Məhkəmə qərarları › İş №1(021)-100/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-100/2022

29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-100/2022 29.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 vəkili Müdafiəçi1 iştirakı ilə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 barəsində Azərbaycan Respublikası CM- nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona qanunla nəzərdə tutulmuş qaydada cəza təyin edilməsinə dair müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. X6 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ilin Novruz bayramı ərəfəsində Ağayev İbrahim Hüseyn oğlu "xxxx" MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən bazara gəlmiş və mağazaları yanmış bir qrup şəxslə görüş keçirmişdir. Həmin görüşdə Ağayev İbrahim Hüseyn oğlu malları yanmış sahibkarlarn dərdlərinə şərik olduğunu və onlara yanğın nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi məqsədi ilə guya bazarın direktoru X5 500 000,00 (beş yüz min) manat həcimində pul vəsaiti verdiyini bildirmişdir. Görüşdə iştirak edən sahibkarlar X6 tərəfindən kompensassiya kimi heç bir məbləğdə pul almadıqlarını bildirdikdə Ağayev İbrahim Hüseyn oğlu onlara demişdir ki, yəqin ki, Adil Nəbiyev bu dəfə də həmişə olduğu kimi ona verilən pulları mənimsəmişdir. X1 aylıq haqq tələb etdiyini, verməyəcəyi təqdirdə bazar rəhbərliyindən onu uzaqlaşdıracağını bildirmişdir. Hesab edir ki, X7 oğlu cinayət məsuliyyətinə cəlb edilməli və cəzalanmalıdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, X6 şikayət ərizəsinin forma məzmununa riayət etməmişdir. Belə ki, tərtib olunmuş ərizədə tərəflərin statusu düzgün müəyyən olunmamış, cinayətin harada və hansı şahid ifadələri ilə təsdiq olunması qeyd olunmamışdır. Bununla da, məhkəmə hesab edir ki, X3 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Həmin Məcəllənin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, X7 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona qanunamüvafiq qaydada cəza təyin edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək məhkəməyə verilməsi və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasına dair X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar