Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-110/2022 31.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, 20.01,1980-cı ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bərdə rayon Xalq Məhkəməsinin 12.09.1996-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 143-cü maddəsinin 1-ci və 3-cü hissələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti tətbiq olunmaqla 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin 27.05.2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti tətbiq olunmaqla 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Surxanı rayon Məhkəməsinin 22.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29.08.2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 01 il 10 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bərdə rayon Məhkəməsinin 20.07.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuş, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 05.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14.10.2021-ci il də Nizami rayon Məhkəməsinin qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Kəlbəcər rayonu Susuzluq kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində yerləşən Nurlan adlı şəxsin işlətdiyi yeməkxananın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zərrinində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsinə bir neçə dəfə qəsdən yumruqla vuraraq sonuncuya sağ gözyuvasıaltı, sol gözyuvasıətrafı nahiyələrin qançırları, burun, sağ almacıq nahiyələrinin sıyrıqları, sol yanaq nahiyəsinin əzilmiş-cırılmış yarası ilə mıışayət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O Zərərçəkmiş şəxs tanıyır, lakin onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. Onunla əvvəllər aralarnda heçbir mübahisə olmamışdır. 29.04.2022-ci il tarixdə saat 19 radələrində o, Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində yerləşən Nurlan adlı şəxsin işlətdiyi kafedə oturmuş və orada pivə içmişdir. Həmin vaxt axşam saatları olduğu üçün kafedə Nurlandan başqa heçkim olmamışdır. O təxminən 15- 20 dəqiqə oturduqdan sonra həmin kafeyə Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Sərdar adlı şəxs gəlmiş və kənar masada əyləşib pivə içməyə başlamışdır. Söhbət əsnasında Sərdar onun Seymurun qardaşı olduğunu öyrənmişdir. Bundan sonra Sərdar Seymur haqqında xoşa gəlməz fikirlər səsləndirməyə başlamış, o, Sərdardan hansı səbəbdən Seymur haqqında təhqiramiz fikirlər dediyini soruşmuş, Sərdar ona qardaşının yaxşı insan olmadığını demişdir. Buna görədə onlar arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı onlar kafenin qarşısına çıxmışlar. Baş verən mübahisə zamanı o yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə vuraraq onu döymüşdür. Həmin vaxt kafeni işlədən Nurlan adlı şəxs onların arxasınca kafenin qarşısına çıxmış, onun Sərdarı döydüyünü görüb onları aralayaraq oradan qovalamışdır. Bundan sonra o Sərdar adlı şəxslə rastlaşmamışdır. Zərərçəkmiş şəxs döyməsinə səbəb kimi sonuncunun onun qardaşı Seymur haqqında xoşəgəlməz fikirlər səsləndirdiyi fikrlər olduğunu bildirdi. O, özünü təqsirli bilərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertin rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O Teyhur adlı şəxsi tanıyır, onunla heçbir qəsdi-qərəzliliyi və düşmənçiliyi yoxdur. 29.04.2022-ci il tarixdə saat 19 radələrində o pivə almaq məqsədi ilə yaşadığı kənddə yerləşən Nurlan adlı şəxsin işlətdiyi kafeyə getmişdir və orada əyləşərək pivə içməyə başlamışdır. Teyhur da kafedə oturub pivə içmişdir. Həmin vaxt Kafedə başqa heçkim olmamışdır. O, pivə alıb içərkən söhbət əsnasında Teyhurla aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı onlar bir-birini nalayiq ifadələrlə təhqir etmişlər, sonra isə öz aralarında söhbət etmək məqsədi ilə kafedən çıxmışlar və kafenin qarşısında onlar arasında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Teyhur qəsdən yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə vuraraq onu döyərək ona xəsarət yetirmişdir. Həmin vaxt kafeni işlədən Nurlan adlı şəxs onlara yaxınlaşmış və onları aralayaraq Teyhuru oradan qovalamışdır. Sonra isə o burnundan və sol gözünün alt nahiyəsindən qan axdığı üçün təcili tibbi yardıma müraciət etmişdir. Ona ilkin tibbi yardım göstərilmişdir. Hazırda Təqsirləndirilən şəxs oğlu ilə barışmadığını və şikayətçi olduğunu bildirərək, ona cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş Şahid ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O təxminən 1 aydır ki, yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində kafe işlədir. Kafe işlətməyə başladıqdan bir neçə gün sonra Teyhur və Sərdar adlı şəxslər onun kafesinə gəlib-getməyə başlamışlar və həmin vaxtdan onlarla münasibəti yaranmışdır. 29.04.2022-ci il tarixdə saat 18:30 radələrində o işlədiyi kafedə olarkən Teyhur adlı şəxs gəlib pivə sifariş verərək kənar bir masada əyləşmiş, pivə içməyə başlamışdır. Təxminən 25-30 dəqiqə ərzində Teyhur orada əyləşərək pivə içərkən həmin vaxt Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Sərdar adlı şəxs kafeyə daxil olmuş və pivə sifariş vermişdir. O Sərdara pivə süzərkən Sərdar orada əyləşmiş Teyhur adlı şəxslə sözlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı onlar kafedən kənara çıxmışlar və kafenin kənarında sözlə mübahisə etmişlər. Teyhur yumruqla bir neçə dəfə Sərdarın sifət nahiyəsinə vuraraq onu döymüşdür, bu zaman o Teyhur və Sərdarı aralayaraq hər ikisinin kafenin qarşısından qovalamışdır. Həmin vaxtdan sonra həmin şəxslər onun işlədiyi kafeyə getməmişlər. O Teyhur və Sərdar adlı şəxslərin onun işlədiyi kafedə sözlə mübahisə edərkən və sonradan kafenin qarşısında dalaşarkən orada başqa heçkimin olmadığını, kənar şəxslərin toplaşmadığını və mübahisənin təxminən 2-3 dəqiqə ərzində davam etdiyini bildirdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 12-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının 30.04.2022-ci il tarixli 262 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ gözyuvasıaltı, sol gözyuvasıətrafı nahiyələrin qançırları, burun, sağ almacıq nahiyələrinin sıyrıqları, sol yanaq nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 29.04.2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 47-51-cı vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 1(021)107/2018 saylı 20.07.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 52-57-cı vərəqələrində olan Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)61/2019 saylı 05.02.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 24.11.2018-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 60-62-cı vərəqələrində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Xalq Məhkəməsinin 12.09.1996-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 143-cü maddəsinin 1-ci və 3-cü hissələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti tətbiq olunmaqla 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin 27.05.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti tətbiq olunmaqla 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Surxanı rayon Məhkəməsinin 22.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29.08.2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 01 il 10 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bərdə rayon Məhkəməsinin 20.07.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuş, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 05.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14.10.2021-ci ildə Nizami rayon Məhkəməsinin qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 24.11.2021-ci il tarixdə cəza müddətinin başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 58-ci vərəqəsində olan Bərdə RİHnın Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1980-cı ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuş və hal hazırda məcburi köçkün kimi Bərdə rayonu qaradəmirçi kəndində məskunlaşmışdır, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı vardır, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kənd İcra Nümayəndəliyi tərəfindən heçbir ictimai iş və tapşırıq verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun ailəli olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhər Surxanı rayon Məhkəməsinin 22.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29.08.2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 01 il 10 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14.06.2018-ci ildə cəzasını çəkib qutarmışdır. Təqsirləndirilən şəxs oğlu Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)61/2019 saylı 05.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14.10.2021-ci il də Nizami rayon Məhkəməsinin qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 24.11.2021-ci il tarixdə cəza müddətinin başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bakı şəhər Surxanı rayon Məhkəməsinin 22.02.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.4-cü maddələri ilə, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 05.02.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlunun Bakı şəhər Surxanı rayon Məhkəməsinin 22.02.2016-cı il tarixli hökmü üzrə məhkumluğu ödənilmiş, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)61/2019 saylı 05.02.2019-cu il tarixli hökmü üzrə isə məhkumluğu ödənilməmişdir. Həmçinin hazırki cinayət işi üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu azadlıqdan məhrum etmədən də islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-110/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-110/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver