Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-102/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1971-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, Təbriz küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən ümumi təmiz çəkisi 220 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamış, Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı 22 fevral 2021-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, polis şöbəsinin növbətçi hissəsində saat 22:30 dəqiqədə polis şöbəsinin əməkdaşları tərəfindən üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkçəsinin altından 01 (bir) ədəd şəffaf sellofan torbada ümumi təmiz çəkisi 220 qram satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, özünü ancaq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir. Bir neçə il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum olunmuşdur. 22 fevral 2021-ci il tarixdə o, şəxsi işi ilə ələqədar Bərdə rayonun Əyricə kəndinə getmişdir. O, elə kənd ərazisi ilə gəzərkən yolun kənarından bir ədəd şəffaf sellofan torbada marixuananın olmuş olduğunu görmüşdür. Əvvəllər də marixuanadan istifadə etmiş olduğundan marixuananı götürməli olmuşdur. Həmin vaxt marixuana olan torbanı götürüb əynində olan gödəkçəsinin sağ tərəfdən alt hissəsinə qoymuşdur ki, öz şəxsi istifadəsi üçün istifadə etmiş olsun. Elə həmin gün saat 22 radələrində Bərdə şəhəri H.Aslanov küçəsi ilə piyada gedərkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmuş olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və buna görə də onlarla polis şöbəsinə üzərində şəxsi axtarış aparılmasından ötrü getməyin zəruri olduğunu demişlər. Həmin vaxt həm də polislər ondan üzərində narkotik vasitə olub-olmamasını soruşduqlarından o da üzərində 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu polislərə bildirmişdir. Polislər onu Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. O da heç bir etiraz etmədən həmin polis işçiləri ilə birlikdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Həmin yerə gəldikdən sonra ona Bərdə rayon vəkillərinin siyahısı təqdim olunmuşdur. O da ona verilmiş vəkillərin siyahısından X11 özünə vəkil seçmiş, ancaq maddi imkanı olmadığından vəkilin dövlət hesabına təyin olunmasını xahiş etmişdir. Ona şübhəli kimi hüquqları izah edilmiş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən videoçəkilişlə həmin şəxsi axtarış aparılmışdır. Həmin vaxt təhqiqatçı ona üzərində hər hansı bir qeyri qanuni saxladığı əşya vardırsa könüllü surətdə təqdim etməsini xahiş etmişdir. O da əynində olan gödəkçəsinin altından bir ədəd sellofan torbada gizlətmiş olduğu marixuananı həmin yerdən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra da polislər onun üzərində şəxsi axtarış aparsalar da heç bir qeyriqanuni saxladığı hər hansı bir əşya olmadığından aşkar etməmişlər. Polislər həmin sellofan torbada olan narkotiki elektron tərəzidə çəkərkən çəkisinin 225 qram olduğunu görmüşdür. Bundan sonra polis işçiləri onun üzərindən aşkar olunmuş həmin kütləni elə videoçəkilişlə aparılmaqla qablaşdırmışlar. Məhkəmə istintaqı zamanı şahid Sadıqov Nahid Qədir oğlu ifadəsində göstərmişdir ki, o, Bərdə rayon X8 Mübarizə Qrupunda əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Bərdə şəhərində anadan olmuş və hazırda Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi onun satışı ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatları daxil olduğundan, onun həmin əməllərlə məşğul olması barədə polis əməkdaşlarında məlumatlar olmuşdur. Odur ki, həmin şəxsi Bərdə rayonunun Alaçadırlı kənd sakini olaraq narkotik vasitədən istifadə edən və onun satışı ilə məşğul olan bir şəxs kimi tanımışdır. Onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Ona görə də o, İlhamın ifşa olunmasından ötrü 22.02.2021-ci il tarixdə polis şöbəsnin rəisinə raportla müraciət edib Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə razılıq almışdır. Sonra isə o, “Əməliyyat- axtarış tədbirinin həyata keçirilməsi barədə” qərar yazmış və həmin qərar rəis Muradəli Babayev tərəfindən təsdiq olunduqdan sonra tərəfindən Təqsirləndirilən şəxs izlənməsindən ötrü icra tədbirləri görülməyə başlanılmışdır ki, onu bu əməlinə görə ifşa edə bilsinlər. Belə ki, 22. 02.2021-ci il tarixdə təxminən saat 22 radələrində Bərdə şəhəri H.Aslanov küçəsi ilə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini və onun özünü şübhəli tərzdə apardığını görüb o və Bərdə Rayon Polis X2 Bölməsinin sahə polis nəfəri polis serjantı Şahid2, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib və ona bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla Bərdə rayon polis şöbəsinə üzərində şəxsi axtarış aprılmasından ötrü getməlidir. Təqsirləndirilən şəxs oğlu da onların bu tələbinə qarşı heç bir etirazı olmadan onlarla Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən həmin şəxsdən onların tələbi o olmuşdur ki, onun üzərində şəxsi axtarış aparılana qədər əlini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin. Təqsirləndirilən şəxs da onların bu tələbinə qarşı heç bir etiraz etmədən əməl etmişdir. Bundan sonra onlarla Bərdə rayon polis şöbəsinə gəlmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü Bərdə rayon Polis Şöbəsinin rəisi polis polkovniki Muradəli Babayevə o, raportla müraciət etmişdir. Həmin raport əsasında araşdırmanın aparılması Bərdə rayon X19 bölməsinin təhqiqatçısı polis mayoru X18 oğluna həvalə olunmuşdur. Odur ki, təhqiqatçı İsmayıl Məmmədov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tuutulmuş və ona şübhəli şəxs kimi malik olduğu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya və digər hər hansı bir maddə şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Bərdə rayon polis şöbəsinin ekspert kriminalisti X23 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişi aparılacağı Təqsirləndirilən şəxs nəzərinə təhqiqatçı İsmayıl Məmmədov tərəfindən çatdırılmışdır. Həmçinin ondan təhqiqatçı soruşmuşdur ki, ki, əgər şəxsi axtarışın aparılmasında videoçəkilişdən istifadə ediləcəyinə qarşı hər hansı bir nazarazılığı vardırsa onda hal şahidlərinin bilavasitə iştirakı ilə onun üzərində şəxsi axtarış icra olunub başa çatsın. Lakin, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılarkən videoçəkiliş aparıldığından hal şahidlərinin də iştirakına heç bir lüzum olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında şübhəli şəxsin müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili X14 o və Bərdə Rayon Polis X2 Bölməsinin sahə polis nəfəri polis serjantı Şahid2 və həmin şəxsi axtarışın aparılmasının videoçəkilişini aparan ekspert kriminalist X23 iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı İsmayıl Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs oğluna təklif olunmuşdur ki, onun üzərində qeyri-qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan alt hissəsindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək, həmin sellofan torbanın içərisində olan kütlənin marixuana olmuş olduğunu onlara şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən müxtəlif küpürlərdə olan cəmi 33 manat pulu çıxarıb növbətçi hissəsdə, yəni onun üzərində şəxsi axtarış aparılan yerdə olan stolun üzərinə qoymuşdur. Daha sonra isə o, həmin şalvarının sağ yan cibindən 1 ədəd alışqanı və bir ədəd də cib dəsmalı çıxarıb onları da stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin vaxt şəxsi axtarışın aparılmasında iştirak edən şəxslərin nəzərinə çatdırmışdır ki, üzərində başqa heç bir qeyri-qanuni saxladığı hər hansı bir şey yoxdur. Buna baxmayaraq onun üzərində şəxsi axtarışı onlar polis işçiləri davam etdirsələr də onun üzərindən hər hansı bir başqa narkotik və başqa hər hansı bir əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elə elektron tərəzində çəkilmiş çəkisi 225 qram gəlmişdir. Daha sonra həmin kütlə elə aşkar olunduğu vəziyyətdə olan sellofan torba təhqiqatçı İsmayıl Məmmədov tərəfindən bir ədəd kağız paketə (torbaya) qoyulmuş və paketin ağzı təhqiqatçı İsmayıl Məmmədov tərəfindən bağlanmışdır. Kağız paketin (torbanın) üzərinə təhqiqarçı İsmayıl Məmmədov tərəfindən Azərbaycan Respublikası DİN-nin 94 saylı arayışlar üçün möhürü vurulmuşdur. Həmin torbanın üzərinə təhqiqatçı İsmayıl Məmmədov tərəfindən “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana” sözləri yazılmış və təhqiqatçı tərəfindən şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin kütlə dəqiq çəkisinin müəyyən edilməsi, hansı növ maddə olmasının müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatına göndəriləcək və rəy alınaraq rəy bu barədə olan materiala əlavə olunub Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət veriləcəkdir. Həmin kağız torbanın üzərinə təhqiqatçı İsmayılov Məmmədov tərəfindən şəxsi axtarışda iştirak etmiş şəxslərin adı soyadı yazılmaqla hərə öz adının qarşı hissəsindən öz imzasını edərək, həmin halı təsdiq etmişdir. Bir sözlə həmin kağız paketin üzərinə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X14 və onlar polis işçiləri imza etmişlər. Bundan sonra həmin yerə tərtib edib qablaşdırdı, təhqiqatçı X9, imzası və 22 fevral 2020 ci il tarix sözləri yazılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində axtarış və götürmə Bərdə rayon Polis Şöbəsinin növbətçi hissəsində yuxarda adları qeyd olunan şəxslərin iştirakı ilə icra olunub başa çatmışdır. Şəxsi axtarış aparılarkən iştirakçılar tərəfindən, axtarışın aparılma qaydasına dair şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən və onun müdafiəçisi X14 tərəfindən hər hansı bir şikayət, təklif və qeyd daxil olmadan şəxsi axtarış icra olunub başa çatmışdır. Həmin vaxt təhqiqatçı İsmayıl Məmmədov tərəfindən protokol tərtib olunaraq protokol ucadan axtarış iştirakçılarına oxunmuşdur. Protokolda yazılanlar doğru və düzgün yazılmış olduğundan tərəflərindən imzaları ilə təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı Bərdə Rayon Polis Şöbəsinin ekspert kriminalisti polis leytenantı X23 tərəfindən həmin axtarışın gedişatını özündə əks etdirən videoçəkilişi “ Sony” markalı videokamera vasitəsi ilə çəkilişi aparılaraq, həmin görüntülər dskə köçürülməklə təqdim edildiyindən bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olmuş olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin o, bildirmişdir ki, həmin marixuananı Bərdə rayonun Əyricə kəndi ərazisindən yol kənarından elə sellofan torbada olmaqla tapmışdır və özünün istifadəsi üçün götürüb üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon X21 Təhlükəsizlik Bölməsinidə sahə polis nəfəri olaraq işləyir, polis serjantıdır. Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi onun satışı ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatları daxil olduğundan onun həmin əməllərlə məşğul olması barədə onlarda polis əməkdaşlarında məlumatlar olmuşdur. Odur ki, aldıqları əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edən və onun satışı ilə məşğul olan bir şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxsla onun heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Ona görə də onun ifşa olunmasından ötrü 22 fevral 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsində X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 polis şöbəsinin rəisinə raportla müraciət edib, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə razılıq almışdır. Bundan sonra Nahid müəllim “ Əməliyyat- axtarış tədbirinin həyata keçirilməsi barədə” qərar yazmış və həmin qərar rəis Muradəli Babayev tərəfindən təsdiq olunduqdan sonra tərəflərindən Təqsirləndirilən şəxs izlənməsindən ötrü icra tədbirləri görülməyə başlanılmışdır ki, onu bu əməlinə görə” iş başında “ tutaraq, yəni ifşa edə bilsinlər. Belə ki, 22 fevral 2021-ci il tarixdə təxminən saat 22 radələrində Bərdə şəhəri H.Aslanov küçəsi ilə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyi barədə məlumat aldıqlarından o və Şahid1 özlərinini ona yetirmişlər və bu vaxt onun özünü şübhəli tərzdə apardığını görüb o və Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla Bərdə rayon polis şöbəsinə üzərində şəxsi axtarış aprılmasından ötrü getməlidir. Təqsirləndirilən şəxs oğlu da onların bu tələbinə qarşı heç bir etirazı olmadan onlarla Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən həmin şəxsdən onların tələbi o olmuşdur ki, onun üzərində şəxsi axtarış aparılana qədər əlini ciblərinə və ümumiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin. Təqsirləndirilən şəxs da onların həmin tələbinə qarşı heç bir etiraz etmədən əməl etmişdir. Bundan sonra onlarla Bərdə rayon polis şöbəsinə gəlmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Babayevə polis leytenantı Şahid1 raportla müraciət etmişdir. Həmin raport əsasında araşdırmanın aparılması Bərdə rayon X19 bölməsinin təhqiqatçısı polis mayoru X18 oğluna həvalə olunmuşdur. Odur ki, təhqiqatçı İsmayıl Məmmədov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tuutulmuş və ona şübhəli şəxs kimi malik olduğu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya və digər hər hansı bir maddə şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Bərdə Rayon Polis Şöbəsinin ekspert kriminalisti X23 tərəfindən“ Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişi aparılacağı Təqsirləndirilən şəxs nəzərinə təhqiqatçı İsmayıl Məmmədov tərəfindən çatdırılmışdır. Həmçinin ondan təhqiqatçı soruşmuşdur ki, əgər şəxsi axtarışın aparılmasında videoçəkilişdən istifadə ediləcəyinə qarşı hər hansı bir nazarazılığı vardırsa onda hal şahidlərinin bilavasitə iştirakı ilə onun üzərində şəxsi axtarış icra olunub başa çatsın. Lakin, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılarkən videoçəkiliş aparıldığından hal şahidlərinin də iştirakına heç bir lüzum olmadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında şübhəli şəxsin müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili X14 o və Bərdə rayon polis şöbəsinin X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və həmin şəxsi axtarışın aparılmasının videoçəkilişini aparan ekspert kriminalist X29 oğlu iştirak etmişlər. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı İsmayıl Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, onun üzərində qeyri-qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin. Onsuz da üzərində hər hansı bir qeyriqanuni əsasda saxlamış olduğu əşya olarsa şəxsi axtarış aparılmaqla onün üzərindən aşkar olunub götürüləcəkdir. Təqsirləndirilən şəxs oğlu əynində olan qara rəngli gödəkçəsinin sağ yan tərəfindən alt hissəsindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək, həmin sellofan torbanın içərisində olan kütlənin marixuana olmuş olduğunu onlara şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırmışdır.İlk baxışda görünən həmin kütləyə onlar baxarkən kütlənin yaşıl rəngdə olub və həm də tam quru halda, yəni istifadəyə tam hazır vəziyətdə olmuş olduğunu görmüşlər.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən müxtəlif pul əskinazlarını, yəni cəmi 33 manat pulu çıxarıb növbətçi hissəsdə, yəni onun üzərində şəxsi axtarış aparılan yerdə olan stolun üzərinə qoymuşdur. Sonra isə o, həmin şalvarının sağ yan cibindən 1 ədəd alışqan və bir ədəd də cib dəsmalı çıxarıb, onları da stolun üzərinə qoyub daha üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Buna baxmayaraq onun üzərində şəxsi axtarışı onlar polis işçiləri davam etdirsələr də onun üzərindən hər hansı bir narkotik və başqa hər hansı bir əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elə elektron tərəzində çəkilmiş , çəkisi 225 qram gəlmişdir. Daha sonra həmin kütlə elə aşkar olunduğu vəziyyətdə olan sellofan torba təhqiqatçı İsmayıl Məmmədov tərəfindən bir ədəd kağız paketə (torbaya) qoyulmuş və paketin ağzı təhqiqatçı İsmayıl Məmmədov tərəfindən bağlanmışdır. Kağız paketin (torbanın) üzərinə təhqiqarçı İsmayıl Məmmədov tərəfindən Azərbaycan Respublikası DİN-in 94 saylı arayışlar üçün möhürü vurulmuşdur. Həmin torbanın üzərinə təhqiqatçı İsmayıl Məmmədov tərəfindən “Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş kütlə “sözləri yazılmış və təhqiqatçı tərəfindən şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin kütlə dəqiq çəkisinin müəyyən edilməsi, hansı növ maddə olmasının müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatına göndəriləcək və rəy alınaraq rəy bu barədə olan materiala əlavə olunub Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət veriləcəkdir. Həmin kağız torbanın üzərinə təhqiqatçı İsmayılov Məmmədov tərəfindən şəxsi axtarışda iştirak etmiş şəxslərin adı soyadı yazılmaqla hərə öz adının qarşı hissəsindən öz imzasını edərək, həmin halı təsdiq etmişlər. Bir sözlə həmin kağız paketin üzərinə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X14 və onlar polis işçiləri imza etmişlər. Bundan sonra həmin yerə tərtib edib qablaşdırdı, təhqiqatçı X9, imzası və 22 fevral 2020-ci il tarix sözləri yazılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə Bərdə rayon Polis Şöbəsinin növbətçi hissəsində yuxarda adları qeyd olunan şəxslərin iştirakı ilə icra olunub başa çatmışdır. Şəxsi axtarış aparılarkən iştirakçılar tərəfindən, axtarışın aparılma qaydasına dair şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən və onun müdafiəçisi X14 tərəfindən hər hansı bir şikayət, təklif və qeyd daxil olmadan şəxsi axtarış icra olunub başa çatmışdır. Həmin vaxt təhqiqatçı İsmayıl Məmmədov tərəfindən protokol tərtib olunaraq protokol ucadan şəxsi axtarış iştirakçılarına oxunmuşdur. Protokolda yazılanlar doğru və düzgün yazılmış olduğundan tərəflərindən imzaları ilə təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı Bərdə rayon Polis Şöbəsinin ekspert kriminalisti polis leytenantı X23 tərəfindən həmin axtarışın gedişatını özündə əks etdirən videoçəkilişi “Sony” markalı videokamera vasitəsi ilə çəkilişi aparılaraq, həmin görüntülər dskə köçürülməklə, təqdim edildiyindən bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu həmin kütlənin marixuana olmuş olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onlar polis əməkdaşları onun quru halda olan həmin marixuanaya bənzər kütləni onun haradan almış olduğunu soruşarkən o, həmin marixuananı Bərdə rayonun Əyricə kəndi ərazisindən yol kənarından elə sellofan torbada olmaqla tapmış olduğunu və özünün istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 22 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan, Bərdə şəhəri H.Aslanov küçəsində saxlanılıb polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zamanı onun üzərindən 01 ədəd şəffaf sellofan torbada olmaqla 225 qram narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması əsasında narkotik vasitə olan qurudulmuş marixuananın götürülmə vidogörüntülərini özündə əks etdirən və cinayət işinin istintaq materiallarına əlavə edilmiş 01 ədəd disk iş üçün mühüm ənəmiyyət kəsb etdiyindən maddi sübut kimi müəyyən olunub cinayət işinin istintaq materiallarına əlavə edilməklə saxlanması nəzərə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsindən alınmış 23 fevral 2021-ci il tarixli 16\ 174 nömrəli rəydə göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs “ sözləri yazılmış kağız paketdəki 01 ( bir) ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 220 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs oğlu oğlunun üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 220 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan tədqiqat prosesində tədqiqata 0, 2 qram sərf olunduğundan qalıq olaraq 219,8 qram qurudulmuş marixuna qaldığından həmin qalıq qalmış marixuanalar maddi subut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsində maddi sübutların saxlanc anbarında saxlanması təmin olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə şəhər Poliklinikasının 22 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserindən alınmış 17 aprel 2021-ci il tarixli 401 saylı rəydə göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui- istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs 31 avqust 2001-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə 03 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 05 sentyabr 2002-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən çəkilməmiş qalan 01 il 08 ay 15 gün cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, 27 yanvar 2009-cu il tarixdə Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23 oktyabr 2012-ci ildə cəzasının sonu ilə azad olunmuş, 24 aprel 2014-cü ildə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25 may 2016-cı ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 12 gün vaxtından əvvəl şərti azad olunub. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Kələntərli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü ailədə və ictimaiyyət arasında nümunəvi aparmış, barəsində kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş olmuş 22 aprel 2021-ci il tarixli 2898 nömrəli əməliyyat tapşırığına cavab məktubunda göstərilir ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı, haradan əldə etməsini müəyyən etmək mümkün olmasa da satış məqsədi ilə əldə edib üzərində saxlamış olduğu müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən, 22 fevral 2021-ci il tarixdə Bərdə rayon X19 Bölməsinin təhqiqatçısı polis mayoru X16 oğlu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmin cinayət işi aidiyyəti üzrə istintaqının aparılmasından ötrü 23 fevral 2021 ci il tarixdə Bərdə rayon polis şöbəsinin İstintaq Bölməsinə verildiyindən və cinayət işinin istintaqının aparılması elə həmin tarixdən Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsinin sabiq müstəntiqi polis baş leytenantı X5 həvalə edildiyindən, həmin tarixdən də icraatına qəbul olunmuşdur. İstintaq zərurəti ilə ələqədar, 24 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməli sabiq müstəntiq X12 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2- ci maddəsinə tövsif olunmaqla işin istintaqı aparılmışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən ümumi təmiz çəkisi 220 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamış, Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı 22 fevral 2021-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, polis şöbəsinin növbətçi hissəsində saat 22:30 dəqiqədə polis şöbəsinin əməkdaşları tərəfindən üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkçəsinin altından 01 ( bir) ədəd şəffaf sellofan torbada ümumi təmiz çəkisi 220 qram satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, X17 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X24rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 22 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarında olan 22 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən Təqsirləndirilən şəxs oğlu oğlunun üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 220 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan tədqiqat prosesində tədqiqata 0, 2 qram sərf olunduğundan qalıq olaraq 219,8 qram qurudulmuş marixuna qərarla maddi sübut qismində tanınaraq saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 220 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan tədqiqat prosesində tədqiqata 0,2 qram sərf olunduğundan qalıq olaraq 219,8 qram qurudulmuş marixuna hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut X13 yaşadığı evdə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 32.40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 22 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki qalıq 219,8 qram olan qurudulmuş marixuna hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-102/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-102/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver