Məhkəmə qərarları › İş №1(021)-109/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-109/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-109/2025 21.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi: Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tərtər rayon İsmayılbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Təhqiqat orqanı tərəfindən tərtib edilmiş yekun protokola əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur.Belə ki, 16 may 2025-ci il tarixdə saat 20:00 radələrində şəhəri,Səməd Vurğun küçəsində yerləşən “Qızıltac” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə sonradan dava-dalaşa çevrilmişdir.Nəticə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq sol gözaltı nahiyənin qançırı,burun kökü nahiyəsinin sıyrığı, sol göz almasının bayır yarısının geniş ölçülü qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 may 2025-ci il tarixdə Bərdə şəhəri,S.Vurğun küçəsində yerləşən “Qızıltac” şadlıq sarayına işdən çıxaraq tanışının oğlunun kiçik toy məclisində iştirak etmək üçün getmişdir. Toyda olduğu zaman spirtli içki qəbul etmişdir. Saat 20:00 radələrində toyu tərk etmək üçün şadlıq sarayının arxasında saxladığı avtomobilinə doğru gedərkən tanışı Zərərçəkmiş şəxs onu görmüş və içkili halda avtomobili idarə etməsinə mane olmağa çalışmışdır. Həmin an işdən əsəbi gəldiyi və toyda sərxoş olduğu üçün Zərərçəkmiş şəxs sözləri onda qıcıq yaratmışdır. Nəticədə Zərərçəkmiş şəxs sifətinə yumruq vurmuşdur .Daha sonra isə heç bir münaqişə yaranmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 may 2025-ci il tarixində “Qızıltac” şadlıq sarayına toy məclisində iştirak etmək üçün getmişdir. Toyda saat 20:00 radələrində siqaret çəkmək üçün çölə çıxaraq şadlıq sarayının arxasına getmişdir. Bir müddət sonra tanışı Təqsirləndirilən şəxs avtomobilinə sarı getdiyini görmüşdür. Tanış olduqları üçün sonuncuya yaxınlaşaraq onun sərxoş vəziyyətdə avtomobili idarə etməyinin qarşısını almağa çalışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir nalayiq ifadə və ya söyüş işlətməmişdir. Təqsirləndirilən şəxs sonda ona əsəbləşərək sifətinə yumruq vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 16 may 2025-ci il tarixində “Qızıltac” şadlıq sarayına toy məclisində iştirak etmək üçün getmişdir. Saat 20:00 radələrində ona şadlıq sarayının arxasında dava olduğunu bildirmişdilər. Həmin yerə gedərkən artıq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuşdur. Onlara yaxınlaşaraq münaqişəyə son qoymuşdur. Lakin münaqişənin nə səbəbdən yaranmsı barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Müşviq oğlu ilə barışmış, ona vurulmuş zərər aradan qaldırılmış, heç bir şikayəti yoxdur. İş materiallarına istinadlar: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 473 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol gözaltı nahiyənin qançırı, burun kökü nahiyəsinin sıyrığı, sol göz almasının bayır yarısının geniş ölçülü qansızması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, barəsində cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən (**********085) görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışıb, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs Müşviq oğlu məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, barəsində açılmış sadələşdirilmiş icraat materiallarına bəraətverici olmayan əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar bəraətverici olmayan əsaslarla xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala bəraətverici olmayan əsaslarla xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 2 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 22 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 22 (iyirmi iki) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar