Məhkəmə qərarları › İş №1(021)-100/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-100/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-100/2024 04.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, Bərdə rayonu Samux kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx xxxx 1989-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, qeyrirəsmi əri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri ərazisində danışıb Zərərçəkmiş şəxs torpaq sahəsinə texniki pasport alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda torpaq sahəsinin texniki pasportunun alınmasına köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə sonuncunu aldadaraq 2022-ci ilin noyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda özünün yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulunu almaqla, 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 1030 (min otuz) manat pulunu özünün istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, eyni zamanda 2022-ci ilin noyabr ayının axırlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncuya sosial yardım düzəldəcəyinə köməklik göstərəcəyini bildirib 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən Bərdə şəhər Xəzinədarlıq İdarəsinin qarşısında Zərərçəkmiş şəxs 1200 (min iki yüz) manat pulunu almaqla, 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat pulunu özünün istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, habelə 2022-ci ilin dekabr ayının axırlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncuya diplom alacağı və Bərdə şəhər Xəzinədarlıq İdarəsinə işə düzəldəcəyini bildirib 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 1310 (min üç yüz on) manat pulunu özünün istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, eyni zamanda 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncunun torpaq sahəsini suvarmaq üçün elektrik naqili çəkdirməyə köməklik göstərəcəyini bildirib 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 300 (üç yüz) manat pulunu özünün istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, habelə 2023-cü ilin mart ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncunun su sayğacına olan 660 manat borcunu sildirəcəyi və yaşadığı evin qaz sayğacının gələcəkdə qaz sərfiyyatını azaldacağına köməklik göstərəcəyini bildirib 2023-cü ilin mart ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu özünün istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə Zərərçəkmiş şəxs ümumilikdə 7140 (yeddi min yüz qırx) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, qeyrirəsmi arvadı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri ərazisində danışıb Zərərçəkmiş şəxs torpaq sahəsinə texniki pasport alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda torpaq sahəsinin texniki pasportunun alınmasına köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə sonuncunu aldadaraq 2022-ci ilin noyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda özünün yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulunu almaqla, 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 1030 (min otuz) manat pulunu Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, eyni zamanda 2022-ci ilin noyabr ayının axırlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncuya sosial yardım düzəldəcəyinə köməklik göstərəcəyini bildirib 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən Bərdə şəhər Xəzinədarlıq İdarəsinin qarşısında Zərərçəkmiş şəxs 1200 (min iki yüz) manat pulunu almaqla, 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat pulunu Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, habelə 2022-ci ilin dekabr ayının axırlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncuya diplom alacağı və Bərdə şəhər Xəzinədarlıq İdarəsində işə düzəldəcəyini bildirib 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 1310 (min üç yüz on) manat pulunu Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, eyni zamanda 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncunun torpaq sahəsini suvarmaq üçün elektrik naqili çəkdirməyə köməklik göstərəcəyini bildirib 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 300 (üç yüz) manat pulunu Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, habelə 2023-cü ilin mart ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncunun su sayğacına olan 660 manat borcunu sildirəcəyi və yaşadığı evin qaz sayğacının gələcəkdə qaz sərfıyyatını azaldacağına köməklik göstərəcəyini bildirib 2023cü ilin mart ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürməklə Zərərçəkmiş şəxs ümumilikdə 7140 (yeddi min yüz qırx) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək Bərdə şəhərində yerləşən 16 saylı X3 kargüzar vəzifəsində işləmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamışdır. 2022-ci ilin oktyabr ayının axırlarında Nəsimini Azərin vasitəsilə tanımış, Zərərçəkmiş şəxs Bərdə şəhərində ev və evin arxa hissəsində torpaq sahəsi almış, həmin torpaq sahəsinin sənədlərində uyğunsuzluq olmuşdur. Nəsimi torpaq sahəsini öz adına sənədləşdirə bilməmiş, Azər ona Nəsimiyə köməklik etmək istədiyini demişdir. İşin müqabilində Nəsimidən 1000 manat pul istəmiş, 2022-ci ilin noyabr ayının əvvəllərində Nəsimi torpaq məsələsinə görə yaşadığı ünvana gələrək ona 1000 manat pul vermiş, həmin vaxt Azər də yanında olmuşdur. Həmin gündən 15 gün sonra Nəsimi ayrı-ayrı vaxtlarda həmin işlə əlaqədar ona məxsus “Leobank” bank kart hesabına ümumillikdə 2030 manat məbləğində pul göndərmişdir. Nəsimidən sənədlər alsa da, heç bir iş görməmişdir. Nəsimidən aldığı 3030 manat pulu Azər ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin ərəfədə imkanları zəif olduğundan Nəsimidən başqa adla pul almağı qərarlaşdırmışdır. 2022-ci ilin noyabr ayının axırlarında Nəsimidən sonuncuya sosial yardım düzəltmək adı ilə 2000 manat pul istəmiş, Nəsimi həmin vaxt pulun 1200 manatını Bərdə şəhərində yerləşən 16 saylı X1rşısında Azərə vermiş, sonuncu da pulu ona vermişdir. Nəsimi qalan 800 manatı isə onun kartına göndərmişdir. Qeyd olunan pulu da Azər ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. Əslində onlar Nəsimi üçün heç bir iş görməmişlər. 2022-ci ilin dekabr ayının axırlarında Azər Nəsimiyə diplom alacağını və sonuncunu 16 saylı xəzinədarlıq idarəsində işə düzəlməsinə onun köməklik edəcəyini bildirmiş, Nəsimiyə bu işi görmək üçün 2000 manat pul lazım olduğunu demişdir. Nəsimi ilə danışanda sonuncuya bu işdə köməklik edəcəyini demiş, həmin ərəfədə Nəsimi onun kart nömrəsinə 1310 manat pul göndərmiş, onlar həmin puluda Azər ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmiş, Nəsimi üçün yenə heç bir iş görməmişlər. Bundan başqa Azər Nəsiminin torpaq sahəsinin suvarılması üçün sonuncuya elektrik naqili çəkdirəcəyini deyərək 300 manat pul istəmiş, onun da bundan xəbəri olmuş, Nəsimi 2023-cü ilin fevral ayında onun kartına 300 manat pul göndərmiş, lakin onlar Nəsimi üçün heç bir iş görməmiş, o, 300 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Nəsiminin təzə aldığı evin su sayğacına 660 manat borcu olmuş, həmin pulu sildirmək üçün və hazırda Nəsiminin yaşadığı evin qaz sayğacına az məbləğdə pul ödəməsi üçün sonuncudan 500 manat pul istəmişdir. Bu barədə Azərə də xəbər vermiş, Azərin də bu söhbətdən məlumatı olmuşdur. 2023-cü ilin mart ayında həmin məsələ ilə bağlı Nəsimi onun kart nömrəsinə ümumilikdə 500 manat pul göndərmiş, bununla bağlı yenə də heç bir iş görməmiş, həmin pulu da Azər ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmişdir. Nəsimi onlardan verdiyi pulları geri istədikdə sonuncunu yubatmış, lakin sonradan Nəsimidən aldığı 7140 manat puldan 1000 manat, 50 manat, 50 manat, 100 manat, 100 manat və 150 manat olmaqla, ümumilikdə 1450 manat pulunu sonuncunun adına olan karta göndərməklə ödəmişdir. Zərərçəkmiş şəxsə vurduqları ziyandan qalan 5690 manat pulu da tez bir zamanda ödəyəcəyinə söz verir. Səhvini başa düşür, tutduğu əməldən son dərəcə peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir. Himayəsində bir nəfər azyaşlı körpə uşağı var və həmin körpənin ondan başqa baxanı, himayədarı yoxdur. Himayəsində bir nəfər azyaşlı körpə uşağının olmasının, qadın və ana olmasının nəzərə alınıb ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, özü təmir işləri görmüş, qeyrirəsmi arvadı Təqsirləndirilən şəxs1 isə xx.xx.2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək Bərdə şəhərində yerləşən 16 saylı X3 kargüzar vəzifəsində işləmişdir. 2022-ci ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxsla tanış olmuş, sonuncunun evində arvadı Leyla ilə birlikdə bir müddət kirayədə yaşamışlar. Zərərçəkmiş şəxs Bərdə şəhərində ev və evin arxa hissəsində torpaq sahəsi almış, həmin torpaq sahəsinin sənədlərində uyğunsuzluq olmuş, sonuncu torpaq sahəsini öz adına sənədləşdirə bilməmişdir. Bu barədə ondan köməklik istəmiş, o da Leylaya demiş, Leyla Nəsimiyə kömək edəcəyini bildirərək həmin işin müqabilində Nəsimidən 1000 manat məbləğində pul istəmişdir. 2022ci ilin noyabr ayının əvvəllərində Nəsimi torpaq məsələsinə görə yaşadıqları ünvana gələrək Leylaya 1000 manat pul vermiş, həmin vaxt o özü də orada olmuşdur. Həmin gündən 15 gün sonra Nəsimi ayrı-ayrı vaxtlarda həmin işlə əlaqədar Leylaya məxsus “Leobank” bank kart hesabına ümumilikdə 2030 manat pul göndərmişdir. Onlar həmin pulu Leyla ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər, Nəsimi üçün isə heç bir iş görməmişlər. Həmin ərəfədə imkanları zəif olduğundan Nəsimidən başqa adla pul almağı qərarlaşdırmış, 2022-ci ilin noyabr ayının axırlarında Nəsimidən sonuncuya sosial yardım düzəltmək adı ilə 2000 manat pul istəmiş, sonuncu həmin ərəfədə pulun 1200 manatını Bərdə şəhərində yerləşən 16 saylı X1rşısında ona vermiş, o da pulu Leylaya vermişdir. Nəsimi qalan 800 manatı isə Leylanın kartına göndərmişdir. Həmin pulu da Leyla ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmiş, Nəsimi üçün yenə də heç bir iş görməmişlər. Bundan başqa 2022-ci ilin dekabr ayının axırlarında Nəsimiyə diplom alacağını və sonuncunu 16 saylı xəzinədarlıq idarəsində işə düzəlməsinə Leylanın köməklik edəcəyini bildirmiş, Nəsimiyə bu işi görmək üçün 2000 manat pul lazım olduğunu demişdir. Leyla ilə danışaraq sonuncuya bu barədə xəbər vermiş, Leyla da Nəsimi ilə danışanda sonuncuya bu işdə köməklik edəcəyini demiş, həmin ərəfədə Nəsimi Leylanın kart nömrəsinə 1310 manat pul göndərmişdir. Həmin pulu da Leyla ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmiş, Nəsimi üçün yenə heç bir iş görməmişdir. Bundan başqa Nəsiminin torpaq sahəsini suvarmaq üçün elektrik naqili çəkdirəcəyini deyərək sonuncudan 300 manat pul istəmiş, Leylaya bu barədə xəbər vermiş, Nəsimi 2023-cü ilin fevral ayında Leylanın kartına bu işə görə 300 manat pul göndərmiş, lakin onlar Nəsimi üçün heç bir iş görməmiş, 300 manat pulu da şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa Nəsiminin təzə aldığı evin su sayğacına 660 manat borcu olmuş, Leyla həmin pulu sildirmək üçün və hazırda Nəsiminin yaşadığı evin qaz sayğacına az məbləğdə pul ödəməsi üçün sonuncudan 500 manat pul istəmiş, Leyla ona bu barədə xəbər vermiş, 2023-cü ilin mart ayında həmin məsələ ilə bağlı Nəsimi Leylanın kart nömrəsinə ümumillikdə 500 manat pul göndərmişdir. Lakin yenə də heç bir iş görməyərək həmin pulu da Leyla ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. Nəsimi verdiyi pulları onlardan geri istədikdə sonuncunu yubatmış, lakin sonradan Nəsimidən aldıqları 7140 manat puldan 1000 manat, 50 manat, 50 manat, 100 manat, 100 manat və 150 manat olmaqla, ümumilikdə 1450 manat pulu sonuncunun adına olan kart hesabına göndərmişlər. Zərərçəkmiş şəxsə vurduqları ziyandan qalan 5690 manat pulu da tez bir zamanda ödəyəcəyinə söz verir. Səhvini başa düşür, tutduğu əməldən son dərəcə peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir. Ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 07 oktyabr 2022-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində Seymur adlı şəxsdən 45000 manata fərdi yaşayış evi və evin arxa hissəsində yerləşən 3 sot torpaq sahəsini almışdır. Evin çıxarış sənədləri və torpağın sənədləri olsa da, texniki pasportu olmamışdır. Evin texniki pasportunu aldıqdan sonra evi kirayəyə vermək qərarına gəlmiş və Lətafət adlı maklerin köməkliyi ilə evi Təqsirləndirilən şəxs2 400 manata kirayəyə vermişdir. Azərlə aralarında olan söhbət zamanı sonuncu 3 sot torpaq sahəsinə texniki pasport almasına köməklik edəcəyini bildirmiş, o cümlədən həmin işi 16 saylı Xəzinədarlıq İdarəsində işləyən arvadı Təqsirləndirilən şəxs1 edəcəyini qeyd etmişdir. Azər onu Leyla ilə tanış etmiş, Leyla həmin sənədlərin hazırlanması üçün ondan 2000 manat pul istəmişdir. 2022-ci ilin noyabr ayının axırlarında Leylanın yaşadığı evdə sonuncuya 2000 manat pul vermiş, həmin vaxt Azərdə onların yanında olmuşdur. Leyla 4-5 ay ərzində həmin sənədləri hazırlatdıracağını bildirmişdir. Daha sonra Leyla və Azər həmin sənədin hazırlanması üçün əlavə pul lazım oilduğunu bildirmişlər və buna görə həmin sənədin düzəlməsi üçün müxtəlif məbləğlər olmaqla ümumillikdə əlavə olaraq 1030 manat pulu Leylaya məxsus xatırlamadığı kart hesabına göndərmişdir. Azər Leylanın ona sosial yardım düzəltdirəcəyini bildirmiş və Leyla ilə bu barədə danışmışdır. Leyla sosial yardım düzəltməyi ilə əlaqədar ondan 2000 manat pul istəmiş, 2022-ci ilin noyabr ayının axırlarında 16 saylı xəzinədarlıq idarəsinin qarşısında Azərlə görüşərək sonuncuya 1200 manat pul vermiş, Azər onun yanında 1200 manat pulu Leylaya verdikdən sonra həmin işlə əlaqədar Leylanın kart nömrəsinə əlavə olaraq 800 manat pul göndərmişdir. 2022-ci ilin dekabr ayının axırlarında Azər ona diplom alacağını və onu 16 saylı xəzinədarlıq idarəsində işə düzəlməsinə Leylanın köməklik edəcəyini bildirmiş, Leyla ilə danışmış və sonuncunun kart nömrəsinə 1310 manat pul göndərmişdir. Bundan başqa evin su sayğacına 660 manat borcu olmuş, Leyla həmin pulu sildirmək üçün və hazırda yaşadığı evin qaz sayğacına az məbləğdə pul ödəməsi üçün ondan 500 manat pul istəmiş, 2023-cü ilin mart ayında həmin məsələ ilə bağlı Leylanın kart nömrəsinə ümumillikdə 500 manat pul göndərmişdir. Bundan əlavə Azər torpaq sahəsini suvarmaq üçün ona elektrik naqili çəkdirəcəyini deyərək ondan 300 manat pul istəmiş və 2023-cü ilin fevral ayında Leylanın kart nömrəsinə 300 manat pul göndərmişdir. Lakin təqsirləndirilən şəxslər ondan aldıqları pulun müqabilində ona söz verdikləri heç bir işi yerinə yetirməmişlər. Təqsirləndirilən şəxslər onun ümumilikdə 7140 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmiş, həmin puldan cəmi 1450 manatı ona qaytarmışlar. Sonunculardan qalan zərərin ödənilməsini tələb edir, əks halda cəzalandırılmalarını, lakin təqsirləndirilən şəxslərlə arasında düşmənçilik münasibətinin yaranmaması üçün onlara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi əri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri ərazisində danışıb Zərərçəkmiş şəxs torpaq sahəsinə texniki pasport alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda torpaq sahəsinin texniki pasportunun alınmasına köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə sonuncunu aldadaraq 2022-ci ilin noyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda özünün yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulunu almaqla, 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 1030 (min otuz) manat pulunu özünün istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, eyni zamanda 2022-ci ilin noyabr ayının axırlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncuya sosial yardım düzəldəcəyinə köməklik göstərəcəyini bildirib 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən Bərdə şəhər Xəzinədarlıq İdarəsinin qarşısında Zərərçəkmiş şəxs 1200 (min iki yüz) manat pulunu almaqla, 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat pulunu özünün istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, habelə 2022-ci ilin dekabr ayının axırlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncuya diplom alacağı və Bərdə şəhər Xəzinədarlıq İdarəsinin işə düzəldəcəyini bildirib 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 1310 (min üç yüz on) manat pulunu özünün istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, eyni zamanda 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncunun torpaq sahəsini suvarmaq üçün elektrik naqili çəkdirməyə köməklik göstərəcəyini bildirib 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 300 (üç yüz) manat pulunu özünün istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, habelə 2023-cü ilin mart ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncunun su sayğacına olan 660 manat borcunu sildirəcəyi və yaşadığı evin qaz sayğacının gələcəkdə qaz sərfiyyatını azaldacağına köməklik göstərəcəyini bildirib 2023-cü ilin mart ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu özünün istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürməklə Zərərçəkmiş şəxs ümumilikdə 7140 (yeddi min yüz qırx) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi; -Təqsirləndirilən şəxs2 qeyri-rəsmi arvadı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri ərazisində danışıb Zərərçəkmiş şəxs torpaq sahəsinə texniki pasport alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda torpaq sahəsinin texniki pasportunun alınmasına köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə sonuncunu aldadaraq 2022-ci ilin noyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda özünün yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulunu almaqla, 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 1030 (min otuz) manat pulunu Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, eyni zamanda 2022-ci ilin noyabr ayının axırlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncuya sosial yardım düzəldəcəyinə köməklik göstərəcəyini bildirib 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən Bərdə şəhər Xəzinədarlıq İdarəsinin qarşısında Zərərçəkmiş şəxs 1200 (min iki yüz) manat pulu almaqla, 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat pulunu Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, habelə 2022-ci ilin dekabr ayının axırlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncuya diplom alacağı və Bərdə şəhər Xəzinədarlıq İdarəsində işə düzəldəcəyini bildirib 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 1310 (min üç yüz on) manat pulunu Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, eyni zamanda 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncunun torpaq sahəsini suvarmaq üçün elektrik naqili çəkdirməyə köməklik göstərəcəyini bildirib 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 300 (üç yüz) manat pulunu Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə, habelə 2023-cü ilin mart ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxsla Bərdə şəhəri ərazisində danışıb sonuncunun su sayğacına olan 660 manat borcunu sildirəcəyi və yaşadığı evin qaz sayğacının gələcəkdə qaz sərfıyyatını azaldacağına köməklik göstərəcəyini bildirib 2023-cü ilin mart ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən ərzaq marketinin içərisində quraşdırılmış «MilliÖn» terminal aparatı vasitəsilə Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan «Leobank» kart hesabına köçürtməklə Zərərçəkmiş şəxs ümumilikdə 7140 (yeddi min yüz qırx) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 12 mart 2024-cü il tarixli, 1212 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri A.Əhmədov küçəsi ev 52-də yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 12 mart 2024-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli AZ-İV 491729 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci ildə anadan olmuş X4 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs2, “ana” qrafasında anası kimi Təqsirləndirilən şəxs1 qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər vurulmuş 7140 manat məbləğində maddi ziyandan 1450 manat hissəsini ödəmişlər. CM-nin: 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olması, dəymiş ziyanı qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunması olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 1(021)-109/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 14/01 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 cəzanın sonu ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 12 mart 2024-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. CM-nin: 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olması, dəymiş ziyanı qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1(021)-109/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 28 mart 2022-ci il tarixdə və 30 iyun 2022-ci il tarixindən 14 senyabr 2022-ci il tarixinədək həbsdə saxlanıldığı 2 (iki) ay 16 (on altı ) gün həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 5 (beş) ay 2 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 01 il 06 ay 20 gün müddətini çəkmiş və 08 gün çəkilməmiş cəzası qalmışdır. CM-nin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan yenidən CM-nin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin qənaətinə görə, bu hal onu göstərir ki, həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs2 islah təsiri olmamışdır və Təqsirləndirilən şəxs2 ümumiyyətlə cinayət törətməyə meylli şəxsdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin: 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) gününün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən Təqsirləndirilən şəxs2 rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar