Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-108/2023 14.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X31 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1959-cu ildə Kəlbəcər rayonu Milli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMCnin Bərdə filialının elektriki vəzifəsində işləyərkən onunla bağlanmış əmək müqaviləsinin 4.14-ci bəndinin və “Konveyerlərin əməyin mühafizəsi standartları sistemi”-nin (DST 12.2.022-80) 5.1-ci bəndinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələblərini, yəni iş yoldaşının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizə qaydalarına və normalarına əməl etməyə borclu olması və müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət etməli olduğu halda bunu etməyərək 29 oktyabr 2022-ci il tarixdə saat 1524 radələrində "xxxx" MMC-nin bəsləmə talvarında olan Transportyor PL avadanlığının lentinin üzərində olan X5 orada olub-olmamasını müəyyənləşdirmədən avadanlığı işə salmaqla texniki təhlükəsizlik və əməyin mühafizə qaydalarını kobud şəkildə pozaraq öz vəzifələrinin icrasına cinayətkarcasına etinasızlıq göstərməklə zərərçəkmiş şəxs Rafiq Tanırverdiyevin avadanlığın üzərindən 5 metr hündürlükdən asfalt betonun üzərinə yıxılması nəticəsində sonuncunun kəllə və üz skeleti (kəllə əsası, böyük və kiçik qanadlar, hər iki gicgah, sol almacıq, sol əng, burun) sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi, dalağın travmatik cırılması, sağ mil sümüyünün sınığı kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olan, başın küt travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə baş beyin toxumasının əzilməsindən ölümü ilə birbaşa səbəbli əlaqəli bədən xəsarətləri almasına görə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2018-ci ildən "MKT İstehsal Kommersiya” MMC-nin Bərdə filialında elektrik vəzifəsində işləmişdir. "xxxx" MMC-nin Bərdə filialının direktorunun 01 dekabr 2022-ci il tarixli əmrlə işinə xitam vermişdir. Onun müəssisədə elektrik kimi vəzifəsi "xxxx" MMC-nin Bərdə filialında İİİ zonada ventilyator və PL transportyorun işlək vəziyyətdə olması, texniki cəhətdən düzgün istismarı və təmirini təşkil etməkdən, elektrik avadanlıqların xəttə qoşulmasına, açılmasına və normal vəziyyətdə işləməsinə cavabdeh olmaqdan, enerji qurğularının davamlı və təhlükəsiz işləməsinə nəzarətdən, qısaqapanmanın yaranmaması üçün təhlükəzilik tədbiri görməkdən, elektrik cihazlarının təhlükəsiz istismarını həyata keçirməkdən, elektrik cihazlarının təmiri və yoxlamasını icra etməkdən, profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra etməkdən ibarət olmuşdur. "xxxx" MMC-də fəaliyyət göstərdiyi müddətdə təhlükəsizlik qaydaları ilə əməyin mühafizəsi və texniki təhlükəsizliklə bütün işçilər təlimatlandırılmış və bununla bağlı texniki təhlükəsizlik kitabında hər bir işçi imza etmişlər. X14 düşmənçiliyi və ədavəti olmamışdır. X10 2022-ci il tarixdən "xxxx" MMC-nin Bərdə filialında Xam pambığın qəbulu və emalı şöbəsində çilingər PL TR mövsümi vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində "xxxx" MMC-nin Bərdə filialında bəsləmə talvarının altında PL Transportyorun yeri dəyişdirilən zaman transportyor onun tərəfindən işləklik vəziyyətinin yoxlanılması zamanı elektrik xəttinə qoşulmuşdur. Bundan əvvəl o, Rafiq Tanırverdiyevin transportyorun, lentanın üstündə olduğunu görməmişdir. Rafiq Tanırverdiyev PL transportyorun üzərində uzanıqlı vəziyyətdə olmuşdur. Bundan sonra Rafiq Tanrıverdiyev 5 metr hündürlükdən yerə yıxılmış və xəsarət almışdır. 2023-cü ilin yanvar ayında Rafiq Tanırverdiyev ölmüşdür. Transportyor PL-i elektrik xəttinə qoşmamışdan əvvəl həmin avadanlığın elektrik motorlarına, elektrik şitinə və ətrafına baxmış, hər hansı şəxsin olub-olmamasını yoxlamış, Tranportyor PL-in üzərində heç kimi görməmiş, transportyorun üzərinə baxa bilməmişdir. Mövcud qaydalara əsasən transportyorun üzərində hündürlükdə heç kim olmalı deyildi və mərhum Rafiqin hündürlükdə iş görmək kimi vəzifəsi olmamışdır. Rafiq transportyorun üzərinə çıxmamışdan öncə xəbərdarlıq üçün elan lövhəsi qoymalı idi. O, transportyor PL-i işə salarkən onun üzərində kiminsə olduğunu güman etmədiyindən xəbərdarlıq üçün ucadan səslənməmişdir. Bu işin baş verməsinə Rafiq Tanırverdiyevin özbaşına olaraq transportyora çıxması səbəb olmuşdur. O, transportyoru xəttə qoşduqdan sonra Rafiqin 5 metr hündürlükdən, transportyor PL-in üstündən yerə yıxıldığını görmüşdür. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin, habelə yaşlı olmasının nəzərə alınmasını və ona rəhm edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, atası Rafiq Tanırverdiyev təxminən 2-3 ay əvvəl "xxxx" MMC-nin Bərdə filialında işləməyə başlamışdır. 29 oktyabr 2022-ci il tarixdə işdə olarkən atasının iş yerində hündürlükdən yıxılaraq xəsarət aldığını eşitmişdir. Atası stasionar şəraitdə X13 müalicə almasına baxmayaraq xx.xx.2023-cü il tarixdə həmin xəstəxanadan zəng edərək atasının vəziyyətinin yaxşı olmadığını bildirmişlər. Buna görə də növbəti gün axşam radələrində atasını xəstəxanadan evə - Bərdə rayonu Lək kəndinə gətirmişlər. Atası aparata qoşulmuşdur. Evdə xəstəxananın aparatı söndürülmüş və atasının artıq vəfat etdiyini bildirmişlər. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək "xxxx" MMC-nin Bərdə filialında "xxxx" üzrə mütəxəssis vəzifəsində, 30 dekabr 2022-ci il tarixdən hal-hazıradək isə "xxxx" MMC-nin Tərtər filialında "xxxx" üzrə mütəxəssis vəzifəsində işləmişdir. Hazırda əmək fəaliyyətini həmin müəssisədə davam etdirir. "xxxx" MMC-nin Bərdə filialında "xxxx" üzrə mütəxəssis kimi əmək funksiyı işçilərə birbaşa rəhbərləri, bölmə rəhbərləri tərəfindən təhlükəsizlik qaydaları haqqında təlimatların verilməsinə və rəsmi qeydiyyat jurnallarında imzaları ilə rəsmiləşdirilməsinə nəzarət etməkdən, işə yeni qəbul edilən işçilərə giriş təlimatı və yanğın təhlükəsizliyi, ilkin tibbi yardım barədə təlimat verməkdən, işçilərin təlimatlandırılmasına nəzarət etməkdən ibarət olmuşdur. Rafiq Tanırverdiyevlə düşmənçiliyi və ədavəti olmamışdır. X10 xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin Bərdə filialında Xam pambığın qəbulu və emalı şöbəsində çilingər PL Transportyor mövsümi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində "xxxx" MMC-nin Bərdə filialında bəsləmə talvarının altında PL Transportyorun yeri dəyişdirilərkən transportyor elektrik vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən işləklik vəziyyətinin yoxlanılması zamanı elektrik xəttinə qoşulmuşdur. Təqsirləndirilən şəxs Rafiq Tanırverdiyevin transportyorun, lentanın üstündə olduğunu görməmiş, sonuncu 5 metr hündürlükdən yerə yıxılmış və xəsarət almışdır. 2023-cü ilin yanvar ayında isə Rafiq Tanırverdiyev aldığı xəsarətlərdən vəfat etmişdir. Xam pambığın qəbulu və emalı şöbəsində həmin zonaya Əmtəəşünas Şahid3 birbaşa nəzarət etmişdir. Bundan başqa həmin şöbədə transportyorun olduğu sahəyə "xxxx" MMC-nin Bərdə filialının baş mühəndisi Şahid1 nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə müəssisədə "xxxx" üzrə mütəxəssis kimi səhər növbəsində özü olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində "xxxx" MMC-nin Bərdə filialında bəsləmə talvarının altında PL Transportyorun yeri dəyişdirilən zaman transportyor elektrik vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən işləklik vəziyyətinin yoxlanılması zamanı elektrik xəttinə qoşulmuşdur. Təqsirləndirilən şəxs Rafiq Tanırverdiyevin transportyorun, lentanın üstündə olduğunu görməmişdır. Rafiq Tanırverdiyev 5 metr hündürlükdən yerə yıxılmış və xəsarət almışdır. Sonuncu Bərdə X11 aparılmış, orada cərrahiyyə əməliyyatı olunmuş, kəllə-beyin travması alması müəyyən olunmuş, daha sonra Gəncə Mərkəzi klinikasında stasionar qaydada müalicə almış, 2023-cü ilin yanvar ayında vəfat etmişdir. Rafiq Tanırverdiyevin çilingər PL Transportyor kimi vəzifəsi müəssisədə olan avadanlıqların mexanizmlərinin, hissələrinin bərpası və dəyişdirilməsi, qüsurların aşkarlanması, təmirdən sonra sınaqdan keçirilməsi, PL Transportyorlara baxış keçirilməsi, çatışmazlıqların aradan qaldırılması, aqreqatın üstündə olan çirkin silinib təmizlənməsi olmuşdur. X4 üzərinə çıxaraq, hündürlükdə iş görməsi tapşırığını heç kim verməmiş, sonuncu özü transportyora çıxmışdır. Rafiqin hansı məqsədlə transportyorun üzərinə, hündürlüyə çıxdığını bilmir. Transportyorların təmizlənməsi mexanizmi pambıq tayası üzərində işçilər çıxaraq yaba ilə transportyorun uc hissəsinə vurmaqdan ibarət olmuşdur. Rafiq Tanırverdiyevin hündürlükdə iş görməsi kimi vəzifəsi olmamış, ona bu barədə heç kimin göstəriş vermək səlahiyyəti yoxdur. Təqsirləndirilən şəxs isə Transportyor PL-i elektrik xəttinə qoşmasını heç kim göstəriş verməmişdir. Rafiq Tanırverdiyevə fərdi mühafizə vasitələri verilmiş, texniki təhlükəsizlik qaydaları ona izah edilmiş, ilkin və təkrar təlimat verilmiş, təlimat jurnalına işə qəbul zamanı şöbə tərəfindən ilkin olaraq, 3 aydan bir isə təkrar təlimat şöbə rəhbəri Şahid3 tərəfindən keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2019cu ildən "xxxx" MMC-nin Bərdə filialında "xxxx" üzrə mütəxəssis vəzifəsində işləyir. Müəssisədə ondan başqa xx.xx.2022-ci il tarixdək "xxxx" üzrə mütəxəssis kimi Şahid8 işləmiş, xx.xx.2022-ci il tarixdə səhər növbəsində, yəni saat 9:00-dan 17:00-dək həmin şəxs olmuşdur. Özü həmin tarixdə gecə növbəsində olmuşdur. "xxxx" mütəxəssisi kimi vəzifəsi işçilərin iş yerində əmək funksiyalarının təyinatı üzrə işlərə cəlb edilməsinə nəzarət etmək, işçilərə birbaşa rəhbərləri, bölmə rəhbərləri tərəfindən təhlükəsizlik qaydaları haqqında təlimatların verilməsinə və rəsmi qeydiyyat jurnallarında imzaları ilə rəsmiləşdirilməsinə nəzarət etməkdən, işə yeni qəbul edilən işçilərə giriş təlimatı, yanğın təhlükəsizliyi, ilkin tibbi yardım barədə təlimat vermək və nəzarət etməkdən ibarət olmuşdur. Rafiq Tanırverdiyevlə düşmənçiliyi və ədavəti olmamışdır. X10 05.08. 2022-ci il tarixdən "xxxx" MMC-nin Bərdə filialında Xam pambığın qəbulu və emalı şöbəsində çilingər PL Transportyor mövsümi vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində "xxxx" MMC-nin Bərdə filialında bəsləmə talvarının altında PL Transportyorun yeri dəyişdirilən zaman transportyor elektriki vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən işləklik vəziyyətinin yoxlanılması zamanı elektrik xəttinə qoşulmuşdur. Bundan əvvəl Təqsirləndirilən şəxs Rafiq Tanırverdiyevin transportyorun, lentanın üstündə olduğunu görməmişdır. Rafiq Tanrıverdiyev 5 metr hündürlükdən yerə yıxılmış və xəsarət almışdır. Bundan sonra Rafiq Bərdə X11 aparılmış, orada cərrahiyyə əməliyyatı olunmuşdur. Rafiq Tanırverdiyev kəllə-beyin travması almış, Gəncə Mərkəzi klinikasında stasionar qaydada müalicə almış, 2023-cü ilin yanvar ayının ortasında ölmüşdür. Rafiq Tanırverdiyevin çilingər PL Transportyor kimi vəzifəsi müəssisədə olan avadanlıqların mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi, qüsurların aşkarlanması, təmirdən sonra sınaqdan keçirilməsi, PL transportyorlara baxış keçirilməsi, çatışmazlıqların aradan qaldırılması, aqreqatın üstündə olan çirkin silinib təmizlənməsi olmuşdur. Rafiq Tanırverdiyevə heş kim Transportyorun üzərinə hündürlüyə çıxmasını tapşırmamış, eşitdiyinə görə Rafiq özü transportyora çıxmışdır. Rafiq Tanırverdiyevə fərdi mühafizə vasitələri verilmiş, texniki təhlükəsizlik qaydaları izah edilmiş, ilkin və təkrar təlimat verilmiş, təlimat jurnalına işə qəbul zamanı şöbə tərəfindən ilkin olaraq, 3 aydan bir isə təkrar təlimat şöbə rəhbəri tərəfindən keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2011-ci ildən "xxxx" MMC-nin Bərdə filialında tərəzi üzrə operator, 2022-ci ilin iyun ayından etibarən isə Xam pambığın qəbulu və emalı şöbəsində təsnifatçı vəzifəsində işləmişdir. "xxxx" MMC-nin Bərdə filialında təsnifatçı kimi əmək funksiyası müəssisədə fermerlərdən gələn xam pambıq məhsulunu qəbul etmək, çiyidlərin saxlanmağı prosesinə, pambıq tayasında fəhlələrin pambıq yığmasına nəzarət etməkdən ibarət olmuşdur. X10 2022-ci il tarixdən "xxxx" MMC-nin Bərdə filialında Xam pambığın qəbulu və emalı şöbəsində çilingər PL Transportyor mövsümi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində "xxxx" MMC-nin Bərdə filialında bəsləmə talvarının altında PL Transportyorun yeri dəyişdirilən zaman Rafiq Tanırverdiyevin transportyorun üzərindən 5 metr hündürlükdən yerə yıxılmış və xəsarət almışdır. X21 X11 aparılmış, orada cərrahiyyə əməliyyatı olunmuşdur. Rafiq kəllə-beyin travması almış, Gəncə Mərkəzi klinikasında stasionar qaydada müalicə almış, bir müddətdən sonra aldığı xəsarətlərdən ölmüşdür. Rafiq Tanırverdiyev hündürlükdən yıxılarkən həmin ərazidə olmamış, pambığın qəbulunda olmuşdır. Rafiq Tanırverdiyevin yıxılmasını görməmişdir. X4 üzərinə çıxaraq hər hansı iş görməsi üçün tapşırıq verməməmiş, onun elə bir səlahiyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 2007-ci ildən etibarən “”MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialının direktoru vəzifəsində çalışır. Bərdə filialında mexanizasiya, mühasibat, Xam pambığın qəbulu şöbəsi, Xam pambığın istehsalı, Xam pambığın emalı şöbələri, mühafizə şöbəsi fəaliyyət göstərir. Direktor kimi vəzifəsi işçilərin işinə ümumi nəzarət etmək, filialın əmlakını qorumaq, maliyyə vəsaitlərinə nəzarət etmək, işçilərin mənafeyini və hüquqlarını qorumaqdan ibarətdir. Rafiq Tanırverdiyev xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin Bərdə filialında Xam pambığın qəbulu və emalı şöbəsində çilingər PL Transportyor mövsümi vəzifəsində çalışmışdır. Həmin şöbənin fəaliyyətinə əmtəəşünas Şahid3 birbaşa nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində "xxxx" MMC-nin Bərdə filialında bəsləmə talvarının altında PL Transportyorun yeri dəyişdirilərkən Rafiq Tanırverdiyev transportyorun üzərindən, hündürlükdən yerə yıxılmış və xəsarət almışdır. Bundan sonra Rafiq Bərdə X11 aparılmış, orada cərrahiyyə əməliyyatı olunmuş, kəllə-beyin travması alması müəyyən olunmuşdur. X22 Mərkəzi Klinikasında stasionar qaydada müalicə almış, 2023-cü ilin yanvar ayının ortalarında ölmüşdür. Müəssisədə istehsalat qəzası araşdırılan zaman müəyyən edilmişdir ki, əmtəəşünas Şahid3, baş mühəndis Şahid1, təsnifatçı Şahid4 X4 üzərinə çıxması üçün hər hansı göstəriş verməmişdir. Rafiq Tanırverdiyevin hündürlükdə işləməsinə icazə yoxdur. Transportyorun üzərinə hündürlüyə çıxılan zaman nərdivandan istifadə olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, 2012-ci ildən "xxxx" MMC-nin Bərdə filialında traktorçu vəzifəsində işləyir. X7 tanımış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. X10 "xxxx" MMC-nin Bərdə filialında Xam pambığın qəbulu və emalı şöbəsində çilingər PL Transportyor mövsümi vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində "xxxx" MMC-nin Bərdə filialında bəsləmə talvarının altında PL Transportyorun yeri dəyişdirilərkən Rafiq Tanırverdiyev transportyorun üzərindən 5 metr hündürlükdən yerə yıxılmış və xəsarət almışdır. Rafiq Tanırverdiyevin yıxılma anını görə bilməmiş, lakin Rafiq yıxıldıqdan sonra həmin yerə qaçaraq gəlmişdir. Elektrik vəzifəsində işləyən Təqsirləndirilən şəxs transportyoru işə saldıqdan sonra Rafiqin transportyorun üzərindən yıxıldığını eşitmişdir. 2023-cü ilin yanvar ayının ortalarında Rafiq Tanırverdiyev ölmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Məhkəmə-Tibbi Ekspertiza və X15” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 12 yanvar 2023-cü il tarixli 30 saylı rəyindən görünür ki, X6 adna tərtib olunmuş tibbi sənədlərdə aşkar edilmiş xəsarətlər- açıq kəllə-beyin travması, kəllə əsasının sınığı, sol böyük və kiçik qanadlarının parçalı, xətti yerdəyişmiş və yerdəyişməmiş sınıqları, hər iki gicgah sümüyünün sınığı, sağ mil sümüyünün aşağı ucunun sınığı, döş qəfəsinin qapalı travması, dalağın cırılması, travmatik şok İV dərəcə, beyin əzilməsi, subdural hematoma sol gicgah sümüyün petrozal hissəsinin sfenoid sümük cisminin, sol almacıq sümüyünün, sol əng sümüyü alveol hissənin, maksillar sinus ön-arxa-lateral divarlarının, burun sümüyünün xətti yerdəyişməmiş sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yəni hündürlükdən yıxılma nəticəsində törənə bilmələri inkar olunmur, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. “Məhkəmə-Tibbi Ekspertiza və X15” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin 07 fevral 2023-cü il tarixli 10 saylı rəyindən görünür ki, X2 meyitinin xarici müayinəsinə əsasən verilmiş 30 saylı rəydə qeyd olunanlara və onun ekshumasiya olunmuş meyitinin müayinəsinə əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: -X1 meyiti kəskin çürümə dəyişikliyinə uğramışdır. -X1 meyitinin bədənində aşağıdakı xəsarətlər- kəllə və üz skeleti (kəllə əsası, böyük və kiçik qanadlar, hər iki gicgah, sol almacıq, sol əng, burun) sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi, dalağın travmatik cırılması, sağ mil sümüyünün sınığı aşkar edilmişdir. -Qeyd edilən xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə, yəni hündürlükdən yıxılma nəticəsində törənə bilərlər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. -X2 ölümünə səbəb başın küt travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə baş beyin toxumasının əzilməsi olmuşdur. -X3 ölümünün müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2023-cü il tarixə uyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli 10/1366 saylı rəyindən görünür ki, "xxxx" MMC “MKT-Bərdə” filialının bəsləmə talvarında olar konveyerin lentinin üzərində adamların (konkret olaraq X10) olmaması müəyyən edilmədən avadanlığın işə salınması baş vermiş hadisənin texnik səbəbi olmuşdur. -Baş vermiş hadisə ilə əlaqədar “Konveyerlərin əməyin mühafizəsi standartları sistemi”-nin (DST 12.2.022-80) 5.1 bəndinin, "xxxx" MMC “MKT-Bərdə” filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsinin 4.14 bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur. -"xxxx" MMC “MKT Bərdə” filialının bəsləmə talvarında olan konveyerin lentinin üzərində adamların (konkret olaraq X5) olmamasını müəyyən etmədən avadanlığı işə saldığına görə, əmək müqaviləsinin 4.14 bəndinin və “Konveyerlərin əməyin mühafizəsi standartları sistemi”nin (DST 12.2.022-80) 5.1 bəndinin tələbləri "xxxx" MMC-nin Bərdə filialında elektrik vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. -"xxxx" MMC-nin Bərdə filialının Xam pambığın qəbulu və emalı şöbəsində çilingər vəzifəsində işləyən X10 heç bir tapşırıq və göstəriş olmadan konveyerin lentinin üzərinə qalxmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X36 Dispanserinin 17 mart 2023-cü il tarixli 311 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs X36 Dispanserində dispanser müşahidəsində deyil. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 05 aprel 2023-cü il tarixli PHŞ-6-28/2-373/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-nin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin Bərdə filialının elektriki vəzifəsində işləyərkən onunla bağlanmış əmək müqaviləsinin 4.14ci bəndinin və “Konveyerlərin əməyin mühafizəsi standartları sistemi”nin (DST 12.2.022- 80) 5.1-ci bəndinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələblərini, yəni iş yoldaşının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizə qaydalarına və normalarına əməl etməyə borclu olması və müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət etməli olduğu halda bunu etməyərək 29 oktyabr 2022-ci il tarixdə saat 1524 radələrində "xxxx" MMC-nin bəsləmə talvarında olan Transportyor PL avadanlığının lentinin üzərində olan X5 orada olub-olmamasını müəyyənləşdirmədən avadanlığı işə salmaqla texniki təhlükəsizlik və əməyin mühafizə qaydalarını kobud şəkildə pozaraq öz vəzifələrinin icrasına cinayətkarcasına etinasızlıq göstərməklə zərərçəkmiş şəxs Rafiq Tanırverdiyevin avadanlığın üzərindən 5 metr hündürlükdən asfalt betonun üzərinə yıxılması nəticəsində sonuncunun kəllə və üz skeleti (kəllə əsası, böyük və kiçik qanadlar, hər iki gicgah, sol almacıq, sol əng, burun) sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi, dalağın travmatik cırılması, sağ mil sümüyünün sınığı kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olan, başın küt travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə baş beyin toxumasının əzilməsindən ölümü ilə birbaşa səbəbli əlaqəli bədən xəsarətləri almasına görə ehtiyatsızlıqdan ölümünə səbəb olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 04 aprel 2023-cü il tarixli 1522 saylı arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri X.Məmmədov küçəsi ev 22-də yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri X.Məmmədov küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində bu günə kimi Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1959-cu ildə anadan olmuşdur. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır və zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. CM-nin 59.1 və 59.1.12.-ci maddəsinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmamasını CM-nin 59.1 və 59.1.12.-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarına əlavə edilmiş: 30 dekabr 2020-ci il tarixli 1548 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs oğlu X25 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 dekabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunmuşdur. İ-54715 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X26 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-4021 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X26 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2370 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-17812 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X26 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Kəlbəcər rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 11 yanvar 1996-cı il tarixli İİ-ЖГ 436352 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X27 xx.xx.1993-cü ildə erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Kəlbəcər rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 11 yanvar 1996-cı il tarixli İİ-ЖГ 436353 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X8 xx.xx.1993-cü ildə erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, oğlu X24 müharibəsi iştirakçısı olmaqla Şuşanın və Xocavəndin azad olunmasına görə, “Vətən Müharibəsi” iştirakçısı və “Şücaətə görə” medalarlı ilə təltif olunmasını, hər iki valideynlərinin X12 gedişində Kəlbəcər rayonu Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilən vaxt Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 14 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. Bundan başqa, Azərbaycan Respublikasının CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini vəzifə səlahiyyətlərindən və qulluq mövqelərindən istifadə etməklə törətmişdir. Ona görə də məhkəmə ona əlavə cəza kimi elektrik vəzifəsi tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, 64 yaşı olmaqla kifayət qədər yaşlı olmasını Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasına inanaraq onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 25-ci bəndində qeyd olunur ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbаycаn Respublikаsının CM-in: 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə görə, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin başlanğıcı məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs dаvrаnışınа nəzаrət onun yаşаyış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvаlə edilməlidir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 13 mart 2023-cü il tarixli 10/1366 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X9, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə elektrik vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Azərbaycan Respublikası CM-nin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin başlanğıcı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs dаvrаnışınа nəzаrət onun yаşаyış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X9, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-108/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-108/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver