Məhkəmə qərarları › İş №1(021)-10/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-10/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-10/2022 25.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə şəhər, C.Cabbarlı küçəsi mənzil 55-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmaqla 15 aprel 2007-ci il təvəllüdlü Əlinin və 09 noyabr 2009-cu il təvəllüdlü Fidanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli, 2(104)- 1210/2011 saylı, qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən 15 aprel 2007-ci il təvəllüdlü Əlinin və 09 noyabr 2009-cu il təvəllüdlü Fidanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 80,00 manat, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(021)-4550/2016 saylı və qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən 15 aprel 2007-ci il təvəllüdlü Əlinin və 09 noyabr 2009-cu il təvəllüdlü Fidanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(021)-2100/2017 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətlərdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 14.02.2020-ci tarixli, 3(021)-119/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 28.02.2020-ci il, 14.05.2020-ci il, 07.09.2020-ci il və 15.01.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 02 fevral 2021-ci il tarixədək 17320,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşdur. Nikahlarını 12 fevral 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından onların 15 aprel 2007-ci il tarixdə Əli və 09 noyabr 2009-cu il tarixdə isə Fidan adlı iki övladları anadan olmuşdur. Bir müddət mehriban yaşadıqdan sonra münasibətləri pozulduğundan və xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən 2011-ci ildə faktiki olaraq ayrılmış, aralarında olan rəsmi nikah isə 03 oktyabr 2016-cı il tarixdə rəsmi qaydada pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli, 2(104)-1210/2011 saylı qətnaməsi ilə Əlinin və Fidanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bundan sonra Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(021)-4550/2016 saylı qətnaməsi ilə Əlinin və Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat məbləğinə qaldırılmışdır. Daha sonra həmin məhkəmənin 18 may 2017-ci il tarixli, 2(021)- 2100/2017 saylı qətnaməsi ilə Əlinin və Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan alimentin miqdarı yenidən artırılaraq qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğinə qaldırılmışdır. Qeyd olunan qətnamələrin icrası üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən sözü gedən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o qətnamələri icra edə bilməmişdir. Bundan sonra məhkəmə qərarlarını icra etməyi üçün ona Bərdə Rayon İcra və Probasiya şöbəsi tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməyinə baxmayaraq qətnamələri icra etməmişdir. Məhkəmənin qətnamələri tərəfindən icra olunmadığı üçün Bərdə rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq o qətnamələri icra etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamələrin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra borclu olduğu tələblərin ödənilməsi tərəfindən təmin edilməsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmişdir. Onun cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 02 fevral 2021-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 17320,00 manat məbləğində aliment borcu yaranmışdır. Lakin indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş etməmişdir. Uzun müddət Türkiyə Respublikasında yaşamışdır. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə ailə həyatı qurmuşdur. Nikahlarını 12 fevral 2008-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 15 aprel 2007-ci il tarixdə Əli və 09 noyabr 2009-cu il tarixdə isə Fidan adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2011-ci ildə ayrılmış, 03 oktyabr 2016-cı il tarixdə isə rəsmi boşanmışlar. Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli, 2(104)-1210/2011 saylı qətnaməsi ilə 15 aprel 2007-ci il tarixdə anadan olmuş Əlinin və 09 noyabr 2009-cu il tarixdə anadan olmuş Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat məbləğində sabit aliment pulu alınaraq ona ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(021)-4550/2016 saylı qətnaməsi ilə Əlinin və Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs tutularaq mənə ödənilməli olan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər uşağa görə 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğinə qaldırılmışdır. Bundan sonra maddi vəziyyəti ağır olduğundan qət olunmuş alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(021)- 2100/2017 saylı qətnaməsi ilə Əlinin və Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs tutularaq mənə ödənilməli olan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğinə artırılmışdır. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğin mənə ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Qətnamələri icra etməsi üçün borcluya Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qətnamələri icra etməmişdir. Qətnamələr borclu tərəfindən icra olunmadığı üçün Bərdə rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq borclu indiyədək aliment borcundan mənə heç bir ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixədək ona 17320,00 manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən ona heç bir ödəniş etməmişdir. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs qərəzli şəkildə aliment pulunu ona ödəmir və bunu aşkar şəkildə bildirir. O, Təqsirləndirilən şəxs tərəfindən 10000 manat pulu ödənilərsə, qala borcu bağışlayacağını bildirdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli, 2(104)-1210/2011 saylı qətnaməsi ilə 15 aprel 2007-ci il tarixdə anadan olmuş Əlinin və 09 noyabr 2009-cu il tarixdə anadan olmuş Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(021)-4550/2016 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 15 aprel 2007-ci il tarixdə anadan olmuş Əlinin və 09 noyabr 2009-cu il tarixdə anadan olmuş Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər uşağa görə 80,00 manat olmaqla, cəmi 160 manat məbləğinə qaldırılmışdır. Bərdə Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(021)-2100/2017 saylı qətnaməsi ilə alimentin məbləği yenidən artırılaraq 15 aprel 2007-ci il tarixdə anadan olmuş Əlinin və 09 noyabr 2009-cu il tarixdə anadan olmuş Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat məbləğinə qaldırılmışdır. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədləri icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildirişlər borcluya göndərilmişdir. Həmin qətnamələr onun tərəfindən 12 iyun 2017-ci il tarixdə bir icraatda birləşdirilmişdir. Borcluya məhkəmə qərarlarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq məhkəmə qərarları Təqsirləndirilən şəxs tərəfindən icra olunmamışdır. Qətnamələr borclu tərəfindən icra olunmadığı üçün Bərdə rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 3(021)-119/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs indiyədək həmin inzibati qərardan Apellyasiya Məhkəməsinə heç bir şikayət etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirərək indiyədək tələbkarlara aliment borcundan heç bir ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 02 fevral 2021-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 17320,00 manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu həmin məbləğdən indiyədək tələbkara heç bir ödəniş etməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bərdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində Şahid1 izahatına uyğun izahat verərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini təsdiq etdi. Cinayət işinin 128-129-cu vərəqələrində olan 13 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 23 iyul 2021-ci tarixli “axtarışda olan şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 23 iyul 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 171-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 29 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 174-175-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 29 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun Bərdə RPŞnin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli 1(021)158\2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunması, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, qərarın icrasının Bərdə rayon Polis Şöbəsinə həvalə edilməsi, təqsirləndirilən şəxs tapılanadək və bu barədə məhkəməyə məlumat verilənədək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 06 yanvar 2022-ci tarixli “axtarışda olan şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 06 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 9-10-cu vərəqələrində olan Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli 2(104)1210\2011 saylı qətnaməsindən görünür ki, 09 aprel 2008-ci il tarixdə anadan olmuş Əlinin və 09 noyabr 2009-cu il tarixdə anadan olmuş Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 50.00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli icra vərəqəsindən görünür ki, 09 aprel 2008-ci il tarixdə anadan olmuş Əlinin və 09 noyabr 2009-cu il tarixdə anadan olmuş Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 50.00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. Cinayət işinin 20-22-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(021)-4550/2016 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Baxşəliyeva Aygün Aliq qızı arasında 12 fevral 2008-ci ildə Bərdə rayon VVADQ şöbəsində 74 nömrə ilə qeydə alınmış nikahın pozulması, 15 aprel 2007-ci il tarixdə anadan olmuş Əli və 09 noyabr 2009-cu il tarixdə anadan olmuş Fidan adlı uşaqları yetkinlik yaşına çatana qədər anası Baxşəliyeva Aygün Aliq qızının himayəsində saxlanılması, Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli 2(104)1210\2011 saylı qətnaməsi ilə 15 aprel 2007-ci il tarixdə anadan olmuş Əli və 09 noyabr 2009-cu il tarixdə anadan olmuş Fidan adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Təqsirləndirilən şəxs tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 80 manat miqdarında müəyyən edilməsi qət olunmuşdur. Cinayət işinin 37-40-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(021)-2100/2017 saylı qətnaməsindən görünür ki, 15.04.2007-ci il təvəllüdlü X4 və 09.11.2009-cu il təvəllüdlü X1 üçün Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(021)-4550/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində müəyyən edilərək Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət olunmuşdur. Cinayət işinin 33-cü vərəqəsində olan Bərdə rayon Məhkəməsinin 8(021)46/2017 saylı, 01.02.2017-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli 2(104)1210\2011 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs oğlunun ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Cinayət işinin 5-59-cu vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 14 fevral 2020ci il tarixli, 3(021)119/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati həbs tənbehi tətbiq olunmuşdur. Cinayət işinin 67, 71, 82-ci vərəqələrində olan 14.05.2020-ci il, 07.09.2020-ci il və 15.01.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs oğluna məhkəmə qərarı üzrə gün müddətində tələbi təmin etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə təqdimat hazırlanaraq istintaq orqanına göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 93-96-cı vərəqələrində olan Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi barədə 13.02.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində olan ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Xətai rayon Polis İdarəsi tərəfindən 03.03.2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, cinayət işinin icraatı CM-nin 53.1.4-cü maddəsinə əsasən 21.12.2018-ci il tarixli qərarla dayandırılmış, Xətai rayon Polis İdarəsi tərəfindən 12.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş 13.02.2020-ci il tarixdə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 23 iyul 2021-ci il tarixdə tutulmuş, 29 iyul 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmiş, Bərdə Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş, 06 yanvar 2022-ci il tarixdə tutulmuş və Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı yeddi gün müddət - 23 iyul 2021-ci il il tarixindən 29 iyul 2021-ci il tarixədək olan müddət nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 23 iyul 2021-ci il tarixindən 29 iyul 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 07 (yeddi) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar