Məhkəmə qərarları › İş №1(021)-104/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-104/2022

06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-104/2022 06.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə saat 22:30 radələrində "X3" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 21723" minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Divanlı kəndi ərazisindən keçən 23-cü kilometrliyində "X3" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni o, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən, avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda avtomobilin işıqforun qırmızı işığında dayanmasını nəzərə almalı və vaxtında tormozlama əməliyyatı apararaq idarə etdiyi avtomobili işıqforun qırmızı işığında dayanmış avtomobilə çatmadan dayandırmalı olduğu halda bunu etməyərək Yevlax rayon istiqamətinin soldan birinci zolağı ilə 70 km/saat sürətlə Yevlax rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin qabaq hissəsi ilə qarşıda eyni zolaqda işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan Şahid1 idarə etdiyi "VAZ 2109" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq Yevlax rayon istiqamətinin sağından soluna doğru 6 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan "VAZ 2109" markalı avtomobildə olmuş sərnişini Zərərçəkmiş şəxs qasıq oturaq sümüklərinin sınığı ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan salamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşayır, evlidir iki uşağı vardır. Hazırda rəsmi olaraq hər hansı bir işdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Onun sürücülük vəsiqəsi yoxdur. "VAZ 21723" minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, öz adınadır. 19 noyabr 2022-ci il tarixdə saat təxminən 22:00 radələrində o, yaşadığı Bərdə şəhərində tanışları hərbiçilər Fərid və Rəşadla rastlaşmışdır. Ondan xahiş etmişlər ki, işlədikləri Bərdə rayonunda Daxili Qoşunların yerləşdiyi hərbi hissəyə aparsın, işə gecikirlər. O, Fərid və Rəşadın əvvəllər onun yaşadığı evin qonşuluğunda yerləşən evdə kirayədə yaşadıqlarını, həmin vaxtdan da tanımışdır. O, idarə etdiyi "VAZ 21723" minik markalı avtomobillə Fəridlə Rəşadı işlədikləri hərbi hissəyə aparmağa razılıq vermişdir. O, sükan arxasına oturmuş, Rəşad avtomobildə qabaqda sağda oturmuşdur, Fərid isə arxada oturmuş və o, avtomobili idarə edib yola çıxmışdır. Saat təxminən 22:30 radalərində idarə etdiyi avtomobillə 70 km/saat sürətlə Yevlax Ağdam yolunun Bərdə rayonu Divanlı kəndi ərazisi ilə yolun sağ zolağı ilə hərəkətdə olan zaman qəfildən görmüşdür ki, qarşısında işıqforda "VAZ 2109" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. O, həmin avtomobili görəndə tormoz versə də məsafə yaxın olduğu üçün avtomobilin qabaq hissəsi ilə "VAZ 2109" markalı avtomobilin arxası ilə toqquşmuşdur. O, ayağından yüngül xəsarət almışdır. Onun avtomobilinin qapısı toqquşma nəticəsində nasaz vəziyyətə düşdüyündən qapı gec açılmış, düşənə kimi görmüşdür ki, toqquşduğu avtomobildə hadisə zamanı bir nəfər qadın xəsarət almış, yol maşını ilə Bərdə rayon xəstəxanasına aparırlar. Hadisə yerinə tanımadığı adamlar toplaşmışlar. O, ayağından xəsarət aldığı üçün yol maşını ilə Bərdə rayon xəstəxanasına getmişdir, həkimdən müayinədən keçmişdir. Sonradan Bərdə rayon xəstəxanasında ona məlum olmuşdur ki, xəsarət alan qadın avtomobildə arxadan əyləşən Zərərçəkmiş şəxsdır. Onun avtomobilində olan sərnişinlər Rəşad və Fərid hadisə zamanı xəsarət almamışlar, hadisədən sonra yol maşını ilə xidmət etdikləri hərbi hissəyə getmişlər. Hadisə zamanı ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. "VAZ 2109" minik markalı avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Şahid1 tanışdır. 19 noyabr 2021-ci il tarixdə təxminən saat 22:15 radələrində Fəxrəddinin idarə etdiyi "VAZ 2109" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonundan Şəki rayonuna getmək üçün yola çıxmışlar. O, avtomobildə arxada sağ tərəfdə oturmuş, qabaq sağda isə Fəxrəddinin oğlu Şahid2 oturmuşdur. Bərdə şəhərinin içərisində onlar işıqforun qırmızı işığında dayanmışlar, yaşıl işığın yanmasını gözləyən zaman arxadan markasını və qeydiyyat nişanını sonradan bildiyi "VAZ 21723" minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlib onların avtomobilin arxasından vuraraq toqquşmuşdur. Hadisə nəticəsində o, xəsarət almış, təcili tibbi yardım avtomobili ilə onu Bərdə şəhər mərkəzi xəstəxanasına aparmışlar. Fəxrəddin və oğlu xəsarət almamışlar. Onların avtomobili ilə toqquşmuş avtomobilin sürücüsünü əvvəllər tanımamış, sonradan bilmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Hadisədən sonra təqsirləndirilən şəxs onu öz evinə aparmış, ailə üzvləri ilə birlikdə ona qulluq etmişlər, ona çox yaxşı davranmışlar. Həmçinin məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi . Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə şəhəri H.Aslanov küçəsi ev 10-da yaşayır. Hazırda rəsmi olaraq hər hansı bir işdə işləmir, fərdi əməklə məşğul olur. Hadisə zamanı idarə etdiyi "VAZ 2109" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, avtomobili etibarnamə ilə pul müqabilində almışdır. 19 noyabr 2021-ci il tarixdə o, "VAZ 2109" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu Şahid2 və qonağı Zərərçəkmiş şəxs qız ilə birlikdə Bərdə şəhərindən Şəki rayonuna getmək üçün yola çıxmışlar. Belə ki, o, qonağı olan Zərərçəkmiş şəxs yaşadığı Şəki rayonuna Kiçik Dəhnə kəndinə evlərinə aparmaq üçün yola çıxmışdır. Avtomobili o, idarə etmiş, oğlu Kamran avtomobildə qabaqda sağda oturmuş, Zərəngiz isə avtomobildə arxada sağda oturmuşdur. O, idarə etdiyi avtomobillə Bərdə şəhərinin içərisində yolun sol zolağı ilə gəlib işıqforun qırmızı işığında dayanmışdır ki, yaşıl işıq yansın hərəkətini davam etdirsin. Bu zaman arxadan gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi "VAZ 21723" minik markalı **-NM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil gəlib qabaq hissəsi ilə onun avtomobilinin arxasından dayandığı yerdə vuraraq toqquşmuş. Hadisə nəticəsində o, və oğlu Kamran xəsarət almamışlar, lakin avtomobilində olan sərnişin Zərəngiz xəsarət almışdır, hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili onu Bərdə şəhər mərkəzi xəstəxanasına aparılmışdır. Hadisə zamanı ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. "VAZ 21723" minik markalı avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Bərdə şəhəri H.Aslanov küçəsi ev 10-da yaşayır. Şahid1 atasıdır. 19 noyabr 2021-ci il tarixdə o, atası və qonaqları olan Zərərçəkmiş şəxs qız ilə birlikdə atasının idarə etdiyi "VAZ 2109" markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərəngizi Bərdə şəhərindən Şəki rayonu Kiçik Dəhnə kəndinə evlərinə aparmaq üçün yola çıxmışlar. Avtomobili atası idarə etmiş, o, avtomobildə qabaqda sağda oturmuş, Zərəngiz isə avtomobildə arxada sağda oturmuşdur. Onlar Bərdə şəhərinin içərisi ilə sol zolağı ilə hərəkətdə olan zaman işıqforun qırmızı işığında dayanmışlar ki, yaşıl işıq yansın hərəkətlərini davam etdirsinlər. Bu zaman arxadan gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi "VAZ 21723" minik markalı **-NM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil gəlib qabaq hissəsi ilə onların avtomobilin arxasından dayandığı yerdə vuraraq toqquşmuşdur. Hadisə nəticəsində o, və atası xəsarət almamışlar, lakin Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili Zərəngizi Bərdə şəhər mərkəzi xəstəxanasına aparmışdır. Cinayət işinin 129-130-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 144-cü vərəqəsində olan 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 59-60-ci vərəqələrində olan “Məhkəmə-Tibbi Ekspertizası və X1” X2 “MTE və PA” BİRLİYİNİN Goranboy şöbəsinin xx.xx.2022-ci il tarixli 46 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs iüvütşndə aşkar edilmiş xəsarət qasıq oturaq sümüklərinin sınığı - bərk küt əşyanın o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin 79-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2022-ci il tarixli 8\478 nömrəli rəyindən görünür ki, - "VAZ 21723" minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Ekspertiza xərci 85 manat təşkil edir). Cinayət işinin 23-cü vərəqəsində olan AE № 039067 nömrəli 27,02,2021-ci il tarixdə Yevlax RİQ və TBŞ tərəfindən verilmiş qeydiyyat şahədətnaməsindən görünür ki, « VAZ 21723» minik markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2021-ci il tarixli 140063-1221 saylı Arayışından görünür ki, DİN-in Baş X4 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1993-cü il təvəlüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “VAZ 21723” minik markalı **-NM-*** dövlət qeydiyyat nişanli avtomobil və “VAZ 2109” markalı **-BK-*** dövlət qeydiyyat nişanli avtomobil iş üzrə maddi sübut hesab edilmişdir. Cinayət işinin 51-cı vərəqəsində olan Şahid1 06 yanvar 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 53-cü vərəqəsində olan Zərərçəkmiş şəxsnn 18 dekabr 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, yol-nəqliyyat qəzası nəticəsində ona dəymiş 1500 manat dəyərində ziyan tam ödənilmişdir, bununla bağlı heç bir iddiası olmayacaqdır. Cinayət işinin 97-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Çələbilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 33-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 16-cı vərəqəsində olan 19 noyabr 2021-ci il tarixli 1542 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şahid1 sərxoşluq əlaməti müəyyən edilməmişdir. Cinayət işinin 17-cı vərəqəsində olan 19 noyabr 2021-ci il tarixli 1543 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq əlaməti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunması, ailəli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olaraq həbs olunmasını tələb etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 11 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar