Məhkəmə qərarları › İş №1(021)-103/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-103/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-103/2025 08.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bərdə şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 12,16 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 15 mart 2025-ci il tarixdə saat 08:45 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evə baxış keçirilərkən, evin yataq otağındakı şkafın siyirtməsindən 01 (bir) ədəd Prima markalı siqarət qutusunda təmiz çəkisi 12,16 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilmir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları gələndə səhər saat 9-10 olardı. Onlar 5-6 nəfər olardılar, evi axtarırdılar. O, narkotik istifadəçisidir. Ona demişdirlər ki, “sən çəkənisən razılaş 48 saat tutub buraxılacaqsan, səni çəkən kimi sənədləşdirəcəyik”. O da razılaşmışdır. Polislər narkotiki çöldən siqaret qutusunda gətirmişdirlər. Yataq otağında şkafa qoymuşdurlar. Çəkiliş aparılmış, çəkiliş zamanı o, şkafdan narkotik vasitəni çıxarıb polislərə vermişdir. Ona bu təklifi edən şəxsin adını xatırlamır. Həmin vaxt anasını çölə çıxarmışdırlar. Anası narkotik vasitəni görməmişdir. Bundan əlavə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər Bakı şəhərində yaşamışdır, əvvələr istifadə etdiyi narkotik vasitəni orada pul ilə almışdır. Bundan əlavə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o döyülməmişdir, anasının gözləri zəif olduğu üçün anası elə başa düşmüşdür ki, polis əməkdaşları onu evdə döymüşlər. Əslində isə onu heç kəs vurmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs son ifadəsində bildirmişdir ki, təqsirini boynuna alır. Yüngül cəza verilməsini xahiş etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 4-5 ildir ki, narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. Lakin buna baxmayaraq o, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaışdır. 15 mart 2025-ci il tarixdə saat 08:45-də yaşadığı Bərdə şəhəri B.Hacıyev küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında Bərdə RPŞ əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən yaşadığı ünvanda narkotik vasitə saxlanmağında şübhəli olduğu ona bildirilmişdir. Polis əməkdaşları yaşadığı ünvana baxış keçirilməsinə etirazının olub-olmadığını ondan soruşmuşlar, o, həmin vaxt onlara yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra evə baxış keçirilməsinə etirazının olmaması barədə ondan ərizə almışdırlar. Daha sonra o, polis əməkdaşları ilə birlikdə özünə məxsus evə getmişdir. Evinə baxış zamanı yataq otağında şkafın içərisində saxladığı 01 ədəd “Prima” markalı siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin qutuya baxış keçirən zaman içərisində narkotik vasitə olan qurudulmuş “marixuana”ya bənzər kütlə aşkar olunmuşdur. Tədqim etdiyi 01 ədəd “Prima” markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi 16.78 qram olması müəyyən olunmuş, həmin kütlə polis əməkdaşları tərəfindən ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 94 saylı Bərdə Rayon Polis Şöbəsinə aid möhürlə möhürlənmiş, həmin zərf özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Bərdə RPŞ-nə gətirilmişdir. Şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, həmçinin vəkillə təmin olunmuşdur. İştirakçıların yanında şəxsi axtarış keçirməmişdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli “Samsunq Duas” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, üzərindən qanunla qadağan olunan digər əşya yaxud predmet aşakar edilməmişdir. Həmin “Samsunq Duas” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qalaşdırılaraq zərfə qoyulmuş və həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bununla da şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Etdiyi əməldən peşman olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, o, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kimə deməmişdir. Tapdığı kütləni 2-3 ay öncə Bərdə rayonu Əyricə kənd ərazisindən balıq tutmağa gedən zaman kanalın qırağından tapmış və şəxsi istifadəsi üçün evinə gətirmişdir. O, heç kimə narkotik vasitə satmamış, nə də heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, onun evinə və üzərinə baxış keçirilərkən onu saxlayan polis əməkdaşları görmüş, kənar şəxslər bunu görməmişdirlər. O, əvvəllərdə narkotik vasitəni tapmış, o, heç kimə narkotik vasitə qəbul etdiyini deməmiş, yəni narkotik vasitəni gizlin çəkmişdir. Onun üzərindən götürülmüş “Samsunq Duas” markalı mobil telefon var və həmin mobil telefon ona məxsus olmuşdur. Mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəsindən başqa nömrəsi yoxdur, həmin nömrədə onun özünə məxsus olmuşdur. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı təzə məhlədə öz evində könüllü olaraq onlara təqdim etmişdir. Əlavə olaraq verimiş suallara cavab olaraq bildirmişdir ki, onlar otağa daxil olanda təqsirləndirilən şəxsin oyaq olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etdikdə özü istifadə etdiyini bildirmişdir. Evdə həmin vaxt Kənan, Fəhmin, Sahib, Alı olub. O, çəkilişdə iştirak etmişdir. Tapılan narkotik vasitə marixuana olub. Çəkisi yadında qalmayıb. Əməliyyat məlumatını o əldə etmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsin evinə narkotik vasitə qoyulmayıb, ona fiziki zor tətbiq edilməyib, ona hədə qorxu gəlinməyib, Şaiq adlı polis əməkdaşı onu döyməyib, Bəhruz adlı polis əməkdaşı onların telefonlarını əllərindən almayıb, bununla bağlı məhkəmə göstərilənlər yalandır və özünü müdafiə xarakteri daşıyır. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmiş ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəflərindən 15 mart 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 08:45 radələrində ünvan 4 ünvanında yaşadığı evdə olan zaman saxlanılmışdır. Saxlanılan zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı olduğu bildirilmiş və yaşadığı evə video çəlilişlə baxış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və yaşadığı evdə narkotik vasitə saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə yazılı ərizə alınmış və Ziyadxanın razılığı ilə yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra yaşadığı evdə qanunsuz predmet varsa təqdim edilməsi bildirilmişdir. Bundan sonra onun, Bərdə RPŞnin NMQ-un əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bərdə RPŞ-nin PPXB-ün polis sahə nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan şkafın süyürməsində saxladığı 01 ədəd “Prima” markalı siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana Ziyadxana məxsus olduğunu və özü istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq 5 ildir narkotik vasitə istifadə etdiyini bildirmişdir. Həmin nakotik vasitəni Bərdə rayon Əyricə kəndində kanalın üstündən tapdığını, özü istifadə etdiyi üçün saxladığını və 2-3 ay əvvəl tapdığını bildirmişdir. “Prima” markalı siqaret qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 16.78 qram olduğu müəyyən edilərək 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Yaşayış evinə baxış keçirilmiş və oradan hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Yaşayış evindən götürülmüş 1 ədəd zərfdə olan maddi sübut ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirilmiş, hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edilmiş və müdafiəçi Xanım İsayeva onun müdafiəçisi təyin edilib polis şöbəsinə dəvət edilməklə Təqsirləndirilən şəxs X2 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin NMQ-un əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bərdə RPŞ-nin PPXB-ün polis sahə nəfəri, polis serjantı Şahid3 və müdafiəçi X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X2 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs cibindən 01 ədəd “Samsung Duos” markalı mobil telefon çıxardaraq stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. 01 ədəd “Samsung Duos” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bunun ardınca şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzalar ilə təsdiq edilmişdir. Həmçinin Şahid1 bildirmişdir ki, onun Təqsirləndirilən şəxs narkotik vasitələrinin istifadəsi ilə bağlı əməliyyat məlumatı olmuş, lakin narkotik vasitənin satışı ilə məşğul olması və hər hansı şəxsə narkotik satması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat axtarış hərəkələtri keçirdikləri küçənin adı və tarixi yadında deyil. Təqsirləndirilən şəxs yaşadığı evdən marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü istifadə etdiyini etiraf etmişdir. Əməliyyatda Xəyyam və o iştirak etmiş, digər şəxslər yadında deyil. Təqsirləndirilən şəxsin iştirakı ilə yataq otağına baxış keçirmişlər, içəri daxil olanda sağ tərəfdə təqsirləndirilən şəxsin qaldığı otaqda onun iştirakı ilə baxış keçirilib və təqsirləndirilən şəxs şkafdan marixuanaya bənzər maddə çıxarıb onlara təqdim etmişdir. Bundan başqa Şahid2 verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsin evinə narkotik vasitə qoyulmayıb, ona fiziki zor tətbiq edilməyib, ona hədə qorxu gəlinməyib, Şaiq adlı polis əməkdaşı onu döyməyib, Bəhruz adlı polis əməkdaşı onların telefonlarını əllərindən almayıb, bununla bağlı məhkəmə göstərilənlər yalandır və özünü müdaiə xarakteri daşıyır. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə RPŞnin NMQ-nin əməliyyat müvvəkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəflərindən 15 mart 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildi, həmin Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndi. Bundan sonra tərəfimizdən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 08:45 radələrində ünvan 4 ünvanında yaşadığı evdə olan zaman saxlanıldı. Saxlanılan zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı olduğu bildirildi və yaşadığı evə video çəlilişlə baxış keçiriləcəyi izah edildi. Təqsirləndirilən şəxs buna etiraz etmədi və yaşadığı evdə narkotik vasitə saxladığını dedi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə yazılı ərizə alındı və onun razılığı ilə yaşadığı evə baxış keçirildi. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra yaşadığı evdə qanunsuz predmet varsa təqdim edilməsi bildirildi. Bundan sonra mənim, Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin PPXB-ün polis sahə nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan şkafın süyürməsində saxladığı 01 ədəd “Prima" markalı siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixanaya bənzər kütləni təqdim etdi. Həmin narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus olduğunu və özü istifadə etdiyini bildirdi. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq 5 ildir narkotik vasitə istifadə etdiyini bildirdi. Həmin nakotik vasitəni Bərdə rayon Əyricə kəndində kanalın üstündən tapdığını, özü istifadə etdiyi üçün saxladığını və 2-3 ay əvvəl tapdığını bildirdi. "Prima" markalı siqaret qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və ümumi çəkisi 16.78 qram olduğu müəyyən edilərək 01 ədəd ağ rəngli zərfə qoyuldu, DİN-in 94 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Yaşayış evinə baxış keçirildi və oradan hər hansı bir qanunsuz predmet aşkar edilmədi. Yaşayış evindən götrülmüş 1 ədəd zərfdə olan maddi sübut ekspertizaya təqdim olunması üçün götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirildi, hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edildi və müdafiəçi Xanım İsayeva onun müdafiəçisi təyin edilib polis şöbəsinə dəvət edilməklə Təqsirləndirilən şəxs X2 tərəfindən şübhəli şəxs qismində tutuldu, hüquq və vəzifələri izah edildi. Bundan sonra mənim, Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin PPXB-ün polis sahə nəfəri, polis serjantı Şahid3 və müdafiəçi X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandı. X2 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdi. Bu zaman Təqsirləndirilən şəxs cibindən 01 ədəd “Samsung Duos" markalı mobil telefon çıxardaraq stolun üzərinə qoydu. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilmədi. 01 ədəd "Samsung Duos" markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Bunun ardınca şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxundu və imzaları ilə təsdiq edildi. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əməliyyat axtarış hərəkətinin aparılmasından uzun müddət keçib. Təhqiqat Bölməsindən çağırdıqları üçün getmişdir. Təqsirləndirilən şəxsin yataq otağında siqaret qutusunda marixuana aşkar edilmişdir. Həmin narkotik vasitəni təqsirləndirilən şəxs özü şkafdan çıxarıb onlara təqdim etmişdir. Narkotik vasitə marixuana olmuş, lakin çəkisini xatırlamır. Şahid3 verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsin evinə narkotik vasitə qoyulmayıb, ona fiziki zor tətbiq edilməyib, ona hədə qorxu gəlinməyib, Şaiq adlı polis əməkdaşı onu döyməyib, Bəhruz adlı polis əməkdaşı onların telefonlarını əllərindən almayıb, bununla bağlı məhkəmə göstərilənlər yalandır və özünü müdaiə xarakteri daşıyır. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə rayon Polis Şöbəsinin PPXB- nun polis nəfəri vəzifəsində işləyir, polis serjantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəfimizdən 15 mart 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildi, həmin Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndi. Bundan sonra tərəfimizdən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 08:45 radələrində ünvan 4 ünvanında yaşadığı evdə olan zaman saxlanıldı. Saxlanılan zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı olduğu bildirildi və yaşadığı evə video çəlilişlə baxış keçiriləcəyi izah edildi. Təqsirləndirilən şəxs buna etiraz etmədi və yaşadığı evdə narkotik vasitə saxladığını dedi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə yazılı ərizə alındı və onun razılığı ilə yaşadığı evə baxış keçirildi. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra yaşadığı evdə qanunsuz predmet varsa təqdim edilməsi bildirildi. Bundan sonra mənim, Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan şkafın süyürməsində saxladığı 01 ədəd “Prima" markalı siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixanaya bənzər kütləni təqdim etdi. Həmin narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus olduğunu və özü istifadə etdiyini bildirdi. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq 5 ildir narkotik vasitə istifadə etdiyini bildirdi. Həmin nakotik vasitəni Bərdə rayon Əyricə kəndində kanalın üstündən tapdığını, özü istifadə etdiyi üçün saxladığını və 2-3 ay əvvəl tapdığını bildirdi. "Prima" markalı siqaret qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və ümumi çəkisi 16.78 qram olduğu müəyyən edilərək 01 ədəd ağ rəngli zərfə qoyuldu, DİN-in 94 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Yaşayış evinə baxış keçirili və oradan hər hansı bir qanunsuz predmet aşkar edilmədi. Yaşayış evindən götrülmüş 1 ədəd zərfdə olan maddi sübut ekspertizaya təqdim olunması üçün götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildi, hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edildi və müdafiəçi Xanım İsayeva onun müdafiəçisi təyin edilib polis şöbəsinə dəvət edilməklə Təqsirləndirilən şəxs X2 tərəfindən şübhəli şəxs qismində tutuldu, hüquq və vəzifələri izah edildi. Bundan sonra mənim, Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin NMQ-un əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və müdafiəçi X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandı. X2 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdi. Bu zaman Təqsirləndirilən şəxs cibindən 01 ədəd “Samsung Duos" markalı mobil telefon çıxardaraq stolun üzərinə qoydu. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Bunun ardınca şəxsi axtarış və götürmə əşya və predmet aşkar edilmədi. 01 ədəd "Samsung Duos" markalı mobil telefon sübut barədə protokol tərtib edilərək ucadan oxundu və imzalarımızla təsdiq edildi. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü səhər saat 7 də evdə zalda yatmışdır. Birdən evlərinə 7-8 nəfər daxil olmuşdur. Onlardan nə baş vediyini soruşmuşdur. Həyətdən çoxlu polis əməkdaşları daxil olub oğlunun yataq otağının qapısını vurub içəri daxil olmuşdurlar. Şaiq adlı polis əməkdaşı oğlunu döymüşdür. Bəhruz adlı əməliyyatçı əllərindən telefonu almışdır. Onların çəkiliş etməsinə maneə olmuşdurlar. Ona oğlunu 2 gün saxlayıb buraxacaqlarını demişdirlər. Oğluna “234-lə” iş verəcəklərini və 5000 manat vesələr işlərinin həll oluna biləcəyini bildirmişdirlər. O, şöbəyə Şaiqin yanına getmiş, o, oğlunun onsuzda narkotik istifadə etdiyini bildirmişdir. Bundan əlavə verilən suala cavab olaraq bildirmişdir ki, polis əməkdaşları narkotik vasitəni stolun üstünə qoymuşdurlar. Ziyadxan ona evdən heçnə çıxmadığını, onların qutu qoyduqlarını və götürdüyünü demişdir. Oğlu narkotik vasitə istifadə etsə də heç vaxt evdə narkotik vasitə saxlamayıb. Polis əməkdaşlarının hərəkətləri ilə bağlı heç yerə şikyət etməmişdir. Polis əməkdaşları onların icazəsi olmadan evə daxil olublar. Cinayət işinin 1-ci vərəqəsində olan 16 mart 2025-ci il tarixli cinayət işi başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 16 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 6-50-ci vərəqələrində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 08:50 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Bərdə şəhəri, B.Hacıyev küçəsi, ev 103 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı şkafın süyürməsindən 01 (bir) ədəd Prima markalı siqarət qutusunda təmiz çəkisi 12,16 qram bitki mənşəlli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 14-16-cı vərəqələrində olan 15 mart 2025-ci il tarixdə «baxış keçirilməsi və əşyanın götürülməsi» tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin gün saat 08:50 dəqiqədən saat 09:02 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, B.Hacıyev küçəsi, ev 103 ünvanına baxış keçirilmiş, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin NMQ-un əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bərdə RPŞ-nin PPXB-ün polis sahə nəfəri, polis serjantı X4 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Fəhmin Nüsrətzadə tərəfindən izah edildikdən sonra yaşadığı ünvana videoçəkilişdən istifadə edilməklə evə baxış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmiş ki, yaşadığı mənzildə qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında qurudulmuş marixuana olduğunu bildirmişdir. İştirakçılar evin həyətinə daxil olaraq, evin yataq otağında olan şkafın süyürməsində saxladığı 01 ədəd “Prima” markalı siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixanaya bənzər kütləni təqdim etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana Ziyadxan özünə məxsus olduğunu və özü istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq 5 ildir narkotik vasitə istifadə etdiyini bildirmişdir. Həmin nakotik vasitəni Bərdə rayon Əyricə kəndində kanalın üstündən tapdığını, özü istifadə etdiyi üçün saxladığını və 2-3 ay əvvəl tapdığını bildirmişdir. “Prima” markalı siqaret qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 16.78 qram olduğu müəyyən edilərək 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Yaşayış evinə baxış keçirilmiş və oradan hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Yaşayış evindən götrülmüş 1 ədəd zərfdə olan maddi sübut ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs yaşayış evinə axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Cinayət işinin 35-37-ci vərəqəsində olan 15 mart 2025-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvən ona təklif olunmuş ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli “Samsung Duas” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əməliyyat müvəkkili Şahid2 tərəfindən baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan digər əşya yaxud predmet aşkar edilməmişdir. Həmin “Samsung Duas” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən istintaq zərurəti ilə əlaqədar qablaşdırılaraq zərfə qoyulmuş və Bərdə RPŞ-in 94 saylı möhürü ilə möhürlənmişdir. Bununlada şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Cinayət işinin 18-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 15 mart 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 15 mart 2025-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 63-64-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2025ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 79-80-cı vərəqələrində olan 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 bölməsinin 16 mart 2025-ci il tarixli 16/270 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs məxsus çəkisi 16,78 qram olan marixuana” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd Prima markalı siqaret qutusunda təmiz çəkisi 12,16 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat) Marixuananın təmiz çəkisi 12,16 qram, tədqiqata sərf edildi-0,04 qram qalıq-12,12 qram. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 Bərdə rayon şöbəsinin 17 mart 2025-ci il tarixli 183 nömrəli rəyindən görsənir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji 30 aprel 2025-ci il tarixli 697 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 98-99-cu vərəqələrində olan 10 iyul 2025-ci il tarixli Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsinin 153 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 108-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 02 iyun 2025-ci il tarixli, 18-1-28/2-1323/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin ruhi əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Opioid qəbulu” diaqnozu ilə Bərdə RMX-nin Narkoloji kabinetində dispanser qeydiyyatdadır. Cinayət işinin 109-118-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və haqqında” 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 01 (bir) ədəd Prima markalı siqaret qutusunda təmiz çəkisi 12,16 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 12,12 qram qalmış bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs anası Şahid4 oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirmişdir. Məhkəmə tərəfindən bununla bağlı Azərbaycan Respublikasının Baş Prokuroluğuna sorğu verilmişdir. Baş Prokuroluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs müraciəti əsasında araşdırma aparılmış və toplanmış material üzrə 27 noyabr 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zaman Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmadığını, polis əməkdaşları tərəfindən boynuna qoyulmasını bildirməsi sübuta yetmədiyindən əsassız hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, şahid ifadələri, espertiza rəyləri, istintaq hərəkəti protokolları və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclas zalında 15 mart 2025-ci il tarixli «baxış keçirilməsi və əşyanın götürülməsi» haqqında protokola əlavə edilmiş video diskə baxış zamanı müəyyən edildi ki, həmin diskə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokol video diskdəki görüntülərə uyğun tərtib edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 17 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 01 (bir) ədəd Prima markalı siqaret qutusunda təmiz çəkisi 12,16 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 12,12 qram qalmış bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixindən 17 mart 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 01 (bir) ədəd Prima markalı siqaret qutusunda təmiz çəkisi 12,16 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 12,12 qram qalmış bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar