Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-107/2023 27.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Laçın rayonu Nağdalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Qazıqurdalı kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, yəni ümumi təmiz çəkisi 110,27 qram, ümumi təmiz çəkisi 31,78 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək kirayədə yaşadığı Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 32 nömrəli evin yataq otağında, paltar dolabının içində saxlamış, 13 fevral 2023-cü il tarixdə, saat 13:25 radələrində Bərdə rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd edilən evin yataq otağında yerləşən paltar dolabında satış məqsədilə saxladığı 34 (otuz dörd) ədəd tam və 1 (bir) ədəd yarımçıq, ümumi sayı 35 (otuz beş) ədəd olan kibrit qutularında (otuz iki ədədinin hər birinin üzəri sellofan kəsikləri ilə örtülmüş) ayrı-ayrılıqda təmiz 2,77 qram, 2,95 qram, 2,93 qram, 3,71 qram, 3,23 qram, 3,23 qram, 3,12 qram, 3,01 qram, 2,98 qram, 3,40 qram, 2,85 qram, 2,94 qram, 3,28 qram, 3,77 qram, 3,18 qram, 3,64 qram, 3,47 qram, 3,44 qram, 2,90 qram, 2,95 qram, 3,29 qram, 3,19 qram, 3,09 qram, 2,76 qram, 3,29 qram, 2,90 qram, 3,17 qram, 3,34 qram, 3,27 qram, 3,28 qram, 3,31 qram, 3,18 qram, 3,49 qram, 3,16 qram, 1,80 qram, ümumi təmiz çəkiləri 110,27 qram olan bitki mənşəli kütlələr və 2 (iki) ədəd sellofan kəsiklərində ayri-ayrılıqda təmiz çəkiləri 8,15 qram, 23,63 qram, ümumi təmiz çəkiləri isə 31,78 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanında kirayədə yaşayır, evlidir, iki azyaşlı övladı var, heç bir yerdə işləmir, bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, başqa heç bir narkotik vasitədən istifadə etməmiş, narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamış, narkotik vasitəyə olan tələbatını ödəmək üçün, 2022-ci ilin yay aylarında narkotik vasitə əkmək qərarına gəlmiş, həmin vaxtlar istifadə etdiyi marixuananın tumlarını yığaraq Bərdə rayon Qaradəmirçi kənd qəbirsanlığında kolluq ərazidə həmin tumları əkərək vaxtaşırı olaraq əkdiyi 1 ədəd çətənə koluna qulluq etmişdir. 2022-ci ilin sentyabr ayı ərzində əkdiyi 1 ədəd çətənə kolunu kəsərək, oradaca yarpaq hissələrini özü ilə apardığı torbaya yığaraq hazırda kirayədə yaşadığı evə gətirmişdir. Həmin marixuananı yaşadığı evdə gizlədərək, qurutmuş, kibrit qutularına yığaraq öz istifadəsi üçün saxlamışdır. Həmin narkotik vasitənin üzərindən istifadə etmiş, lakin, qalanını yaşadığı evdə saxlamışdır. 13 fevral 2023-cü il tarixdə saat 13:25 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib, ona narkotik vasitə saxlamağı barədə məlumatlarının olduqlarını dediklərini, o, polis əməkdaşlarına hər hansı bir etiraz etmədiyini, səmimi olaraq yaşadığı evdə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı saxlamağını dediyini, bunun ardınca ona yaşadığı evə baxış keçiriləcəyini, o, buna etiraz etmədiyini, bununla əlaqədar olaraq onun yaşadığı evə baxış keçirdiyini, baxış zamanı evdə saxladığı ona məxsus 35 ədəd kibrit qutusunda qablaşdırılmış narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələri, 2 ədəd politren torbada qablaşdırılmış narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələri və 01 ədəd şəffaf rəngli şüşə bankada saxladığı çətənə bitkisinin tumlarını polis əməkdaşlarına könüllü olaraq təqdim etdiyini, həmin vaxtı polis əməkdaşları onun kirayədə yaşadığı evdə həmin marixuanaları qablaşdıraraq götürdüklərini, bundan sonra ardınca polis əməkdaşları onu polis şöbəsinə gətirdiklərini, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirildiyini, lakin, üzərindən hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilmədiyini, üzərində olan özünə məxsus bir ədəd Samsunq markalı mobil telefon polis əməkdaşları tərəfindən qablaşdırılaraq istintaq zərurəti ilə əlaqədar olaraq götrüldüyünü, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan marixunadan heç kimə satmadığını, özü istifadə etdiyi üçün kibrit qutularında yığıb saxladığını, narkotik vasitə olan marixuananın onda olmasından heç kimin xəbəri olmadığını, həmin nrakotik vasitə olan marixuananı Bərdə rayon Qaradəmirçi kəndində yerləşən kənd qəbirsanlığında əkdiyi 1 ədəd çətənə kolundan yığaraq saxladığını bildirmişdir. Ona görə də məhkəmədən əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid1 göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Mahiyyəti üzrə bildirir ki, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri yaşadığı evdə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də, 13 fevral 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək, həmin qərar Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq yaşadığı ünvan 3 ünvanında yerləşən evinə onun, polis leytenantı Şahid2 və X4 iştirakları ilə video çəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində yataq otağında paltar dolabının içərisində 35 ədəd kibrit qutusunda, sellofan torbalarda narkotik vasitələr olan qurudulmuş marixuana və şüşə balonda çətənə toxumları aşkar edildi. Kibrit qutularında, sellofanda və şüşə balonda olan narkotik vastənin toxumlarına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, buna görə də həmin bükülülərdə narkotik vasitə saxladığını və istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bükülülər elektron tərəzidə çəkilərək kağız zərfdə qablaşdırılmış və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edildiyini di. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış şahid X5 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Mahiyyəti üzrə bildirir ki, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri yaşadığı evdə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də, 13 fevral 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılara yaşadığı ünvan 3 ünvanında yerləşən evinə onun, polis leytenantı Şahid1 və X4 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində yataq otağında paltar dolabının içərisində 35 ədəd kibrit qutusunda, sellofan torbalarda narkotik vasitələr olan qurudulmuş marixuana və şüşə balonda çətənə toxumları aşkar edilmişdir. Kibrit qutularında, sellofanda və şüşə balonda olan narkotik vastələrə baxış keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, buna görə də həmin bükülülərdə narkotik vasitə saxladığını və istifadə etdiyini demişdir. Bundan sonra aşkar edilmiş bükülülər elektron tərəzidə çəkilərək kağız zərfdə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə rayon Polis Şöbəsinin PPXB-nın polis nəfəri polis kiçik serjantı Şahid3, Müdafiəçi1 iştirakları ilə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd Samsung Galaxy markalı mobil telefon aşkar edilərək təhqiqatçı tərəfindən qablaşdırıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid3 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Mahiyyəti üzrə bildirir ki, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri yaşadığı evdə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də, 13 fevral 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılara yaşadığı ünvan 3 ünvanında yerləşən evinə onun, polis leytenantı Şahid1 və X4 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində yataq otağında paltar dolabının içərisində 35 ədəd kibrit qutusunda, sellofan torbalarda narkotik vasitələr olan qurudulmuş marixuana və şüşə balonda çətənə toxumları aşkar edilmişdir. Kibrit qutularında, sellofanda və şüşə balonda olan narkotik vastələrə baxış keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, buna görə də həmin bükülülərdə narkotik vasitə saxladığını və istifadə etdiyini demişdir. Bundan sonra aşkar edilmiş bükülülər elektron tərəzidə çəkilərək kağız zərfdə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisi Müdafiəçi1 və PPXB-nün polis nəfəri X4 iştirakları ilə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd Samsung Galaxy markalı mobil telefon aşkar edilərək təhqiqatçı tərəfindən qablaşdırıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzində aparıcı aqranom işlədiyini, 16 mart 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onu Bərdə rayonu Qaradəmirçi kənd qəbirsanlığın ərazisinə keçirələcək baxışa dəvət etdiklərini, bundan sonra o, polis əməkdaşları ilə birgə Bərdə rayonu Qaradəmirçi kənd qəbirsanlığına getdiyini, həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs, Müdafiəçi1 və polis əməkdaşları ilə birlikdə Bərdə rayonu Qaradəmirçi kənd qəbirsanlığında Təqsirləndirilən şəxs göstərdiyi yerə baxış keçirildiyini, tərəfindən keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi yerdə çətənə bitkisinin əkilməsinə və yaxud çətənə bitkisinin kök hissəsinə rast gəlinmədiyini, Təqsirləndirilən şəxs göstərdiyi yerdə çətənə bitkisinin əkilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, 2021-ci ildə ailə həyatı qurmuşlar və iki övladları vardır. O, əri Məqsədin narkotik vasitələrin istifadə etməsindən xəbəri olmadığını, 13 fevral 2023-cü il tarixdə yaşadığı ünvan 2 ünvanından aşkar edilərək götürülmüş narkotik vasitələrin yataq otağında olan dolabın içərisində olmasından məlumatı olmadığını, Məqsədin narkotik vasitədən istifadə edərkən görmədiyini, xəbəri olmadığını bildirmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid X7 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Mahiyyəti üzrə bildirir ki, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri yaşadığı evdə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də, 13 fevral 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılara yaşadığı ünvan 3 ünvanında yerləşən evinə onun, polis leytenantı Şahid1 və X4 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində yataq otağında paltar dolabının içərisində 35 ədəd kibrit qutusunda, sellofan torbalarda narkotik vasitələr olan qurudulmuş marixuana və şüşə balonda çətənə toxumları aşkar edilmişdir. Kibrit qutularında, sellofanda və şüşə balonda olan narkotik vastələrə baxış keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, buna görə də həmin bükülülərdə narkotik vasitə saxladığını və istifadə etdiyini demişdir. Bundan sonra aşkar edilmiş bükülülər elektron tərəzidə çəkilərək kağız zərfdə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə rayon Polis Şöbəsinin PPXB-nın polis nəfəri polis kiçik serjantı Şahid3, Müdafiəçi1 və PPXB-nün polis nəfəri X4 iştirakları ilə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd Samsung Galaxy markalı mobil telefon aşkar edilərək təhqiqatçı tərəfindən qablaşdırıldığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 14 fevral 2023-cü il tarixli 16/215 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığ evindən aşkar edilmiş narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlələr....” yazı və imzalar olan kağız paketdəki - 34 (otuz dörd) ədəd tam və 1 (bir) ədəd yarımçıq, ümumi sayı 35 (otuz beş) ədəd olan kibrit qutularında (otuz iki ədədinin hər birinin üzəri sellofan kəsikləri ilə örtülmüş) ayrı-ayrılıqda təmiz 2,77 qram, 2,95 qram, 2,93 qram, 3,71 qram, 3,23 qram, 3,23 qram, 3,12 qram, 3,01 qram, 2,98 qram, 3,40 qram, 2,85 qram, 2,94 qram, 3,28 qram, 3,77 qram, 3,18 qram, 3,64 qram, 3,47 qram, 3,44 qram, 2,90 qram, 2,95 qram, 3,29 qram, 3,19 qram, 3,09 qram, 2,76 qram, 3,29 qram, 2,90 qram, 3,17 qram, 3,34 qram, 3,27 qram, 3,28 qram, 3,31 qram, 3,18 qram, 3,49 qram, 3,16 qram, 1,80 qram, ümumi təmiz çəkiləri 110,27 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər; - Tədqiqata təqdim edilmiş “ vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş iki ədəd politren kəsiyində qablaşdırılmış qurudulmuş marixuanaya bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd sellofan kəsiklərində ayri-ayrılıqda təmiz çəkiləri 8,15 qram, 23,63 qram, ümumi təmiz çəkiləri isə 31,78 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər; - Tədqiqata təqdim olunmuş 35 (otuz beş) ədəd kibrit qutularında olan mirixuanalar ilə 2 (iki) ədəd sellofan kəsiyində olan mrixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər; - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuana tumları” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şüşə bankadakı təmiz çəkisi 27,03 qram olan bitki toxumları narkotik tərkibli çətənə bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik olmayan komponetlər yoxdur. Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir. Cinayət işi materiallarına əlavə edilmiş 13 fevral 2023-cü il tarixli baxış və götürmə protokolu və “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Təbriz küçəsi ev 32 ünvanında kirayədə yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman yaşadığı evin yataq otağında olan paltar dolabının içindən 34 (otuz dörd) ədəd tam və 1 (bir) ədəd yarımçıq, ümumi sayı 35 (otuz beş) ədəd olan kibrit qutularında (otuz iki ədədinin hər birinin üzəri sellofan kəsikləri ilə örtülmüş) ayrı-ayrılıqda təmiz 2,77 qram, 2,95 qram, 2,93 qram, 3,71 qram, 3,23 qram, 3,23 qram, 3,12 qram, 3,01 qram, 2,98 qram, 3,40 qram, 2,85 qram, 2,94 qram, 3,28 qram, 3,77 qram, 3,18 qram, 3,64 qram, 3,47 qram, 3,44 qram, 2,90 qram, 2,95 qram, 3,29 qram, 3,19 qram, 3,09 qram, 2,76 qram, 3,29 qram, 2,90 qram, 3,17 qram, 3,34 qram, 3,27 qram, 3,28 qram, 3,31 qram, 3,18 qram, 3,49 qram, 3,16 qram, 1,80 qram, ümumi təmiz çəkiləri 110,27 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 2 (iki) ədəd sellofan kəsiklərində ayri-ayrılıqda təmiz çəkiləri 8,15 qram, 23,63 qram, ümumi təmiz çəkiləri isə 31,78 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd şüşə bankadakı təmiz çəkisi 27,03 qram olan bitki toxumları narkotik tərkibli çətənə bitkisinin toxumları aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 13 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolu və “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və 1 ədəd Samsung Galaxy A01 markalı mobil telefon aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış, bundan əlavə narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 13 fevral 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən yaşayış evinə baxış keçirilməsi, narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması istintaq hərəkətinin keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə tərəfimdən baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ünvan 3 nömrəli yaşayış evinə baxış keçirilıməsi zamanı 40 dəqiqə 26 saniyə müddətində çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon polis şöbəsinin tящгигаtчысынын, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 3 nömrəli yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağında olan paltar dolabının içərisində 35 (otuz beş) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana, 2 (iki) ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd şüşə bankada narkotik tərkibli çətənə bitkisinin toxumları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutusunda və bükümlərdə olan narkotik vasitələrindən istifadə etdiyi üçün saxladığını, həmin narkotik vasitələri Bərdə rayonu Qaradəmirçi kənd qəbirsanlığında əkərək əldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr kağız zərflərdə qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Həmçinin bundan sonra Valeh Bayramovun yaşadığı evə baxış keçirilmiş və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və üç ədəd zərf istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Bərdə rayon Polis Şöbəsində şəxsi axtarış keçirilməsi istintaq hərəkərinin keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə tərəfimdən baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edildi ki, vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilıməsi zamanı çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon Polis Şöbəsinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd qara rəngli Samsung Galaxy A01 markalı mobil telefon aşkar edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, şəxsi axtarış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və istintaq hərəkəti çəkiliş zamanı qeydə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 14 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilib götülümüş 1 ədəd qara rəngli Samsung Qalaxy A01 markalı mobil telefona baxış keçirilmiş, mobil telefona baxış keçirilən zaman içərisində müxtəlif tarixlərdə müxtəlif mobil nömrələrdən gələn zənglərin, sms-lərin və WhatsApp yazışmalarının olması görünür. Həmin zənglərə, sms-lərə və WhatsApp yazışmalarına baxan zaman iş üzrə əhəmiyyət kəsb edəcək, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin, sms-lərin və WhatsApp yazışmalarının olmadığı məyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 16 mart 2023-cü il tаrixli təqsirləndirilən şəxsin ifаdələrinin yеrində yоxlаnmаsı bаrədə prоtоkоldаn və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs оğlu istintaqa verdiyi ifadəsində göstərdiyi Bərdə rayonu Qaradəmirçi kənd qəbirsanlığının ərazisində əkdiyi 1 (bir) ədəd çətənə kolunun əkdiyi yeri göstərməsi təklif оlunmuş, Təqsirləndirilən şəxs оğlu Bərdə rayonu Qaradəmirçi kəndi qəbirsanlığın ərazisinə daxil olub su arxının kənarına gəlmiş, Təqsirləndirilən şəxs həmin ərazini göstərərək 2022-ci ilin yay ayında həmin ərazidə 1 (bir) ədəd çətənə kolu əkdiyini bildirmiş, dəvət edilmiş mütəxəsis-aqranom Şahid5 həmin əraziyə baxış keçirərək orada çətənə kolunun əkilib-becərilməsinə dair hər hansı bir sübut əhəmiyyət kəsb edən çətənə kolu, çətənə bitkisi və yaxud çətənə kökü aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 16 mart 2023-cü il tarixli alim-aqronom Şahid5 tərəfindən verilmiş rəydə göstərilmişdir ki, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kənd ərazi qəbirsanlığında guya əkib-becərdiyi narko-xassəli çətənə kolunun yerinə baxış keçirildi, həmin ərazidə narko-xassəli çətənə kollarına və köklərinə rast gəlinmədi. Cinayət işi materiallarına əlavə edilmiş 20 fevral 2023-cü il tarixli əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri əldə etməsi və satması haqda əməliyyat məlumatları vardır. Təqsirləndirilən şəxs satış məqsədi ilə saxladığı narkotik vasitələrin digər şəxslərlə cinayətkər əlbirliyi və yaxın qohumları ilə əlbir olması müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kənd qəbirsanlığında çətənə kollarının əkməsi və əldə etməsi əməliyyat yolu ilə müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 16 mart 2023-cü il tarixli 478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etməsi halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 29 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 04 aprel 2023-cü il tarixli, 2889 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ruhi-Əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 04 aprel 2023-cü il tarixli, 289 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs polklinikanın narkoloji kabinetində dispanser qeydiyyatdında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş 16 fevral 2023-cü il tarixli Bərdə rayon İcra hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qazıqurdalı kəndində qeydiyyatdadır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 12 aprel 2023-cü il tarixli “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMSlərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “CD” diskə baxış protokolunda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş - 34 (otuz dörd) ədəd tam və 1 (bir) ədəd yarımçıq, ümumi sayı 35 (otuz beş) ədəd olan kibrit qutularında (otuz iki ədədinin hər birinin üzəri sellofan kəsikləri ilə örtülmüş) ayrı-ayrılıqda təmiz 2,77 qram, 2,95 qram, 2,93 qram, 3,71 qram, 3,23 qram, 3,23 qram, 3,12 qram, 3,01 qram, 2,98 qram, 3,40 qram, 2,85 qram, 2,94 qram, 3,28 qram, 3,77 qram, 3,18 qram, 3,64 qram, 3,47 qram, 3,44 qram, 2,90 qram, 2,95 qram, 3,29 qram, 3,19 qram, 3,09 qram, 2,76 qram, 3,29 qram, 2,90 qram, 3,17 qram, 3,34 qram, 3,27 qram, 3,28 qram, 3,31 qram, 3,18 qram, 3,49 qram, 3,16 qram, 1,80 qram, ümumi təmiz çəkiləri 110,27 qram, ekspertiza tədqiqatından sonra qalıq 109,57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd sellofan kəsiklərində ayri-ayrılıqda təmiz çəkiləri 8,15 qram, 23,63 qram, ümumi təmiz çəkiləri isə 31,78 qram, ekspertiza tədqiqatından sonra qalıq 31,74 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd şüşə bankadakı təmiz çəkisi 27,03 qram olan bitki toxumları narkotik tərkibli çətənə bitkisinin toxumları və 1 ədəd CD disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi tanınmış və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, yəni ümumi təmiz çəkisi 110,27 qram, ümumi təmiz çəkisi 31,78 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək kirayədə yaşadığı Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 32 nömrəli evin yataq otağında, paltar dolabının içində saxlamış, 13 fevral 2023-cü il tarixdə, saat 13:25 radələrində Bərdə rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd edilən evin yataq otağında yerləşən paltar dolabında satış məqsədilə saxladığı 34 (otuz dörd) ədəd tam və 1 (bir) ədəd yarımçıq, ümumi sayı35 (otuz beş) ədəd olan kibrit qutularında (otuz iki ədədinin hər birinin üzəri sellofan kəsikləri ilə örtülmüş) ayrı-ayrılıqda təmiz 2,77 qram, 2,95 qram, 2,93 qram, 3,71 qram, 3,23 qram, 3,23 qram, 3,12 qram, 3,01 qram, 2,98 qram, 3,40 qram, 2,85 qram, 2,94 qram, 3,28 qram, 3,77 qram, 3,18 qram, 3,64 qram, 3,47 qram, 3,44 qram, 2,90 qram, 2,95 qram, 3,29 qram, 3,19 qram, 3,09 qram, 2,76 qram, 3,29 qram, 2,90 qram, 3,17 qram, 3,34 qram, 3,27 qram, 3,28 qram, 3,31 qram, 3,18 qram, 3,49 qram, 3,16 qram, 1,80 qram, ümumi təmiz çəkiləri 110,27 qram olan bitki mənşəli kütlələr və 2 (iki) ədəd sellofan kəsiklərində ayriayrılıqda təmiz çəkiləri 8,15 qram, 23,63 qram, ümumi təmiz çəkiləri isə 31,78 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Bundan başqa aparılmış çəkiliş zamanı da marixuanaların qablaşdırıldığı kibrit qutularının təqsirləndirilən şəxs tərəfindən yapışqanlı lentlə bağlanması da əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin təsiri altına düşməsinə dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, yəni ümumi təmiz çəkisi 110,27 qram, ümumi təmiz çəkisi 31,78 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək kirayədə yaşadığı Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 32 nömrəli evin yataq otağında, paltar dolabının içində saxlamış, 13 fevral 2023-cü il tarixdə, saat 13:25 radələrində Bərdə rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd edilən evin yataq otağında yerləşən paltar dolabında satış məqsədilə saxladığı 34 (otuz dörd) ədəd tam və 1 (bir) ədəd yarımçıq, ümumi sayı35 (otuz beş) ədəd olan kibrit qutularında (otuz iki ədədinin hər birinin üzəri sellofan kəsikləri ilə örtülmüş) ayrı-ayrılıqda təmiz 2,77 qram, 2,95 qram, 2,93 qram, 3,71 qram, 3,23 qram, 3,23 qram, 3,12 qram, 3,01 qram, 2,98 qram, 3,40 qram, 2,85 qram, 2,94 qram, 3,28 qram, 3,77 qram, 3,18 qram, 3,64 qram, 3,47 qram, 3,44 qram, 2,90 qram, 2,95 qram, 3,29 qram, 3,19 qram, 3,09 qram, 2,76 qram, 3,29 qram, 2,90 qram, 3,17 qram, 3,34 qram, 3,27 qram, 3,28 qram, 3,31 qram, 3,18 qram, 3,49 qram, 3,16 qram, 1,80 qram, ümumi təmiz çəkiləri 110,27 qram olan bitki mənşəli kütlələr və 2 (iki) ədəd sellofan kəsiklərində ayriayrılıqda təmiz çəkiləri 8,15 qram, 23,63 qram, ümumi təmiz çəkiləri isə 31,78 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağın olması cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi və etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 13 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş - 34 (otuz dörd) ədəd tam və 1 (bir) ədəd yarımçıq, ümumi sayı 35 (otuz beş) ədəd olan kibrit qutularında (otuz iki ədədinin hər birinin üzəri sellofan kəsikləri ilə örtülmüş) ayrı-ayrılıqda təmiz 2,77 qram, 2,95 qram, 2,93 qram, 3,71 qram, 3,23 qram, 3,23 qram, 3,12 qram, 3,01 qram, 2,98 qram, 3,40 qram, 2,85 qram, 2,94 qram, 3,28 qram, 3,77 qram, 3,18 qram, 3,64 qram, 3,47 qram, 3,44 qram, 2,90 qram, 2,95 qram, 3,29 qram, 3,19 qram, 3,09 qram, 2,76 qram, 3,29 qram, 2,90 qram, 3,17 qram, 3,34 qram, 3,27 qram, 3,28 qram, 3,31 qram, 3,18 qram, 3,49 qram, 3,16 qram, 1,80 qram, ümumi təmiz çəkiləri 110,27 qram, ekspertiza tədqiqatından sonra qalıq 109,57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd sellofan kəsiklərində ayri- ayrılıqda təmiz çəkiləri 8,15 qram, 23,63 qram, ümumi təmiz çəkiləri isə 31,78 qram, ekspertiza tədqiqatından sonra qalıq 31,74 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd şüşə bankadakı təmiz çəkisi 27,03 qram olan bitki toxumları narkotik tərkibli çətənə bitkisinin toxumları cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. “Azercell MMC"-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan 1 aded CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş - 34 (otuz dörd) ədəd tam və 1 (bir) ədəd yarımçıq, ümumi sayı 35 (otuz beş) ədəd olan kibrit qutularında (otuz iki ədədinin hər birinin üzəri sellofan kəsikləri ilə örtülmüş) ayrı-ayrılıqda təmiz 2,77 qram, 2,95 qram, 2,93 qram, 3,71 qram, 3,23 qram, 3,23 qram, 3,12 qram, 3,01 qram, 2,98 qram, 3,40 qram, 2,85 qram, 2,94 qram, 3,28 qram, 3,77 qram, 3,18 qram, 3,64 qram, 3,47 qram, 3,44 qram, 2,90 qram, 2,95 qram, 3,29 qram, 3,19 qram, 3,09 qram, 2,76 qram, 3,29 qram, 2,90 qram, 3,17 qram, 3,34 qram, 3,27 qram, 3,28 qram, 3,31 qram, 3,18 qram, 3,49 qram, 3,16 qram, 1,80 qram, ümumi təmiz çəkiləri 110,27 qram, ekspertiza tədqiqatından sonra qalıq 109,57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd sellofan kəsiklərində ayri- ayrılıqda təmiz çəkiləri 8,15 qram, 23,63 qram, ümumi təmiz çəkiləri isə 31,78 qram, ekspertiza tədqiqatından sonra qalıq 31,74 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd şüşə bankadakı təmiz çəkisi 27,03 qram olan bitki toxumları narkotik tərkibli çətənə bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, “Azercell MMC"-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan 1 adəd CD diski cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadən dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş - 34 (otuz dörd) ədəd tam və 1 (bir) ədəd yarımçıq, ümumi sayı 35 (otuz beş) ədəd olan kibrit qutularında (otuz iki ədədinin hər birinin üzəri sellofan kəsikləri ilə örtülmüş) ayrı-ayrılıqda təmiz 2,77 qram, 2,95 qram, 2,93 qram, 3,71 qram, 3,23 qram, 3,23 qram, 3,12 qram, 3,01 qram, 2,98 qram, 3,40 qram, 2,85 qram, 2,94 qram, 3,28 qram, 3,77 qram, 3,18 qram, 3,64 qram, 3,47 qram, 3,44 qram, 2,90 qram, 2,95 qram, 3,29 qram, 3,19 qram, 3,09 qram, 2,76 qram, 3,29 qram, 2,90 qram, 3,17 qram, 3,34 qram, 3,27 qram, 3,28 qram, 3,31 qram, 3,18 qram, 3,49 qram, 3,16 qram, 1,80 qram, ümumi təmiz çəkiləri 110,27 qram, ekspertiza tədqiqatından sonra qalıq 109,57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd sellofan kəsiklərində ayri- ayrılıqda təmiz çəkiləri 8,15 qram, 23,63 qram, ümumi təmiz çəkiləri isə 31,78 qram, ekspertiza tədqiqatından sonra qalıq 31,74 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd şüşə bankadakı təmiz çəkisi 27,03 qram olan bitki toxumları narkotik tərkibli çətənə bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, “Azercell MMC"dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan 1 adəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. HаkimElsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-107/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-107/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver