Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-11/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Müdafiəçi X5, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1964-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 28 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 iyun 2012-ci il tarixdə Salyan rayon məhkəməsinin 07 iyun 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 02 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və müddətdə satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və ll siyahısında təsbit edilmiş 1 (bir) ədəd salfet kağız bükümdə və 1 (bir) ədəd şəffaf sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,74 qram, 105 qram, ümumi təmiz çəkisi 109,74 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 2 (iki) ədəd kağız bükümdə və 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,069 qram, 0,037 qram, 0,929 qram, 0,425 qram, ümumi təmiz çəkisi 1,46 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,312 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən evdə saxlamış, 25 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Nüşabə küçəsində saxlanılaraq Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra yaşadığı evə baxış keçirilən zaman həmin evdən yuxarıda qeyd olunmuş narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə şəhərində anadan olmuşdur. Əvvəllər narkotik vasitə qəbul etməyə başlamışdır. Əsasən, metamfetamin, heroin və marixuanadan istifadə edir. 18 fevral 2021-ci il tarixdə saat 10:00 radələrində Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində dəmiryolu xəttinin yaxınlığındakı zibillikdə metal qırıntıları axtararkən təsadüfən yerdə bir ədəd kağız salfet büküm, iki ədəd kağız büküm və iki ədəd sellofan büküm olduğunu görmüş və həmin bükümlər marağına səbəb olmuşdur. Həmin bükümləri açıb içərilərinə baxarkən iki ədəd kağız bükümün və iki ədəd sellofan bükümün içərisindəki kütlələrin metamfetamin, bir ədəd bükümün içərisindəki kütlənin isə heroin olduğunu bilmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümləri yerdən götürərək yaşadığı evə gətirib qaldığı otaqdakı şkafın sağ gözündə olan siqaret qutusunun içərisində gizlətmiş, içərisində metamfetamin olan bükümlərdən birini isə qış gödəkçəsinin iç cibinə qoymuşdur. Həmçinin 2021-ci ilin yanvar ayının sonlarında yaşadığı evin həyətyanı sahəsində yabanı halda bitmiş marixuana bitkisinin yarpağını qurudaraq şəxsi istifadəsindən ötrü bir ədəd kağız salfetə və bir ədəd sellofan paketə qoyub otaqdakı şkafın gözündə saxlamışdır. 25 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində Bərdə şəhəri Nüşabə küçəsində olarkən Bərdə rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman heç bir narkotik vasitə aşkar edilməmişdir. Sonra onun razılıq ərizəsi ilə polis əməkdaşları yaşadığı ünvana gedərək baxış keçirmişlər. Baxış zamanı qaldığı otaqda saxladığı narkotik vasitə və psixotrop maddələr polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə və psixotrop maddələri sadəcə şəxsi istifadəsindən ötrü evində saxladığını və heç kimə narkotik vasitə satmadığını bildirdi. Həmçinin əməlindən peşman olduğunu bildirərək, məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri , ekspert rəyləri, və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin X3 əməliyyat müvəkkili işləyir, polis leytenantı rütbəsindədir. 25 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində və evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də həmin gün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə saat 20:00 radələrində Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Həmin gün saat 20:30 radələrində onun özünün, Bərdə rayon polis şöbəsinin Post-patrul Xidmətinin polis sahə nəfəri, polis serjantı Şahid3 və X2 sahə polis nəfəri, polis serjantı Şahid2 iştirakları ilə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərində tərəfindən axtarış aparılmışdır. Lakin Təqsirləndirilən şəxs üzərindən “Fine” markalı siqaret qutusundan və alışqandan başqa heç bir əşya, o cümlədən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması şübhəsi olduğu üçün şübhəli şəxsə yaşadığı evə də videoçəkilişdən istifadə olunmaqla baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Daha sonra yuxarıda adlarını qeyd etdiyi şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı, ünvan 4 ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə hər hansı etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə evə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Ardınca Təqsirləndirilən şəxs evin giriş otağını göstərib yalnız həmin otaqdan istifadə etdiyini, evdə özündən başqa heç kimin yaşamadığını bildirmişdir. Həmin otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və ya başqa hər hansı qanunsuz əşya və ya predmet olduğu halda könüllü şəkildə təhvil verməsi təklif edilmişdir. Ancaq Təqsirləndirilən şəxs yaşadığı evdə heç bir qanunsuz əşya və ya predmet saxlamadığını söyləmişdir. Bundan sonra evə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı otaqdakı şkafın sağ tərəfindəki siyirmədəki siqaret qutusunun içərisindən 3 ədəd və sol tərəfindəki siyirmədən 1 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlər açıldıqdan sonra bükümlərdən 3 ədədinin içərisindən psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə, 1 ədədinin içərisindən isə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkarlanmışdır. Bundan başqa çarpayının üzərində olan qara rəngli gödəkçənin iç cibindən 1 ədəd büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqdan sonra içərisində psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlənin olması müəyyənləşmişdir. Daha sonra şkafın sol tərəfindəki siyirmədən 1 ədəd salfet bükümdə və 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu, istifadə etmək məqsədilə evində saxladığını qeyd etmişdir. Aşkar olunmuş kütlələrin hər biri ayrıayrılıqda elektron tərəzidə çəkilmişdir. Bu zaman şkafın sağ tərəfində olan siyirmədəki siqaret qutusunun içərisindən aşkar olunmuş bükümlərin içərisindəki metamfetaminə bənzər kütlələrin 0,45 qram, 0,27 qram və heroinə bənzər kütlənin 0,37 qram, sol tərəfindəki siyirmədən aşkar olunmuş bükümün içərisindəki metamfetaminə bənzər kütlənin 0,14 qram, gödəkçənin iç cibindən aşkar olunmuş bükümün içərisindəki metamfetaminə bənzər kütlənin 0,97 qram, salfetə bükülmüş vəziyyətdə olan qurudulmuş marixuanaya bənzər kütlənin 6,09 qram, şəffaf sellofanda olan qurudulmuş marixuanaya bənzər kütlənin 109,45 qram çəkiyə malik olduqları müəyyən edilmişdir. Bundan sonra baxış davam etdirilsə də, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlələr bir zərfdə, metamfetamin və heroinə bənzər kütlələr digər zərfdə qablaşdırılaraq götürülüb ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmiş və zərflərin üzəri Azərbaycan Respublikası DİN-in 94 saylı arayışlar üçün möhürü ilə möhürlənmişdir. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslər ilə birlikdə həmin protokolu imzalamışdır. Bundan başqa o, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni Bərdə şəhərində Tərtər çayının kənarından keçən dəmiryolu xəttinin yaxınlığındakı zibillikdə metal yığarkən yerdən tapmasını, əvvəllər heç kimə narkotik vasitə satmamasını, heç vaxt bu niyyətdə olmamasını, narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün evində saxlamasını dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etdi. Məhkəmə iclasında Şahid3 Şahid2 və Şahid1 ifadəsinə oxşar məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 11-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 25 fevral 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 56-ci vərəqəsində olan cinayət əməlinin tövsif edilməsi haqqında 27 fevral 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci madəsinə tövsif edilərək istintaqı həmin maddə ilə davam etdirilmişdir. Cinayət işinin 59-60-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)18/2021 saylı 27 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 165-167-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)45/2021 saylı 24 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 iyul 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 192-194-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)71/2021 saylı 22 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 246-247-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)160/2021 saylı 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 169-170-ci vərəqələrində olan Bərdə rayon məhkəməsinin 4(021)46/2021 saylı 24 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Eskpertiza Mərkəzi” X12 yerləşdirilmişdir. Cinayət işinin 43-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 bölməsinin məhkəmə-bioloji ekspertizasının 26 fevral 2021-ci il tarixli 16/185 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “ş.ş. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş.......” sözləri olan zərfdəki 1 (bir) ədəd salfet kağız bükümdə və 1 (bir) ədəd şəffaf sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,74 qram, 105 qram, ümumi təmiz çəkisi 109,74 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 5 ədəd.......” sözləri olan zərfdəki 2 (iki) ədəd kağız bükümdə və 2 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,069 qram, 0,037 qram, 0,929 qram, 0,425 qram, ümumi təmiz çəkisi 1,46 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Həmin kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,312 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi-109.74 qram, tədqiqat sərf edildi-0.4 qram (hər birindən 0.2 qram), qalıq 109.34 qram. Metafetamin təmiz çəkiləri -0.069 qram, 0.037 qram, 0.929 qram, 0.425 qram tədqiqata sərf edildi-0.02 qram, 0.01 qram, 0.1 qram, qalıq 0.049 qram, 0.027 qram, 0.829 qram, 0.325 qram. Heroin təmiz çəkisi -0.312 qram tədqiqata sərf edildi-0.05 qram qalıq-0.262 qram. (Aparılmış tədqiqatın dəyəri 60.80 manat təşkil edir) Cinayət işinin 139-140-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Psixonevroloji dispanserinin 17.04.2021-ci il tarixli 206 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzunmüddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri hesab edilmişdir. Cinayət işinin 141-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 08 may 2021-ci il tarixli 545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. 2-ci qrup əlil olduğuna görə nаrkоmаniya xəstəliyindən məcburi müаlicə tətbiq edilə bilməz. Narkolоji kabinetdə qеydiyyаtа götürülməsi məsləhət görülür. Cinayət işinin 197-202-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Eskpertiza Mərkəzi” X11 12 iyul 2021-ci il tarixli 84 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman şizofreniya xəstəliyinin paranoid formasından əziyyət çəkmişdir. Lakin Təqsirləndirilən şəxs aşkar olunan xroniki psixi xəstəlik öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Ancaq bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik ona ittiham olunan cinayət əməli dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda anlaqsız olub-olmaması məsələsini həll etmək olmaz. Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hal-hazırkı ekspertiza zamanı “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəliyə xas olan bir sıra əlamətlər müəyyən edilir. Lakin həmin xəstəliyin gedişində remissiya vəziyyəti olduğundan Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs qarşı tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, əziyyət çəkdiyi xəstəliyin xroniki gedişə malik olması, törətdiyi əmələ formal tənqidi münasibət bəsləməsi və əhvaliruhiyyəsinin aşağı olması səbəbindən həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, hirslilik, tez özündən çıxmaq, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs emosional vəziyyətində iş üçün əhəmiyyətli hesab olunacaq hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən zaman şüur və davranışlarına təsir göstərəcək, dərketməsini məhdudlaşdıracaq psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Eskpertiza Mərkəzi” X11 təkrar komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 04 may 2022-ci il tarixli 51 nömrəli rəyindən görünür ki: I. Motivləşdirici hissə Məhkəmə psixiatrik ekspertizası üzrə motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə nəticəyə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «PARANOİD ŞİZOFRENİYA» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materiallanndakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (18.09.2010-cu il tarixdən Bərdə şəhər poliklinikasının ruhi- əsəb kabinetində «Şizofreniya paranoid forma» diaqnozu ilə dispanser qeydiyyatda olması, Respublika Psixiatriya Xəstəxanasında 24.02.2018-ci il tarixdən 14.06.2018-ci il tarixədək və 17.12.2018-ci il tahxdən 01.04.2019-cu il tarixədək «Şizofreniya paranoid forma» diaqnozu ilə stasionar müalicədə olması, İİ qrup əlil olması) və hal- hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində ara-sıra digər yoxlanılan şəxsləri narahat etməsi, əhvali- ruhiyyəsinin dəyişkən olması, müayinə gedişində mimikasında qeyri-adekvat təbəssüm ifadəsi müşahidə edilməsi, müayinə zamanı fraqmentar olaraq özünüböyütmə sayıqlama fikirləri müəyyən edilməsi, təfəkkürünün məhsuldar olmaqla autik və simvolik xarakter daşıması, mülahizə və mühakimələrdə bir qədər məntiqsizlik müşahidə edilməsi, emosiyalarında ümumən dəyişkənlik müşahidə edilməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Şizofreniya və ya digər birincili psixotik pozuntular» rubrikasında 6A20 kodu altında «Şizofreniya» olaraq qeyd edilir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış eksperimentalpsixoloji müayinənin nəticələrinə əsasən Təqsirləndirilən şəxs təfəkkürünün autik və simvolik olması, proqnozlaşdırma qabiliyyətin nisbətən zəif çıxış etməsi, abstrakt anlayışları özünə məxsus tərzdə dərk etməsi və şərh etməsi, mühakimə və mülahizələrinin səthi və özünə məxsus tərzdə çıxış etməsi, emosional- iradi sferasında baş verən hadisələrə qarşı biganəlik, laqeydlik, əhval-ruhiyyənin dəyişkən olduğu aşkar olunur. II. Yekun hissəsi Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman və ondan sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdurmu? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında deyildir. Sual 2. Cinayət törədildikdən sonra keçən müddət ərzində Təqsirləndirilən şəxs psixi vəziyyətində hər hansı dəyişiklik yaranmışdırmı? Cavab. Cinayət törədildikdən sonra keçən müddət ərzində yoxlanılan şəxs Təqsirləndirilən şəxs düçar olduğu paranoid şizofreniya xəstəliyinin gedişində nəzərə çarpan dəyişiklik müəyyən edilmir. Belə ki, Təqsirləndirilən şəxs onda əvvəllər büruzə vermiş fraqmentar olaraq özünüböyütmə sayıqlama fikirləri, emosional qeyri-sabitlik təzahür etmişdir. Sual 3. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlıdırmı? Cavab. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri şəxsin yalnız cinayət hadisəsi törədildiyi ana aid olduğu üçün göstərilən sual cavablandırılmır. Ümumiyyətlə, qeyd edilməlidir ki, «Şizofreniya paranoid forma» xroniki psixi xəstəlik gedişatında natamam remissiya mərhələsi olur və hal-hazırda Təqsirləndirilən şəxs göstərilən xroniki psixi xəstəlik natamam remissiya mərhələsindədir və buna görə də, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında deyildir. Sual 4. Təqsirləndirilən şəxs hal-hazırda Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşürmü? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Sual 5. Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuşmu və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətindədirmi? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən xroniki psixi xəstəlik törətdiyi cinayət əməlindən sonra keçən müddət ərzində tədricən öz gedişinə görə remissiya mərhələsindən natamam remissiya mərhələsinə keçdiyi üçün o, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında deyildir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Sual 6. Təqsirləndirilən şəxs barədə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət varmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi patologiya hal-hazırda natamam remissiya mərhələsində olduğuna görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yarandığı müəyyənləşir. Sual 7. Əgər zərurət varsa, Cinayət Məcəlləsinin 95-ci maddəsi üzrə hansı tibbi xarakterli məcburi tədbir təyin edilməlidir? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma anlaqlılığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Sual 8. Təqsirləndirilən şəxs özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradırmı? Cavab. Yoxlanılan şəxs X6 özünə və ya başqa şəxslərə az da olsa, zərər yetirilməsi təhlükəsi yaradır. Medikamentoz və psixoterapevtik- reabilitasiya tədbirlərinin ambulator şəraitdə aparılmasında başlıca məqsəd N.T.Səfıxanovun əziyyət çəkdiyi xroniki psixi patologiyanın natamam remissiya mərhələsindən kəskinləşmə mərhələsinə keçməsinin qarşısını almaq, psixi vəziyyətinin sabitləşməsinə nail olmaq, nəticə etibarı ilə onun yenidən cinayət əməli törətməsinin qarşısını almaqdan ibarətdir. Cinayət işinin 95-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 338 saylı 01.04.2021-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində 18.09.2010-cu ildən “şizofreniya paranoid forma” diqanozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin 96-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 346 saylı 01.04.2021-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 100-cü vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 103-107-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 28 iyun 2011-ci il tarixli 1(021)190/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 23 fevral 2011-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış 08.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 28 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 iyun 2012-ci il tarixdə Salyan rayon məhkəməsinin 07 iyun 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 02 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 207-216-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 26 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş tədqiqat prosesində tədqiqata sərf olunduqdan sonra qalıq ümumi təmiz çəkisi 1,23 qram olan psixotrop maddə - metamfetamin, ümumi təmiz çəkisi 109,34 qram olan narkotik vasitə - qurudulmuş marixuana və təmiz çəkisi 0,262 qram olan narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, paranoid şizofreniya xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2021-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 27 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 24 may 2021-ci il tarixli qərarla həbsdə saxlanılma müddəti 25 iyul 2021-ci il tarixədək uzadılmış, 22 iyul 2021-ci il tarixli qərarla həbsdə saxlanılma müddəti 25 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 25 fevral 2021-ci il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Bundan başqa, məhkəmə, təkrar komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Eskpertiza Mərkəzi” X11 04 may 2022-ci il tarixli 51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. X1 özünə və ya başqa şəxslərə az da olsa, zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.3-cü maddəsinə əsasən məhkəmə cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmin Məcəllənin 95.0.1-cü maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicə kimi tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Həmin Məcəllənin 9 6 -cı maddəsinə əsasən şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir. Həmin Məcəllənin 9 9 - cu maddəsinə əsasən cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 60.80 AZN (altmış manat səksən qəpik) Təqsirləndirilən şəxs oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ümumi təmiz çəkisi 1,23 qram olan psixotrop maddə - metamfetamin, ümumi təmiz çəkisi 109,34 qram olan narkotik vasitə - qurudulmuş marixuana və təmiz çəkisi 0,262 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edilsin. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan ümumi təmiz çəkisi 1,23 qram olan psixotrop maddə - metamfetamin, ümumi təmiz çəkisi 109,34 qram olan narkotik vasitə - qurudulmuş marixuana və təmiz çəkisi 0,262 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60.80 (altmış manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-11/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-11/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver