Məhkəmə qərarları › İş №1(021)-108/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-108/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-108/2025 17.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləyən, məhkum olunmamış, orta təhsilli, Bərdə rayon Xanərəb kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 iyun 2025-ci il tarixdə saat 20:00 radələrində Bərdə rayonu Xanərəb kəndində kənd arası yolda qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə və sifət nahiyəsinə qəsdən bir neçə dəfə əli ilə yumruqla vuraraq sonuncuya alın nahiyəsinin qançırı, sol göz ətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla qançırı və sıyrığı, burun kökü, üst dodaq nahiyələrinin, alının sağ yarısında qaşütü nahiyənin sıyıqları, sağ alın-gicgah nahiyəsində qançırı və sıyrığı sol göz almasının daxili yarasının geniş ölçülü qansızması dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayon Xanərəblər kəndində yaşayır və rəsmi olaraq Bərdə rayon Xanərəb kənd orta məktəbində gözətçi işləyir. Barəsində şikayət edən Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır, sonuncu ilə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. Ərizə verərək bildirir ki, barışmışlar, barəsində olan materiala dair icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə rayonlar arası zona mərkəzinin xx.xx.2025-ci il tarixli, 446 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – alın nahiyəsinin qançırı, sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla qançırı və sıyrığı burun kökü, üst dodaq nahiyələrinin, alının sağ yarısında qaş üstü nahiyənin sıyrıqları sağ alın gicgah nahiyəsində qançırı və sıyrığı sol göz almasının daxili yarasının geniş ölçülü qansızması küt əşyanın təsirdən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə rayonlar arası zona mərkəzinin xx.xx.2024-cü il tarixli, 298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsnın məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər –alın nahiyəsinin qançırı, sol göz ətrafı nahiyəsində qançırı və sıyrığı nahiyələrinin sıyrıqları, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 22 aprel 2024-cü il tarixli, 155 nömrəli arayışlarında görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Xanərəblər kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır və himayəsində X1 və X2 vardır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ictimaiyyət ilə və nümayəndəliklə, camaatla və cəmiyyətlə xoş münasibətdə olmuş, qanun pozuntularına yol verməmiş, kənd sakinləri və qonşuları tərəfindən icra nümayəndəliyinə şikayətlər daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Daxili İşlər Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsnın məhkumluğu olmamışdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxsnın hadisələrin təsadüfi axını zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi cəzanı yüngülləşdirən haldır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Beləliklə, Zərərçəkmiş şəxsnın sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığından cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar