Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-11/2024 08.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin müdafiəçisi X2, Təqsirləndirilən şəxsin müdafiəçisi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Ağdam rayonu İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 01 ay 11 gün müddətini çəkmiş, Ağdam rayonu İsmayılbəyli kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri Vaqif küçəsi ev 91-də kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəs ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə, tanışı Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs ilə 2021-ci ilin noyabr ayının ortalarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bərdə şəhəri 1 saylı orta məktəbin yanında yerləşən adsız çayxanada danışıb sonuncunun qardaşı X5 Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 05 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını yüngülləşdirəcəyini yalandan vəd verib inandıraraq Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək 2021-ci ilin noyabr ayının 25-də günorta saatlarında Zərərçəkmiş şəxsla Bərdə şəhəri 1 nömrəli məktəbin yanında yerləşən adsız çayxanada 13000 (on üç min) manat, 2021-ci ilin dekabr ayının 5-də Bərdə şəhəri 105 saylı peşə liseyinin qarşısında 2000 (iki min) manat, 2022-ci ilin mart ayının 12-də Şəki şəhər Apelyasiya Məhkəməsinin qarşısında 500 (beş yüz) manat və 2022-ci ilin mart ayının ortalarından həmin ilin aprel ayının ortalarınadək olan müddətdə istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri ərazisində 1400 (min dörd yüz) manat olmaqla, vahid niyyətlə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 16900 (on altı min doqquz yüz) manat nağd puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bərdə şəhəri Vaqif küçəsi ev 91-də kirayədə yaşayır, evlidir, 1 oğlan övladı var, ali təhsillidir, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir. Ağdam rayon sakini Şahid1 tanıyır, barəsində Bərdə rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, Şahid1 Ağdam-Bərdə rayonlararası taksi fəaliyyəti ilə məşğul olur, Nurəddin ilə 7-8 ildir ki, həmin yolu gedib-gəlir, həmin vaxtdan aralarında münasibət yaranmışdır. 2021-cilin noyabr ayının 4-də Nurəddin ilə Ağdam şəhərinə gedən zaman yolda söhbət əsnasında Nurəddin ona qohumu Qaçay Cəfərovun yol nəqliyyat hadisəsi nəticəsində cinayət işi açılaraq 05 il 02 ay müddətinə həbs olunduğunu söyləmiş, ona bu barədə köməklik etməyi demiş, o, X4 barəsində yüngülləşdirici halları nəzərə alıb onu məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərə biləcəyini söyləmişdir. Nurəddin onunla razılaşmış, onunla iş görəcəyini demişdir. O, Nurəddin ilə Bərdə şəhərində görüşüb bu haqda danışmış, Nurəddinə bu işləri görmək üçün Apelyasiya şikayətinin verilməsi və təmin olunması üçün Nurəddinə 15500 (on beş min beş yüz) AZN pul lazım olacağını demişdir. Nurəddin bu barədə qohumu Eldənizə deyəcəyini və onunla birlikdə görüşəcəklərini demiş və 25 noyabr 2021-ci il tarixdə Bərdə rayonu 1 Nömrəli tam orta məktəbin yanında yerləşən çayxanada Nurəddin, Qaçayın qardaşı Eldəniz və qohumu Telmanla görüşdür. Onlarla tanış olduqdan sonra Eldənizə qardaşı Qaçayın işinin yüngülləşdirəcəyini deyib inandırmış, buna görə də pul lazım olacağını demiş, Eldəniz həmin vaxtı Nurəddinin ona 15500 manat pulun lazım olduğunu dediyini, lakin üzərində 13000 (on üç min) manatın olduğunu deyib Nurəddinə vermiş, Nurəddin də Eldənizdən aldığı 13000 manatı ona vermiş, Eldəniz qalan puluda tezliklə verəcəyini demişdir. O, həmin günü Şəki Apellyasiya məhkəməsinə gedərək orada apellyasiya şikayəti yazmışdır. Bundan sonra 05 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri 105 saylı Peşə liseyinin qarşısında Nurəddinlə görüşərək Eldənizin göndərdiyi 2000 (iki min) manat pulu almış, həmin vaxtı Nurəddin tək olmuşdur. Bundan sonra 12 mart 2022-ci il tarixdə 500 (beş yüz) manat pulu Şəki Apelyasiya məhkəməsinin həyətində Eldənizin yanında Nurəddindən almış, lakin həmin apelyasiya şikayəti təmin olunmayaraq yerli Məhkəmənin hökmü qüvvədə saxlanılmışdır. Sonra o Şəki Apelyasiya məhkəməsindən Kassasiya şikayəti verərək Qaçay Cəfərov barəsində yüngülləşdirici hallar görə onu cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsinə keçirilməsini bildirmiş, lakin Kassasiya Məhkəməsi də şikayəti təmin etməmişdir. O, Nurəddindən müxtəlif vaxtlarda yol xərclərinə və rüsumlara görə əlavə Bərdə rayonu ərazisində müxtəlif yerlərdə 1400 (min dörd yüz) AZN pul almışdır. O, həmin pulları Nurəddindən alıb öz ehtiyaclarına xərclədiyini, Nurəddin həmin pulları Zərərçəkmiş şəxs alıb ona verdiyini, dələduzluq yolu ilə əldə etdiyi pullardan heç kimə xüsusən də Qaçay Cəfərovun işini yüngüllətmək üçün hər hansı bir vəzifəli şəxsə və ya dövlət orqanlarına vermədiyini, həmin pulları özü xərclədiyini bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyandan 4000 manat ödənilməsini nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Ağdam rayonu Səfərli qəsəbəsində yaşayır, evlidir, orta təhsillidir, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir. 2021-ci il tarixdə qardaşı X1 rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətdiyi üçün Yevlax rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə 05 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağdam rayon sakini Şahid1 onun bibisi əridir, onunla yaxın qohumdur. Şahid1 ona hüquqşünas dostu olduğunu və qardaşı Qaçayın cəzasını azaldaraq məntəqə tipli cəzacəçkmə müəssisəsinə keçirəcəyini söyləmiş, Nurəddinə həmin şəxslə danışmasını və qardaşı Qaçaya köməklik etməsini həmin şəxsdən xahiş etməsini demiş, Nurəddin həmin şəxslə görüşüb qardaşı Qaçaya köməklik edəcəyini demiş, Nurəddinlə razılaşaraq həmin şəxslə görüşüb istədiyi məbləği verəcəyini demiş, 25 noyabr 2021-ci il tarixdə günorta saatlarında Eldəniz, Şahid1, yaxın qohumu Şahid2 və sonradan tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə Bərdə şəhəri 1 nömrəli məktəbin yaxınlığında yerləşən adsız çayxanada əyləşib söhbət etmişlər. Söhbət əsnasında Nurəddin tanışı Elmanı həmin yerdə Eldənizlə tanış etmiş, Qaçaya kömək edəcəyini bildirmiş, Elmanla tanış olduqdan sonra Elman ona Şəki Apelyasiya Məhkəməsində tələbə yoldaşının olduğunu və onun vasitəsi ilə qaradaşı Qaçaya köməklik edilərək cəzası yendirilib məntəqətipli cəzaçəkmə müəssisəsinə keçirəcəyini demiş, bu sözlərdən sonra Elmana inaraq qardaşı Qaçayın işini yüngüllətmək üçün ona həmin günü həmin yerdə 13000 (on üç min) manat pulu sayıb qohumu Nurəddinin vasitəsilə Elmana vermiş, Elman Nurəddindən aldığı pulu özü ilə gəzdirdiyi qara rəngli papkaya qoyaraq narahat olmayın sizin işinizi həll edəcəyəm demiş, sonra onlar oradan aralaşıb yaşadıqları evə getmişlər. 05 dekabr 2021-ci il tarixdə Nurəddin Eldənizə mobil telefon vasitəsi ilə zəng edərək Elmanın 2000 (iki min) manat istədiyini, həmin pulu Ali Məhkəməyə verəcəyini demiş, o, Nurəddinə həmin günü pulu vermiş, Nurəddin 2000 (iki min) manat pulu Elmana onsuz vermişdir. 12 mart 2022-ci il tarixdə Şəki şəhərində yerləşən Apellyasiya Məhkəməsində onun iştirakı ilə Nurəddin Elmana 500 (beş yüz) manat pul vermişdir. Elman həmin pulu Şəki Apelyasiya Məhkəməsinə vermək adı ilə həmin pulu ondan almışdır. Sonra müxtəlif vaxtlarda Nurəddin ondan 1400 (min dörd yüz) manat pul alaraq Elmana vermişdir. Həmin puldan 700 manatı Elmanın bu işlərdə əziyyət haqqı kimi, qalan 700 manat pul isə vəkilə verəcəyini bildirmişdir. Həmin vaxtdan Elman onu aldadaraq heç bir iş görməmiş, ona məxsus olan 16900 manat pulu etibarından istifadə edərək Şahid1 vasitəsi ilə ondan almış, həmin puldan indiyənə kimi qaytarmamış, pulunun qaytarılması ilə bağlı dəfələrlə Elmana bildirsə də Elman müxtəlif bəhanələr gətirərək 16900 manat pulu verməkdən imtina etmişdir. Həmçinin ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 4000 manat ödənildiyini bildirdi. Həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsi 100 evlər, ev 3-də yaşayır, evlidir, orta təhsillidir, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir, Ağdam- Bərdə rayonlararası taksi fəaliyyəti ilə məşğul olur, Ağdam rayon sakini, Bərdə şəhərində yaşayan Təqsirləndirilən şəxs tanıyır, 7-8 ildir ki, həmin yolu gedib-gəlir, həmin vaxtdan aralarında münasibət yaranmışdır. 2021-ci ilin noyabr ayının 4-də Elmanı Ağdam şəhərinə aparan zamanı yolda söhbət əsnasında Elmana qaynı Qaçay Cəfərovun yol nəqliyyat hadisəsi nəticəsində cinayət işi açılaraq 5 il 2 ay müddətinə həbs olunduğunu söyləmiş, ona bu barədə necə köməklik etməyi demiş, Elman ona Qaçay Cəfərovun barəsində yüngülləşdirici halları nəzərə alıb onu məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərə biləcəyini, ona köməklik edə biləcəyini demiş, bu barədə Qaçayın qardaşı Zərərçəkmiş şəxs Qaçayın işini yüngülləşdirib məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərmək üçün Elman adlı şəxsin köməklik edəcəyini demişdir. Eldəniz onunla razılaşmış, Elmanla görüşüb tanış olmaq istədiyini və ona lazımi məbləği verəcəyini qardaşı Qaçayın işini yüngülləşdirməyi Elmandan xahiş etməyini demişdir. Nurəddin bu barədə Elmanla danışmış, razılığa gələrək görüşmüşlər. 25 noyabr 2021-ci il tarixdə Nurəddin, Zərərçəkmiş şəxs, yaxın qohumu Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə Bərdə şəhəri 1 nömrəli məktəbin yaxınlığında yerləşən adsız çayxanada əyləşib söhbət etmişlər. Söhbət əsnasında Nurəddin Elmanı təqdim edərək hüquqşünas olduğunu və Qaçaya kömək edəsi şəxsin olduğunu demiş, onlar Elmanla tanış olduqdan sonra X15 Apelyasiya Məhkəməsində tələbə yoldaşı olduğunu, onun vasitəsi ilə qaradaşı Qaçaya köməklik edilərək cəzası yendirilib məntəqətipli cəzaçəkmə müəssisəsinə keçirəcək və digər məsələlərdə köməklik edəcəyini demişdir. Zərərçəkmiş şəxs Elmanın dediklərinə inanıb bu işlərin xərclərini soruşmuş, Elman ilkin olaraq Apelyasiya şikayətinin təmin olunması üçün 15500 (on beş min beş yüz) AZN pul lazım olacağını demiş, Eldəniz üzərində 13000 (on üç min) manat pulunun olduğunu, qalan pulların nə vaxt lazım olsa verəcəyini deyib cibindən 13000 (on üç min) manat pulu çıxardıb Nurəddinə vermişdir. Nurəddin Eldənizin ona verdiyi 13000 manat pulu sayıb Bərdə rayonu 1 Nömrəli tam orta məktəbin yanında yerləşən çayxanada Eldəniz və Telmanın yanında Elmana verir. Elman həmin pulu Nurəddindən aldıqdan sonra özü ilə gətirdiyi qara rəngli papkanın içərisinə qoyub, narahat olmayın bu işləri düzəldəcəyəm deyir. Sonra onlar oradan aralaşıb yaşadıqları evə getmişlər. 05 dekabr 2021-ci il tarixdə Elman ona zəng edərək 2000 (iki min) manat pul lazım olduğunu demiş, Nurəddin Eldənizə zəng edərək Elmanın dediklərini ona demiş, Eldəniz Nurəddinə 2000 (iki min) manat pul vermiş, Nurəddin 2000 (iki min) manat pulu 05 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri 105 saylı Peşə liseyinin qarşısında Elmana verir. Bundan sonra 12 mart 2022-ci il tarixdə 500 (beş yüz) manat pulu Şəki Apelyasiya məhkəməsinin həyətində Eldənizin yanında Elmana verir. Nurəddin qalan 1400 manat pulu müxtəlif vaxtlarda Bərdə rayonu ərazisində Eldənizdən alaraq Elmana verdiyini, lakin həmin bu müddət ərzində Elmanın heç bir köməyi dəymədiyini, Eldəniz onun vasitəsi ilə Elmana verdiyi pulları geri istədiyini, çünki Qaçay Cəfərovun işi yüngülləşmədiyini və həmin cəza ilə cəza çəkməkdə davam etdiyini, Elman verdiyi vədlərə əməl etmədiyini, onun vasitəsi ilə aldığı ümumilikdə 16900 manat pulu dələduzluq yolu ilə mənimsəyərək öz ehtiyacları üçün xərclədiyini, Elmana verdiyi pulu istədikdə o, müxtəlif bəhanələr gətirərək yayındığını, buna görə də Elmana pulu verdiyi üçün öz adından Bərdə rayon polis şöbəsinə şikayət ərizəsi yazdığını, ümulikdə 16900 manat pulun Zərərçəkmiş şəxs məxsus olduğunu, həmin pullar müxtəlif vaxtlarda onun vasitəsi ilə Elmana verildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Yasamal rayonu yeni Yasamal 1 bina 10, mənzil 113-də yaşayır, evlidir, ali təhsillidir, təqaüdçüdür. 2021-ci il tarixdə yaxın qohumu X1 rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətdiyi üçün Yevlax rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə 05 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, Qaçay Cəfərovun qardaşı Zərərçəkmiş şəxs 25 noyabr 2021ci il tarixdə ona mobil telefon vasitəsi ilə zəng edərək yaxın qohumu olan Şahid1 tanışı hüquqşünas Təqsirləndirilən şəxs ilə görüşmək üçün Bərdə şəhərinə getməyini və orada ağsaqqal kimi iştirak etməyini xahiş etdiyini, onunla razılaşdıqdan sonra həmin günü Şahid1, Zərərçəkmiş şəxs və onun iştirakı ilə Bərdə şəhəri 1 nömrəli məktəbin yaxınlığında yerləşən adsız çayxanada əyləşib Təqsirləndirilən şəxs ilə söhbət etdiklərini, söhbət əsnasında Nurəddin Elmanı göstərərək hüquqşünas Elmanın bu şəxs olduğunu və Qaçaya kömək edəsi şəxsin olduğunu, Elmanla tanış olduqlarını, Elman onlara Şəki Apelyasiya Məhkəməsində tələbə yoldaşı olduğunu və onun vasitəsi ilə qohumu Qaçaya köməklik edilərək cəzası yendirilib məntəqətipli cəzaçəkmə müəssisəsinə keçirəcəyini dediyini, Eldəniz və o, Elmana inaraq Qaçayın işini yüngüllətmək üçün ona həmin günü həmin yerdə Eldəniz özü ilə gətirdiyi 13000 (on üç min) manat pulu sayıb Nurəddinin vasitəsilə Elmana verdiyini, Elman Nurəddindən aldığı pulu özü ilə gəzdirdiyi qara rəngli papkaya qoyaraq narahat olmayın sizin işinizi həll edəcəyəm dediyini, sonra onlar oradan aralaşıb yaşadıqları evə getdiklərini, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatdığını və Qaçay Cəfərova heç bir köməklik etmədiyinin məlum olduğunu, Elmanın Eldənizə məxsus 16900 manat pulu mənimsədiyini, onun 13000 (on üç min) manat pulun verilməsində iştirak etdiyini, digər pulların verilməsində iştirak etmədiyini, sonradan ümumilikdə Eldəniz 16900 (on altı min doqquz yüz) manat pulun Elman tərəfindən mənimsənildiyini dediyini bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 04 iyul 2023-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 3-25-ci vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb Ağdam rayonu Səfərli qəsəbəsi ev 60-da yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək yalan vədlər verib, belə vədi yerinə yetirmək niyyətində olmayaraq, aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə, bir neçə dəfə olmaqla ümumilikdə 16900 manat məbləğində nağd pul vəsaitini ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 47-ci vərəqəsində olan olan cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 04 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2023cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 88-95-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 06 iyul 2023cü il tarixli 4(021)150\2023 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 115-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 120-124-cü vərəqələrində olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-05/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)1858/2023 saylı Qərarından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)- 05/2023 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, həmin qərardan tərəfindən kasssiya şikayəti verilmiş, lakin kassasiya şikayəti də təmin olunmamışdır. Cinayət işinin materiallarina əlavə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.20024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin 1(013)-05/2023 saylı 31 yanvar 2023-cü il tarixli hökmü ilə 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinin icraatına 19 may 2023-cü il tarixdə daxil olmuş, 23 may 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2013-cü il tarixədək cəzasının 01 ay 11 gün müddətini çəkmiş və 07 ay 19 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin 114-cü vərəqəsində olan Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Ağdam Rayon Mərkəzi Xəstəxanası ” X6 daxil olmuş xx.xx.2023-cü il tarixli 425 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Ağdam Rayon Mərkəzi Xəstəxanası ” X10 Narkoloji və Psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qsimini ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər dəfələrlə CM-nin eyni madəsi ilə cinayət törətməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-05/2023 saylı hökmü ilə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökm üzrə cəzasından 01 ay 11 gün müddətini çəkmiş və 07 ay 19 gün çəkilməmiş cəza çəkməmişdir. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)- 05/2023 saylı hökmündən əvvəl, 2021-ci il tarixdə törədilmişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-05/2023 saylı hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikasının CM-nin 68-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər olmaq hesabı nəzərə alınmalı və hazırkı hökmlə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, 06 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 04 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə vurulmuş zərərdən 4000 manatın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)- 05/2023 saylı hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 ay 19 günü iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə vurulmuş zərərdən 4000 manatın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-11/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-11/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver