Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-101/2025 10.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Müdafiəçi X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri Nizami küçəsi ev 4 mənzil 19-da yaşamış, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəs ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş QE-1157 seriya nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, texniki cəhhətdən saz və atəş üçün yararlı yivli odlu silah hesab edilən tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı və 04 ədəd təyinatı üzrə istifadə və atəş üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı tapançaların ştat patronları hesab edilən döyüş sursatını əldə edib qanunsuz olaraq üzərində gəzdirməklə saxlamış, 19 aprel 2025-cü il tarixdə, saat 16:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, İ.Qayıbov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın kəmərinin alt hissəsindən 01 ədəd keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş QE-1157 seriya nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, texniki cəhhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah hesab edilən tapança, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən isə 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və həmin darağın içərisində 04 ədəd təyinatı üzrə istifadə və atəş üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı tapançaların ştat patronları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilk ifadəsində ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olsa da ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Nizami küçəsi ev 4 mənzil 19-da yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. 2007-ci ilin yanvar ayında X8 ilə rəsmi ailə həyatı qurmuş, birgə nikahdan 2 (iki) övladı xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 olmuşdur. O, tutulmamışdan bir neçə gün əvvəl, aprelin 17-si Qarabağ kanalının kənarında Bərdə rayonu, Qaradəmirçi kənd ərazisindən keçən hissəsində balıq tutarkən sellofanın olduğunu görüb həmin sellofanı açdıqda içərisində 1 (bir) ədəd Makarov tipli tapançanı və 1 ədəd darağın içərisində 3 ədəd patron aşkar etmişdir. Onun silaha marağı olduğu üçün həmin silahı və komplekt hissələrini götürüb üzərində saxlamışdır. Qeyd edilən silahın və onun komplekt hissələrinin onda olması barədə ailə üzlərinin və ya hər hansı bir şəxsin məlumatı olmamışdır. O, odlu silah, döyüş sursatının qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. O, həmin silahı və komplekt hissələrini tapdıqdan sonra heç vaxt istafadə etməmiş, onun silaha marağı olduğuna görə həmin silahı və komplekt hissələrini üzərində saxlamışdır. Həmin silahdan hər hansı bir şəxsə xəsarət yetirmək və ya öldürmək niyyəti olmamışdır. Polisə zəng edib tapdığı silah haqqında məlumat vermək istəmişdir. Gecə saat 12-də evə gəlmiş, gec oduğu üçün silahı həmin gün verə bilməmişdir. Ertəsi gün içki məclisində olmuş, ona görə də polisə getməmişdir. Gecə Şahədin adlı müstəntiqə zəng edib məlumat vermişdir. Şahəddin ona gec olduğunu sabah əlaqə saxlayacaqlarını demişdir. Günorta saatlarında Şahəddinə zəng etmiş Şahəddin ona birazdan işdə olacağını və gəlməsini demişdir. Saat 15 radələrində Nizami küçəsində yerləşən evindən marşuruta minmiş və polis şöbəsinin qarşısında düşmüşdür. Şöbənin qapısına çatmağa 15 metr qalmış, Hunday markalı avtomobil saxlamış və polis əməkdaşları düşüb onu saxlamışdırlar. Ona qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirməyində şübhəli bilindiyindən və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə üzərində axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. O, da buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra könüllü olaraq masaya doğru yaxınlaşıb 1 ədəd Makarov tapançasını və əynində olan tünd rəngli gödəkçənin sağ yan cibində içərisində 3 ədəd patron olan bir ədəd darağı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sonrakı məhkəmə prosesində ifadəsini dəyişərək bildirmişdir ki, o, ona verilmiş ittihamı qəbul etmir, özünü təqsirli bilmir, onun heç bir günah yoxdur, onu şərləyiblər, ümumiyyətlə silahdan xəbəri yoxdur. Polis əməkdaşlarının onu şərləməsinə səbəb isə Bərdə rayonunda bir qazinin gözəllik salonunda bir xanım tərəfindən bıçaqlanması ilə bağlı Qabil adlı bloggerə həmin qazinin əslində polisin “iş verən” olduğu barədə məlumat verməsi olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini ona göstərilmiş təzyiq nəticəsində imzalamışdır. Belə ki, ona ya 4 kq narkotiklə tutacaqlarını ya da həmin silahı cibinə qoyub üstünə götürməyi tələb etmişdirlər. Buna görə də məcbur qalıb silahı üstünə götürmüşdür. Bundan başqa Şahid adlı polis əməkdaşı onun üz nahiyəsinə 2 dəfə sillə vurmuşdur. Təqsirləndirilən şəxs ona vurulan 2 sillədən xəsarət almadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, 19 aprel 2025-ci il tarixdə Bərdə RPŞ-nə Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla şübəhli şəxs qismində tutulanadək ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra tərəfindən Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Bərdə RPŞ-nin Post Patrul Xidmət bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni, 19 aprel 2025-ci il tarixdə saat 16:32 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə şəhəri, İsmət Qayıbov küçəsində tərəflərindən saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olması barədə məlumat verdikdən sonra şübhəli bilindiyi üçün birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçı, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və hüquqlarını müdafiə edilməsi məqsədilə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirməyində şübhəli bilindiyindən Bərdə RPŞ-nin X1 baş inspektor kriminalisti, polis kapitanı Şahid4 tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi barədə Azərbaycan Respublkikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmamışdan bir neçə gün əvvəl Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisindən keçən Qarabağ su kanalından balıq tutarkən yaxınlıqdan 01 (bir) ədəd sellofan torbanı görüb cəlb etdiyi üçün sellofan torbanı götürüb içərisinə baxarkən 01 (bir) ədəd «Makarov» tipli silahın olduğunu, silaha marağı olduğu üçün həmin silahı götürüb üzərində gəzdirdiyini, həmin silahdan heç bir yerdə istifadə etmədiyini və heç bir cinayətdə istifadə etmədiyi, Bərdə rayon polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirildiyini və tapmış olduğu silahın üzərində olduğunu bildirib əynində olan tünd göy rəngli şalvarın kəmərin altında saxladığı 01 (bir) ədəd «Makarov» tapançanı və əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən isə içərisində 04 (dörd) ədəd patronlar olan bir ədəd darağı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra baş təhqiqatçı, polis mayoru Vüsal Bayramov tərəfindən qeyd edilən «Makarov» tipli tapançaya baxış keçirərkən üzərinə 1972-ci il istehsalı QE-1157 rəqəm və həriflər yazıldığı və üzərindən aşkar edilmiş 01 (bir) ədəd darağın içərisinə baxdıqda isə 9 mm-lik 04 (dörd) ədəd patronların olması aşkar edilmişdir. Bundan sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd «Makarov» tipli tapançanı, 01 (bir) ədəd darağı və darağın içərisində olan 9 mm-lik 04 (dörd) ədəd patronları ekspertizaya göndərilməsi üçün baxışda iştirak edən iştirakçıların iştirakı ilə 01 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyulduqdan sonra müvafiq qayadada qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs olmaqla iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində digər hər hansı bir əşya vardısa təqdim etməsi bildirildikdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən qəpik pulları və spazmalqon dərman həbini, gödəkcənin sol iç cibindən 01 (bir) ədəd eynəyini, gödəkcənin sağ yan iç cibindən 01 (bir) ədəd «Samsung A32 Galaxy» markalı mobil telefonu və əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən pul əskinaslarını çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də lakin üzərindən digər hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən baş təhqiqatçı Vüsal Bayramov tərəfindən 01 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürləndikdən sonra zərfin üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul, dərman və eynək iş üçün əhəmiyyət kəsb etmədiyindən qaytarılıb özünə verilmişdir. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qeyd edilən silah-sursatı haradan və necə əldə etməsini, satışı ilə məşğul olub-olmaması barədə konkret məlumatı yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir. Lakin Təqsirləndirilən şəxs özünün bildirməsinə əsasən, qeyd edilən silah-sursatı bir neçə gün əvvəl Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisindən keçən Qarabağ su kanalının kənarından yerdən tapmış, silaha marağı olduğu üçün üzərində saxlamış, lakin satmaq məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Bərdə RPŞ-nin PPXB-nün, polis nəfəri, polis serjantı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Bərdə rayon polis şöbəsinin X1 baş inspektor kriminalisti vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-nə Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla şübəhli şəxs qismində tutulanadək ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Bərdə rayon polis şöbəsinin Post Patrul Xidmət Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs Aydın oğlu 19 aprel 2025-ci il tarixdə saat 16:32 dəqiqədə Bərdə şəhəri, İsmət Qayıbov küçəsində saxlanılaraq Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsində olan zaman Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçı, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və hüquqlarını müdafiə edilməsi məqsədilə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirməyində şübhəli bilindiyindən tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi barədə Azərbaycan Respublkikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bir neçə gün əvvəl Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisindən keçən Qarabağ su kanalından balıq tutarkən yaxınlıqdan 01 (bir) ədəd sellofan torbanı görüb cəlb etdiyi üçün sellofan torbanı götürüb içərisinə baxarkən 01 (bir) ədəd «Makarov» tipli silahın olduğunu, silaha marağı olduğu üçün həmin silahı götürüb üzərində gəzdirdiyini, həmin silahdan heç bir yerdə istifadə etmədiyini və heç bir cinayətdə istifadə etmədiyi, Bərdə rayon polis əməkdaşları tərəfindən saxlınalarq rayon polis şöbəsinə gətirildiyini və tapmış olduğu silahın üzərində oluduğunu bildirib əynində olan tünd göy rəngli şalvarın kəmərin altında saxladığı 01 (bir) ədəd «Makarov» tapançanı və əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən isə içərisində 04 (dörd) ədəd patronlar olan bir ədəd darağı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra baş təhqiqatçı, polis mayoru Vüsal Bayramov tərəfindən qeyd edilən «Makarov» tipli tapançaya baxış keçirərkən üzərinə 1972-ci il istehsalı QE-1157 rəqəm və həriflər yazıldığı və üzərindən aşkar edilmiş 01 (bir) ədəd darağın içərisinə baxdıqda isə 9 mm-lik 04 (dörd) ədəd patronların olması aşkar edilmişdir. Bundan sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd «Makarov» tipli tapançanı, 01 (bir) ədəd darağı və darağın içərisində olan 9 mm-lik 04 (dörd) ədəd patronları ekspertizaya göndərilməsi üçün baxışda iştirak edən iştirakçıların iştirakı ilə 01 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyulduqdan sonra müvafiq qayadada qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs olmaqla iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində digər hər hansı bir əşya vardısa təqdim etməsi bildirildikdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən qəpik pulları və spazmalqon dərman həbini, gödəkcənin sol iç cibindən 01 (bir) ədəd eynəyini, gödəkcənin sağ yan iç cibindən 01 (bir) ədəd «Samsung A32 Galaxy» markalı mobil telefonu və əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən pul əskinaslarını çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də lakin üzərindən digər hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən baş təhqiqatçı Vüsal Bayramov tərəfindən 01 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürləndikdən sonra zərfin üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul, dərman və eynək iş üçün əhəmiyyət kəsb etmədiyindən qaytarılıb özünə verilmişdir. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qeyd edilən silah-sursatı haradan və necə əldə etməsini, satışı ilə məşğul olub-olmaması barədə konkret məlumatı yoxdur. Lakin Təqsirləndirilən şəxs özünün bildirməsinə əsasən, qeyd edilən silah-sursatı bir neçə gün əvvəl Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisindən keçən Qarabağ su kanalının kənarından yerdən tapmış, silaha marağı olduğu üçün üzərində saxlamış, lakin satmaq məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı üzrə əlavə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun barəsində başqa cinayət işi ilə bağlı ifadəsini alan zamandan tanıyır. Təqsirləndirilən şəxs həqiqtən də ona zəng etmiş və ona çox kobud surətdə “pajarnının kruqu”na çağırmışdır. O, həmin ünvana getməmiş və barədə dərhal raportla rəhbərliyinə mürciət etməmişdir. Fehruz ona telefonda silah tapmasını deməmişdir. Fehruz ona zəng edəndə düşünmüşdür ki, bu ilin əvvəlində Fehruz barəsində apardığı araşdırma ilə əlaqədar sonuncu ona zəng etmişdir. Fehruz ona zəng edəndə silah tapması barədə heç bir məlumat verməmişdir. Əgər o, silah tapsaydı DİN-nin 102 Xidmətinə zəng edə bilərdi. Cinayət işinin 1-ci vərəqəsində olan 20 aprel 2025-ci il tarixli cinayət işi başlanması və aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 20 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə başlanaraq istintaq aidiyyəti üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. Cinayət işinin 07-54-cü vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 19 aprel 2025-cü il tarixdə, saat 16:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, İ.Qayıbov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın kəmərinin alt hissəsindən 01 ədəd keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş QE-1157 seriya nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, texniki cəhhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah hesab edilən tapança, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən isə 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və həmin darağın içərisində 04 ədəd təyinatı üzrə istifadə və atəş üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı tapançaların ştat patronları aşkar edilərək götürülməsi, əsas isə bu barədə Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1/1458 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. Cinayət işinin 34-37, 65-66-ci vərəqələrində olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 19 aprel 2025-ci il tarixli protokoldan görünür ki, 19 aprel 2025-ci il tarixdə Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən Bərdə şəhəri, İsmət Qayıbov küçəsində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın kəmərinin alt hissəsindən 01 ədəd keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş QE-1157 seriya nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, texniki cəhhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah hesab edilən tapança, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən isə 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və həmin darağın içərisində 04 ədəd təyinatı üzrə istifadə və atəş üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Skeçkin (APS ) konstruksiyalı tapançaların ştat patronlar aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 (bir) ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 39-41 vərəqələrində olan «xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 ədəd «DVD» diskə baxış keçirilməsi haqqında» 20 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 11 dəqiqə 20 saniyə müddətində davam edən videogörüntüdə 19 aprel 2025-ci il tarixdə Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Bərdə RPŞ-nin PPXBnün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən Bərdə şəhəri, İsmət Qayıbov küçəsində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın kəmərinin alt hissəsindən 01 ədəd keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş QE-1157 seriya nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, texniki cəhhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah hesab edilən tapança, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən isə 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və həmin darağın içərisində 04 ədəd təyinatı üzrə istifadə və atəş üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Skeçkin (APS ) konstruksiyalı tapançaların ştat patronların aşkar edilərək götürülməsi faktı öz əksini tapmışdır. Cinayət işinin 68-72-cü vərəqəsində olan 21 aprel 2025-ci il tarixli «şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək üzərindən aşkar edilərək götürülmüş 01 ədəd keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş QE-1157 seriya nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, texniki cəhhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah hesab edilən tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və həmin darağın içərisində 04 ədəd təyinatı üzrə istifadə və atəş üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı tapançaların patronları Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisindən keçən Qarabağ su kanalının kənarından tapdığı yeri göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 19 aprel 2025-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 76-77-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 104-111-ci vərəqələrində olan 21 aprel 2025-ci il tarixli 4(021)66/2025 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin başlanğıcı 19 aprel 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 73-74-cü vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2025-ci il tarixli 287 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 48-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 20 aprel 2025-ci il tarixli, 25/674 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd QE-1157 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd darağ zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. (Bax: silahının tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. (bax: silahının tədqiqi hissəsinə). Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayət üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 04 ədəd 9x18 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin 119-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyətinə cəlb edilməmiş, məhkumluğu olmamışdır. Cinayət işinin 142-ci vərəqəsində olan edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası» X12 daxil olmuş xx.xx.2025-ci il tarixli, məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dipanser qeydiyyatında yoxdur. Cinayət işinin 136-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Bərdə Mənzil Təmir-istismar Sahəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 176 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1984-cü il təvəllüdlü həyat yoldaşı X8, uşaqları 2006-cı il təvəllüdlü X6 və 2014-cü il təvəllüdlü X9 ilə birlikdə Bərdə şəhəri, H.Əliyev prospekti, 4/19 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 1 azyaşlı uşağı var. Cinayət işinin 149-163-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 23 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 (bir) ədəd zərfin içərisində olan 01 ədəd keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş QE-1157 seriya nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, texniki cəhhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah hesab edilən tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və 02 ədəd təyinatı üzrə istifadə və atəş üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı patronlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zaman ifadəsini dəyişən Təqsirləndirilən şəxs üzərində silah aşkar olmadığını, polis əməkdaşları tərəfindən polis şöbəsində cibinə qoyularaq zorakılıqla boynuna qoyulmasını bildirsə də bu hal sübuta yetmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ailəli olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlrının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəmiyyət üçün təhlükəli olmasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2025-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 21 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 21 aprel 2025ci il tarixli qərarı ilə barəsində “həbs“ qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 aprel 2025-ci il tarixdən hesablanmış, Bərdə Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs“ qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə və “ev dustaqlığında” saxlamanın müddəti və azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixindən 12 iyun 2025-cü il tarixinədək həbsdə saxlanıldığı və 12 iyun 2025-cü il tarixindən 10 iyul 2025-ci il tarixinədək ev dustaqlığında saxlanıldığı 2 ay 21 gün müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 10 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1 (bir) ədəd zərfin içərisində olan 01 ədəd keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş QE-1157 seriya nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, texniki cəhhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah hesab edilən tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və 02 ədəd təyinatı üzrə istifadə və atəş üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahsursat saxlancına təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixdən 18 iyun 2025-ci il tarixinədək həbsdə saxlanıldığı və 18 iyun 2025-ci il tarixdən 10 iyul 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumi 02 (iki) ay 21 (iyirmi bir) gün müddətin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunsun və barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 10 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Maddi sübut hesab olunan Bərdə Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd zərfin içərisində olan 01 ədəd keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş QE-1157 seriya nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, texniki cəhhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah hesab edilən tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və 02 ədəd təyinatı üzrə istifadə və atəş üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı patronlar dövlət nəfinə müsadirə olunsun və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-101/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-101/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver