Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-109/2022 14.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafəçi Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, A.Əhmədov küçəsi ev 52-də qeydiyyatda olmaqla Yevlax şəhəri, Elbrus Məmmədov küçəsi, ev 77-də müvəqqəti yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə xx.xx.1982-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Samux kəndində qeydiyyatda olmaqla Yevlax şəhəri, Elbrus Məmmədov küçəsi, ev 77-də müvəqqəti yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib talayaraq dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirtmək məqsədi ilə arvadı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək tanışı Zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarında çalışan qohumlarının olmasını deyib etibarından sui-istifadə edərək sonuncunun oğlu X3 Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin 1000 (bir min) nağd pul müqabilində Bərdə Rayon Məhkəməsində ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsində köməklik edəcəyini yalandan vəd verib buna əməl etməyib aldadaraq, vahid niyyət ilə 08 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında 750 (yeddi yüz əlli) manat nağd pulu, bundan təxminən iki-üç gün sonra həmin ünvanda 250 (iki yüz əlli) manat nağd pulu, sonradan vahid niyyət ilə Fərid Əzizovun barəsində 2500 (iki min beş) manat pul müqabilində Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsində köməklik edəcəyini yalandan vəd verib buna əməl etməyib aldadaraq 06 avqust 2021-ci il tarixdə günorta vaxtlarında ünvan 1 ünvanında 2500 (iki min beş yüz) manat nağd pulu, bundan təxminən iki-üç gün sonra günorta vaxtlarında həmin ünvanda oğlu Fərid Əzizova 70 (yetmiş) manat pul müqabilində psixiatrik ekspertizadan keçirdərək psixi pozuntu diaqnozu qoyulmasında kömək edəcəyini yalandan verib buna əməl etməyib aldadaraq 70 (yetmiş) manat nağd pulu, ümumilikdə 3570 manat nağd pulu Zərərçəkmiş şəxs ələ keçirib talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs 3570 (üç min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib talayaraq dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirtmək məqsədi ilə əri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək tanışı Zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarında çalışan qohumlarının olmasını deyib etibarından sui-istifadə edərək sonuncunun oğlu X3 Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin 1000 (bir min) nağd pul müqabilində Bərdə Rayon Məhkəməsində ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsində köməklik edəcəyini yalandan vəd verib buna əməl etməyib aldadaraq, vahid niyyət ilə 08 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında 750 (yeddi yüz əlli) manat nağd pulu, bundan təxminən iki-üç gün sonra həmin ünvanda 250 (iki yüz əlli) manat nağd pulu, sonradan vahid niyyət ilə Fərid Əzizovun barəsində 2500 (iki min beş) manat pul müqabilində Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsində köməklik edəcəyini yalandan vəd verib buna əməl etməyib aldadaraq 06 avqust 2021-ci il tarixdə günorta vaxtlarında ünvan 1 ünvanında 2500 (iki min beş yüz) manat nağd pulu, bundan təxminən iki-üç gün sonra günorta vaxtlarında həmin ünvanda oğlu Fərid Əzizova 70 (yetmiş) manat pul müqabilində psixiatrik ekspertizadan keçirdərək psixi pozuntu diaqnozu qoyulmasında kömək edəcəyini yalandan verib buna əməl etməyib aldadaraq 70 (yetmiş) manat nağd pulu, ümumilikdə 3570 manat nağd pulu Zərərçəkmiş şəxs ələ keçirib talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs 3570 (üç min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs olunana qədər Yevlax şəhərində kirayədə yaşayıb, Yevlax-Bakı arası taksi işləyərək pul qazanırmış. Zərərçəkmiş şəxs 2019-cu ilin avqust-sentyabr aylarından tanımışdır. Həmin vaxtlar Təzəgülgilin işində təmir işləri aparmışdır. Bu zaman onun Təzəgülün oğlu Fərid ilə dostluq münasibəti yaranmışdır. Təzəgülün oğlu Fərid 2021-ci ilin may ayının əvvələrində cinayət törətdiyi üçün tutulmuşdur. Belə ki, Fəridin barəsində Bərdə rayon polis şöbəsində cinayət işi başlanmış və Fəridin barəsində Bərdə rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. O, Fəridin başına gələn işləri küçədə olan çayçıda eşitmişdir. Bundan sonra o Fəridin anası Təzəgülün yanına yaşadığı evə gedərək yalandan Fəridin barəsində seçilmiş həbs qətimkan tədbirini digər qətimkan tədbirinə dəyişdirilməsində köməklik edə bilcəyini demişdir. Bununla əlaqədar Təzəgülün ona inanması üçün yalandan hüquq-mühafizə orqanlarında qohumlarımın olmasını və Təzəgülə bunun üçün 1000 manat pul lazım olmasını demişdir. Həmin vaxtlar o atası və anası ilə mübahisə etdiyindən onu atası və anası evdən qovmuşdurlar. O, arvadı Leyla ilə Təzəgülgilə gedib, arada bir onlarda qalırmış. O, Leylaya Təzəgülü aldatdığını və Təzəgülün pullarını alacağını demiş və Leyla da onunla birlikdə Təzəgülə yalandan vədlər verməyə başlamışdır. Bir müddət sonra, yəni 08 iyun 2021-ci il tarixdə Təzəgülün yaşadığı evdə Təzəgül ona 750 manat, bir neçə gün sonra isə həmin ünvanda 250 manat vermiş ki, yalandan Fəridi həbsdən azad edə bilsin. Lakin o və Leyla verdiyi vədin yalan olduğunu əvvəldən bilirmiş. Fərid barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişilmədikdə Təzəgül ondan pul tələb etməyə başlamışdır. O və Leyla yenidən Təzəgülə yalan vədlər verməyə davam etmişdirlər. O və X5 Gəncə Ağır Cinayətlər məhkəməsində 2500 manat müqabilində azad ediləcəyinə yalandan vədlər verirmişlər. 06 avqust 2021-ci il tarixdə günorta saatlarında o Təzəgülgilə gedərək Təzəgülə yalandan vəd vermiş ki, yüksək vəzifədə işləyən qohumları vasitəsi ilə Fəridin barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcək. O, Təzəgülgildən Gəncə şəhərinə gedəcəyini demiş və evdən çıxmışdır. Əvvəlcədən olan razılaşma əsasında Təzəgülgilə arvadı Leyla yollanmışlar. Leyla Təzəgül ilə söhbət edib Təzəgülü aldadıb ondan 2500 manatı almışdır. Sonradan isə Leyla onun yanına gəlmişdir. Həmçinin təxminən iki üç gün sonra o Leyla ilə birlikdə Təzəgülü aldatmış ki, Təzəgülün oğlu Fəridə 70 manat müqabilində psixi xəstəlik düzəldəcəyik. Bu zaman Leyla Təzəgülün evinə gedərək Təzəgüldən 70 manat pul almışdır. O və Leyla ümumilikdə Təzəgülü aldadıb ondan 3570 manat pul almışdırlar. Həmin pulu o və Leyla birgə xərcləmişdirlər. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın 2000 manatı ödənildiyini, əvvəllər məhkum olmamasını, azyaşlı uşağınının olmasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təzəgül Vəli qızını 2021-ci ilin may-iyun aylarından tanımış, əri Azərin və Fəridin dostluq münasibətləri olmuşdur, əri Azərə görə Fəridi tanımışdır. Onun oğlu olduqdan sonra oğlu Ağamiri Təzəgülün yanına çöp çıxartmağa aparmışdır. Təzəgül ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2021-ci ilin iyul ayının 7, 8 və 9-u tarixlərində o və Azər Təzəgülün yaşadığı evdə qonaq qismində qalmışdır. 2021-ci ilin iyun ayının əvvələrində Təzəgül əri Azərə oğlu Fəridin tutulmasını demişdir. Belə ki, Təzəgül ilə Azər tez-tez telefon ilə danışıb, hal-əhval tutmuşlar. O bu zaman əri Azərdən Fəridin tutulmasını öyrənmiş, sonradan isə Azər onunla birlikdə Təzəgülün yaşadığı evə yollanmışdır. 2021-ci ilin iyun ayının təxminən 4 və ya 7-si tarixlərində Təzəgül yaşadığı evdə əri Azərə 700 manat pul vermişdir ki, Azər digər üçüncü şəxsə pulları çatdırsın və Təzəgülün oğlu Fəridin işini qutarsın. Azər 700 manat pulu götürmüş, Təzəgül isə Ağamirin çöpünü çıxartmış və yaşadıqları evə qayıtmışlar. Sonradan o Təzəgüldən eşitmiş ki, Təzəgül oğlu Fəridin işinə görə əlavə olaraq 250 manat və 50 manat pulu Azərə vermişdir. 2021-ci ilin avqust ayının əvvələrində Azər ona zəng edərək Bərdə ASAN xidmətin qarşısında olmasını və Təzəgüldə pulun olmasını, onun Təzəgüldən pulu götürüb Gəncəyə yola salmağını demişdir. Onun Azər ilə tanımadığı şəxsin arasında danışıqlar olmuş, bu danışıqlarda tanımadığı şəxs Azərə Fəridin işini qutarmağı söz vermişdir. O telefon danışıqlarını bildiyi üçün Təzəgülün yaşadığı evə getmiş, Təzəgül ona verdiyi pulu Quzanlı qəsəbəsindən borc almasını demişdir. O, Təzəgüldən Fəridin işinə köməklik olması üçün, yəni Fəridin azadlıqdan məhrum etmə cəzasında az il almasına və ya Fəridin birdəfəlik çıxması üçün 2500 manat nağd pulu almışdır. O, 2500 manat pulu Təzəgüldən götürdükdən sonra Bərdə rayonu Güloğlular kəndində yerləşən avtovağzalda əri Azərə vermiş, Azər isə pulları götürüb Gəncə şəhərinə yollanmışdır. O, 2500 manat pulu Təzəgüldən götürərkən Təzəgülə oğlu Fəridin çıxmasına söz vermişdir. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın 2000 manatı ödənildiyini, əvvəllər məhkum olmamasını, azyaşlı uşağınının olmasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olması özlərinin ifadələri ilə yanmaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X7 onun oğludur. Oğlu Fərid 30 aprel 2021-ci il tarixdə X1 ilə dalaşaraq İskəndərə xəsarət yetirmişdir. İskəndər ilə Fəridin dava-dalaşından sonra Fəridin barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayından tanıyırmış. Belə ki, həmin vaxt Azər onun evində usta qismində oboy vurmuşdur. Bu zaman Azər ilə Fəridin tanışlığı yaranmışdır. Azər onun oğlunun tutulmasını eşitdikdən sonra təxminən may ayının əvvəllərində onun yaşadığı evə gəlmişdir. Azər onun yaşadığı evə gəldikdə arvadı Leylanın əlaqələrinin geniş olmasını və Fəridin həbsdən azad edilməsində köməklik edə biləcəyini demişdir. O, Azərə bu barədə müsbət cavab verməmiş və oğlu Fəridin istintaq altında olmasını demişdir. Təxminən 2-3 gün sonra Azər və Leyla onun yaşadığı evə gələrək atasıyla dalaşmasını və atası evindən çıxmasını demişdir. Ondan Azər bir müddət kirayə mənzil tapana onun evində qalmağı xahiş etmişdir. O, Azər ilə razılaşmışdır. Bundan sonra Azər və Leyla onunla birlikdə yaşamağa başlamışdırlar. 20 iyun 2021-ci il tarixdə oğlu Fəridin barəsində Bərdə Rayon Məhkəməsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi üçün məhkəmə baxışı təyin edilmişdir. Təxminən 08 iyun 2021-ci il tarixdə Azər ona yaşadığı evdə oğlu Fəridin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsinə köməklik edə biləcəyini demişdir. Belə ki, Azər ona Vüqar Şəfiyev adlı rəis qohumunun olmasını və Fəridin ev dustaqlığına çıxardılmasında köməklik etməsi üçün 1000 manat pul ehtiyacı olmasını bildirmişdir. O isə Azər ilə razılaşaraq həmin gün yaşadığı evdə Azərə oğlu Fəridin ev dustaqlığına çıxması üçün 750 manat pul vermiş, bir neçə gün sonra isə Azərə yaşadığı evdə yerdə qalan 250 manat pulu vermişdir. Təxminən 20 iyun 2021-ci il tarixdə Fəridin Bərdə Rayon Məhkəməsində məhkəmə iclası olmuşdur. Həmin iclas zamanı Fəridin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməmişdir. Məhkəmə iclasından sonra o Azərin yanına gedərək vədinə əməl etməməsini və Azərdən 1000 manat pulunu tələb etmişdir. Onun Azər ilə mübahisəsi yaranmışdır. Mübahisədən sonra Azər onun yaşadığı evdən çıxaraq Əliyanlı kəndində kirayə mənzilə köçmüşdür. Bir neçə gün sonra o Azərin yaşadığı evə yollanmış və evdə Azərdən ona verdiyi 1000 manat pulu tələb etmişdir. Azər ona adamının olmasını X9 Cinayətlər məhkəməsindən azad olunacağını demişdir. Gəncə Ağır Cinayətlər məhkəməsindən Fəridin azad olunması üçün 2500 manat pulun lazım olmasını demiş və o Azər ilə razılaşmışdır. Təxminən 06 avqust 2021-ci ildə Azər onun yaşadığı evə gəlmişdi. O , həmin vaxt qızı Nöyrü ilə yemək bişirirmiş. Azər ona Leylanın əmisi oğlunun Gəncə Ağır Cinayətlər məhkəməsində işləməsini və Fəridin azadlığa buraxılmasında köməklik edəcəyini demişdir. Azər bu zaman ona Fəridə köməklik etmələri üçün yenidən 2500 manat pul istəmişdir. O, Azərə Bərdə Məhkəməsində köməklik etməməsini, Gəncə Ağır Cinayətlər məhkəməsində isə heç edə bilməyəcəyini demişdir. Bu zaman o Azərə Qurani- Kərimə and içməyini demişdir. Azər bu zaman Qurani-Kərimə and içərək Fəridi azadlığa buraxdıracağını və 22 avqust 2021-ci il tarixdə Fəridin evə buraxılacağını bildirmişdir. Təxminən bir saat sonra onun yaşadığı evə Azərin arvadı Təqsirləndirilən şəxs1 gəlmişdir. Leyla ona Azərin onu yollamasını bildirmiş və ondan 2500 manat pul istəmiş ki, X12 Cinayətlər məhkəməsindən qurtarsın. O, həmin vaxt Leylaya onu aldadaraq pulu alıb qaçmamalarını demiş, Leyla isə ona bu dəqiqə poçtla ondan alacağı pulu əmisi oğluna yola salacağını demişdir. O X9 Cinayətlər Məhkəməsindən azad olunması üçün 2500 manat nağd pulu yaşadığı evdə Leylaya vermişdir. Leyla ona aldığı 2500 manat pulu əmisi oğluna göndərməsini demişdir. Bu zaman o Leyla ilə danışığının bir hissəsini mobil telefon vasitəsilə yazmışdır. Həmin səs yazısı ondadır. Bir neçə gün sonra Leyla ona televizor almasını və bunun üçün isə onun adına televizor almasını demişdir. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Hafiz” adlı mağazaya Leyla ilə birlikdə getmiş, bu zaman Leyla onunla birlikdə mağazada öz adına 700 manat dəyərində televizor almışdır. Bu zaman Leyla müqavilə bağlayaraq ilkin ödəniş etmişdir. Lakin sonradan yerdə qalan 500 manatı mağazaya ödəməmişdir. Təxminən 2500 manat pulu o Leylaya verdikdən 2-3 gün sonra, Leyla yenidən Fəridin işinə görə 70 manat pul lazım olmasını, həmin 70 manat ilə ekspertiza rəyi alaraq Fəridin psixi pozuntusunun alacağını və həmin ekspert rəyi ilə Fəridin dəli olmasını sübut edəcəyini bildirmişdir. O, Leyla ilə razılaşmış və yaşadığı evdə Leylaya 70 manat vermişdir. Onun oğlu X13 Cinayətlər məhkəməsində 3 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, Azər və Leylanın onu aldatmalarını anlamış və dəfələrlə Azər və Leylaya zəng edərək verdiyi 3570 manat pulumu geri qaytarmalarını tələb etmişdir. Həmin günün axşamı Azər və Leyla yaşadığı evə gələrək Bayram adlı qohumunun olmasını, həmin Bayram adlı qohumunun məhkəməyə zəng edərək Fəridin işini həl edəcəyini demişdir. Lakin müddət keçdikcə Azər və Leyla verdikləri vədə əməl etməmişlər. Bu zaman Azər və Leylanın müvəqqəti yaşadıqları evdən köçməklərini öyrənmiş və köç zamanı Azər və Leylanın üstünə çıxmış və verdiyi pulu tələb etmişdir. Azər və Leyla Yevlax şəhərinə İstanbul mağazasının yanına köçmüşdürlər. O, dəfələrlə Leyla və Azərə zəng edərək pullarıı tələb etsə də, Azər və Leyla ona verdikləri pulları geri qaytarmaqdan imtina etmişdirlər. O, sonradan Azər və Leyla barəsində polisə ərizə yazmışdır. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Azərə oğlu Fəridin ev dustaqlığına çıxması üçün 750 manat və 250 manat pul vermiş, sonradan Leylaya 2500 manat pulu oğlu Fəridin Ağır Cinayətlər məhkəməsində barəsində azadlıqdan məhrum etmə cəzası seçilməsin deyə, sonradan isə Leyla ekspertiza adı ilə Fəridin dəli olmasını sübut etmək üçün 70 manat pulu vermişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, o təqsirləndirilən şəxslərin həbs olunmasında maraqlı deyildir. Ona dəymiş ziyanın tam qaytarılmasının tərəfdarıdır ki, təqsirləndirilən şəxslər azadlıqda qalacağı təqdirdə işləyərək onun qalan pulunu qaytaracaqlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X7 onun həyat yoldaşının qardaşıdır. Fərid 30 aprel 2021-ci il tarixdə X1 ilə dalaşaraq İskəndərə xəsarət yetirmişdir. İskəndər ilə Fəridin dava-dalaşından sonra Fəridin barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 qayınanası Təzəgülün vasitəsilə tanımışdır. Belə ki, Azər Təzəgülün evidə usta qismində oboy vurmuşdur, həmçinin Azər və Leyla Təzəgülün evində müvəqqəti yaşamışlar. Bu zaman Azər ilə Fəridin tanışlığı yaranmışdır. Azər qayını Fəridin tutulmasından sonra təxminən may ayının əvvəllərində Təzəgülün yanına gələrək arvadı Leylanın əlaqələrinin geniş olmasını və Fəridin həbsdən azad edilməsində köməklik edə biləcəyini demişdir. 2021-ci ilin iyun ayının sonlarında qayını Fəridin barəsində Bərdə Rayon Məhkəməsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi üçün məhkəmə iclası təyin edilmişdir. Həmin vaxtlar Azər dəfələrlə Təzəgülə Fəridin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsinə köməklik edə biləcəyini demişdir. Azər Təzəgülə əlaqələrinin geniş olmasını və Fəridin ev dustaqlığına çıxardılmasında köməklik etməsi üçün 1000 manat pul ehtiyac olmasını bildirmişdir. Təzəgül çıxılmaz vəziyyətdə qalaraq Azərin təklifini ilə razılaşıb, Azərin verdiyi yalan vədlərə inanaraq Azərə 1000 manat pul vermişdir. Təxminən 2021-ci ilin iyun ayında Fəridin Bərdə Rayon Məhkəməsində məhkəmə iclası olmuş, həmin iclas zamanı Fəridin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməmişdir. Təzəgül Fəridin ev dustaqlığına çıxmamasını görüb dəfələrlə pulunu Azərdən tələb etmişdir. O, Təzəgülə dəfələrlə Azərə inanmamasını desə də, sonradan X4 Ağır Cinayətlər Məhkəməsindən azad edilməsi üçün Azərin arvadı Leylaya əvvəlcə 2500 manat sonradan isə 70 manat pulu yaşadığı evdə verməsini eşitmişdir. X8 Ağır Cinayətlər məhkəməsində 3 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra Təzəgül Azər və Leylanın onu aldatmalarını anlamışdır. Təzəgül dəfələrlə Azər və Leylaya zəng edərək verdiyi 3570 manat puluu geri qaytarmalarını tələb etsədə Azər və Leyla qaçaraq itmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, X7 onun gəlininin qardaşıdır. Təqsirləndirilən şəxs2 qudası Təzəgülün vasitəsilə tanımışdır. Belə ki, Azər Təzəgülün evində usta qismində oboy vurmuşdur, həmçinin Azər və Leyla Təzəgülün evində müvəqqəti yaşamışlar. Bu zaman Azər ilə Fəridin tanışlığı yaranmışdır. Azər Fəridin tutulmasından sonra təxminən may ayının əvvəllərində Təzəgülün yanına gələrək arvadı Leylanın əlaqələrinin geniş olmasını və Fəridin həbsdən azad edilməsində köməklik edə biləcəyini demişdir. 2021-ci ilin iyun ayının sonlarında Fəridin barəsində Bərdə Rayon Məhkəməsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi üçün məhkəmə iclası təyin edilmişdir. Həmin vaxtlar Azər dəfələrlə Təzəgülə Fəridin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsinə köməklik edə biləcəyini demişdir. Azər Təzəgülə əlaqələrinin geniş olmasını və Fəridin ev dustaqlığına çıxardılmasında köməklik etməsi üçün 1000 manat pul ehtiyac olmasını bildirmişdir. Təzəgül çıxılmaz vəziyyətdə qalaraq Azərin təklifini ilə razılaşmış və Azərin verdiyi yalan vədlərə inanaraq Azərə 1000 manat pul vermişdir. Təxminən 2021-ci ilin iyun ayının sonlarında Fəridin Bərdə Rayon Məhkəməsində məhkəmə iclası olmuşdur. Həmin iclas zamanı Fəridin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməmişdir. Təzəgül Fəridin ev dustaqlığına çıxmamasını görüb dəfələrlə pulunu Azərdən tələb etmişdir. O, Təzəgülə dəfələrlə Azərə inanmamasını desə də, sonradan X4 Ağır Cinayətlər Məhkəməsindən azad edilməsi üçün Azərin arvadı Leylaya əvvəlcə 2500 manat sonradan isə 70 manat pulu yaşadığı evdə verməsini eşitmişdir. X10 Ağır Cinayətlər məhkəməsində 3 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra Təzəgül Azər və Leylanın onu aldatmalarını anlamışdır. Təzəgül dəfələrlə Azər və Leylaya zəng edərək verdiyi 3570 manat pulunu geri qaytarmalarını tələb etsədə Azər və Leyla qaçaraq itmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər AR CM-nin 153.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 sürücü qismində tanıyırmış və onunla heç bir düşmənçiliyi və ədavəti yoxmuş. Azər ondan borc olaraq 450 manat pul almışdır, bu zaman borcunu ayın sonu geri qaytarmağını demişdir. Sonradan o, Azərin qardaşı X6 adlı şəxsin dələduzluq yolu ilə pulunu ələ keçirməsini və həmin vaxt Azərin polis tərəfindən tutulmasını öyrənmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan axtarışda olan şəxsin tutlması haqqında 28 mart 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 28 mart 2022-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 130-136-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)35/2022 saylı 29 mart 2022-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimat təmin edilməmiş və məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Cinayət işinin 137-138-cı vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 29 mart 2022-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)109/2022 saylı 13 iyun 2022-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 30 iyun 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30 iyun 2022-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 18-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 172-ci vərəqəsində olan Bərdə Şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 158-159-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 79-80-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 02 mart 2022ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 170-ci vərəqəsində olan Bərdə RİHB-nın Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 12-13-cü vərəqələrində olan 08 yanvar 2022-ci il tarixli «DVD» diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi, 1 ədəd «DVD» diskə “Sony” markalı kompüterdə baxış keçirilmiş, səs yazısında aşağıdakı məzmunda dialoq müəyyən edilir: Zərərçəkmiş şəxs: Bu ayın axrı uşağım evdə olsun. Özündə gördün saydım verdim. Təqsirləndirilən şəxs1: Narahat olma, mən qadın heylağıyam ey. Kimisə imkan vermərəm balama qarğış töksün. Zərərçəkmiş şəxs: 2500 (iki min beş yüz) manat bax verdim. Ayın axrı uşaq evdə olsun. Təqsirləndirilən şəxs1: Bildim. Allah qapısını açsın. Soğan iylənir. Zərərçəkmiş şəxs: Az olsun dana. Yediyimiz şeydi. Allahın yaratdığı nemətdi. Təqsirləndirilən şəxs1: Neçə gün burdasınız? Zərərçəkmiş şəxs: Helə bilmirəm. Təqsirləndirilən şəxs1: Getməsələr xəbər elədə mənə, ya qalsalar. Azər gəlsin aparsın. Uşaq şey olsa yanımda dayanardı. Az çıxma çölə. Zərərçəkmiş şəxs: İndi keçirib gedirsən? Təqsirləndirilən şəxs1: Hə. Evə getsəm nə var idi ki. Zərərçəkmiş şəxs: Hə getdə, Allah xeyirlisini etsin. Özündə denən ki, aydan o yana olmasın. Bilmirəm ki. Əl çəkmədilər. Hara getdim əl çəkmədilər. Nətər oldu bu iş. 1000 (bir min) manat qabaq vermişdim. Cinayət işinin 176-188-ci vərəqələrində olan 29 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünü ki, 08 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol ilə götürülmüş, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş sonuncunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2500 manat pulu verərkən aralarında olan dialoqun səs yazısı olan «DVD» disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tərtib olunmuş 02 avqust 2022-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət işi üzrə vurulmuş 1500 (bir min beş yüz) manat məbləğində pul Zərərçəkmiş şəxs ödənilmişdir. Məhkəmə iclasında tərtib olunmuş 09 avqust 2022-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət işi üzrə vurulmuş 500 (beş yüz) manat məbləğində pul Zərərçəkmiş şəxs ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəməsini, azyaşlı uşağının olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 03 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, o, 28 mart 2022-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmiş, Bərdə Rayon Məhkəməsinin 4(021)35/2022 saylı 29 mart 2022-ci il qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimat təmin edilməmiş və məhkəmə iclas zalından dərhal azad olunmuş, Bərdə Rayon Polis Şöbəsinin 29 mart 2022-ci il qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bərdə Rayon Məhkəməsinin 1(021)109/2022 saylı 13 iyun 2022-ci il qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək barəsində axtarış elan edilmiş, 30 iyun 2022-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 2 ay 16 gün müddət (28 mart 2022-ci il, 30 iyun 2022-ci il tarixdən - 14 sentyabr 2022-ci il tarixədək) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı, məhkəmə iclas zalından dərhal azad olunmalı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olmamasını, gənc olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəməsini, azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumuğunun olmamasını, zərəçəkmiş şəxsə ziyanın ödənilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 02 mart 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, 02 mart 2022-ci il qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Zərərçəkmiş şəxs dəymiş 3750 manat ziyandan 2000 manat ödənilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 28 mart 2022-ci il tarixdə və 30 iyun 2022-ci il tarixindən 14 senyabr 2022-ci il tarixinədək həbsdə saxlanıldığı 2 (iki) ay 16 (on altı ) gün həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 5 (beş) ay 2 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxs dəymiş 3750 manat ziyandan 2000 (iki min) manat ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-109/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-109/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver