Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-100/2021 19.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1969-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, 2ci qrup əlil, Bərdə rayonu Mollaəhmədli kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri H.Əliyev prospekti ev 5də yaşayan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25.04.2021-ci il tarixdə təxminən saat 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onun sifət və baş nahiyələrinə yumruq zərbələri vuraraq, beyin silkələnməsi ilə müşayət olunan sağ gözətrafı nahiyənin qançırı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25.04.2021-ci il tarixdə axşam saat 19 radələrində özünə məxsus yaşadıqları evin yanında olan avtomobil təmiri sexinin kənarında stolda əyləşmişdir. Bu zaman yol ilə iki nəfər, təxminən 17-18 yaşlı uşağın və yanında 35-40 yaşlarında bir kişinin keçdiyini görmüşdür. Həmin uşağın əlində olan tum paketini açaraq tumu cibinə tökdüyünü və paketi isə bizim evin həyət darvazasının qarşısına atdığını görmüşdür. Bu zaman o yerindən qalxaraq həmin şəxslərə öz iradını bildirib tumun paketini yerdən götürməsini demişdir. Həmin vaxt uşaq tum paketini götürmək istəsə də onun yanında olan adının sonradan Vəzirxan olduğunu öyrəndiyi şəxs buna imkan verməmişdir. Bu minvalla onların aralarında mübahisə yaranmışdır. Həmin vaxt o Vəzirxana tərəf Vəsirxan isə ona tərəf gəlmişdir. İlk öncə itələşməyə başlamışlar və o Vəzirxanın sifət və baş nahiyəsinə yumuruqla vurmuşdur. Daha sonra isə onu təkrar vurub vurmadığını xatırlamır, lakin onların aralarında bir qədər dava-dalaş davam etmişdir. Bundan sonra onlar dartışmağa başlamış və Vəzirxan təpiklə onun sol əl nahiyəsindən vurmuş və onlar yaxalaşan zaman onun əynində olan köynək dartılaraq cırılmışdır. Həmin hadisə zamanı ətraflarına kənar şəxslər toplaşmışlar, həminçinin kənarda bir neçə avtomobil sürücüsü avtomobillərini saxlayraq onlara yaxınlaşmışlar. Aralarında olan davadalaş zamanı səs-küyə tanıdığı, onlarla qonşuluqda yaşayan Yusif və Dağıstan adlı şəxslər yaxınlaşaraq onları aralaşdırmışdır. Bundan sonra həmin şəxs oradan uzaqlaşaraq çıxıb getmişdir. Hadisə 25.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə Ağdam avtomobil yolunun kənarında baş vermişdir. Hadisə təxminən 6-7 dəqiqə ərzində davam etmişdir, hadisə zamanı ətraflarına kənar şəxslər toplaşmışdırlar. Hadisə zamanı o, Vəzirxan adlı şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir, Vəzirxan da onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 25.04.2021ci il tarixdə axşam saat 19 radələrində qardaşı oğlu Səidlə birlikdə Bərdə şəhəri H.Əliyev prospektində qəssəbxanadan ət, dükandan isə meyvə-tərəvəz və uşaqları üçün şirniyatlar, Səidə isə bir ədəd tum almışdır. Onlar Bərdə şəhəri H.Əliyev prospekti ilə yolun kənarı ilə piyada evə tərəf gedirmişlər. Səid əlində olan tum paketini açaraq tumu cibinə töküb paketi yerə atmışdır. Bu zaman kənardan adının sonradan Feyruz olduğunu öyrəndiyi şəxs onları səsləyərək Səidə paketi yerdən götürməsini demişdir. Səid isə əyilib paketi yerdən götürən zaman Feyruz Səidə nalayiq ifadə işlətmişdir. O, isə həmin vaxt Feyruza bağışlamasını, Səidin həmin paketi götürəcəyini demişdir. Bu zaman Feyruz onun ünvanına da nalayiq ifadə işlətmiş və onun üzərinə gəlmişdir. O, Feyruzun onu vurmaq istəməsini ehtimal etməmişdir. Lakin Feyruz ona yaxınlaşan zaman onun sağ göz nahiyəsindən sağ yumuruğu ilə vurmuşdur. Daha sonra isə onun yaxasından tutub onu silkəlməyə başlamışdır. Onlar həmin vaxt Feyruzla təxminən 1 dəqiqə ərzində yaxalaşmışlar. Bu zaman Feyruz təkrar onun baş nahiyəsinə yumuruq zərbələri vurmağa başlamışdır. O, isə özünü müdafiə etmək üçün bir dəfə təpiklə Feyruzu vurmuşdur. Həmin vaxt qardaşı oğlu Səid Feyruzu ondan kənarlaşdırmağa çalışsa da Feyruz bu hərəkələrinə davam etməyə və onun baş nahiyəsinə yumruq zərbələri vurmağa davam etmişdir. Bu zaman yol ilə ötən tanımadıqları şəxslər yaxınlaşaraq onu Feyruzun əlindən almışlar. Feyruz isə davamlı olaraq onun ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir edib təkrar onu vurmaq üçün üzərinə gəlməyə başlamışdır. Lakin orada olan şəxslər Feyruzu kənarlaşdırmışlar. Daha sonra o, oradan uzaqlaşaraq evə getmişdir. Hadisə 25.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə Ağdam yolunun kənarında baş vermişdir. Hadisə təxmiən 3-4 dəqiqə ərzində davam etmişdir, hadisə zamanı ətraflarına kənar şəxslər toplaşmışdırlar, hətta yol ilə ötüb keçən avtomobil sürücüləri də avtomobilin sürətini azaldaraq hadisəyə baxıb ötüb keçirmişlər. Feyruz hadisə zamanı uca səslə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə zamanı o özünü Təqsirləndirilən şəxs müdafiə etmək üçün onu bir dəfə təpiklə vurmuşdur. Lakin Təqsirləndirilən şəxs onun sifət, baş nahiyələrinə dəfələrlə hər iki əli ilə yumruq zərbələri vurmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Papravənd kəndindən məcburi köçkün olmaqla Bərdə rayonu Qarabağ qəsəbəsində məskunlaşmışlar. Təqsirləndirilən şəxs uzun müddətdir ki, qonşu kimi tanıyır. Adının sonradan Vəzirxan olduğunu öyrəndiyi şəxsi isə qiyabi olaraq tanıyır. Onların hər hansı biri ilə heç bir ədavəti, düşmənçiliyi yoxdur. Onun özümə məxsus mersedes markalı **-KP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. Həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Avtomobili isə daimi olaraq yaşadıqları küçənin çıxış hissəsində H.Əliyev prospektində saxlayır. 25.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində həmişəki kimi avtomobilini küçənin çıxışında saxlayıb, avtomobilində əyləşmişdir. Həmin vaxt avtomobilinin qarşı tərəfindən onlarla qonşuluqda yaşayan Yusif və Ehtiram adlı şəxslər söhbət edirmişlər. Həmin vaxt o avtomobildən düşən zaman Yusifgil Feyruzun bir nəfər şəxslə dalaşdığını bildirmişlər. Həmin vaxt o, avtomobildən düşmüş və Feyruzun həmin şəxslə yaxalaşdığını görmüşdür. Həmin şəxsin əlində olan torbalar yerə düşmüşdür. Feyruzun həmin şəxsə yumuruq zərbələri atmasını görmüşdür. Lakin həmin şəxsin sifətinə və ya baş nahiyəsinə dəyib dəymədiyinə fikir verməmişdir. O və digər şəxslər Feyruzu kənarlaşdıraraq dalaşmamasını demişlər. Daha sonra həmin şəxs torbalarını da götürüb yanında olan uşaqla oradan uzaqlaşmışdır. Hadisə 25.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə Ağdam yolunun kənarında baş vermişdir. Hadisə təxminən 4-5 dəqiqə ərzində davam etmişdir, hadisə zamanı ətrafa kənar şəxslər toplamışdılar. Həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin işçiləri də yolun kənarına gələrək hadisəyə baxırmışlar. Hadisə zamanı o Feyruzun uca səslə nalayiq ifadələr işlətməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Qiyaslı kəndindən məcburi köçkün olmaqla hazırda Bərdə rayonu Qarabağ qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, qonşu kimi tanıyır. Onun özünə məxsus olan moskvic markalı **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. Həmin avtomobil ilə müəyyən vaxtlarda taksi fəaliyyəti işlə məşğul olur. Zərərçəkmiş şəxs isə ona məxsus avtomobildən taksi kimi istifadə etdiyi ərəfələrdən təxminən 7-8 il müddətdir ki, tanıyır. Onların hər hansı biri ilə heç bir ədavəti, düşmənçiliyi yoxdur. 25.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində evdən çıxaraq Bərdə şəhəri H.Əliyev prospektinə tərəf gəlirmiş. O, küçənin başına çatan zaman Dağıstan adlı qonşusunun həmişəki kimi özünə məxsus avtomobili ilə yolun kənarında dayandığını və özü də avtomobilin içərisində əyləşdiyini görmüşdür. Həmin vaxt onun avtombilinin yaxınlığında Ehtiram adlı qonşusu da olmuşdur. O, Ehtiramla salamlaşan zaman Feyruzun Vəzirxanla mübahisə etməsini görmüşdür. Həmin vaxt Vəzirxanın yanında uşaq da olmuşdur. Təxminən 1 dəqiqə sonra Feyruz Vəzirxanla qarşı qarşıya gəlmiş və qəflətən Vəzirxana yumuruqla vurmuşdur. Bu zaman Vəzirxan yerə yıxılmışdır. Birinci o onlara tərəf yaxınlaşmışdır. Vəzirxan ayağa qalxdıqdan sonra Feyruz onunla yaxalaşmışdır. İlk əvvəl nə qədər çalışsa da onları aralaşdıra bilməmişdir. Həmin vaxt Feyruz Vəzirxanın baş nahiyəsinə bir neçə dəfə yumuruqla vurmuşdur. Bundan sonra Dağıstan, Ehtiram və tanımadığı şəxslər yaxınlaşaraq Feyruzu Vəzirxandan aralaşdıra bilmişlər. Hadisə zamanı Vəzirxanın bir dəfə təpiklə Feyruzu vurmasını görmüşdür. Daha sonra Vəzirxan yerə dağılmış torbalarını da götürüb yanında olan uşaqla birlikdə oradan uzaqlaşmışdır. Hadisə 25.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə Ağdam yolunun kənarında baş vermişdir. Hadisə təxmiən 4-5 dəqiqə ərzində davam etmişdir, hadisə zamanı ətrafa kənar şəxslər toplaşmışlar. Həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin işçiləri də yolun kənarına gələrək hadisəyə baxırmışlar. Hadisə zamanı onun fikri onları aralaşdırmağa yönəldiyi üçün nalayiq ifadələrin işlədilməsinə fikir verə bilməmişdir. Lakin həmin hadisə zamanı yolda olan səs-küyü kənar şəxslər eşidərək yaxınlaşıb hadisəyə baxırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri H.Əliyev prospektində Bərdə Ağdam avtomobil yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsində operator işləyir. İş fəaliyyəti bir sutka olmaqla istirahət vaxtı növbəti sutka ərzində olur. 25.04.2021-ci il tarixdə səhər saat 09 radələrindən yanacaqdoldurma məntəqəsinə işə çıxmışdır. Həmin gün təxminən saat 19 radələrində yanacaqdoldurma məntəqəsinə daxil olan avtomobilərə yanacaq doldururmüş. Buna görə yanacaqdoldurma məntəqəsinin həyətində olmuşdur. Avtonmobilllərdən birinə yanacaq doldurub qurtardıqdan sonra üzbəüz tərəfdən səs-küy gəldiyini eşidib həmin tərəfə çönmüşdür. Bu zaman məntəqə ilə üzbəüz yolun əks tərəfindən yerləşən evdə yaşayan və orada olan avtomobil təmiri sexinin sahibi tanıdığı Feyruz adlı şəxsin bir nəfər yanında uşaq olan şəxslə münaqişə etdiyini, həmçinin həmin şəxslə itələşdiyini görmüşdür. Həmin vaxt tanımadığı şəxsin yanında olan uşaq “ay əmi lazım deyil” deyə müraciətlər edirmiş. Daha sonra Feyruz həmin şəxslə qarşı qarşıya gələrək həmin şəxsin baş nahiyəsinə yumuruqla vurmuş, həmin şəxs yerə yıxılmış və torbalar yerə dağılmışdır. Hadisə zamanı səs-küy kənardan açıq aydın eşidilirmiş. Bundan sonra o və yanacaqdoldurma məntəqəsində işləyən Etibar və orada olan digər şəxslər işi yarımçıq qoyaraq həmin hadisə baş verən yerə bir qədər də yaxınlaşmışlar. Lakin Feyruz və həmin şəxsin ətrafına 6-7 nəfər şəxs yığışdığı üçün onlar özləri hadisəyə birbaşa müdaxilə etməmişlər. Hadisə zamanı Feyruz həmin şəxsin baş nahiyəsinə bir neçə dəfə yumuruqla vurmuş, həmin şəxs isə Feyruza bir dəfə təpik atmışdır. Lakin orada olan şəxslər Feyruzu və onu aralaşdırmışlar. Daha sonra həmin şəxs yerə dağılmış torbalarını da götürüb yanında olan uşaqla birlikdə oradan uzaqlaşmışdır. Hadisə 25.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə Ağdam yolunun kənarında yanacaqdoldurma məntəqəsi ilə üzbəüz baş vermişdir. Hadisə təxmiən 4-5 dəqiqə ərzində davam etmişdir, hadisə zamanı ətrafa kənar şəxslər toplamışlar. Hadisə zamanı ortalıqda uca səslə qışqır-bağırtı var imiş. Lakin o nalayiq ifadələr işlədilməsinə fikir verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid6 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 4-5 il müddət olar ki, tanıyır. Onunla aralarında heç bir ədavətləri, düşmənçilikləri yoxdur. 25.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yolun kənarında qonşuları Dağıstan və Yusiflə dayanmışdır. Həmin vaxt Dağıstan avtomobilində əyləşmişdir. Bir qədər keçdikdən sonra Feyruzun əvvəllər tanımadığı yanında uşaq olan bir nəfər şəxslə münaqişə etməsini görmüşdür. İlk əvvəl nə baş verdiyini bir o qədər başa düşməmişdir. Lakin Feyruz həmin şəxsə yaxınlaşaraq yumuruqla onun sifət nahiyəsinə vurduğunu görmüşdür. Onlardan qabaq Feyruzgilə Yusif yaxınlaşmışdır. Həmin ərəfədə yerə yıxılan şəxs ayağa qalxmış və Feyruz onun yaxasından tutmuşdur. Onlar bir qədər yaxalaşmışlar və Feyruz həmin şəxsin baş nahiyəsindən bir neçə dəfə yumuruqla vurmuşdur. Bu zaman Dağıstan, o və tanımadığı bir neçə şəxs onlara yaxınlaşmışlar və Feyruzu həmin şəxsdən aralaşdırmışlar. Lakin həmin döyülən şəxsin Feyruzu vurmasını görməmişdir. Onlar Feyruzgili aralaşdırdıqdan sonra həmin şəxs yerə dağılmış torbalarını da götürüb yanında olan uşaqla birlikdə oradan uzaqlaşmışdır. Hadisə 25.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə Ağdam yolunun kənarında baş vermişdir. Hadisə təxmiən 5-6 dəqiqə ərzində davam etmişdir, hadisə zamanı ətrafa kənar şəxslər toplaşmışlar. Həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin işçiləri də işlərini yarımçıq qoyaraq yolun kənarına gələrək hadisəyə baxırmışlar. Hadisə zamanı uca səslə nalayiq ifadələr işlədilirmiş. Lakin həmin ifadələrin kim tərəfindən işlədildiyini xatırlamır. Materiala əlavə edilmiş 25.04.2021-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş dava-dalaş zamanı hadisənin baş vermə səbəbləri, hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq hərəkətlərinin edilib edilməməsi, həmçinin ərazidə görüntü kameralarının olub olmaması və görüntü kameraları olacağı halda videogörüntünün götürülərək təhqiqata təqdim edilməsi istiqamətində tədbirlər keçirilməsi barədə tapşırıq verilmiş və həmin tapşırığa verilmiş cavab raportunda göstərilmişdir ki, tapşırıq əsasında rayon polis şöbəsinin şəxsi heyyəti təlimatlandırılmış, aidiyyəti əməkdaşlara tapşırıqlar verilmiş, həmin əraziyə yaxın ünvanlarda yaşayan və işləyən vətəndaşlarla kəşfiyyat xarakterli söhbətlər aparılmışdır. Keçirilmiş əməliyyat tədbirləri və aparılmış kəşfiyyat xarakterli söhbətlər nəticəsində müəyyən edilmişdir ki, hadisə Bərdə şəhəri H.Əliyev prospektində insanların piyada və avtomobil ilə mütəmadi hərəkət etdikləri yerdir. Hadisə Təqsirləndirilən şəxs təşəbbüskarlığı ilə baş vermişdir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş, sifət nahiyələrinə dəfələrlə yumuruqla vurmuş, onu uca səslə nalayiq ifadələrlə söyüb təhqir etməklə bu hərəkətlərinə davam etmişdir. Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin işçiləri və orada olan digər şəxslər fəaliyyətlərini dayandıraraq hadisənin baş verdiyi yerə yaxınlaşmış, həmçinin bir neçə nəfər şəxs isə birbaşa hadisəyə müdaxilə edərək Təqsirləndirilən şəxs kənarlaşdırmağa çalışmışlar. Hadisə baş verən yerlə üzbəüz yerləşmiş yanacaqdoldurma məntəqəsinin görüntü kameralarından videogörüntü əldə edilərək 1 ədəd DVD diskə köçürülmüş və təhqiqat araşdırmasına təqdim edilir. Materiala əlavə edilmiş məhkəmə tibb ekspertizasının 334 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – beyin silkələnməsi ilə müşayət olunan sağ gözətrafı nahiyənin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 25.04.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Materiala əlavə edilmiş məhkəmə tibb ekspertizasının 26.04.2021-ci il tarixli 336 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərindən aşkar edilmiş xəsarət –sol əlin İ barmağının ovuc səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 25.04.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Materiala əlavə edilmiş Təqsirləndirilən şəxs Muxtar oğlunun ƏƏSMNİ yanında DSMFnun Bərdə rayon şöbəsi tərəfindən verilmiş 022402 № -li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Muxtar oğlu İİ qrup əlildir. Materiala əlavə edilmiş Təqsirləndirilən şəxs Muxtar oğlunun Bərdə rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 068587 № -li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Muxtar oğlu müharibə veteranıdır. Materiala əlavə edilmiş Bərdə RİHB-nın Kolayır kənd İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Muxtar oğlu müsbət xarakterizə olunmuşdur. Materiala əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 25.04.2021-ci il tarixdə təxminən saat 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onun sifət və baş nahiyələrinə yumruq zərbələri vuraraq, beyin silkələnməsi ilə müşayət olunan sağ gözətrafı nahiyənin qançırı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. (2-ci bənd); Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir. Əmlakı məhv etmək dedikdə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması,əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədəzərər vurulması başa düşülməlidir. (4-cü bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 221.1-ci maddəsinin sanksiyasında daha yüncül cəzasnın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, 2-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-100/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-100/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver