Məhkəmə qərarları › İş №1(021)-109/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-109/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-109/2023 01.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri Natəvan küçəsi ev 1-də qeydiyyatda olan və Bərdə şəhəri Bakı küçəsində yerləşən 6 saylı tam orta məktəbin ərazisində yerləşən tikilidə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.2 və 240.1ci maddələri, xx xxxxx 1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Qarabağ küçəsi ev 137-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli yolla ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri Qarabağ küçəsi ev 35-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə pəncərədən qanunsuz daxil olmaqla yataq otağında divardan asılı vəziyyətdə olan 01 ədəd Hauser markalı, 127 sm diaqonallı (50 düym.), “HTV-50LT650V” model, Led televizoru gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 700 (yeddi yüz manat) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, yəni ümumi təmiz çəkisi 0,946 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa 1 nömrəli əlavəyə əsasən təsir maddəsinin miqdarına görə ümumi təmiz çəkisi 0,5 qram olmaqla 10 (on) ədəd zavod üsulu ilə hazırlanmış narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol hidroxloridi qanunsuz əldə edərək yaşadığı Bərdə şəhəri Bakı küçəsində yerləşən 6 saylı tam orta məktəbin ərazisində olan evin qonaq otağında, stolun üzərində “Arqo” siqaret qutusunda və barmağında olan gümüş üzüyünün alt hissəsində saxlamış, 27 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd edilən evin qonaq otağında yerləşən stolun üzərində satış məqsədilə saxladığı “Arqo” siqaret qutusundakı 5 (beş) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində təmiz çəkiləri 0,154 qram, 0,186 qram, 0,142 qram, 0,183 qram və 0,106 qram olmaqla, ümumi təmiz çəkisi 0,771 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,5 qram olmaqla 10 (on) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən tramadol hidroxlorid, 01 ədəd gümüşü rəngli elektron tərəzi və həmin gün saat 1805 radələrində Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni sol əlinin beşinci barmağında olan gümüş üzüyün alt hissəsindən 1 (bir) ədəd açıq-yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,175 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını gizli yolla ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri Qarabağ küçəsi ev 35-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə pəncərədən qanunsuz daxil olmaqla yataq otağında divardan asılı vəziyyətdə olan 01 ədəd Hauser markalı, 127 sm diaqonallı (50 düym.), “HTV-50LT650V” model, Led televizoru gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 700 (yeddi yüz manat) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 234.2 və 240.1-ci maddələrində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, narkotik vasitə hesab edilən “kokos” yəni heroin istifadə edir. Təxminən 5-6 ay əvvəl tanımadığı şəxs ona “Watsapp” sosial şəbəkəsində yazaraq X14 Respublikası vətəndaşı kimi təqdim edərək söhbət əsnasında ondan narkotik vasitə istifadəçisi olub olmadığını soruşmuş, həmin şəxsə heroindən istifadə etdiyinii demiş, bundan sonra həmin şəxs ona narkotik vasitə satdığını demiş və ondan nisyə heroin almağı təklif etmişdir. Həmin şəxsin təklifi ilə razılaşmış, “Watsapp” vasitəsi ilə həmin şəxslə yazışmış və heroin lazım olduğunu demişdir. Tanımadığı şəxs onu Bakı şəhərinə dəvət etmiş və Bakı şəhərinə getmişdir. X14 Respublikası vətəndaşı kimi təqdim edən şəxs ona Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən H.Əliyev adına parkda şam ağacının kənarında narkotik vasitə hesab edilən heroin və 1 list “tramadol” olduğunu demiş, həmin yerə gedərək şam ağacının kənarında yerə basdırılmış vəziyyətdə ağ rəngli sellofana bükülmüş torbanı götürmüş, daha sonra içərisinə baxdıqda 6 ədəd yaşıl rəngli sellofan bükümdə heroin, 1 listin içərisində olan 10 kapsul travmadol olduğunu görüb götürərək narkotik vasitəni və dərmanı özü ilə Bərdə şəhərinə gətirərək yaşadığı evdə öz şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə saxladığı heroin bükümlərindən birini sol əlinin 5-ci barmağında olan gümüş üzüyün alt hissəsinə qoymuş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən evin qarşısına polis əməkdaşlarının gəldiyini görüb həyətə çıxmış, həmin şəxslər ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxladığını və qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat əldə etdiklərini bildirmişlər. Polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə hesab edilən heroin olduğunu, öz şəxsi istifadəsi üçün evdə saxladığını demişdir. Polis əməkdaşları ona evdə şəxsi istifadəsi üçün saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etməyi təklif etmişlər. Onun iştirakı ilə yaşadığı evə daxil olub evin yataq otağında olan stolun üzərində “Argo" markalı siqaret qutusunu göstərərək həmin siqaret qutusunun içərisində 5 ədəd yaşıl rəngli sellofana bükülmüş heroini, 01 (bir) ədəd üzərində “Tramadol 50” yazısı olan 10 ədəd dərman kapsulun və yaşadığı evdə saxladığı 1 ədəd elektron tərəzini təqdim edərək həmin narkotik vasitəni və dərman kapsullarını öz şəxsi istifadəsi üçün saxladığını demişdir. Lakin sol əlinin 5-ci barmağında olan gümüş üzüyün alt hissəsində gizlətdiyi 1 ədəd sellofan bükülünü təqdim etməmişdir. Daha sonra üzərində “ARGO” yazısı olan siqaret qutusunda olan 05 ədəd yaşıl rəngli sellofan büküm onun iştirakı ila elektron tərəzidə çəkilmiş və 1 list “tramadol” ilə birlikdə ağ rəngli zərfə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Bundan sonra bir ədəd elektron tərəzi və terminal vasitəsi ilə göndərdiyi 200 manat pulun qəbzləri polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş və ağ rəngli zərfə qablaşdırılmışdır. Yaşadığı evdə başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində ona vəkil təqdim olunaraq vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış keçirilərkən onun sol əlinin 5-ci barmağında olan gümüşü rəngli üzüyü çıxararaq masanın üzərinə qoymuş və üzüyün alt hissəsində gizlətdiyi bir ədəd yaşıl rəngli sellofan bükülünü təqdim etmişdir. Bir ədəd bükülü elektron tərəzidə çəkilmiş, ağ rəngli zərfə qablaşdırılıb möhürlənmişdir. Üzərində olan Samsung A10 markalı mobil telefonu arxa cibindən çıxararaq masanın üzərinə qoymuş və qablaşdırılmışdır. Polis əməkdaşlarına yaşadığı evdən aşkar olunaraq götürülmüş 5 ədəd sellofan bükümdə olan heroinin, 1 list içərisində 10 ədəd həb olan tramadol kapsulunun, 1 ədəd elektron tərəzinin və şəxsi axtarış zamanı sol əlinin 5-ci barmağında olan üzüyün alt hissəsində gizlətdiyi heroinin ona məxsus olduğunu, həmin narkotik vasitələri və travmadolu öz şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmadığını bildirmişdir. 10 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri Qarabağ küçəsində dostu Təqsirləndirilən şəxs1 ilə görüşüb söhbət edərkən Bəhruz yaşadığı küçədə olan qonşusu Zərərçəkmiş şəxs evində plazma televizorun olduğunu və hal-hazırda həmin evdə heç kimin olmadığını ona demiş, həmin televizoru oğurlamağı təklif etmişdir. Bəhruz ilə razılaşıb Zərərçəkmiş şəxs evinin taxta darvazasının qapısını açıb evin həyətinə keçmişlər. Bəhruz yaşayış evinin pəncərəsini əli ilə açmış, birlikdə evə daxil olmuşlar. Evin yataq otağında divara asılmış plazma televizorunu birlikdə götürüb keçdikləri pəncərədən bayıra çıxmış, evdən çıxandan sonra Bəhruza plazma televizoru yaşadığı evə aparıb saxlayacağını və satandan sonra əldə olunan pulu böləcəyini demişdir. Bəhruz onunla razılaşıb televizoru öz yaşadığı evə aparmış, səhəri günü yəni 11 dekabr 2022-ci il tarixdə oğurladığı televizoru tanıdığı Mirağa adlı şəxsə 220 manata satmışdır. Bəhruza zəng edərək oğurladıqları televizoru 220 manata satdığını və ona düşən 110 manat pulu vermək istədiyini demişdir. Bəhruz həmin gün yaşadığı evə gəlib 110 manat pul almışdır. Əldə etdiyi pulu öz ehtiyacı üçün xərcləmişdir. Mirağanın televizorun oğurluq olmasından xəbəri olmamışdır. Zərərçəkmiş şəxsdən oğurladıqları televizor zərərçəkmiş şəxsə qaytarılmışdır, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Söz verir ki, bir daha qanunazidd əməl törətməyəcəkdir. Qeyd etdiklərinin, habelə gənc olmasının və ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə 10 dekabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı Bərdə şəhəri Qarabağ küçəsində görüşüb söhbət etmiş, söhbət zamanı sonuncuya yaşadığı küçədə olan qonşusu Zərərçəkmiş şəxs evində plazma televizorun olduğunu, hal-hazırda həmin evdə heç kimin olmadığını demiş, televizoru oğurlamağı ona təklif etmişdir. Vaqif onunla razılaşmış, Zərərçəkmiş şəxs evinin dəmir darvazasının qapısını açıb birlikdə evin həyətinə keçmişlər. Evin pəncərəsini əli ilə açıb Vaqiflə birlikdə evə daxil olmuşlar. Evin yataq otağında divara asılmış plazma televizoru birlikdə götürüb keçdikləri pəncərədən bayıra çıxmışlar. Vaqif plazma televizoru yaşadığı evə aparıb saxlayacağını və satandan sonra əldə olunan pulu böləcəyini demiş, o da Vaqiflə razılaşmışdır. Vaqif televizoru öz yaşadığı evə aparmış, o isə yaşadığı evə getmişdir. 11 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Vaqif ona zəng edərək oğurladıqları televizoru 220 manata satdığını və ona düşən 110 manat pulu vermək istədiyini demişdir. Vaqifin yaşadığı evə gedərək Vaqifdən 110 manat pulu almışdır. Zərərçəkmiş şəxsdən oğurladıqları televizor zərərçəkmiş şəxsə qaytarılmışdır, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Tutduğu əməldən son dərəcə peşmandır. Söz verir ki, bir daha qanunazidd əməl törətməyəcəkdir. Qeyd etdiklərinin, habelə gənc olmasının və ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, qızı Vüsalə Göyüşovanın əri rəhmətə getdiyindən hərdən onun yanında qalıb kömək edir. 15 noyabr 2022-ci il tarixdə yaşadığı evdən çıxıb Bakı şəhərində yaşayan qızı Vüsalə Göyüşovanın yaşadığı Bakı şəhəri Binə qəsəbəsinə getmişdir. Bir müddət orda qaldıqdan sonra 27 dekabr 2022-ci il tarixdə yaşadığı evə qıyıtmışdır. Yaşadığı evə girib yataq otağına keçmiş, yataq otağında divardan asılmış Hauser markalı 127sm diaqonallı plazma televizorun yerində olmadığını görmüşdür. Həmin vaxtı DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evin yataq otağında divardan asılmış dəyəri 1350 manat olan Hauser markalı plazma televizorun oğurlandığını demişdir. Həmin vaxtı yaşadığı evə polis əməkdaşları gəlib izahatını almış və baxış keçirilərək fotoşəkillər çəkilmişdir. Hazırda ona məxsus Hauser markalı plazma televizoru özünə qaytarılmışdır. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə rəhm edilməsini və onlara cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin PPXB-də polis nəfəri işləyir. Bərdə şəhəri Natəvan küçəsi ev 1-də qeydiyyatda olmaqla Bərdə şəhəri Bakı küçəsində yerləşən 6 nömrəli məktəbin inzibati binasının həyətində məskunlaşaraq yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evdə və üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan tərəflərindən 27 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında saxlanılmış, yaşadığı Bərdə şəhəri Bakı küçəsində yerləşən 6 nömrəli məktəbin inzibati binasının ərazisində yerləşən tikiliyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 fərdi yaşayış evində yataq otağında olan stolun üzərində Aqro yazısı olan siqaret qutusunun içərisində 05 ədəd yaşıl rəngli sellofana bükülmüş narkotik vasitə hesab edilən heroinləri, elektron tərəzini və 1 (bir) list güclü təsir edən tramadol dərmanını təqdim etmişdir. Narkotik vasitələrə baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin aludəçisi olduğunu, buna görə də həmin bükülülərdə narkotik vasitə saxladığını və istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş bükülülər elektron tərəzidə çəkilərək həmin bükülülər və tramadol həbi 1 ədəd zərfdə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Şahid4 və Şahid2 şahid X7 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, Bərdə şəhəri İsmət Qayıbov küçəsində “Play Station” oyun məkanı işlədir. Həmin məkanda plazma televizoru işləmədiyi üçün plazma televizoru axtarmışdır. Bu müddət ərzində əvvəllər tanıdığı 6 nömrəli məktəbin həyətində yaşayan Təqsirləndirilən şəxs2 onun istifadə etdiyi mobil telefona zəng edərək onda plazma televizoru olduğunu və satmaq istədiyini bildirmişdir. Ona ehtiyac olduğu üçün Vaqifə plazma televizorunun lazım olduğunu və işlətdiyi məkana qoyacağını demişdir. Təqsirləndirilən şəxs2 televizorun ona məxsus olduğunu və yaşadığı evdə olduğunu bildirmişdir. 11 dekabr 2022-ci il tarixdə Vaqifin yaşadığı evə gedərək və orada Hauser markalı 127 diaqonal plazma televizoru və onun idarə etmə pultu olduğunu görüb Vaqifə həmin televizoru neçəyə satmasını soruşmuş, Vaqif ona həmin televizoru 220 manata satdığını demişdir. Təqsirləndirilən şəxs2lə razılaşıb televizoru 220 manat pula ondan almışdır. Televizorun oğurluq olmasından xəbəri olmamışdır. Televizoru və idarə etmə pultunu polis şöbəsinə təqdim etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 28 dekabr 2022-ci il tarixli 16/1413 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Bərdə şəhəri Bakı küçəsində yerləşən 6 saylı tam orta məktəbin ərazisində yerləşən tikilidə məskunlaşmış Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunaraq götürülmüş 05 ədəd narkotik vasitəyə bənzər kütlə və 1 list üzərində “tramadol 50 ml” yazısı olan həblər...” sözləri və imzalar olan zərfdəki; -5 (beş) ədəd açıq-yaşıl rəngli polietlen kəsiyi bükümlərində təmiz çəkiləri 0,154 qram, 0,186 qram, 0,142 qram, 0,183 qram, 0,106 qram, ümumi təmiz çəkisi 0,771 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Tramadol 50 mq...10.20.23” göstəriciləri olan 1 ədəd tamlığı pozulmamış konvalyutada, 10 ədəd ağ-göy rəngli kapsulalar zavod üsulu ilə hazırlanmış tramadol dərman preparatıdır (beynəlxalq adına görə Tramadol hidroxlorid). Təqdim olunmuş sayı 10 ədəd olan tramadol kapsullarının təsir maddəsinin miqdarı 0,5 qram təşkil edir. Tədqiqata təqdim olunmuş üzərində “Bərdə şəhəri Bakı küçəsində yerləşən 6 saylı tam orta məktəbin ərazisində yerləşən tikilidə məskunlaşmış Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd yaşıl rəngli sellofan büküm” sözləri və imzalar olan zərfdəki, 1 ədəd açıq-yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,175 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Bərdə şəhəri Bakı küçəsində yerləşən 6 saylı tam orta məktəbin inzibati binasının ərazisində yerləşən tikilidə məskunlaşmış Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunaraq götürülmüş 01 ədəd gümüşü rəngli elektron tərəzi” sözləri və imzalar olan zərfdəki, 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqaisəli tədqiqatını aparmaq mümkün deyil. Tədqiqata təqdim edilmiş 2 ədəd zərflərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. -Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,771 qram və 0,175 qram, tədqiqata sərf edildi 0,12 qram (hər obyektə 0,02 qram), qalıq 0,671 qram, 0,155 qram. -Tramadol saylı 10 həb, tədqiqata sərf edildi 1 ədəd, qalıq 9 həb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2023-cü il tarixli 9/1563 saylı rəyindən görünür ki, təqdim edilən fotoşəkillərə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 127 sm diaqonallı (50 düym), “Hauser” markalı, “HTV-50LT650V” model Led televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 700 manat müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 12 yanvar 2023-cü il tarixli 49 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında narkotik vasitələri satmaq niyyətinin olmaması, narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi ilə bağlı dedikləri ilə əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin 5 bükümdə heroini, 10 ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən tramadol hidroxloridi və üzərində heroin izləri olan elektron tərəzini özündə saxlaması ona deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, narkotik maddələrin bükümlərdə təxminən hər biri bir dəfə istifadə üçün hesablanmaqla qablaşdırılaraq saxlanılması, həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı evdən üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzinin aşkar edilməsi həmin narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edir. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs2 ayrı-ayrı şəxslərlə olan SMS yazışmaların mətnlərindən də görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O cümlədən, Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********53 mobil nömrəsindən X2 məxsus +**********72 mobil nömrəyə SMS göndərilmiş, həmin SMS-də Təqsirləndirilən şəxs2 tərəfindən “qaqa bayaq and içdin ki, 1 saata verirəm, siqaret almağa pulum yoxdu. Bir də pulun kəsir olsa heç nə verməyəcəm sənə” sözləri yazılmışdır. Məhkəmənin qənaətinə görə yuxarıda istinad olunan olan Təqsirləndirilən şəxs2 SMS yazışmalarının mətnləri onun narkotik vasitələrin satışı ilə məşğul olmasını birbaşa təsdiq edən sübutdur. Beləliklə, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli yolla ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri Qarabağ küçəsi ev 35-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə pəncərədən qanunsuz daxil olmaqla yataq otağında divardan asılı vəziyyətdə olan 01 ədəd Hauser markalı, 127 sm diaqonallı (50 düym.), “HTV-50LT650V” model, Led televizoru gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 700 (yeddi yüz manat) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi; -bundan başqa, onun satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, yəni, ümumi təmiz çəkisi 0,946 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa 1 nömrəli Əlavəyə əsasən təsir maddəsinin miqdarına görə ümumi təmiz çəkisi 0,5 qram olmaqla 10 (on) ədəd zavod üsulu ilə hazırlanmış narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol hidroxloridi qanunsuz əldə edərək yaşadığı Bərdə şəhəri Bakı küçəsində yerləşən 6 saylı tam orta məktəbin ərazisində olan evin qonaq otağında, stolun üzərində “Arqo” siqaret qutusunda və barmağında olan gümüş üzüyünün alt hissəsində saxlamış, 27 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd edilən evin qonaq otağında yerləşən stolun üzərində satış məqsədilə saxladığı “Arqo” siqaret qutusundakı 5 (beş) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində təmiz çəkiləri 0,154 qram, 0,186 qram, 0,142 qram, 0,183 qram və 0,106 qram olmaqla, ümumi təmiz çəkisi 0,771 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,5 qram olmaqla 10 (on) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən tramadol hidroxlorid, 01 ədəd gümüşü rəngli elektron tərəzi və həmin gün saat 1805 radələrində Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni sol əlinin beşinci barmağında olan gümüş üzüyün alt hissəsindən 1 (bir) ədəd açıq-yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,175 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi; Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını gizli yolla ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri Qarabağ küçəsi ev 35-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə pəncərədən qanunsuz daxil olmaqla yataq otağında divardan asılı vəziyyətdə olan 01 ədəd Hauser markalı, 127 sm diaqonallı (50 düym.), “HTV-50LT650V” model, Led televizoru gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 700 (yeddi yüz manat) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.3, 234.2 və 240.1-ci maddələri, Təqsirləndirilən şəxs1 əməli isə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 dekabr 2022-ci il tarixli 7077 saylı arayışından və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə şəhəri Natəvan küçəsi ev 1də yaşayır. Ailə üzvləri: anası 1961-ci il təvəllüdlü X4, bacısı 1991-ci il təvəllüdlü X5 ibarətdir. Təqsirləndirilən şəxs2 Bərdə şəhəri Natəvan küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində Bərdə şəhər İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. CM-nin: 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. 59.1.13-cü maddəsinə görə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsi onun Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 ailəsinin yeganə qazanc gətirən şəxsidir, səhvini başa düşür və törətdiyi əməllərdən peşimandır, yaşayış yerindən müsbət xarakterizə olunur. Belə olan halda, Təqsirləndirilən şəxs2 ailəsinin yeganə qazanc gətirən şəxsi olması, törətdiyi əməllərdən peşiman olması, yaşayış yerindən müsbət xarakterizə olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 30 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar yoxdur. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət törətməmişdir. Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Törətdiyi cinayət əməllərini səmimi etiraf etməklə əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması, CM-nin 234.2 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhdum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2 və 240.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla üzərində qəti cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması barədə 27 dekabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 27 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 27 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 24 fevral 2023-cü il tarixli 990 saylı arayışından və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri Qarabağ küçəsi 137də yaşayır. Təqsirləndirilən şəxs1 Bərdə şəhəri Qarabağ küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində Bərdə şəhər İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. CM-nin: 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. 59.1.13-cü maddəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs1 ailəsinin yeganə qazanc gətirən şəxsidir, səhvini başa düşür və törətdiyi əməllərdən peşimandır. Belə olan halda, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşiman olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 15 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar yoxdur. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət törətməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs1 bir daha belə əməl törətməyəcəyinə vəd verərək ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət törətməməsi və məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və bir daha qanunazidd əməllər törətməyəcəyinə vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması barədə 23 fevral 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 23 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 25 fevral 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 28 dekabr 2022-ci il tarixli 16/1413 saylı, 28 mart 2023-cü il tarixli 9/1563 nömrəli bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 82,40 (səksən iki manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 82,40 (səksən iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,671 qram və 0,155 qram çəkidə narkotik vasitə heroin və 09 (doqquz) ədəd tramadol həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd Hauser markalı, 127 sm diaqonallı (50 düym.), “HTV-50LT650V” model, Led televizorunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaqla ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0600-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,671 qram və 0,155 qram çəkidə narkotik vasitə heroin və 09 (doqquz) ədəd tramadol həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd Hauser markalı, 127 sm diaqonallı (50 düym.), “HTV-50LT650V” model, Led televizorunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 82,40 (səksən iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar