Məhkəmə qərarları › İş №1(021)-108/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-108/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-108/2024 19.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 7(021)-39/2023 nömrəli qərarı ilə 11 (on bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin baxışında olan, Gəncə küçəsi ev 55-də qeydiyyatda olmaqla, Bərdə şəhəri Vaqif küçəsi ev 153-də şübhəli şəxs qismində tutulanadək yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPM-nin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin baxışında olmasına baxmayaraq təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 15 dekabr 2023-cü il tarixdə saat 06 radələrində Bərdə şəhəri Nətavan küçəsinə gəlib həmin küçədə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yola tərəf olan dəmir darvazasından evin həyətinə, oradan isə evin giriş qapısına mexaniki təsir göstərib qapını açaraq mənzilə qanunsuz daxil olmaqla, evin qonaq otağından Zərərçəkmiş şəxs məxsus hər biri 15 (on beş) manat olmaqla ümumi dəyəri 30 (otuz) manat olan 2 (iki) ədəd suvenir xəncəri, yataq otağında olan paltar dolabının içərisindən dəyəri 310 (üç yüz on) manat olan 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan (1 ədəd qaş yeri boşdur) üzərində “BRAVO-585” adlıq və əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 2,65 qram, qaşları brilyant, qaşların 20 ədədinin hər birinin ölçüsü 0,007 karat, 40 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətli üzüyü və dəyəri 2 (iki) manat olan 1 ədəd Çin istehsalı olan hədiyyə qutusunu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 342 (üç yüz qırx iki) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-in 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla göstərilir ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Gəncə küçəsi ev 55-də qeydiyyatda olmaqla yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. O, Bərdə şəhəri Natəvan küçəsində yaşayan Zərərçəkmiş şəxs Fərhad qızının DİN-nin 102 xidmətinə və Bərdə rayon polis şöbəsinə etmiş olduğu şikayət ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs Fərhad qızını əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, narkotik vasitələrdən istifadə və üzərində gəzdirdiyi üçün Bərdə Rayon Məhkəməsinin hökmü ilə 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hal-hazırda cəza çəkir. 15 dekabr 2023-cü il tarixdə saat 06 radələrində o, yaşadığı evdən çıxaraq Bərdə şəhəri Natəvan küçəsi istiqamətinə tərəf getmişdir. Bərdə şəhərində yerləşən İmamzadə ziyarətgahının yanından keçəndə orada yerləşən yaşayış evinin darvazasında qıfıl olduğunu görmüşdür. Həmin evin qarşısında dayanıb evdə heç kimin olmadığını fikirləşərək həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Yaşayış evinin qarşısında dayanaraq ətrafa baxmış, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra o, yaşayış evinin darvazasına çıxaraq darvazanın üstündən evin həyətinə keçmişdir. Yaşayış evinin həyətinə daxil olduqdan sonra yaşayış evinin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı o, yaşayış evinin giriş qapısını əli ilə özünə tərəf açaraq yaşayış evinə daxil olmuşdur. Yaşayış evində o, heç kimi görməmişdir. Yaşayış evinə daxil olduqdan sonra o, əvvəlcə qonaq otağına keçmiş qonaq otağında künc tərəfdə evin divar hissəsinə bitişik müxtəlif suvenirlər olan iki mərtəbəli düzəldilmiş əşyaları qoymaq üçün yer olduğunu görmüş və həmin tərəfə getmişdir. Orada olan 2 (iki) ədəd suvenir xəncər görmüş və onların qiymətli olduğunu zənn edib satmaq üçün həmin suvenir xəncərləri götürmüşdür. Sonra o, digər otağa uşaq otağına keçmiş, orada heçnə olmadığı üçün çıxıb digər yataq otağına daxil olmuşdur. O, yataq otağında olan paltar dolabına yaxınlaşıb dolabın qapısını açmış və sağ künc tərəfdə dolabın sürməsini özünə tərəf çəkmişdir. Həmin vaxtı dolabın içərisində üzük qoymaq üçün qab görmüş və onu açıb içərisinə baxmışdır. Həmin qabın içərisində gümüşü rəngli 01 (bir) ədəd üzük görüb onu götürüb cibinə qoymuşdur. Daha sonra o, dolabın üzərində olan hədiyyə qutusunu götürüb içərisində qiymətli əşyalar olduğunu zənn edib götürmüşdür. Bundan sonra həmin yataq otağının pəncərəsini əli ilə açıb oradan yaşayış evinin həyətinə çıxmış və yaşayış evinin həyətindən hasardan dırmaşaraq həmin evin yola tərəf hissəsinə keçmişdir. Oradan uzaqlaşıb öz işlərinin arxasınca getmişdir. Sonra o, yaşadığı evə getmiş, yaşayış evindən oğurladığı 2 (iki) ədəd suvenir xəncəri və hədiyyə qutusunu yaşadığı evdə gizlətmişdir, lakin qızıl üzüyü üzərində saxlamışdır. 15 dekabr 2023-cü il tarixdə saat 19 radələrində o, dostu Etibara zəng edərək pul ehtiyacı olduğu üçün nişan üzüyünü satmağını demişdir. Etibar da ona qonşuluğunda yaşayan bir nəfər şəxsin qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu demiş, onunla əlaqə saxladıqdan sonra ona zəng edəcəyini demişdir. Bir az keçməmiş Etibar ona zəng edərək Bərdə şəhərində yerləşən Köhnə bazara tərəf gəlməyini demişdir. O, Bərdə şəhərində yerləşən Köhnə bazarın yanına getmişdir. Etibar taksi ilə onun yanında saxlamışdır. O, Etibarın taksidə oturduğunu görüb avtomaşının arxa oturacağına əyləşmişdir. Avtomaşında əvvəllər tanımadığı sonradan adını bildiyi Elşən adlı şəxs və taksi fəaliyyəti ilə məşğul olan Miri adlı şəxslə Etibar onunla tanış etmişdir. Etibar ona Mirinin qardaşı Tofiq adlı şəxsin qızıl alveri ilə məşğul olduğunu demiş və Miriyə onun bibisi oğlu olduğunu, qızılın ona məxsus olduğunu Miriyə demişdir. Miri də mobil telefonunu götürüb qardaşı Tofiqə zəng edərək qonşusu Etibarın bibisioğlunda qızıl üzük olduğunu demişdir. Sonra Miri telefonla danışa-danışa qızılın oğurluq olub-olmamasını soruşmuş, lakin o, həmin vaxtı qızılın oğurluq olmadığını, özünə məxsus olduğunu və nişan üzüyü olduğunu demişdir. Miri ona inanıb, qardaşı Tofiqə telefonda Etibar ilə gəlib, narahatçılıq olmaz demişdir. Sonra onlar birlikdə Tofiqin yaşadığı Bərdə şəhəri E.Əsədov küçəsində yerləşən evinin qarşısına getmişdilər. Tofiq həyətə düşüb onlarla görüşmüş və o, üzərində olan bir ədəd qızıl üzüyü ona vermişdir. Tofiq yenə onlardan qızılın oğurluq olub-olmamasını soruşmuş, yenə o, Tofiqə üzüyün ona aid olduğunu və nişan üzüyü olduğunu deyərək, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Tofiq üzüyü ondan götürüb elektron tərəzinin üzərinə qoymuş və çəkisinin 2 qram 6 ml olduğunu deyib həmin üzüyə 170 manat pul verəcəyini demişdir. O, Tofiqlə razılaşmış və Tofiqdən 170 manat pul alaraq təzədən Mirinin idarə etdiyi avtomaşınla geri qayıtmışdılar. Etibarın yaşadığı Bərdə rayonu Meşəçilik instutu tərəfdə avtomaşından düşmüşdülər, avtomaşın çıxıb getmişdir. Sonra 16 dekabr 2023-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişdilər və o, səmimi olaraq heç bir təzyiq göstərilmədən Bərdə şəhəri Natəvan küçəsində yerləşən yaşayış evindən oğurluq etdiyini etiraf etmişdir. Əldə etdiyi 170 (yüz yetmiş) manat pulu öz ehtiyacı üçün xərcləmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs yaşadığı evə yaşayış evinin darvazasının üzərindən keçməklə daxil olduğunu, ondan sonra yaşayış evinin giriş qapısını açıb yaşayış evinə daxil olduğunu, həmin oğurluğu o, özü etdiyini heç kimin məlumatı olmadığını, yaşayış evinə tək daxil olduğunu, onun oğurluq etdiyini heç kim görmədiyini, həmin vaxt ətrafda heç kim olmadığını, yaşayış evindən 1 (bir) ədəd qızıl üzük, 2 (iki) ədəd suvenir xəncər və içərisi boş olan hədiyyə qutusu oğurladığını, oğurladığı bir ədəd üzüyün oğurluq olmasını üzüyü satdığı şəxsin xəbəri olmadığını, həmin şəxsə həmin qızılın özünə məxsus olduğunu dediyini, oğurladığı bir ədəd qızılı 15 dekabr 2023-cü il tarixdə saat 19 radələrində Bərdə şəhəri E.Əsədov küçəsində Tofiq adlı şəxsə 170 manat dəyərində satdığını, oğurladığı bir ədəd qızılı Tofiq adlı şəxsə satan zaman onun yanında taksi fəaliyyəti ilə məşğul olan Miri, dostu Etibar və sonradan tanıdığı Elşən adlı şəxslər olduğunu, oğurladığı bir ədəd qızılın Etibarın, Tofiqin, Elşənin və Mirinin həmin qızılın oğurluq olmasından xəbərləri olmadığını, onlara həmin qızılın özünə məxsus olduğunu və nişan üzüyünün olduğunu deməyini, oğurladığı bir ədəd qızıldan əldə etdiyi məbləğdən heç kimə vermədiyini, öz ehtiyacı üçün xərclədiyini, oğurladığı 2 ədəd suvenir xəncəri və hədiyyə qutusunu istintaq müddətində təqdim etdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Metal əritmə zavodunda fəhlə işlədiyini, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi M.Ağayev küçəsində yerləşən fərdi evdə Güləhməd Bəşirov ilə birlikdə eyni ünvanda kirayədə ayrı-ayrı otaqlarda yaşadığını, Güləhməd ilə münasibətlərinin yarandığı üçün ona maddi dəstək göstərdiyini, Güləhməd ondan pul istədikdə ona müxtəlif vaxtlarda pul verdiyini, Güləhməd də ona həmin pulları qaytaracağını desə də qaytarmadığını, hətta Güləhmədə 500 manat məbləğində kredit götürüb vermədiyini, lakin ona olan borclarını qaytarmadığını, 06 sentyabr 2023-cü il tarixdə o, Güləhməddən şəxsiyyət vəsiqəsinin ona lazım olduğunu və ona verməsini dedikdə, Güləhməd şəxsiyyət vəsiqəsini verən zaman şəxsiyyət vəsiqəsinin altında yapışdırılmış halda olan bank kartı görüb bu barədə Güləhmədə bir söz demədən vəsiqəni götürdüyünü, bundan sonra Güləhmədin ona olan 100 manat məbləğində pul borcunu qaytarmaq üçün Güləhmədə məxsus Pasha Bank kartından həmin günü müxtəlif ünvanlarda yerləşən alış-veriş mərkəzlərindən ayrı-ayrı vaxtlarda 114 manat dəyərində müxtəlif məhsullar alıb, sonradan həmin məhsulları geri qaytararaq nağd pula çevirdiyini, bundan sonra Güləhməd Bəşirov ondan Nizami rayon polis İdarəsinə şikayət ərizəsi yazdığını, o, cinayət məsuliyyətinə cəlb olunaraq barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlandığını, hal-hazırda barəsində cinayət işi üzrə araşdırma aparıldığını, əməlini özü könüllü etiraf etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Laçın rayonu Ərikli kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri E.Əsədov küçəsində ailə üzvləri ilə birlikdə yaşayır, orta təhsillidir, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuş, həmin vaxtda onun lisenziyası, kassa aparatı və VÖEN olmuşdur, hal-hazırda müəyyən səbəblərə görə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmur. Lakin fərdi qaydada dostlardan, qohumlardan lazım olanda qızıl-zinət əşyaları alıb satır. Mahiyyəti üzrə bildirir ki, o, Bərdə şəhəri Natəvan küçəsində yaşayan Zərərçəkmiş şəxs Fərhad qızının DİN-nin 102 xidmətinə və Bərdə rayon polis şöbəsinə etmiş olduğu şikayət ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs Fərhad qızını əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 15 dekabr 2023-cü il tarixdə o, yaşadığı evdə olan zaman taksi fəaliyyəti ilə məşğul olan qardaşı Miri ona zəng edərək qonşuları Ziyəddinin oğlu qızıl satır, gətirsin onun yanına ona baxsın. O, da yaşadığı evdə olduğu üçün həyətə düşmüşdür və Etibar taksi fəaliyyəti ilə məşğul olan qardaşı Miri ilə yaşadığı ünvana gəlmişdir. Etibar yaşadığı evin qarşısına gələrək bir ədəd qızıl üzük satmaq istədiyini bildirmişdir. Etibar ilə birlikdə onun yanında iki nəfər tanımadığı şəxs gəlmişdir. Etibar həmin şəxslərdən birini göstərərək bibisi oğlu olduğunu və ona məxsus bir ədəd qızıl üzüyü ondan almasını xahiş etmişdir. O, Etibara həmin şəxsləri tanımadığını, qızıl üzüyün oğurluq olmasından şübhə edib qızılı almaqdan imtina etmişdir. Lakin Etibar ona qızılın oğurluq olmadığını israrla bildirmişdir ki, bibisi oğlunun sonradan adını bildiyi Zamin adlı şəxsin nişan üzüyü olduğunu, ona pul ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, da Etibarı tanıdığı üçün Zamindən həmin bir ədəd üzərində 20 sot brilliyant qaşı və 2 qram 6 ml çəkidə olan qızıl üzüyü 170 (yüz yetmiş) manata almışdır. Sonradan ona məlum olmuşdur ki, Zamindən aldığı bir ədəd qızıl üzük oğurluqdur. Ona görə də o, aldığı qızıl üzüyü Bərdə rayon polis şöbəsinə gətirmişdir. Hal-hazırda bir ədəd üzərində 20 sot brilliyant qaşı və 2 qram 6 ml çəkisi olan qızıl üzük ondadır. Həmçinin, Şahid1 ifadəsində göstərmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin ona satdığı qızıl üzüyün oğurlamasından xəbəri olmadığını, Təqsirləndirilən şəxs ona pula ehtiyacı olduğunu, özünün nişan üzüyü olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs həmin bir ədəd üzüyü 15 dekabr 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Bərdə şəhəri E.Əsədov küçəsində yerləşən evin qarşısında Etibarın, qardaşı Mirinin və adını istintaq müddətində bilmədiyi Elşən adlı şəxsin iştirakı ilə satdığını, Təqsirləndirilən şəxs həmin bir ədəd üzüyü ona satan zaman ondan heç bir sənəd tələb etmədiyini, onun yanında olan Etibarı tanıdığı üçün ondan hər hansı bir səndə almadığını, o, əvvəllər Bərdə şəhərində yerləşən Təzə bazarda qızıl alveri etdiyini, həmin vaxtı o, dövlətə vergi ödədiyini, lisenziyası olduğunu, lakin hal-hazırda işləmədiyi üçün fərdi qaydada tanıdığı şəxslərdən qızıl-zinət əşyaları alıb satdığını, Təqsirləndirilən şəxs ona satdığı bir ədəd üzük 585 əyarlı, Bravo markalı, Bakı istehsalı, 2 qram 6 ml çəkidə olduğunu, Təqsirləndirilən şəxs aldığı bir ədəd üzük hal-hazırda onda olduğunu və onu təqdim etdiyini bildirmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayon Meşəçilik institutunda yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Bərdə şəhəri Natəvan küçəsində yaşayan Zərərçəkmiş şəxs Fərhad qızının DİN-nin 102 xidmətinə və Bərdə rayon polis şöbəsinə etmiş olduğu şikayətilə tanış olmuşdur. Zərərçəkmiş şəxs Fərhad qızını əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Mahiyyəti üzrə bildirir ki, Etibarı əvvəllər tanımış, Etibar onun yaşadığı Bərdə rayonu Meşəçilik institutunda yaşayır, onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamış, o, Zamini Etibarın vasitəsi ilə 15 dekabr 2023-cü il tarixdə tanış olmuşdur. Belə ki, 15 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Etibar ona mobil telefon vasitəsi ilə zəng edərək bibisi oğlu olan sonradan adını bildiyi Zamin adlı şəxsin pula ehtiyacı olduğu üçün nişan üzüyünü satmaq istədiyini və həmin üzüyün satılmasında ona köməklik etməyini demişdir. O, da yaşadığı evdən çıxıb Bərdə şəhərində yerləşən Köhnə bazar adlanan ərazidə Etibar və Zaminlə görüşmüşdür. Həmin vaxtı Etibar Zaminin onun bibisioğlu olduğunu demiş ona köməklik etmək lazım olduğunu demişdir. O, da onlara heç bir narahatçılığın olmadığını, onlara köməklik edəcəyini bildirmişdir. Etibar orada olan zaman Bərdə şəhəri E.Əsədov küçəsində qızıl-zinət əşyalarının satışı və alışı ilə məşğul olan Tofiq adlı şəxsin olduğunu və həmin yerə gedəcəklərini demişdir. Bundan sonra Etibar, Zamin və o, taksi ilə Bərdə şəhəri E.Əsədov küçəsinə getmişdilər. Ora çatanda Etibar Tofiqin mobil telefonuna zəng edərək qızıl satmaq istədiyini və yaşadığı evin qarşısında olduğunu demişdir. Sonra Tofiq adlı şəxs gəlmiş və Etibar Tofiqə, Zaminin onun bibisioğlu olduğunu demiş, nişan üzüyünü satmaq istədiyini demişdir. Tofiq Etibara hər adamdan qızıl-zinət əşyaları almadığını, sonra oğurluq olmasından narahat olduğunu demişdir. X3 tanıyırsan oğurluq olsa sənin qapına gəlməz demişdir. X6 “bax səni tanıyıram əgər oğurluq olsa səndən şikayət edəcəm” demişdir. Bundan sonra Tofiq Zamində olan bir ədəd qızıl üzüyü elektron tərəzidə çəkərək çəkisinin 2 qram 6 ml olduğunu və qiymətinin 170 manat olduğunu demişdir. Zamin onunla razılaşmış və Tofiq 170 manat pulu Zaminə vermişdir. Zamin aldığı pulu cibinə qoyduqdan sonra onlar gəldiyi taksi ilə birlikdə Etibarın yaşadığı Bərdə rayonu Meşəçilik institutunda yerləşən evinə getmişdilər. Orada 10-15 dəqiqə oturduqdan sonra o, yaşadığı evə getmişdir. Sonradan bilmişdir ki, Zaminin Tofiqə satdığı bir ədəd qızıl üzük oğurluq olmuşdur. Həmçinin, Şahid3 ifadəsində göstərmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin satdığı qızıl üzüyün oğurlamasından xəbəri olmadığını, Təqsirləndirilən şəxs pula ehtiyacı olduğunu, özünün nişan üzüyü olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs həmin bir ədəd üzüyü 15 dekabr 2023-cü il tarixdə saat 19 radələrində Tofiqin yaşadığı Bərdə şəhəri E.Əsədov küçəsində yerləşən evin qarşısında Etibarın, onun, Zaminin, taksi sürücüsü Mirinin və Tofiqin iştirakı ilə satdığını, Təqsirləndirilən şəxs həmin bir ədəd üzüyü 170 manata satdığnı,Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul vermədiyini,Təqsirləndirilən şəxs ilə birlikdə getməyinin məqsədi Etibar ilə dostluq əlaqəsinin olması olduğunu, onun heç bir məqsədi olmadığını, o, Zamini həmin günü tanıdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Laçın rayonu Ərikli kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri Meşəçilik İntitutunda ailə üzvləri ilə birlikdə yaşayır, orta təhsillidir, rəsmi olaraq heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olur. Mahiyyəti üzrə bildirir ki, o, Bərdə şəhəri Natəvan küçəsində yaşayan Zərərçəkmiş şəxs Fərhad qızının DİN-nin 102 xidmətinə və Bərdə rayon polis şöbəsinə etmiş olduğu şikayətilə tanış olmuşdur. Zərərçəkmiş şəxs Fərhad qızını əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, Etibarı tanıyır, onunla Meşəçilik institunda yerləşən evinin yaxınlığında qonşu yaşayır.15 dekabr 2023-cü il tarixdə o, yaşadığı evdə olan zaman Etibar ona zəng edərək bir ədəd qızıl üzüyünün olduğunu və onu satmaq istədiyini, qardaşı Tofiq əvvəllər qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu demiş, həmin üzüyü satmaqda köməklik etməyini xahiş etmişdir. O, da ona qardaşı Tofiqə zəng edəcəyini və əgər alacaqsa onunla təzədən əlaqə saxlamağını demişdir. O, qardaşı Tofiqə zəng etmiş, qonşusu Etibarda bir ədəd qızıl üzük olduğunu, onu satmaq istədiyini, almaq istəyirsənsə gətirməyini bildirmişdir. Tofiq də ona tanımadığı şəxslərdən qızıl-zinət əşyaları almadığını demişdir. O, da Etibarı tanıyır qonşusudur, heç bir narahatçılıq olmaz demişdir. Tofiq onunla razılaşmış və o, Bərdə şəhəri Köhnə bazarın yanından Etibarı, Elşəni və sonradan adını bildiyi Zamini oradan avtomaşına əyləşərək qardaşı Tofiqin yaşadığı Bərdə şəhəri E.Əsədov küçəsində evin qarşısına aparmışdır. X8 göstərərək bibisioğlu olduğunu, onun nişan üzüyünü satmaq istədiyini, arada onun olduğunu, qızılın oğurluq olmadığını, pula ehtiyacı olduğunu üçün satmaq niyyətinin olduğunu qardaşı Tofiqə bildirmişdir. Tofiq də Etibara inanıb Zamindən bir ədəd üzərində 20 sot brilliyant qaşı və 2 qram 6 ml çəkidə olan qızıl üzüyü 170 (yüz yetmiş) manata almışdır. Sonradan ona məlum olmuşdur ki, Zaminin Tofiqə satdığı bir ədəd qızıl üzük oğurluq olmuşdur. Həmçinin, Şahid5 ifadəsində göstərmişdir ki, o, sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin qardaşı Tofiqə satdığı qızıl üzüyün oğurlamasından xəbəri olmadığını, Təqsirləndirilən şəxs orda pula ehtiyacı olduğunu, özünün nişan üzüyü olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs həmin bir ədəd üzüyü 15 dekabr 2023-cü il tarixdə saat 19 radələrində qardaşı Tofiqin yaşadığı Bərdə şəhəri E.Əsədov küçəsdində yerləşən evinin qarşısında Etibarın, qardaşı Tofiqin, Elşənin və adını sonradan bildiyi Zamin adlı şəxsin iştirakı ilə satdığını, Təqsirləndirilən şəxs satdığı bir ədəd üzüyün 2 qram 6 ml çəkidə olduğunu bildirmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 15 fevral 2024-cü il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bərdə rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023cü il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 11 ay 01 gün hissəsi 11 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 20 dekabr 2023-cü il tarixli 37/1 nömrəli Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubundan, məhkum Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 1(021)-59/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin hökmü və göstərişi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə qaydalarına əməl etmədiyi üçün barəsində Bərdə Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə təqdimat göndərilmiş, məhkum məhkəmə prosesinə gəlmədiyindən Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın digər cəza növü ilə əvəz edilməsi məqsədilə tutulma tətbiq edilmiş və məhkum tutulanadək işin icraatı dayandırılmış, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cəzasının 25 gününü çəkmiş və 01 il 11 ay 01 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 20 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayon Pİ-nin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı Aqil Ələsgərov tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs işi üzrə ittiham aktı tərtib edərək təsdiq olunması üçün Nizami rayon prokuroruna göndərilmişdir. Cinayət işin əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli 6/334-9/10145 nömrəli rəyindən görünür ki, 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan üzük ( 1 ədəd qaş yeri boşdur) – üzərində “BRAVO-585” adlıq və əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,65 qramdır, qaşları briliantdır, 20 ədədinin hər birinin ölçüsü 0,007 karat, 40 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətlidirlər. -Tədqiqata təqdim edilən 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan ( 1 ədəd qaş yeri boşdur) - üzərində “BRAVO-585” adlıq və əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 2,65 qram, qaşları briliyant, qaşların 20 ədədinin hər birinin ölçüsü 0,007 karat, 40 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətli üzük- 310 manat. -1 ədəd Çin istehsalı olan hədiyyə qutusu – 2,00 manat -2 ədəd suvenir xəncər – 30,00 (2 ədx15man) manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş 15 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, 15 dekabr 2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanından 1 ədəd qızıl üzük, 1 ədəd hədiyyə qutusu və 2 ədəd suvenir xəncər oğurlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Zərərçəkmiş şəxs qıznın yaşadığı ünvan 1 ünvanından 1 ədəd qızıl üzük, 1 ədəd hədiyyə qutusu və 2 ədəd suvenir xəncəri oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli qərar və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD disk götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş «DVD diskə baxış keçirilməsi haqqında» 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 02 dəqiqə 22 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 15 dekabr 2023cü il tarixdə saat 06 radələrində Bərdə şəhəri Nətavan küçəsində yerləşən 1 nömrəli evə həmin yaşayış evinin giriş darvasının üzərindən keçməklə yaşayış evinə qanunsuz daxil olaraq oradan oğurluq etmişdir. Təqdim edilən 1 ədəd DVD diskdə baş vermiş proseslər öz əksini tapmışdır Cinayət işinin materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli qərar və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd hədiyyə qutusu və 2 ədəd suvenir xəncər götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli qərar və götürmə protokolundan görünür ki, Şahid1 təqdim etdiyi 1 ədəd gümüşü rəngli qızıl üzük götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 17 dekabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, 15 dekabr 2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs Bərdə şəhəri Nətavan küçəsində yerləşən 1 nömrəli yaşadığı fərdi yaşayış evinin giriş darvazasından evin həyətinə qanunsuz daxil olmaqla yaşayış otağından 1 ədəd qızıl üzük, 1ədəd hədiyyə qutusu və 2 ədəd suvenir xəncəri oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs oğurluq cinayət əməlini tək törətmiş, onun əvəlcədən əlbir olan bir qrup şəxs qismində birləşərək cinayət əməlini törətməsi, eləcə də Şahid5, Şahid4 və Şahid3 ilə əlbir olub oğurluq cinayəti etməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tаrixli təqsirləndirilən şəxsin ifаdələrinin yеrində yоxlаnmаsı bаrədə prоtоkоldаn və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 15 dekabr 2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs Bərdə şəhəri Nətavan küçəsində yerləşən 1 nömrəli yaşadığı fərdi yaşayış evinin giriş darvazasından evin həyətinə qanunsuz daxil olmaqla yaşayış otağından 1 ədəd qızıl üzük, 1ədəd hədiyyə qutusu və 2 ədəd suvenir xəncər oğurlamışdır. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 1-də yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə daxil olduğu giriş darvazasını, yaşayış evinin giriş qapsını, oğurluq etdiyi yaşayış evinin otaqlarını təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 20 dekabr 2023-cü il tarixli, 18-1-28/2-1751/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018 və xx.xx.2023-cü il tarixlərdə “Opioid qəbulu” diaqnozu ilə Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetdə dispanser qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nın Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra hakimiyyətinin Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 dekabr 2023-cü il tarixli 1012 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs Bərdə şəhəri Nətavan küçəsi 1 nömrəli evdə qeydiyyatdadır və yaşayır. Həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra hakimiyyətinin Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 yanvar 2024-cü il tarixli 299 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Vaqif küçəsi 153 nömrəli evdə yaşayır. Həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Bərdə şəhəri Natəvan küçəsi 1 nömrəli evdən ona məxsus əşyalar Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını və ona dəymiş maddi ziyan tam ödənildiyi üçün ondan şikayət və tələbinin olmadığını və onunla barışdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş içərisində 02 dəqiqə 22 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə saat 06 radələrində Bərdə şəhəri Nətavan küçəsində yerləşən 1 nömrəli evə həmin yaşayış evinin giriş darvasının üzərindən keçməklə yaşayış evinə qanunsuz daxil olaraq oradan oğurluq etməsini özündə əks etdirən 1 ədəd DVD disk obyektiv olub cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd suvenir xəncərin, dəyəri 310 (üç yüz on) manat olan 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan (1 ədəd qaş yeri boşdur) üzərində “BRAVO-585” adlıq və əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 2,65 qram, qaşları brilyant, qaşların 20 ədədinin hər birinin ölçüsü 0,007 kara, 40 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətli üzüyün və dəyəri 2 (iki) manat 1 (bir) ədəd Çin istehsalı olan hədiyyə qutusu maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş olsa da, ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmamışdır. Məhkəmə audio və video yazı olmaqla həyata keçirilən məhkəmə iclasında dövlət ittihamçısının 178.2.2-dən imtina ilə bağlı vermiş olduğu şifahi vəsatətə münasibət bildirərək qeyd edir ki, 178.2.2 ittihamdan xaric edilməlidir, ona görə ki, Nizami rayonu ərazisində baş vermiş əmələ dair cinayət işi başlanmış və həmin cinayət işi hal-hazırda Nizami rayon məhkəməsinin icraatında olmaqla baxılmaqdadır. İndiki halda 178.2.2-ci maddənin ittihamdan xaric edilməsi ədalət prinsipi baxımdan zəruridir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddələrinin sansksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslı sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində zərərçəkmiş şəxlə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı tamamilə könüllü olaraq ödəməsi müəyyən olunmuşdur. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli tam etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 177.2.2-ci hissəsi ittihamdan xaric edilsin və Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 7(021)-39/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə 20 sot briliant qaşı olan, 2 qram 6 ml çəkidə dairəvi halqanın içəri tərəfində Bravo 585 sözləri yazılmış, Bakı istehsalı olan 1 ədəd gümüşü rəngli qızıl üzüyün, 1 ədəd ÇİN istehsalı olan hədiyyə qutusunun və 2 ədəd suvenir xəncərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 7(021)-39/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində həbs qətiimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar