Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-11/2025 07.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X36 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Bərdə Rayon Xanərəb Bələdiyyəsinin nümayəndəsi X4, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci ildə Bərdə rayonu İmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X19 Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 1999cu ildə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdən və vaxtdan başlayaraq 2023cü ilin fevral ayının ortalarına kimi olan müddət ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bərdə rayonu Əmirli kəndində yerləşən Əmirli Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları təyinatlı, kəndin perspektiv inkişaf fonduna aid həyətyanı 0.80 ha torpaq sahəsini özbaşına tutaraq üzərində arpa və taxil bitkiləri əkib-becərərək torpaq üzərində Əmirli bələdiyyəsinin mülkiyyət huququnu pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bərdə rayonu Əmirli kənd sakinidir və ailə üzvləri ilə birgə həmin kəntdə yaşayır. Azərbaycan Respublikasında torpaq islahatları gedən zaman ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşamış, bu səbəbdən ona və ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, yəni pay torpağı verilməmişdir. Yaşamaq üçün Azərbaycana qayıtdıqdan sonra bununla bağlı müvafiq dövlət qurumlarına, o cümlədən, İcra Hakimiyyətinə, Əmlak Komitəsinə müraciətləri olmuşdur. Onun müraciətləri əsasında komissiya yaradılmış və Bərdə rayonu Əmirli bələdiyyəsi tərəfindən sənəd əsasında bələdiyyə torpaqlarından yer ayırıb vermişlər ki, müvəqqəti olaraq istifadə etsin, əkib becərsin. Bir müddət sonra isə ona torpaq verilmişdir. Lakin həmin torpaq sahəsi çox üzaq olduğu üçün gedib gəlmək çətin olduğundan, habelə verilən torpaq istifadəyə yararsız olduğundan, suvarmaq üçün suyu olmadığından oraya getməmişdir. Bununla bağlı yenidən müvafiq dövlət qurumlarına şikayət etmiş və ona başqa bir yerdən torpaq sahəsi ayrılmışdır. Torpaqdan Bərdə rayonu Əmirli Bələdiyyəsinin ona verdiyi müqavilə əsasında istifadə etmişdir. Ona verilən torpağı özbaşına zəbt etməmiş, sənəd əsasında istifadə etmişdir. Onun əlində hər hansı bir sənəd olmasaydı, torpaqdan istifadə etməzdi. Sözügedən torpağı 2005-ci ildən istifadə edir. Həmin dövrdə Bərdə rayonu Əmirli İnzibati Ərazi dairəsi üzrə icra nümyəndəsi vəzifəsində işləyən Nizami Ələkbərov və Əmirli Bələdiyyəsinin sədri Nizami Qənbərov yeri ölçüb-biçib 0.80 ha torpaq sahəsini ona düşəcək pay torpağının əvəzinə istifadə etməsi üçün ona vermişlər. Əslində, ona və ailə üzvlərinə ümumilikdə 1.76 ha torpaq sahəsi verilməli idi. Lakin zəbt torpaq sahəsi olduğundan və onu veriləcək torpaq sahəsindən çıxandan sonra ona və ailə üzvlərinə 1.34 ha torpaq sahəsi çatmalı idi, onun da əvəzinə ona sözügedən 0.80 torpaq sahəsi verilmişdir. 0.80 ha torpaq sahəsi evinə yaxın ərazidə yerləşdiyinə görə, az olsa belə ona sərf etmişdir. 0.80 ha torpaq sahəsini onunla bağlanan müqavilə əsasında istifadə etmişdir. Torpağa mülkiyyət hüquqna dair Dövlət Aktı olmamışdır. Həmin dövrdə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləyən Məzahir Qasımovun verdiyi rəsmi sənədə əsasən göstəriş verilmişdir ki, o və ailə üzvləri torpaqla təmin edilsinlər. Ona verilən torpaq sahəsinin yararsız olması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə teleqram vurmuş və teleqrama cavab olaraq bildirmişlər ki, “torpaq sahəsi digər torpaq sahəsi ilə əvəz edilsin və hazırki torpaq sahəsi ilə əvəzləşdirilsin”. 2005-ci ildən 2023-cü ilin fevral ayının ortalarına kimi həmin 0.80 ha torpaq sahəsindən istifadə etmişdir. Həmin dövrdə təklif etmişdir ki, torpaqdan istifadə etməsinə dair müqavilə bağlasınlar. Lakin onunla müqavilə bağlamamışlar. Sonra X1 bələdiyyəsinin sədri işləyərkən bir daha müraciət etmiş və həmin dövrdə onunla müqavilə bağlanmışdır. Bu vaxtadək Əmirli Bələdiyyəsi və ya digər şəxslər təərəfindən həmin torpaqdan istifadə etdiyinə görə ona etiraz bildirilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları gəldikdən sonra onun torpaqdan qanunsuz istifadə etdiyini bildirmişlər. Həmin vaxtdan sözügedən 0.80 ha torpaq sahəsindən çıxmış və bir daha oradan istifadə etməmişdir. Ona və ailə üzvlərinə verilən torpaq sahəsi hal-hazırda mövcuddur, lakin torpaq kəndin ucqar hissəsində yerləşdiyindən və yararsız olduğundan kimin tərəfindən istifadə edildiyini bilmir. O, bələdiyyə torpağını heç vaxt zəbt etməmişdir. Ona görə də heç bir təqsiri olmadığına görə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Bərdə Rayon Xanərəb Bələdiyyəsinin nümayəndəsi X15 göstərdi ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 18 oktyabr 2024-cü il tarixli 50-VİİQ nömrəli Qanuna əsasən Əmirli Bələdiyyəsi ləğv olunaraq Xanərəb Bələdiyyəsinin tərkibinə verilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayonu Əmirli kənd sakinidir. Qeyd olunan 0.80 ha torpaq sahəsini Təqsirləndirilən şəxs 2005-ci ildən etibarən istifadə etmişdir. 2023-cü ildə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin əməkdaşları monitorinq keçirərkən bu halı aşkar etmiş və 0.80 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğundan onun Təqsirləndirilən şəxs tərəfindən istifadəsinə qadağa qoyulmuşdur. Həmin torpağın istifadəyə verilməsinə dair müqavilə imzalamaq və ya bağlamaq olmaz, bu qeyri-qanunidir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən soruşduqda demişlər ki, müqavilə bağlamaq olmaz. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 0.80 ha torpaq sahəsinin istifadə edilməsinə dair hər hansı müqavilənin olmasından xəbəri olmamışdır. Bələdiyyə olaraq təqsirləndirilən şəxsdən şikayətçi deyillər. Belə ki, təqsirləndirilən şəxs islahat nəticəsində onun ailəsinə düşən torpaq sahəsi istifadə üçün yararsız olduğuna görə müraciətlər etmiş və ona istifadə etməsi üçün sözügedən 0.80 ha torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi tərəfindən keçirilən monitorinq nəticəsində bu hal aşkar olunmuşdur. Onlara heç kim tərəfindən bildirilməmişdir ki, həmin torpaqlar istifadə oluna bilər ya olmaz. Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan torpaq sahəsi perspektiv inkişaf fonduna aid olan torpaq sahəsidir. Həmin torpaqlar yaşayış evlərinin inşası üçün nəzərdə tutulan torpaq hesab olunur. Yəni gənc ailələrə həyətyanı torpaq sahəsi kimi verilə biləcək torpaqlara aid olan torpaqdır. Əmirli Bələdiyyəsinin 24 ha əkin üçün yararlı torpaq sahəsi, 7 ha isə perspektiv inkişaf fonduna aid torpaq sahəsi vardır. Təyinatından asılı olmayaraq bələdiyyə mülkiyyətində olan torpaqlara Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi nəzarət edir. Təqsirləndirilən şəxs ilə torpaq sahəsinin istifadəsinə dair müqavilə bağlanılması nəzərdə tutulmuş, lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi buna icazə verməmişdir. Əmirli Bələdiyyəsinin bu kimi hallardan məlumatı olmuşdur. Hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektoru monitorinq keçirir və torpaqların zəbt olunmasını müəyyən edir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Özü İİ-ci qrup əlildir, qazidir. Qarabağ müharibəsi iştitakçısı olduğundan ona və ailə üzvlərinə verilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əlavə olaraq onun müraciəti əsasında əlavə olaraq 1996-cı ildən 1 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini hazırkı dövrə qədər onun və ailə üzvlərinin istifadəsində olmuşdur. Lakin bu günə kimi ona kimsə tərəfindən torpağın qanunsuz istifadəsi ilə bağlı heç kim heç nə deməmişdir. Təqsirləndirilən şəxs onun qonşuluğunda olan torpaq sahəsindən istifadə etmişdir. Bu vaxtadək heç kim həmin torpaqlardan istifadə etdiklərinə görə onlara etiraz bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, xx.xx.2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun əməkdaşları ilə birgə Bərdə rayonu Əmirli kəndində bələdiyyə fonduna aid torpaqlarla bağlı monitorinq keçirilmişdir. Həmin monitorinqin keçirilməsində Bərdə rayonu Əmirli bələdiyyəsi də onlarla bərabər iştirak etmişdir. Monitorinq zamanı Bərdə rayonu Əmirli Bələdiyəsinin perspektiv inkişaf fonduna aid torpaqların bəzi vətəndaşlar tərəfindən qanunsuz zəbt edilərək əkilib becərilməsi müəyyən edilmişdir. Həmin vətənaşlardan biridə hazırkı iş üzrə Təqsirləndirilən şəxs olmuş, hansı ki, həmin torpaqda yonca bitkisi əkib becərmişdir. Bələdiyyə fonduna aid torpağın ayrılması üçün sənədlər olmalıdır. Bundan sonra vətəndaş həmin torpağı istifadə edə bilər. Vətəndaş torpağı istifadə edirsə 2005-ci ildə torpağın ayrılması, sahə seçmə aktı, torpaq sahəsinə dair rəy olmalıdır. Onlar torpağın zəbt olunub-olunmamasını mütəxəssisin əlində olan materiallara əsasən, koordinatlara uyğun müəyyən edirlər. Eyni ilə də Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsi də həmin koordinatlarda göstərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsi həqiqətən Bərdə rayonu Əmirli Bələdiyyəsinin perspektiv inkişaf fonduna aid torpaq sahəsidir. Vətəndaş torpağın istifadəsinə dair bütün sənədləri tam əldə etdikdən sonra istifadə etməlidir. Əks halda bu qanun pozuntusudur. 2001-ci ildən torpaqların statusu müəyyənləşdirilib. Bələdiyyənin birtərəfli olaraq özü hansısa bir şəxsə torpaq verməsi qanuna ziddir. Vətəndaşa torpaq verilərkən bütün sənədlər hazırlanmalıdır, torpağın xəritəsi, müqavilə, torpağa dair rəy və digər sənədlər. Monitorinq keçirilməsinə dair qurum 2015-ci ildən yaranmışdır. Əmirli Bələdiyyəsinin xəritəsində həmin torpağın Təqsirləndirilən şəxs tərəfindən istifadə edilməsinə dair heç bir qeyd yoxdur. Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən torpağın Əmirli Bələdiyyəsinin perspektiv inkişaf fonduna aid olmasını Əmirli Bələdiyyəsinin xəritəsindən istifadə etməklə müəyyən etmişlər. İş materiallarında olan və məhkəmə istintaqı dövründə tədqiq edilən: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli 10/1285 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Əmirli kəndində faktiki istifadə etdiyi 0.80 ha torpaq sahəsinin elektron məlumat bazasına əsasən 0.02 ha hissəsi Daşınmaz Əmlakın Dövlət reyestrindən **********46 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışla, X11 mülkiyyətinə aid kəndin perspektiv inkişaf fondu torpağıdır və həmin torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hüquq müəyyən edici sənədləri yoxdur. Torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin tərtib etdiyi mütəxəssis rəyində qeyd edilir ki, TEKUİS məlumat bazasına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-0278 Saylı Dövlət aktına əsasən Təqsirləndirilən şəxs, X5, X2 və Məmmədov Ruslan Rizvan oğlunun mülkiyyətinə verilmiş 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları Bərdə rayonu Əmirli kəndində yerləşən Təqsirləndirilən şəxs faktiki istifadə etdiyi 0,80 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. “Torpağa mülkiyyət hüququna dair” JN-0278 KOD 61000108 saylı Dövlət Aktından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 03 saylı qərarına əsasən Bərdə rayonu Əmirli kənd sakinləri Təqsirləndirilən şəxs Nərman oğluna, X8, X6 və X9 1,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədova ünvanladığı məktubundan görünür ki, G.Əsədov adına Yerli İslahat Komissiyasını əvəz edən işçi qrupunun 21 dekabr 2005-ci il tarixli 04 saylı protokolu və Əmirli kənd sakinləri X20, X27, X23, X28 və Təqsirləndirilən şəxs ərizələri nəzərə alınaraq 152 saylı X20 1,18, X27 0,18, X23 0,35, X28 0,37 və Təqsirləndirilən şəxs 1,34 ha pay torpaqlarının 63 saylı konturunun şərq hissəsində yerləşən Bələdiyyə üçün nəzərdə tutulmuş ehtiyat fondundan verilməsini məqsədə müvafiq hesab edir və onlara həmin yerdən pay torpağının verilməsinə etiraz etmir. G.Əsədov adına X43 Komissiyasını əvəz edən işçi qrupunun protokolundan çıxarışdan görünür ki, Əmirli kənd sakini Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq 278 saylı mülkiyyətçi Təqsirləndirilən şəxs ərazinin 102 saylı konturunda verilmiş 1,34 hektar pay torpağı qrunt sularının torpağın üst qatına çıxdığı üçün həmin sahədən əkin məqsədi ilə istifadə edilə bilinmədiyini nəzərə alaraq onun və ailə üzvlərinin torpaq payları 63 saylı konturun şimal hissəsində KPİ üçün ayrılmış torpaq sahəsinin qərb hissəsində yerləşən Bələdiyyə mülkiyyətindən verilməsinin məqsədə müvafiq hesab edilməsi və qərarın təsdiqinin Bərdə Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. 21 dekabr 2005-ci il tarixdə tərtib edilmiş və Bərdə Rayon İcra Hakimiyyəti başçısının Əmirli kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş protokoldan görünür ki, İslahat Komisiyyasını əvəz edən işçi qrupunun üzvlərinin iştirakı ilə Təqsirləndirilən şəxs, X20, X27, X23, X16 işçi qrupuna verdiyi ərizələrini araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 278 saylı Dövlət Aktı ilə 102 saylı konturda verilmiş torpaq sahəsi əkinə yararlı deyildir (həmin sahədə qrunt suları üzdə olduğu üçün) və həmin sahəni əkib-becərmək mümkün deyildir. Ona görədə Təqsirləndirilən şəxs işçi qrupuna verdiyi ərizəsinə baxılaraq, mülkiyyətində olan 1,34 hektar pay torpağının 63 saylı konturda olan Bələdiyyə torpağı ilə dəyişdirilməsini işçi qrupu məsləhət bilir. Odur ki, Aqrar İslahat Komissiyasından həmin sahələrin yerinin dəyişdirilməsini işçi qrupu qərara alır. Bərdə Rayon Aqrar İslahat Komissiyasının 02 sentyabr 2009-cu il tarixli, 02 saylı protokolundan çıxarışdan (protokoldan çıxarış Bərdə Rayon Aqrar İslahat Komissiyasının möhürü ilə təsdiq edilmişdir) görünür ki, Bərdə rayonu G.Əsədov adına X43 Komissiyasını əvəz edən işçi qrupunun 21 dekabr 2005-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışın nəzərə alınması, qərarın icrası ilə əlaqədar işlərin aparılması və hüquqi sənədlərin hazırlanmasının Bərdə Rayon İcra Hakimiyyəti Aparatının Aqrar məsələlər şöbəsinə tapşırılması qərara alınmışdır. Məhkəmə, iş üzrə mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə ona bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittiham üzrə onun 1999-cu ildə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdən və vaxtdan başlayaraq 2023-cü ilin fevral ayının ortalarına kimi olan müddət ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bərdə rayonu Əmirli kəndində yerləşən Əmirli Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları təyinatlı, kəndin perspektiv inkişaf fonduna aid həyətyanı 0.80 ha torpaq sahəsini özbaşına tutaraq üzərində arpa və taxil bitkiləri əkib-becərərək torpaq üzərində Əmirli bələdiyyəsinin mülkiyyət huququnu pozması işin gerçək halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Əmirli kəndində yerləşən Əmirli Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları təyinatlı, kəndin perspektiv inkişaf fonduna aid həyətyanı üçün nəzərdə tutulan 0.80 ha torpaq sahəsini özbaşına tutmamışdır. Belə ki, qeyd olunan torpaq sahəsi Təqsirləndirilən şəxs G.Əsədov adına Yerli islahat komissiyasını əvəz edən işçi qrupunun 21 dekabr 2005-ci il tarixli, 04 saylı protokolu əsasında verilmiş, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 02 sentyabr 2009-cu il tarixli 02 saylı protokolundan çıxarışa əsasən isə, Bərdə rayon G.Əsədov adına Yerli İslahat Komissiyasını əvəz edən işçi qrupunun 21 dekabr 2005-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışın nəzərə alınması, qərarın icrası ilə əlaqədar işlərin aparılmasının və hüquqi sənədlərin hazırlanmasının Bərdə Rayon İcra Hakimiyyəti Aparatının Aqrar məsələlər şöbəsinə tapşırılması qərara alınmışdır. Bərdə rayonu Əmirli Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədova ünvanladığı məktubunda da G.Əsədov adına Yerli İslahat Komissiyasını əvəz edən işçi qrupunun 21 dekabr 2005-ci il tarixli 04 saylı protokolu və Əmirli kənd Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq Təqsirləndirilən şəxs 1,34 ha pay torpağının 63 saylı konturun şərq hissəsində yerləşən Bələdiyyə üçün nəzərdə tutulmuş ehtiyat fondundan verilməsinin məqsədə müvafiq hesab edilərək ona həmin yerdən pay torpağının verilməsinə Əmirli Bələdiyyəsinin etiraz etmədiyi göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 1999-cu ildə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdən və vaxtdan başlayaraq 2023-cü ilin fevral ayının ortalarına kimi olan müddət ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bərdə rayonu Əmirli kəndində yerləşən Əmirli kənd Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları təyinatlı, kəndin perspektiv inkişaf fonduna aid həyatyanı 0.80 ha torpaq sahəsini özbaşına tutaraq üzərində arpa və taxil bitkiləri əkib-becərərək torpaq üzərində Əmirli kənd bələdiyyəsinin mülkiyyət huququnu pozması ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X7rşı”, “X10rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bərdə rayonu Əmirli kəndində yerləşən Əmirli kənd Bələdiyyəsinin mülkiyyətində olan 0,80 ha torpaq sahəsini özbaşına tutaraq üzərində yonca və taxil bitkiləri əkib-becərərək torpaq üzərində Əmirli bələdiyyəsinin mülkiyyət huququnu pozmuşdur. Qeyd olunan hərəkətlərinə görə Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı olmadan torpaq sahəsinin ələ keçirilməsi başa düşülür. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs Əmirli bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları təyinatlı, kəndin perspektiv inkişaf fonduna aid sözügedən 0.80 ha torpaq sahəsini özbaşına tutmamışdır, əksinə, sonuncu yuxarıda sadalanan Bərdə rayonu G.Əsədov adına X43 Komissiyasını əvəz edən işçi qrupunun qərarı əsasında torpaqdan istifadə etmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bildiyimiz kimi Azərbaycan Respublikasında torpaq islahatı X13 tərəfindən həyata keçirilmişdir. Həmin orqanların inzibati praktikasına aqrar islahatın subyekti olan Azərbaycan Respublikasının vətəndaşlarının inamı və etimadı yaranmışdır. Qeyd olunduğu kimi, sözügedən torpaq sahəsi Təqsirləndirilən şəxs həmin vaxt Bərdə rayonu G.Əsədov adına X43 Komissiyasını əvəz edən işçi qrupunun müvafiq möhür və imzalarla təsdiq edilən qərarı əsasında verilmişdir. Mülkiyyətçi (baxılan cinayət işi üzrə zərər çəkmiş şəxs olan Əmirli Bələdiyyəsi) isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinə ünvanladığı məktubunda G.Əsədov adına Yerli İslahat Komissiyasını əvəz edən işçi qrupunun 21 dekabr 2005-ci il tarixli 04 saylı protokolu və Əmirli kənd sakini Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq Təqsirləndirilən şəxs 1,34 ha pay torpağının 63 saylı konturun şərq hissəsində yerləşən Bələdiyyə üçün nəzərdə tutulmuş ehtiyat fondundan verilməsinin məqsədə müvafiq hesab edilərək ona həmin yerdən pay torpağının verilməsinə Əmirli Bələdiyyəsinin etiraz etmədiyi göstərmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs torpaq islahatını aparan orqanın (indiki halda G.Əsədov adına Yerli İslahat Komissiyasını əvəz edən işçi qrupun) ona bələdiyyə mülkiyyətində torpaq ayrılması haqqında qərarına etimad etmiş, müvafiq qərar və Əmirli bələdiyyəsinin razılığı ilə ona verilən torpaq sahəsindən istifadəsinin qanuni olmasına inanmış və həmin torpaq sahəsindən istifadə etməsinin qanunsuz olmağını güman etməyə onun əsası olmamışdır. Xüsusilə qeyd edilməli haldır ki, təqsirləndirilən şəxsin sözügedən torpaq sahəsindən istifadə etdiyi 18 il ərzində nə Əmirli bələdiyyəsi, nə də hər hansı digər inzibati orqan və ya vəzifəli şəxs tərəfindən ona həmin torpaq sahəsindən istifadəsinin qanunsuz olması bildirilməmiş və torpaq sahəsindən çıxması ondan tələb edilməmişdir. Ona görə də məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsini özbaşına tutması (ələ keçirilməsi) işin gerçək halları ilə sübut olunmur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması məhkəmə istintaqı dövründə araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 21.1.-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2.-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3.-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28.5-ci maddəsinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 138.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə iclasında ittiham tərəfi Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasını sübut edən mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. 72-ci maddəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X14 haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 2 və 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X14 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və X14 haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və X14 haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı, müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman milli və ya beynəlxaq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. “Layıcov Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X24rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR2000-V) və “X17rşı” (Allan v. the United Kingdom,no. 48539/99, § 42, ECHR 2002- İX)). Həmin Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v.Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Qərarın 65-ci bəndində qeyd olunur ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v.Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)). Azərbaycan Respublikasının CPM-nin: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. 12.1-ci maddəsində göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. 124.2-ci maddəsinə görə, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər.. 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2-ci maddəsinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsindəöz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. 125.3-cü maddəsinə görə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X14 Haqqinda Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işüzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X34rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». “Taxqet Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə yuxarıda qeyd olunan maddi və prossesual hüquq normalarının məzmununa əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, CPM-nin: 41.5-ci maddəsinə əsasən Məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. 42.1.1-42.1.4-cü maddələrinə əsasən cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.1.-42.2.4.-cü maddələrinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 55.2-ci maddəsinə görə haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. 55.3-cü maddəsinə görə haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. 350.1-ci maddəsinə görə məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.3-cü maddəsinə görə məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 1999-cu ildə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdən və vaxtdan başlayaraq 2023-cü ilin fevral ayının ortalarına kimi olan müddət ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bərdə rayonu Əmirli kəndində yerləşən Əmirli kənd Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları təyinatlı, kəndin perspektiv inkişaf fonduna aid həyatyanı 0.80 ha torpaq sahəsini özbaşına tutaraq üzərində arpa və taxil bitkiləri əkib-becərərək torpaq üzərində Əmirli kənd bələdiyyəsinin mülkiyyət huququnu pozması öz təsdiqini tapmadığından onun barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Həmin Qərarın 57-ci bəndində göstərilmişdir ki, “CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur.” CPM-nin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan yuxarıda sadalanmış biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə ittiham elan etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə də Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. CPM-in 56.0.1-ci mаddəsinə əsаsən, bəraət almış şəxs cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın ödənilməsi hüququnа mаlikdir. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-11/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-11/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver