Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-107/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx xxxx 1978-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən 08.10.1997-ci ildə Bərdə rayon xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin həmin vaxt qüvvədə olmuş 189-1-ci maddəsinin 2-ci hissəsi ilə 01 il 06 ay islah işləri cəzasına məhkum olunmuş, 14.11.2008-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18. 05.2009cu ildə AR Milli Məclisinin 17.03.2009-cu il tarixli “Amnistiya” qərarının 2.5-ci maddəsinə əsasən azad olunmuş, 15.01.2010-cu il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum edilmiş, 27.08.2011-ci il tarixdə Binəqədi rayon məhkəməsinin 27.08.2011-ci il tarixli qərarına əsasən 02 ay vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu olmayan hazırda Bərdə rayonunun Bala Qəcər kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İİ siyahısına əsasən 1 ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0, 305 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edib əynində olan qara rəngli şalvarının sol yan cibinə qoyaraq saxlamış, 13.02.2021 ci il tarixdə Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri H.Əliyev prospektində“ sarayın dairəsi” deyilən yerdə yerləşən dönərxanada olarkən saxlanılıb, polis şöbəsinə gətirilib, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 1 ədəd gümüşü rəngli kağıza büküb saxladığı təmiz çəkisi 0, 305 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin şalvarının sol yan cibindən polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son vaxtlar da hərdən düşəndə psixotrop maddə olan metamfetamindən özü istifadə edir. 13 fevral 2021- ci il tarixdə təxminən saat 15 radələrində Bərdə şəhərində köhnə bazar deyilən yerdə gəzərkən yerdə bir gümüşü kağıza bükülü onun diqqətini özünə cəlb etmişdir. İlk baxışda onun təzə olması, yəni gümüşü kağızın təzə olmasına və bükülü halında olmasına görə o, tez həmin gümüşü kağızda olan bükülünü götürüb açıb içərisinə baxarkən, onun içərisində olan maddənin metamfetamin olduğunu görmüşdür. Ona görə ki,o, əvvəllər də metamfetamindən istifadə etmiş olduğundan həmin maddəni görən kimi tanımışdır. Dərhal yenə həmin maddəni öz gümüşü rəngli kağızına büküb, ətrafa baxıb görmüşdür ki, kimsə ona diqqət etmirki.Ona görə də onu əynində olan qara rəngli cins şalvarımın sol yan cibinə qoymuşdur ki, münasib bir yer tapanda, ürəyi istəyəndə istifadə etsin. 13 fevral 2021-ci il tarixdə təxminən saat 18-30 radələrində Bərdə şəhərində H.Əliyev prospektində “sarayın dairəsi” adlanan yerdə dönər mağazasında olarkən bir də görmüşdür ki, Bərdə rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və bildirmişlər ki, üzərində narkotik vasitə, psixotrop maddə saxlamaqda şübhəlidir. Ona görə də onlarla birlikdə polis şöbəsinə getməlidir ki, üzərində şəxsi axtarış aparsınlar ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını aşkar etsinlər. Ona polislər demişlər ki, polis şöbəsində üzərində axtarış keçirilənə qədər əllərini ciblərinə daxil etməsin. O da etiraz etməmiş bildirmişdir ki, polisin qanuni tələbi ilə polis şöbəsinə gedəcəkdir. Elə onlarla da polis şöbəsinə gəlmişdir .Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı Əziz müəllim tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi Müdafiəçi1 təqdim edilmiş və tanıdılmışdır. Müdafiəçinin iştirakı ilə onun şübhəli şəxs kimi malik olduğu hüquq və vəzifələri ona Əziz adlı polis işçisi tərəfindən izah olunmuşdur.Bundan sonra onun nəzərinə çatdırılmışdır ki, onun üzərində şəxsi axtarış videoçəkilişlə aparılacaqdır. O da etiraz etməmiş, demişdir ki, aparılsın. Artıq başa düşmüşdür ki, polisin onun üzərində metamfetamin olmasından məlumatı var. Həmin vaxt polislər bildirmişlər ki, üzərində hər hansı bir qeyri- qanuni saxladığı əşya, narkotik vasitə varsa çıxarıb könüllü sürətdə təqdim etsin. O da əynində olan qara rəngli cins şalvarımın sol yan cibində saxladığı həmin 1 ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə olan metamfetamini çıxarıb otaqda olan stolun üzərinə qoymuşdur. Eymi zamanda bildirmişdir ki, elə üzəridə olan əşya budur. Bundan sonra polis işçisi ona inanmayıb üzərini axtarsa da üzərində başqa heç nə olmadığından aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı Əziz müəllim onun üzərindən aşkar olunmuş həmin metamfetamini camahatın sözü ilə desə şüşəni , elektron tərəzidə çəkmiş, çəkisi 0, 44 qram gəlmişdir. Sonra həmin maddə təhqiqatçı tərəfindən zərfə qoyulmuş, zərfin ağzı bağlanıb möhürlənmişdir. Zərfin üzərinə o, müdafiəçi və polis işçiləri imza etmişlər. Təhqiqatçı Əziz müəllim həmin maddənin ekspertizaya göndəriləcəyini və bununla hansı növ maddə olmasını və dəqiq çəkisinin müəyyən ediləcəyini və rəy alınacağını bildirmişdir. Ondan polislər həmin metamfetamini nə məqsədlə üzərində saxladığını soruşmuşlar. O da demişdir ki, saxlayır ki, gələcəkdə istifadə etsin., başqa məqsədlə saxlamamış, yəni kiməsə satmaq və ya pay vermək fikiri olmamışdır. Sonra isə polis Əziz müəllim protokol tərtib etmiş, protokolu ucadan onlara iştirakçılara oxunmuşdur. Protokolda hər şey olduğu kimi düzgün yazıldığından protokolda qeyd olunanların doğruluğunu imzaları ilə o, müdafiəçi və polis işçiləri təsdiq etmişlər. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsində İTB- də sahə polis nəfəri olaraq işləyir, polis serjantıdır.Bərdə .rayonunun Bala Qəcər kənd sakini Təqsirləndirilən şəxs oğlunu narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatları daxil olduğundan, onun həmin əməllərlə məşğul olması barədə onlarda polis əməkdaşlarında məlumatlar olmuşdur. Odur ki, aldıqları əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edən bir şəxs kimi tanımışdır.Təqsirləndirilən şəxslə onun heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Ona görə də onun ifşa olunmasından ötrü 13.02.2021-ci il tarixdə Bərdə RPŞ-nin CAB- nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 oğlu pols şöbəsnin rəisinə raportla müraciət edərək, Təqsirləndirilən şəxs ətrafında əməliyyat- axtarış tədbirləri keçirilməsinə razılıq almışdır. Bundan sonra Ağamir müəllim “Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə” qərar yazmış və həmin qərar rəis Muradəli Babayev tərəfindən təsdiq olunduqdan sonra tərəflərindən Təqsirləndirilən şəxs oğlunun izlənməsindən ötrü icra tədbirləri görülməyə başlanılmışdır ki, onu bu əməlinə görə” iş başında “ tutub, yəni ifşa edə bilsinlər. Belə ki, 13.02.2021-ci il tarixdə təxminən saat 18- 30 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən dönərxanada Təqsirləndirilən şəxs oğlunun olması barədə məlumat aldıqlarından dərhal o və Şahid2 özlərini həmin yerə yetirmişlər.Həmin yerdə Təqsirləndirilən şəxs olduğunu və özünü şübhəli tərzdə apardığını görüb o və Şahid2, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib və ona bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla Bərdə rayon polis şöbəsinə üzərində şəxsi axtarış aprılmasından ötrü getməlidir.Təqsirləndirilən şəxs oğlu da onların bu tələbinə qarşı heç bir etirazı olmadan onlarla Bərdə rayon polis şöbəsinə gəlmişdir.Polis şöbəsinə gələrkən həmin şəxsdən onların tələbi o olmuşdur ki, onun üzərində şəxsi axtarış aparılana qədər əlini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin. Babayev Gündüz Fəxrəddin oğlu da onların həmin tələblərinə qarşı heç bir etiraz etmədən əməl etmişdir.Bundan sonra onlarla Bərdə rayon polis şöbəsinə gəlmiş Babayev Gündüz Fəxrəddin oğlunun üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Bbayevə polis baş leytenantı Şahid2 raportla müraciət etmişdir. Həmin raport əsasında araşdırmanın aparılması Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X10 oğluna həvalə olunmuşdur. Odur ki, təhqiqatçı Əziz Əzizov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tuutulmuş və ona şübhəli şəxs kimi malik olduğu Azərbaycan Respublikası CPM- nin 90- cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya və digər hər hansı bir maddə şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Bərdə RPŞ- nin ekspert kriminalisti X9 oğlu tərəfindən“ Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişi aparılacağı Təqsirləndirilən şəxs oğlunun nəzərinə təhqiqatçı Əziz Əzizov tərəfindən çatdırılmışdır. Həmçinin ondan təhqiqatçı soruşmuşdur ki, əgər şəxsi axtarışın aparılmasında videoçəkilişdən istifadə ediləcəyinə qarşı hər hansı bir nazarazılığı vardırsa onda hal şahidlərinin bilavasitə iştirakı ilə onun üzərində şəxsi axtarış icra olunub başa çatsın. Lakin, Babayev Gündüz Fəxrəddin oğlu onun üzərində şəxsi axtarış aparılarkən videoçəkilişlə aparıldığından hal şahidlərinin də iştirakına heç bir lüzum olmadığını bildirmişdir. Ona görə də Babayev Gündüz Fəxrəddin oğlunun üzərində şəxsi axtarış aparılmasında şübhəli şəxsin müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi1 o və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 oğlu və həmin şəxsi axtarışın aparılmasının videoçəkilişini aparan ekspert kriminalist Əhmədov Sənan Əli oğlu iştirak etmişlər. Babayev Gündüz Fəxrəddin oğlunun üzərində şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı X6 tərəfindən şübhəli şəxs - Babayev Gündüz Fəxrəddin oğluna təklif olunmuşdur ki, onun üzərində qeyriqanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin. Onsuz da üzərində hər hansı bir qeyri- qanuni əsasda saxlamış olduğu əşya olarsa şəxsi axtarış aparılmaqla onün üzərindən aşkar olunub götürüləcəyi bildirilmişdir. Babayev Gündüz Fəxrəddin oğlu əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 bir ədəd gümüşü rəngli kağız bükülüdə olan kütləni çıxarıb Bərdə RPŞnin növbətçi hissəsində stolun üzərinə qoymuşdur. Həmin kütlənin el dilində “şüşə” adlandırılan lakin metamfetamin olduğunu onlar şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırmışdır.İlk baxışda görünən həmin kütləyə onlar baxarkən kütlənin ağ rəngli xırda- xırda kristal halda olduğunu görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Buna baxmayaraq onun üzərində şəxsi axtarışı onlar polis işçiləri davam etdirsələr də onun üzərindən hər hansı bir narkotik və başqa hər hansı bir əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun üzərindən aşkar olunmuş kütlə elə elektron tərəzində çəkilmiş, çəkisi 0, 44 qram olduğu müəyyən olunmuşdur.Daha sonra həmin kütlə elə aşkar olunduğu vəziyyətdə olan gümüşü kağızına təhqiqatçı Əziz Əzizov tərəfindən bükülmüşdür. Həmin kağız bükülü zərfə qoyulmuş, zərfin üzərinə təhqiqarçı Əziz Əzizov tərəfindən Azərbaycan Respublikası DİN- nin 94 saylı arayışlar üçün möhürü vurulmuşdur.Həmin zərfin üzərinə təhqiqatçı Əziz Əzizov tərəfindən “ Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş kütlə “ sözləri yazılmış və təhqiqatçı tərəfindən şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin kütlə dəqiq çəkisinin müəyyən edilməsi, hansı növ maddə olmasının müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatına göndəriləcək və rəy alınaraq rəy bu barədə olan materiala əlavə olunub Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət veriləcəkdir. Həmin zərfin üzərinə təhqiqatçı Əziz Əzizov tərəfindən şəxsi axtarışda iştirak etmiş şəxslərin adı soyadı yazılmaqla hərə öz adının qarşı hissəsindən öz imzasını edərək, həmin halı təsdiq etmişlər.Bir sözlə həmin zərfin üzərinə Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi Müdafiəçi1 oğlu və onlar polis işçiləri imza etmişlər. Bundan sonra həmin yerə tərtib edib qablaşdırdı, təhqiqatçı X6, imzası və 13.02.2020 ci il tarix sözləri yazılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində axtarış və götürmə Bərdə RPŞ- nin növbətçi hissəsində yuxarda adları qeyd olunan şəxslərin iştirakı ilə icra olunub başa çatmışdır. Şəxsi axtarış aparılarkən iştirakçılar tərəfindən, axtarışın aparılma qaydasına dair o, cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən və onun müdafiəçisi Müdafiəçi1 oğlu tərəfindən hər hansı bir şikayət, təklif və qeyd daxil olmadan şəxsi axtarış icra olunub başa çatmışdır. Həmin vaxt təhqiqatçı Əziz Əzizov tərəfindən protokol tərtib olunaraq protokol ucadan şəxsi axtarış iştirakçılarına oxunmuşdur. Protokolda yazılanlar doğru və düzgün yazılmış olduğundan tərəflərindən imzaları ilə təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı Bərdə RPŞ- nin ekspert kriminalisti polis leytenantı X4 tərəfindən həmin axtarışın gedişatını özündə əks etdirən videoçəkilişi “ Sony” markalı videokamera vasitəsi ilə çəkilişi aparılaraq, həmin görüntülər dskə köçürülməklə, təqdim edildiyindən bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu həmin kütlənin metamfetamin olmuş olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onlar polis əməkdaşları Təqsirləndirilən şəxs metamfetaminə bənzər kütləni haradan almış olduğunu soruşarkən o, həmin kütləni elə 13 fevral 2021- ci il tarixdə təxminən saat 15 radələrində Bərdə şəhəri “Köhnə bazar”ın ərazisindən yoldan olaraq tapmış olduğunu və özünün istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsində CAB- də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Bərdə .rayonunun Bala Qəcər kənd sakini Təqsirləndirilən şəxs oğlunu narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatları daxil olduğundan onun həmin əməllərlə məşğul olması barədə onlarda polis əməkdaşlarında məlumatlar olmuşdur. Odur ki, aldıqları əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edən bir şəxs kimi tanımışdır.Təqsirləndirilən şəxslə onun heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Sadəcə olaraq narkotik vasitələrin cəmiyyətdə böyük bir sarsıdıcı qüvvəyə malik olması və bir qrup şəxslərin həmin vasitələrin aludəçisi olması halları həm narkotik vasitələrin və həm də psixotrop maddələrin belə qanunsuz geniş yayılmasının qarşısını almağı onların polis işçilərinin qarşısına bir vəzifə olaraq qoymuşdur. Həm də bu elə onların polis işçilərinin cinayətkarlığa qarşı mübarizədə ən başlıca vəzifələridən biridir. Ona görə də Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü 13.02.2021- ci il tarixdə o, yəni Bərdə RPŞ- nin CAB- nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 oğlu pols şöbəsnin rəisi Muradəli Babayevə raportla müraciət edib, Təqsirləndirilən şəxs ətrafında əməliyyat- axtarış tədbirləri keçirilməsinə razılıq almışdır. Bundan sonra o,“ Əməliyyat- axtarış tədbirinin həyata keçirilməsi barədə” qərar yazmış və həmin qərar rəis Muradəli Babayev tərəfindən təsdiq olunduqdan sonra tərəflərindən Təqsirləndirilən şəxs oğlunun izlənməsindən ötrü icra tədbirləri görülməyə başlanılmışdır ki, onu bu əməlinə görə” elə cinayət başında “ tutub ifşa etsinlər 13.02.2021-ci il tarixdə təxminən saat 18-30 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən dönərxanada Təqsirləndirilən şəxs oğlunun olması barədə onlara məlumat daxil olduğundan, dərhal o və polis nəfəri polis serjantı Şahid1 özlərini həmin yerə yetirmişlər və bu vaxt Təqsirləndirilən şəxs özünü şübhəli tərzdə apardığını görüb o və Şahid1 yaxınlaşıb özlərini təqdim etmişlər və ona bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla Bərdə rayon polis şöbəsinə üzərində şəxsi axtarış aprılmasından ötrü getməlidir. Təqsirləndirilən şəxs oğlu da onların bu tələbinə qarşı heç bir etirazı olmadan onlarla Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən həmin şəxsdən onların tələbi o olmuşdur ki, onun üzərində şəxsi axtarış aparılana qədər əlini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin. Babayev Gündüz Fəxrəddin oğlu da onların bu tələbinə qarşı heç bir etiraz etmədən əməl etmişdir.Bundan sonra onlarla Bərdə rayon polis şöbəsinə gəlmiş Babayev Gündüz Fəxrəddin oğlunun üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Bbayevə o, raportla müraciət etmişdir. Həmin raport əsasında araşdırmanın aparılması Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X10 oğluna həvalə olunmuşdur. Odur ki, təhqiqatçı Əziz Əzizov tərəfindən Babayev Gündüz Fəxrəddin oğlu Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi malik olduğu Azərbaycan Respublikası CPM- nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah etmişdir.Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya və digər hər hansı bir maddə şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Bərdə RPŞ- nin ekspert kriminalisti X9 oğlu tərəfindən“ Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişi aparılacağı Təqsirləndirilən şəxs nəzərinə təhqiqatçı Əziz Əzizov tərəfindən çatdırılmışdır. Həmçinin ondan təhqiqatçı soruşmuşdur ki, əgər şəxsi axtarışın aparılmasında videoçəkilişdən istifadə ediləcəyinə qarşı hər hansı bir nazarazılığı vardırsa onda hal şahidlərinin bilavasitə iştirakı ilə onun üzərində şəxsi axtarış icra olunub başa çatsın.Lakin, Babayev Gündüz Fəxrəddin oğlu onun üzərində şəxsi axtarış aparılarkən videoçəkilişlə aparıldığından hal şahidlərinin də iştirakına heç bir lüzum olmadığını bildirmişdir..Odur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında şübhəli şəxsin müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi1 o və Bərdə RPŞ-nin İTB- nin sahə polis nəfəri, polis serjantı Şahid1 Zakir oğlu və həmin şəxsi axtarışın aparılmasının videoçəkilişini aparan ekspert kriminalist Əhmədov Sənan Əli oğlu iştirak etmişlər. Babayev Gündüz Fəxrəddin oğlunun üzərində şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı X6 tərəfindən şübhəli şəxs - Babayev Gündüz Fəxrəddin oğluna təklif olunmuşdur ki, onun üzərində qeyri- qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin. Onsuz da təqdim etməyəcəyi təqdirdə üzərində hər hansı bir qeyri- qanuni əsasda saxlamış olduğu əşya olarsa şəxsi axtarış aparılmaqla onün üzərindən aşkar olunub götürüləcəkdir. Babayev Gündüz Fəxrəddin oğlu əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 bir ədəd gümüşü rəngli kağız bükülüdə olan kütləni çıxarıb Bərdə RPŞ-nin növbətçi hissəsində stolun üzərinə qoymuşdur. Həmin kütlənin el dilində şüşə adlandırılan lakin metamfetamin olduğunu onlar şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırmışdır. Həmin maddənin ilk baxışda ağ rəngli kristal şəkildə olduğunu görmüşlər.Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Buna baxmayaraq onun üzərində şəxsi axtarışı onlar polis işçiləri davam etdirsələr də onun üzərindən hər hansı bir narkotik və başqa hər hansı bir əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun üzərindən aşkar olunmuş kütlə elə elektron tərəzində çəkilmiş , çəkisi 0, 44 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin kütlə elə aşkar olunduğu vəziyyətdə olan gümüşü rəngli kağızına təhqiqatçı Əziz Əzizov tərəfindən büküllərək həmin bükülü zərfə qoyulmuşdur. Zərfin üzərinə təhqiqarçı Əziz Əzizov tərəfindən AzərbaycanRespublikası DİN- nin 94 saylı arayışlar üçün möhürü vurulmuşdur. Həmin zərfin üzərinə təhqiqatçı Əziz Əzizov tərəfindən “ Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş kütlə “ sözləri yazılmış və təhqiqatçı tərəfindən şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin kütlə dəqiq çəkisinin müəyyən edilməsi, hansı növ maddə olmasının müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatına göndəriləcək və rəy alınaraq rəy bu barədə olan materiala əlavə olunub Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət veriləcəkdir. Həmin zərfin üzərinə təhqiqatçı Əziz Əzizov tərəfindən şəxsi axtarışda iştirak etmiş şəxslərin adı soyadı yazılmaqla hərə öz adının qarşı hissəsindən öz imzasını edərək, həmin halı təsdiq etmişlər.Bir sözlə həmin zərfin üzərinə Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi Müdafiəçi1 oğlu və onlar polis işçiləri imza etmişlər Bundan sonra həmin yerə tərtib edib qablaşdırdı, təhqiqatçı X6, imzası və 13.02.2020 ci il tarix sözləri yazılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində axtarış və götürmə Bərdə RPŞ- nin növbətçi hissəsində yuxarda adları qeyd olunan şəxslərin iştirakı ilə icra olunub başa çatmışdır. Şəxsi axtarış aparılarkən iştirakçılar tərəfindən, axtarışın aparılma qaydasına dair hər hansı bir şikayət, təklif və qeyd daxil olmadan şəxsi axtarış icra olunub başa çatmışdır. Həmin vaxt təhqiqatçı Əziz Əzizov tərəfindən protokol tərtib olunaraq protokol ucadan şəxsi axtarış iştirakçılarına oxunmuşdur. Protokolda yazılanlar doğru və düzgün yazılmış olduğundan tərəflərindən imzaları ilə təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı Bərdə RPŞ- nin ekspert kriminalisti polis leytenantı X4 tərəfindən həmin axtarışın gedişatını özündə əks etdirən videoçəkilişi “ Sony” markalı videokamera vasitəsi ilə çəkilişi aparılaraq, həmin görüntülər dskə köçürülməklə, təqdim edildiyindən disk bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu həmin kütlənin metamfetamin olmuş olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onlar polis əməkdaşları Təqsirləndirilən şəxs metamfetamini haradan almış olduğunu soruşarkən o, həmin kütləni elə 13 fevral 2021- ci il tarixdə təxminən saat 15 radələrində Bərdə şəhəri Köhnə bazarının ərazisindən yoldan olaraq bir gümüşü rəngli kağızda olaraq tapmış olduğunu və özünün istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsindən alınmış 14 fevral 2021-ci il tarixli 16\ 137 nömrəli rəydə göstərilir ki, tədqiqata təqdim edilmiş , üzərində “ Bərdə RPŞ- nin TB- nin təhqiqatçısı polis kapitanı X6” sözləri və imzalar olan kağız paketdəki 1 ( bir) ədəd “ gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0, 305 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövrəyyəsi qadağan edilən psixotrop maddələr”in 1- ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə-kimyəvi ekspertizasının həmin rəyindən göründüyü kimi kimi Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0, 305 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindən tədqiqat prosesində tədqiqata 0, 02 qram sərf olunduğundan qalıq olaraq 0, 285 qram çəkidə psixotrop maddə olan metamfetamin qaldığından həmin qalıq qalmış metamfetamin maddi subut kimi tanınmış və Bərdə rayon polis şöbəsində maddi sübutların saxlanc anbarında saxlanması təmin olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserindən alınmış 10 mart 2021-ci il tarixli 257 saylı rəydə göstərilir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji kabinetdə kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Bərdə rayon polis şöbəsindən icraatıma daxil olmuş 01.05.021-ci il tarixli 2899 nömrəli əməliyyat tapşırığına cavab məktubunda göstərilir ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs həmin kustar üsulla hazırlanmış psixotrop maddə olan 0, 305 qram çəkidə metamfetamini haradan əldə etməsini və nə məqsədlə üzərində saxlamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də onun həmin psixotrop maddə olan metamfetamini haradan və hansı məqsədlə əldə etməsi və ya kimdənsə alması istiqamətində tərəfimizdən müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.Belə ki, əməliyyat yolu ilə vət. Təqsirləndirilən şəxs oğlunun hansı şəxslərlə əlaqələri olması və həmin şəxslərdən narkotikə meyilli olan şəxslərin dairəsinin müəyyən olunması istiqamətində də tərəfimizdən müvafiq əməliyyat tədbirləri də davam etdirilir. Əməliyyat- axtarış tədbirləri zamanı istintaq marağı kəsb edən hər hansı bir məlumat əldə edilərsə bu barədə əlavə olaraq istintaqa məlumat veriləcəkdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs 08.10.1997-ci ildə Bərdə rayon xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 189-1-ci maddəsinin 2-ci hissəsi ilə 01 il 06 ay islah işləri cəzasına məhkum olunmuş, 14.11.2008-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1- ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18.05.2009-cu ildə AR Milli Məclisinin 17.03.2009- cu il tarixli “ Amnistiya” qərarının 2.5- ci maddəsinə əsasən azad olunmuş, 15.01.2010- cu il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1- ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum edilmiş , 27.08.2011- ci il tarixdə Binəqədi rayon məhkəməsinin 27.08.2011-ci il tarixli qərarına əsasən 02 ay vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İİ siyahısına əsasən 1 ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0, 305 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edib əynində olan qara rəngli şalvarının sol yan cibinə qoyaraq saxlamış, 13.02.2021 ci il tarixdə Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri H.Əliyev prospektində“ sarayın dairəsi” deyilən yerdə yerləşən dönərxanada olarkən saxlanılıb, polis şöbəsinə gətirilib, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 1 ədəd gümüşü rəngli kağıza büküb saxladığı təmiz çəkisi 0, 305 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin şalvarının sol yan cibindən polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında daha yüncül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasının yüncülləşdiriən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13.02.2021-ci il tarixdən 15.02.2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “pоlisin nəzаrəti аltınа vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd poçt zərfində qablaşdırılmış 0,285 qram çəkidə psixotrop maddə olan metamfetamin - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - 01 ədəd “DVD” disk - cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 30.40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13.02.2021-ci il tarixdən 15.02.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu, Bala Qəcər kəndindəki yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “pоlisin nəzаrəti аltınа vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd poçt zərfində qablaşdırılmış 0,285 qram çəkidə psixotrop maddə olan metamfetamin - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 01 ədəd “DVD” disk - cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 30.40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-107/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-107/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver