Məhkəmə qərarları › İş №1(021)-105/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-105/2022

20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-105/2022 20.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” sərancamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay 01 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətənin sonu ilə əlaqədar Bərdə rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, Bərdə şəhəri, Ədalət Ədilov küçəsi ev 45-də qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs qətimkan” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən məişət texnikasının təmiri sexinin binasının pəncərəsində olan dəmir barmaqlıqlara əli ilə fiziki güc tətbiq edərək deformasiya edib pəncərənin şüşəsini sındıraraq binaya qanunsuz daxil olmaqla, binada olan 01 ədəd 180 (bir yüz səksən) manat dəyərində qara rəngli “Toshiba Satellite” markalı noutbuku və 497 (dörd yüz doxsan yeddi) manat dəyərində 60 ədəd, mis materialdan, 28 sm diametri olan, 1 metr uzunluqda, ümumi olaraq 14 kiloqram 200 qram çəkidə, Türkiyə Respublikası istehsalı olan kondisioner üçün nəzərdə tutulmuş mis boruları gizli olaraq talayaraq Zərərçəkmiş şəxs 677 (altı yüz yetmiş yeddi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. Təxminən 2021-ci ilin oktyabr ayında 11 saylı cəzaçəkmə müəssəsinin qeydiyyatında olmaqla Penitensiar Xidmətinin müalicə müəssəsəsində olarkən azadlığa buraxılmışdır. O, azadlığa çıxdıqdan sonra Bərdə şəhərində yerləşən evinə gəlmişdir. Lakin Bərdə şəhərində məhkum olduğu üçün iş tapa bilməmişdir. Onu çətin həyat şərtləri və aclıq cinayət etməyə sövq etmişdir. Bu səbəbdən o, oğurluq etmək qərarına gəlmişdir. 25 yanvar 2022-ci il tarixdə saat 23 radələrində o, Bərdə şəhərinə çıxaraq müvafiq obyekti oğurluq etmək üçün axtarmışdır. Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən məişət təmiri sexini gördükdə o, sexə daxil olmaq qərarına gəlmişdir. O, təmir sexinin aynasının dəmir barmaqlarını əli ilə qaldıraraq şüşəni sındırıb təmir sexinə daxil olmuşdur. O, təmir sexinə daxil olduqda sexin daxilində stolun üzərində olan qara rəngli “Toshiba” markalı noutbuku götürmüş və təmir sexində olan kondisioner üçün nəzərdə tutulmuş mis materialdan olan 1 metr uzunluqda 60 ədəd borunu görmüşdür. O, bu zaman noutbuku stolun üzərinə qoyaraq ilk öncə dəmir boruları aynadan çölə atmış, sonradan isə noutbuku götürüb sexdən çölə çıxmışdır. O, 60 ədəd borunu və noutbuku götürüb yaşadığı evə aparmışdır. Evdə o, oğurladığı boruları evin həyətində gizlətmiş, noutbuku isə yatdığı yatağın altına qoymuşdur. 26 yanvar 2022-ci il tarixdə səhər saatlarında o, Lək kəndində yerləşən dəmir sexində Bəylər adlı şəxsə dəmir boruları 170 manat müqabilində satmışdır. Boruların çəkisi 14 kiloqram 200 qram olması müəyyən edilmişdir. Həmin gün saat 17 radələrində o, qohumu və həmçinin qonşusu olan Ayselə onda noutbuk olmasını və həmin noutbuku 100 manat müqailində satmaq istədiyini demişdir. Aysel noutbuka baxıb noutbuka 80 manat verə biləcəyini demişdir. O, Aysel ilə razılaşmışdır. Bundan sonra o, noutbuku Ayselə 80 manat əvəzində satmışdır. Bundan təxminən bir neçə gün sonra qardaşı Orxan rəhmətə getmişdir. O, 170 manat və 80 manat pulu yas xərclərinə vermişdir. Bəylər adlı şəxsin onun satdığı 60 ədəd boruların oğurluq olmasından xəbəri olmamışdır. Aysel adlı şəxsin onun satdığı noutbukun oğurluq olmasından xəbəri olmamışdır. O, törətdiyi oğurluq əməlini tək törətmişdir. Onun oğurluq cinayət əməlini törətməyindən heç kimin xəbəri olmamışdır. O, başqa oğurluq və cinayət əməli törətməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 18 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Bərdə şəhəri Nüşabə küçəsində yerləşən məişət təmiri sexini bağlamışdır. Bu zaman keçmiş qonşu Vüsal qarşısına çıxmışdır. O, Vüsala siqaret pulu olaraq 2 manat vermişdir. Bundan sonra Vüsal onun yanından getmişdir. O, isə Bakı şəhərinə Rusiya Federasiyasına müalicə üçün getməsi məqsədi ilə getmişdir. O, Rusiya Federasiyasında olarkən qardaşı Rəfail ona zəng edərək ona məxsus məişət əşyalarının təmir sexinin pərcərəsində olan dəmir barmaqlıqları qırıraq sexə naməlum şəxsin daxil olub sexdə olan noutbuku və dəmir boruları oğurlanmasını demişdir. O, qardaşına polisə müraciət etməsini bildirmişdir. O, 13 fevral 2022-ci il tarixdə Bərdə şəhərinə geri qayıtmışdır. Bu zaman ona məxsus təmir sexinə yollanmış və 01 ədəd 400 manat dəyərində qara rəngli “Toshiba” markalı noutbukun və 600 manat dəyərində 60 ədəd mis materialdan, 28 sm diametri olan, 1 metr uzunluqda və Türkiyə Respublikası istehsalı olan çəkisi təxminən 14 kiloqram olan kondisioner (soyuducu) üçün nəzərdə tutulmuş boruların oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Həmçinin ərizə təqim edib, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, ondan heç bir bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə ən yüngül cəzanın erilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs o, əvvəllər tanımamış və onun Vüsal ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Bərdə rayonu Lək kəndində yerləşən dəmir qəbulu sexində işləyir və həmin sexdə dəmir qəbul edir. 26 yanvar 2022-ci il tarixdə səhər saatların onun yanına Vüsal adlı şəxs gəlmiş və mis borular təqdim etmişdir. O, boruları dəmir olaraq almağı Vüsal demişdir. Vüsal isə mis boruları ona təqdim etmişdir. Boruları çəkmiş və mis boruların əvəzində 170 manat verə biləcəyini demişdir. Vüsal onunla razılaşmışdır. O, Vüsaldan boruların oğurluq olubolmamasını soruşmuşdur. Vüsal ona boruların oğurluq olmamasını demişdir. O, bundan sonra metal qəbul dəftərinə Vüsalın mobil telefonu və anket məlumatlarını əlavə etmişdir. Həmçinin Şahid3 ifadəsində göstərdi ki, o, Vüsalın satdığı mis boruların oğurluq olmasından xəbəri olmamışdır. O, polis şöbəsində boruların oğurluq olmasından xəbər tutmuşdur. Borular sexdə əridilib satılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasının xalası oğludur və həmçinin onun qonşusudur. Onunla Vüsalın heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 26 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Vüsal onun yaşadığı evə gəlmişdir. Bu zaman Vüsalın əlində qara rəngli “Toshiba” markalı noutbuk olmuşdur. Vüsal ona həmin noutbuku 100 manat müqabilində satmasını bildirmişdir. O, Vüsaldan noutbuku ona baxmaq üçün verməsini demişdir. O, noutbuka baxdıqda noutbukun açılmamasını və həmçinin adapterinin olmamasını görmüşdür. O, Vüsala noutbukun 80 manat müqabilində ala biləcəyini demişdir. Bu zaman o, Vüsaldan noutbukun oğurluq olub-olmamasını soruçmuşdur. Vüsal ona noutbukun oğurluq olmamasını demişdir. O, 80 manat pulu Vüsala verərək noutbuku almışdır. Bundan sonra o, noutbuka adapter alaraq istifadə etməyə başlamışdır. 25 fevral 2022-ci il tarixdə yaşadığı evə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları ondan Vüsal adlı şəxsdən noutbuk alıb almamağını soruşmuşlar. O, polis əməkdaşlarına Vüsal adlı şəxsdən noutbuk aldığını demişdir. Bundan sonra o, polis şöbəsinə gəlmişdir. Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, o, noutbuku alarkən Vüsaldan noutbukun oğurlub olub-olmamasını soruşmuşdur. Lakin Vüsal ona noutbukun oğurluq olmamasını demişdir. Bu səbəbdən o, noutbukun oğurluq olmasından xəbəri olmamışdır. O, polis şöbəsində noutbukun oğurluq olmasından xəbər tutmuşdur. Noutbuk hal-hazırda evdədir. Məhkəmə iclasında iş üzrə Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 47-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 25 fevral 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 77-78-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 94-96-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 27 fevral 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 155-156-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 27 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişikliklər və əlavələr edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli 9/1480 nömrəli rəyindən görünür ki, 01 ədəd istifadədə olmuş “Toshiba Satellite” C850-B539 C-B830/2g/500g/15.6HD/DVD göstəriciləri olan noutbukun 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 180 manat, Türkiyə Respublikası istehsalı olan kondisioner üçün nəzərdə tutulmuş mis borunun 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti 1 kiloqram üçün təxminən 35 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 128-132-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 1(021)154/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay azdlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 15 iyul 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin 119-121-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” sərancamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 123-124-cü vərəqələrində olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(021)154/2019 saylı hökmü üzrə cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay 01 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 145-ci vərəqəsində olan Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 255582/01 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətənin sonu ilə əlaqədar şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 116-ci vərəqələrində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 317 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanaın ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 117-ci vərəqələrində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 413 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanaın narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 127-ci vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və qonşularla yaxşı münasibətdə olan, narkotikaya meyilli kimi xarakterizə olunur. Cinayət işinin 147-153-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 27 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 01 ədəd “Toshiba Satellite” markalı noutbukun dəyəri 180 manat və 60 ədəd mis materialdan, 28 sm diametri olan, 1 metr uzunluqda, 14 kiloqram 200 qram çəkidə, kondisioner üçün nəzərdə tutulmuş boruların dəyəri 497 manat olmaqla, ümumilikdə 677 manat kimi qiymətləndirilmişdir. Həmçinin 01 ədəd “Toshiba Satellite” markalı noutbuk maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması qrara alınmışdır. Cinayət işinin 171-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 1 ədəd qara rəngli “Toshiba Satellite” markalı noutbuku təhvil almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsini və onunla barışmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(021)154/2019 saylı hökmü üzrə cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay 01 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətənin sonu ilə əlaqədar Bərdə rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 27 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 27 fevral 2022- ci il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 25 fevral 2022-ci il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) AZN Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. 1 ədəd qara rəngli “Toshiba Satellite” markalı noutbukun shibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. 1 ədəd qara rəngli “Toshiba Satellite” markalı noutbukun shibi Zərərçəkmiş şəxs qayraılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar