Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-103/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx xxxxx 1997-ci il tarixdə Yevlax şəhərində anadan оlmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən yaşayış sahəsinə qanunsuz dаxil оlub xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxsin əmlаkını gizli yоllа tаlаmışdır. Belə ki, o, tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 04 fevral 2021ci il tarixdə saat 11:00 radələrində Bərdə rayonu Yeni Əyricə kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə açıq qapıdan qanunsuz daxil olduqdan sonra evin giriş qapısından içəri keçərək yataq otağındakı, üzərindən heç bir qıfıl asılmayan sandığı açıb ağ torbanın içərisində saxlanılan 8,23 qram çəkili 661 (altı yüz altmış bir) manat dəyərində olan qızıl üzüyü, 3,15 qram çəkili 406 (dörd yüz altı) manat dəyərində olan qızıl üzüyü, 4,11 qram çəkili 308 (üç yüz səkkiz) manat dəyərində olan qızıl üzüyü, 3,07 qram çəkili 230 (iki yüz otuz) manat dəyərində olan qızıl üzüyü, 4,07 qram çəkili 305 (üç yüz beş) manat dəyərində olan qızıl sırğa cütünü, 3,13 qram çəkili 234 (iki yüz otuz dörd) manat dəyərində olan sırğa cütünü, 4,28 qram çəkili 500 (beş yüz) manat dəyərində olan qızıl pul sikkəsini, 770 (yeddi yüz yetmiş) manat dəyərində olan qızıl saatı, 20 qram çəkili 1400 (bir min dörd yüz) manat dəyərində olan qızıl boyunbağını, 510 (beş yüz on) manat dəyərində 300 (üç yüz) ABŞ dolları pul vəsaitini gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxsnа xeyli miqdarda, yəni 5324 (beş min üç yüz iyirmi dörd) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Zoya adlı qohumu var. Zoya evlidir və iki övladı var. 03 fevral 2021-ci il tarixdə Zoya onların yaşadığı evə gələrək pulu olmadığı üçün dilənməyi təklif etmişdir. O da Zoyanın bu təklifi ilə razılaşaraq dilənmək qərarına gəlmişdir. Buna görə də onlar özlərinə taksi tutmaq üçün qohumları Dilarəgilə getmişlər. Dilarəgilə getməkdə məqsədi Dilarənin qardaşı Mustafanın avtomobili olduğu üçün həmin avtomobil ilə Bərdə rayonuna gəlmək olmuşdur. O, Zoya ilə birlikdə Mustafa ilə söhbət edən zaman Mustafaya bu barədə danışmış, Mustafa isə xəstə olduğu üçün həkimə gedəcəyini, buna görə də onları Bərdə rayonuna apara bilməyəcəyini bildirmişdir. O, Mustafadan xahiş edərək onları təkidlə Bərdə rayonuna aparmasını xahiş etmiş və bunun üçün 40 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Mustafa onlarla razılaşmış, ertəsi gün, yəni 04 fevral 2021-ci il tarixdə səhər saatlarında onlar Mustafaya məxsus olan avtomobil ilə Bərdə rayonuna gəlmişlər. Mustafanın avtomobili ilə Bərdə rayonuna çatıb kəndlərdən birinə daxil olmuş, həmin vaxt onlar Mustafadan avtomobili kəndin içərisində saxlamasını xahiş etmişlər. Bundan sonra Zoya ilə birlikdə həmin kəndin küçələrini gəzib dilənməyə başlamış, bir az gəzdikdən sonra Zoya ilə eyni məhəllədə yerləşən, ancaq ayrı-ayrı evlərə doğru istiqamət götürmüşlər. Daha sonra qarşısına bir ev çıxmış və həmin evin darvazasından həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin yiyəsini səsləmiş, lakin evdən heç kim səsinə cavab vermədiyindən evin giriş qapısına tərəf getmişdir. Həmin yerdə dayanaraq yenidən ev yiyəsini çağırsa da, heç kəsin cavab vermədiyini görüb evə daxil olmuşdur. Bunun ardınca otaqda bir ədəd sandıq görmüş, sandığın qapağını qaldıran zaman ağzının açıq olduğunu bilmişdir. Sandığın içərisində bir ağ rəngli torba görmüş və həmin torbanın içərisinə baxanda qızıl-zinət əşyaları və pul aşkarlamışdır. Buna görə də torbanı götürüb açmış və qızıl-zinət əşyalarının nələrdən ibarət olduğuna baxarkən bir ədəd boyunbağı torbadan sandığın içərisinə düşmüşdür. Daha sonra pulu əlinə götürüb saymış və 300 ABŞ dolları olmasını bilmişdir. Cəld şəkildə qızıl-zinət əşayalarını və pulu götürüb evdən çıxıb uzaqlaşmışdır. Evdən çıxdıqdan sonra Zoyanı axtarmağa başlamış, Zoyanı tapıb oradan getmələrini söyləmişdir. Zoya ondan nə üçün getməli olduqlarını xəbər alarkən o, ağrıdığını bildirmişdir. Zoya isə ona tək qalası olmadığını demiş, o da istifadəsində olan mobil nömrədən Mustafaya zəng edərək onları avtomobildən düşürüb getdiyi yerə gəlməsini demişdir. Bir qədər sonra Mustafa gəlib onları avtomobildən düşürdüyü yerdən götürmüş və Yevlax şəhərinə aparmışdır. Bundan bir neçə gün sonra Mustafa onunla görüşüb polis əməkdaşları tərəfindən axtarıldığını, avtomobilinin müşahidə kamerasına düşdüyünü söyləmiş və ondan Bərdə rayonunda olarkən nə iş gördüklərini soruşmuşdur. O da törətdiyi hadisə barəsində Mustafaya məlumat verərək dilənməyə gedən zaman bir evdən oğurluq etdiyini, qızıl-zinət əşyaları və 300 ABŞ dolları pul oğurladığını etiraf etmişdir. Əməlindən səmimi peşman olmasını və zərəri qismən ödəməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs оğlu ifadəsində göstərmişdir ki, 04 fevral 2021-ci il tarixdə saat 10:00 radələrində o, evin həyətində göygöyərti əkməklə məşğul olmuşdur. Bir az sonra arvadı Ləman və oğlu Telman ilə birlikdə onun yanına getmiş, bir qədər sonra isə arvadı Telmanı ona su gətirməsi üçün evə yollamışdır. Telman su gətirən zaman onlara evdən ətir iyinin gəldiyini demişdir. Bu zaman o, evin hamamının çəninə su vurmaqla məşğul olmuşdur. Həmin vaxt evin darvazasının aralı vəziyyətdə olduğunu görmüş və oğlundan və arvadından qapını kimim açıq qoyduğunu soruşmuşdur. Ləman və Telman ona qapının bağlı olduğunu, darvazanın kim tərəfindən açılmasını bilmədiklərini demişlər. Daha sonra o, qonşularından onların evinə tərəf kimin gəlməsini və ya orada hər hansı əşya satan şəxsin gəlib-gəlməməsini soruşmuş, lakin qonşuluqda yaşayan şəxslər heç kimi görmədiklərini söyləmişlər. Buna görə də o, arvadı Ləmana və oğlu Telmana evə yaxşı-yaxşı baxmalarını, evdən hər hansı əşyanın oğurlanıb-oğurlanmamasını soruşmuşdur. Oğlu Telman evi axtarıb qızıl-zinət əşyalarını və pulu tapmadıqlarını demişdir. O, sandığın içərisini yenidən axtarmağı və bəlkə başqa yerdə olduğu üçün görmədiklərini söyləmiş, arvadı da oğlu ilə birlikdə yenidən sandığın içərisini axtararaq əşyaların və pulun yerində olmadığını bildirmişlər. Arvadı və oğlu ilə birlikdə gəzib əşyaları və pulu axtarmalarına baxmayaraq tapa bilməmişlər. Bu səbəbdən o, kəndin mərkəzinə doğru getmiş, orada kimsənin adam görüb-görməməsi ilə maraqlanmışdır. Oğlu Telman isə qaynı Hafizin evinə gedərək yaşadıqları evdən oğurluq edilməsi barədə məlumat vermişdir. Daha sonra qaynı Hafiz onların evinə gəlib onunla danışmışdır. Onlar evdən oğurluq edildiyinə əmin olduqdan sonra qaynı Hafizə məxsus olan mobil nömrə ilə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə zəng etmiş və hadisə barəsində məlumat vermişlər. Daha sonra Hafiz ona kənd adamlarının kəndin içərisində iki nəfər qaraçı qadın gördüklərini demişdir. Həqiqətən də qohumu Yaqub və həmkəndlisi Hikmət kəndin içərisindəki yol ilə gedərkən iki nəfər qaraçı qadın gördüklərini söyləmişlər. Bir qədər sonra isə polis əməkdaşları yaşadıqları evə gəlib baxış keçirmişlər. Bundan başqa o, qızıl-zinət əşyaları və pulun yaşadığı evin yataq otağında olan sandığın içərisindən oğurlandığını, evdə başqa heç bir dağınıqlıq olmadığını, sandığın ağzından asılan qıfılın yerində olmadığını, sandıqdan biri brilyant qaşlı olmaqla dörd ədəd qızıl üzüyün, iki cüt qızıl sırğanın, bir ədəd qızıl pul sikkəsinin, bir ədəd qızıl boyunbağının, bir ədəd bağı və özü qızıl olan “Zarya” markalı qızıl saatın oğurlandığını, qızıl boyunbağının 20 qram çəkiyə malik, toxunma şəkildə və 1400 manat dəyərində olduğunu bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Dəymiş ziyan tam ödənilməmişdir. Təqsirləndirilən şəxsin tutulmasını istəyir. Odur ki, məhkəmədən həbslə əlaqədar cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, 2003-cü ildə Zərərçəkmiş şəxs ilə evlənmiş, həmin nikahdan bir oğlu dünyaya gəlmişdir. Yaşadığı evin həyətində yerləşən torpaq sahəsində şitil əkərək satıb ailəsini dolandırır. 04 fevral 2021-ci il tarixdə saat 10:00 radələrində əri Eldəniz evin həyətində göy-göyərti əkməklə məşğul olmuşdur. Bir az sonra o, oğlu Telman ilə birlikdə ərinin yanına getmiş, bir qədər sonra isə oğlunu Eldənizə su gətirməsi üçün evə yollamışdır. Telman su gətirən zaman ona evdən ətir iyinin gəldiyini demişdir. Buna görə də oğlu ilə birlikdə evə getmiş, həqiqətən də evdən ətir iyi gəldiyini hiss etmişlər. Buna görə də evdən oğurluq edilməsindən şübhələnərək cəld yataq otağındakı qırmızı rəngli sandığın içərisindəki qızıl-zinət əşyalarının və 300 ABŞ dolları pulun yerində olub-olmamasına baxmışdır. Sandığın ağzını açıb baxanda əşyaların və pulun yerində olmadığını görmüşdür. Daha sonra əri Eldəniz ona başqa hər hansı əşyanın oğurlanıb-oğurlanmamasını bilmək üçün evə yaxşı-yaxşı baxmasını istəmişdir. Oğlu Telman evi axtarıb qızıl-zinət əşyalarını və pulu tapmadıqlarını demişdir. Eldəniz sandığın içərisini yenidən axtarmağı və bəlkə başqa yerdə olduğu üçün görmədiklərini söyləmiş, o da oğlu ilə birlikdə yenidən sandığın içərisini axtararaq əşyaların və pulun yerində olmadığını bildirmişlər. Əri və oğlu ilə birlikdə gəzib əşyaları və pulu axtarmalarına baxmayaraq tapa bilməmişlər. Bu səbəbdən əri Eldəniz kəndin mərkəzinə doğru getmiş, orada kimsənin adam görüb-görməməsi ilə maraqlanmışdır. Oğlu Telman isə qardaşı Hafizin evinə gedərək yaşadıqları evdən oğurluq edilməsi barədə məlumat vermişdir. Daha sonra qardaşı Hafiz onların evinə gəlib əri Eldəniz ilə danışmışdır. Onlar evdən oğurluq edilməsinə əmin olduqdan sonra qardaşı Hafizə məxsus olan mobil nömrə ilə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə zəng etmiş və hadisə barəsində məlumat vermişlər. Daha sonra Hafiz onlara kənd adamlarının kəndin içərisində iki nəfər qaraçı qadın gördüklərini demişdir. Həqiqətən də ərinin qohumu Yaqub və həmkəndlisi Hikmət kəndin içərisindəki yol ilə gedərkən iki nəfər qaraçı qadın gördüklərini söyləmişlər. Bir qədər sonra isə polis əməkdaşları yaşadıqları evə gəlib baxış keçirmişlər. Bundan başqa o, qızıl-zinət əşyaları və pulun yaşadığı evin yataq otağında olan sandığın içərisindən oğurlandığını, evdə başqa heç bir dağınıqlıq olmadığını, sandığın ağzından asılan qıfılın yerində olmadığını, sandıqdan biri brilyant qaşlı olmaqla dörd ədəd qızıl üzüyün, iki cüt qızıl sırğanın, bir ədəd qızıl pul sikkəsinin, bir ədəd qızıl boyunbağının, bir ədəd bağı və özü qızıl olan “Zarya” markalı qızıl saatın oğurlandığını, qızıl boyunbağının 20 qram çəkiyə malik, toxunma şəkildə və 1400 manat dəyərində olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək göstərmişdir ki, özü əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. 28 avqust 2020-ci il tarixdə isə cəzasını çəkərək azadlığa çıxmışdır, altı övladı var və onlardan dördü qızdır. Qızlarından birinin adı Səadət, digərinin adı isə Yağmurdur. 10 fevral 2021-ci il tarixdə tanışı Təranə ilə Balakən rayonuna gedərək orada dilənçilik etmişlər. Balakən rayonunda diləndikdən sonra Yevlax rayonuna qayıtmışlar. Yevlax rayonuna qayıdandan sonra onu və Təranəni Balakən rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt ona Təranənin Balakən rayonunda diləndiyi evlərin birindən oğurluq etdiyi məlum olmuşdur. Ancaq onun Təranənin həmin yerdən oğurluq etməsindən xəbəri olmamışdır. Bundan sonra isə Bərdə rayonu ərazisində oğurluq hadisəsi baş verdiyi üçün Təranəni və onu Bərdə rayon polis şöbəsinə gətirmişlər. Bərdə rayonuna gəldikdən sonra qızı Səadətin qonşuları Zozan ilə birlikdə dilənən zaman oğurluq etməsini polis əməkdaşlarından öyrənmişdir. Buna görə də o, Səadətin mobil nömrəsinə zəng vurub oğurluq edib-etmədiyini soruşmuş, Səadət isə ona oğurluq etdiyini bildirdir. Bundan başqa o, 04 fevral 2021-ci il tarixdə yaşadığı evdə olduğunu, qızı Səadətin oğurluq etməsini qızı ilə danışan zaman öyrəndiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadə verərək göstərmişdir ki, 04 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində ona məxsus olan “VAZ-21011” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kəndin içərisindəki yol ilə evə getmişdir. Bu zaman iki nəfər qadının həmkəndlisi Eldənizin evi istiqamətindən gəldiklərini görmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid3, Şahid4 və Şahid5 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Murad adlı tanışı var. Murad avtomobilləri kirayə vermək işi ilə məşğul olmuşdur. Buna görə də o, Muraddan avtomobil kirayələyib idarə etmək qərarına gəlmişdir. 2020-ci ilin oktyabr ayında “Hyundai Accent” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili Muraddan kirayələmiş, günlük icarə haqqı olaraq Murada 25 manat verməyə razılaşmışdır. 2020-ci ilin dekabr ayında Bakı şəhərində karantin rejimi sərtləşəcəyi üçün Yevlax şəhərinə gəlmişdir. Yevlax şəhərində yerləşən evi yaxşı vəziyyətdə olmadığından yenidən ev tikdirmək qərarına gəlmişdir. Bu səbəbdən Yevlax şəhərində yaşadığı müddətdə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 04 fevral 2021-ci il tarixdə saat 08:00 radələrində onunla eyni məhəllədə yaşayan və müxtəlif yerlərdə dilənməklə məşğul olan Səadət və Zozan onları dilənmələri üçün Bərdə rayonunda yerləşən kəndlərə aparmasını ondan xahiş etmişlər. O da Səadət və Zozana onları Bərdə rayonuna aparmaq üçün 15 manat, əgər gözləsə, 40 manat pul alacağını demişdir. Səadət və Zozan onları Bərdə rayonunda gözləyib geri qaytarmağı istədikdə, o, yalnız saat 13:00-14:00-dək gözləyə biləcəyini, həmin vaxtdan sonra gözləyə bilməyəcəyini söyləmişdir. Səadət və Zozan da onun bu təklifi ilə razılaşmış və gözləyəcəyi üçün ona 40 manat pul verəcəklərini demişlər. Daha sonra o, Mingəçevir- Bəhrəmtəpə yolu ilə Bərdə rayonuna gəlmiş və Bərdə rayonu ərazisində olan yanacaqdoldurma məntəqələrini birində yanacaq doldurmuşdur. Həmin gün mal-qara bazarı olmasını bildiyim üçün bazar tərəfdə çay içmək istəmişdir. Çünki Səadət və Zozan dilənmək üçün havanın qaranlıq olmasına görə yatmışlar. O, bazarda çox sayda adam olmasını görüb çay içə bilməmiş və Səadət və Zozanı Bərdə rayonu Yeni Əyricə kəndinin girişində düşürərək yenidən Mingəçevir-Bəhrəmtəpə yolu ilə geri qayıtmışdır. Yolda olarkən mağazaların birindən içmək üçün su və enerji içkisi almış, sonra isə avtomobili yolun sağ tərəfində saxlayıb Səadət və Zozanı gözləməyə başlamışdır. Saat 12:00 radələrində Səadət onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onları avtomobildən düşürdüyü yerə gəlməsini istəmişdir. Buna görə də o, Yeni Əyricə kəndinin girişinə yollanmış və Səadət və Zozan həmin yerdə avtomobilə əyləşdikdən sonra “Arxa yol” dedikləri yol ilə Yevlax şəhərinə getmişlər. Bundan iki-üç gün sonra tanışı Bəhram onunla mobil telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini demişdir. Dəqiq tarixini xatırlamasa da Bəhram ilə Yevlax şəhərində görüşmüş, Bəhram ona Bərdə rayonu ərazisində oğurluq hadisəsinin baş verdiyini, Bərdə rayon polis şöbəsinin əməkdaşlarının onun videosunu göstərdiklərini söyləmişdir. O, həmin videoya baxarkən idarə etdiyi avtomobili görmüş, daha sonra Bəhram ona mağazadan su və enerji içkisi almasını, yanacaqdoldurma məntəqəsindən yanacaq doldurmasını soruşmuşdur. O da baş verənləri Bəhrama danışmış, həmin gün iki nəfər qadını Bərdə rayonuna apardığını, Yeni Əyricə kəndinin girişində avtomobildən düşürdüyünü, bir qədər sonra həmin yerdən götürüb Yevlax şəhərinə apardığını və qarşılığında 40 manat pul aldığını bildirmişdir. Bu zaman Bəhram ona elə həmin vaxt oğurluq olmasını, oğurlanan qızılların geri qayıtmalı olduğunu demişdir. Bundan sonra o, Zozanın qayınanası Gülcənnəti yanına çağırmışdır. Həmin vaxt Bəhram da onun yanında olmuşdur. O, Gülcənnətə Səadət və Zozanın onunla Bərdə rayonuna dilənmək üçün gedən zaman oğurluq etmələri, polisin bununla bağlı məlumatlı olması barədə danışmış, özünün bu işdən heç bir xəbəri olmadığını bildirmişdir. Gülcənnət isə ona gəlini Zozan ilə danışıb bu işi görüb-görmədiyini soruşacağını demişdir. Bir qədər sonra Gülcənnət evə getmiş və Zozan ilə danışarkən aralarında mübahisə yaranmasını eşitmişdir. X3 rayonu Yeni Əyricə kəndində olarkən oğurluq etməsi məlum olmuşdur. Bundan başqa o, Səadətin oğurluq etməsindən xəbəri olmadığını, oğurluq hadisəsindən Bəhram ilə danışarkən xəbər tutduğunu, Səadət və Zozanı dilənmək üçün Bərdə rayonuna gətirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Bu səbəbdən Səadəti uzun müddətdir tanıyır. Həmçinin Səadət onunla qonşuluqda yaşamaqdadır. O, 03 fevral 2021ci il tarixdə Səadətin yaşadığı evə gəlib pulu olmadığı üçün dilənməyi təklif etmişdir. Səadət də onun bu təklifi ilə razılaşıb Bərdə rayonu ərazisində dilənmək qərarına gəlmişdir. Ancaq avtomobil olmadığından Yevlax şəhərindən Bərdə rayonuna necə gələcəklərini bilməmişlər. Buna görə də Yevlax şəhəri ərazisində yaşayan qohumları Dilarənin yaşadığı evə getmişlər. Onun Səadət ilə Dilarənin evinə getməkdə məqsədi sonuncunun qardaşı Mustafanın avtomobili vasitəsilə onları Bərdə rayonu ərazisinə gətirməsini xahiş etmək olmuşdur. Dilarənin yaşadığı ünvana çatan zaman Mustafa evdə olmuşdur. Onlar həmin vaxt Mustafadan özünə məxsus olan ağ rəngli, xarici markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə onları Bərdə rayonu ərazisinə aparmasını xahiş etmişlər. Ancaq Mustafa xəstələndiyinə görə həkimə gedəcəyini, buna görə də onları Bərdə rayonuna apara bilməyəcəyini demişdir. Ancaq o və Səadət Mustafadan onları aparmasını təkidlə xahiş edərək qarşılığında hər biri 20 manat olmaqla ümumilikdə 40 manat pul verəcəklərini dedikdən sonra Mustafa onları Bərdə rayonuna aparmağa razılaşmışdır. Beləliklə, 04 fevral 2021-ci il tarixdə səhər saatlarında o və Səadət Mustafanın avtomobili ilə Bərdə rayonuna gəlmiş və adını bilmədiyi kəndlərdən birinin ərazisində Mustafadan avtomobili yolun kənarında saxlamasını bildirmişlər. Daha sonra o, Səadət ilə birlikdə həmin tanımadıqları kəndə daxil olmaqla küçələri gəzib ev-ev dilənməyə başlamışlar. Bir qədər gəzdikdən sonra onlar kəndin içərisindəki məhəllələrdən birinə gəlib çatmışlar. Bu zaman o, darvazalardan birini döymüş, ancaq ev sahibinin qapını açmadığını görüb digər evlərə üz tutmuşdur. Səadət isə öz növbəsində tanımadığı darvazalardan birinə daxil olmuşdur. Bir qədər sonra o, Səadətin onu çağırmasını eşitmişdir. Səadət onu çağıra-çağıra daha da yaxınlaşıb kəndin ərazisindən çıxıb getmək istədiyini bildirmişdir. O, Səadətdən bunun səbəbini soruşduqda Səadət kor bağırsağının ağrıdığını, bu səbəbdən çıxıb getmək istədiyini söyləmişdir. O da tək şəkildə dilənmək istəmədiyindən Səadətə çıxıb gedə biləcəklərini demişdir. Bundan sonra Səadət istifadəsində olan mobil telefon vasitəsilə Mustafa ilə əlaqə saxlayıb onları avtomobildən düşürdüyü yerə gəlməsini xahiş etmişdir. Mustafa da Səadətin bu xahişinə uyğun olaraq bir neçə dəqiqə sonra gəlib onu və Səadəti həmin yerdən götürərək Yevlax şəhərində yerləşən yaşadıqları ünvana aparmışdır. Onun hadisə ilə bağlı bildikləri yalnız bunlardan ibarət olmuşdur. Bundan başqa o, qohumu Səadətin oğurluq hadisəsi törətməsi barədə ona heç nə danışmadığını, həmçinin Səadətin oğurluq etməsi barədə hər hansı şəxsdən heç bir şey eşitmədiyini, sadəcə 15 fevral 2021-ci il tarixdə Mustafanın onunla telefon əlaqəsi saxlayaraq avtomobilinin müşahidə kamerasına düşməsi səbəbindən polis şöbəsinə dəvət edilməsini bildirdiyini, 04 fevral 2021-ci il tarixdə onları Bərdə rayonu ərazisinə gətirən zaman hər hansı oğurluq edib-etmədiklərini xəbər aldığını, ancaq hər hansı oğurluq etmədiyindən, o cümlədən Səadətin törətdiyi oğurluq barəsində məlumatsız olduğundan Mustafaya da elə bu cür cavab verdiyini, Səadətin Mustafanın sualından sonra bir qədər tutulduğunu və Mustafanın avtomobilinin kameraya düşməsini bildirməsindən sonra qeyd olunan tarixdə törətdiyi oğurluq hadisəsini etiraf etdiyini, özünün də hadisə barəsində məlumatı məhz həmin vaxt öyrəndiyini, 04 fevral 2021-ci il tarixdə qohumu Təqsirləndirilən şəxs ilə birlikdə Bərdə rayonu ərazisinə gəlib kənd ərazisində küçələri və məhəllələri gəzərkən hər hansı şəxs ilə qarşılaşmadığını, həmin vaxt hər hansı şəxs və ya şəxslərin onu və Səadəti görüb-görməməsini bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 04 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində sinif yoldaşı Yaqub ilə birlikdə sonuncuya məxsus olan “VAZ-21011” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kəndin içərisindəki yol ilə Yaqubgilin yaşadığı evə getmişlər. Bu zaman iki nəfər qadının həmkəndlisi Eldənizin evi istiqamətindən gəldiklərini görmüşdür. O, Yaquba avtomobili yavaş sürməsini deyib həmin qadınların onların kəndində yaşamadığını bilmişdir. Həmin qadınların üzlərini dəqiq görməsələr də, onların qaraçı olduqlarını bilmişlər. Qadınlar yol tərəfə getmiş, onlar isə dayanmayaraq Yaqubgilə yollanmışlar. Təxminən yarım saat sonra Eldənizin qaynı Hafiz Yaqubun istifadəsində olan mobil nömrəyə zəng edib Eldənizin evindən oğurluq edilməsi barədə məlumat vermişdir. Bu zaman o, Yaqubdan nə baş verdiyini soruşmuş, Yaqub ona Hafizin dediklərini danışmış, o da gördükləri qaraçı qadınları xatırlayaraq oğurluğun məhz həmin qadınlar tərəfindən törədilməsini fikirləşib Hafizə bu barədə xəbər vermişlər. Bir qədər sonra polis əməkdaşları yaşadıqları kəndə gəlmişlər. Bundan başqa o, gördükləri qaraçı qadınlardan birinin üzünü örtdüyünü, boyda hündür olanının üzündə isə tibbi maska olduğunu, həmin qadınların oğurluq etməsini görməsə də, qadınların Eldənizin evi istiqamətindən gəldiklərini gördüyünü bildirmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 aprel 2021-ci il tarixli 6/885-9/1213 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 8,23 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli daşlara aiddir – brilyantdır. Qaşların 7 ədədinin hər biri təxminən 0,008 karat ölçüdə olmaqla ümumilikdə 4/3 keyfiyyətlidir; 3,15 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli daşlara aiddir – brilyantdır. Qaşların 7 ədədinin hər biri təxminən 0,022 karat, 6 ədədinin hər biri təxminən 0,010 karat ölçüdə olmaqla ümumilikdə 4/3 keyfiyyətlidir; 4,11 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli daşlara aid deyildir; 3,07 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli daşlara aid deyildir; 4,07 qram kütləli sırğa cütü 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli daşlara aid deyildir; 3,13 qram kütləli sırğa cütü 583/585 əyarlı qızıldan hazırlanmışdır; 12,16 qram kütləli, qol saatının qolbağı üçün nəzərdə tutulmuş məmulat hissələri 583/585 əyarlı qızıldan hazırlanmışdır; 4,96 qram kütləli, qol saatının siferblatını özündə saxlaması üçün nəzərdə tutulmuş məmulat hissələri 583/585 əyarlı qızıldan hazırlanmışdır; 4,28 qram kütləli pul sikkəsi təxminən 900 əyarlı qızıldan hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla 2021-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3414 manat, o cümlədən 8,23 qram kütləli üzük 661 manat, 3,15 qram kütləli üzük 406 manat, 4,11 qram kütləli üzük 308 manat, 3,07 qram kütləli üzük 230 manat, 4,07 qram kütləli sırğa cütü 305 manat, 3,13 qram kütləli sırğa cütü 234 manat, 12,16 qram kütləli, qol saatının qolbağı üçün nəzərdə tutulmuş məmulat hissələrinin qırıntı kimi qiyməti 547 manat, 4,96 qram kütləli, qol saatının siferblatını özündə saxlaması üçün nəzərdə tutulmuş məmulat hissələrinin qırıntı kimi qiyməti 500 manat, 4,28 qram kütləli pul sikkəsi 500 manat müəyyən edilir. Ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən 1 ədəd 20 qram çəkiyə malik, toxunma şəklində sadə qızıl boyunbağının əyarı barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş 04 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Cinayət işinə əlavə edilmiş 06 fevral 2021-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 15 fevral 2021-ci il tarixdə verilmiş cavabından görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan evdən qızılzinət əşyaları və 300 ABŞ dolları pul Yevlax şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, Təqsirləndirilən şəxs oğurladığı qızıl-zinət əşyalarını özündə saxlamış, pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Cinayət işinə əlavə edilmiş 16 fevral 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 04 ədəd üzük, 02 ədəd sırğa, 04 ədəd məmulat hissəsi və 01 ədəd pul sikkəsini könüllü surətdə təqdim etmiş və həmin əşyalar götürülmüşdür. Cinayət işinə əlavə edilmiş 06 mart 2021-ci il tarixli protokoldan görünür ki, 04 fevral 2021-ci il tarixli məzənnə ilə 1 ABŞ dollarının qiyməti 1,7 Azərbaycan manatına bərabər olmuşdur. Cinayət işinə əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 03 mart 2021-ci il tarixli 52 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6yış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 04 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə rayonu Yeni Əyricə kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə açıq qapıdan qanunsuz daxil olduqdan sonra evin giriş qapısından içəri keçərək yataq otağındakı, üzərindən heç bir qıfıl asılmayan sandığı açıb ağ torbanın içərisində saxlanılan 8,23 qram çəkili 661 (altı yüz altmış bir) manat dəyərində olan qızıl üzüyü, 3,15 qram çəkili 406 (dörd yüz altı) manat dəyərində olan qızıl üzüyü, 4,11 qram çəkili 308 (üç yüz səkkiz) manat dəyərində olan qızıl üzüyü, 3,07 qram çəkili 230 (iki yüz otuz) manat dəyərində olan qızıl üzüyü, 4,07 qram çəkili 305 (üç yüz beş) manat dəyərində olan qızıl sırğa cütünü, 3,13 qram çəkili 234 (iki yüz otuz dörd) manat dəyərində olan sırğa cütünü, 4,28 qram çəkili 500 (beş yüz) manat dəyərində olan qızıl pul sikkəsini, 770 (yeddi yüz yetmiş) manat dəyərində olan qızıl saatı, 20 qram çəkili 1400 (bir min dörd yüz) manat dəyərində olan qızıl boyunbağını, 510 (beş yüz on) manat dəyərində 300 (üç yüz) ABŞ dolları pul vəsaitini gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxsnа xeyli miqdarda, yəni 5324 (beş min üç yüz iyirmi dörd) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında daha yüncül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “pоlisin nəzаrəti аltınа vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübüt olan - 8,23 qram kütləli qızıl üzük, 3,15 qram kütləli qızıl üzük, 4,11 qram kütləli qızıl üzük, 3,07 qram kütləli qızıl üzük, 4,07 qram kütləli qızıl sırğa cütü, 3,13 qram kütləli qızıl sırğa cütü, 12,16 qram kütləli qol saatının qolbağı üçün nəzərdə tutulmuş qızıl məmulat hissələri, 4,96 qram kütləli qol saatının siferblatını özündə saxlaması üçün nəzərdə tutulmuş qızıl məmulat hissələri və 4,28 qram kütləli qızıl pul sikkəsi sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsnndan 90 (doxsan) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 125 ünvanındakı yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “pоlisin nəzаrəti аltınа vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübüt olan - 8,23 qram kütləli qızıl üzük, 3,15 qram kütləli qızıl üzük, 4,11 qram kütləli qızıl üzük, 3,07 qram kütləli qızıl üzük, 4,07 qram kütləli qızıl sırğa cütü, 3,13 qram kütləli qızıl sırğa cütü, 12,16 qram kütləli qol saatının qolbağı üçün nəzərdə tutulmuş qızıl məmulat hissələri, 4,96 qram kütləli qol saatının siferblatını özündə saxlaması üçün nəzərdə tutulmuş qızıl məmulat hissələri və 4,28 qram kütləli qızıl pul sikkəsi sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 90 (doxsan) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-103/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-103/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver