Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-104/2021 14.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Xanım Yusif qızı İsayevanın________________ Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1980-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 14 fevral 2021-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Elit” adlı şərab mağazasına qapıdan qanunsuz daxil olub, mağazada olan rəflərinin üzərində olan 101 manat dəyərində 01 ədəd 0,750 litr həcimdə “Dalmore” markalı, 01 ədədinin dəyəri 260 manat olan 02 ədəd 0,750 litr həcimdə “Vodword Reserv” markalı, 180 manat dəyərində 01 ədəd 0,7 litr həcimdə “Jenniy Vsop”, 60 manat dəyərində 1 ədəd “Şeridans Likor” markalı, 139 manat dəyərində 01 ədəd 1 litr həcimdə “Amoretto Disaron” markalı, 51 manat dəyərində 01 ədəd 1 litr həcimdə “Kroum Royal” markalı viskiləri, 1 ədədinin dəyəri 0,90 manat olan 14 ədəd 0,250 litr həmcimdə “Bizon” markalı enerji içkisini, 16 manat dəyərində 01 ədəd 0,7 litr həcimdə “Xan Elit” markalı araq, 1 ədədinin dəyəri 6 manat olan 02 ədəd 0,5 litr həcimdə “Toyota” markalı arağı, mağazada olan kassanın yuxarı hissəsində yerləşən siqaret vitrinindən 1 ədədinin dəyəri 1 manat 60 qəpik olan 16 ədəd “Kinqston” markalı, 1 ədəddinin dəyəri 3 manat 50 qəpik olan 02 ədəd “Kent 4” markalı, 1 ədədinin dəyəri 1 manat 80 qəpik olan 08 ədəd “Prima” markalı, 1 ədədinin dəyəri 1 manat 80 qəpik olan 07 ədəd “Arqo” markalı, 1 ədədinin dəyəri 2 manat 30 qəpik olan 13 ədəd “Palmalİ” markalı, 1 ədədinin dəyəri 1 manat 40 qəpik olan 5 ədəd “Veqas” markalı siqaretləri, kassadan 38 manat 70 qəpik nəğd pul və piştaxdadan 1 ədəd 450 manat dəyərində “Toshiba” markalı noutbuku gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1676 manat 80 qəpik miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 15 fevral 2021-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bərdə şəhəri, Heydər Əliyev prospekti ev 1-də yerləşən “Stop” adlı marketə qapıdan qanunsuz daxil olub, marketdə vitrindən 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 40 ədəd “Sobranie ağ nazik” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik dəyərində 40 ədəd “Sobranie göy nazik” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 ədəd “Sobranie ağ qalın” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 10 ədəd “Sobranie göy qalın” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 10 ədəd “Sobranie qalın qara” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 50 ədəd “Kent 4 nazik qara” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 20 ədəd “Kent 8” markalı siqaret, 1 ədədinin dəyəri 2 manat 60 qəpik olan 30 ədəd “LD nazik” markalı siqaret, 1 ədədinin dəyəri 2 manat 30 qəpik olan 80 ədəd “Pallmall boz nazik” markalı siqaret, 1 ədədinin dəyəri 7 manat olan 03 ədəd “Malboro Gold nazik” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 08 ədəd “Kent 1 boz” markalı siqareti, kassanın altında olan sağda yerləşən sürmədən 300 manat nəğd pul, 1 ədədinin dəyəri 1 manat olan 80 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 2 manat olan 30 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 3 manat olan 20 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 10 manat olan 18 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 2 manat olan 20 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 3 manat olan 12 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 5 manat olan 9 ədəd "xxxx" MMC-yə danışıq kartını, kassanın altında yerləşən sol tərəfdəki çəkməcədən 1 ədədinin dəyəri 1 manat olan 550 ədəd “Pozqazan” lotereya, 1 ədədinin dəyəri 2 manat olan 100 ədəd “Pozqazan” lotereya, 1 ədədinin dəyəri 3 manat olan 50 ədəd “Pozqazan” lotereya və 180 manat nəğd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2881 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, pulu olmadığından oğurluq etmək qərarına gəlmiş, 14 fevral 2021-ci il tarixdə saat 05 radələrində qonşusu Elnuru xaş yeməyə dəvət etmişdir. Bərdə rayonu Şirvanlı kəndində Elnura məxsus “VAZ 2106” markalı 10 FK-749 markalı avtomobil ilə xaş yeməyə getmişlər. Xaş yedikdən sonra Elnurdan “Çinqozun” dairəsində yerləşən “Elit” şərab mağazasına sürməsini istəmişdir. Elnur ora gedib avtomobili mağazadan xeyli kənarda saxlamış, özü isə avtomobildən düşüb az sonra gələcəyini bildirmişdir. Oğurluq edərkən tanınmamağı üçün maska taxmış və əl izinin cinayət yerinə düşməməsi üçün əllərinə əlcək geyinmişdir. Qapı açmaq üçün əvvəlcədən üzərində kustar üsülla hazırlanmış dəmir qanırğını götürmüşdür. 14 fevral 2021-ci il tarixdə saat 05 radələrində Bərdə şəhəri, Heydər Əliyev prospektində “Çinqozun” dairəsinin yaxınlığında yerləşən “Elit” şərab mağazasının qapısına yaxınlaşmışdır. Dəmir parçası ilə mağazanın qapısını açıb mağazaya daxil olmuş, mağazanın rəflərinin üzərində olan 01 ədəd “Dalmore” markalı 0,750 litr, 02 ədəd “Vodword Reserv” markalı 0,750 litr, 01 ədəd “Jenniy Vsop” 0,7 litr, 1 ədəd “Şeridans Likor” markalı, 01 ədəd “Amoretto Disaron” markalı 1 litr, 01 ədəd “Kroum Royal” markalı 1 litr həcimdə viskiləri, 14 ədəd “Bizon” markalı 0,250 həmcimdə, 01 ədəd “Xan Elit” 0,7 litr həcimdə, 02 ədəd “Toyota” markalı 0,5 litr həcimdə arağı götürmüş, bundan sonra mağazada olan kassanın yuxarısında yerləşən siqaret vitrinindən 16 ədəd “Kinqston” markalı, 02 ədəd “Kent 4” markalı, 08 ədəd “Prima” markalı, 07 ədəd “Arqo” markalı, 13 ədəd “Palma” markalı, 5 ədəd “Veqas” markalı siqaretləri götürmüş, bundan sonra isə piştaxdadan 01 ədəd “Toshiba” markalı noutbuku götürmüşdür. Kassanı yoxlamış və kassadan 38 manat 70 qəpik pulu götürmüşdür. Götürdüyü içkiləri, siqaretləri və noutbuku mağazanın içərisində olan göy rəngli torbaya yığmışdır. Mağazadan çıxıb Elnurun yanına getmiş, avtomobilə əyləşdikdə Elnurdan yaşadığı ünvana sürməsini istəmişdir. Oğurladığı mallardan 18 ədəd müxtəlif markalı siqaretləri taksi pulu əvəzinə Elnura vermişdir. Lakin, Elnura etdiyi oğurluq barədə heç bir məlumat verməmişdir. Bundan sonra Bərdə şəhərində yaşadığı evə getmişdir. Oğurladığı içkiləri, siqaretləri və noutbuku özündə götürmüşdür. Həmin günün səhəri oğurladığı içkiləri Bərdə şəhəri Təzə bazarda tanımadığı şəxslərə satmışdır. Noutbuku isə yaşadığı evdə saxlamışdır. Siqaretləri və içkiləri təxminən 220 manat müqabilində satmış, əldə etdiyi pulları isə kafedə xərcləyib bitirmişdi. Pulları xərclədikdən sonra yenidən pula ehtiyyacı olmuşdur. 15 fevral 2021-ci il tarixdə saat 06 radələrində oğurluq etmək üçün maska, əlcək və kustar üsullar hazırlanmış qanırğını götürmüşdür. Yaşadığı evdən çıxaraq Heydər Əliyev prospekti ilə gəzib oğurluq etməyə market axtarmağa başlamışdır. Bərdə şəhəri “ASAN xidmət” mərkəzinin yaxınlığında yerləşən “Stop” adlı marketə yaxınlaşmışdır. Marketin qarşısında dayanıb bir müddət kiminsə onu görüb-görməməsinə baxmışdır. Bundan sonra dəmir parçası ilə marketin qapısını açmış və marketə daxil olmuşdur. Piştaxtanın aşağısında olan vitrindən 40 ədəd “Sobranie ağ nazik” markalı siqaret, 40 ədəd “Sobranie göy nazik” markalı siqaret, 20 ədəd “Sobranie ağ qalın” markalı siqaret, 10 ədəd “Sobranie göy qalın” markalı siqaret, 10 ədəd “Sobranie qalın qara” markalı siqaret, 50 ədəd “Kent 4 nazik qara” markalı siqaret, 20 ədəd “Kent 8” markalı siqaret, 30 ədəd “LD nazik”markalı siqaret, 80 ədəd “Palmal boz nazik” markalı siqaret, 03 ədəd “Malboro Gold nazik” markalı siqaret, 08 ədəd “Kent 1 boz” markalı siqaret götürmüşdür. Kassanın altında olan sağda yerləşən sürmədən 300 manat nəğd pul 1 manat dəyərində 80 ədəd "xxxx" MMC-nin konturu, 2 man Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Heydər Əliyev prospekti ev 1-də yerləşən “Stop” adlı marketi vardır. Marketdə ərzaq, tütün, spirtli içki və müxtəlif xırdavat satır. Hər gün səhər saat 0830 radələrində marketi açmış və hər gün saat 23 və ya 00 radələrində marketi başlayıb evə getmişdir. 14 fevral 2021-ci il tarixdə saat 2320 radələrində özünə məxsus “Stop” adlı marketi bağlayıb evə getmişdir. 15 fevral 2021-ci il tarixdə saat 0850 radələrində marketə gedib, açar ilə marketin qapısını açmaq istədikdə, qapının açıq olduğunu görmüşdür. Dərhal marketin içərisinə keçib kassanın aşağısında vitrində yerləşən siqaretlərə baxmış, siqaretlər yerə dağılmış vəziyyətdə olmuşdur. Dərhal polis şöbəsinə məlumat vermiş, polis şöbəsinə məlumat verdikdən sonra marketinə baxmışdır. Marketdə piştaxtanın aşağısında olan vitrindən 3 manat 70 qəpik dəyərində olan 40 ədəd “Sobranie ağ nazik” markalı siqaret, 3 manat 70 qəpik dəyərində olan 40 ədəd “Sobranie göy nazik” markalı siqaret, 3 manat 70 qəpik dəyərində olan 20 ədəd “Sobranie ağ qalın” markalı siqaret, 3 manat 70 qəpik dəyərində olan 10 ədəd “Sobranie göy qalın” markalı siqaret, 3 manat 70 qəpik dəyərində olan 10 ədəd “Sobranie qalın qara” markalı siqaret, 3 manat 40 qəpik dəyərində 50 ədəd “Kent 4 nazik qara” markalı siqaret, 3 manat 40 qəpik dəyərində 20 ədəd “Kent 8” markalı siqaret, 2 manat 80 qəpik dəyərində 30 ədəd “LD nazik”markalı siqaret, 2 manat 30 qəpik dəyərində 80 ədəd “Pallmall boz nazik” markalı siqaret, 7 manat dəyərində 03 ədəd “Malboro Gold nazik” markalı siqaret, 4 manat dəyərində 08 ədəd “Kent 1 boz” markalı siqaret, kassanın altında olan sağda yerləşən sürmədən 300 manat nəğd pul 1 manat dəyərində 80 ədəd "xxxx" MMC-nin konturu, 2 manat dəyərində 30 ədəd "xxxx" MMC-nin konturu, 3 manat dəyərində 20 ədəd "xxxx" MMC-nin konturu, 10 manat dəyərində 18 ədəd"xxxx" MMC-nin konturu, 2 manat dəyərində 20 ədəd "xxxx" MMC-nin konturu, 3 manat dəyərində 12 ədəd "xxxx" MMC-nin konturu, 5 manat dəyərində 9 ədəd "xxxx" MMC-nin kontur, kassanın altında yerləşən sol tərəfdəki sürmədən 1 manat dəyərində 550 ədəd “Pozqazan” lotereya, 2 manat dəyərində 100 ədəd “Pozqazan” lotereya, 3 manat dəyərində 50 ədəd “Pozqazan” lotereya və 180 manat nəğd pulun oğurlanmasını aşkar etmişdir. Marketindən oğurluq edən şəxsin video görüntüsü olan DVD diski polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəməsə də ondan tələb və şikayəti yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Heydər Əliyev prospektində “Çinqoz” adlanan yerdə şərab mağazası var. Mağazada spirtli içkilər, siqaretlər və digər məhsulların satışı ilə məşğul olur. 14 fevral 2021-ci il tarixdə saat 08 radələrində mağazada satıcı işləyən Murad onun mobil telefonuna zəng edərək mağazadan oğurluq olmasını bildirmişdir. Mağazaya gedib baxdıqda aliminumdan hazırlanmış mağazanın qapısının kilidinin qırıldığını görmüşdür. Mağzaya daxil olub hər hansı bir məhsulun oğurlanıb oğurlanmamasına baxmışdır. Məhsullara baxarkən bəzi məhsulların oğurlanmasını görmüşdür. Bu barədə atası Arzu Məmmədova məlumat vermişdir. Mağzada quraşdırılmış təhlükəsizlik kamerasına baxarkən 14 fevral 2021-ci il tarixdə saat 05 radələrində sifət nahiyyəsini maska ilə gizlətmiş bir nəfər naməlum şəxsin mağazaya daxil olduğunu və oğurluq etdiyini görmüşdür. Həmin naməlum şəxs mağazadan 101 manat dəyərində 01 ədəd 0,750 litr həcimdə “Dalmore” markalı, 01 ədədinin dəyəri 260 manat olan 02 ədəd 0,750 litr həcimdə “Vodword Reserv” markalı, 180 manat dəyərində 01 ədəd 0,7 litr həcimdə “Jenniy Vsop”, 60 manat dəyərində 1 ədəd “Şeridans Likor” markalı, 139 manat dəyərində 01 ədəd 1 litr həcimdə “Amoretto Disaron” markalı, 51 manat dəyərində 01 ədəd 1 litr həcimdə “Kroum Royal” markalı viskiləri, 1 ədədinin dəyəri 1 manat olan 14 ədəd 0,250 litr həmcimdə “Bizon” markalı enerji içkisini, 18 manat dəyərində 01 ədəd 0,7 litr həcimdə “Xan Elit” markalı araq, 1 ədədinin dəyəri 6 manat olan 02 ədəd 0,5 litr həcimdə “Toyota” markalı arağı, mağazada olan kassanın yuxarı hissəsində yerləşən siqaret vitrinindən 1 ədədinin dəyəri 1 manat 80 qəpik olan 16 ədəd “Kinston” markalı, 1 ədəddinin dəyəri 3 manat 40 qəpik olan 02 ədəd “Kent 4” markalı, 1 ədədinin dəyəri 1 manat 80 qəpik olan 8 ədəd “Prima” markalı, 1 ədədinin dəyəri 1 manat 60 qəpik olan 07 ədəd “Arqo” markalı, 1 ədədinin dəyəri 1 manat 80 qəpik olan 13 ədəd “Palma” markalı, 1 ədədinin dəyəri 1 manat 80 qəpik olan 5 ədəd “Veqas” markalı siqaretləri, kassadan 38 manat 70 qəpik nəğd pul və piştaxdadan 1 ədəd 400 manat dəyərində “Toshiba” markalı noutbuku oğurlamışdır. Həmin şəxsi axtarıb tapmaq istəmiş, lakin tapa bilmədiyi üçün 16 fevral 2021-ci il tarixdə ərizə ilə Bərdə rayon Polis şöbəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmədiyindən ondan şikayətçi olduğunu, lakin sonuncuya azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs onlarla birlikdə Bərdə şəhəri, Bakı küçəsi ev 28-də yaşayır. Natiq onlara oğurluq etməsi barədə heç bir məlumat verməmiş, onların Natiqin oğurluq etməsi barədə məlumatları olmamışdır. Məhkəmə iclasında, ölmüş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, atasına məxsus “VAZ 2106” markalı 10 FK-749 nömrəli avtomobil ilə Bərdə şəhərində fərdi taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, münasibətləri normal olmuşdur. Natiq Bərdə şəhərində qonşuları olmasına baxmayaraq çox vaxt orada yaşamır. Lakin, Natiq hərdən Bərdə şəhərinə qonaq gələndə onunla görüşür və taksi kimi onun avtomobili ilə bəzi yerlərə gedir, taksi kimi yol haqqını verir. 14 fevral 2021-ci il tarixdə saat 05 radələrində Natiq onu xaş yeməyə dəvət etmişdir. Bərdə rayonu Şirvanlı kəndinə ona məxsus “VAZ 2106” markalı 10 FK-749 nömrəli avtomobil ilə xaş yeməyə getmişdir. Xaş yedikdən sonra Natiq ondan Bərdə şəhəri, Heydər Əliyev prospektində “Çinqozun” dairəsinin yaxınlığında yerləşən “Elit” şərab mağazasına sürməyini istəmişdir. O, ora gedib avtomobili kənarda saxlamışdır. Natiq isə avtomobildən düşüb az sonra gələcəyini bildirmişdir. Az sonra Natiq əlində iki qutu və içərisində bilmədiyi şeylər olan sellofan paketlə gəlmişdir. Natiq həmin qutu və sellofan paketi avtomobilin arxa oturacağına qoyub evə sürməsini istəmişdir. Birlikdə Natiqin yaşadığı evə getmişlər. Onlar Natiqin yaşadığı evə çatanda Natiq yol haqqı olaraq ona 18 qutu “Pallmal” markalı siqaret vermişdir. Onun Natiqin etdiyi oğurluqlardan heç bir xəbəri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1493 saylı 12 aprel 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, analoji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 29 adda malların 2021-ci ilin fevral ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2538,10 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri: 1 ədəd 0,750 litr həcmdə “Dalmore” markalı viskinin qiyməti aydın deyil, 2 ədəd 0,750 litr həcmdə “Vodword Reserv” markalı viskilərin qiymətləri aydın deyil, 1 ədəd 0,7 litr həcmdə “Jenniy Vsop” markalı viskinin qiyməti aydın deyil, 1 ədəd “Şeridans Likor” markalı viskinin qiyməti aydın deyil, 1 ədəd 1 litr həcmdə “Amoretto Disaron” markalı viskinin qiyməti aydın deyil, 1 ədəd 1 litr həcmdə “Kroum Royal” markalı viskinin qiyməti aydın deyil, 14 ədəd 0,250 litr həcmdə “Bizon” markalı enerji içkisinin qiyməti 12,60 manat, 1 ədəd 0,7 litr həcmdə “Xan Elit” markalı arağının qiyməti 16 manar, 2 ədəd 0,5 litr həcmdə “Toyota” markalı arağın qiyməti 12 manat, 16 ədəd “Kinqston” markalı siqaretlərin qiyməti 25,60 manat, 2 ədəd “Kent 4” markalı siqaretlərin qiyməti 7 manat, 8 ədəd “Prima” markalı siqaretlərin qiyməti 14,40 manat, 7 ədəd “Arqo” markalı siqaretlərin qiyməti 12,60 manat, 13 ədəd “Palmalİ” markalı siqaretlərin qiyməti 29,90 manat, 5 ədəd “Veqas” markalı siqaretlərin qiyməti 7 manat, 1 ədəd “Toshiba” markalı noutbuk tipli kompüterin qiyməti aydın deyil, 40 ədəd “Sobranie ağ nazik” markalı siqaretin qiyməti 148 manat, 40 ədəd “Sobranie göy nazik” markalı siqaretin qiyməti 148 manat, 20 ədəd “Sobranie ağ qalın” markalı siqaretin qiyməti 74 manat, 10 ədəd “Sobranie göy qalın” markalı siqaretin qiyməti 37 manat, 10 ədəd “Sobranie qalın qara” markalı siqaretin qiyməti 37 manat, 50 ədəd “Kent 4 nazik qara” markalı siqaretin qiyməti 175 manat, 20 ədəd “Kent 8” markalı siqaretin qiyməti 70 manat, 30 ədəd “LD nazik”markalı siqaretin qiyməti 78 manat, 80 ədəd “Pallmall boz nazik” markalı siqaretin qiyməti 184 manat, 3 ədəd “Malboro Gold nazik” markalı siqaretin qiyməti 21 manat, 8 ədəd “Kent 1 boz” markalı siqaretin qiyməti 28 manat, 80 ədəd 1 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartının qiyməti 80 manat, 30 ədəd 2 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartının qiyməti 60 manat, 20 ədəd 3 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartının qiyməti 60 manat, 18 ədəd 10 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartının qiyməti 180 manat, 20 ədəd 2 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartının qiyməti 40 manat, 12 ədəd 3 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartının qiyməti 36 manat, 9 ədəd 5 manatlıq "xxxx" MMC-yə danışıq kartının qiyməti 45 manat, 550 ədəd 1 manatlıq “Pozqazan” lotereyasının qiyməti 550 manat, 100 ədəd 2 manatlıq “Pozqazan” lotereyasının qiyməti 200 manat, 50 ədəd 3 manatlıq “Pozqazan” lotareyasının qiyməti 150 manat. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 14 fevral 2021-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Elit” adlı şərab mağazasına qapıdan qanunsuz daxil olub, mağazada olan rəflərinin üzərində olan 101 manat dəyərində 01 ədəd 0,750 litr həcimdə “Dalmore” markalı, 01 ədədinin dəyəri 260 manat olan 02 ədəd 0,750 litr həcimdə “Vodword Reserv” markalı, 180 manat dəyərində 01 ədəd 0,7 litr həcimdə “Jenniy Vsop”, 60 manat dəyərində 1 ədəd “Şeridans Likor” markalı, 139 manat dəyərində 01 ədəd 1 litr həcimdə “Amoretto Disaron” markalı, 51 manat dəyərində 01 ədəd 1 litr həcimdə “Kroum Royal” markalı viskiləri, 1 ədədinin dəyəri 0,90 manat olan 14 ədəd 0,250 litr həmcimdə “Bizon” markalı enerji içkisini, 16 manat dəyərində 01 ədəd 0,7 litr həcimdə “Xan Elit” markalı araq, 1 ədədinin dəyəri 6 manat olan 02 ədəd 0,5 litr həcimdə “Toyota” markalı arağı, mağazada olan kassanın yuxarı hissəsində yerləşən siqaret vitrinindən 1 ədədinin dəyəri 1 manat 60 qəpik olan 16 ədəd “Kinqston” markalı, 1 ədəddinin dəyəri 3 manat 50 qəpik olan 02 ədəd “Kent 4” markalı, 1 ədədinin dəyəri 1 manat 80 qəpik olan 08 ədəd “Prima” markalı, 1 ədədinin dəyəri 1 manat 80 qəpik olan 07 ədəd “Arqo” markalı, 1 ədədinin dəyəri 2 manat 30 qəpik olan 13 ədəd “Palmalİ” markalı, 1 ədədinin dəyəri 1 manat 40 qəpik olan 5 ədəd “Veqas” markalı siqaretləri, kassadan 38 manat 70 qəpik nəğd pul və piştaxdadan 1 ədəd 450 manat dəyərində “Toshiba” markalı noutbuku gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1676 manat 80 qəpik miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; Bundan başqa onun, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 15 fevral 2021-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bərdə şəhəri, Heydər Əliyev prospekti ev 1-də yerləşən “Stop” adlı marketə qapıdan qanunsuz daxil olub, marketdə vitrindən 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 40 ədəd “Sobranie ağ nazik” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik dəyərində 40 ədəd “Sobranie göy nazik” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 ədəd “Sobranie ağ qalın” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 10 ədəd “Sobranie göy qalın” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 10 ədəd “Sobranie qalın qara” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 50 ədəd “Kent 4 nazik qara” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 20 ədəd “Kent 8” markalı siqaret, 1 ədədinin dəyəri 2 manat 60 qəpik olan 30 ədəd “LD nazik” markalı siqaret, 1 ədədinin dəyəri 2 manat 30 qəpik olan 80 ədəd “Pallmall boz nazik” markalı siqaret, 1 ədədinin dəyəri 7 manat olan 03 ədəd “Malboro Gold nazik” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 08 ədəd “Kent 1 boz” markalı siqareti, kassanın altında olan sağda yerləşən sürmədən 300 manat nəğd pul, 1 ədədinin dəyəri 1 manat olan 80 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 2 manat olan 30 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 3 manat olan 20 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 10 manat olan 18 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 2 manat olan 20 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 3 manat olan 12 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartı, 1 ədədinin dəyəri 5 manat olan 9 ədəd "xxxx" MMCyə danışıq kartını, kassanın altında yerləşən sol tərəfdəki çəkməcədən 1 ədədinin dəyəri 1 manat olan 550 ədəd “Pozqazan” lotereya, 1 ədədinin dəyəri 2 manat olan 100 ədəd “Pozqazan” lotereya, 1 ədədinin dəyəri 3 manat olan 50 ədəd “Pozqazan” lotereya və 180 manat nəğd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2881 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 2655 saylı 22 mart 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Bakı küçəsi ev 28-də yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri, Bakı küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bərdə Rayon Məhkəməsinin 4(021)-16/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-22/2021 saylı 20 aprel 2021-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixindən 29 iyul 2020-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, cəzasının əvvəlinin 20 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22.02.2021-ci ildən 20.04.2020-ci ilədək tutulduğu və həbsdə olduğu müddət hazırkı hökmlə təyin edilmiş ümumi cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 20 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 12 aprel 2021-ci il tarixli 9/1493 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 32 ədəd 1 manatlıq, 1 ədəd 2 manatlıq, 1 ədəd 3 manatlıq "xxxx" danışıq kartları, 4 ədəd 2 manatlıq “Azərfon” danışıq kartları saxlanması üçün Zərərçəkmiş şəxs1, bir ədəd “Toshiba” markalı kompyuterin isə Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 22 fevral 2021-ci ildən 20 aprel 2021-ci il tarixədək həbsdə olduğu 01(bir) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 01(bir) il 10(on) ay 01(bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01(bir) il 10(on) ay 01(bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 aprel 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan 32 ədəd 1 manatlıq, 1 ədəd 2 manatlıq, 1 ədəd 3 manatlıq "xxxx" danışıq kartları, 4 ədəd 2 manatlıq “Azərfon” danışıq kartları saxlanması üçün Zərərçəkmiş şəxs1, bir ədəd “Toshiba” markalı kompyuterin isə Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-104/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-104/2021
14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver