Məhkəmə qərarları › İş №1(021)-11/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-11/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-11/2021 07.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi - X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Zərərçəkmiş şəxs1, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, texniki cəhətdən saz vəziyyətdə və etibarnamə əsasında ona məxsus olan “VAZ-21154” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə 28.02.2020-ci il tarixdə saat təxminən 12:35 radələrində Qaradəmirçi-Alpoud asfalt yolunun Bərdə şəhəri, Heydər Əliyev prospekti ilə kəsişməsində yerləşən nizamlanan yol ayrıcına daxil olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yol ayrıcına digər avtomobil daxil olduğu vaxt 2.4 “Yol verin” üstünlük yol nişanının tələbinə əməl etməli, yol ayrıcına daxil olmamalı və hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, bunları etməyərək, hərəkət üstünlüyünə malik olan, Bərdə şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edərək yol ayrıcına daxil olan Zərərçəkmiş şəxs2 sürücülük hüququ olmaqla idarə etdiyi “MTZ80X” markalı, 18 T 862 dövlət nömrə nişanlı traktorun qarşısına çıxıb toqquşaraq sonuncuya baş beyin silkələnməsi ilə müşayət olunan alın, burun beli nahiyələrinin çapıq toxumaları, burunun sümüyünün yerini dəyişmiş sınığı, burun nahiyəsinin sıyrıq piqmentiyası xəsarətləri ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, həmçinin, zərərçəkmiş hüquqi şəxs – "xxxx" MMC-yə məxsus “MTZ80X” markalı, 18 T 862 dövlət nömrə nişanlı traktora ümumilikdə, 4726 (dörd min yeddi yüz iyirmi altı) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, VAZ-21154 markalı ** BC *** dövlət nömrə nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. 27.02.2020-ci il tarixdə yaşadığı İmişli rayonundan çıxıb tanışı Abbasla birlikdə Bərdə şəhərində Abbasın adını və soyadını bilmədiyi əsgər yoldaşının toy mərasimində iştirak etmək üçün gəlmişdir. Toy 28.02.2020-ci il tarixdə baş tutacaqdı. Abbasın əsgər yoldaşı Bərdə rayonu Alpoud kəndində yaşayır. Onlar həmin gecəni Abbasın əsgər yoldaşının evində keçirmiş, növbəti gün, yəni 28.02.2020-ci il tarixdə saat təxminən 12 radələrində bəyin yaşadığı Bərdə rayonu Alpoud kəndindən gəlini gətirmək üçün toy karvanı ilə birlikdə hərəkətə başlamışlar. O, gəlinin yaşadığı yeri tanımadığına görə karvanla birlikdə getmişdir. Həmin vaxt onun avtomobilində dostu Abbas və bəyin tanımadığı 3 nəfər qohumu əyləşmişdir. O, Alpoud-Qaradəmirçi asfalt yolu ilə Bərdə şəhəri istiqamətində hərəkət etmişdir. Toy karvanında olan avtomobillər sürətlə hərəkət etdiyinə görə o, bir qədər arxaya qalmışdır. Bərdə şəhəri Heydər Əliyev prospektində sonradan adına “Çinqouz dairəsi” deyildiyini bildiyi dairəvi yol ayrıcına gəlib əsas yolla hərəkət edən avtomobillərə yol vermək üçün avtomobilini saxlamış, onunla eyni istiqamətdə sol tərəfində yük avtomobili dayanmışdır. O, həmin yük avtomobilinə görə soldan avtomobil gəlməsini görə bilməmiş, ona görə də, o, soldan gələn avtomobili görə bilmək üçün avtomobili bir neçə metr irəli hərəkət etdirmişdir. Avtomobili irəli sürən kimi qəfildən sol tərəfdən traktor gəldiyini görmüş və dərhal avtomobili saxlamışdır. Traktor qarşı hərəkət zolağından avtomobili gəlməsini görüb traktoru kənara sürə bilməmiş, traktorun arxa təkəri onun avtomobilin ön sol qanadına dəymiş və toqquşma baş vermişdir. Toqquşmanın təsirindən traktor sol yanı üstə aşıb qarşı hərəkət zolağında dayanmışdır. O, dərhal avtomobildən düşüb traktor sürücüsünün yanına qaçmış, həmin vaxt sürücünün burun nahiyəsində qan olduğunu görmüşdür. Ətrafda olan şəxslərin köməkliyi ilə traktorun sürücüsü Bərdə rayonu Mərkəzi xəstəxanasına aparılmışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və onun, hal şahidlərinin iştirakları ilə hadisə yerini ölçüb müayinə etmişdir. Baxış keçirilməsi haqqında protokol tərtib edilib ucadan oxunmuş və doğru hesab edilərək imzalarla təsdiqlənmişdir. Baxış keçirilməsi zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə ediləcəyi elan edilmiş, daha sonra polis əməkdaşları ilə birlikdə TTY məntəqəsinə gedib sərxoşluq müayinəsindən keçmiş, burada onun sərxoş olmadığı müəyyən edilmişdir. Hal-hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 28.02.2020-ci il tarixdə ona, Pambıq zavoduna məxsus olan MTZ80X markalı 18 T 862 dövlət nömrə nişanlı traktoru idarə edərək Bərdə rayonu Cəyirli kəndində yerləşən Pambıq məntəqəsindən pambıqları traktorun qoşqusuna yükləyib zavoda gətirmək tapşırılmışdır. Həmin gün saat təxminən 12:30 radələrində o, yükləri Bərdə şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MMC-yə boşaltdıqdan sonra yenidən Cəyirli kəndinə qayıtmaq üçün zavoddan çıxıb Bərdə şəhəri istiqamətində hərəkətə başlamışdır. Bərdə şəhəri H.Əliyev prospektində Bərdə şəhəri istiqamətində hərəkətdə olan zaman “Çinqouz” dairəsi deyilən yol ayrıcına çatan zaman hərəkət üstünlüyü onda olmasına baxmayaraq qəfildən qara rəngli VAZ-2115 markalı avtomobil köməkçi yoldan qəfildən qarşısına çıxmışdır. O, traktoru sol tərəfə çəkib hadisədən yayınmağa çalışsa da, məsafə az olduğuna görə hadisədən yayına bilməmiş, onun idarə etdiyi traktorun arxa təkərin həmin avtomobilin ön sol küncünə dəydikdən sonra traktor yolun ortasında sol yanı üstə aşmışdır. Hadisə nəticəsində o, burun nahiyəsindən qırıq və alın nahiyəsindən kəsik xəsarətləri almışdır. Ətrafda olan şəxslərin köməkliyi ilə onu Bərdə RMX-ya aparmışlar. Burada o, sərxoşluq müayinəsindən də keçirilmiş, orada tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Sonradan, onun traktoruyla toqquşan avtomobilin İmişli rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2115 markalı ** BC *** qeydiyyat nişanlı avtomobil olmasını bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 2016-cı il tarixdən "xxxx" MMC-nin aparıcı mühəndisi vəzifəsində çalışır. Onların cəmiyyəti pambıq istehsalı və emalı ilə məşğuldur. Zavod Bərdə rayonu Heydər Əliyev prospektində yerləşir. Onun vəzifəsi cəmiyyətə məxsus olan texnikaların vəziyyətinə nəzarət etməkdir. MTZ80x markalı 18 T 862 dövlət qeydiyyat nişanlı traktor da həmçinin cəmiyyətə məxsusdur. Həmin traktor idarə etməsi üçün cəmiyyətin sürücüsü Zərərçəkmiş şəxs2 təhkim edilmişdir. Zərərçəkmiş şəxs2 traktor idarə edə bilməsi üçün bütün sənədləri qaydasındadır. Əvvəllər Zərərçəkmiş şəxs2 traktor idarə etməsi ilə bağlı heç bir problem yaşanmamışdır. 28 fevral 2020-ci il tarixdə saat təxminən 12:40 radələrində ona Zərərçəkmiş şəxs2 idarə etdiyi traktorla Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən “Çinqouz” dairəsi deyilən yol ayrıcında hərəkətdə olan zaman qəfildən bir avtomobillə toqquşması nəticədə traktora ziyan dəyməsi və Zərərçəkmiş şəxs2 burnundan xəsarət alması barədə məlumat vermişlər. Qəza baş verən yer zavodun yerləşdiyi yerə yaxın olduğuna görə o, dərhal həmin yerə getmiş, bu zaman Traktorun aşmış vəziyyətdə yolun hərəkət hissəsində qaldığını, digər tərəfdə isə qara rəngli VAZ-2115 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil olmasını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 artıq Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılmış, sonradan hadisə barədə maraqlandıqda, qara rəngli VAZ-2115 markalı avtomobilin qəfildən işçiləri Zərərçəkmiş şəxs2 idarə etdiyi traktorun qarşısına çıxdığını, ona görə də, qəza baş verdiyini bilmişdir. Daha sonra onun, cəmiyyətin digər işçilərin iştirakı ilə traktora əzilmiş və zədələnmiş hissələrinə baxış keçirilmişdir. Hadisə nəticəsində traktora təmir xərcləri ilə birlikdə 4726 manat ziyan dəydiyini müəyyən edərək bu barədə akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, 2016-cı il tarixdən "xxxx" MMC-nin X4 və Emalı Zavodunda SƏTƏMM üzrə mütəxəssis vəzifəsində çalışır. Onların cəmiyyəti pambıq istehsalı və emalı ilə məşğuldur. Zavodumuz Bərdə rayonu Heydər Əliyev prospektində yerləşir. MTZ80x markalı 18 T 862 dövlət qeydiyyat nişanlı traktor da həmçinin cəmiyyətə məxsusdur. Zərərçəkmiş şəxs2 zavodda işləməyə başladığı vaxtdan tanımış, belə ki, Zərərçəkmiş şəxs2 zavodda traktor sürücüsü vəzifəsində çalışır və MTZ80x markalı 18 T 862 dövlət qeydiyyat nişanlı traktor Zərərçəkmiş şəxs2 təhkim olunmuşdur. Zərərçəkmiş şəxs2 traktor idarə edə bilməsi üçün bütün sənədləri qaydasındadır, əvvəllər Zərərçəkmiş şəxs2 traktor idarə etməsi ilə bağlı heç bir problem yaşanmamışdır. Təqsirləndirilən şəxs isə əvvəl tanımamış, aralarında düşmənçilik və ya ədavət yoxdur. 28 fevral 2020-ci il tarixdə saat 12:30 radələrində o, özünə məxsus olan avtomobillə Bərdə şəhəri Heydər Əliyev prospekti ilə Ağdam rayonu istiqamətinə hərəkət etmiş, Bərdə şəhəri Heydər Əliyev prospekti ilə Qaradəmirçi-Alpoud asfalt yolunun kəsişməsində yerləşən “Çinqouz” dairəsi deyilən yol ayrıcına çatmağa az qalmış uzaqdan onunla əks istiqamətdə zavoda məxsus traktorun gəldiyini görmüş, belə ki, zavoda məxsus olan traktoruların rəngi və markası oxşar olduğuna görə o, görən kimi tanımış, o, “Çinqouz” dairəsi deyilən yol ayrıcına çatmağa çox az qalmış qəfildən sol tərəfdən, yəni Qaradəmirçi kəndi istiqamətdən bir qara rəngli VAZ-2115 markalı avtomobil Zərərçəkmiş şəxs2 idarə etdiyi traktorun qarşısına çıxmış, bu zaman toqquşma baş vermiş və toqquşmanın təsirindən Samirin idarə etdiyi traktor aşmış, o, dərhal öz avtomobilindən düşüb Samirə tərəf qaçmış, bu zaman Samirin burun və alın nahiyəsindən xəsarət aldığını görmüş, Samirlə toqquşan avtomobilin isə VAZ-2115 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüş, bundan sonra onlar Samiri oradan götürüb Bərdə rayon Mərkəzi xəstəxanasına aparmış, daha sonra onun, cəmiyyətin digər işçilərin iştirakı ilə traktorun əzilmiş və zədələnmiş hissələrinə baxış keçirilmiş, hadisə nəticəsində traktora təmir xərcləri ilə birlikdə 4726 manat ziyan dəydiyini müəyyən edərək bu barədə akt tərtib etmiş və akt imzalandıqdan sonra cəmiyyətin direktoru tərəfindən möhürlə təsdiqlənmiş, həmin akt artıq istintaqa təqdim edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. VAZ-2115 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin avtomobilin idarə etməsi üçün oğlu İsmətə etibarnamə də vermişdir. Həmin avtomobili çox vaxt oğlu İsmət idarə edir. 27 fevral 2020-ci il tarixdə oğlu İsmət ona Abbas adlı dostunun Bərdə rayonunda yaşayan əsgər yoldaşı olduğunu, həmin əsgər yoldaşının toyuna Abbasla birlikdə gedəcəyini bildirmiş, o, İsmətə razılıq verdikdən sonra İsmət VAZ-2115 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonuna getmiş, bundan sonrasından məlumatı olmamış, 28 fevral 2020-ci il tarixdə saat təxminən 12:40 radələrində oğlu İsmət ona zəng edərək Bərdə rayonu ərazisində qəza törətdiyini, Traktorla toqquşduğunu bildirmiş, bundan sonra o, yaşadığı İmişli rayonu Gövhərli kəndindən çıxıb Bərdəyə gəlmiş, burada İsmətin özündən maraqlanan zaman İsmətin Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən yol ayrıcına qaydanı pozaraq daxil olduğunu, bu zaman AzərPambığa məxsus olan traktorla toqquşduğunu, nəticədə traktorun aşdığını və traktorun sürücüsü Zərərçəkmiş şəxs2 xəsarət aldığını eşitmişdir. Şahid1 həmçinin ifadəsində hadisənin necə baş verdiyini görmədiyini, bu barədə sonradan eşitdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş 28.02.2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bərdə şəhəri Heydər Əliyev prospekti ilə Qaradəmirçi-Alpoud asfalt yolunun kəsişməsində yerləşən nizamlanan yol ayrıcıdır. Cinayət işinə əlavə edilmiş 07.07.2020-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş 1 ədəd DVD diskin içərisindəki video görüntülərdən görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsi Bərdə şəhəri Heydər Əliyev prospekti ilə Qaradəmirçi-Alpoud asfalt yolunun kəsişməsində yerləşən nizamlanan yol ayrıcında baş vermiş, 28.02.2020-ci il tarixdə saat 12:35-də Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2115 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə nizamlanan yol ayrıcına daxil olan zaman yol nişanlarının tələblərinə əməl etməyərək əsas yolla hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “MTZ80X” markalı, 18 T 862 dövlət nömrə nişanlı traktorun qarşısına çıxıb toqquşmuşdur. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30.07.2020-ci il tarixli 8/782 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyindən görünür ki, “VAZ-2115” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4. “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda MTZ 80 X markalı 18 T 862 dövlət qeydiyyat nişanlı traktorun toqquşma yerindən 10,7- 18,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda MTZ 80X markalı 18 T 862 dövlət qeydiyyat nişanlı traktorun toqquşma yerindən 10,7-18,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinə həvalə edilmişdir. Cinayət işinə əlavə edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası Zona Mərkəzinin 27.04.2020-ci il tarixli 207 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zaman onun bədəni üzərində - baş beyin silkələnməsi ilə müşayət olunan alın, burun beli nahiyələrinin çapıq toxumaları, burun sümüyünün yerini dəyişmiş sınığı, burun nahiyəsinin sıyrıq piqmentiyası – aşkar edilmişdir, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, müddəti 28.02.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığıa AZ ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir və onun əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş 28.02.2020-ci il tarixli 242 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs qəza törədən zaman sərxoş olmamışdır. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilən “AKT”-dan görünür ki, 28.02.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində "xxxx" MMC-yə məxsus olan MTZ 80X markalı 18 T 862 dövlət qeydiyyat nişanlı traktora təmir xərcləri ilə birlikdə ümumilikdə 4726 (dörd min yeddi yüz iyirmi altı) manat maddi ziyan dəymişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu texniki cəhətdən saz vəziyyətdə və etibarnamə əsasında ona məxsus olan “VAZ-21154” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə 28.02.2020-ci il tarixdə saat təxminən 12:35 radələrində Qaradəmirçi-Alpoud asfalt yolunun Bərdə şəhəri, Heydər Əliyev prospekti ilə kəsişməsində yerləşən nizamlanan yol ayrıcına daxil olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yol ayrıcına digər avtomobil daxil olduğu vaxt 2.4 “Yol verin” üstünlük yol nişanının tələbinə əməl etməli, yol ayrıcına daxil olmamalı və hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, bunları etməyərək, hərəkət üstünlüyünə malik olan, Bərdə şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edərək yol ayrıcına daxil olan Zərərçəkmiş şəxs2 sürücülük hüququ olmaqla idarə etdiyi “MTZ80X” markalı, 18 T 862 dövlət nömrə nişanlı traktorun qarşısına çıxıb toqquşaraq sonuncuya baş beyin silkələnməsi ilə müşayət olunan alın, burun beli nahiyələrinin çapıq toxumaları, burunun sümüyünün yerini dəyişmiş sınığı, burun nahiyəsinin sıyrıq piqmentiyası xəsarətləri ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, həmçinin, zərərçəkmiş hüquqi şəxs – "xxxx" MMC-yə məxsus “MTZ80X” markalı, 18 T 862 dövlət nömrə nişanlı traktora ümumilikdə, 4726 (dörd min yeddi yüz iyirmi altı) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində islah işləri növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 263.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzasnın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun hadisəninin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini və himayəsində 1 azyaşlı uşağının olmasını CM-in 59.1ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Vətən Müharibəsi iştirakçısı olmasını, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilr. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus olan “MTX 80X” markalı, “18 T 862” dövlət qeydiyyat nişanlı traktorun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2115 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış içərisində hadisənin görüntülərinin əks edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 100 (yüz) mаnаt ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus olan “MTX 80X” markalı, “18 T 862” dövlət qeydiyyat nişanlı traktorun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2115 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış içərisində hadisənin görüntülərinin əks edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) mаnаt ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar