Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-10/2023 31.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X15 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2lisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərini aparma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərindən başlayaraq 16 may 2022-ci il tarixinədək Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində sahəsi 200 m2 olan dövlət mülkiyyətinə aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti və quraşdırma işləri aparmaqla qeyd olunan torpaq sahəsi üzərində 27,60 metr x 8,30 metrə ölçüdə, ümumi sahəsi 229,1 m2 olan birmərtəbəli fərdi ticarət obyekti tikmişdir. Bununlа dа Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-in 188.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid2 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. ünvan 4ndə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfindəki qeyri-yaşayış binası 05 avqust 2010-cu il tarixdən dövlət reyestrində qeydiyyata alınmaqla Bakı şəhərində yaşayan qardaşı Miryusif Novruzovun xüsusi mülkiyyətindədir. Həmin bina mətbəx, soyuducu otağı, inzibati otaq və anbarlardan ibarət olmaqla ümumi sahəsi 647,2 m2-dir. Qeyri-yaşayış binasına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 28 aprel 2022-ci il tarixdə olan vəziyyətə əsasən texniki pasport tərtib olunub verilmişdir. Qardaşı tərəfindən həmin tikiliyə dair onun adına etibarnamə verildiyindən bina hazırda onun sərəncamındadır. Həmin qeyri-yaşayış binasının arxa tərəfində yerləşən, bitişik yeni tikilinin inşası isə 2010-cu ildə mərhum atası Mirkamal Novruzov tərəfindən başlanmış, lakin bir müddət sonra yarımçıq dayandırılmışdır. Həmin tikili birmərtəbəlidir, uzunluğu 27,6 metr, eni isə 8,3 metr olmaqla ümumi sahəsi 229,1 m2 təşkil edir. 2022-ci ilin aprel ayından başlayaraq pis hava şəraiti olduqda tikilinin ziyan görməməsi üçün üzərini dəmir materialdan hazırlanmış şifer örtüklə örtdürmüş və qapı qoydurmaqla tikintisini müəyyən qədər başa çatdırmışdır. Tikinti işlərini davam etdirən zaman Elçin adlı şəxs bir neçə dəfə ona yaxınlaşaraq tikilinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********60-06301 reyestr nömrəli texniki pasportun və ******* nömrəli çıxarışın surətlərini könüllü şəkildə istintaqa təqdim etmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsinə dair Əmlak Komitəsi ilə icarə müqaviləsi bağladığından şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən Bərdə rayon İcra Hakimiyyəti başçısının aparatında Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi işləyir. İşlədiyi şöbənin başlıca vəzifəsi rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Memarlıq və tikinti şöbəsi dövlət idarə və müəssisələrinin binalarının, otaqlarının əsaslı və cari təmirinə nəzarəti həyata keçirmək, həmçinin dövlət idarə və müəssisələrinin binalarının təmiri üzrə proqramların hazırlanmasını təşkil etmək və müvafiq təklifləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək, müvafiq ərazidə dövlət mülkiyyətində olan bina və tikililərin təmiri barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları və təşkilatlar qarşısında məsələ qaldırmaq, dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək, ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilər aparılan meydançaların saxlanılmasına nəzarəti həyata keçirmək, tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarəti həyata keçirmək, balansında olan qeyri-yaşayış fondunun əsaslı təmirini təşkil etmək, həmçinin “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar digər işləri həyata keçirmək vəzifələri daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs fiziki şəxs qismində əvvəllər heç vaxt qanunamüvafiq tikinti işləri aparmağa icazə verilməsi üçün Bərdə rayon İcra Hakimiyyətinə müraciət etməmiş, həmin şəxsə tikinti işləri aparması üçün heç bir icazə verilməmişdir. Təqsirləndirilən şəxs tikinti işləri apardığı Bərdə şəhəri Koroğlu və Bakı küçəsinin kəsişməsində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və həmin torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüquqlarının həyata keçirilməsinə icazə verilməsi yerli icra hakimiyyətinin səlahiyyətindədir. Buna görə də Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ərazidə aparılmış tikinti işləri qanunsuzdur. 2022-ci ilin may ayında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən Bərdə rayonu ərazisində aparılan tikinti-quraşdırma işlərinə dövlət nəzarəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparıldığı aşkarlandığı üçün müvafiq qərar qəbul edilməklə tikinti işləri dayandırılmışdır. Məhkəmə tərəfindən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq adıçəkilən şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin fikirlərini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid2 və Şahid1 iştirakı olmadan onların ibtidai araşdırma zamanı verdikləri ifadələrinin elan edilməsi yolu ilə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində qanunsuz tikinti işləri aparması barədə Bərdə rayon polis şöbəsinə ünvanlanmış 29 mart 2022-ci il tarixli ərizə və həmin ərizədəki imza ona məxsusdur. Təqsirləndirilən şəxs Bərdə şəhər sakini kimi tanıyır. Əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Şahid1 onun dostudur. 2004-cü ilin fevral ayında Vaqifə Bərdə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya üzvlərinin iştirakı ilə Bərdə şəhəri Koroğlu küçəsi ilə Bakı küçəsinin kəsişməsində “Avto-Vaz” ilə yol kənarında tikilmiş mağazaların arasında, yoldan 10 metr aralı məsafədə 10 metr x 20 metr ölçülərdə olmaqla ümumi sahəsi 200 m2 olan torpaq sahəsi ayrılmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Ayrılmış torpaq sahəsi Vaqifin adına sənədləşdirilsə də, sözügedən ərazidə tikinti işlərinin aparılmasına dair bütün xərcləri özü çəkmiş, sadəcə sənədləşdirmə Vaqifin adına aparılmışdır. Hətta 2016-cı ildə həmin ərazidə obyekt tikilməsi üçün "xxxx" MMC ilə razılığa gəlmişlər. Həmin vaxt tikiləcək obyektin sifarişçisi kimi Vaqifin adının qeyd edilməsinə baxmayaraq faktiki olaraq bütün işlər onun tərəfindən aparılmışdır. 2018-ci ilin may ayında Vaqif ayrılmış torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün Bərdə rayon İcra Hakimiyyətinə müraciət etmiş və bununla bağlı sənədlərin surətlərini təqdim etmişdir. 17 may 2018-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyəti başçısının qərarı ilə Vaqifə sözügedən ərazidə birmərtəbəli obyektin tikintisinin aparılmasına icazə verilməklə tikintisinin mövcud qanuna uyğun aparılmasına nəzarət şəhər icra nümayəndəliyinə tapşırılmışdır. 29 mart 2022-ci il tarixdə Vaqif etibarnamə verərək tikintiyə dair bütün işlərin həyata keçirilməsini ona etibar etmişdir. Bununla belə Bərdə şəhəri Koroğlu və Bakı küçələrinin kəsişməsində yerləşən sahəsi 200 m2 olan torpaq sahəsində 2010-cu ildən Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. O, dəfələrlə həmin şəxsə torpaq sahəsinin ona məxsus olduğunu, qanunsuz apardığı tikinti işlərini dayandırmasını bildirsə də, Təqsirləndirilən şəxs heç kimə məhəl qoymadan 2022-ci ilin may ayınadək tikinti işlərini davam etdirmişdir. Ancaq 2022-ci ilin may ayının ortalarında Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən Bərdə rayonunun inzibati ərazisində aparılan tikinti-quraşdırma işlərinə nəzarət həyata keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən aparılan qanunsuz tikinti işlərini dayandırılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 onun dostudur. Əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. X6 isə qiyabi tanıyır. 2004-cü ilin fevral ayında Bərdə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya üzvlərinin iştirakı ilə Bərdə şəhəri Koroğlu küçəsi ilə Bakı küçəsinin kəsişməsində “Avto-Vaz” ilə yol kənarında tikilmiş mağazaların arasında, yoldan 10 metr aralı məsafədə 10 metr x 20 metr ölçülərdə olmaqla ümumi sahəsi 200 m2 olan torpaq sahəsi ayrılmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Ayrılmış torpaq sahəsinin onun adına sənədləşdirilməsinə baxmayaraq sözügedən ərazidə tikinti işlərinin aparılmasına dair bütün xərcləri Elçin çəkmiş, sadəcə sənədləşdirmə onun adına olmuşdur. 2016-cı ildə həmin ərazidə obyekt tikilməsi üçün "xxxx" MMC ilə razılığa gəlmişlər. Həmin vaxt tikiləcək obyektin sifarişçisi kimi onun adı qeyd edilsə də, faktiki olaraq bütün işlər Elçin tərəfindən aparılmışdır. 2018-ci ilin may ayında o, ayrılmış torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün Bərdə rayon İcra Hakimiyyətinə müraciət etmiş və bununla bağlı sənədlərin surətlərini təqdim etmişdir. 17 may 2018-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyəti başçısının qərarı ilə ona sözügedən ərazidə birmərtəbəli obyektin tikintisinin aparılmasına icazə verilməklə tikintisinin mövcud qanuna uyğun aparılmasına nəzarət şəhər icra nümayəndəliyinə tapşırılmışdır. 29 mart 2022-ci il tarixdə o, etibarnamə verərək tikintiyə dair bütün işlərin həyata keçirilməsini Elçinə etibar etmişdir. Bütün bunlara baxmayaraq onun adına sənədləşdirilmiş, Bərdə şəhəri Koroğlu və Bakı küçəsinin kəsişməsində yerləşən, sahəsi 200 m2 olan torpaq sahəsində 2010-cu ildən Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Elçin dəfələrlə həmin şəxsə torpaq sahəsinin onlara məxsus olduğunu, qanunsuz apardığı tikinti işlərini dayandırmasını bildirsə də, Təqsirləndirilən şəxs heç kimə məhəl qoymadan tikinti işlərini davam etdirmişdir. Buna görə də Elçin məcbur qalıb qanunsuz tikinti aparan Təqsirləndirilən şəxs barəsində Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə cinayət təqibinə CM-in 74-cü maddəsində nəzərdə tutulmuş şəraitin dəyişməsi əsası ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatətə baxılmasını təxirə salaraq məhkəmə istintaqı zamanı araşdırma tam başa çatdıqdan və ekspert rəyləri alındıqdan sonra vəsatətə hüquqi qiymət verərək hesab etmişdir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışı zamanı müvafiq halların araşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarına zəruri sorğular verilərək sənədlər alınmaqla iş materiallarına əlavə edilmiş və məhkəmə qarşısında yaranmış sualların aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmənin təşəbbüsü ilə iş üzrə mütəxəssis cəlb edilməklə kompleks məhkəmətorpaqşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və müvafiq rəylər alınmışdır. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxsin müqavilə əsasında çıxış edən digər müdafiəçisi Müdafiəçi2 tərəfindən yazılı vəsatət təqdim edilərək AR.Fövqəladə Hallar Nazirliyinə sorğu verilərək Təqsirləndirilən şəxs barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat materiallarının verilməsini və ekspertiza rəyində olan anlaşılmayan məqamların aydınlaşdırılması üçün iş üzrə rəy vermiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis texniki ekspertizalar şöbəsinin böyük eksperti X7 məhkəmə baxış iclasında dindirilməsi üçün çağırılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin fikirlərini nəzərə alaraq yerində müşavirə etməklə vəsatətə qiymət verərək FHN tərəfindən aparılmış inzibati xəta haqqında materialın iş üzrə hər hansı mühüm əhəmiyyət kəsb etməməsini və həmin materialın vəkil sorğusu əsasında da əldə edilə bilinməsinin mümkünlüyü səbəbindən həmih hissədə vəsatəti təmin etməmiş, məhkəmə iclasında dindirilməsi məqsədilə ekspert X9 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməklə məhkəmə iclasında iştirak etməsinin zəruriliyi bildirilsə də ekspert məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa məhkəməyə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 elektron kabinet vasitəsilə elektron qaydada daha bir ərizə göndərərək iş üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və iş üzrə zərərçəkmiş qismində Bərdə şəhər Bələdiyyəsinin tanınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra CPM-in 321.2-ci maddəsinə əsasən müşavirə otağına gedib qayıdaraq iş üzrə vəsatətin təmin edilməməsi barədə məhkəmə baxış iclasının qərarını qəbul etdi. Məhkəmə vəsatətin təmin edilməməsinə səbəb olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamənin 3.16 və 4.16-cı bəndlərinə əsasən yerli icra hakimiyyəti orqanlarının dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində olan nəzarət və tənzimləmə səlahiyyətlərinə əsasən ibtidai istintaq orqanı tərəfindən Bərdə rayon İcra Hakimiyyətinin iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınması qanunauyğundur və məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş prosessual məcburiyyət tədbiri olan “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi üçün hər hansı prosessual əsaslar mövcud deyil və ya bununla bağlı dəlillər müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bərdə şəhəri Koroğlu və Bakı küçələrinin kəsişməsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində sahəsi 200 m2 olan əraziyə Şahid2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Şahid2 həmin ərazidə yerləşən torpaq sahəsində davam etdirilməkdə olan tikinti işlərilərinin Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq aparıldığını bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Sənədlərə baxış keçirilməsi haqqında 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi sənədlərə baxış zamanı Bərdə rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 13 fevral 20004-cü il tarixli sahəseçmə aktında icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə Bərdə şəhəri Koroğlu və Bakı küçələrinin kəsişdiyi yerdən cənub-şərq tərəfə “Avto-Vaz” ilə yol kənarında tikilmiş mağazalar arasında olan yoldan 10 metr aralıda yerləşən sahəsi 200 m2 olan torpaq sahəsinin ayrılıb sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün zəruri tikintilərin inşası məqsədilə Şahid1 verilməsinə komissiya üzvlərinin etiraz etmədiyi, təqdim edilmiş plan və sxemin həmin torpaq sahəsinə aid olduğu, 24 fevral 2004-cü il tarixli bələdiyyə sərəncamından çıxarışda həmin torpaq sahəsinin ayrılmasının və Şahid1 təhkim olunmasının tapşırılmasının öz əksini tapdığı müəyyən edilmişdir. Bundan başqa təqdim edilmiş 2016-cı il tarixli layihədə tikinti işlərinin aparılması üçün Şahid1 ilə razılaşma aparıldığı, icra hakimiyyəti başçısının 17 may 2018-ci il tarixli 101 nömrəli sərəncamında isə Şahid1 ərizəsi nəzərə alınmaqla eskiz layihəsi əsasında bəhsi keçən torpaq sahəsində birmərtəbəli sahibkarlıq obyektinin tikintisinə icazə verildiyi göstərilmişdir. Habelə təqdim edilmiş 29 mart 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Şahid1 ayrılmış torpaq sahəsində bütün işlərin həyata keçirilməsi Şahid2 etibar edilmişdir. Təqdim edilmiş sənədlər istintaq üçün əhəmiyyət kəsb etdiyindən götürülüb protokola əlavə olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsindən daxil olmuş 21 iyun 2022-ci il tarixli **********18 nömrəli məktubdan görünür ki, Bərdə şəhəri Koroğlu küçəsi ilə Bakı küçəsinin kəsişməsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən mübahisə olunan tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Sözügedən torpaq sahəsinin icarə və ya istifadə hüququ barədə hər hansı ilkin hüquqmüəyyənedici sənədlər və fiziki şəxs barədə sərəncam aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi Şöbəsindən daxil olmuş 21 iyun 2022-ci il tarixli **********17 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında Təqsirləndirilən şəxs məxsus üzərində tikili olan torpaq sahəsi **********60-06301 reyestr nömrəli çıxarışla vətəndaş X1 mülkiyyətində olan 716 kv.m qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) bitişik dövlət mülkiyyətinə aid 1487.5 kv.m torpaq sahəsi olmaqla, X2 xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportunda istifadəsində olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Üzərində tikili olan 1487.5 kv.m torpaq sahəsinə icarə müqaviləsi bağlanılması ilə bağlı vətəndaş X3 xx.xx.2022-ci il tarixdə ƏMDX-nin Bərdə ərazi şöbəsinə müraciət etmiş, Bərdə ərazi şöbəsi tərəfindən sənədlər toplusu hazırlanaraq icarə müqaviləsi bağlanılması ilə bağlı xx.xx.2022-ci il tarixdə ƏMDX-nin təqdim edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyindən daxil olmuş 08 iyun 2022-ci il tarixli xx/xx-03927 nömrəli məktubdan görünür ki, mütəxəssislər tərəfindən Bərdə rayonunun inzibati ərazisində aparılan tikinti-quraşdırma işlərinə dövlət nəzarəti həyata keçirilən zaman Bərdə şəhəri Koroğlu küçəsinin Bakı küçəsi ilə kəsişməsində fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparıldığı aşkarlanmış, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün tikinti işlərinin dayandırılması barədə 16 may 2022ci il tarixli 0325 nömrəli qərar verilmişdir. Həmin qərarın surəti istintaq materiallarına əlavə olunmuşdur. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 21 sentyabr 2022-ci il tarixli 5376 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Ə.Ədilov küçəsində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 iyul 2015-ci il təvəllüdlü X8, 08 avqust 2017-i il təvəllüdlü X10 və 18 oktyabr 2018-cii il təvəllüdlü X13 olmaqla üç azyaşlı uşaq vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı əldə edilməklə cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 2881 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə bir tərəfdən İcarəyəverən adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubovun şəxsində və bundan sonra icarəçi adlandırılacaq X3 arasında bağlanmış və icarəyəverənin icarəyə verdiyi ünvan 5 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1487,5 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən ümumi sahəsi 647.2 kv.m, 0.0716 ha torpaq sahəsində yerləşən təyinatı anbar olan qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 8933 inventar nömrə ilə X1 adına tərtib edilmiş Texniki Pasportun surətindən görünür ki, qeyriyaşayış binasının tikintisinə 2005-ci ildə başlanılmış, qeyri-yaşayış binası 1 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 647.2 kv.m ibarətdir, qeyri-yaşayış binasının yerləşdiyi sərbəst torpaq sahəsi 1495,0 m2, ümumi tikili altı sahə isə 708,0 m2-dir. xx.xx.2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Bərdə şəhəri, Şəhriyar küçəsi ev 2-də yaşayan satıcı X14 tərəfindən Bərdə şəhəri, H.Aslanov küçəsi ev 5-də yaşayan alıcı X3 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 4284 saylı arayışına və seriya MH№0001690 saylı Dövlət reyestrindən çıxarışına əsasən Bərdə şəhəri, Bakı küçəsində 0.0716 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 647.2 kv.m, əsas sahəsi 581 kv.m Qeyri yaşayış binasının X11 məxsus ½ hissə X1 mülkiyyətinə verilir. Satılan qeyri yaşayış binası Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 4284 saylı arayışına və seriya MH№0001690 saylı Dövlət reyestrindən çıxarışına əsasən Bərdə şəhəri, Bakı küçəsində yerləşən Qeyri yaşayış binasının torpaq sahəsi ilə birlikdə ½ hissəsi X11 məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-1489/2023 nömrəli rəyin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(021)-188/2022 nömrəli qərarı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Məlumat üçün bildiririk ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 1(021)-188/2022 nömrəli qərarı ilə mübahisəli torpaq sahəsinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. Mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. Sənədlərin məhkəmə-texniki ekspertizası üzrə:
1. Sual: X3 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2881 saylı icarə müqaviləsi və X2 Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilən 28 aprel 2022-ci il tarixli, **********60-06301 saylı qeyriyaşayış sahəsinin texniki pasportu həqiqidirmi? rekvizitlərə uyğun tərtib edilibmi? həmin sənədlərin verilməsinə əsas olmuş sənədlər hansılardır? Cavab: X3 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2881 saylı icarə müqaviləsi və X2 Daşınmaz Əmlakın Kadastrı ve Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilən 28 aprel 2022-ci il tarixli, **********60-06301 saylı qeyri-yaşayış sahəsinin texniki pasportu ərazi idarəsinin arxivində qalan sürəti rəyə əlavə olunur. Rekvizitlərə uyğun və xx.xx.2010 tarixli Texniki Pasportuna əsasən tərtib edilmişdir. Məhkəmə-torpaqşünaslıq ekspertizası üzrə:
2. Sual: X3 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2881 saylı icarə müqaviləsi və X2 Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilən 28 aprel 2022-ci il tarixli, **********60-06301 saylı qeyriyaşayış sahəsinin texniki pasportunun qeyd hissəsində göstərilən 1487.5 kv.m torpaq sahəsi eyni sahədirmi və həmin sahə harada yerleşir? Cavab: X3 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2881 saylı icarə müqaviləsi və X2 Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilən 28 aprel 2022-ci il tarixli, **********60-06301 saylı qeyri-yaşayış sahəsinin texniki pasportunun qeyd hissəsində göstərilən 1487.5 kv.m torpaq sahəsi eyni sahədir və həmin sahənin məkan göstəriciləri və koordinatları rǝyǝ əlavə olunmuş planda öz əksini tapmışdır.
3. Sual: X3 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2881 saylı icarə müqaviləsi və X2 Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilən 28 aprel 2022-ci il tarixli, **********60-06301 saylı qeyriyaşayış sahəsinin texniki pasportunda göstərilən 1487.5 kv.m torpaq sahəsinin təyinatı nədir? Orada qeyri-yaşayış sahəsi tikilə bilərmi? Həmin sahə daxilində qanunsuz tikili (yaşayış və qeyri yaşayış sahəsi) mövcuddurmu? Mövcuddursa sahəsi nə qədər təşkil edir? Cavab: X2 Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilən 28 aprel 2022-ci il tarixli, **********60-06301 saylı qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən 1487.5 kv.m torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid olmaqla tikinti altı torpaq sahəsidir. Yeraltı və yerüstü kommunikasiya xəttlərinin mühafizə zolağı nəzərə alınmaqla həmin torpaq sahəsi üzərində qeyri-yaşayış tikilisi inşa edilə bilər və həmin sahə daxilində 303.0 kv.m ölçüdə olmaqla bir qeyri yaşayış tikilisi və bir metal konstruksiyadan ibarət 205.5 kv.m ölçüdə talvar mövcuddur. Həmin tikilinin qanuni və ya qanunsuz olubolmamasını təyin etmək ərazi idarəsinin səlahiyyətləri xaricindədir.
4. Sual: Təqsirləndirilən şəxs tərəfindən qanunsuz inşa edilən 229.1 kv.metr olan bir mərtəbəli fərdi ticarət obyekti X3 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2881 saylı icarə müqaviləsi və X2 Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilən 28 aprel 2022-ci il tarixli, **********60- 06301 saylı qeyri yaşayış sahəsinin texniki pasportunda göstərilən 1487.5 kv.m torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdirmi? Yoxsa həmin sahədən kənarda inşa edilmişdir? Cavab: X3 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2881 saylı icarə müqaviləsi və X2 Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilən 28 aprel 2022-ci il tarixli, **********60-06301 saylı qeyri yaşayış sahəsinin texniki pasportunda göstərilən 1487.5 kv.m torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/585 nömrəli məhkəmə mühəndis-texniki ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-1489/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müyyən edilmişdir. X3 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2881 saylı icarə müqaviləsi və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilmiş 28 aprel 2022-ci il tarixli, **********60-06301 saylı qeyri-yaşayış sahəsinin texniki pasportunun qeyd hissəsində göstərilən 1487.5 kv.m torpaq sahəsinin eyni olduğu müəyyən edilmişdir. Qərarın ikinci sualı üzrə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilmiş 28 aprel 2022-ci il tarixli, **********60-06301 saylı qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən 1487.5 kv.m torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid olmaqla tikinti altı torpaq sahəsidir. Yeraltı və yerüstü kommunikasiya xətlərinin mühafizə zolağı nəzərə alınmaqla həmin torpaq sahəsi üzərində qeyri-yaşayış tikilisi inşa edilə bilər və həmin sahə daxilində 303.0 kv.m ölçüdə olmaqla bir qeyri-yaşayış tikilisi ve bir metal konstruksiyadan ibarət 205.5 kv.m ölçüdə talvar mövcuddur. Qərarın üçüncü sualı üzrə mütəxəssis rəyinə əsasən, X3 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2881 saylı icarə müqaviləsi və Daşınmaz Əmlakın Kadastrı ve Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən təqdim edilmiş 28 aprel 2022-ci il tarixli, **********60-06301 saylı qeyri yaşayış sahəsinin texniki pasportunda göstərilən 1487.5 kv.m torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən edilmişdir. Aparılmış məhkəmə mühəndis texniki ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5/157 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin X1 adına qeyri-yaşayış binasının 28 aprel 2022-ci il tarixli **********60-06301 reyestr nömrəli Texniki pasportun blankları ofset və elektrofotoqrafik çap üsulları ilə hazırlanmışdır. 2. Tədqiqata təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin X1 adına qeyri-yaşayış binasının 28 aprel 2022-ci il tarixli **********60-06301 reyestr nömrəli Texniki pasportda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. 3. Tədqiqata təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin X1 adına qeyri-yaşayış binanın 28 aprel 2022-ci il tarixli **********60-06301 reyestr nömrəli Texniki pasportda olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. 4. Təqdim edilmiş X1 adına Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 07 iyul 2022-ci il tarixli 2881 nömrəli müqavilə surət olduğu üçün, həmin müqavilənin hazırlanma üsulu, möhür ǝksinin və imzaların icra üsulunun müəyyən edilməsi üzrə tədqiqat aparılmadı. 5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin X1 adına qeyri-yaşayış binanın 28 aprel 2022-ci il tarixli **********60-06301 reyestr nömrəli Texniki pasportunun, X1 adına Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 07 iyul 2022-ci il tarixli 2881 nömrəli müqavilənin sərbəst nümunələri təqdim edilmədiyi üçün, həmin sənədlərin müqayisəli tədqiqatı aparılmadı. 6. Ekspert qarşısında qoyulmuş "həmin sənədlərin verilməsinə əsas olmuş sənədlər hansılardır?" sual sənədlərin texniki ekspertin səlahiyyətinə aid olmadığı üçün, həmin sual üzrə tədqiqat işləri aparılmadı. Sənədlərin məhkəmə texniki ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərindən başlayaraq 16 may 2022-ci il tarixinədək Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində sahəsi 200 m2 olan dövlət mülkiyyətinə aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti və quraşdırma işləri aparmaqla qeyd olunan torpaq sahəsi üzərində 27,60 metr x 8,30 metrə ölçüdə, ümumi sahəsi 229,1 m2 olan birmərtəbəli fərdi ticarət obyekti tikmişdir. Bununlа dа Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-in 188.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 188.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl şəraitin dəyişməsinə görə artıq ictimai təhlükəli olmadığından təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti nəzərə alınaraq o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində CM-nin 188.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuşdur. Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Cinayət-Prosessual Məcəlləsinin 40-cı maddəsi də müvafiq halların sistemini müəyyən edir, lakin həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan hallardan fərqli olaraq, bu maddədə sadalanan hallar cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin 40-cı maddəsində iki növdə olan hallar təsbit edilmişdir. Birincisi, cinayət prosesini həyata keçirən orqanların mülahizəsinə görə cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hallarda cinayət təqibinin başlanılmaması və ya ona xitam verilməsi cinayət prosesini həyata keçirən orqanların hüququ olaraq qalır (onlar üçün məcburi xarakter kəsb etmir). Beləliklə, Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 40.4-cü maddələri imperativ qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutduğu halda, həmin Məcəllənin 40.2-ci maddəsində göstərilən hallar üzrə (Cinayət Məcəlləsinin 72.1, 73.1, 73- 1.3 və 74-cü maddələri) şəxsin cinayət məsuliyyətindən azad edilməsi cinayət prosesini həyata keçirən orqanın vəzifəsi kimi nəzərdə tutulmamış və qanunverici bu halları cinayət təqibini həyata keçirən orqanların və ya məhkəmənin mülahizəsinə buraxmışdır. Qeyd edildiyi kimi, Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında Cinayət-Prosessual Məcəlləsinin 39-cu (cinayət təqibini istisna edən hallar), habelə 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar (cinayət təqibinin həyata keçirilməməsinin cinayət prosesini həyata keçirən orqanların mülahizəsindən asılı olmadığı hallar) müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət Məcəlləsinin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci maddəsində məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilən məsələlər sırasında cinayət hadisəsinin və təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmaması müəyyən olunmuşdur. Göstərilən normaların təhlilindən göründüyü kimi, cinayət əməlinin və ya əməli törətmiş şəxsin ictimai təhlükəliliyini itirib-itirməməsi, şəraitin dəyişməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olub-olmamasına dair sübutlara məcmu halında, məhkəmə baxışı mərhələsində qiymət verilməlidir. Məhz buna görə də Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, 127-ci maddəsinin İİ hissəsinin, Cinayət- Prosessual Məcəlləsinin 39, 40.2, 43.3, 299 və 305.1-ci maddələrinin tələblərinə uyğun olaraq, Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, hazırki cinayət işində ibtidai istintaq orqanı tərəfindən ilk növbədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri müəyyən edilmişdir. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərindən başlayaraq 16 may 2022-ci il tarixinədək Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində sahəsi 200 m2 olan dövlət mülkiyyətinə aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti və quraşdırma işləri aparmaqla qeyd olunan torpaq sahəsi üzərində 27,60 metr x 8,30 metrə ölçüdə, ümumi sahəsi 229,1 m2 olan birmərtəbəli fərdi ticarət obyekti tikməklə CM-nin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bununla bağlı onun barəsində Bərdə rayon Polis Şöbəsinin müstəntiqi Sənan Bayramzadə tərəfindən xx.xx.2022-ci il tarixdə CM-nin 188.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır. Lakin, cinayət işinin başlandığı tarixdən qısa müddət sonra, yəni 07 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X3 arasında bağlanmış icarə müqaviləsinə əsasən ünvan 5 ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 1487,5 kv.m torpaq sahəsi icarə şərtləri əsasında X1 müvəqqəti istifadəsinə verilmişdir. Cinayət işinin başlanmasından qısa müddət sonra üzərində Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikili inşa edilən torpaq sahəsinin dövlət tərəfindən təqsirləndirilən şəxsin qardaşına icarəyə verilməsinə baxmayaraq qanunsuz inşa edilmiş həmin tikilinin sözügedən torpaq sahəsinin hüdudları daxilində inşa edilib-edilməməsi ibtidai istintaq orqanı tərəfindən toplanmış iş materialları ilə müəyyən edilə bilinmədiyindən məhkəmə tərəfindən kompleks məhkəmə torpaqşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmiş və aparılmış ekspert tədqiqatı nəticəsində verilmiş ekspert rəylərinə və mütəxəssis rəyinə əsasən qanunsuz tikilmiş tikilinin X2 dövlət tərəfindən müvəqqəti əsaslarla icarəyə verilmiş 1487,5 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edildiyi öz təsdiqini tapmış və həmin torpaq sahəsi üzərində yeraltı və yerüstü kommunikasiya xətlərinin mühafizə zolağı nəzərə alınmaqla qeyri-yaşayış sahəsinin (tikilisinin) inşa edilə bilməsi, habelə torpaq sahəsinə dair hüquqmüəyyən edici sənədlərin rekvizitlərə uyğun tərtib edildiyi ekspert rəyində göstərilmişdir. Bununla da məhkəmə hesab edir ki, üzərində inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması ilə mövcud şərait təqsirləndirilən şəxsin xeyrinə dəyişərək Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyi aradan qalxmış olur və şəraitin dəyişməsi cinayət işinin başlanmasından sonra baş verdiyindən məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi vəsatəti haqlı hesab edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 74-cü maddəsi ilə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməli olması qənaətinə gəlir. Məhz yuxarıda göstərilən halları məhkəmə şəraitin dəyişməsi kimi qiymətləndirir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, torpaq sahəsinə dair icarə hüququnu təqsirləndirilən şəxsin özü deyil, qardaşı X3 əldə etmişdir, lakin məhkəmə istintaqı zamanı və iş materiallarına əsasən X1 hazırki iş üzrə Təqsirləndirilən şəxs şikayətinin olması aşkar və müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibinə xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilməli olması ilə bağlı qənaətinə dair xüsusilə diqqətə çatdırır ki, CM-nin 188-ci maddəsinin dispozisiyasına və həmin maddənin tərkib əlamətlərinə nəzər saldıqda burada əsas zəruri elementin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, torpaq sahəsini özbaşına tutma və ya torpaq sahəsində özbaşına tikinti və ya quraşdırma işlərini aparmada ifadə olunduğu görülür. Yəni bütün bu əməllər qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsində törədildikdə cinayət məsuliyyəti yaratdığından məhkəmə hesab edir ki, CM-nin 188-ci maddəsi ilə təqsirləndirilən şəxsin cinayətin obyekti olan torpaq sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququnun yaranması həmin cinayətin və ya cinayət hesab edilən əməlin ictimai təhlükəliliyini aradan qaldırmaqla şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə nəticələnir ki, hazırki cinayət təqibi üzrə icraatda da belə hal mövcuddur. Bununla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 mart 2015-ci il tarixli qərarında göstərilir ki, torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də, torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası Konstitusiya və Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilikləri ilə müəyyən olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (bundan sonra – Torpaq Məcəlləsi) Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir (Torpaq Məcəlləsinin 2-ci maddəsi). Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni zamanda, Torpaq Məcəlləsinin 9-cu maddəsində Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi əhəmiyyətinə görə dəqiq və ardıcıllıqla müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: torpaq sahələrinin özbaşına tutulması; torpaq sahələrində qanunsuz tikinti aparılması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. Məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verildiyindən və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat və sənədlərin məhkəmə-texniki ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata (cinayət təqibinə) CM-in 74-cü maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat və sənədlərin məhkəmə-texniki ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hаkim: Fuad Babaşov