Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-103/2024 03.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 1988-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri Xaqani küçəsi ev 40-da qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı X1 vasitəsi ilə tanıdığı Bərdə rayonu Lənbəran kəndində yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayının axırlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, sonuncunun oğlu X2 hərbi xidmətdən saxlatdıracağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs xeyli miqdarda pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq, 2022-ci ilin noyabr ayının axırlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, tanışı X1 yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs 5500 manat pulunu, 2022-ci ilin dekabr ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, istintaqla müəyyən olunması mümkün olmayan "xxxx" ASC-yə mənsub, ona məxsus kart hesabına 500 manat köçürməklə ümumilikdə Zərərçəkmiş şəxs 6000 (altı min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Bərdə şəhərində yaşayır. Zərərçəkmış şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncunu qonşusu və yoldaşlıq etdiyi Nurlanın vasitəsi ilə tanımışdır. Nurlanla söhbət edərkən Nurlan ona anasının qohumu Zərərçəkmiş şəxs oğlunun ağ ciyər vərəmi xəstəsi olduğunu, onu hərbi xidmətdən saxlatdırmaq lazım olduğnu bildirmiş, Zərərçəkmiş şəxs oğlunun hərbi yoxlanışdan keçərkən sağlam olduğunu bildirdiklərini demişdir. Yalandan demişdir ki, Zərərçəkmiş şəxs oğlunu Bakı şəhərində olan hərbi hissələrdən birinə saldırmağa və sonra tərxis olunmasına köməklik edə bilər. Bunun müqabilində Zərərçəkmiş şəxs 6000 manat pul alacağını bildirmişdir. Qonşusu Nurlan onun əvəllər hərbçi olduğunu bildiyindən onun dediklərinə inanıb, bu barədə Zərərçəkmiş şəxs demiş, o da razı olmuşdur. Onlar Nurlan yaşayan evdə göruşmüş və Zərərçəkmiş şəxs ona 6000 manat pul verərərək oğlunu Bakı şəhərində olan hərbi hissələrdən birinə saldırmasını xahiş etmiş, o isə bunu edəcəyini deyib, Zərərçəkmiş şəxs 6000 manat pulu almışdır. Lakin heç kimə heç nə deməmiş, Zərərçəkmiş şəxs oğlu təsadüf nəticəsində Bakı şəhərində olan hərbi hissələrdən birinə hərbi xidmət keçmək üçün düşmüş, Zərərçəkmiş şəxs bütün olanların təsadüf olduğunu bildirirərək ondan pulunu tələb etmişdir. Həmin dövrdə hərbi xidmət üzrə səfərbərlik xidmətindən maraqlandıqda Zərərçəkmiş şəxs oğlunun sağlam olduğunu, ağ ciyərində heç bir xəstəlik olmadığını və əsgərliyə aparılacağını bildirmişlər. Zərərçəkmiş şəxs özü ondan xahiş etmişdir ki, oğlunu Bakı şəhərində olan hərbi hissələrdən birinə hərbi xidmət keçmək uçun saldırmaqda köməklik etsin. O da Zərərçəkmiş şəxs 6000 manat pulu almış, lakın heç kimə heç nə deməmişdir. Hərbi hissənin tibb məntəqəsində olarkən tibb məntəqəsinə zəng edərək, Zərərçəkmiş şəxs oğlunun Bakı şəhərində yerləşən Mərkəzi Hərbi Hospitala göndərmələrini xahiş etmiş, lakin kiminlə danışdığı, mobil nömrəni hardan aldığı yadında deyil. Onun xahişini nəzərə alaraq və ya elə həqiqətən Mərkəzi Hərbi Hospitala göndərilməli idi bilmir, lakın sonra məlum olmuşdur ki, həqiqətən Zərərçəkmiş şəxs oğlunu Bakı şəhərində yerləşən Mərkəzi Hərbi Hospitala göndəmişlər. Bakı şəhərində də, Zərərçəkmiş şəxs oğlu Mərkəzi Hərbi Hospitalda olarkən oradan bir həkimin nömrəsini tapıb zəng edərək xahiş etmişdir ki, Zərərçəkmiş şəxs oğlunu Bakı şəhərində olan hərbi hissələrdən birinə yerləşdirilməsinə köməklik etsin. Bununla bağlı heç kimə pul verməmişdir. Zərərçəkmiş şəxs aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs aldığı 6000 manat pulu ödəmiş, əlavə olaraq dövlət büdcəsinə 1500 manat məbləğində pul ödəmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Etdiyi hərəkətə görə zərərçəkmiş şəxsdən üzr istəyir. Barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs qohumu Şahid3 vasitəsilə tanımışdır, belə ki, Təqsirləndirilən şəxs Kəmalənin qonşusu olmuşdur. Oğlu Tacəddin xəstə olduğundan onu hərbi xidmətdən saxlatmaq istəmiş və bu barədə qohumu Kəmaləyə bildirmişdir. Bir müddət sonra Kəmalə ona bildirmişdir ki, oğlu Nurlanın tanışı var, bu işdə ona kömək edə bilər. 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxsla Kəmalənin yaşadığı evdə görüşmüş və orada ona oğlu Tacəddini hərbi xidmətdən saxlatması üçün 5500 manat məbləğində pul vermişdir. Təxminən bir həftə sonra ona məlum olmuşdur ki, oğlu tibbi komissiyadan keçmiş və sağlam olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həkim komissiyasına vermək üçün əlavə 500 manat pul istəmiş, o da Təqsirləndirilən şəxs göndərdiyi bank kartına 500 manat məbləğində pul göndərmişdir. 02 yanvar 2023-cü ildə oğlu hərbi komissarlığa çağırılmış və hərbi xidmətə göndərilmişdir. Cehyun Səmədovdan pulunu geri tələb etsə də, sonuncu pulunu verməmiş, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı 6000 manat pulu qaytarmışdır, ona vurduğu ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyindən sonuncudan şikayəti və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığı barədə məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim etdi. Habelə Zərərçəkmiş şəxs məhkəməyə öz əli ilə yazdığı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurulmuş 6000 manat maddi ziyanı tam ödədiyini, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını qeyd edib, ərizədə qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, qohumu Aynur oğlunu hərbi xidmətdən tərxis etdirmək istədiini ona bildirmiş, lakın kimə müraciət etməyi bilmədiyini demişdir. Aynura oğlu Nurlanın əhatəsinin geniş olduğunu, Nurlanın maraqlana biləcəyini demişdir. Bu barədə oğlu Nurlana bildirmiş, Nurlan 2-3 günə maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Nurlan ona bildirmişdir ki, Aynura kömək edəcək adamı tapmışdır. Aynurla Təqsirləndirilən şəxs onların yaşadıqları evdə görüşmüşlər. Onların arasında olan söhbətdən, danışıqdan, şərtlərdən xəbəri olmamışdır. Çünki onlar danışarkən yanlarında olmamışdır. Sonradan Zərərçəkmiş şəxs ona bildirmişdir ki, oğlu Tacəddini hərbi xidmətdən tərxis etdirmək üçün Təqsirləndirilən şəxs 6000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında olan danışıq baş tutmadığından ona verdiyi 6000 manat pulu geri almışdır. Oğlu Nurlan hazırda Polşa Respublikasında yaşayır. Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 01 may 2024-cü ildə təsdiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə, eləcə də işdə olan təkzibolunmaz digər mötəbər dəlillərlə və iş materialları ilə tam olaraq sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə istintaqı ilə öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İttiham aktından, cinayət işinin materiallarından və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, cinayət əməli nəticəsində vurulan ziyan, yəni 6000 (altı min) manat məbləğində pul Zərərçəkmiş şəxs tam olaraq ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Bərdə terminalının 03 iyul 2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın iyirmi beş faizi miqdarı olan 1500 (bir min beş yüz) manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə görə, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 73, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-103/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-103/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver