Məhkəmə qərarları › İş №1(021)-106/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-106/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-106/2023 17.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1970-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 7-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun İ siyahısına əsasən 1 (bir) ədəd göy rəngli sellofan paketdə olan digər 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 415 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 04 fevral 2023-cü il tarixdə saat 15:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Nizami küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkcənin sol iç yan hissəsində 1 (bir) ədəd göy rəngli sellofan paketdə olan digər 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 415 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununlа dа, Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-in 234.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda anası X1 ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, uzun illərdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Başqa heç bir narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. O, xx.xx.2023cü il tarixdə saat 11 radələrində balıq tutmaq üçün Kür çayının Bərdə rayon Nazırlı kəndindən keçən hissəsinə getmişdir. Kür çayının ətrafında gəzən vaxt qarşısında yerdə 1 ədəd göy rəngli sellofan paketin olduğunu görmüşdür. O, paketin içərisində müəyyən bir kütlənin olduğunu hiss etdiyi üçün paketi yerdən götürmüş və onun içərisinə baxmışdır. Bu zaman göy rəngli paketin içərisində ağ rəngli şəffat paketdə qurudulmuş marixuananın olduğunu görmüşdür. O, həmin kütləni qoxlamış, ondan qurudulmuş marixuananın iyinin gəldiyini hisss etmişdir. Bundan sonra üzərində olan “Veqas” markalı siqaret paçkasından bir ədəd siqaret götürüb içərisində olan tütünü yerə boşaldıb onun içərisinə tapdığı qurudulmuş marixuananın bir hissəsini doldurub istifadə etmişdir. Bir müddət çay qırağında dayanmışdır. Daha sonra həmin paketin içərisində olan qurudulmuş marixuananı yaşadığı evə gətirmək üçün özü ilə birlikdə götürmüşdür. Saat 15 radələrində yaşadığı küçədə olarkən tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdirlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğumu bildirmiş, üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər və birlikdə Bərdə RPŞ-yə gəlmişdirlər. Şöbədə üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişdirlər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. Şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində saxladığı 1 ədəd göy rəngli sellofanda olan narkotik vasitə olan qurudulmuş marixuananı, 1 ədəd Veqas markalı siqaretini, 1 ədəd alışqanı və 1 ədəd gümüşü üzüyünü təqdim etmişdir. Həmin göy rəngli sellofanda olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisinin 0.430 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş 1 ədəd göy rəndli sellofanda olan qurudulmuş marixuana 1 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Qeyd etmişdir ki, polislər tərəfindən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Polislərə əməlini səmimi etiraf etmiş, əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 04 fevral 2023-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında şübhəli bilinən, xx.xx.1970-ci ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Bərdə şəhəri, Nizami küçəsi, döngə 8 ev 3-də qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 04 fevral 2023-cü il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Nizami küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Hafiz oğlunun və onun iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Misir Misirli tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşmış əynində olan qara rəngli dəri gödəkçənin sol iç yan hissəsindən 1 ədəd göy rəngli polietilen sellofanda olan kütləni və əynində olan qara rəngli idman şalvarının sağ cibindən 1 ədəd “Veqas” makalı siqareti, 1 ədəd yaşıl rəngli alışqanı və 1 ədəd üzəri boz rəngli daşla bəzədilmiş gümüşü rəngli barmaqcığı çıxardaraq masanın üzərinə qoymuş, şəffaf rəngli polietilen kəsiyində olan kütlələrin narkotik vasitə olan “nəşə” olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə onun tərəfindən axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin kütləni haradan alması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bu gün, yəni xx.xx.2023-cü il tarixdə Kür çayının sahilindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd göy rəngli politelen sellofanda olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 430 qram olması müəyyən olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq olunmadığını, həmin göy rəngli polietilen sellofanın özünə məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, təxminən 1 ildən artıqdır ki, istifadəçisi olduğunu qeyd etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd göy rəngli polietilen sellofanın içərisində şəffaf rəngli sellofanda olan kütlə 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri imzalarla təsdiqlənmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuş, lakin kimə satması məlum olmamışdır. Məhkəmə iclasında digər şahidlər üzürlü səbəbdən iştirak etməmişlər. Məhkəmə CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq dövründə dindirilmiş digər şahidlərin ifadələrinin məhkəmə iclasında elan və tədqiq edilməklə məhkəmə baxışının keçirilməsini mümkün hesab etdi. İbtidai istintaq dövründə dindirilmiş Bərdə RPŞ-nin PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Hafiz oğlu və Bərdə RPŞ-nin PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Bilalov X4 Elvin Vüqar oğlu ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsi haqqında 04 fevral 2023cü il tarixli tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 16:00 dəqiqədən saat 16:18 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X3 tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan qara rəngli dəri gödəkçənin sol iç yan hissəsindən 1 ədəd göy rəngli kütləni və əynində olan qara rəngli idman şalvarının sağ cibindən 1 ədəd “ Veqas” markalı siqareti, 1 ədəd yaşıl rəngli alışqanı və 01 ədəd üzəri boz rəngli daşla bəzədilmiş gümüşü rəngli barmaqcığı çıxardaraq masanın üzərinə qoymuş, göy rəngli sellofanın içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Şahid1 tərəfindən axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin kütləni haradan alması soruşulmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin bir müddət əvvəl kür çayı qırağında yabanı halda bitdiyini görmüş, xx.xx.2023-cü il tarixdə isə həmin yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını üzərində gətirdiyi sellofana yığmış yaşadığı evə gətirən zaman yaşadığı Bərdə şəhər Nizami küçəsində yaşadığı evin yaxınlığında tanımadığı iki nəfər şəxsin ona yaxınlaşdığını özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş, polis əməkdaşları olduğunu deyərək ona üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli olduğunu demiş, onu polis şöbəsinə gətirmişdirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd göy rəngli sellofanın içərisində şəffaf rəngli sellofanda olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 430 qram olması müəyyən olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd göy rəngli sellofanın içərisində şəffaf rəngli sellofanda olan kütlə 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri imzalarla təsdiqlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, 01 ədəd “Veqas” markalı siqareti, 01 ədəd yaşıl rəngli alışqanı və 01 ədəd üzəri boz rəngli daşla bəzədilmiş gümüşü rəngli barmaçığı heç bir sübut əhəmiyyəti daşımadığı üçün Misir Misirli tərəfindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış və götürməni özündə əks etdirən videoçəkiliş bir ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd “DVD” diskin içərisindəki videofayla baxış keçirilərkən həmin video görüntüdəki video çəkiliş 04 fevral 2023-cü il tarixdə çəkilmişdir, video çəkiliş 17 dəqiqə, 13 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CABnun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Hafiz oğlu, iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Misir Misirli tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli dəri gödəkçənin sol iç yan hissəsindən 1 ədəd göy rəngli politelen sellefonda olan kütləni və əynində olan qara rəngli idman şalvarının sağ cibindən 1 ədəd “Veqas” makalı siqareti, 1 ədəd yaşıl rəngli alışqanı və 1 ədəd üzəri boz rəngli daşla bəzədimiş gümüşü rəngli barmaqcığı çıxardaraq masanın üzərinə qoymuş, şəffaf rəngli politelin kəsiyində olan kütlələrin narkotik vasitə olan “nəşə” olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Şahid1 tərəfindən axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin kütləni haradan alması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bu gün yəni xx.xx.2023-cü il tarixdə Kür çayının sahili yaxınlığında tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd göy rəngli politelen sellefonda olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 430 qram olması müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq olunmadığını, həmin göy rəngli politelen sellefonın özünə məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, təxminən 1 ildən artıqdır ki, istifadəçisi olduğunu qeyd etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd göy rəngli politelen sellefonın içərisində şəffaf rəngli sellofanda olan kütlə 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri imzalarla təsdiqlənmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. İş materiallarında olan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl Bölməsinin 05 fevral 2023-cü il tаriхli 16/192 nömrəli məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd göy rəngli sellofan paketdə olan digər 1(bir) ədəd şəffaf sellofan paketdə, təmiz çəkisi 415 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın ümumi təmiz çəkisi-415 qram, tədqiqata sərf edildi-0,02 qram qalıq- 414,98 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2023cü il tarixli 216 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1438 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev pros. 8/3 ünvanında yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur, ailəlidir və 2 (iki) qız övladı var. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli ********* saylı cavab məktubundan görünür ki, Bərdə şəhəri, Nizami küçəsi döngə 8 ev 3 ünvanında yaşamış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi, istifadəsində mobil telefonun olması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqısatıqısı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Bundan başqa onun narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş xx.xx.2023-cü il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü il AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş 01 il azadlıqdan məhrun etmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 04 ay 26 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu ödənilmiş və götürülmüşdür. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 08 iyun 2011-ci il tarixli 1(021)- 71/2011 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 29 mart 2011-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata götürülməsi, iş üzrə maddi sübut olan heroin, ampula, şpris və bıçağın məhv edilməsi və ekspertiza xərcinin müştərək qaydada tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1 və 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin qərarın 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun İ siyahısına əsasən 1 (bir) ədəd göy rəngli sellofan paketdə olan digər 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 415 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı verdiyi ifadələrindən, istərsə də şahidlərin ifadələrindən, müstəntiqin əməliyyat tapşırığı ilə bağlı Bərdə RPŞ-dən ünvanlanmış cavab məktubundan, həmçinin təqsirləndirilən şəxs barədə verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir və təqsirləndirilən şəxs məhkəmədə bəzi hallarda narkotik maddələrdən istifadə etdiyini qeyd etmişdir. İbtidai istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə narkotik vasitə olan qurudulmuş marixuananın alıcıları müəyyən edilməmiş və təsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən həmin maddələrin çoxlu sayda çəkilib xırda bağlamalara bükülməsi halı, narkotik vasitələrin hazırlanması və çəkilməsi üçün elektron tərəzi və digər avadanlıqlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun İ siyahısına əsasən 1 (bir) ədəd göy rəngli sellofan paketdə olan digər 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 415 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1438 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev pros, 8/3 ünvanında yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur, ailəlidir və 2 qız övladı vardır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, ailəli və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 04 fevral 2023-cü il tarixli qərardan müəyyən olunur ki, 04 fevral 2023-cü il tarixdə saat 15:40 dəqiqədə Təqsirləndirilən şəxs, Bərdə rayon PŞ-nin təhqiqatçısı, polis leytenantı X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)- 22/2023 saylı qərarından görünür ki, təqdimat və vəsatət təmin edilərək xx xxxx 1970-ci il təvəllüdlü Bərdə şəhəri, Nizami küçəsi, döngə 8 ev 3-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbirinin seçilməsi və həbsetmənin əvvəlinin 04 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hökmün elan olunduğu tarix olan xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 13 (on üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq 414,98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 1(bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 13 (on üç) iş saatına görə 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 13 (on üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 7 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq 414,98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 1 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 13 (on üç) iş saatına görə 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar