Məhkəmə qərarları › İş №1(021)-103/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-103/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-103/2023 15.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 04 avqust 1986-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Başlıbel kəndində qeydiyyatda olan və Bərdə rayonu Əliyanlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə, saat 2200 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 21074" minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Əlyanlı kəndi ərazisindən keçən 35-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı istiqamətindən asılı olmayaraq, yol verməli olduğu halda bunu etməyərək, 10 km/saat sürətlə Ağdam rayon istiqamətinin sol hissəsindən 1-ci dərəcəli yola birləşən 2-ci dərəcəli torpaq örtüklü yolla hərəkətdə olub 1-ci dərəcəli yola, sürücü Zərərçəkmiş şəxs Ağdam rayonu istiqamətinə 90 km/saat sürətlə idarə etdiyi “Mercedes Benz C230" minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olmuş, "Mercedes Benz C230" minik markalı avtomobil qabaq sol hissəsi ilə onun idarə etdiyi "VAZ 21074" minik markalı avtomobilin qabaq sağ yan hissəsindən vuraraq Ağdam rayon istiqamətinin sağından soluna doğru 2.6 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan "Mercedes Benz C230" minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol ayağın iç topuğunun yerdəyişməyən sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, idarə etdiyi "VAZ 21074" minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı Şahid1 məxsusdur. Onun sürücülük vəsiqəsi yoxdur. Gülşad və Şahid2 ilə Bərdə rayonu Darğalar kəndində yerləşən evdə təmir işləri apararaq usta işləmişlər. 15 dekabr 2022-cı il tarixdə axşam saatlarında Şahid1 avtomobili idarə edib onu və tanışı Əhliyyəti Bərdə rayonu Əlyanlı kəndinə, Yevlax- Ağdam-Laçın yolunun üzərində yerləşən kafeyə gətirmişdir. Özü avtomobildə qabaqda sağda, Əhliyyət isə arxada sol tərəfdə oturmuşdur. Bərdə rayonu Əliyanlı kəndinə çatarkən avtomobildən düşüb kafeyə getmiş və ona çatan pulu götürüb avtomobilin yanına qayıtmışdır. Gülşaddan onların evini tanıyıb-tanımadığını soruşmuş, Gülşad onun evini tanımadığını bildirmiş, ona görə də sonuncuya avtomobili idarə etmək üçün ona verməsini demişdir. Gülşad onunla razılaşaraq idarə etdiyi "VAZ 21074" minik markalı **-BL-*** dövlət qevdiyyat nişanlı avtomobili idarə etmək üçün ona vermiş, özü isə qabaqda sağda oturmuşdur. Saat təxminən 22:00 radələrində idarə etdiyi avtomobillə 10 km saat sürətlə Əliyanlı kənd torpaq yolundan Yevlax-Ağdam-Laçın yolundan keçib qarşı tərəfə keçmək istəyərkən Gülşad ona ehtiyatlı olmasını, keçən avtomobillərə yol verməsini bildirmişdir. Yolu düzünə keçmək istəyərkən Ağdam rayonu istiqamətində hərəkətdə olan "Mercedes Benz C230" minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə daxil olmuş və həmin avtomobil qabaq sol hissəsi ilə idarə eldiyi avtomobili qabaq sağ yan hissəsindən vurub toqquşmuşdur. Hadisə nəticəsində "Mercedes Benz C23O" minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. Özü, Gülşad və Əhliyyət də xəsarət almış, lakin xəsarətləri ciddi olmamışdır. O, Kəlbəcər rayonundan məcburi köçkündür. Ailəlidir, himayəsində işsiz arvadı və dörd nəfər azyaşlı övladı vardır. Ev tikintilərində usta kimi fəaliyyət göstərərək ailəsinin dolanışacağını təmin edir. Ailəsinin yeganə qazanc gətirənidir. Əgər ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilərsə, ailəsi yeganə qazanc gətirəndən məhrum olunmaqla onlar üçün məhrumiyyətlər yaranar. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Tutduğu əməldən son dərəcə peşmandır, Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin və ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polsi nəfəri vəzifəsində işləyir. İdarə etdiyi "Mercedes Benz C230" minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. BC kateqoriyalı sürücülük vəsiqəsi var. 15 dekabr 2022-ci il tarixdə saat 21 radələrində işdən çıxmış, saat 22:00 radələrində idarə etdiyi "Mercedes Benz C23O" minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 90 km/saat sürətlə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Əlyanlı kəndi ərazisi ilə Ağdam rayon istiqamətində yolun sağı ilə yaşadığı Əmirli kəndinə gedərkən, təxminən 4 metr məsafədən ani olaraq yolun sol kənarından VAZ-21074 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa doğru onun yoluna çıxmış, avtomobilin əyləcindən istifadə edərək avtomobili yolun sağına doğru istiqamətləndirməyə çalışsa da, avtomobilin qabaq sol hissəsi ilə "VAZ 21074" minik markalı avtomobilin qabaq sağ yan hissəsindən vuraraq toqquşmuşdur. Zərbənin təsirindən avtomobilin idarəetməsini itirmiş, avtomobil yolun sol hissəsinə doğru istiqamətlənib dayanmışdır. Hadisə zamanı xəsarət almış, onu hadisə yerindən Bərdə rayonu Diaqnostika mərkəzinə aparmışlar. "Mercedes Benz C230" minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs onun sağlamlığının bərpası üçün lazımi köməkliyi göstərmiş, ona dəymiş ziyanı ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Xahiş edir ki, ona yüngül cəza verilsin. Zərərçəkmiş şəxs məhkəməyə Təqsirləndirilən şəxs ilə barışması, ona qarşı şikayət, iddia və tələbinin olmaması haqqında notariat qaydada təsdiq edilmiş ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə Bərdə rayonu Darğalar kəndində yerləşən evdə təmir işləri aparmışlar. Fəzailin hadisə zamanı idarə etiyi "VAZ 21074" minik markalı **-BU- *** dövlət qeydiyal nişanlı avtomobil onun özünə məxsusdur. 15 dekabr 2022-ci il tarixdə axşam saatlarında idarə eldiyi avtomobillə, Fəzail və Əhliyyətlə birlikdə Bərdə rayonu Əlyanlı kəndinə, Yevlax-Ağdam-Laçın yolunun üzərində yerləşən kafenin yaxınlığına gəlmişlər. Həmin vaxtı avtomobili özü idarə etmişdir. Fəzail kafenin yanında avtomobildən düşüb kafeyə gedib pul götürüb geri qayıtmışdır. Fəzail ondan yaşadığı evi tanıyıbtanımadığını soruşmuş, sonuncuya evini tanımadığını demişdir. Fəzail avtomobili yaşadığı evə kimi idarə etməsi üçün ona verməsini xahiş etmişdir. Sonuncudan sürücülük vəsiqəsinin olub-olmamasını soruşmüş, Fəzail sürücülük vəsiqəsinin olduğunu bildirmişdir. Sonuncuya inanıb avtomobili idarə etməsi üçün ona vermişdir. Saat təxminən 22:00 radələrində Fəzail ona məxsus idarə etdiyi avtomobillə Əlyanlı kənd torpaq yolundan Yevlax-Ağdam-Laçın yolundan keçib qarşı tərəfə keçmək istəmişdir. Fəzailə diqqətli olmasını, yola baxıb sürməsini bildirmişdir. Fəzail hərəkətdə olan avtomobillərdən birinin keçib getməsini gözləmiş, ikinci avtomobilin gəlib keçməsini gözləməmiş və Ağdam rayon istiqamətində hərəkətdə olan "Mercedes Benz C230 minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət hissəsinə daxil olmuş və həmin avtomobil qabaq sol hissəsi ilə Fəzailin idarə etdivi avtomobilin qabaq sağ yan hissəsindən vurub toqquşmuşdur. Ona məxsus olan "VAZ 21074" minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 ilə Bərdə rayonu Darğalar kəndində verləşən evdə təmir işləri aparmışlar. 15 dekabr 2022-ci il tarixdə axşam saatlarında Şahid1 idarə etdiyi avtomobillə onu və Fəzaili Bərdə ravonu Əlyanlı kəndinə, Yevlax-Ağdam-Laçın yolunun üzərində yerləşən kafenin yanına gətirmişdir. Avtomobili Gülşad idarə etmiş, Fəzail avtomobildə qabaqda sağda, o isə arxada sol tərəfdə oturmuşdur. Əlyanlı kəndinə çatanda Fəzail avtomobildən düşüb kafeyə gedib-gəlmişdir. Fəzail Gülşada avtomobili idarə etməsi üçün ona verməsini bildirmiş, Gülşadda razı olmuşdur. Fəzail Gülşadın idarə etdiyi “VAZ-21074” minik markalı **-BU-*** dövlət qeydiyat nişanlı avtomobilin sükanı arxasına keçmişdir. Saat təxminən 22:00 radələrində Fəzail idarə etdiyi avtomobillə Əlyanlı kənd torpaq yolundan Yevlax-Ağdam-Laçın yolundan keçib qarşı tərəfə keçmək istəyərkən Gülşad Fəzailə əsas yola çıxarkən yola fikir verməsini bildirmişdir. Fəzail isə həmin vaxt Yevlax-Ağdam-Laçın yolunda hərəkətdə olan avtomobillərdən birinin keçməsini gözləmiş, lakin hərəkətdə olan ikinci avtomobilin keçməsini gözləməyərək Yevlax-Ağdam-Laçın yoluna, Ağdam rayon istiqamətində hərəkətdə olan "Mercedes Benz C230” minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə daxil olmuş və həmin avtomobil qabaq sol hissəsi ilə Fəzailin idarə etdiyi avtomobilin qabaq sağ yan hissəsindən vurub toqquşmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Məhkəmə-Tibbi Ekspertiza və X13 Bərdə rayon şöbəsinin verdiyi 20 dekabr 2022-ci il tarixli 1015 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sol ayağın iç topuğun yerdəyişməyən sınığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. 12 yanvar 2023-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz C 230” minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9257 (doqquz min iki yüz əlli yeddi) manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli 8/3635 saylı rəyindən görünür ki, VAZ-21074 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Mercedes Benz C 230 markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. 16 dekabr 2022-ci il tarixli 1578 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. 16 dekabr 2022-ci il tarixli 1580 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-nə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X9 “Sübutların qiymətləndirilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərarından görünür ki, sürücü Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. BD 314476 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz C230 minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxsdur. BD 190828 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21074 minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid1dur. AE 212826 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs “BC” kateqoriya sürücülük hüququ vardır. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə, saat 2200 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 21074" minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Əlyanlı kəndi ərazisindən keçən 35-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı istiqamətindən asılı olmayaraq, yol verməli olduğu halda bunu etməyərək, 10 km/saat sürətlə Ağdam rayon istiqamətinin sol hissəsindən 1-ci dərəcəli yola birləşən 2-ci dərəcəli torpaq örtüklü yolla hərəkətdə olub 1-ci dərəcəli yola, sürücü Zərərçəkmiş şəxs Ağdam rayonu istiqamətinə 90 km/saat sürətlə idarə etdiyi “Mercedes Benz C230" minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olması, "Mercedes Benz C230" minik markalı avtomobilin qabaq sol hissəsi ilə onun idarə etdiyi "VAZ 21074" minik markalı avtomobilin qabaq sağ yan hissəsindən vuraraq Ağdam rayon istiqamətinin sağından soluna doğru 2.6 metr məsafədə toqquşması, nəticədə ehtiyatsızlıqdan "Mercedes Benz C230" minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol ayağın iç topuğunun yerdəyişməyən sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 25 yanvar 2023-cü il tarixli 190 nömrəli arayışdan görünür ki, Mənsimov X12 rayonu Başlıbel kəndindən məcburi köçkündür, Bərdə rayonu Əliyanlı kəndində yaşayır. Ailə üzvləri: arvadı-1990-cı il təvəllüdlü X1, qızı-2012-ci il təvəllüdlü X5, qızı-2013-cü il təvəllüdlü X3, qızı-X6 və oğlu-2021-ci il təvəllüdlü X4 ibarətdir. AA seriyalı 284460 nömrəli məcburi köçkün vəsiqəsi surətindən görünür ki, Mənsimov X12 rayonundan məcburi köçkündür. Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Başlıbel kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli X-132 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayonu Əliyanlı kəndində məskunlaşmışdır. O, yaşadığı ərazi sakinləri və nümayəndəliyin sakinləri arasında daim hörmətlə qarşılanmışdır. Heç bir radikal qruplaşmada iştirak etməmişdir. Təqsirləndirilən şəxs nümayəndəlik tərəfindən görülən işlərdə yaxından iştirak etmiş və öz köməkliyini əsirgəməmişdir. Dövlətinə sadiq bir şəxsdir, ailəlidir, dörd övladı var. AZE seriyalı 11732203 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş X10 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. AZE seriyalı 11732204 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X7 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. AZE seriyalı 11655610 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2016-cı ildə anadan olmuş X11 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2021-ci ildə anadan olmuş X8 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 04 (dörd) nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində işsiz arvadı və dörd nəfər azyaşlı övladı olmaqla o, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun himayəsində olan ailə üzvlərini yeganə qazanc gətirən şəxsdən məhrum etməklə onlar üçün əlavə məhrumiyyət və iztirablar yaradar. Belə olan halda, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsi olması, habelə törətdiyi əməldən peşman olması və yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 20 fevral 2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İşin gerçək hallаrındаn görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmişdir. Ermənistan Respublikasının silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər rayonundan məcburi köçkündür. Onun himayəsində məcburi köçkün olan və işləməyən arvadı və dörd nəfər azyaşlı övladı vardır. Törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs özünün məcburi köçkün olduğunu, ailəsinin maddi cəhətdən ağır həyat şəraitində yaşadığını və ailəsinin yeganə qazanc gətirəni olduğunu, onun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinin ailəsini yeganə qazanc gətirəndən məhrum etməklə onlar üçün məhrumiyyətlər yaradacağını bildirdi və bir daha belə əməl törətməyəcəyinə vəd verərək ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məcburi köçkün olması, əvvəllər cinayət törətməməsi və məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və bir daha qanunazidd əməllər törətməyəcəyinə vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, məcburi köçkün olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində 04 (dörd) nəfər azyaşlı uşağının olmasını müstəsna hal hesab edərək, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasına inanaraq onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti təyin edilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Azərbаycаn Respublikаsının CM-in: 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş çinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə görə, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin başlanğıcı məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınma ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli 8/3635 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan VAZ-21074 minik markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Şahid1, “Mercedes Benz C230” minik markalı **-GR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin başlanğıcı məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs dаvrаnışınа nəzаrət onun yаşаyış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan VAZ-21074 minik markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Şahid1, “Mercedes Benz C230” minik markalı **-GR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar