Məhkəmə qərarları › İş №1(021)-108/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-108/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-108/2022 13.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1 və 70-ci maddələri ilə N ay şərti sınaq müddəti tətbiq olunmaqla N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası verilmiş, Rusiya Federasiyasının Perm şəhəri Motovilin rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli RF CM-nin 30 M 3H: 228-1 M 3 H: 228-1 M 3 H “Q” bəndi 64 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 01 il N ay şərti sınaq müddəti ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatmış, Masalli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 il 08 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 7(021)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(021)-83/2022 nömrəli qərarı ilə Masallı rayon Məhkəməsinin 1(050)211/2021 saylı 07 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 17 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 2 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 07 iyun 2022-ci il tarixdə cəzasının müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Bərdə rayonu Qaratəpə kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri Ş.İ.Xətai küçəsi, ev 30-da yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə 1 ədəd soyuq silah hesab edilən kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı və 1 ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində və faktiki istifadəsində olub idarə etdiyi “Niva” markalı “**-OV-***” dövlət qeydiyyat nişanlı avtomobildə gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə 1 ədəd soyuq silah hesab edilən kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı və 1 ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində və faktiki istifadəsində olub idarə etdiyi “Niva” markalı “**-OV-***” dövlət qeydiyyat nişanlı avtomobildə gəzdirmiş, 09 mart 2022-ci il tarixdə saat 17:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Çinar” yanacaq doldurma məntəqəsinin yaxınlığında müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı və baxış keçirilən zaman həmin avtomobilin sol tərəf ayaqaltı rezinin altından1 ədəd soyuq silah hesab edilən kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Qaratəpə kəndində qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Ş.İ.Xətai küçəsində yaşayır, ailəlidir, heç bir yerdə işləmir, əvvəllər oğurluq etdiyinə görə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 09 mart 2022-ci il tarixdə saat 17 radələrində atası X2 məxsus Niva marlkalı ** OV *** dövlət nömrə nişanlı avtomobil ilə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Çinar” yanacaq doldurma məntəqəsinin qarşısında çörək satılan yerdə dayanıb evə çörək aldığı vaxtı ona polis əməkdaşları yaxınlaşaraq idarə etdiyi avtomaşında qanunsuz ov silahı olduğunu, onu polis şöbəsinə dəvət etdiklərini, əvvəlcə o etiraz etsə də sonradan həmin polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəldiyini, polis şöbəsinin inzibati binasında ona müdafiəçi təqdim olunduğunu, hüquq və vəzifələrinin izah edildiyini, sonra müdafiəçisi İslam Teymurovun iştirakı ilə onun üzərinə və idarə etdiyi avtomobilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı o könüllü olaraq əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibində gəzdirdiyi bir ədəd bıçağı təqdim etdiyini, üzərinə polis əməkdaşı baxış keçirdiyini, üzərindən hər hansı əşya və ya predmet aşkar edilmədiyini. bundan sonra o könüllü olaraq idarə etdiyi avtomaşında bıçaq olduğunu bildirdiyini, polis şöbəsinin həyətində olan idarə etdiyi avtomobilə baxış keçirildiyini və həmin avtomobilin sürücü tərəfində ayaqaltı rezinin altında olan 2 ədəd bıçaq və avtomolin yük yerində ov tüfəngi və ona aid 17 ədəd patron aşkar edilərək götürüldüyünü, təhqiqatçı tərəfindən götürülmüş bıçaqlar kağız zərfə qoyularaq möhürləndiyini, iştirakçılar tərəfindən həmin kağız zərfə imzalar atıldığını sonra təhqiqaçı tərəfindən götürüldüyünü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs öz izahatında üzərindən və avtomaşınından aşkar edilmiş bıçaqları tanımadığı şəxsdən aldığını, həmin bıçaqlardan istirahət yerlərində ət doğramaq üçün istifadə etdiyini, başqa fikrinin olmadığını, avtomaşının yük yerindən aşkar edilmiş bir ədəd ov tüfənginin rəhmətlik babası Talışdan yadigar qaldığını, sənədləri qaydasında olmadığı üçün adına keçirə bilmədiyini, həmin silahdan ov məqsədilə istifadə etdiyini bildirdi. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ildən Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 09 mart 2022-ci il tarixdə saat 17:00 radələrində Bərdə şəhəri Koroğlu küçəsində yerləşən çörək satılan sexin qarşısında polis əməkdaşları Şahid4 və Şahid2 bir nəfər şəxsi nizam intizama dəvət etmələrini və həmin şəxsin polis əməkdaşlarının qanuni tələbinə tabe olmamasını görüb onlara tərəf yaxınlaşdığını, onların yanına çatan zaman polis əməkdaşları Maqa ləqəbi ilə tanınan həmin şəxsin idarə etdiyi Niva markalı avtomaşında qanunsuz ov silahı olduğunu dediklərini, həmin şəxsə yaxınlaşıb polis şöbəsinə getməyini, polis əməkdaşlarının qanuni tələbinə tabe olmasını dediyini, həmin şəxsi avtomobili ilə birlikdə rayon polis şöbəsinə gətirdiyini, polis şöbəsində həmin şəxsin Bərdə rayon sakini Təqsirləndirilən şəxs olduğunu, Bərdə RPŞ-də Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Pərvin Səfərli tərəfindən şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələri izah edildiyini, bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları polis serjantı Şahid2 və polis serjantı Şahid4, müdafiəçi İslam Teymurovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirildiyini, təhqiqatçı X7 Məmmədov hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsini dediyini, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bıçaq çıxarıb təqdim etdiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfindən baxış keçirildiyini, lakin üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilmədiyini, Təqsirləndirilən şəxs könüllü olaraq idarə etdiyi avtomaşında bıçaq olduğunu, Təqsirləndirilən şəxs müdafiəçisi və prosesdə iştirak edən şəxslərlə birlikdə polis şöbəsinin həyətində olan Niva markalı **-OV-*** dövləq qeydiyyat nişanlı avtomobilə baxış keçirildiyini, baxış zamanı avtomobilin sol tərəf ayaqaltı rezinin altından iki ədəd bıçaq aşkar edilərək kağız zərfə qoyulub möhürləndiyini, bundan sonra avtomaşının arxa yük yerinə baxış keçirildiyini, baxış zamanı bir ədəd ov tüfəngi və 17 ədəd patron aşkar edilərək götürüldüyünü, Təqsirləndirilən şəxs ov tüfənginin rəhmətlik babasından yadigar qaldığını, lakin sənədləşdirmədiyini, baxış zamanı aşkar edilmiş bıçaqlar Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürüldüyünü, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunaraq imzalarla təsdiq edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etdilər. Cinayət işinin 7-ci vərəqəsində olan Bərdə Rayon Polis Şöbəsinin şübhəli şəxsin tutulması haqqında 09 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 51-52-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 68-69-cu vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 11 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 34-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 10 mart 2022-ci il tarixli 16/294 nömrəli rəyindən görünür ki, İ - Təhqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İİ - Təhqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İİİ - Təhqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Aparılmış tədqiqatın dəyəri 31.50 manat) Cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2022-ci il tarixli 3/448 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş 01 ədəd “L 62881” №-li silah 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibrili “İJ K” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, təklüləli tüfəgdir-yivsiz odlu ov silahıdır, istifadəyə atəşə yararlıdı, üzərində sonradan əlavə və dəyişikliklər edilməmişdir, təyinatı dəyişdirilməmişdir; tədqiqata təqdim edilmiş 17 ədəd predmet 16 kalibrili olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan daxili komponentləri qırmalarla təchiz olunan 08 ədəd zavod , 03 ədədinin gilizi zavod atəş komponentləri isə kustar üsulla doldurumuş patronlardır, istifadəyə yaralıdır. Digər 06 ədəd zavod üsulu ilə istehsal edilmiş gilizlərdir, döyüş sursatı hesab edilmir, istifadəyə yararsızdır. (Aparılmış tədqiqatın dəyəri 64 manat) Cinayət işinin 96-108-ci vərəqələrində olan Masallı Rayon Məhkəməsinin 1(050)- 211/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən üzərində 01 il N ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan Masallı Rayon Məhkəməsinin 1(050)- 211/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 1(050)- 211/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli hökmündə qeyd edilmiş anlaşılmazlıqlar aradan qaldırılaraq məhkum Təqsirləndirilən şəxs üzərində 01 il 08 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 7(021)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək Masallı Rayon Məhkəməsinin 1(050)-211/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü üzrə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Cinayət işinin 113-117-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(021)-83/2022 nömrəli qərarından görünür ki, Masallı rayon Məhkəməsinin 1(050)211/2021 saylı 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 17 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 2 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 89-91-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1 və 70-ci maddələri ilə N ay şərti sınaq müddəti tətbiq olunmaqla N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası verilmiş, Rusiya Federasiyasının Perm şəhəri Motovilin rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli RF CM-nin 30 M 3H: 228-1 M 3 H: 228-1 M 3 H “Q” bəndi 64 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş , Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 01 il N ay şərti sınaq müddəti ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatmış, Masallı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 il 08 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Nazırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 126-130-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd bıçaq, idarə etdiyi Niva markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf ayaqaltı rezinin altından bir ədəd bıçaq cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi Niva markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf ayaqaltı rezinin altından aşkar edilərək götürülmüş soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağının iş üzrə hər hansı əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs atası X2 təhvil verilmişdir. Həmçinin həmin qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(021)-83/2022 nömrəli qərarına əsasən Masallı rayon Məhkəməsinin 1(050)211/2021 saylı 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 17 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 2 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi nəzərə alınmış, həbsdə olmağı nəzərə alınmaqla barəsində 11 mart 2022-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı X4 təhvil almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 01 il N ay şərti sınaq müddəti ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatmışdır. Masallı Rayon Məhkəməsinin 1(050)-211/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən üzərində 01 il 08 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bərdə Rayon Məhkəməsinin 7(021)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(021)-83/2022 nömrəli qərarı ilə təyin olunmuş 01 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 17 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 2 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 07 iyun 2022-ci il tarixdə cəzasının müdəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə və Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə isə məhkumluğu ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunduğundan cinayətin residivi yaranmadığı müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 11 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” həbs qətimkan tədbiri seçilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(021)-83/2022 nömrəli qərarında Masallı rayon Məhkəməsinin 1(050)211/2021 saylı 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 17 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 2 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi nəzərə alınmış, həbsdə olmağı nəzərə alınmaqla barəsində 11 mart 2022-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 gün müddət (09 mart 2022-ci il tarixdən 11 mart 2022-ci il tarixədək) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31.50 (otuz bir manat əlli qəpik) manat və 64 (altmış dörd) manat tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut olan Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan –iki ədəd soyuq bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağının X2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 9 (doquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan –iki ədəd soyuq bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs məxsus soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağının X2 təhvil verilməsi nəzərə alinsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 31.50 (otuz bir manat əlli qəpik) manat və 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar