Məhkəmə qərarları › İş №1(021)-112/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-112/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-112/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1980-cı ildə Bərdə rayonu Türkmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Türkmən kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 may 2021-ci il tarixdə saat 15 radələrində Bərdə rayonu Türkmən kəndində torpaq yolda aralarında şəxsi münasibətlər zəmnində həmkəndlisi Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla vuraraq sonuncuya sol və sağ gözaltı, burunun bütün sol yan səthinin qançırları, burun kökünün sol yan səthinin sıyrığı, üst çənədəsol kəsici və sol yarısında köpək dişinin 1-ci dərəcəli laxlaması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxslə aralarında yaxın münasibətləri olmuşdur. 16.05.2021-ci il tarixdə saat təxminən 15 radələrində işdən evə qayıtmış, yaşadıqları kənd ərazisində Həbib adlı şəxsə məxsus kafeyə pivə içmək üçün gedirmiş. Kafeyə daxil oduqdan sonra kafedə 2-3 nəfər şəxsin olmasını görmüşdür. Zərərçəkmiş şəxs sifariş etdiyi pivəni yerə tökdüyünü görüb ona zarafatca “Adil yenə pivəni içib yerə tökürsən” demişdir. Adil sərxoş olduğundan onun gülərək dediyi sözü yaxşı qarşılamamış və ona yaxınlaşıb sifət nahiyəsinə 3 dəfə sillə ilə vurmuşdur. Adilin sərxoş olduğunu gördüyündən onu sadəcə salkitləşdirməyə çalışmışdır. Lakin Adil onun yaxasından tutub onu silkələməyə başlamışdır. Adilin əlini yaxasından çəkib aşağı salmış və kafedə mübahisə olmaması üçün kafedən çölə çıxmışdır. Kafedən bir qədər kənarlaşmış, Adil onun arxasınca çölə çıxaraq onun ünvanına nalayiq ifadələr işlədərək ona tərəf gəlmişdir. Adilə irad bildirən zaman Adil təkrar onun ünvanına nalayiq ifadə işlətmişdir. Əsəbləşərək özünü saxalaya bilmədiyi üçün yumuruqla Adilin sifət nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra isə sakitcə oradan uzaqlaşmışdır. Hadisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir, həmin vaxt yanlarında heç kim olmamışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16.05.2021-ci ildə saat təxminən 15 radələrində Bərdə rayonu Türkmən kəndində Həbib adlı şəxsə məxsus kafeyə pivə içmək üçün getmişdir. Kafedə iki bakal pivə içdikdən sonra həmkəndlisi Təqsirləndirilən şəxs kafeyə gəlmişdir. Babəklə aralarında əvvəlcədən zarafatları olmuşdur. Babək kafeyə girdikdən sonra ona tərəf baxıb yenə də zarafat etməyə başlamışdır. Lakin Babəkin etdiyi zarafat onun xoşuna gəlməmiş və sonuncuya iradını bildirmişdir. Bundan sonra Babək çölə çıxmışdır. Özü də bayıra çıxaraq velosipedi ilə getmək istəyərkən Babəklə yenə də sözləri düz gəlməmişdir. Həmin vaxt Babək ona tərəf yaxınlaşaraq yumuruqla bir dəfə sifət nahiyəsindən vurmuş və oradan uzaqlaşmışdır. O, isə yerə yıxılmşdır. Hadisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir, hadisə zamanı ətraflarına kənar şəxslər toplaşmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləridir. 16.05.2021-ci il tarixdə Bərdə rayonu Türkmən kəndində Habil adlı şəxsə məxsus kafenin həyətində əyləşmişdir. Əvvəlcə Adil özünə məxsus velosipedlə kafeyə gələrək stolların birində əyləşib pivə sifariş etmişdir. Bir müddət sonra kafeyə digər həmkəndlisi Babək daxil olmuşdur. Həmin vaxt Adil bir qədər sərxoş olduğundan pivəni yerə tökürmüş. Babək zarafatca gülərək ona “yenə yerə tökürsən” demişdir. Adil isə Babəkə kobud şəkildə cavab qaytarmışdır. Babək isə sakitləşməsini məsləhət görmüşdür. Bundan sonra Adil ayağa qalxaraq Babəkin yaxasından tutmuşdur. Babək isə Adilin qolarını aşağı endirərək “içkillisən keç yerində otur” deyib kafedən çıxmışdır. Özü də evə getmək istədiyi üçün kafedən bayıra çıxmışdır. Daha sonra Adil velosipedi ilə kafedən çölə çıxaraq Babəkin arxasınca nalayiq ifadə işlətmişdir. Babək yerində dayanaraq ona nalayiq ifadə işlətməsinə görə öz iradını bildirmişdir. Adil nalayiq ifadə işlətməyə davam etdiyindən Babək bir dəfə yumuruqla Adilin sifət nahiyəsinə vurmuşdur. Adil həmin vaxt yerə yıxılmışdır. Babək isə oradan uzaqlaşmışdır. Adil isə velosipedinə minərək oradan uzaqlaşmışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 17 may 2021-ci il tarixli 390 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlərsol və sağ gözaltı, burunun bütün sol yan səthinin qançırları, burun kökünün sol yan səthinin sıyrığı, üst çənədə sol kəsici və sol yarısında köpək dişinin İ dərəcəli laxlaması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 16.05.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 21 may 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Mirzəxan- Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 491 saylı 21 may 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Türkmən kəndində yaşayır. Təqsirləndirilən şəxs özünü ailədə, kollektivdə, cəmiyyətdə daim nizam intizamlı aparır. Bacarıqlı və işgüzar olmaqla üzərinə düşən bütün işlərin öhdəsindən layiqincə gəlir. Kəndin bütün ictimai işlərində fəal iştirak edir. Ona görə də onun kənd ictimayəti arasında böyük hörməti vardır. Nümunəvi ailə başçısıdır. Halhazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar