Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-105/2023 30.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1997-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkum olunmamış, Bərdə şəhəri, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, 08 aprel 2023-cü il tarixdə saat 16 radələrində Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 43-də yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qonaq otağında Təqsirləndirilən şəxsla qohumu Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla iki dəfə Zərərçəkmiş şəxs ağız nahiyəsinə qəsdən zərbə ilə vuraraq sonuncuya üst dodağın sol yarısının qançırı, üst çənədə sol 1-ci dişin laxlaması, 2-ci dişin boyun nahiyəsindən sınması, diş diblərinin qansızması ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun əmisi oğludur. Onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur, daima münasibətləri yaxşı olmuşdur və əvvəllər aralarında hər hansı bir mübahisə və dava-dalaş olmamışdır. Təxminən 1 həftə əvvəl o yaşadığı evin həyətyanı sahəsində işləyərkən ona elektrik mişarı lazım olmuşdur və buna görədə o Bərdə şəhəri Füzuli küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə gedərək ondan elektrik mişarını verməsini xahiş etmişdir, həmin vaxt Tacir ona özünə məxsus elektrik mişarını vermişdir. Bundan sonra o yaşadığı evin həyətində işləyərkən Zərərçəkmiş şəxs götürdüyü elektrik mişarı ehtiyyatsızlığı nəticəsində xarab olmuşdur və buna görədə o həmin elektrik mişarını Zərərçəkmiş şəxs evinə aparmışdır, lakin həmin vaxt Tacir evdə olmadığı üçün və Salyan rayonuna getdiyi üçün ona elektrik mişarının xarab olması barədə məlumat verə bilməmişdir. Sonradan 08 aprel 2023-cü il tarixdə saat 16 radələrində o, atası Əfqan və anası Kamalə ilə birgə yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs onun yaşadığı evə getmiş və qonaq otağına daxil olduqda heç bir səbəb bildirmədən onunla sözlə mübahisə etməyə başlamış və mübahisə zamanı o Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuş, bu zaman Tacir onun elektrik mişarını xabar etdiyini demişdir və daha sonra onu valideynlərinin qarşısında nalayiq ifadələrlə söyüb təhqir etmişdir, həmin vaxt o Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışsa da Tacir onun sözlərinə əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmiş və bu zaman o hirslənərək iki dəfə yumruqla Tacirin ağız nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt orada olan atası Şahid1 və anası Kamalə Qədirova onları aralamış və onu sakitləşdirməyə çalışmışlar. Sonra isə Şahid1 əmisioğlu Zərərçəkmiş şəxs yaşadıqları evin həyətinə çıxardaraq oradan yola salmışdır. Sonradan 10 aprel 2023-cü il tarixdə o Zərərçəkmiş şəxs onun barəsində Bərdə rayon polis şöbəsinə şikayət etdiyini öyrənmişdir. O Zərərçəkmiş şəxs ağız nahiyəsinə qəsdən vuraraq xəsarət yetirdiyini səmimi etiraf etmiş və tutduğu əməldən peşman olduğunu bildirmişdir. Hazırda zərərməkmiş şəxslə barışdığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun əmisioğludur. Onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. Onların daima münasibəti yaxşı olmuşdur və əvvəllər aralarında hər hansı bir mübahisə və dava-dalaş olmamışdır. Təxminən 1 həftə əvvəl o yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs onun yaşadığı evə getmiş və öz yaşadığı evin həyətində işlədiyini və onda olan elektrik mişarının lazım olduğunu demişdir və buna görədə o özünə məxsus elektrik mişarını Təqsirləndirilən şəxs vermişdir. Sonradan həmin gün o Salyan rayonuna getmiş və 07 aprel 2023-cü il tarixdə yaşadığı evə geri qayıtmışdır. 08 aprel 2023-cü il tarixdə günorta saatlarında o yaşadığı evin həyətyanı sahəsində işləyərkən ona elektrik mişarı lazım olmuşdur və buna görədə o həyətdə olan elektrik mişarını götürmüş, lakin həmin elektrik mişarının işləmədiyini görmüşdür və bu zaman Təqsirləndirilən şəxs ona məxsus elektrik mişarını xarab etdiyini anlamışdır və buna görədə Bərdə şəhəri M.Hüseynzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, həmin vaxt əmisi Əfqan və əmisi arvadı Kamalə qonaq otağında oturmuşlar, o evə daxil olduqda hirsli olduğu üçün Təqsirləndirilən şəxsla mübahisə etməyə başlamış və mübahisə zamanı hansı səbəbdən ona məxsus elektrik mişarını xarab etdiyini soruşmuşdur, həmin vaxt Sabirlə aralarında mübahisə baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla qəsdən onun ağız nahiyəsinə iki dəfə zərbə ilə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt orada olan əmisi Əfqan və bibisi Kamalə onları aralamış və Sabiri sakitləşdirməyə çalışmışlar. Sonra isə əmisi Əfqan onun qolundan tutaraq evin həyətinə çıxarmış və bir neçə dəqiqə onunla söhbət etdikdən sonra onu evlərinə yola salmışdır. O evə getdikdə dişinin sınmış olduğunu görmüş, digər dişlərinin isə zədələnmiş vəziyyətdə olduğunu aşkar etmişdir, buna görədə o həmin gün əmisi oğlu Təqsirləndirilən şəxs onun yaşadığı evə gedərək üzr istəyəcəyini və dişlərimi düzəltdirəcəyini düşünmüş, lakin Sabir və valideynləri onun yaşadığı evə getməmiş və buna görədə o 10 aprel 2023-cü il tarixdə həmin şəxs barəsində şikayət etmək qərarına gəlmişdir. O Təqsirləndirilən şəxsla aralarında baş verən mübahisənin təxminən 2-3 dəqiqə ərzində davam etdiyini və kənar şəxslərin toplaşmadığını bildirmişdir. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs barışdıqları üçün icraata xitam verilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində oğlu Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyniməzmunlu ifadə vermişdir. O həmçinin baş verən mübahisə zamanı kənar şəxslərin toplaşmadığını və mübahisənin 2-3 dəqiqə ərzində davam etdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində oğlu Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyniməzmunlu ifadə vermişdir. O həmçinin baş verən mübahisə zamanı kənar şəxslərin toplaşmadığını və mübahisənin 2-3 dəqiqə ərzində davam etdiyini qeyd etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 10 aprel 2023-cü il tarixli 243 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – üst dodağın sol yarısının qançırı, üst çənədə sol 1-ci dişin laxlaması, s-ci dişin boyun nahiyəsindən sınması, diş diblərinin qansızması -- küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 08 aprel 2023-cü ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Füzuli küçəsi ev 22-də qeydiyyatdadır, lakin hal hazırda Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 43-də yaşayır. Təqsirləndirilən şəxs özünü intizamlı aparmış, qeyri normal hərəkətlərə yol verməmişdir, özünə məxsus təsərrüfatla məşğul olmuş, ictimaiyyətlə və nümayəndəliklə, camaatla və cəmiyyətlə xoş münasibətdə olmuşdur, şəhər sakinləri və qonşuları tərəfindən icra nümayəndəliyinə şikayətlər daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Füzuli küçəsi ev 22-də qeydiyyatda olmasına baxmayaraq hazırda ailə üzvləri ilə birgə Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 43-də yaşayır. Himayəsində 2022-ci il təvəllüdlü oğlu X3 vardır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsidir. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-105/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-105/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver