Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-106/2022 07.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X6 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Kəlbəcər rayonu Şaplar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kəlbəcər rayonu Şaplar kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Məşədiibişli kəndində yaşayır, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxxxx 1985-ci il tarixdə Kəlbəcər rayonu Şaplar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kəlbəcər rayonu Şaplar kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Məşədiibişli kəndində yaşayır, barəsində “polisin nəzari altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə və xx xxxx 1993-cü il tarixdə Kəlbəcər rayonu Milli kəndində doiğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kəlbəcər rayonu Milli kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayır, barəsində “polisin nəzari altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 16 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 məxsus Bərdə rayonu Çələbilər kəndi ərazisində əkin sahəsindən 315 manat dəyərində 350 kq kələmi gizli yolla talayıb Zərərçəkmiş şəxs2 315 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 20 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bərdə rayonu Çələbilər kəndi ərazisində əkin sahəsindən 342 manat dəyərində 380 kq kələmi gizli yolla talayıb Zərərçəkmiş şəxs1 342 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 16 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 məxsus Bərdə rayonu Çələbilər kəndi ərazisində əkin sahəsindən 315 manat dəyərində 350 kq kələmi gizli yolla talayıb Zərərçəkmiş şəxs2 315 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 20 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bərdə rayonu Çələbilər kəndi ərazisində əkin sahəsindən 342 manat dəyərində 380 kq kələmi gizli yolla talayıb Zərərçəkmiş şəxs1 342 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Şaplar kəndində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi Bərdə rayonu Məşədiibişli kəndində yaşayır. Evlidir, iki azyaşlı övladı vardır, əvvəllər məhkumluğum olmayıbdır. “Vaz 21061” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. 16 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Çələbilər kəndində idarə etdiyi avtomaşınla o, və qohumu Təqsirləndirilən şəxs1 ova getmişdir. Ovda heç bir heyvan ovlaya bilməmişdir. Elə həmin günü saat 19 radələrində ovdan geri qayıdarkən avtomaşında Məhəmməd ilə söhbətləşib kələm sahəsindən oğurluq etmək qərarına gəlmişlər. Bərdə rayonu Çələbilər kəndində sonradan adını bildikləri Zərərçəkmiş şəxs2 məxsus kələm əkilmiş sahənin yanında avtomaşını saxlamışdır. Onlar ikisidə avtomaşından düşüb sahədən kələmləri qırıb avtomobilinin yük yerinə və salonunun arxa tərəfinə yığmışlar. Sahədən 1 ədədi 2,5 kq olan, 140 ədəd, ümumi çəkisi 350 kiloqram kələm oğurlamışlar. Bu barədə heç kimə məlumat verməmişlər. 17 yanvar 2021-ci il tarixdə gecə saat 00:15 radələrində idarə etdiyi avtomobil ilə o, və Məhəmməd Gəncə şəhərinə “Dubay” bazarı adlanan yerə getmişlər. Orada apardıqları kələmləri tanımadığı bir nəfər şəxsə 1 kiloqramı 0,83 manata satmışdır. Həmin şəxsə 350 kiloqram kələmi 290 manata satmışdır. Həmin pul ilə yemək yemişlər, avtomobilə yanacaq tökmüşlər, xərcləmişlər. 19 yanvar 2022-ci il tarixdə Göygöl rayonundan yaşadığı ünvana qohumu Təqsirləndirilən şəxs3 qonaq gəlmişdir. 20 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Çələbilər kəndində idarə etdiyi avtomaşınla o, Əbdülhəsən və Məhəmməd ova getmişdir. Ovda heç bir heyvan ovlaya bilməmişlər. Elə həmin günü saat 19 radələrində ovdan geri qayıdarkən avtomaşında Məhəmməd ilə bir-biriləri ilə yenidən kələm oğurlamaq barədə söhbət etmişlər və Əbdülhəsənə bu barədə təklif etmişlər. Əbdülhəsən onlarla razılaşmışdır. Bərdə rayonu Çələbilər kəndində sonradan adını bildikləri Zərərçəkmiş şəxs1 məxsus kələm sahəsinin yanında avtomaşını saxlamışdır. Onlar üçüdə avtomaşından düşüb sahədən kələmləri qırıb avtomobilin yük yerinə və salonunun arxa tərəfinə yığmışlar. Sahədən 1 ədədi 2,5 kq olan, 152 ədəd, ümumi çəkisi 380 kiloqram kələm oğurlamışlar. 21 yanvar 2021-ci il tarixdə gecə saat 00:30 radələrində idarə etdiyi avtomobil ilə o, Əbdülhəsən və Məhəmməd Gəncə şəhərinə “Dubay” bazarı adlanan yerə getmişlər. Orada Əbdülhəsən apardıqları kələmləri tanımadıqları bir nəfərə bir kiloqramı 0,83 manata satmışdır. Həmin şəxsə 380 kiloqram kələmi 315 manata satmışdır. Həmin pul ilə yemək yemişlər, avtomobilə yanacaq tökmüşlər, qalan 240 manatıda 3 yerə bölmüşlər. Adambaşına 80 manat pul götürmüşlər. Əlavə olaraq qeyd edir ki, başqa oğurluq əməlləri etməmişdir, etdiyi oğurluq əməlini səmimi etiraf etmiş və əməlinə görə peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Şaplar kəndində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi Bərdə rayonu Məşədiibişli kəndində yaşayır. Evlidir, üç azyaşlı övladı vardır. Əvvəllər məhkumluğu olmayıbdır. 16 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Çələbilər kəndində qohumu Elşənin idarə etdiyi avtomaşınla o, və Elşən ova getmişdir. Ovda heç bir heyvan ovlaya bilməmişlər. Elə həmin günü saat 19 radələrində ovdan geri qayıdarkən avtomaşında Elşən ilə söhbətləşib kələm sahəsindən oğurluq etmək qərarına gəlmişlər. Bərdə rayonu Çələbilər kəndində sonradan adını bildikləri Zərərçəkmiş şəxs2 məxsus kələm əkilmiş sahənin yanında Elşən avtomaşını saxlamışdır. Onlar ikimisidə avtomaşından düşüb sahədən kələmləri qırıb avtomobilin yük yerinə və salonunun arxa tərəfinə yığmışlar. Sahədən 1 ədədi 2,5 kq olan, 140 ədəd, ümumi çəkisi 350 kiloqram kələm oğurlamışlar. Bu barədə heç kimə məlumat verməmişlər. 17 yanvar 2021-ci il tarixdə gecə saat 00:15 radələrində Elşənin idarə etdiyi avtomobil ilə o, və Elşən Gəncə şəhərinə “Dubay” bazarı adlanan yerə getmişdir. Orada Elşən apardıqları kələmləri tanımadıqları bir nəfərə bir kiloqramı 0,83 manata satmışdır. Həmin şəxsə 350 kiloqram kələmi 290 manata satmışdır. Həmin pul ilə yemək yemişlər, avtomobilə yanacaq tökmüşlər, xərcləmişlər. 19 yanvar 2022-ci il tarixdə Göygöl rayonundan Elşənin yaşadığı ünvana qohumları Təqsirləndirilən şəxs3 qonaq gəlmişdir. 20 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Çələbilər kəndində Elşənin idarə etdiyi avtomaşınla o, Əbdülhəsən və Elşən ova getmişlər. Ovda heç bir heyvan ovlaya bilməmişlər. Elə həmin günü saat 19 radələrində ovdan geri qayıdarkən avtomaşında Elşən ilə bir-biriləri ilə yenidən kələm oğurlamaq barədə söhbət etmişlər və Əbdülhəsənə bu barədə təklif etmişlər. Əbdülhəsən onlarla razılaşmışdır. Bərdə rayonu Çələbilər kəndində sonradan adını bildikləri Zərərçəkmiş şəxs1 məxsus kələm sahəsinin yanında Elşən avtomaşını saxlamışdır. Onlar üçüdə avtomaşından düşüb sahədən kələmləri qırıb avtomobilin yük yerinə və salonunun arxa tərəfinə yığmışlar. Sahədən 1 ədədi 2,5 kq olan, 152 ədəd, ümumi çəkisi 380 kiloqram kələm oğurlamışlar. 21 yanvar 2022-ci il tarixdə gecə saat 00:30 radələrində Elşənin idarə etdiyi avtomobil ilə o, Əbdülhəsən və Elşən Gəncə şəhərinə “Dubay” bazarı adlanan yerə getmişlər. Orada Əbdülhəsən apardıqları kələmləri tanımadıqları bir nəfərə bir kiloqramı 0,83 manata satmışdır. Həmin şəxsə 380 kiloqram kələmi 315 manata satmışdır. Həmin pul ilə yemək yemişlər, avtomobilə yanacaq tökmüşlər, qalan 240 manatıda 3 yerə bölmüşlər. Adambaşına 80 manat pul götürmüşlər. Əlavə olaraq qeyd edir ki, başqa oğurluq əməlləri etməmişdir, etdiyi oğurluq əməlini səmimi etiraf etmiş və əməlinə görə peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Milli kəndində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. 19 yanvar 2022-ci il tarixdə yaşadığı ünvandan Bərdə rayonu Məşədiibişli kəndinə qohumu Elşənin yaşadığı ünvana qonaq gəlmişdir. 20 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Çələbilər kəndində qohumu Elşənin idarə etdiyi avtomaşınla o, və digər qohumları Məhəmməd ova getmişlər. Ovda heç bir heyvan ovlaya bilməmişlər. Elə həmin günü saat 19 radələrində ovdan geri qayıdarkən avtomaşında Elşən ilə Məhəmməd bir-biri ilə kələm sahəsindən oğurluq etmək fikirləri olması barədə söhbət etmişlər. Onlar bu barədə onada təklif etmişlər və o, onların fikiri ilə razılaşmışdır. Bərdə rayonu Çələbilər kəndində sahənin yanında Elşən avtomaşını saxlamışdır. Onlar üçüdə avtomaşından düşüb sahədən kələmləri qırıb Elşənin avtomobilinin yük yerinə və salonunun arxa tərəfinə yığmışlar. Sahədən 1 ədədi 2,5 kq olan, 152 ədəd, ümumi çəkisi 380 kiloqram kələm oğurlamışlar. 21 yanvar 2021-ci il tarixdə gecə saat 00:30 radələrində Elşənin idarə etdiyi avtomobil ilə o, və Məhəmməd Gəncə şəhərinə “Dubay” bazarı adlanan yerə getmişlər. Orada apardıqları kələmləri tanımadığı bir nəfərə 1 kiloqramını 0,83 manata satmışdır. Həmin şəxsə 380 kiloqram kələmi 315 manata satmışdır. Həmin pul ilə yemək yemişlər, avtomobilə yanacaq tökmüşlər, qalan 240 manatıda 3 yerə bölmüşlər. Adambaşına 80 manat pul götürmüşlər. Əlavə olaraq qeyd edir ki, o, sonradan bilmişdir ki, Bərdə rayonu Çələbilər kəndində kələm oğurladıqları əkin sahəsi Zərərçəkmiş şəxs1 məxsusdur. O, başqa oğurluq əməlləri etməmişdir, etdiyi oğurluq əməlini səmimi etiraf etmiş və əməlinə görə peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Çələbilər kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bərdə rayonu Çələbilər kəndində özünə məxsus pay torpağı vardır. Həmin torpaqda mövsümi olaraq əkin işləri ilə məşğul olmuşdur. 2021-ci ilin avqust ayı ərzində Bərdə rayonu Çələbilər kəndində özünə məxsus pay torpağında 1 hektar ərazidə kələm əkmişdir. 20 yanvar 2022-ci il tarixdə saat 16 radələrində özünə məxsus kələm əkdiyi əraziyə gedib oraya baxış keçirmişdir. Həmin vaxtı hər şey qaydasında olmuşdur. 21 yanvar 2022-ci il tarixdə saat 10 radələrində özünə məxsus kələm əkdiyi əraziyə gedib yenidən baxış keçirmişdir. Həmin vaxtı tağlarda olan xeyli miqdarda kələmin kəsilərək oğurlandığını aşkar etmişdir. Əraziyə baxış keçirərkən müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər tağlardan 152 ədəd kələmi oğurlamışdır. Həmin kələmlərdən biri təxminən 2,5 kiloqram olmuşdur. Ümumilikdə 380 kiloqram kələmi oğurlanmışdır. O, normalda kələmin bir kiloqramını 0,90 manata satmışdır. Ona ümumilikdə 342 manat maddi ziyan dəymişdir. Bundan sonra o, ərazisindən kələmləri oğurlayan şəxsləri tapmağa çalışmış, lakin, tapa bilməmişdir. Elə bu səbəblədə 21 yanvar 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda ona vurulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Çələbilər kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bərdə rayonu Çələbilər kəndində özünə məxsus pay torpağı vardır. Həmin torpaqda mövsümi olaraq əkin işləri ilə məşğul olmuşdur. 2021-ci ilin avqust ayı ərzində Bərdə rayonu Çələbilər kəndində özünə məxsus pay torpağında 1 hektar ərazidə kələm əkmişdir. 15 yanvar 2022-ci il tarixdə saat 16 radələrində özünə məxsus kələm əkdiyi əraziyə gedib oraya baxış keçirmişdir. Həmin vaxtı hər şey qaydasında olmuşdur. 19 yanvar 2022-ci il tarixdə saat 17 radələrində özünə məxsus kələm əkdiyi əraziyə gedib yenidən baxış keçirmişdir. Həmin vaxtı tağlarda olan xeyli miqdarda kələmin kəsilərək oğurlandığını aşkar etmişdir. Əraziyə baxış keçirərkən müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər tağlardan 140 ədəd kələmi oğurlamışdır. Həmin kələmlərdən biri təxminən 2,5 kiloqram olmuşdur. Ümumilikdə 350 kiloqram kələmi oğurlanmışdır. O, normalda kələmin bir kiloqramını 0,90 manata satmışdır. Ona ümumilikdə 315 manat maddi ziyan dəymişdir. Bundan sonra o, ərazisindən kələmləri oğurlayan şəxsləri tapmağa çalışmışdır, lakin, tapa bilməmişdir. Elə bu səbəblədə 21 yanvar 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda ona vurulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Məhəmməd Bərdə rayonu Məşədiibişli kəndində yerləşən evdə onlarla birlikdə yaşamış, kənd sakinlərindən heç vaxt Məhəmməd barəsində şikayət və narazılıq eşitməmişdir. Məhəmməd rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq ailələrini dolandırmışdır. Həmçinin, Məhəmməd evlidir, üç azyaşlı övladı vardır. Nə onun, nə də ailə üzvlərinin heç birinin Məhəmmədin törtədiyi cinayət əməllərindən məlumatları olmamışdır. O, və ailə üzvləri bu barədə məlumatı yalnız Məhəmməd 21 yanvar 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə dəvət edilən zaman almışdır. Belə ki, onlara sonradan məlum olmuşdur ki, oğlu Məhəmməd qohumları Əbdülhəsən və Elşən ilə birləşərək Bərdə rayonu Çələbilər kəndində Ceyhun və Qalib adlı şəxslərin əkin sahələrindən kələmləri oğurlamışdır. Polis şöbəsində Məhəmməd etdiyi oğurluq əməllərini etiraf etmişdir. Bundan sonra onların hər şeydən xəbərləri olmuşdur. Ancaq bir daha qeyd edir ki, həmin oğurluq hadisələri barəsində onun əvvəlcədən məlumatı olmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. Elşən Bərdə rayonu Məşədiibişli kəndində yerləşən evdə onlarla birlikdə yaşamış, kənd sakinlərindən heç vaxt Elşən barəsində şikayət və narazılıq eşitməmişdir. Elşən rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq ailələrini dolandırmışdır. Həmçinin, Elşən evlidir, iki azyaşlı övladı vardır. Nə onun, nə də ailə üzvlərinin heç birinin Elşənin törtədiyi cinayət əməllərindən məlumatları olmamışdır. O, və ailə üzvləri bu barədə məlumatı yalnız Elşən 21 yanvar 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə dəvət edilən zaman almışdır. Belə ki, onlara sonradan məlum olmuşdur ki, oğlu Elşən qohumları Əbdülhəsən və Məhəmməd ilə birləşərək Bərdə rayonu Çələbilər kəndində Ceyhun və Qalib adlı şəxslərin əkin sahələrindən kələmləri oğurlamışdır. Polis şöbəsində Elşən etdiyi oğurluq əməllərini etiraf etmişdir. Bundan sonra onların hər şeydən xəbərləri olmuşdur. Ancaq bir daha qeyd edir ki, həmin oğurluq hadisələri barəsində onun əvvəlcədən məlumatı olmayıbdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun qardaşıdır. Əbdülhəsən Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən evdə onlarla birlikdə yaşamış, qəsəbə sakinlərindən heç vaxt Əbdülhəsən barəsində şikayət və narazılıq eşitməmişdir. Əbdülhəsən rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq ailələrini dolandırmışdır. Nə onun, nə də ailə üzvlərinin heç birinin Əbdülhəsənin törtədiyi cinayət əməlindən məlumatları olmamışdır. O, və ailə üzvləri bu barədə məlumatı yalnız Əbdülhəsən 21 yanvar 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə dəvət edilən zaman almışdır. Belə ki, onlara sonradan məlum olmuşdur ki, qardaşı Əbdülhəsən qohumları Elşən və Məhəmməd ilə birləşərək Bərdə rayonu Çələbilər kəndində Qalib adlı şəxsin əkin sahəsindən kələmləri oğurlamışdır. Polis şöbəsində Əbdülhəsən etdiyi oğurluq əməlini etiraf etmişdir. Bundan sonra onların hər şeydən xəbərləri olmuşdur. Ancaq bir daha qeyd edir ki, həmin oğurluq hadisəsi barəsində onun əvvəlcədən məlumatı olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 21 yanvar 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırıqlarına Bərdə rayon polis şöbəsinin 21 yanvar 2022-ci il tarixdə verilmiş cavabından görünür ki, Bərdə rayonu Çələbilər kəndində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus əkin sahələrindən kələmləri oğurlayan şəxslərin Bərdə rayonu Məşədiibişli kəndində yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs3 olmaları müəyyən edilmiş və həmin şəxslər aidiyyəti üzrə Bərdə RPŞ-nə gətirilərək İstintaq bölməsinə təqdim edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 23 yanvar 2022-ci il tarixli barışıq ərizəsindən görünür ki, 16 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Bərdə rayonu Məşədiibişli kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında birləşərək ona məxsus Bərdə rayonu Çələbilər kəndi ərazisində əkin sahəsindən 140 ədəd, 315 manat dəyərində 350 kq kələmi gizli yolla talayıb ona 315 manat məbləğində maddi ziyan vurmuşlar. Hal-hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlar tərəfindən ona dəyən maddi ziyan tam şəkildə ödənilmişdir, onlardan heç bir şikayət, tələbi yoxdur və gələcəkdə də bu xüsusatla bağlı onlardan heç bir şikayəti olmayacaqdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 23 yanvar 2022-ci il tarixli barışıq ərizəsindən görünür ki, 20 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Bərdə rayonu Məşədiibişli kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Göygöl rayonu Murovdağ qəsəbə sakini Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında birləşərək ona məxsus Bərdə rayonu Çələbilər kəndi ərazisində əkin sahəsindən 152 ədəd, 342 manat dəyərində 380 kq kələmi gizli yolla talayıb ona 342 manat məbləğində maddi ziyan vurmuşlar. Hal-hazırda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, onlar tərəfindən ona dəyən maddi ziyan tam şəkildə ödənilmişdir, onlardan heç bir şikayət, tələbi yoxdur və gələcəkdə də bu xüsusatla bağlı onlardan heç bir şikayəti olmayacaqdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2022-ci il tarixli 9/1105 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən kələmlərin 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 657,0 manat müəyyən olunur: - 152 ədəd, 1 ədədi 2,5 kq olan kələm- 1 kq 0,90 manat olmaqla 380 kq 342,0 manat(380 kq x 0,90); -140 ədəd, 1 ədədi 2,5 kq olan kələm- 1 kq 0,90 manat olmaqla 350 kq 315,0 manat(350 kq x 0,90). Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumi çəkisi 350 kq olan 140 ədəd kələmi oğurladıqları yer Bərdə rayonu Çələbilər kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus əkin sahəsidir. Baxış zamanı əhəmiyyət kəsb edən hər hansı əşya, predmet, sənəd və sair aşkar olunmamış və götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ümumi çəkisi 380 kq olan 152 ədəd kələmi oğurladıqları yer Bərdə rayonu Çələbilər kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus əkin sahəsidir. Baxış zamanı əhəmiyyət kəsb edən hər hansı əşya, predmet, sənəd və sair aşkar olunmamış və götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 03 fevral 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 30 mart 2022-ci il tarixdə verilmiş cavabından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bərdə rayonu Çələbilər kəndində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus əkin sahələrindən oğurladıqları kələmləri Gəncə şəhəri “Dubay bazarı” adlanan yerdə satdıqları şəxsləri müəyyən etmək istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş müvafiq şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 27.10.2013-cü il təvəllüdlü X9, 05 avqust 2015-ci il təvəllüdlü X7 adlı 2 azyaşlı övladı vardır. Cinayət işi materiallarına əlavə edilmiş müvafiq şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 27 mart 2010-cu il təvəllüdlü X4, 27 yanvar 2012-ci il təvəllüdlü X8, 06 yanvar 2015-ci il təvəllüdlü X10 adlı 3 azyaşlı övladı vardır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 28 fevral 2022-ci il tarixli 56 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Məşədiibişli kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 28 fevral 2022-ci il tarixli 57 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Məşədiibişli kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Milli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 29 mart 2022-ci il tarixli 45 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 16 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 məxsus Bərdə rayonu Çələbilər kəndi ərazisində əkin sahəsindən 315 manat dəyərində 350 kq kələmi gizli yolla talayıb Zərərçəkmiş şəxs2 315 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 20 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bərdə rayonu Çələbilər kəndi ərazisində əkin sahəsindən 342 manat dəyərində 380 kq kələmi gizli yolla talayıb Zərərçəkmiş şəxs1 342 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 16 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 məxsus Bərdə rayonu Çələbilər kəndi ərazisində əkin sahəsindən 315 manat dəyərində 350 kq kələmi gizli yolla talayıb Zərərçəkmiş şəxs2 315 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 20 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bərdə rayonu Çələbilər kəndi ərazisində əkin sahəsindən 342 manat dəyərində 380 kq kələmi gizli yolla talayıb Zərərçəkmiş şəxs1 342 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllər ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslərin təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışması və maddi ziyanın tamamilə ödənilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışması və maddi ziyanın tamamilə ödənilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışması və maddi ziyanın tamamilə ödənilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdikləri cinayətlərin xarakterlərini, ictimai təhlükəlilik dərəcələrini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran haların olmasını, gənc olmalarını nəzərə alıb onlara cinayət əməllərinin tövsif olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerlərini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onların yaşadıqları yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs3 оğlu 22 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bərdə Rayon Polis Şöbəsində 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs3 üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş 657 (altı yüz əlli yeddi) manat maddi ziyаnın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda gstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bərdə rayonu Məşədiibişli kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzxarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bərdə rayonu Məşədiibişli kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzxarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bərdə rayon Polis Şöbəsində 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Göygöl rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzxarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ümumilikdə 657 (altı yüz əlli yeddi) manat ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-106/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-106/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver