Məhkəmə qərarları › İş №1(021)-102/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-102/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-102/2023 24.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1993-cü ildə Bərdə rayonunun Dəymədağıldı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,352 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Bərdə rayonu, Dəymədağıldı kənd ərazisində tanışı Şahid3 29 manata satın almaqla qanunsuz olaraq əldə edib üzərində saxlamış, həmin gün saat 18:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, Dəymədağıldı kəndində saxlanılıb Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,352 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Dəymədağıldı kəndində yaşayır. 2015-ci ildə X13 ilə ailə həyatı qurmuşdur və birgə nikahlarından 2017-ci ildə anadan olmuş Səriyyə adlı qızları vardır. Rəsmi оlaraq heç bir yerdə işləməmişdir. Təxminən 3-4 ay əvvəldən başlayaraq narkotik maddə “patı” kimi bilinən metamfetamindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə o, yaşadığı Bərdə rayon Dəymədağıldı kəndində olan zaman Tacəddin adlı şəxsə zəng etmiş və Tacəddinə “patı” lazım olduğunu bildirmişdir. Tacəddin nə qədər patı istədiyini soruşmuş, ona 0.5 qram çəkidə lazım olduğunu demişdir. Ona Tacəddin 0.5 qram çəkidə patının 30 manat pul etdiyini bildirmiş, Tacəddinlə razılaşıb yaşadığı kəndə çağırmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Tacəddin idarə etdiyi qara rəngli xarici markalı dövlət nömrə nişanını bilmədiyi avtomobillə onun yaşadığı kəndə gəlmiş və kənddə görüşüb Tacəddindən sarı rəngli selofan bükümdə “patı” kimi bilinən psixotrop maddəni götürmüş və Tacəddinlə razılaşaraq bunun müqabilində 29 manat pul vermişdir. Onun Tacəddinə verdiyi pul bir ədəd 20 manatlıq və doqquz ədəd 1 manatlıq əskinaslardan ibarət olmuşdur. Tacəddin pulu götürərək getmiş, özü isə yaşadığı evə qayıtmışdır. Həmin gün ona kənd ərazisində olan zaman polis əməkdaşları yaxınlaşmış və polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları onu barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış etmiş, qanunsuz olaraq narkotik vasitənin üzərində saxlamaqda şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. O, polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-yə gəlmiş, şöbədə üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Siyahıdan seçdiyi müdafiəçi polis şöbəsinə gəlmiş, şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibində olan sarı rəngli selofan bükümdə psixotrop maddəni təqdim etmişdir. Həmin selofan büküm ilkin olaraq elektron tərəzidə çəkilmiş və 0.42 qram çəkidə olduğu müəyyən olunmuş, büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərini imzalarla təsdiq etmişlər. Daha sonra üzərinə baxış keçirilmiş, üzərindən 1 ədəd samsung markalı mobil telefon və 17 manat pul aşkar edilmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyətli olduğu üçün qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitəni Tacəddin adlı şəxsdən xx.xx.2023-cü il tarixdə 29 manata aldığını bildirmişdir. Başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, psixotrop maddə qəbul etməsini maddəni aldığı Tacəddin bilmiş, aldığı maddəni xəlvət qəbul etmişdir. Heç kimə üzərində saxladığı psixotrop maddədən verməmiş və ya satmamışdır. Şahid3 təxminən 5- 6 ay əvvəl tanımış, onunla aralarında heç bir narazlıq, ədavət və ya düşmənçilik olmamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı bir formada zor tətbiq edilməmiş, üzərinə şəxsi axtarış keçirilməsində hüquqlarını müdafiə edən vəkil də iştirak etmişdir. O, əvvəllər Şahid3 narkotik vasitə və ya psixotrop maddə almamış, əvvəllər psixotrop maddəni tapıb istifadə etmiş və tanımadığı şəxsdən almışdır. İstifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuş və həmin telefon polis əməkdaşları tərəfindən baxış keçirilməsi üçün götürülmüşdür. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verməklə bağlı iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 Hafiz oğluna və Şahid4 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə digər şahid olan Şahid3 isə hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Belə olan halda tərəfləri dinləyib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, məhkəmə şahidlər Şahid1, Şahid4, Şahid2 Hafiz oğlu və Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Bərdə rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı xüsusi rütbəsindədir. 23 yanvar 2023-cü il tarixdə icraatına Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra, ondan, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2 Hafiz oğlundan və Bərdə RPŞ-nin İTB sahə polis nəfəri polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18 radələrində tərəflərindən Təqsirləndirilən şəxs Bərdə rayonu Dəymədağıldı kəndində saxlanılmış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq üzərində psixotrop maddə saxlaması bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, yolda olarkən Təqsirləndirilən şəxs əllərini hər hansı bir cibinə qoymaması barədə xəbərdarlıq edilmişdir. Polis şöbəsinin inzibati binasına gəldikdə Təqsirləndirilən şəxs seçimi ilə müdafiəçi dəvət edilmiş, polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2 Hafiz oğlunun, Bərdə RPŞ-nin İTB sahə polis nəfəri polis serjantı Şahid4 və Müdafiəçi iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa çıxarıb təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd sarı rəngli sellofan bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə psixotrop maddə metmfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,42 qram olması müəyyən edilmişdir. Bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildiyi qaydada bir ədəd ağ zərfdə qablaşdırılaraq, üzəri imzalanıb Azərbaycan Respublikasə DİN-nin 94 saylı möhürü vurulub ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə tərəflərindən keçirilən şəxsi axtarış zamanı bir ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd 5 manat, 7 ədəd 1 manat əskinaslardan ibarət cəmi 17 manat pul aşkar edilib götürülmüşdür. Sorğular zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə metamfetamini Dəymədağıldı kəndində tanışı Tacəddin adlı şəxsdən 23 yanvar 2023-cü il tarixdə 29 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsı axtarış başa çatdırılmış və videoçəkliş dayandırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid4 və Şahid2 Hafiz oğlunun ifadələrindən görünür ki, mahiyyəti üzrə eyni məzmunlu ifadələr verib, Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, hazırda 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. O, əvvəllər psixotrop maddə olan “patı” kimi bilinən metamfetamin istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı Bərdə şəhəri, Qarabağ qəsəbəsində olan zaman yerdən 2 ədəd sarı rəngli selofan bükümdə psixotrop maddə olan metamfetamin tapmışdır. Bükümləri istifadə etmək üçün götürərək cibində saxlamışdır. Həmin gün saat 16 radələrində Məhərrəm adlı tanışı ona zəng edib “patı” lazım olduğunu bildirmiş, Məhərrəmdən nə qədər patı istədiyini soruşmuşdur. Məhərrəm ona 0.5 qram lazım olduğunu demiş, Məhərrəmə özündə 0.5 qram “patı” olduğunu və qiymətinin 30 manat təşkil etməsini bildirmişdir. Bu zaman Məhərrəm razılaşıb onu yaşadığı kəndə çağırmışdır. O, idarə etdiyi Hunday Elantra markalı ** BM *** nömrə nişanlı avtomobillə Məhərrəmin yaşadığı kəndə getmiş və kənddə görüşüb Məhərrəmə sarı rəngli selofan bükümdə “patı” kimi bilinən psixotrop maddəni vermişdir. Məhərrəm ona 30 manat əvəzində 29 manat pulu olduğunu demiş, Məhərrəmlə razılaşıb 29 manat pulu alıb oradan getmişdir. İş üzrə 25 yanvar 2023-cü il tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid3 arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzləşmə zamanı Şahid3 üzünə ondan 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı kənddə 29 manat pul müqabilində bir ədəd bükümdə psixotrop maddə metamfetamin almasını bildirmiş, Şahid3 üzləşmə zamanı Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək, ona 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edib psixotrop maddə metamfetamin istəməsini, həmin gün saat 16 radələrində Bərdə rayonu Dəymədağıldı kəndində Təqsirləndirilən şəxs 29 manat pul müqabilində bir ədəd bükümdə psixotrop maddə metamfetamin satmasını bildirmişdir. İşdə olan 23 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərardan görünür ki, Bərdə rayonu, Dəymədağıldı kəndində yaşayan Təqsirləndirilən şəxs əməlini ifşa etmək məqsədi ilə, Bərdə rayon polis şöbəsinin əməkdaşları Şahid1, Şahid2 Hafiz oğlu və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Cinayət işinə əlavə edilən 23 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin gün saat 19:05-dən başlayaraq saat 19:24-dək olan müddət ərzində video çəkilişlə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs qərarla tanış edilərək üzərində qanunsuz əşya, narkotik vasitə və psixotrop maddə varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb stolun üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm aşkar olduğu qaydada elektron tərəzidə çəkildikdə, çəkisinin 0,42 qram olması müəyyən edilmiş və ağ rəngli zərfdə qablaşdırılıb üzəri möhürlənib, proses iştirakçıları tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzəri polis əməkdaşları tərəfindən yoxlanılmış, Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefon və 17 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd “Samsung” markalı mobil telefon, iki ədəd 5 manat, yeddi ədəd 1 manat əskinaslardan ibarət 17 manat pul sübut əhəmiyyəti kəsb edəcəyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütləni 23 yanvar 2023-cü il tarixdə yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində Tacəddin adlı şəxsdən 29 manata almasını və üzərində saxlamasını bildirmişdir. Şəxsi axtarış və götürmə hərəkəti videoçəkilişlə həyata keçirilmiş və müvafiq istintaq hərəkəti başa çatdıqdan sonra videçəkiliş başa çatdırılaraq əldə edilmiş videogörüntü 1 ədəd DVD diskə köçürülərək maddi sübut qismində iş materiallarına əlavə edilmişdir. İşdəki 24 yanvar 2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən diskə baxış keçirilməsinə dair protokola əlavə edilmiş diskdən görünür ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 23 yanvar 2023-cü il tarixdə 18 dəqiqə 37 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, baxış keçirilməmişdən əvvəl Bərdə RPŞnin TB-nin təhqiqatçı polis mayoru X16 bildirir ki, Bərdə rayonu Dəymədağldı kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə RPŞ-nə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu Dəymədağıldı kəndində saxlanılıb Bərdə RPŞ-nə gətirilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti Panasonik markalı kamera vasirəsilə həyata keçirildiyini bildirir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı bildirir ki, şübhəli şəxsin öz istəyi ilə Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilmişdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti video çəkiliş vasitəsi ilə həyata keçirilir. Şəxsi axtarış və götümə istintaq hərəkətində iştirak edən şəxsləri təhqiqatçı təqdim edir. Video çəkilişi Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 Hafiz oğlu çəkdiyini, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Bərdə RPŞ-nin İTB-nin polis nəfəri polis serjantı Şahid4 iştirak etdiyini və şübhəli şəxsdən iştirakçılara hər hansı bir etirazının olubolmaması soruşulur, şübhəli şəxs etirazının olmadığını deyir. Şübhəli şəxsdən bundan əvvəl üzərində şəxsi axtarış aparılıb-aparılmaması soruşulur şübhəli şəxs xeyr deyir. Şübhəli şəxsə tutularkən hüquq və vəzifələri barədə bildiriş alması bildirilir və hər hansı bir etirazının olub-olmaması soruşulur, şübhəli şəxs hüquq və vəzifələrinin aydın oluğunu deyir. Şübhəli şəxsdən üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olubolmaması soruşulur, əgər vardırsa təqdim etməsini bildirlir. Şübhəli şəxs üzərində olan idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd sarı rəngli sellofanda bükülünü çıxardıb masanın üzərinə qoyur. Şübhəli şəxsdən bükülünün içərisində nə olması soruşulur, patı olduğunu deyir, haradan əldə etməsi soruşulur, Tacıdan aldığını deyir. Nə vaxt aldığı suruşulur, bu gün Tacı adlı şəxsdən telefon vasitəsilə əlaqə saxlayıb pulnan, aldığını Tacı ona 30 manata satdığını dediyini və 29 manata aldığını deyir. Təhqiqatçı tərəfindən sarı rəngli sellofan bükülü açılır, içərisində ağ rəngli kristal formasında kütlə aşkar edilir. Şübhəli şəxsdən həmin kütlədən necə istifadə etməsi soruşulur, şübhəli şəxs çəkmə yolu ilə istifadə etdiyini bildidir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş kütlə elektron tərəziyə qoyulub çəkilir, ümumi çəkisi, 0,42 qram gəlir. Bundan sonra kütlə əvvəlki vəziyyətinə qaytarılıb ağ rəngli zərfə qoyulub qablaşdırılır və üzəri imzalanır, ekspertizaya təqdim edilməsi üçün götürülür. Vəkil şübhəli şəxsdən psixotrop maddəni nə məqsədlə aldığını suruşur, şübhəli şəxs özü istifadə etməsi üçün aldığını və öz istidadəsi üçün üzərində saxladığını deyir. Təhqiqatçı şübhəli şəxsdən üzərində başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulur, şübhəli şəxs xeyr deyir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir əynində olan idman gödəkcəsinin sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefon və əynində olan şalvarın sol yan cibindən 2 ədəd 5 manatlıq və 7 ədəd 1 manatlıq pul əskinasları aşkar edilir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş Samsung markalı mobil telefona baxılır və Tacəddin adlı şəxsin nömrəsi soruşulur. Şübhəli şəxs Tacəddin adlı şəxsin mobil telefon nömrəsinin rəqəmlərinin 8055 olmasını deyir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş mobil telefonun zənglərinə baxılarkən telefonun ekranında ********** nömrənin xx.xx.2023-cü il tarixdə saat 16:12 dəqiqədə, 16:10 dəqiqədə və 16:05 dəqiqədə zənglərin olması müəyyən edilir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmir. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd Samsung markalı mobil telefon və 17 manat pul əskinasları 1 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılır, üzəri 94 saylı möhürlə mühürlənir və üzəri iştirakçılar tərəfindən imzalanıb götürülür. Bundan sonra şəxsi axtarış yekunlaşdırılır. Cinayət işinə əlavə edilən 23 yanvar 2023-cü il tarixli Şahid3 üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokolun surətindən görünür ki, həmin gün saat 21:45 dəqiqədən 22:06 dəqiqəyədək olan müddət ərzində şəxsi axtarış və götürmə aparılarkən əvvəl şübhəli şəxs Şahid3 qərarla tanış edilərək, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təklifdən sonra Şahid3 masaya doğru yaxınlaşıb, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni masanın üzərinə qoyur. Şahid3 üzərindən aşkar edilən 01 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm aşkar olduğu qaydada elektron tərəzidə çəkildikdə, çəkisinin 0,42 qram olması müəyyən edilmiş və ağ rəngli zərfdə qablaşdırılıb üzəri möhürlənib, proses iştirakçıları tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Şahid3 üzəri polis əməkdaşları tərəfindən yoxlanılmış, Şahid3 üzərindən bir ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd 20 manat, 4 ədəd 5 manat və 1 ədəd 1 manat əskinaslardan ibarət 41 manat pul, Şahid3 şəxsiyyət vəsiqəsi, “Sobranie” markalı siqaret, alışqan və avtomobil pultu aşkar edildi. Şahid3 üzərindən aşkar edilən şəxsiyyət vəsiqəsi, 1 ədəd “Redmi” markalı mobil telefon və 41 manat pul iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütləni 23 yanvar 2023-cü il tarixdə yaşadığı Bərdə şəhəri, Qarabağ qəsəbəsində yerdən tapmasını və üzərində saxlamasını, 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bərdə rayonu, Dəymədağıldı kəndində Məhərrəm adlı şəxsə yerdən tapdığı psixotrop maddə metamfetaminə bənzər kütləni 29 manata satmasını, bir bükümünü isə öz üzərində saxlamasını bildirmişdir. Cinayət işinə əlavə edilən 24 yanvar 2023-cü il tarixli şübhəli şəxs Şahid3 üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokolun surətindən görünür ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 23 yanvar 2023-cü il tarixdə 20 dəqiqə 26 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, baxış keçirilməmişdən əvvəl Bərdə RPŞ-nin TB-nin təhqiqatçı polis mayoru X16 bildirir ki, Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan Təqsirləndirilən şəxs ilkin çəkisi 0,42 qram psixotrop maddə satmaqda şübhəli bilinən Ağdam rayonu Papravənd kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri Qarabağ qəsəbəsində yaşayan Şahid3 xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri, Sənaye küçəsində saxlanılıb Bərdə RPŞ-nə gətirilmişdir. Şahid3 AR.CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı Şahid3 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti video çəkiliş vasitəsilə keçirildiyini bildirir. Şübhəli şəxs Şahid3 xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Dəymədağıldı kənd sakini Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan bükümdə ilkin çəkisi 0,42 qram olan psixotrop maddə metamfetamin satmaqda şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Buna görə də üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinə etirazının olub-olmaması soruşulur, şübhəli şəxs xeyr deyir. Şəxsi axtarışda iştirak edən şəxslər təhqiqatçı tərəfindən təqdim edir, bununla bağlı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti video kamera vasirəsilə həyata keçirildiyini bildirir. Təhqiqatçı bildirir ki, şübhəli şəxsin öz istəyi ilə Bərdə rayon Vəkil Bürosunun vəkili X7 onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilmişdir. Şəxsi axtarış və götümə istintaq hərəkətində iştirak edən şəxsləri təhqiqatçı təqdim edir. Video çəkilişi Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 Hafiz oğlu çəkdiyini, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı X17 və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X10 iştirak etdiyini və şübhəli şəxsdən iştirakçılara hər hansı bir etirazının olub-olmaması soruşulur, şübhəli şəxs etirazının olmadığını deyir. Şübhəli şəxsdən bundan əvvəl üzərində şəxsi axtarış aparılıbaparılmaması soruşulur, şübhəli şəxs xeyr deyir. Şübhəli şəxsə tutularkən hüquq və vəzifələri barədə bildiriş alması bildirilir və hər hansı bir etirazının olub-olmaması soruşulur, şübhəli şəxs hüquq və vəzifələrinin aydın oluğunu deyir. Şübhəli şəxsdən üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulur, əgər vardırsa təqdim etməsini bildirlir. Şübhəli şəxs üzərində olan gödəkcənin sol yan iç cibindən 1 ədəd sarı rəngli sellofanda bükülünü çıxardıb masanın üzərinə qoyur. Şübhəli şəxsdən bükülünün içərisində nə olması soruşulur, metamfetamin patı olduğunu deyir, haradan əldə etməsi soruşulur, bu gün xx.xx.2023-cü il tarixdə səhər öz yaşadığı küçədən 2 ədəd bükümdə tapdığını bir ədəd bükümü öz istifadəsi üçün üzərində saxladığını digər bir ədəd bükümü isə pul əvəzində pula ehtiyacı olduğu üçün Məhərrəm adlı şəxsə satdığını deyir. Şübhəli şəxsdən əvəllər də Məhərrəm adlı şəxsə narkotik vasitə və ya psixotrop maddə satıb-satmaması soruşulur, şübhəli şəxs satmadığını deyir. Şübhəli şəxsdən narkotik vasitə istifadə edib-etməməsi soruşulur istifadə etdiyini deyir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd sarı rəngli sellofan bükülü təhqiqatçı tərəfindən açılır, içərisində ağ rəngli kristal formasında kütlə aşkar edilir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş kütlə elektron tərəziyə qoyulub çəkilir, ümumi çəkisi, 0,42 qram gəlir. Bundan sonra kütlə əvvəlki vəziyyətinə qaytarılıb ağ rəngli zərfə qoyulub qablaşdırılır və üzəri imzalanır, ekspertizaya təqdim edilməsi üçün götürülür. Vəkil şübhəli şəxsdən psixotrop maddəni nə məqsədlə saxladığını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təsir və təzyiq olubolmamasını soruşur, şübhəli şəxs xeyr deyir. Təhqiqatçı şübhəli şəxsdən üzərində başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulur, şübhəli şəxs xeyr deyir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir əynində olan şalvarın sağ yan cibindən, şəxsiyyət vəsiqəsi, 1 ədəd 20 manatlıq, 4 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinasları, əynində olan şalvarın sol yan cibindən 1 ədəd Redmi markalı mobil telefon, 1 ədəd Sobrane markalı siqaret qutusu, avtomobil pultu və 1 ədəd alışqan aşkar edilir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd Sobrane markalı siqaret qutusu, avtomobil pultu və 1 ədəd alışqan sübut əhəmiyyətinə malik olmadığı üçün qaytarılıb özünə təhvil verilir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş, şəxsiyyət vəsiqəsi, 1 ədəd Samsung markalı mobil telefon və 41 manat pul əskinasları zərfə qoyulub qablaşdırılır, üzəri 94 saylı möhürlə mühürlənir və üzəri iştirakçılar tərəfindən imzalanıb götürülür. Şübhəli şəxsin üzərinə baxış keçirilərkən başqa hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs üzərindən aşkar edilmiş pul əskinaslarının içərisində olan 20 manatlıq pul əskinasını Məhərəm verdiyini və Məhərrəmin verdiyi digər 1 manatlıq pul əskinaslarına isə su alıb içdiyini bildirir. Şübhəli şəxsdən avtomobilinə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmaması soruşulur heç bir etdirazının olmadığını deyir. Bundan sonra şəxsi axtarış yekunlaşdırılır. Cinayət işinə əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd Samsung J3 markalı mobil telefona baxış keçirilmişdir. 01 ədəd Samsung J3 markalı mobil telefona baxış keçirilən zamanı məyyən olundu ki, mobil telefon qara rəngdədir, sensorlu mobil telefondur. Mobil tefefonun üst hissəsinə SAMSUNG sözü yazılmışdır. Mobil telefona baxış keçirilən zaman içərisində müxtəlif tarixlərdə müxtəlif mobil nömrələrdən gələn zənglərin, sms-lərin və WhatsApp yazışmalarının olması görünür. xx.xx.2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, izahatında və ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddəni həmin gün özünün istifadəsində olan ********** saylı nömrə ilə Tacəddin adlı şəxsin istifadəsində olan mobil telefon ilə əlaqə saxlayıb 29 manata aldığını bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məxsus olan Samsung J3 markalı mobil telefonda olan zənglərə, sms-lərə və WhatsApp yazışmalarının baxan zaman ekranda görsənir ki, xx.xx.2023-cü il tarixdə saat 16:12 dəqiqədə Məhərrəmə məxsus ********** saylı nömrədən Tacəddin adlı şəxsin ********** saylı nömrəyə zənglərin olunduğu məyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs məxsus olan Samsung J3 markalı mobil telefona baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edəcək, Təqsirləndirilən şəxs kiməsə psixotrop maddə satması və ya alması ilə bağlı məzmunda zənglərin, sms-lərin və WhatsApp yazışmalarının olmadığı aşkar edildi. Cinayət işinə əlavə edilən SD diskə baxış keçirilməsi haqqında protokolun surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən tərtib edilərək 27 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-yə göndərilmiş, içərisində zənglər, SMS mətnləri və abunəçilərə dair məlumatlar olan diskə baxış keçirilmiş, həmin diskin üzərində 3402 rəqəmi vardır. Diski “TOSHİBA” markalı kompüter disk yerinə yerləşdirib diski açmış, diskin içərisində “3402” adlı fayl aşkar edilmişdir. Faylın içərisini açıb baxan zaman 1-ci faylda “503380258_SMS”, 2-ci faylda “514168055_SMS”, 3-cü faylda “**********58”, 4-cü faylda “**********5”, 5-ci faylda “Abuneciler 2402”, 6-cı faylda “Antenna 3402-2022” 7-ci faylda Antena3402-2023”, 8-ci faylda “Taceddin Seferov- 3402” adlı yazılan 8 ədəd fayllar aşkar edilmişdir. Həmin faylların içərisini açıb baxan zaman içərisində müxtəlif tarixlərdə qeyd olunan nömrələrə müxtəlif mobil nömrələrdən gələn zənglərin və sms-lərin, anten dairələrinin, SD diskin içərisində olan nömrələrin kimə məxsus olması, nömrələrin imeildə istifadə olunması görünür. SD diskə baxış zamanı 4-cü faylda “**********5”saylı nömrədə olan zənglərdə Təqsirləndirilən şəxs istifadə etdiyi ********** saylı mobil nömrədən Şahid3 istifadə etdiyi ********** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə zənglərin olunduğu məyyən edilmişdir. Bundan başqa SD diskdə sms-lərə baxan zaman iş üzrə əhəmiyyət kəsb edəcək, Şahid3 kiməsə psixotrop maddə satması və ya alması ilə bağlı məzmunda zənglərin və sms-lərin olmadığı aşkar edilmişdir. İşdə olan Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1187 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX-nın poliklinikasının narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 111 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX-nın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 07 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bərdə rayon polis şöbəsinə verilən xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Bərdə rayonu, Dəymədağıldı kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə tanışı Şahid3 pul müqabilində alması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuş, lakin onun konkret olaraq kimlərə psixotrop maddə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Şirvanlı kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 09 mart 2023-cü il tarixli 233 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur, aşağdakı ailə üzvləri var: X2-atası X4-anası X5-yoldaşı X1-qızı İş materiallarına əlavə edilmiş AA2651320 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 24 yanvar 2023-cü il tarixli, 16/123 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki bir ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,352 qram olan maddə kustar üsülla hazırlanmış psixotrop maddə-metamfetamindır. Tədqiqata təqdim olunmuş üzərində “Vət.Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki bir ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,346 qram olan maddə kustar üsülla hazırlanmış psixotrop maddə-metamfetamindır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetaminin - təmiz çəkisi 0,352 qram, 0,346 qram, tədqiqata sərf edildi 0,1 qram (hər birindən 0,05 qram) qalıq 0,302 qram, 0,296 qram. X6 16 mart 2023-cü il tarixli, 471 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,352 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Bərdə rayonu, Dəymədağıldı kənd ərazisində tanışı Şahid3 29 manata satın almaqla qanunsuz olaraq əldə edib üzərində saxlamış, həmin gün saat 18:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, Dəymədağıldı kəndində saxlanılıb Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,352 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətlər saxlama kimi başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, evli və himayəsində bir azyaşlı uşağının olması, əvvəllər məhkumluğunun olmaması və ailənin yeganə qazanc gətirən şəxs olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmk və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0,302 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 32,40 manat təşkil etmişdir. Lakin, həmin ekspert rəyində həm təqsirləndirilən Şahid3, həm də Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddələrin ekspertizası aparılaraq rəy verildiyindən məhkəmə təqsirləndirilən şəxslərin bərabər payda məsuliyyət daşımasını qeyd edərək həmin xərcin yarısının hazırki iş üzrə təqsirləndirilən şəxsdən tutulmalı olması qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs 16,20 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə maddi sübut olmaqla müxtəlif istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 4 ədəd DVD disk və mobil telefon danışıqlarını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu, Dəymədağıldı kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0,302 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 4 ədəd DVD və 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin yarısı olan cəmi 16,20 (on altı manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar