxs1 Əfqan oğluna məxsus olduğunu bildirmişdir. Baxış zamanı avtomobildən aşkar olunmuş 5 ədəd kibrit qutusunda və selefan torbada olan kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 73,83 qram olması məlum olmuşdur. Baxış zamanı aşkar olunmuş əşyalar qablaşdırılıb götürülərkən fotoşəkilləri çəkilmişdir. Müstəntiq tərəfindən protokol tərtib edilmiş, protokolda qeyd olunanların doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Bərdə rayon Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, üzərindəki gödəkçənin sağ cibindən beşbarmaq, bir ədəd göy rəngli patron, gödəkçənin sol cibindən şəffaf sellofana bükülmüş heroinə bənzər kütlə, təsbeh, 5 manat pul, gümüşü rəngli kişi qol saatı, gümüşü kişi qolbağı aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki,Təqsirləndirilən şəxs2 Elxan oğlunu 2 ilə yaxındır, Təqsirləndirilən şəxs1 oğlunu isə 21 mart 2020-ci iltarixdən tanımışdır. Onlarla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Bakı şəhərinə getmək istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 oğlu ilə tanışlıq və yaxınlıq münasibəti olduğundan, Əli ona demişdir ki, Təqsirləndirilən şəxs1la birlikdə özünə məxsus “Prirora“ markalı 99 NH-778 nömrəli avtomobillə Bakıya gedirlər, onunla Bakıya gedə bilər. O, bununla razılaşmış və birlikdə Bakı şəhərinə getmişlər. Təxminən 3 gün Bakı şəhərində Əli ilə birlikdə onun Bakı şəhərində kirayədə qaldığı evdə qalmışlar. 24 mart 2020-ci il tarixdə Əli və Fərid ilə Bakı şəhərindən Bərdə rayonuna gəlmək üçün yola düşmüşlər. Özü avtomobildə qabaq oturacaqda, Fərid isə arxa sağ oturacaqda əyləşmişdir. Fərdin əlində lüləsi və qundağı kəsilmiş silah olmuş, sonuncu həmin silahı üstündə gəzdirmişdir.Onlar hərəkət edib Bakı şəhəri, N.Nərimanov küçəsində işıqforun qırmızı işığı yandığından Əli maşını saxlamışdır. Bu vaxt onların maşının sağ yan tərəfində KİA markalı avtomobil dayanmışdır. Avtomobili idarə edən sonradan adını bildiyi Leyla adlı qız ona baxıb gülmüşdür. Bunu görən Fərid maşının arxa sağ pəncərəsinin şüşəsini aşağı endirib heç bir səbəb olmadan odlu silahdan bir dəfə Leylanın başının üzəri tərəfdən göyə atəş açmışdır. O və Əli Fəridi atəş açdığına görə qınamışlar. Fərid isə onlara heç bir söz deməmişdir. Təxminən saas 05 radələrində Bərdə şəhərinə çatmışlar. Təqsirləndirilən şəxs1 aparıb Bərdə rayonu Xanərəb kəndində Asif Süleymanovun fermasında maşından düşürmüşlər. Həmin vaxt Asif də orada olmuşdur. Bundan sonra Əli ilə Əlinin yaşadığı Təbriz küçəsinə, bina evinin qarşısına gəlmişlər. Əli maşını saxlamış, özü maşında tək qalmış, Əli düşüb evlərinə getmişdir. Səhər saat 0930 radlərində Əli onun yanına gəlmiş, demişdir ki, gedib fermadan Fəridi və Asifi götürüb Bərdə şəhərinə gələcəklər. Əli ilə Bərdə rayonu Xanərəb kəndinə Asif Süleymanovun fermasına getmişlər. Oradan Fəridi və Asifi maşına götürüb Bərdə şəhərinə qayıtmışlar. 25.03.2020-ci il tarixdə onlar Fəridi Asifin fermasına apararkən, fermaya yaxınlaşıb yolun içindən keçən su borusunun üstündən keçərkən Fəridi ona və Əliyə demişdır ki, bu yerdə bir nəfərə əlindəki lüləsi və qundağı kəsilmiş silahla atəş açıb xəsarət yetirmişdir. Bərdə şəhərində hərəkətdə olarkən Əli demişdir ki, onları polis işçisi Ramin izləyir. Fərid Əliyə maşını sürməsini və saxlamamasını bildirmişdir. Əli də maşını saxlamayaraq idarə etmişdir. Həmin gün Bərdə şəhərində “İlqar marketin” qarşısında Əlinin maşını VAZ-2106 markalı maşınla toqquşmuşdur. Yenə də Əli yoluna davam etmişdir. Onlar hərəkət edib Bakı küçəsi ilə gedərkən maşında əl atıb Fəridin əlində olan silahdan tutub qoymamışdır ki, polislərə atəş açsın. Əli maşını Bərdə şəhər ərazisindən Bərdə rayonu Güloğlular kəndinə doğrü sürmüşdür. Orada həyət darvazası açıq olan həyətə maşını salmışlar.Polis əməkdaşları da Əlinin arxasınca gəlib onun həmin yerdən çıxmasının qarşısını almışlar. Sonra polislər maşından Əlini, Fəridi və Asifi düşürmüşlər. Özü maşından düşüb Əlinin oturduğupolis maşınına minib Bərdə rayon Polis şöbəsinə gəlmişdir. Əlinin maşınına həmin yerdə Əlinin iştirakı ilə polis işçiləri baxış keçirmişlər. Avtomobildən qundağı kəsilmiş tüfəng, patron, bıçaq, narkotik maddə aşkar edilərək götürulmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki,25 mart 2020-ci il tarixdə saat 12 radələrində qardaşı Əliyev Cavid Elşən oğlu ilə Bərdə rayonu Güloğlular kəndində evlərində olarkən, həyət darvazaları açıq olduğundan həyətlərinə “Prirora“ markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobil gəlib dayanmış və həmin avtomobil dayanan kimi arxasınca polis əməkdaşları da maşınla gəlib həyətlərinə daxil olmuşlar. Polis əməkdaşları ona və qardaşı Cavidə bildirmişlər ki, onların evinin həyətində dayanmış “Prirora” markalı 99 NH -778 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirəcəklər.Polislər ona və qardaşı Cavidə təklif etmişlər ki, baxışda qardaşı ilə birlikdə hal şahidi kimi iştirak edəcəklər. Qardaşı və özü könüllü olaraq razılıq vermişlər. Müstəntiq ona və qardaşına hüquq və vəzifələrini izah etmişdir. “Prirora“ markalı 99NH-778 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən polis işçiləri avtomobilin qabaq sağ oturacağının ayaq altı hissəsində 1 ədəd tüfəng aşkar etmişlər.Həmin tüfəngə baxış keçirərkən lüləsi və qundağının kəsilmiş olduğu, 16 kalibirli olması müəyyən olunmuşdur.Tüfəngin lüləsinə baxış keçirilərkən lülənin içərisində 1 ədəd 16 kalibirli patronun olduğunu görmüşlər. Avtomobilin salonuna baxış keçirilərkən avtomobilin qabaq sağ oturacağının altından 5 ədəd kibrit qutusunda və 1 ədəd göy salafanda yaşıl rəngli kəskin qoxulu quru halda narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Avtomobilin qabaq sol oturacağının üstündən 1 ədəd qara rəngli koburada bıçaq aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunmuş 1 ədəd bıçağın, 5 ədəd kibrit qutusunda və 1 ədəd selefon torbada olan narkotik vasitəyə bənzər kütlənin ona məxsus olduğunu lakin avtomaşından aşkar olunan tüfəngin və tüfəngin lüləsində olan patronun ona məxsus olmadığını, avtomobilində sərnişin olmuş Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. Baxış zamanı avtomobildən aşkar olunmuş 5 ədəd kbrit qutusunda və selefan torbada olan kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 73,83 qram olmuşdur. Baxış zamanı aşkar olunmuş əşyalar qablaşdırılıb götürülərkən fotoşəkilləri də çəkilmişdir. Müstəntiq protokol tərtib etmiş, digər iştirakçılar ilə birlikdə protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsində DYPB-də YPX inspektoru vəzifəsində işləyir. 25 mart 2020-ci il tarixdə Bərdə rayon Polis şöbəsinin DYPB-nin YPX- nin sabiq inspektoru X19 ilə birlikdə Bərdə şəhəri, Şahid3 prospektində xidmətdə olarkən saat 1130 radələrində 99NH -778 dövlət qeydiyyat nişanlı “Prirora“ markalı avtomobilin sürücüsünün və həmin avtomobildə olan şəxslərin maşınla xuliqalıq etdiklərini və bu hərəkətlərini ətrafda olan şəxslərə nümayiş etdirdiklərini, nəticədə 10VH-695 dövlət qeydiyyat nişanlı Mersedes-Benz markalı avtomobili vurub əzib qaçıb getdiklərini görüb, avtomobili saxlatmaq istəyərkən həmin avtomobilin sürücüsü Əsədov Əli Elxan oğlu avtomobildə olan dostları Təqsirləndirilən şəxs1 və X9 ilə əlbir olub, avtomobili belə tərzdə idarə etməyi davam etmişlər. Qərəzli xuliqalıq hərəkətlərinin qarşısını almaq istəsələr də avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 oğlunun avtomobilin salonunda olan Asif Süleymanov və Təqsirləndirilən şəxs1la birlikdə həmin tərzdə hərəkətlər edib avtomobili sonuncularla əlbir olan Təqsirləndirilən şəxs2 idarə edib onların qanuni tələblərinə məhəl qoymayaraq avtomobillə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, Bərdə şəhəri, H.Aslanov küçəsində VAZ-21010 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomobili və VAZ- 2106 markalı 55 BK-114 dövlət nömrə nişanlı avtomobilləri vurub əzərək hadisə yerindən qaçıb getdiklərini görüb onlara avtomobili saxlamalarını belə tərzdə hərəkətlərini davam etdirməmələrini nəzərlərinə səsgüclənirici ilə çatdırsalar da onlar maşını saxlamayıb hərəkət etdiklərini və onlarda maşında silah və narkotik olmasını ehtimal edib həmin avtomobili izləməyə başlayıb avtomobildə olan şəxsləri cinayət başındaca yaxalamağa çalışmışlar. Ona görə də avtomobilin Bərdə şəhəri, Bakı küçəsinə çıxıb, oradan da Bərdə rayonu Güloğlular kənd ərzisinə doğru hərəkətdə olmasını görmüşlər. Təqsirləndirilən şəxs2 avtomobilini idarə edib, Bərdə rayonu Güloğlular kəndi ərazisində Şahid9 həyətində avtomobili saxlamışdır. Onlar həmin avtomobilin qeyd olunan yerdə olduğunu görüb, onların qərəzli xuliqanlıq hərəkətləri etdikləri və bu barədə müvafiq tədbir görülməsi üçün raport yazıb polis şöbəsinə təqdim edib tədbir görülməsni xahiş etmişlər.Polis işçiləri həmin yerə gələnə qədər qeyd olunan yerdə onların qalmasını təmin etmişlər. Avtomobilə baxış keçirilməsi Bərdə rayon Polis şöbəsinin İB-nin müstəntiqi Mətin Qənbərova həvalə edilmişdir. Daha sonra Vasiflə xidmətlərini davam etdirmək üçün öz xidmət yerlərinə gəlib xidmətlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki,Bərdə rayon polis şöbəsində CAB-də baş əməliyyat müvəkili vəzifəsində işləyir.25 mart 2020- ci il tarixdə saat 1130 radələrində Bərdə şəhəri, Şahid3 prospekti ilə idarə etdiyi Hyndai markalı 90 AP-338 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 Elxan oğlunun idarə etdiyi 99 NH-778 dövlət qeydiyyat nişanlı “Prirora“ markalı avtomobili qəza şəraiti yarada biləcək vəziyytdə idarə etdiyionun diqqətini cəlb etmişdir.Avtomobilinin ön faralarını yandırıb söndürmüşdür ki, belə qaydada şəhər mərkəzində manevr etmək düzgün olmadığını sürücünün nəzərinə çatdırsın. Əli avtomobili idarə edib Bərdə şəhəri, Qarabağ qəsəbəsindən Şahid3 prospektinə çıxararkən ikinci dərəcəli yolda avtomobili saxlamayıb Şahid3 prospekti ilə avtomobil hərəkət etmədiyi vəziyətdə həmin yola çıxmalı olduğu halda avtomobilini dayandırmadan hərəkət etdirdiyindən həmin ərəfədə onun və eyni zamanda digər hərəkət iştirakçılarının hərəkətinə təhlükə yaradaraq hərəkət etdiyini özü və prospektdə xidmət aparan Bərdə rayon Polis şöbəsinin DYPB-nin YPX inspektoru Şahid10 və Vasif adlı polis işçiləri də görüb müşahidə etmişlər. Onlar da həmin avtomobil sürücüsünə belə tərzdə hərəkət etməməsini avtomobilini saxlamasını bildirsə də Elxan Əsədov həmin avtomobilində olmuş şəxslərlə birlikdə, yəni Süleymanov Asif Şəmsəddin oğlu və Təqsirləndirilən şəxs1 Əfqan oğlu ilə maşınla xuliqalıq edərək, yəni qəsdən saymazyana halda bu hərəkətlərini ətrafda olan şəxslərə nümayiş etdirməklə, nəticədə həmin avtomobil 10VH-695 dövlət qeydiyyat nişanlı Mersedes-Benz markalı avtomobili vurub əzib qaçıb getdiyini görmüşlər. Həmin vaxt YPX inspektoru Şahid10 həmin avtomobili saxlatmaq istəyərkən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 oğlu avtomobilin salonunda olan yaxın dostları Təqsirləndirilən şəxs1 Əfqan oğlu və Süleymanov Asif Şəmsəddin oğlu ilə əlbir olub, yəni avtomobili belə tərzdə idarə etməyi onlar özlərinin digərlərindən üstün olmaq, şəhərdə diqqəti özlərinə yönəltdirib polisə və qeyri vətəndaşlara qarşı saymamazlıq pisxalogiyasından irəli gələn hərəkətlər etdiklərini və onların bu tərzdə qərəzli xuliqalıq hərəkətlərinin qarşısını almaq istəynlərə də tabe olmamaq, yəni kimsəni saymamaq xuliqanlıq etmək fikiri ilə hərəkət etdiklərini göstərmişdir. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 Elxan oğlu avtomobilin salonunda olan Asif Süleymanov və Təqsirləndirilən şəxs1la birlikdə həmin tərzdə hərəkətlər edib avtomobili sonuncularla əlbir olan Təqsirləndirilən şəxs2 idarə edib, onların qanuni tələblərinə məhəl qoymayaraq avtomobillə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, Bərdə şəhəri, H.Aslanov küçəsində “İlqar” marketin yanı ilə hərəkətdə olarkən, avtomobili VAZ-21010 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomobilə, VAZ- 2106 markalı 55BK-114 dövlət nömrə nişanlı avtomobilə vurub əzərək hadisə yerindən qaçıb getdiklərini görüb, onlara avtomobili saxlamalarını belə tərzdə hərəkətlərini davam etdirməmələrini nəzərlərinə səsgüclənirici ilə YPX inspektoru Şahid10 çatdırsa da onlar maşını saxlamayıb hərəkət etmişlər.Nahid Aşurəliyev həmin avtomobili izləməyə başlamışdır ki, avtomobildə olan şəxsləri yaxalasın.Ona görə də həmin vaxt Nahid və onun həmkarı Vasif avtomobilin Bərdə şəhəri, Bakı küçəsinə çıxıb oradan da Bərdə rayonu Güloğlular kənd ərzisinə doğru hərəkətdə olmasını görüb, Əli Əsədovun avtomobilini idarə edib Bərdə rayonu Güloğlular kəndi ərazisində Şahid9 həyətində avtomobili saxladığından bu barədə dərhal polis şöbəsinin rəhbərliyinə raportla Nahid Aşuralıyev müraciət edərək, avtomobilə baxış keçirilməsini bildirmişdir. Həmin avtomobildə olan şübhəli şəxs Aslanov Fərid Əfqan oğlunun saxlanması ona və Bərdə rayon Polis şöbəsinin İTB-nin rəisi polis mayor Şahid12 Naib oğluna tapşırıldığından onlar onu özünün idarə etdiyi avtomobildə həmin yerdə Təqsirləndirilən şəxs2 avtomobilinə baxış keçirilib qurtarmasına qədər saxlanmasını təmin etmişlər. Təqsirləndirilən şəxs2 oğlunun avtomobilinə baxış keçiriləndən sonra və həmin baxışda iştirak etmiş Bərdə rayon Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid4 Əhliqar oğlu da gəlib maşında arxada Fərid Aslanovun yanında oturduqdan sonra sonuncunu Bərdə rayon Polis şöbəsinə üzərində şəxsi axtarış aparılması üçüngətirmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobil Bərdə rayonu Güloğlular kəndində saxlanması təmin olunmuş, avtomobilə baxış keçirilmiş, avtomobildən lüləsi və dəstəyi kəsilmiş ov tüfəngi və narkotik aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki,Bərdə rayon Polis şöbəsində İTB-nin rəisi vəzifəsində işləyir.25 mart 2020-ci il tarixdə saat 1130 radələrində X25 rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciəti əsasında ictimai asayişi mühafizə etmək və habelə Bərdə rayonu Güloğlular kəndində saxlanmış şəxslər üzərində şəxsi axtarış keçirilməsinə zərurət yarandığından, Bərdə rayonunu Güloğlular kəndinə getmişdir. Orada Təqsirləndirilən şəxs2 avtomobilində olan şəxslərdən birinin Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılana qədər onun Bərdə rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid11 və Bərdə rayon Polis şöbəsinin NMQnun əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Şahid11 idarə etdiyi polis şöbəsinə məxsus Hundai markalı 90 AP-338 dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması üçün polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin həyətinə çatanda onlar Bərdə rayon Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid5 və Bərdə rayon Polis şöbsəinin PPX bölüyünün polis nəfəri Şahid6 görüb, Təqsirləndirilən şəxs1 orada maşından yerə düşürmüşlər. Şahid4 Fəridi onların saxlamasını və rəhbərliyə məruzə edib həmin şəxsin saxlanması üçün polis nəfərlərinin gəlməsini təmin etmək üçün polis şöbəsinə qalxıb təxminən 3-5 dəqiqə keçmiş qayıdıb gəlmişdir. Onunla birlikdə Bərdə rayon Polis şöbəsinin PPX bölüyünün polis nəfərləri Şahid13 və Şahid14 həmin yerə gəlib Təqsirləndirilən şəxs1 Əfqan oğlunun üzərinə baxış keçirilməsinə qədər onun saxlanmasının təmin edilməsi onlara həvalə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadə verərək göstərmişdir ki,Bərdə rayon Polis şöbəsində PPX bölüyündə polis nəfəri işləyir. 25 mart 2020-ci il tarixdə saat 1320 radələrində özü və Bərdə rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid14 rəhbərliyin göstərişi ilə həmin vaxt pols həmkarları Şahid4, Şahid12 və Şahid11 tərəfindən polis şöbəsinə gətirilmiş, Bərdə şəhər sakini Aslanov Fərid Əfqan oğlunun üzərində şəxsi axtarış aparılmasına qədər onlar tərəfindən saxlanmasının təmin olunması tapşırıldığından və onun üzərinə şəxsi axtarış aparılana qədər əllərini əyninə geymiş olduğu paltarlarının üzərində olan ciblərinə daxil etməməsi tapşırılmışdır.Fərid Aslanov həmin əsasda iş otağında onun üzərində şəxsi axtarış aparılana qədər saxlanılmışdır. Həmin müddət ərzində Təqsirləndirilən şəxs1 yanına hər hansı bir polis işçisi gəlməmiş və ümumiyyətlə onunlakimsə ünsiyyətdə olmamışdır. Artıq onun üzərində şəxsi axtarış aparan müstəntiq Mətin Qənbərov tərəfindən şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. Bundan sonra onlar həmin şəxsi axtarışda iştirak etmədən çıxıb xidmətə gedib xidmətlərini davam etdirmişlər. Sonradan eşitmişdir ki, Fəridin üzərində şəxsi axtarış aparılmaqla onun üzərindən narkotik vasitə heroin və beşbarmaq aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 Şahid13 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına gətirilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı veriyi ifadəsi elan olunmuş, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstırmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisi nəvəsidir. Onunla bir qohum kimi münasibəti tam normaldır. Aralarında heç bir ədavət və narazılıq doğuran hal yoxdur.27.02.2020-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs1 tüfənglə atəş açılıb sağ qılçasından xəsarət alması hadisəsindən hardasa 3-4 gün əvvəl olardı ki, Bərdə şəhərinə gəldiyindən Ülfətlə Bərdə şəhərində yaşadığı evində görüşmüşdür. Ülfətgilə gedib onunla görüşməkdə hər hansı bir məqsədi olmamışdır. Sadəcə olaraq Bərdə şəhərinə gəldiyindən onlara gedib bir qohum kimi görüşmüşdür. 28 fevral 2020- ci il tarixdə hardasa gecə 01-02 radələrində əmisi X21 onun Bərdə rayonu Xanərəb kəndində yaşadığı evinə gəlmişdir. Həmin vaxt əmisi Əmiş Fərəcov Ülfətin ayağından güllə dəydiyini və bu səbəbdən Bərdə MRX-da müalicə olnduğunu demişdir. Əmisindən Ülfətə kimin atəş açıb xəsarətləndirdiyini soruşmuş, əmisi də ona Ülfəti kimin silahla atəş açıb vurmuş olduğunu bilmədiyini demişdir. Bu sözləri əmisi ona deyib evdən çıxıb xəstəxanaya gedəcəyini bildirmişdir.Sonradan Bərdə rayon Polis şöbəsində aparılan araşdırma nəticəsində ona məlum olmuşdur ki, 27.02.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bərdə şəhər sakini Təqsirləndirilən şəxs1 lüləsi kəsilmiş ov silahından açılmış atəş nəticəsində sağ ayağından xəsarət yetirmişdir. 15 sentyabr 2020-ci il tarixdə saat 2030 radələrində Borsunlu-Hindarx avtomobil yolunda avtomobil qəzası zamanı ölmüş X4 ibtidai istintaq zamanı veriyi ifadəsi elan olunmuş, sonuncu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Xanərəb kəndində anadan olub həmin kənddə yaşayır.Belə ki, həmin kəndin kənarında onun atası Şəmsəddin Süleymanovun ferması var və həmin fermada heyvanlarını saxlayıb ailəsini dolandırır.Təqsirləndirilən şəxs1 Əfqan oğlunu təxminən 1 il olar ki, tanıyır.Təqsirləndirilən şəxs2 oğlunu isə Fəridə görə tanımışdır.Fərid əvvəllər polislərlə bir neçə dəfə işi olduğuna görə qaçıb onun fermasına gəlmişdir. Təqsirləndirilən şəxs1 27.02.2020-ci il tarixdə axşam saat 2130 radələrində onların fermasında olarkən çöldə səs gəldiyinə görə o, çölə çıxıb orada Zərərçəkmiş şəxs1 üstündə gəzdirdiyi dəstəyi və qundağı kəsilmiş silahdan atəş açaraq onu qılçasından xəsarətləndirmişdir.Bərdə şəhər sakini Zərərçəkmiş şəxs1 lap uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs1 hardasa 1 ilə yaxındır ki, tanıyır. Onun Zərərçəkmiş şəxs1 ilə normal münasibəti var. Onların hər ikisi ilə heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Atası X14 oğlunun yaşadığı Bərdə rayonu Xanərəb kəndi yaxınlığında, hardasa kənddən 1 km aralıda iribuynuzlu heyvanlar saxladığı ferması yerləşir.Ancaq orada gecələr heyvan saxlamırlar. Buna baxmayaraq həmin ferma onların olduğundan o, həmişə fermaya gedib-gəlir.O, bir qayda olaraq heyvanların önnəşdirilməsində günüzlər köməklik edir. Həmin fermada onun idman etmək üçün müəyyən alətləri də var. Çox vaxt həmin yerə gedib idman alətlərindən istifadə etməklə idman edir. Bu yolla boş vaxtından səmərəli istifadə edir. O, Fəridlə dost olduğundan Fərid axşam tərəfləri atasının fermasına gəlir və orada Fərid də onunla bərabər idman alətlərdən istifadə etməklə idman edir. 27 fevral 2020-ci il tarixdə təxminən saat 19 radələrində Fərid ona özünün səhv etmirsə istifadəsində olan ***-***-**-** nömrəsi ilə zəng edərkən Xanərəb kəndində evlərində olmuşdur.Fərid ona demişdir ki, onlara evə gəlmək istəyir. O da evdə olduğunu gəlməsini bildirmişdir. Hardasa 1 saat sonra təxminən saat 20 radələrində Fərid gəlmişdir.Fərid həyətə daxil olarkən əynində qara rəngli gödəkçə olmuşdur. Fərid onlara gələndən sonra Fəridə demişdir ki, evlərində qonaq olduğundan fermalarına getsinlər. Orada söhbət edib, məşq edib vaxtlarını keçirsinlər.Onlara qonaq gələn bacısıgil, yəni Ayşə Süleymanova və onun qaynanası olmuşdur. Onlar Fəridin onlara gəlməsini görməmişlər. Evdə bacısıgil olduğundan, tünnük olduğundan Fəridi evlərinə dəvət etməyib fermaya getməyi təklif etdiyindən Fərid də onunla razılaşmış və onlar piyada 1 km məsafədə yerləşən atası Şəmsəddinin fermasına getmişlər. Fermaya gedəndən sonra otağa daxil olub odun peçini qalamışlar.Ordanburdan söhbət etmişlər. Aradan hardasa 2 saat 30 dəqiqə keçmiş, saat 2130 radələrində otaqda olarkən çöldə səs eşitmişlər.O, ilk öncə çölə çıxmışdır.Görmüşdür ki, fermanın hardasa 100-150 metrlyində su turbasının yanında kimsə dayanıb fit verir və belə desək məzə çıxaracaq səslər edir. O, bu vəziyyətdə həmin şəxsə tərəf hərəkət etməyə başlamışdır. Bu vaxt Fərid də ondan arxada hardasa 5-6 metr hərəkət etmişdir.O, həmin vaxt Fəriddən öndə olduğundan, yəni həmin şəxslə ara məsafəsi hardasa 70-60 metr qalarkən soruşmuşdur ki, “Orxan bu sənsən?”. Həmin şəxs yenə fitə basdığından Fərid ona nalayiq söyüşlər etmişdir.O, bu vaxt həmin şəxsə yaxınlaşıb görmüşdür ki, həmin şəxs onların əvvəllər kəndçisi olmuş Zərərçəkmiş şəxs1dur və onun yanında bir nəfər də tanımadığı oğlan vardır.O, Ülfətə yaxınlaşıb demişdir ki, onu tanımadılar, o onu niyə fitləyir.Onu tanısaydılar heç ona söyməzdilər. Həmin vaxt onlar qarşılaşdıqları yerin təxminən 3 metrliyində VAZ-21099 markalı, nömrəsinə fikir vermədiyi, səhv etmirsə qara rəngli minik avtomobilinin dayandığını görmüşdür.Bu vaxt o, Ülfətdən soruşmuşdur ki, bu vaxt gecə vaxtı burada nə gəzir. Ülfət də cavab vermişdir ki, azmışlar. Ülfət onlardan soruşmuşdur ki, ona söyüş söyənkim olmuşdur. Fərid də Ülfətə demişdir ki, söyüş söyən odur. Ancaq onun Ülfət olmasını bilmədiyindən söymüşdür.Həmin vaxt o, onlar mübahisə etməsin deyə Ülfətə demişdir ki, ondan o, söyüşü gözləməsin. Fərid də bilmədən ona söymüşdür. Bu vaxt Ülfət Fəridin üstünə tərəf gedərək, əlini belinin arxa tərəfinə aparıb elə görüntü yaratmışdır ki, guya nə isə çıxarıb Fəridi vuracaqdır. Bu an Fərid üstündə olan təklüləli lüləsi kəsilmiş ov tüfəngini Ülfətlə ara məsafələri hardasa 6-7 metr olarkən onun qılçasına tərəf tutub bir dəfə atəş açmışdır.Ülfət də arxası üstə yerə yıxılmışdır.Yerə yıxılandan sonra o, dərhal Ülfətlə həmin yerə gəlmiş, sonradan adını bildiyi Eminə qışıqırmışdır ki, gəlsin Ülfəti xəstəxanaya çatdırsınlar. O da gəlib ona kömək etmişdir. O, Ülfətin baş tərəfindən Emin isə ayaq tərfindən tutub Ülfəti öz maşının arxa oturacağına sol tərəfdən uzatmışlar. Emin maşını işə salıb Ülfəti xəstəxanaya aparmışdır. O və Fərid isə oradan qaçmışlar. O,elə fermanın yanında Fəriddən ayrılıb orada fermada olan atlarına minib kəndlərinin girəcəyində su nasosunun yanına gəlib, orada atdan düşüb, atı həmin yerə hörükləmişdir. Sonra isə yol ilə hərəkət edən VAZ-2106 markalı ağ rəngli, nömrəsini bilmədiyi maşına minib, Bərdə rayonu Ağalı kəndinin yaxınlığında yerləşən hərbi hissənin yanına gedən avtomobil yoluna çıxmışdır. Oradan hərəkət edib Bərdə şəhər avtovağzalına gəlib çıxarkən, saat 23-24 radələri olmuşdur.O, qorxduğundan çıxıb Bakı şəhərinə getmişdir. Fəridin Ülfətə açmış olduğu silah təklüləli və lüləsi hardasa 20 sm kəsilmiş olan ov silahıdır və o, həmin silahı Fəridin üzərində əvvəllər də görmüşdür. Fərid həmin silahdan elə belə hərdən quş-zad görəndə quşa atırdı. Fəridlə Ülfər arasında mübahisə hardasa 5-10 dəqiqə ərzində davam edib başa çatmışdır. Bu hadisə heç nədən baş vermişdir. Fəridin Ülfətə ciddi bir xəsarət yetirmək və ya onu öldürmək məqsədi olmamışdır.Sadəcə olaraq Ülfətin fit verməsi Fəridin xoşuna gəlmədiyindən Fərid nalayiq söyüş etmişdir. Ülfət də nə səbəbə söyüş etdiyini Fəriddən soruşub onun üstünə gedərkən, Fərid də elə başa düşmüşdür ki, Ülfət yəqin onu vuracaq. Ona görə üstündə olan təklüləli lüləsi hardasa 20 sm qədər kəsilmiş ov tüfəngindən bir dəfə Ülfətin sağ qılçasına atəş açıb onu yaralamışdır. O da onu danlamışdır ki, axı heç nədən tanımadığı, bilmədiyi adama niyə atəş açır. Fərid bunu edəndən sonra qaçıb getmişdir.O da Ülfəti Eminlə maşına qoyub xəstəxanaya yola salmışdr. Fəridin Ülfətə qarşı hər hansı bir öldürmək ona ciddi xəsarət yetirmək fikiri olmamışdır.Ülfət Fəridə tərəf gedib nə səbəbə ona söydüyünü soruşarkən Ülfət nədənsə əlini arxa cibinə tərəf apardığından,Fərid elə başa düşmüşdür ki, Ülfət onu nə iləsə vuracaq, ona görə də tez 2-3 metr geri çəkilib Ülfətin sağ qılçasına atəş açmışdır.Həmin hadisə yerində o, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1 və Emin adlı şəxs olmuşlar. Həmin hadisə zamanı hadisənin səbəbkarı Fərid olmuşdur. Belə ki, Fərid əlindəki ov tüfəngindən gərək Zərərçəkmiş şəxs1 atəş açmayaydı. Hadisə zamanı Ülfət Fəridə və ona qarşı hər hansı bir hərəkətə yol verməmişdir. Sadəcə olaraq elə onlardan nə səbəbə ona söyüş söydüklərini soruşarkən o, söyüş söymədiyini bildirmişdir. Fərid isə qaranlıq olduğundan, Ülfəti tanımadığından sadəcə olaraq Ülfətin fit verməsi onu əsəbləşdirdiyindən ona söymüş olduğunu bildirmişdir.Hadisə zamanı o, nə Ülfətə və nə də ki, Ülfətin yanında olan Eminə qarşı heç bir xoşagəlməz hərəkətə yol verməmişdir. Əksinə çalışmışdır ki, dava olmasın. Ancaq çox ani vəziyətdə Fərid üstündə olan lüləsi kəsik ov tüfəngi ilə Ülfətə atəş açdığından Ülfət yerə yıxılmışdır. Bundan sonra o və Ülfətin yanında olan Emin köməkləşib Ülfəti öz maşınına qoyub Eminin idarə etməsi əsasında xəstəxanaya yola salmışdır. Hadisə zamanı Emin nə ona qarşı və nə də ki, Fəridə qarşı hər hansı bir xoşagəlməz hərəkətə yol verməmişdir. Lüləsi hardasa 20 sm olar ki, kəsilmiş ov tüfəngini Fəridin üzərində olmasını əvvəllər də görmüşdür. Daha ondan həmin silahı haradan alması barədə ondan soruşmadığından bu barədə bir söz deyə bilmir. Fərid həmin silahdan quş qarşısına çıxnda quşa da atmış olduğunu bir neçədəfə görmüşdür.O, Ülfətin nə səbəbə görə həmin yerə gəlib çıxdığını bilmir. Ancaq sonradan eşitdiyinə görə o, hansısa tanış ilə görüşmək üçün onların fermasının yanına gəlib çıxmışdır.Eşitdiyinə görə yolu həmin yerdə tanımadığından maşınını saxlamış və orada düşüb fit verəməyə başlamışdır. Elə buna görə də onlar Fəridlə fermadan çıxandan sonra Fərid Ülfətin fit verdiyinə görə nalayiq söyüş etmiş və onlar ona tərəf gedərkən o öndə Fərid isə arxada ondan hardasa 5-6 metr arxada olmuşdur. Son halda Ülfət nə səbəbə ona söyüş söyüldüyünü onlardan soruşanda o demişdir ki, o, söyüş etməmişdir. Fərid isə söyüş söydüyünü Ülfətə bildirmişdir. Bu vaxt Ülfət əlini şalvarının arxa cibinə tərəf aparanda Fərid elə bilmişdir ki, Ülfət onu nə iləsə vuracaqdır.O, heç gösləmədiyi halda Fərid arxaya çəkilib əlində olan lüləsi kəsilmiş ov tüfəngi ilə Ülfətin sağ ayaq nahiyəsinə atəş açımışdır. Ülfət həmin nahiyədən xəsarət aldığından sağ tərəfi üstə yerə yıxılmışdır. Təqsirləndirilən şəxs1 Ülfətə qarşı cəmi bir dəfə atəş açmış və atəş açandan sonra qaçıb getmiş, ikinci dəfə ona atəş açmağa və ya onu əllə və ya əlindəki silahla atəş açmadan zərbə ilə vurmağa cəhd göstərməmişdir. Hadisə yerində VAZ-21099 markalı 05 BD-701 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi hadisə yerinə doğru ön hissəsi isə yola doğru olmuşdur. Həmin yer kənddən aralı olduğundan və həmin yerdə kimsə olmadığından və həm də hadisə saat 2130 radələrində qaranlıqda baş verdiyindən, bununla belə hadisə baş verən yerdə kənar kimsə olması mümkün olmadığından, yəni adam olan yer olmadığından heç kəs olmayıb və buna görə də orada onlar 4 nəfərdən başqa kimsə olmamışdır. Fərid Ülfətə atəş açanda patron silahın içində olmuş və elə bir onu görmüşdür ki, çaxmağı çəkib Ülfətə atəş açmışdır. Atəşin açılmağı ilə Ülfətin yerə yıxıldığını görmüşdür.Bu hadisədən sonra ikinci hadisə belə olmuşdur ki, 25 mart 2020-ci il təxminən saat 0930 radələrində fermada olarkən fermaya qara rəngli “Lada Prirora“ markalı 99NH-778 dövlət nömrə nişanlı avtomobilin gəldiyini görmüşdür.Görmüşdür ki, Fərid Əli ilə gəlibdir. Onlar fermada hardasa 10 dıqiqəyə qədər söhbət etmişlər.O, Fəridə demişdir ki, o gedib atası ilə barışmalıdır. Düzü o, bunu bir-neçə dəfə Fəridə deyəndən sonra o, razılaşmışdır.Əlinin maşınına qabaq sağ oturacağa əyləşərkən maşında arxada bir qızın əyləşdiyini görmüşdür.Əliyə demişdir ki, avtomobili Fəridin yaşadığı evlərinə, Qarabağ qəsəbəsinə sürsün. Onlar Qarabağ qəsəbəsinə daxil olub Fəridin evinə çatmağa az qalmış ağ rəngli Hundai markalı avtomobildə polis işçiləri onların qarşına çıxmışlar.Fərid polisləri görən kimi Əliyə qışqırmışdır ki, avtomobili saxlamasın sürüsün qaçıb getsinlər. Əli də onun sözünü eşitmiş, maşını Əli arxa küçələrlə sürüb bu qaydada onlar polislərdən qaçmağa başlamışlar.Lakin onlar hansı küçəyə daxil olmuşlarsa polislər də onların arxasınca hərəkət etməyə başlamışlar. Həmin vaxt Fərid üzərində olan lüləsi və qundağı kəsilmiş tüfəngi çıxarmışdır.O, ehtiyatlanmış və Fəridə demişdir ki, polis işçilərinə güllə atmasın.Onlar Bərdə şəhəri, H.Aslanov küçəsi ilə gedərkən polislər yolu bağlamışlar.O, Əliyə Fəridə demişdir ki, maşını saxlasınlar polisə tabe olsunlar.Ancaq onlar razılaşmamışlar.Fərid yolun bağlandığını görüb Əliyə maşını saxlamamasını sürüb vurub çıxıb getməyi demişdir. H.Aslanov küçəsində “İlqar” marketin yanında yol bağlı olmuş olsa da Əli maşını vurub ötüb keçmişdir.Artıq onlar Bərdə şəhəri, Bakı küçəsinə daxil olub Güloğlular kənd istiqamətinə gedərkən polislər avtomobillərini onların avtomobilin böyür tərəfinə verib avtomobili saxlamalarını bildirmişlər.Həmin vaxt Fərid avtomobilin pəncərəsinin şüşəsini aşağı endirib silahı oradan çölə çıxarıb onlara atacağını demişdir.O, Fəridin əlindən silahı zorla alıb avtomobildə ön ayaq altına qoymuşdur ki, götürə bilməsin.Son halda onlar Bakı küçəsindən Bərdə rayonu Güloğlular kəndinə gedən yola dönmüşlər.Həmin yerdə Əlikəndarası yolu səhv salıb maşını bir həyətə sürməli olmuşdur.Artıq həmin həyətdə yol qurtardığına görə oradan kənara çıxa bilməmişlər.Artıq polis işçiləri də onlara çatıbsaxlatmışlar, harasa getmək imkanları olmamışdır. Həmin həyətdə hal şahidlərinin iştirakı ilə polis əməkdaşları Əlinin maşınına baxış keçirmişlər.Avtomobildən narkotik, odlu silah, bıçaq aşkar olunmuşdur.Onu isə polis əməkdaşları Bərdə rayon polis şöbəsinə gətirmişlər.Onu müdafiəçi ilə təmin edib üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar.Polis şöbəsində onun əynində olan gödəkçənin sağ yan cibindən onun 1 ədəd sellefan bükümdə olan narkotik vasitə olan tiryəki aşkar edib götürmüşlər.Polislər həmin narkotiki elektron tərəzidə çəkmişlər.Həmin narkotikin çəkisi 7,64 qram olduğunu görmüşlər. Onun üzərindən aşkar olunmuş narkotik müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüdür. Onun üzərindən polislərin aşkar edib götürdükləri narkotiki o, 25.03.2020-ci il tarixdən hardasa 10-15 gün əvvəl Bərdə rayonu Xanərəb kəndində gəzərkən yoldan tapmışdır. Həmin narkotiki öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt polislər onları saxlamaq istəyərkən onlar Əlinin maşını ilə qaçarkən Fərid həmin lüləsi və qundağı kəsilmiş silahı çıxarıb polislərə atmaq istəyərkən o, zorla silahı onun əlindən alıb avtomobilin qabaq oturacağının ayaq altına atmışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 25 mart 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, polis əməkdaşlarının, hal şahidlərinin və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə Bərdə rayonu Güloğlular kəndində yerləşən Elşən Əliyevə məxsus mənzilin həyətində olan Təqsirləndirilən şəxs2 oğluna etibarnamə ilə məxsus olan “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman avtomobilin sağ qabaq oturacağının ayaq altısında 1 ədəd tüfəng aşkar edilmişdir. Həmin tüfəngə baxış keçirilən zaman lüləsi və qundağının kəsilmiş “İJ 16” makalı İ67734 nömrəli 16 kalibrli olması müəyyən olunmuşdur. Tüfəngin lüləsinə baxış keçirilən zaman lülənin içərisində 1 ədəd 16 kalibrli patronun olması müəyyən edilmişdir. Bundan sonra həmin avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağının altından 5 ədəd kibrit qutusunda və 1 ədəd göy sellofonda yaşıl rəngli kəskin qoxulu quru narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan başqa avtomobilin qabaq sol oturacağının üstündən 1 ədəd qara rəngli kaburada qara rəngli bıçaq aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşından aşkar olunmuş 1 ədəd bıçağın, 5 ədəd kibrit qutusunda və 1 ədəd sellofan torbada olan narkotik vasitəyə bənzər kütlənin ona məxsus olduğunu, lakin avtomaşından aşkar olunan tüfəngin və tüfəngin lüləsində olan patronun ona məxsus olmadığını, hadisə vaxtı avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında 25 mart 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, polis əməkdaşlarının və hal şahidlərinin və Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakları ilə 25 mart 2020-ci il tarixdə Bərdə rayon Polis şöbəsinin inzibati binasında, növbətçi hissədə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlamasına kifayət qədər əsaslar olduğundan onun üzərində axtarış aparılmış, Təqsirləndirilən şəxs1 üzərindəki gödəkçənin sağ cibindən beşbarmaq, bir ədəd göy rəngli patron, gödəkçənin sol cibindən şəffaf sellofana bükülmüş heroinə məxsus kütlə, təsbeh, 5 manat pul, gümüşü rəngli kişi qol saatı, gümüşü kişi qolbağı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X26 Bölməsinin 16/233 saylı 26 mart 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş tüfəng kəsiyi zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, “İJK” modelli, “İ67734” nömrəli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, tək hamarlüləli (yivsiz) odlu ov tüfənginin kəsiyidir və odlu silahdır. Üzərində təyinatını dəyişdirən (lüləsi və dəstəyi kustar üsulla kəsilmişdir) dəyişikliklər edilmişdir. -tədqiqata təqdim edilmiş iki ədəd patron zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, hamarlüləli (yivsiz) odlu ov tüfənglərində göyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli patronlardır. -tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. -tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-deşici xassəyə malik soyuq silahdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X26 Bölməsinin 16/232 saylı 26 mart 2020-ci il tarixli rəyindən görünür ki, tədiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ....” sözləri yazılmış zərfdəki 2 ədəd iç-içə qoyulmuş polietlen kəsiyi bükümündə təmiz çəkisi- 3,114 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. -tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs X4 üzərindən aşkar edilərək götürülmüş ...” sözləri yazılmış zərfdəki 2 ədəd iç-içə qoyulmuş sellofan torbacıqda təmiz çəkisi- 7,270 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. -tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 oğluna məxsus “LADA PRİORA” markalı avtomobilə keçirilən baxış zamanı aşkar edilib götürülmüş ...” sözləri yazılmış kağız paketdəki 5 ədəd kibrit qutusunda və 1 ədəd polietlen torba kəsiyində ayrıayrılıqda təmiz çəkiləri- 4,602 qram, 3,872 qram, 4,036 qram, 2,845 qram, 3,697 qram, 36,025 qram, ümumi təmiz çəkisi 55,077 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 390 saylı 26 may 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 579 saylı 26 may 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12 Bərdə rayonlararasızona mərkəzinin verdiyi 26 mart 2020-ci il tarixli 241 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər-sol baldır nahiyyəsinin orta 1/3nin çapıq toxuması vardır. Qeyd edilən xəsatərin xarakteri və müalicəsi barədə tibbi sənəd olmadığından həmin xəsarətin əmələ gəlmə mexanizmini dəqiq müəyyən etmək mümkün deyildir. Müddəti qərarda göstərilən tarixə-yəni 27.02.2020-ci ilə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12 Bərdə rayonlararasızona mərkəzinin verdiyi 09 aprel 2020-ci il tarixli 270 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər-travmadan sonra sağ oturaq sinirinin neyropatiyası (sağ aşağı ətrafın hipesteziyası və ağrı sindromu ilə), sağ diz oynağının açıcı konturakturası ilə sağ bud nahiyəsinin aşağı 1/3-nin bayır səthinin 8 ədəd və sağ dizaltı çuxur nahiyəsinin 8 ədəd oval formalı çapıq toxumaları vardır. Zərərçəkmiş şəxs1 kliniki müayinəsi zamanı ona-sağ budun aşağı 1/3-nin yumşaq toxumalarının çoxsaylı kiçik ölçülü odlu silah yaralanmaları diaqnozu qoyulmuşdur. Lakin kliniki müayinə zamanı məhkəmə-tibb ekspertizası üçün xüsusi əhəmiyyət kəsb edən həmin yaraların giriş və çıxış dəlilkərinin xarakteri (kənarlarında hisin, sıyrıq həlqəsinin, toxuma defektinin və s.) ətraflı qeyd edilməmişdir. Qeyd edilən xəsarətlər patronu qırma ilə doldurulmuş odlu silahdan (ov tüfəngindən) açılmış atəş nəticəsində qırma mərmilərinin təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni 27.02.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan 25 mart 2020-ci il tarixli zərər dəymiş avtomobil barədə ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, Zərərçəkmiş şəxs6 məxsus VAZ-21061 markalı 55 BK-114 dövlət qeydiyyat nişanlı avtomobilə 1082 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan 25 mart 2020-ci il tarixli zərər dəymiş avtomobil barədə ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, X13 məxsus VAZ-21103 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində zərər dəymişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və tarixdə zavod üsulu ilə hazırlanmış 16 kalibirli “İJK” modelli, İ 67734 nömrəli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, tək hamarlüləli, (yivsiz) ov silahını qanunsuz əldə edib saxlayaraq, lüləsini və dəstəyini kustar üsulla kəsərək təyinatını dəyişdirib qanunsuz olaraq odlu silah hazırlayıb həmin odlu silahı qanunsuz saxlayaraq və üzərində gəzdirərək, 27.02.2020-ci il tarixdə saat 2130 radələrində Bərdə rayonunun Xanərəb kəndinindən 1,0 km aralı məsafədə yerləşən X3 iri və xırdabuynuzlu heyvanlarını saxladığı fermasının yaxınlığında heç bir səbəb olmadan, qəsdən həmin silahdan ümümi təhlükəli üsulla və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 atəş açaraq, sonuncuya sağ oturaq sinirinin neyropatiyası (sağ aşağı ətrafın hipezteziyası və ağır sindromu ilə) sağ diz oynağının açıcı konturakturası ilə sağ bud nahiyəsinin aşağı 1/3-nin bayır səthinin 8 ədəd və sağ dizaltı çuxur nahiyəsinin 8 ədəd oval formalı çapıq toxumalarının yaranması ilə müşayət olunan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş, bununla da odlu silahdan Zərərçəkmiş şəxs1 açmış olduğu atəş ümumi təhlükəli üsulla, yəni qırmalardan birinin həmin yerdə olmuş Zərərçəkmiş şəxs2 oğlunun sol baldır nahiyəsinin orta 1/3-dən dəyərək, sonuncuya dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmada ifadə olunan hərəkətlər etməklə, xuliqanlıq niyyəti ilə və ümumi təhlükəli üsulla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma və qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurması, 24 mart 2020-ci il tarixdə saat 2059 dəqiqədə Zərərçəkmiş şəxs3 idarə etdiyi “KİA RİO-minik” markalı 99PC-295 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edib Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.Rəcəbli küçələrinin kəsişmələrində quraşdırılmış işıqforun qırmızı işığında avtomobilini dayandırıb, işıqforun yaşıl işığının yanmasını, bundan sonra hərəkətə başlamasını gözləyərkən, Təqsirləndirilən şəxs2 oğlunun idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobildə arxa sağ oturacaqda əyləşmiş vəziyyətdə sonuncu avtomobilini Zərərçəkmiş şəxs3 avtomobilinin sol tərəfində olan zolaqda dayandırıb işıqforun yaşıl işığının yanmasını gözləyərəkən, sonuncu ona tərəf baxdığından həmin halı bəhanə edərək, həmin yerdə küçədə insanların olmsına əhəmiyyət verməyib heç bir əsaslı səbəb olmadan sadəcə olaraq Zərərçəkmiş şəxs3 zərif cinsin nümayəndəsi olaraq avtomobil idarə etməsi və onlara tərəf baxması halı onda əxlaqa və mənəviyyəta sığmayan ikrah hissələri yaratdığından qərəzli halda emosional hisslərə qapılaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən Zərərçəkmiş şəxs3 və ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olmasını göstərmək məqsədi ilə ətrafdakı şəxslər və özü üçün açıq vəziyətdə ictimai qaydadaya əhəmiyyətli dərəcədə laqeyidlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs3 Çingiz qızına nalayiq söyüşlər edib üzərində zavod üsulu ilə hazırlanmış 16 kalibirli “İJK” modelli, İ 67734 nömrəli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, tək hamarlüləli, lüləsi və dəstəyini kustar üsulla kəsərək təyinatını dəyişdirmiş olduğu qanunsuz əldə edib saxladığı (yivsiz) odlu silahdan istifadə etməklə sonuncunun avtomobilinin sükanı arxasında oturduğu vəziyətdə başı üzərindən havaya bir dəfə atəş açaraq, Zərərçəkmiş şəxs3 üzərində odlu silahdan istifadə etməklə zor tətbiq edəcəyi hədəsi ilə xarkterizə olunan hərəklər etməklə onun həyəcanına, təşvişinə və bununlada mənəvi ziyan vurulması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etməsi; Əli Əsədovun idarə etdiyi “Lada Prirora” markalı avtomobilə Bərdə rayonunun Güloğlular kənd sakini Şahid8 həytində baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağının ayaq altından qanunsuz olaraq əldə edib saxladığı zavod üsulu ilə hazırlanmış 16 kalibirli “İJK modelli İ -67734“ nömrəli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı tək hamarlüləli, lüləsini və dəstəyini kustar üsulla kəsərək təyinatı dəyişdirilmiş (yivsiz) odlu silah aşkar edilərək götürülmüş, həmin gün o, Bərdə rayon Polis şöbəsinə gətirilib saat 1525 radələrində üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçəsinin sol cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində saxladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1 siyahısına əsasən 2 ədəd iç- içə qoyulmuş politilen kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 3,114 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və əynində olan gödəkçəsinin qabaq sağ cibindən üzərində qanunsuz olaraq saxladığı 1 ədəd bıçaq və 1 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik olan (beşbarmaq) tipində soyuq silah aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında zərərçəkmiş şəxslərlə 16 kalibirli “İJK” modelli, İ 67734 nömrəli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, tək hamarlüləli, (yivsiz) ov silahı ilə zərərçəkmiş şəxslərə atəş açmadığını və buna görə ona elan edilmiş ittihamlarda özünü təqsirli bilməməsinə qiymət verərək hesab edir ki, bu tam əsassızdır. Bu fakt zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin X2nun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 24 mart 2020-ci il tarixdə saat 2059 radələrində 16 kalibirli “İJK” modelli, İ 67734 nömrəli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, tək hamarlüləli, (yivsiz) ov silahı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.Rəcəbli küçələrinin kəsişmələrində quraşdırılmış işıqforun qırmızı işığında Zərərçəkmiş şəxs3 başı üzərindən bir dəfə havaya atəş açması və 27.02.2020-ci il tarixdə saat 2130 radələrində Bərdə rayonunun Xanərəb kəndində qeyd olunan silahdan ümümi təhlükəli üsulla və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 atəş açaraq, sonuncuya həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması, həmçinin Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmada ifadə olunan hərəkətlər etməklə, xuliqanlıq niyyəti ilə və ümumi təhlükəli üsulla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma və qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurması sübuta yetirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun 25 mart 2020-ci il tarixdə idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobilə Bərdə rayonunun Güloğlular kənd sakini Şahid8 həytində baxış keçirən zaman avtomobilin qabaq sağ oturacağının altında satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5 ədəd kibrit qutusunda və 1 ədəd polietilen torba kəsiyində ayrı-ayrılıqda təmiz çəkiləri 4, 602 qram, 3, 872 qram, 4,036 qram, 2,845 qram, 3, 697 qram, 36,025 qram ümumi təmiz çəkisi 55,077 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs2 oğlunun Təqsirləndirilən şəxs1 və X2 ilə bir qrup şəxs halında birləşib, küçədə olan insanlara əhəmiyyət verməyib ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib Bərdə şəhəri, Şahid3 prospektində hərəkətdə olarkən Zərərçəkmiş şəxs4 idarə etdiyi Mersedes Benz 220 markalı 10 VH-695 dövlət qeydiyyat nişanlıl avtomobili vurub avtomobilə 400 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomaşınla normal hərəkətdə olmasını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xulqanlıq etməsi; həmin gün təkrarən Təqsirləndirilən şəxs1 və mərhum X9 ilə bir qrup şəxs halında birləşib ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçıb uzaqlaşaraq saat 1140 radələrində idarə etdiyi “Lada Prirora” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomaşını silah qismində istifadə edib Bərdə şəhəri, Həzi Aslanov küçəsində Zərərçəkmiş şəxs6 idarə etdiyi VAZ- 21061 markalı 55 BK-114 dövlət qeydiyyat nişanlı avtomobili vurub avtomaşına 1082 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomobilləri ilə normal hərəkətdə olmalarını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xulqanlıq etməsi və həmin gün təxminən saat 1145 radələrində idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib Bərdə şəhəri, H.Aslanov küçəsində Zərərçəkmiş şəxs5 idarə etdiyi VAZ- 21103 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomaşını vurub avtomobilə 250 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomaşınla normal hərəkətdə olmasını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xuliqanlq etməsi ilə bağlı verilmiş ittihama hüquqi qiymət verərək hesab edir ki, həmin həmin ittişam hər iki təqsirləndirilən şəxslərə verilmiş ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər hesab olunur. Qeyd olunan maddi hüquq normalarından görünür ki, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 oğluna Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham verilərkən cinayət işi materiallarına mötəbər sübutlar əlavə edilməmiş, mürəkkəb quruluşa malik olan CM-nin 221.3-cü maddəsi ilə şəxsi təqsirləndirmək üçün həmin maddənin tövsifedici əlamətlərinin hər birini təsdiq edən dəlillər gətirilməmiş, həmin maddənin dispozisiyası şablon olaraq sadalanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 17 fevral 2006-cı il tarixli Qərarında Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin məzmunu və tətbiq məsələləri barədə göstərilmişdir ki, «xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlinin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanın kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünü qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanın kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıltma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Cinayət işinin hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 oğlu yuxarıda qeyd olunan əməlləri xuliqanlıq niyyəti ilə deyil, onu təqib edən polis əməkdaşlarından yayınmaq üçün törətmişdir. Yəni onun hərəkətlərində xuliqanlıq cinayətinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə görəşəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrəəsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 21.1.-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının CPM-nin 21.2.-ci maddəsinəəsasən şəxsin təqsirli olduğuna əsaslışübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamışşübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 21.3.-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının CPM-nin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasıəsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu mərhim X9 ilə bir qrup şəxs halında birləşib, 25 mart 2020-ci il tarixdə saat 1130 radələrində küçədə olan insanlara əhəmiyyət verməyib ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib Bərdə şəhəri, Şahid3 prospektində hərəkətdə olarkən Zərərçəkmiş şəxs4 idarə etdiyi Mersedes Benz 220 markalı 10 VH-695 dövlət qeydiyyat nişanlıl avtomobili vurub avtomobilə 400 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomaşınla normal hərəkətdə olmasını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xulqanlıq etməsi; həmin gün təkrarən Təqsirləndirilən şəxs1 və mərhum X9 ilə bir qrup şəxs halında birləşib ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçıb uzaqlaşaraq saat 1140 radələrində idarə etdiyi “Lada Prirora” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomaşını silah qismində istifadə edib Bərdə şəhəri, Həzi Aslanov küçəsində Zərərçəkmiş şəxs6 idarə etdiyi VAZ- 21061 markalı 55 BK-114 dövlət qeydiyyat nişanlı avtomobili vurub avtomaşına 1082 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomobilləri ilə normal hərəkətdə olmalarını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xulqanlıq etməsi və həmin gün təxminən saat 1145 radələrində idarə etdiyi “Lada Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib Bərdə şəhəri, H.Aslanov küçəsində Zərərçəkmiş şəxs5 idarə etdiyi VAZ- 21103 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomaşını vurub avtomobilə 250 manat dəyərində maddi ziyan vurmaqla yolda hərəkətdə olan sürücülərin avtomaşınla normal hərəkətdə olmasını pozaraq yolun həmin hissəsində hərəkətin dayanmasına səbəb olan xuliqanlq etməsi ilə bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna verilmiş ittihamda həmin şəxslərin əməlində xuliqanlıq əməlinin əlamətləri olmadığından bu ittiham hər iki təqsirləndirilən şəxslərə verilmiş ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 4242 nömrəli 10 sentyabr 2020-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 79-da yaşayır. Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Şəhərdə keçilən tədbirlərdə fəal iştirak etmişdir. İntizamlıdır, əməksevərdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 05 may 2020-cu il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1törətdiyi əməli qismən etiraf etməklə peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 25 mart 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 25mart 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bərdə Rayon Məhkəməsinin 27mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilmişdir. Həbs etmənin əvvəli 25 mart 2020-ci il tarixdən hesablanmışdır. Bərdə Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 25 oktyabr 2020-ci il tarixə kimi uzadılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 25 mart 2020ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 4577 nömrəli 20 sentyabr 2020-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Əsədov X28 şəhəri, Təbriz küçəsi ev 3/15-də yaşayır. Əsədov X28 şəhəri, Təbriz küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 01 iyul 2020-cu il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlununtörətdiyi əməli etiraf etməklə peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 oğluna Azərbaycan Respublikasının CM-nin 234.1-cimaddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 25 mart 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 oğlu 25 mart 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bərdə Rayon Məhkəməsinin 27 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 oğlunun haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmişdir. Həbs etmənin əvvəli 25 mart 2020-ci il tarixdən hesablanmışdır. Bərdə Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 oğlunun barəsində Bərdə Rayon Məhkəməsinin 27 mart 2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarına əsasən apellyasiya protesti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 4(021)-51/2020 saylı Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs2 oğlunun məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 25 iyun 2020-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkləməsinin 19 iyun 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlama müddəti 25 avqust 2020-ci il tarixə kimi uzadılmışdır. Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Mütəlim Bayramovun 25 avqust 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlama müddəti 25 avqust 2020-ci il tarixdə saat 1200-da başa çatdığından barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun 25 mart 2020-ci ildən 25 avqust 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 oğlu narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 26 mart 2020-ci il tarixli 16/233 nömrəli və 26 mart 2020-ci il tarixli 16/232 nömrəlibildirişlərdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 63(altmış üç) manat 90 (doxsan) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 63 manat 90 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X8, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Bərdə rayon Polis şöbəsinin sübutların saxlanc anbarında saxlanılan 3,064 qram çəkidə heroin, 7,170 qram çəkidə tiryək, 54,777 qram qurudulmuş marixuana, 1 ədəd mətbəx bıçağı, 1 ədəd kasteti (beşbarmaq) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan, Bərdə rayon Polis şöbəsinin sübutların saxlanc anbarında saxlanılan 1 ədəd 16 kalibirli “İJK” modelli “İ67734” nömrəli lüləsi və qundağı kəsilmiş odlu ov tüfəngi, yivsiz odlu ov tüfənglərində istifadə edilən 2 ədəd 16 kalibirli patronları hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan 16 kalibirli “İJK” modelli “İ67734” lüləsi və qundağı kəsilmiş yivsiz odlu ov tüfəngindən istifadə etməklə qərəzli xuliqanlıq hərəkətlərini özündə əks etdirən 02 ədəd diskin, təqsirləndirilən şəxslər mərhum Süleymanov Asəf Şəmsəddin oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun üzərində şəxsi axtarış aparılması videogörüntülərini özündə əks etdirən 03 ədəd diskin, Bərdə şəhəri, H.Aslanov küçəsində Təqsirləndirilən şəxs2 oğluna məxsus “Prirora“ markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qərəzli xuliqanlıq hərəkətləri edilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Əliyev Ülfət Ələmşah oğluna məxsus VAZ- 21099 markalı 05- BD-701 dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs5 məxsus VAZ-21103 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs4 məxsus “Mersedes Benz 220” markalı 10 VH-695 dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs6 məxsus VAZ-2106 markalı 55 BK-114 dövlət qeydiyyat nişanlı avtomobilin, Təqsirləndirilən şəxs2 oğlunun hadisə zamanı idarə etdiyi “Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikasının CM-nin 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 229.1-ci maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun 25 mart 2020-ci ildən 25 avqust 2020-ci ilədək həbsdə və ev dustaqlığında olduğu 05(beş) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 10(on) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 08(səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 oğlunun üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlu narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 63,90 (altmış üç manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs1vəTəqsirləndirilən şəxs2 oğlundan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X8, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan Bərdə rayon Polis şöbəsinin sübutların saxlanc anbarında saxlanılan 3,064 qram çəkidə heroin, 7,170 qram çəkidə tiryək, 54,777 qram qurudulmuş marixuana, 1 ədəd mətbəx bıçağı, 1 ədəd kasteti (beşbarmaq) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan, Bərdə rayon Polis şöbəsinin sübutların saxlanc anbarında saxlanılan 1 ədəd 16 kalibirli “İJK” modelli “İ67734” nömrəli lüləsi və qundağı kəsilmiş odlu ov tüfəngi, yivsiz odlu ov tüfənglərində istifadə edilən 2 ədəd 16 kalibirli patronları hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan 16 kalibirli “İJK” modelli “İ67734” lüləsi və qundağı kəsilmiş yivsiz odlu ov tüfəngindən istifadə etməklə qərəzli xuliqanlıq hərəkətlərini özündə əks etdirən 02 ədəd diskin, təqsirləndirilən şəxslər mərhum Süleymanov Asəf Şəmsəddin oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun üzərində şəxsi axtarış aparılması videogörüntülərini özündə əks etdirən 03 ədəd diskin, Bərdə şəhəri, H.Aslanov küçəsində Təqsirləndirilən şəxs2 oğluna məxsus “Prirora“ markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qərəzli xuliqanlıq hərəkətləri edilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Əliyev Ülfət Ələmşah oğluna məxsus VAZ- 21099 markalı 05- BD-701 dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs5 məxsus VAZ-21103 markalı 19 BG-337 dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs4 məxsus “Mersedes Benz 220” markalı 10 VH-695 dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs6 məxsus VAZ-2106 markalı 55 BK-114 dövlət qeydiyyat nişanlı avtomobilin, Təqsirləndirilən şəxs2 oğlunun hadisə zamanı idarə etdiyi “Prirora” markalı 99 NH-778 dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar